Ardını oxu...
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda 2022-ci ildə təcavüzkarın bank sektoru 2021-ci ilə nisbətən 12 dəfə az gəlir əldə edib.
“Kommersant” qəzetinin Rusiya Federasiyası Mərkəzi Bankının məlumatlarına istinadən verdiyi məlumata görə, 2022-ci ildə Rusiyanın bank sektoru 203 milyard rubl mənfəət əldə edib, bir il əvvəl isə mənfəət 2,4 trilyon rubl olub.
“Mənfəət bankların 2,4 trilyon rubl qazandığı 2021-ci ilin rekord nəticəsi ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Eyni zamanda, 2022-ci ilin birinci yarısında itkilər, əsasən, valyutanın yenidən qiymətləndirilməsi səbəbindən 1,5 trilyon rublu ötüb”, – materialda deyilir.
Bəzi kredit təşkilatlarının ili xeyli itki ilə başa vurduğu da bildirilir.
Ardını oxu...
Paytaxtda təşkil olunan ənənəvi kənd təsərrüfatı məhsullarının satış yarmarkalarından narazılıq edənlər sırasına millət vəkilləri də qatılıb. Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Emin Hacıyev yarmarkaların təyinatına uyğun fəaliyyət göstərmədiyini, qiymətləri kəndlilərin deyil, vasitəçilərin təyin etdiyini söyləyib: “Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda kəndlilərin iştirakından söhbət gedə bilməz. Özüm dəfələrlə bu yarmarkalarda olmuşam. Ortalıqda vasitəçilər var, onlar da yarmarkaları idarə edərək qiymətlərə təsir edirlər”.

Millət vəkili “bununla bağlı nazirlik hər hansı iş görməyi planlaşdırırmı?”, - deyə sual da ünvanlayıb. KTN-in Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev isə bildirib ki, yarmarkalara nazirlik tərəfindən nəzarət edilir: “Nəzarət qrupu yarmarkada qiymətlərin tənzimlənməsinə nəzarət edir. Ona görə də yarmarkada qiymətlər bazar qiymətlərindən yuxarı ola bilməz”.

Yarmarkalarda kəndlilərin şəxsən iştirakı və qiymət siyasəti daim müzakirə mövzusudur. Alıcılar da narazıdır, kəndlilər də. Sirr deyil ki, kəndlinin məhsulunu şəhərə girişdəcə alverçilər əlindən dəyər-dəyməzinə alıb gəldiyi yerə yola salır. Sonrasa başlanır bazara – yarmarkaya giriş mərhələsi. Deyilənə görə, burada da müəyyən məbləğ müqabilində piştaxta icarəyə götürülür, məhsul satışına başlanılır. Yarmarkalardakı qiymətlərin şəhərdəki pərakəndə satış bazarlarıyla aşağı-yuxarı eyni olmasının səbəbi də budur. Piştaxtaya, məhsul satışı üçün ayrılan yerə görə ödəniş edən bu məbləği məhsulun üzərinə əlavə edir, nəticədə qiymət alıcıları qane etməyəcək səviyyəyə çatır. Sosial şəbəkədə də bu haqda yazanlar yarmarkalarda alverçilərin əsas rolda olduğunu bildirir. Halbuki kəndli yetişdirdiyi məhsulu özü bazara çıxarsa, həm özü qazanc əldə edəcək, həm də qiymət aşağı olacaq. Amma belə olmur. Kəndli əziyyət çəkib əkib-becərir, ortada isə işbazlar qazanır.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı Fuad İbrahimov “Şərq“ə açıqlamasında qeyd etdi ki, fermerin – kəndlinin bu yarmarkalara məhsul gətirib satışa çıxardığına əmin deyil:

- Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında kəndlilər iştirak etmir, şəhərli satıcılar, alverçilər işləyir. Həmin yarmarkalarda paytaxtda ticarətlə məşğul olanları, bazarlarda alver edənləri görürük. Çox nadir hallarda orda kənddən gəlmiş fermer görə bilərsiz.

Birincisi, fermerin yarmarkada satışla məşğul olması üçün gecələməyə yeri olmalıdır. Fermer gündüz qazandığı pulu gecələmək üçün kirayələdiyi otağa verəcəksə, daha niyə şəhərə gəlir?! Yarmarkanın əsas funksiyası kəndlinin öz məhsulu ilə orada təmsil olunması, becərdiyi məhsulu özünün satmasıdır. Hamımız da bilirik ki, qiymət o zaman bahalaşır ki, məhsul ikinci, üçüncü “əldən” keçir. Yəni yarmarkanı, yarmarka vacibdir deyə, təşkil edirlər, amma əsl mahiyyət qalır kənarda, bazardan bir fərqi olmur.

Bəzən yarmarkanı bazarla yanaşı təşkil edirlər. Yaxınlıqdakı bazardan çadırlar, piştaxtalar götürüb quraşdırırlar. Bazardakı satıcıları da müəyyən müddətə yarmarkaya cəlb edirlər. Bu, aldadıcı üsuldur. Ona görə də qiymətlər ucuz olmur, əhali də narazı qalır. Ənənəvi bazarla, market qiymətləri ilə yarmarka qiymətləri arasında gözəçarpan fərq yoxdur.

Əsl yarmarka təşkil etmək istəyirlərsə, bunun sadə yolu var, o da kəndlinini kənddən şəhərə gəlişini təmin etmək, becərdiyi məhsulun sərbəst satışına şərait yaratmaqdır. Amma monopoliya buna imkan vermir.
Ardını oxu...
İlkin məlumatlara görə, ABŞ iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə gözləntiləri üstələyərək 2,9 faiz artıb. Onların gözləntiləri 2.6 olacağı idi. Bu arada, dayanıqlı mal sifarişləri gözləntiləri iki dəfədən çox artırıb.


İlkin məlumatlara görə, ABŞ iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə gözləntiləri üstələyərək 2,9 faiz artıb. Onların gözləntiləri 2.8 olacağı idi. Digər tərəfdən, davamlı mal sifarişləri gözləntiləri iki dəfədən çox artırdı.
ABŞ-da dayanıqlı mal sifarişləri 5,6 faizlə gözləntiləri üstələyib. Gözləntilər yüzdə 2,5 artım idi.

Məlumatlardan sonra dollar digər valyutalar qarşısında bahalaşmağa başlayıb, DXY indeksində isə artım yüzdə 0,21 olub.

10 illik istiqrazların faizi 3,505 faizə yüksəlib.

Elmir Həsənov

Mənbə: TRT World
 
Ardını oxu...
Hələ 2020-ci ildən başlayaraq bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin əlavə dəyər və mənfəət vergisinə cəlb edilməsinin, həmçinin 2021-ci ildən başlayaraq tikinti materialları bazarında kəskin qiymət artımının paytaxtın mənzil bazarında bahalaşmanı qaçılmaz edəcəyi istisna deyildi. Ötən il isə qiymət artımına səbəb olacaq digər amillərin də baş verməsi bahalaşmanın gözləntilərdən daha yüksək olmasına gətirib çıxarıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkə üzrə mənzillərin qiyməti 2021-ci illə müqayisədə 5,8 faiz artıb. O cümlədən, birinci əldən satılan mənzillər üzrə 6,1 faiz, digərləri 5,8 faiz bahalaşıb. 2022-ci ilin 4-cü rübündə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə mənzillərin qiyməti 8 faiz artıb. Lakin ekspertlərin sözlərinə görə, ötən il Bakı şəhərində mənzillərin qiyməti daha çox qalxıb.

Maraqlıdır, mənzillər ucuzlaşa bilərmi? Və ya əksinə, qiymət artmaqda davam edəcəkmi?

Mənzil bazarındakı vəziyyət şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, ötən il olduqca fantastik qiymət artımı ilə yadda qalıb. Mənzil bazarı üzrə illik qiymət artımı təqribən 30 faizə yaxın olub ki, bu da son 15 ilin ən yüksək göstəricisidir: “Adətən devalvasiyadan sonrakı illər üzrə təhlillər göstərirdi ki, daşınmaz əmlak bazarındakı qiymət dəyişikliyi Azərbaycandakı ümumi iqtisadi artıma adekvatdır. Yəni, birrəqəmli qiymət dəyişiliklikləri baş verirdi. Artım maksimum 5-6 faiz həddində olurdu. Lakin ötən il bu sahədə olduqca fantastik göstərici qeydə alınıb”.

Müsahibimiz deyir ki, Bakı şəhərinin bütün ərazilərində qiymət artımı müşahidə olunub:“Müşahidələr göstərir ki, ən çox bahalaşan mənzillər qiyməti 200 min manata qədər olanlardır. Bakı şəhərində ən yüksək qiymətə təklif edilən mənzillər “birinci zona” adlanan ərazilərdədir. Burada yeni tikililərdə mənzillərin 1 kvadratmetrinin orta qiyməti təmirsiz vəziyyətdə 7-8 min manata çatır. Təmirli halda isə qiymət bir az da yüksəkdir. Ən ucuz mənzillər isə təbii ki, şəhərdən kənar olan ərazilərdədir. Buraya Xəzər və Pirallahı rayonları aiddir. Həmçinin, Abşeron rayonunun bəzi ərazilərindədir. Bu ərazilərdə mənzillərin 1 kvadratmetrinin orta qiyməti təxminən 750-800 manatdan başlayır”.

Ekspert bahalaşmanın səbəblərinə aydınlıq gətirərkən deyib ki, burada ipoteka kreditlərinin həcminin artımı, ölkənin bəzi hissəsində aparılan yenidənqurma işləri əsas paya malikdir. R. Osmanlı hesab edir ki, işğaldan azad edilmiş ərazilərin bərpasına yönəldilən vəsaitlərin bir hissəsi daşınmaz əmlak bazarına yönəlir və nəticə etibarilə pul axını bazarda qiymət artımına gətirib çıxarır. Eyni zamanda, baş verən iqtisadi-siyasi-hərbi amillər fonunda Ukraynadan, Rusiyadan ölkəyə insan və pul axını nəticəsində ölkənin istehlak bazarında çox ciddi qiymət artımları, inflyasiyanın yüksəlməsi və s. səbəblər bütövlükdə qiymətin artımasına təsir göstərir.

R. Osmanlı qeyd edib ki, hazırda mənzil bazarında sabitlikdir. Həm alqı-satqı əməliyyatlarının sayı ilin əvvəlinə xarakterik olaraq bir qədər azalıb, həm də, bu istiqamətdə qiymət artımı da dayanıb: “Amma düşünürəm ki, müəyyən bazar iştirakçılarının aktivləşməsindən sonra vəziyyət yəqin ki, dəyişəcək. Bu, hələ ki, bu ayın sonuna qədər baş verməyəcək. Yəqin ki, fevral ayının birinci yarısından etibarən mənzil bazarında dinamika müşahidə edə biləcəyik”.

Ekspert Elnur Fərzəliyev də həmkarının fikirlərini bölüşərək ötən il əmlak bazarında ciddi bir canlanma olduğunu bildirib. O, deyib ki, qiymət artımı daha çox köhnə binalarda – “Xruşşov” layihəli və digər istismar müddətini başa vurmuş binalarda olub:“Buna səbəb həmin binaların pilot layihələr çərçivəsində söküntüsü prosesidir. Belə ki, söküntü zamanı vətəndaşa əvəzləşmə ilə verilən yeni tikili binalardakı mənzilin bazar dəyəri köhnə binalardakına nisbətən daha yüksəkdir. Bu baxımdan belə mənzillərə tələb artdı. Bu gün biz qiymətlərə baxsaq, Bakının istənilən metrostansiyalarına yaxın köhnə tikili binalarda 2 il bundan əvvəl təxminən 1 otaqlı “Xruşov” layihəli mənzili 60-65 min manata almaq olardısa, bu gün həmin qiymət təxminən 80 min manatdan yüksəkdir. Düşünürəm ki, köhnə binalardakı qiymət artımı süni formadadır”.

E. Fərzəliyev ötən il qiymət artımında Rusiya-Ukrayna müharibəsinin roluna da toxunub. Lakin onun bu barədə fikri həmkarından fərqlidir: “Fikir formalaşdı ki, bu ölkələrdən kütləvi axın olacaq və onlar həmin çıxarışlı mənzilləri alacaqlar. Təbii ki, gözləntilər özünü doğrultmadı. Axın çox az oldu. Gələnlərin əksəriyyəti azərbaycanlılardır ki, onların da böyük əksəriyyətinin Bakı şəhəri və Azərbaycanın bölgələrində əmlakları var. Bu ölkələrdən gəlib Azərbaycanda mənzil alanların sayı ümumi satış portfelinin az hissəsini təşkil edib”.

E. Fərzəliyev, həmçinin yeni tikili binalarda da qiymət artımının müşahidə olunduğunu vurğulayıb. Səbəb artıq paytaxtda, o cümlədən mərkəzə yaxın ərazilərdə çoxmənzili binaların tikintisi üçün torpaq sahələrinin məhdud olmasıdır:“Bundan irəli gələrək artıq yeni tikili binalar əvvəlki sayda deyil. Tikilən binalar da köhnə, 4-5 mərtəbəli binaların sökülərək onların yerinə inşa edilənlərdir. Bunun özü də tikintinin maya dəyərini artırır və qiymətin qalxmasına gətirib çıxarır. Bahalaşma metrostansiyalarına, mərkəzə yaxın ərazilərdə, eyni zamanda, Sumqayıt şəhərində, Abşeron rayonunda tikilən yeni binalara aiddir. Təxminən bir neçə il bundan əvvəl Xıralanda yeni tikili binadan təmirsiz mənzilin 1 kvadratmetrini 700 manata almaq olurdusa, hazırda 900 manatdan daha yüksək qiymətə təklif olunur”.

Ekspert əlavə edib ki, mənzillərlə yanaşı, fərdi həyət evlərində də qiymət artımı baş verib. Nisbətən ucuz mənzillərə gəlincə, E. Fərzəliyev qeyd edib ki, belə daşınmaz əmlaklar bir qayda olaraq şəhərdənkənar ərazilərdə təklif edilir. Bakıətrafı ərazilərdə isə yalnız fərdi yaşayış evlərində olur ki, onların da “çıxarış”ı yoxdur.

Mütəxəssisin sözlərinə görə, qiymət artımı yeni tikilən binalarda davam edəcək. Belə ki, həm tikinti materiallarının qiyməti artıb, həm də tikinti aparmağa yararlı olan torpaq sahələri tükəndiyinə görə onların qiyməti artır. Bu da tikintinin maya dəyəri artırır. Bu səbəbdən də tikinti şirkətləri artıq paytaxtda yeni binalar tikməkdə maraqlı deyil. Binalar yenidən tikilməyə başlasa, qiymət daha yüksək olacaq. İnsanlar bu qiymətlərə öyrəşmədiklərinə görə tikinti şirkətləri istəyirlər ki, bazarda ortalama qiymət formalaşsın və daha sonra tikinti işlərinə start versinlər: “Artıq bir neçə ay bundan əvvəl paytaxtda böyük bir sahədə ərazilərin söküləcəyi ilə bağlı xəbərlər yayıldı. Bu layihə olaraq dövlətə məxsus olsa da, söküntü işlərini özəl sektora aid tikinti şirkətləri aparacaq. Təbii ki, onların da söküntü işlərinə başlaması, yerində yeni bina tikməsi üçün münbit bir bazar, alıcı kütləsi formalaşmalıdır. Yəni, tikiləcək binalar satılmalıdır ki, onların işləri yarımçıq qalmasın”. (Qafqazinfo)
 
Ardını oxu...
“Dərman qiymətlərinin sürətlə artması ailə büdcəsinə ziyan vurur. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bununla bağlı sənəd hazırlayıb. Bu sənəddə tənzimləmə işləri və s. məsələlər yer alıb”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Əli Məsimli deyib.

“Uzun müddətdir tanıdığım bir professor deyir ki, Türkiyədə 3.2 qəpiyə aldığım dərmanı Bakıda 39.40 qəpiyə almışam. Bu, dəhşətli fərqdir. Bu istiqamətdə dinləmələrin aparılması zəruridir. Süni qiymət artımının hər faizi Azərbaycan xalqının ailə büdcəsinə 1 il ərzində 500 milyon manat ziyan vurur”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, ötən gün tarixçi-professor Ədalət Tahirzadə Türkiyədən 3 manat 20 qəpiyə aldığı “Tamprost” adlı dərmanı Bakıda 39 manat 40 qəpiyə əldə etdiyini bildirmişdi.
 
Ardını oxu...
Rəfail Becanov: “Bu vəsaitlər medianın inkişafına təsir etmək üçün nəzərdə tutulmur...”

Dünyanın bir çox ölkəsinin hakimiyyətinə qarşı yönəlmiş inqilabların, toqquşmaların və iğtişaşların sponsoru kimi tanınan amerikalı milyarder Corc Soros bütün dünyada 253 media orqanına rüşvət verməkdə şübhəli bilinir. Araşdırmaya Washington Post, Bloomberg, CNN, NBC, CBS və NPR kimi nüfuzlu media orqanları daxildir.

Qeyd edildiyi kimi, məlum olub ki, milyarder bu illər ərzində hadisələrin istədiyi kimi işıqlandırılması üçün 2016-2020-ci illər ərzində 54 nüfuzlu media xadiminə ümumilikdə 131 milyon dollar ödəyib.

Ödənişlər Corc Soros tərəfindən maliyyələşdirilən qruplar vasitəsilə həyata keçirilib:

"Milyarder Corc Sorosun abort, marksist iqtisadiyyat, antiamerikanizm, polisin maliyyələşdirilməsinin dayandırılması, ətraf mühitin ekstremizmi və LGBT təəssübkeşliyi ilə bağlı radikal "açıq cəmiyyət" gündəmini yaymaq üçün öz təşkilatlarına sərmayə qoyduğu 32 milyard dollardan çox vəsait dividend ödəyib".

Qeyd edildiyi kimi, bir çox media xadimləri Sorosun dəstəklədiyi qruplardan 2,7 milyon dollar alan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) vasitəsilə Sorosla əlaqələndirilir.

Böyük media quruluşlarına verilən pulun miqdarını hesabladıqda, hər bur redaksiyaya 40 min dollar pul düşür ki, bu da az məbləğ sayılmır. Bunu etməklə Sorosun əsas hədəfi nə olub?

Bununla bağlı “Cümhuriyət” qəzeti və Cəbhə.info Xəbər Portalının rəhbəri Rəfail Becanov “Bakı-Xəbər”ə bildirib ki, nəzərdə tutulan yardımlar, ayrılan vəsaitlər açıq cəmiyyətlərin formalaşmasına, demokratik dəyərlərin möhkəmlənməsinə xidmət edəcəksə, təbii ki, bu, alqışlanmalı məsələdir: “Amma bu şəxsi maraqlara, hansısa bir fərdin öz dünyagörüşünə, yaxud onun təmsil etdiyi cəmiyyətin, dövlətin dünya görüşünə xidmət edirsə, bu, yolverilməzdir. Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət İnstitutu adına görə çox maraqlı qurumdur. Ona görə ki, onun adında görünən məqsədlər maraqlıdır. Dünyada açıq cəmiyyətin formalaşmasına, demokratik təsisatların möhkəmlənməsinə xidmət edir. Amma bu, onun zahiri tərəfidir. Daxili tərəfini isə araşdıranda görürük ki, Sorosun maraqlarına, onun təmsil etdiyi cameənin maraqlarına xidmət edən bir fəaliyyətdir. O cümlədən, mediaya ayrılan vəsaitlərin də təyinatı bu qəbildəndir.

Dünyada mediaya bu qədər vəsait ayrılırsa, bu, medianın inkişafına hər hansı bir təsir etmirsə, yenə də həmin medialar müvafiq qurumlardan, o cümlədən Sorosun təmsil etdiyi belə institutlardan, fondlardan asılı olursa, nəticə etibarı ilə heç nə dəyişməmiş olur. Bu məlumatla mən də tanış olmuşam. 253 media orqanına müxtəlif vəsaitlər ödənib. Bunun içində xeyli sayda dünyada tanınmış media orqanı var. Hesab edirik ki, bu media orqanları hər zaman təmsil etdikləri dövlətin, təmsil etdikləri dünyagörüşün, fondların və vəsait aldıqları dairələrin maraqlanrından çıxış edirlər.

Digər tərəfdən, 54 nüfuzlu media xadiminə 131 milyon dollar vəsait ödənməsi faktı da var. Bu 54 nüfuzlu media xadimi kimlərdir? Onlar dünyada medianın inkişafı üçün hansı işləri görüblər? Bunun özü məlum deyil. Amma Sorosun maliyyələşdirdiyi müxtəlif maraq qrupları yerli milli mentalitetlərin əleyhinə olan fəaliyyət növləridir. Məsələn, onların əsas xətlərindən biri LGBT təəssübkeşliyidir. Bu, dünyada çox az və nadir cəmiyyətlərə xas xüsusiyyətlərdir. Bunu bütün dünyaya yaymaq üçün bu qədər vəsaitlərlə cəmiyyətlərin milli mentalitetlərinə müdaxilə etmək istəyirlər. Bununla da öz nəzarətlərini təmin etməyə çalışırlar.

Hesab edirəm ki, bu vəsaitlər medianın inkişafına təsir etmək üçün nəzərdə tutulmur. Medianı idarə etmək, medianın vasitəsi ilə cəmiyyəti idarə etmək üçün yaratdıqları bir mexanizmdir. Əgər bunların maraqları doğrudan da azad söz, azad media qurluşlarının güclənməsi olarsa, fəaliyyətlərə müdaxilə etmək yolverilməzdir. Amma bu zaman biz başqa şeylərin şahidi ola bilərik. Harada onların barmaqları varsa, orada bir müdaxilə var”.

Media rəhbərinin sözlərinə görə, onlar öz maraqlarına uyğun informasiyanı dünyaya elə sırıyırlar ki, hər kəs inanır: “Amma üstündən illər keçəndən sonra məlum olur ki, informasiyanın bu formalarla cəmiyyətlərə ötürülməsi həmin maraq qruplarının, Soros kimi adamların təmsil etdiyi dünyagörüşün maraqlarına uyğun hazırlanıb.

Hesab edirəm ki, Azərbaycanda media orqanları artıq oturuşmuş orqanlardır, bizim milli və dövlət maraqlarlarımızın tələb etdiyi formada fəaliyyət göstərirlər. Xarici təsirlər fonunda maraqlarımızın əleyhinə fəaliyyət mümkün deyil. Çünki bizim üçün önəmli milli maraqlarımızdır. Ola bilsin ki, ayrı-ayrı fərdlər, yaxud qruplar bu prosesdə iştirakçısı, Sorosun düşüncə, maraq dairəsinin təmsilçiləridir. Amma onlar da Azərbaycan cəmiyyətinə böyük təsir elementləri yarada bilməzlər. Bu baxımdan bəzi media orqanlarının, media fəaliyyəti göstərən hər hansı bir şəxsin bu vəsaitlərdən faydalanması ilə nələrsə edə biləcəyi mənə inandırıcı gəlmir. Sadəcə olaraq vəsaiti alır, o vəsaitin müqabilində də vəsait aldığı maraq qrupuna xidmət edir. Ona görə də bu tendensiyanın Azərbaycanda cəmiyyət tərəfindən qəbul edildiyinə inanmıram. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti xarici maraq qruplarından vəsait alan, onların maraqlarını Azərbaycanda reallaşdırmaq istəyən istənilən qruplara qarşı radikal mövqedədir. Onların tamamilə əleyhinədir və onları dəstəkləmir”.

Cebhe.info
 
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən banklar 2022-ci il üçün maliyyə hesabatlarını açıqlayır.

Teref.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu günə kimi maliyyə hesabatı açıqlayan 6 bankdan heç biri zərər etməyib.
Ən yüksək mənfəəti “Kapital Bank” əldə edib. Səhmlərinin 99,88%-i “Paşa Holdinq”ə məxsus olan bu bankın 2022-ci ildə xalis mənfəəti – 308 milyon 47 min manat olub.
Digər bankların mənfəətləri (zərər) aşağıdakı kimi olub:

Banklar Mənfəət Zərər
(min manat) (min manat)

2022 2021 2020 2022 2021 2020
“Beynəlxalq Bank” 254 379 208 780 129 391
“Kapital Bank” 308 047 179 963 302 698
“Paşa Bank” 149 394 90 180 84 252
“Yelo Bank” 11 733 – 39 748
“AFB Bank” 9 303 5 388
“Rabitəbank” 11 181 2 725 2 180
“Express Bank” 7 701 6 829
“Naxçıvan Bank” 6 301 7 323
“Bank Melli İran” 1 357 – 784 1 960
“Azər Türk Bank” 546 423
“ASB” 2 228 5 184
“BTB Bank” 546 – 9 130
“Unibank” 4 688 11 021
“Günay Bank” 410 408
“Bank Avrasiya” 793 1 226
“Xalq Bank” 27 215 27 289 25 775
“Ziraat Bank” 7 033 2 111
“Turan Bank” 668 684
“Premium Bank” 1 935 3 964
“Muğan Bank” 1 552 707
“Bank VTB” 4 213 3 860
“Access Bank” 1 106 2 621
“Yapıkredi Bank” – 1 373 931
“Bank of Baku” 23 060 12 673
“Bank Respublika” 19 500 6 021
 
Ardını oxu...
“Hazırda maaş artımları ilə bağlı müvafiq vəsaitlər dövlət büdcəsində ayrılır”.

Bunu maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Nazir Prezidentin sərəncamlarında nəzərdə tutulan bütün sosial proqramlar üzrə maliyyə məsələlərinin öz həllini tapacağını qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı 345 manata çatdırılıb. 700 min vətəndaşı əhatə edəcək minimum əməkhaqqıdakı artım üçün dövlət büdcəsindən əlavə 450 milyon manat ayrılacaq.

Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər də artırılacaq. Artımlar yanvarın 1-dən hesablanacaq.

Minimum pensiyadakı artımı da nəzərə alaraq, maaş və pensiyalar üzrə artımdan 800 mindən çox vətəndaş birbaşa faydalana biləcəklər.
 
Ardını oxu...
"Yaşıl enerji ilə bağlı potensial böyükdür". "Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında söyləyib.

"Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavatdır. Quruda olan potensial 27 qiqavatdır, iki il əvvəl müharibə nəticəsində azad edilmiş ərazilərdə daha 10 qiqavatdır. Beləliklə, təqribən 200 qiqavat həcmində potensial mövcuddur", - Prezident deyib.

Dövlət başçısı bildirib: “Ötən ilin dekabrında biz Buxarestdə Gürcüstandan Rumıniyaya qədər uzanacaq 4 qiqavat gücündə sualtı kabelin inşası ilə bağlı razılaşma imzaladıq. Hazırda texniki-iqtisadi əsaslandırma həyata keçirilir. O, hazır olan kimi biz maliyyələşmə üzərində düşünəcəyik və əlbəttə ki, burada Avropa maliyyə institutlarının dəstəyinə ehtiyac olacaq”.
 
Ardını oxu...
“Dünya iqtisadiyyatında dolların hökmranlığı sona çatmaq üzrədir”.

Bu sözləri amerikalı maliyyəçi, investor, Amerikanın “Bridgewater Associates” investisiya şirkətinin təsisçisi Rey Dalio deyib.

“Dolların dominantlıq etdiyi dünya nizamı və qloballaşan iqtisadiyyat erası sona çatır. İndi böyük dövlətlər və onların müttəfiqləri iqtisadi, maliyyə və hərbi bloklar yaradırlar”, - deyə Dalio qeyd edib.

Maliyyəçinin sözlərinə görə, ABŞ, Avropa və Yaponiyada öz mərkəzi banklarından asılılıq yaranıb və nəticədə “çox böyük borcları yığılıb”.

O, sabit maliyyə sisteminə malik, ciddi daxili münaqişələri olmayan və digərləri ilə müqayisədə beynəlxalq münaqişələrə daha az həssas olan ölkələrin iqtisadiyyatlarına investisiya qoymağı məsləhət görüb. Dalio belə dövlətlərə misal olaraq İndoneziya, Vyetnam və Hindistanı göstərib.

Mənbə: Gazeta.ru
 
 

Dünyapress TV

Xəbər lenti