Ardını oxu...
2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 8,9% artaraq bu il yanvarın 1-nə 49 033,6 milyon ABŞ dolları təşkil edib.

Cebhe.info bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, ötən il ARDNF-in büdcə gəlirləri 9 586 milyon ABŞ dolları, büdcə xərcləri isə 4 699 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 20 480,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 19 698,9 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 5,6 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində ARDNF-nin 2022-ci il büdcəsinin icrası çərçivəsində 7 923,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 22,2 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 15,2 milyon manat yönəldilmişdir.

2022-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 27.9 milyon manat təşkil etmişdir.

2022 il ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 2 461.3 milyon ABŞ dolları azalma müşahidə olunmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 878,5 milyon ABŞ dolları təşkil etmişdir.

4-cü rüb ərzində iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, eləcə də, ABŞ-da inflyasiya göstəricisinin nisbətən aşağı düşməsi mərkəzi bankların növbəti dövrlərdə daha yumşaq monetar siyasətə keçidinə dair ehtimalı artmışdır ki, bu da investorlar tərəfində müsbət siqnal kimi qarşılanmışdır. Belə ki, sonuncu rüb ərzində səhm və istiqraz alətləri bazarlarında ilin digər rüblərinə nisbətən müsbət gəlirlilik müşahidə olunmuşdur.

Eyni zamanda 4-cü rüb ərzində ABŞ-da uçot faiz dərəcələrinin artım tempininin digər rüblərlə müqayisədə nisbətən aşağı olması və növbəti dövrlərdə tempin daha da azalması gözləntiləri, eyni zamanda Avropa Mərkəzi Bankının uçot faiz dərəcələrinin artımının daha uzun müddətdə davam edilməsinə dair planları ötən il ərzində daha çox dəyər qazanan ABŞ dollarının zəifləməsi, avronun və digər əksər valyutaların isə güclənməsi ilə nəticələnmişdir.

2022-ci il ərzində beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapmışdır. İlin əvvəlindən baş verən geosiyasi gərginlik və bunun enerji qiymətlərinə təsiri, eləcə də, mərkəzi bankların sərt monetar siyasətlərin davamlı olacağına dair bəyanatları maliyyə bazarında artan inflyasiya dərəcəsi fonunda müşahidə olunan dalğalanmaları daha da artırmışdır. İl ərzində mərkəzi bankların rəsmilərinin monetar siyasət ilə bağlı qarşıdakı dövrlər üzrə planlarına dair bəyanatları, eləcə də, buna təsir edən inflyasiya və əmək bazarına dair iqtisadi göstəricilər maliyyə bazarlarına təsir edən əsas amillər kimi qeydə alınmışdır. Belə ki, ABŞ-da inflyasiya dərəcəsi son aylarda nisbətən düşmə trendini nümayış etdirsə belə, əmək bazarının dayanlıqlı olması və bunun inflyasiya dərəcəsinə adətən müsbət təsir etməsi FED-in sərt monetar siyasətinin 2023-cü ilin əvvəlində də davam etməsinə işarə edir. Avropa və Birləşmiş Krallığa gəldikdə isə, bu regionlarda inflyasiya dərəcəsinə dair gözləntilərin hələ də kifayət qədər yüksək olması, eyni zamanda Birləşmiş Krallıqda əmək bazarında işçi qüvvəsinin çatışmazlığı mərkəzi bankların sərt monetar siyasətinin ABŞ ilə müqayisədə daha yüksək temp ilə davam etməsinə işarə edir.

Yuxarıda qeyd edilən baş vermiş hadisələr səbəbindən il ərzində neft və qaz satışından əldə olunan daxilolmalar artmışdır ki, bu da ARDNF-nin investisiya portfelinin həcmində öz əksini tapmışdır.
 
 
 
Ardını oxu...
“Son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq".

Bunu Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində deyib.

"Azərbaycan çox böyük coğrafiyanı əhatə edən “Bir kəmər, bir yol” təşəbbüsünə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik”, - dövlət başçısı bildirib.
Ardını oxu...
2022-ci ildə istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil edib.

Dövlət Statistika Komitəsidən (DSK) verilən məlumata görə, 2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,0 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 faiz təşkil edib. 2022-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 119,0 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, makaron məmulatlarının, peçenyenin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, pendirin, kəsmiyin, yumurtanın, qarğıdalı yağının, bananın, almanın, armudun, narın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, şəkərin, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən portağalın, naringinin, limonun, xurmanın, kivinin, kələmin qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2022-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 111,9 faiz təşkil edib.

Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma mebellərin, xalçaların, paltaryuyan maşınların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, kondisionerlərin və kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2022-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 110,2 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, minik avtomobillərinin təmiri, ictimai iaşə, bərbərxana, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədən kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Ardını oxu...
“Azərbaycan Hava Yolları” QSC (AZAL) novruz bayramı ərəfəsində Azərbaycandan Rusiya, Çexiya və Qazaxıstanın şəhərlərinə əlavə reyslər açır.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilir ki, bundan başqa, aviaşirkət Bakı-Praqa-Bakı istiqamətində yay cədvəli çərçivəsində də biletlərin satışını elan edir.

Sankt-Peterburq, Mineralnıye Vodı, Həştərxan, Ufa, Praqa və Aktau şəhərlərinə uçuşların cədvəli ilə aviaşirkətin www.azal.az saytında tanış olmaq mümkündür.
 
Ardını oxu...
Minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə bağlı olaraq Nazirlər Kabineti yeni Vahid Tarif Cədvəlini (VTC) təsdiq edib. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Prezidentin son sərəncamınadək ilk 4 dərəcə üzrə əməkhaqlar 345 manatdan aşağı idi və onlar 300-338 manat arasında dəyişir. Yeni VTC-ə əsasən isə yalnız bir dərəcə üzrə əməkhaqqı minimum səviyyədə olacaq. Digər 18 dərəcə üzrə maaşlar minimum əməkhaqqı məbləğindən artıq yüksəkdir.


Teref.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, artımlar aşağıdakı kimidir:

1-ci dərəcə üzrə: 300 manatdan 345 manatadək artım
2-ci dərəcə üzrə: 312 manatdan 359 manatadək artım
3-cü dərəcə üzrə: 325 manatdan 374 manatadək artım
4-cü dərəcə üzrə: 338 manatdan 389 manatadək artım
5-ci dərəcə üzrə: 353 manatdan 406 manatadək artım
6-cı dərəcə üzrə: 367 manatdan 422 manatadək artım
7-ci dərəcə üzrə: 383 manatdan 441 manatadək artım
8-ci dərəcə üzrə: 398 manatdan 458 manatadək artım
9-cu dərəcə üzrə: 415 manatdan 478 manatadək artım
10-cu dərəcə üzrə: 432 manatdan 497 manatadək artım
11-ci dərəcə üzrə: 450 manatdan 518 manatadək artım
12-ci dərəcə üzrə: 468 manatdan 538 manatadək artım
13-cü dərəcə üzrə: 487 manatdan 560 manatadək artım
14-cü dərəcə üzrə: 508 manatdan 584 manatadək artım
15-ci dərəcə üzrə: 528 manatdan 607 manatadək artım
16-cı dərəcə üzrə: 549 manatdan 632 manatadək artım
17-ci dərəcə üzrə: 604 manatdan 694 manatadək artım
18-ci dərəcə üzrə: 725 manatdan 833 manatadək artım
19-cu dərəcə üzrə: 979 manatdan 1125 manatadək artım.

"Yeni qərarla kimlərin əmək haqqları artırıldı?" sualına gəldikdə, deputat qeyd etdi ki,
sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqqları artacaq.

"Yəni, əgər vətəndaşımız qeyd olunan sektorda çalışırsa, əməkhaqqısı VTC üzrə müəyyənləşirsə, o zaman onun əməkhaqqısı bu aydan etibarən artırılır", - deyə o qeyd edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının 1 yanvar 2023-cü ildən 345 manata çatdırılması ilə əlaqədar Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının da bu Sərəncama uyğunlaşdırılması üçün həmin işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib.

Əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir.

19 pillədən ibarət yeni Cədvəldə ilk pillə üzrə əməkhaqqı 300 manatdan 345 manata çatdırılmaqla digər pillələrdə də maaşlar yeni artımlarla əks olunub.
 
Ardını oxu...
"Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, bu sahədə "Damen Shipyards Group" şirkəti ilə əməkdaşlıq üçün yaxşı potensial mövcuddur.
 
Ardını oxu...
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortası fəaliyyət üçün müvafiq icazəsi olan sığorta şirkətləri onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyil.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, “İcbari sığortalar haqqında” qanuna əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Belə halları baş verdiyi təqdirdə vətəndaşlar 966 qaynar xəttinə zəng vurmaqla və yaxud yazılı şəkildə müraciət etməklə AMB-yə şikayətlərini bildirə bilərlər. Daxil olan bütün şikayətlər operativ qaydada nəzarətə götürülərək müraciətdə qeyd edilən məsələlər dərhal araşdırılır və qısa müddət ərzində vətəndaşın seçdiyi sığortaçı tərəfindən icbari sığorta şəhadətnaməsinin buraxılması təmin edilir.

Hal-hazırda avtoicbari sığorta bazarında vəziyyətə nəzarət edilməsi və mövcud problemlərin həlli məqsədilə mütəmadi olaraq AMB ciddi şəkildə monitorinqlər həyata keçirir, hərtərəfli təhlillər və qiymətləndirmələr apalır. Qiymətləndirmələrin nəticələri əsasında zəruri addımların atılması davam etdiriləcək.
 
Ardını oxu...
Ukrayna limanlarından daşınan ərzaq məhsullarının həcmi 17 milyon 254 min tonu ötüb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterreşin sədrliyi ilə 22 iyul 2022-ci ildə imzalanan Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsü çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin səyilə ərzaq məhsullarının Ukrayna limanlarından ehtiyacı olan ölkələrə təhlükəsiz şəkildə sövq edilməsi təmin olunub.

Açıqlamada qeyd olunub ki, ötən müddət ərzində Ukrayna limanlarını tərk edən gəmilərin 643-ü taxıl daşıyıb.

Mənbə: Anadolu
 
Ardını oxu...
2022-ci ilin ilk 10 ayı ərzində xarici ölkələrdən Azərbaycana 33 milyon 986,5 min dollar dəyərində 130,2 min ton kartof gətirilib.

Yeniavaz.com-un açıqlanan sonuncu rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, idxal etdiymiz 1 kiloqram kartofun gömrük dəyəri 44 qəpik (26 sent) olub.

Bu dövrdə ölkəyə idxal olunan iribuynuzlu heyvan ətinin (sümüklü) 1 kiloqramının gömrük dəyəri 6,8 manat (4 dollar) olub.

İdxal olunan digər əsas ərzaq məhsullarının orta gömrük dəyəri isə aşağıdakı kimidir:

– quş ətinin (dondurulmuş) 1 kiloqramının dəyəri 2,8 manat (1,6 dollar),
– kərə yağının 1 kiloqramının dəyəri 9,7 manat (5,7 dollar),
– çayın 1 kiloqramının dəyəri 8,6 manat (5,1 dollar),
– bitki yağlarının 1 kiloqramının dəyəri 4,7 manat (2,7 sent),
– siqaretin 20 ədədinin (1 qutu) dəyəri 62 qəpik (36 sent),
– kondisionerlərin 1 ədədinin dəyəri 542 manat (319 dollar),
– soyuducuların 1 ədədinin dəyəri 620 manat (365 dollar),
– paltaryuyan maşınların 1 ədədinin dəyəri 450 manat (264 dollar).
 
Ardını oxu...
Azərbaycanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlardakı nümayəndələrinin maaşı artırılır.
Bu, Prezident İlham Əliyevin “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarında və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun tətbiqi və “Diplomatik xidmət haqqında” qanunun tətbiq edilməsi barədə”, “Diplomatik xidmət haqqında” qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanununun tətbiq edilməsi haqqında” fərmanlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Fərmana əsasən, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir.
Nazirlər Kabinetinə on beş gün müddətində aşağıdakı müavinətlərin məbləğini müəyyən edib Azərbaycan spublikasının Prezidentinə məlumat versin:
3.1.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödəniləcək birdəfəlik yerləşmə müavinətinin;
3.1.2. həmin Qanunun 21.6-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə ödəniləcək təhsil müavinətinin;
3.1.3. həmin Qanunun 21.6-2-ci və 21.10-cu maddələrinə uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə ödəniləcək aylıq müavinətin;
3.1.4. həmin Qanunun 21.7-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı ödəniləcək aylıq təmsilçilik müavinətinin;
3.2. həmin Qanunun 21.7-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısını, habelə həmin diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödəniləcək kompensasiyanın məbləğini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. həmin Qanunun 23.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin dövlət məvacibini, aylıq əlavənin məbləğini müəyyən edən fərqləndirici əmsalları və onların tətbiq edilməsi qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilib.
 
 
 

Dünyapress TV

Xəbər lenti