Ardını oxu...
Yüksək inflyasiya templəri və yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir.

Bunu Azərtac-a müsahibəsində “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib.

O qeyd edib ki, əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur. Onun sözlərinə görə, təkcə 2022-ci ildə bu yanacaq növü beynəlxalq birjalarda 4 dəfəyə yaxın bahalaşıb. Hətta aviasiya sahəsində ixtisaslaşmış bir çox şirkətlərin proqnozlarına nəzər salsaq aviabiletlərin qiymət artımı prosesinin bütün dünyada müşahidə olunduğunu görərik.

Samir Rzayev vurğulayıb ki, bütün bunlara baxmayaraq, əlbəttə, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə, bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur.
 
Ardını oxu...
ABŞ-ın bu həftə tətbiq etməyi planlaşdırdığı yeni sanksiyalar Rusiyada təxminən 200 hüquqi və fiziki şəxsi əhatə edəcək.
Teref.az Report-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetində məlumat verilib.
Qəzetin yazdığına görə, ABŞ-ın sanksiya siyahısına qubernatorlar və Rusiya rəsmilərinin ailə üzvləri daxil ediləcək.
Bundan əlavə, hərbi-sənaye kompleksinə daxil olan şirkətlərə, müəssisələrə, firmalara, həmçinin sanksiyalardan yayınmada iştirak etdiyi iddia edilən şəbəkələrə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.
ABŞ Maliyyə Nazirliyinin bu həftə Rusiya üçün yenilənmiş sanksiyalar siyahısını təqdim edəcəyi gözlənilir.
 
 
 
Ardını oxu...
Zəlzələnin iqtisadi nəticələrini qiymətləndirən ekspertlərin fikrincə, zəlzələ 2023-cü ildə iqtisadi artımı 1 faizə qədər azaldacaq. İnflyasiyanın yeni yüksəlişləri də “qapıdadır”.

Cebhe.info xəbər verir ki, Türkiyə tarixində ən ağır itkilərə yol açan zəlzələ fəlakətinin ölkə iqtisadiyyatına təsiri ilə bağlı müzakirələr davam edir. Hətta ən optimist hesablamalara görə, on milyardlarla dollar itki proqnozlaşdırılır və zəlzələdən zərər çəkmiş şəhərlərin normal vəziyyətə gəlməsi üçün uzun illər lazım ola biləcəyi bildirilir. Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, zəlzələdən zərər çəkmiş 11 vilayətdən ibarət olan bölgənin ÜDM-dəki payı 9,8 faiz, əhalisinin sayı isə təxminən 14 milyon nəfərdir. Fəlakət bölgəsində iqtisadiyyat həm kənd təsərrüfatı, həm heyvandarlıq, tekstil, dəmir-polad və enerji olmaqla sənaye istehsaından formalaşır.

Məsələn, təkcə Kahramanmaraş Türkiyənin iplik istehsalının 36 faizini həyata keçirir. Yaxın Şərq bazarlarının ixrac bazası olan Qaziantep isə dünya tək hissə xalça istehsalının 60 faizinə ev sahibliyi edir. Türkiyənin ümumi sitrus meyvələri istehsalının üçdə biri Adananın payına düşür.

Hatay isə Türkiyənin ən böyük dəmir-polad zavoduna ev sahibliyi edir və sitrus meyvələri istehsalının 21 faizini qarşılayır. Son illərdə turizm və qastronomiyada ön plana çıxan Şanlıurfa taxıl, pambıq və mərcimək istehsalında liderlik edir. Yaxın Şərq ölkələri ilə bağlı hesabat və təhlillər dərc edən Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun bu yaxınlarda dərc etdiyi hesabatda zəlzələdən sonra Türkiyənin yaxın gələcəkdə yeni bir valyuta böhranı ilə üzləşəcəyini gözləyənlərin sayının artdığı bildirilib.

İqtisadçı Dr. Murat Kubilay tərəfindən hazırlanan hesabatda Türkiyə iqtisadiyyatının xarici maliyyə şoklarına qarşı həddindən artıq həssaslıq nümayiş etdirdiyi və bu vəziyyətin daxili gözləntilərə mənfi təsiri vurğulanıb. Kahramanmaraş zəlzələsinin iqtisadiyyata təsirini 2011-ci ildə Van zəlzələsi və ya 1999-cu ildəki Mərmərə zəlzələsi ilə müqayisə etməyin doğru olmayacağını vurğulayan iqtisadçı Murat Kubilay bildirib ki, Van zəlzələsi çox məhdud ərazidə baş verib:


“Mərmərə zəlzələsi Türkiyənin istehsal və maliyyə mərkəzində olub. Bu zəlzələ nəhəng bir əraziyə təsir edib, amma maliyyə sistemi işləyir, təchizat zəncirində ciddi bir fasilə yoxdur. Ancaq real tablo hələ tam aydın deyil".

“2023-cü ildə artım 1 faizə qədər azala bilər”

Qeyd edilir ki, zəlzələdən əvvəl Cənub-Şərq bölgəsində kənd təsərrüfatı istehsalında ciddi problemlər var idi:

“Bir tərəfdən quraqlıq, digər tərəfdən 2023-cü ilin yanvar ayında 142 faizi keçən Kənd Təsərrüfatı Məhsulları İstehsalçı Qiymət İndeksi kənd təsərrüfatı istehsalında əhəmiyyətli bir yavaşlamaya işarə edir. Zəlzələdən sonra bölgədə xüsusilə yem problemi yaşanır. İstehsalçıların itirdiyi infrastrukturla yanaşı, zəlzələ nəticəsində tələf olan heyvanların sayı və bölgəni tərk edən fermerlər barədə də məlumat hələlik dəqiq deyil”.

İqtisadçının sözlərinə görə, zəlzələnin infrastruktura vurduğu ziyan 10 milyard dolları keçsə də, əsas mənfi təsir özünü Türkiyənin böyümə performansında göstərəcək:

“2023-cü ildə 3 faiz ilə 3,5 arasında böyüməsi gözlənilən Türkiyə iqtisadiyyatı bu artımın təxminən 2 faizini itirə biləcək. Yəni böyümə olmasa, təxminən 20 milyard dollar zərərimiz olacaq”.

“İnflyasiya 50 faizdən aşağı düşməyəcək”

Zəlzələdən sonra iqtisadiyyatla bağlı maraq doğuran digər bir məsələ isə inflyasiyanın nə qədər olacağıdır. İstehlak qiymətlərində 90 faiz, istehsalçı qiymətlərində isə 160 faizə yüksələn inflyasiya Türkiyədə hökumətin faiz dərəcələrini endirmə siyasəti ilə yanaşı, son 1,5 ildə sürətlə artıb. Noyabr ayında isə azalma tendensiyası müşahidə olunub. Son açıqlanan 2023-cü ilin yanvar ayı inflyasiyası illik əsasda istehlak qiymətlərində 57,68 faiz, istehsalçı qiymətlərində isə 86,46 faiz təşkil edib. Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələdən əvvəl bəyan etmişdi ki, hamı ilin sonunda inflyasiyanı 20 faiz hesablamalıdır. Bununla belə, ekspertlərin fikrincə, zəlzələnin yaratdığı dağıntılardan sonra bir çox mal və xidmətlərə ehtiyacın olması inflyasiyaya yüksələn təsir göstərəcək.

Murat Kubilaya görə, seçki gərginliyi və ya valyuta böhranı olmasa belə, inflyasiya ili ən yaxşı halda 50 faizlə bağlayacaq. Yəni xalqın alıcılıq qabiliyyətinin azalmasının davam edəcəyini vurğulayan Kubilay deyib: “Ancaq dövlət xərcləri üçün həm monetar genişlənmə, həm də əlavə vergilər gündəmə gələcək. Bunun inflyasiyaya sürətləndirici təsiri olacaq”.

Dollara yeni hücum

İqtisadiyyatda digər kövrək məqam xarici ticarət kəsiridir. 2022-ci ildə 110,2 milyard dollarlıq rekord kəsiri olan Türkiyə 2023-cü ilə də yaxşı başlamamışdı. Yanvar ayında 14,4 milyard dollarlıq xarici ticarət kəsiri olan Türkiyə iqtisadiyyatında qlobal enerji qiymətlərinin aşağı düşməsinə baxmayaraq, idxal hesabı artmağa davam edir. Zəlzələnin yaralarını sağaltmaq və milyonlarla zəlzələ qurbanının ehtiyaclarını ödəmək üçün ciddi tələb partlayışı olacağını ifadə edən iqtisadçıların fikrincə, bu, hökumətin dollar kursunda yeni hücumlara yol aça bilər. Bütün bunlara seçki tarixindəki qeyri-müəyyənliyin də əlavə olunduğunu bildirən Kubilay bu vəziyyətin zəlzələ fəlakətinin iqtisadiyyata təsirlərini artıracağını qeyd edir.

Hesablamalar fərqlidir

Zəlzələnin nəticələrinin 2023-cü ildə Türkiyə iqtisadiyyatına necə təsir edəcəyi ilə bağlı müxtəlif hesablamalar var. ABŞ-ın sərmayə bankı “Morgan Stanley” tərəfindən zəlzələlərin Türkiyəyə mümkün makroiqtisadi zərəri ilə bağlı hazırladığı hesabatda Türkiyədə birbaşa yaşayış evlərinə dəyən zərərin dəyərinin 24 milyard dollar civarında olacağı proqnozlaşdırılır. Bəzi əlavə xərclər nəzərə alındıqda, bu rəqəmin 38 milyard dollara çata biləcəyini təxmin edən bank bu dövrdə idxalın artmasının cari hesab kəsirinə 9 milyard dollarlıq yük əlavə edə biləcəyini təxmin edir. Fəlakət modelləşdirmə şirkəti “Karen Clark & Company” zəlzələ sığortası çərçivəsində itkilərin 2,4 milyard dollar olacağını gözləyir. ABŞ-da yerləşən “JPMorgan” investisiya bankı da fiziki məhvin birbaşa dəyərinin ən azı 25 milyard dollar olacağını proqnozlaşdırıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) də zəlzələlərin iqtisadi təsirlərinin Türkiyənin ÜDM-nin 1 faizinə qədər itkisinə səbəb ola biləcəyini açıqlayıb. Türk iş dünyasının olan TÜRKONFED-in hazırladığı 2023-cü il Kahramanmaraş Zəlzələ Fəlakət Vəziyyəti Hesabatı başlıqlı hesabatda Mərmərə Zəlzələsi məlumatlarından istifadə edilən metodologiya ilə Kahramanmaraş zəlzələlərinin 84,1 milyard dollar maddi ziyana səbəb olacağı hesablanıb.
Ardını oxu...
 
Ardını oxu...
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayı tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.

TEREF.AZ-ın bilgisinə görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Tekstıl Təmınat MH” MMC (VÖEN- 1504975041) olub.

Tender müsabiqəsinin şərtlərinə əsasən “Tekstıl Təmınat MH” MMC Penitensiar Xidmətin sifarişi əsasında bu qurumun tərkibində olan xüsusi təyinatlılar üçün geyim satacaq və qarşılığında 45 min 595 manat alacaq.

Məlumat üçün bildirək ki, MMC Penitensiar Xidmətə hər birindən 42 dəst olmaqla komufulyaj rəngli özəl tərkibli parçadan xüsusi geyim dəsti, komufulyaj rəngli özəl tərkibli parçadan xüsusi səhra jileti, komufulyaj rəngli özəl tərkibli parçadan təbii xəz boyunluqlu gödəkçə və uzunboğaz dəri vinniks çəkmə satacaq.

Açıqlanan məlumatlardan belə görünür ki, Penitensiar Xidmətin Mühafizə Alayında xidmət keçən xüsusi təyinatlılar üçün alınan 1 ədəd geyimin (geyim dəsti, jilet, gödəkçə və ayaqqabı) qiyməti 1 085 manat 60 qəpik təşkil edir.
Rəsmi məlumatlara görə, “Tekstıl Təmınat MH” MMC 13 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı isə cəmi 5 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 49, m. 55-də yerləşir.
Şirkətin qanuni təmsilçisi Cəfərli Həsən Yelmar oğludur.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Tekstıl Təmınat MH” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Bilinən yeganə məlumat odur ki, şirkət dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olmağa başlayıb.
 
Ardını oxu...
2023-cü ilin yanvar ayında Rusiya banklarının xalis mənfəəti 258 milyard rubl təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur.

Marja xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

"Yanvarda sektorun xalis mənfəəti 258 milyard rubl təşkil edib ki, bu da 2022-ci ilin yanvar ayının nəticəsindən (164 milyard rubl) 1,5 dəfə çoxdur", - tənzimləyicinin məlumatında bildirilir.

Qeyd olunub ki, sektorun mənfəəti əsas fəaliyyətlərdən əldə edilən gəlirlər hesabına təmin edilib - faiz və komissiya gəlirləri 2022-ci ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 26% və 16% artıb.

2023-cü ilin yanvar ayında mənfəətlə işləyən bankların sayı 2022-ci ilin dekabrındakı 222-dən (bankların 68%-i) 263-ə (bankların 81%-i), onların sektorun aktivlərindəki payı müvafiq olaraq 82%-dən 98%-ə yüksəlib.

Eyni zamanda, yanvarda sektorun balans kapitalı dekabrda 77 milyard rubl azalaraq 12 trilyon rubla düşüb. Dinamikaya əsasən 2022-ci illə bağlı bəzi xərclər və əvvəlki illərin bölüşdürülməmiş mənfəətinin azalması təsir göstərib.
 
Ardını oxu...
“Bank VTB-nin Azərbaycanda müştəriləri elə də çox deyil. Bu səbəbdən böyük və uğurlu bank ola bilməyib". "Kommersant.az" xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov VTB-nin Krımda filial açmasının Azərbaycanda fəaliyyət göstərən Bank VTB-yə təsiri haqqında danışarkən deyib.
Ekspert bildirib ki, Bank VTB Rusiyanın ikinci iri bankıdır və Rusiya Krımı öz ərazisi saydığı üçün bank orada filialını açıb:

"Azərbaycana gəlincə, bəli, mənim də öz şəxsi müşahidələrimə əsasən əhalimizin əksəriyyəti Ukraynaya dəstək verir. Əlbəttə, Rusiyanın da Azərbaycanda tərəfdarları var. Amma bu bankın Azərbaycandakı fəaliyyətini uğurlu hesab etmək olmaz. Bankın Azərbaycan filialına Rusiyadan kimi təyin edirlərsə, bura oğurlamağa, korrupsiya ilə məşğul olmağa gəlir".

Bankın Azərbaycandakı kredit portfelindən də danışan ekspert bildirib ki, kreditlər "ən uyğunsuz" müştərilərə verilir, buna görə də kredit siyasəti uğursuz olur:

"Özləri də bundan pul qazanır. Bu bankın Azərbaycanda imici həddən artıq mənfidir".

Əkrəm Həsənov qeyd edib ki, Bank VTB-nin Ermənistanda da filialı var:

"Hətta 2008-ci ilə qədər Ermənistan VTB-nin Qarabağda da filialı var idi. Bu səbəbdən Azərbaycan filialın ölkə ərazisində qanunsuz fəaliyyətinə görə bağlanmasını tələb etmişdi".
 
Ardını oxu...
Deyəsən heç kim bahalaşmadan narazı deyil. Cəmiyyətdə artıq qiymət artımına qarşı immunitet yaranıb. Rayonlarda mal və qoyun ətinin qiyməti 2-3 manat artırsa, yaxın günlərdə paytaxtda bu artım özünü göstərəcək. İndiyə qədər niyə rayonlarda mal və qoyun əti bahalaşmırdı? Region əhalisinin alıcılıq qabiliyyəti aşağıdır. Yerli saticilar çalışırdılar ki, qiyməti maksimum aşağı həddə saxlasınlar. Lakin bu bazardır. Paytaxtdan təlabat artdıqca, yerlərdə qiymət artır.
Rəsmilər qiymət artımının səbəbini bilir. Lakin açıqlamağa tələsmirlər.
Mal və qoyun ətinin qiymətinin artmasının həm yerli, həm də regionalkr şərtləri var.
Regional şərtlər ondan ibarətdir ki, Azərbaycan Ukraynadan, Rusiyadan və Gürcüstandan mal əti idxal edən ölkədir. Təkcə 2021-ci ildə idxal olunmuş 4 450 ton dondurulmuş mal ətinin 3 546 tonu və yaxud 79,7 %-i Ukraynadan gətirilib. Azərbaycana idxal olunan 23800 ton mal ətinin 14000 tonu ət çəkisi formasında, qalanları diri heyvan şəklində gətirilir. Ümumilikdə isə Azərbaycan 68 000 ton ətini xaricdən alır. Bu da 140 tona bərabər olan daxili təlabatın yarısı deməkdir.
Ölkə üzrə iri və xırda buynuzlu maldarlıq təsərrüfatlarında tədarük 2022-ci ildə ötən illə müqayisədə 30 faizə qədər azalıb.
Müqayisə üçün Gürcütsanda ət ixracatı 17 faiz artıb. Belarus, Moldavada da ixracat göstəriciləri yüksəkdir.
Və belə olan təqdirdə Azərbaycanda aqrar sektorun nə qədər gerilədiyini iddia etmək o qədər də çətin deyil. Ukraynadan idxalat zinciri qırılıb. aşağı düşüb. Eyni zamanda Rusiyadan idxal edilən ərzaq, qida məhsullarına tətbiq edilən gömrük rüsumları artırılıb.
Daxildə də mal və qoyun ətinin qiymətinin yüksəlməsini şərtlərndirən faktlar var. Fermer ilk növbədə istehlakçıdır və vətəndaşdır. Ərzaq, kommunal bütün istehlakçı xərcləri, müalicə, istirahət və sair bütün yaşam xərcləri bahalaşıb. Bundan başqa dizelin qiymətinin yüksək olması ilə yanaşı, sürtkü yağları, kənd təsərrüfatı üçün texnikaların ehtiyat hisslərinin qiyməti 40-50 faiz bahalaşıb. Bütün bunlar istehsalçı qismində fermelərin mal, qoyun, quş ətini bahalaşdırma səbəb olur. Bu təbii prosses isə davam edəcək. Çünki ətin qiymətinin bahalaşması ümumi infilyasiya göstəriciləri fonunda adekvat deyil.
Razi Abbasbəyli
Teref.az
 
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə fevralın 18-19-u bu ilin ilk “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirildi. Təxminən ay yarımlıq fasilədən sonra təşkil olunan yarmarkalar cəmi iki ünvanda Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi 5 (“Gənclik” metro stansiyasının yanı), Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 5B (“İnqilab” kinoteatrının yanı) ünvanında idi.

Nazirlik açıqlama yaydı ki, yarmarkaların təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Bizim.Media olaraq fermerlər üçün yaradılan şərait, gətirilən məhsulların keyfiyyəti ilə daha yaxından tanış olmaq üçün “Gənclik” metro stansiyasının yaxınlığında keçirilən yarmarkaya baş çəkdik.

Yarmarkaya daxil olanda ilk gözə çarpan məhsul çeşidlərinin az olması idi. Bəlkə elə buna görə idi ki, müştəri gözə seyrək dəyirdi. Düşündürən məqamlardan bir də burada satılan məhsulların ikinci əl olmadan birbaşa kənddən fermerlər tərəfindən gətirildiyini alıcının necə təyin edəcəyi ilə bağlı oldu. Satılan məhsulların üzərinə vurulan möhürlər təbii görünüşü pozmaqla yanaşı, məhsulun kəndlinin gətirmədiyini deməyə əsas verir. Bir də elə məhsullar da satılır ki, Azərbaycan kəndlisi o malın üzünü də görməyib.

Satıcılardan birinə yaxınlaşırıq. Özünün dediyi kimi, iki universitet bitirən, əslən Saatlı rayonundan olan, amma Bakıda yaşayan Ramin Mürsəlli başqa vaxtlar bazarda, həftəsonları isə buradakı yarmarkada satıcı işlədiyini gizlətmir:

“Kartofu, soğanı birbaşa rayonlardan özüm aldığım üçün nisbətən ucuz verirəm. Amma müştəri elə də çox gəlmir”.

Yaşlı alıcı satıcının bu sözündən əsəbləşir:

“Soğan elə hər yerdə 1 manat 10 qəpikdir. Keyfiyyət də ki, eyni. Kartof da 90 qəpiyə, 1 manata hər yerdən ala bilərəm. Bu uzaq yolu o zaman gələrəm ki, sırf kənddə yetişdirilmiş məhsulun olsun”.

Qeyd etdiyimiz kimi, alıcıların sayı o qədərdə çox deyildi. Kiminlə həmsöhbət olurduqsa baxmağa, qiymətləri bazarla müqayisə etməyə gəldiyini bildirirdi. Alıcılar qiymətlərin bahalığından, satıcılar da müştəri qıtlığından gileylənirdilər.

Yaşı 70-i ötmüş Şamaxının Bəklə kəndindən olduğunu deyən (əslində Qobustan-red.) Mələknisə Eyyubova da müştəri azlığından narahat idi.

“Özüm ədviyyatlar satıram. Səhərdən burada dayanmışam. Cəmi iki manatlıq alverim olub. Onun da birini çörəyə, o birini çaya vermişəm”.

Astara rayonundan olan Mirzə İbrahimov isə öz həyətlərinin məhsulu olan limon, narıngi və bal satır:

“20 manatdan 50 manata qədər bal var. Kefiyyətli bal daha bahadı. Amma nə olsun. Alan yoxdu”.

Qeyd edək ki, alıcılar məhsulun keyfiyyətini ancaq ağız dadına güvənib seçə bilər. Çünki məhsulların üzərində bu barədə heç bir arayış yoxdur. Üstəlik ağzı acıq qablarda satılan bal məhsulunun üzərinə hər alıcının bir dəfə əyilib dadına baxması diqqətli müştərin gözündən yayınmır. Satıcı isə bu vəziyyəti öz baxışı ilə izah edir:

“Bal mikrob götürmür”.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyaları olsa da, alıcıların onlara hər hansı məhsulun keyfiyyəti ilə bağlı müraciət etdiyinin şahidi olmadıq.

Şamaxının Adnalı kəndindən olan yaşlı təsərrüfatçı gətirdiyi kişmişi tərifləyir:

“Heç bir kimyəvi qatqı qatmamışam. 10 manata satıram. Marketlər satdıqları məhsulun üzərinə 18 faiz vergini də gəlirlər. Amma biz o vergidən azadıq”.

Gəncədən olan fermer Zemfira İmanova uzun illərdir ki, arıçılıqla məşğul olduğunu deyir:

“Gəncədə yaşasam da, Samuxda, Göygöldə 200 yeşik arı saxlayıram. Hər cür arıçılıq məhsulu hazırlayıram və satıram. Şəhərə məhsul gətirməyin xərci çox çıxır. Gəlirik, bəzən bir ay qalırıq. Ev tutmalı oluruq. Yolpulu çox çıxır. Bu da bizə o qədər sərf eləmir”.

Qubanın Qonaqkənd kəndindən olan Adil Abbasov deyir ki, məhsulu əsasən Qubanın bazarından alıb gətirir:

“Özümün 100 ağac almam var idi. İndi kəsmişəm. Meyvəni sata bilmirdim, heç bir gəlir əldə edə bilmədiyim üçün ləğv etdim. Əslində, indi bura çıxardığım məhsul bir-iki saatlıqdır, alıcı olsa. Amma bundan ötürü günlərlə burada durmalı oluram”.

Qeyd edək ki, bazarda mal əti cəmi bir yerdə gözə dəyirdi. Sabirabad rayonundan gətirdiyi görünüşü o qədərdə ürəkaçan olmayan ətin qiyməti 11 manat 50 qəpik idi”.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Şöhrət Şıxəmirov isə bizə fermerlər üçün yaradılan şəraitdən danışır:

“Məhsulu yetişdirən kəndli bazara çıxmaq imkanlarından məhrumdur. Biz onlara şərait yaratmağa çalışırıq. Kəndliyə gəlmək sərf emir”.

Nazirlik rəsmisi deyir ki, məhsulların əksəriyyəti yerli olsa da, meyvə qurusunun çoxu xaricdən gətirlir. Alıcıların az olma səbəbini isə belə izah edir:

“Marketlərdə şirnikləndirici endirimlər çoxdur. Həm də yaşayış yerlərinə yaxındır. Alıcılar daha çox merketlərə üz tutur. Amma yarmarkaların bir üstünlüyü var ki, burda qiymətlərdə endirimdə etmək mümkündür”.

Nazirlik rəsmisinin açıqlamasına görə, həftəsonu yarmarkalarında 56 regiondan 70-dən çox fermer iştirak edib. Fermerlər 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxarıblar. //Bizim.Media//
 
Ardını oxu...
Azərbaycanın bölgələrində ətin bir kiloqramı 12-13 manatdan 14-15 manata qalxıb.

Teref.az Xezerxeber-ə istinadən xəbər verir ki, Cəlilabaddakı satıcılar bilrdirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub.
Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır.

Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəzyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər.

Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir.
Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Şimali Qafqaz-Zaqafqaziya qaz kəmərinin qismən bağlanması səbəbindən Ermənistana verilən qazın həcmi azalıb.

Teref.Az musavat.com-a istinadən bildirir ki,bu barədə "Qazprom-Armeniya"nın mətbuat xidməti məlumat yayıb.

Vurğulanır ki, idxal olunan qazın həcminin azalması səbəbindən fövqəladə halların qarşısının alınması və istehlakçıların qazla təmin olunması məqsədilə fevralın 18-dən etibarən bir sıra yanacaqdoldurma məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq. Hətta bununla əlaqədar siyahı da saytda təqdim olunub.

Bizim şərh: Bu yerdə qeyd edək ki, Nikol Paşinyanın Münhen səfəri fonunda Rusiyanın qaz vintillərinə əl gəzdirməsi maraqlıdır. Kreml son zamanlar İrəvanın Avropaya meyiillənməsinə açıq şəkildə kəskin reaksiyalar verir. Fevralın 20-sindən etibarən Avropa İttifaqının patrullarının, həmçinin Fransa jandarmalarının Ermənistana gələcəyi anons edilib, bu da Rusiyanın qıcığına səbəb olub. İstisna deyil ki, Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundunu təşkil etməyi hədəfləyən Kreml Münhendə Azərbaycan və Ermənistan liderlərinin görüşə biləcəyi, yaxud hansısa anlaşmalar əldə olunacağı ehtimalını da kənara qoymur. Bu mənada qışın ortasında İrəvana qaz xəbərdarlığı edilir.

Qeyd edək ki, Qarabağ ermənilərinə də təbii qaz Ermənistandan ötürülür. Ermənistanda qaz yoxdursa, avtomatik şəkildə Xankəndidə də olmayacaq. Amma Qarabağ separatçıları və Ermənistan qazın kəsilməsinə görə görə nə qədər qəribə də olsa, Azərbaycanı ittiham edirlər və istisna deyil, bundan sonra da eyni şəkildə sərsəmləyəcəklər. Paşinyanın Münhen görüşlərində Laçın yolundakı aksiyaya görə Azərbaycanı ittiham etməsi da bu, anormal siyasətin növbəti dəfə təsdiqidir.
 

Dünyapress TV

Xəbər lenti