Ardını oxu...
Bəzi Avropa İttifaqı (Aİ) ölkələri Rusiya banklarına yeni sanksiyaların tətbiq olunmasına qarşı çıxıb.

APA xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.

Məlumatda hansı dövlətlərin sanksiyalara qarşı çıxması və hansı Rusiya banklarından söhbətin getdiyi bildirilməyib.

Xatırladaq ki, bir müddət əvvəl “Politico” nəşrinin yaydığı məlumata əsasən, Aİ yeni sanksiyalar paketinin bir hissəsi olaraq “Alfa-Bank” da daxil olmaqla, Rusiyaya məxsus 4 banka məhdudiyyətlər tətbiq etməyi planlaşdırırdı.
 
Ardını oxu...
Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10%-i həcmində ziyan vurub.

Cebhe.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Sahibkarlar Konfederasiyasının və ölkənin işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadən xəbər verir.

Biznes qrupunun məlumatına görə, Türkiyədə yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Zəlzələlərin nəticələri həm də ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına gətirib çıxarıb. Əmək itkiləri isə Türkiyə iqtisadiyyatına 2,9 milyard dollar ziyan vuracaq.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Ardını oxu...
“Hazırda 21 müflis bank ləğv prosesindədir. Ləğvedici də Əmanətlərin Sığortalanması Fondudur (ƏSF). ƏSF-in işi həmin bankların əmlakını baha qiymətlə satmaq və verdiyi kreditləri qaytarmaqdır. Əldə olunan vəsait də kreditorlar (bankda pulu qalmış şəxslər) arasında mütənasib şəkildə bölüşdürülməlidir. Bu prosesin düzgün həyata keçirilməsi üçün şəffaflıq və ictimai nəzarət lazımdır”.

TEREF.AZ gununsesi.info-ya istinadla bildirir ki, bunu bank məsələləri üzrə ekspert, tanınmış hüquqşünas Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, ilk növbədə də kreditorların nəzarəti lazımdır:
“Çünki müflis banklar faktiki onlara məxsudur.
Lakin reallıqda kreditorlar bu prosesə heç yaxın da buraxılmır. ƏSF onlara adekvat məlumat vermir. Prosesə formal nəzarəti Apellyasiya Məhkəməsi həyata keçirir. Amma həmin məhkəmə icraatı da şəffaf deyil, kredtiorlar komitəsinə heç bir məlumat verilmir. ƏSF-in rəhbəri Azad Cavadov və Vüqar Abdullayev olanda o, daha şəffaf idi. Son illər ərzində ƏSF-in özbaşınalığı artıb.

Belə ki, ƏSF bankların əmlakını qeyri-şəffaf satır. ƏSF bankların əmlakının əksər hissəsini ümumiyyətlə satmır, bəzilərini xəlvəti idarə edib (məsələn, icarəyə verir), gəlir götürür.
Fond, həmçinin bankların kreditləri üzrə borcalanlara kreditorların maraqlarına zidd və onlardan xəbərsiz olaraq güzəştlər edir, bəzi kreditləri tələb etmir, iddia müddətlərini buraxır, bu işləri savadsız, qeyri-dürüst aparır”.

Ekspert deyir ki, ƏSF bankların ləğvinə yüksək və kreditorların maraqlarına zidd şəkildə xərclər çəkir: “ƏSF daxil olan vəsaitləri kreditorlar arasında qeyri-dürüst bölüşdürür. Bu siyahını davam etdirmək olar. Əsas odur ki, məhz bu qanunsuz və özbaşına fəaliyyətinin ifşasından qorxaraq ƏSF kreditorlara məlumat vermir”.

“Çıxış yolu nədir” sualına isə Əkrəm Həsənov belə cavab verir:
“Müflis bankların kreditorları birləşməlidir. İlk növbədə kreditorlar komitələri qurultay keçirməli və mövcud problemləri müzakirə edərək ƏSF-ə qarşı yekdil müqavimət (mübarizə) strategiyasını razılaşdırıb hərəkətə keçməlidirlər.

Bu niyə vacibdir? Kreditorların hüquqları qorunmayan ölkədə əlverişli investisiya mühiti ola bilməz. Həmin ölkəyə pul qoyan olmayacaq. Xüsusilə banklara heç kəs pul qoymayacaq. İnsanların və sahibkarların pulunu əvvəlcə banklar və onlara nəzarət edənlər yeyib-dağıdır, sonra da olan-qalan əmlakın başına ƏSF daş salır. Buna son qoyulmalıdır”.
 
Ardını oxu...
Ötən il inflyasiyanın qarşısını almaq üçün FED faiz dərəcələrini sürətlə qaldırdı.

İndex.az xəbər verir ki, daha öncələr də inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini qaldıran FED, sonuncu dəfə bu həddə faiz dərəcələri qaldırılmağa başladıqdan 24 ay sonra, 2006-cı ildə çatmışdı.

Qeyd edək ki, ötən il FED-ə 2006-cı ildəki göstəricini yeniləmək üçün cəmi 8 ay bəs etdi.

Teref.az FED-in faiz dərəcələrini ən çox qaldırdığı illəri sizə təqdim edir:
Ardını oxu...
 
Ardını oxu...
BP Azərbaycan neftinin Aralıq dənizindəki Ceyhan limanından ixracı ilə bağlı fors-major vəziyyət elan etdiyini açıqlayıb.

İndex.az xəbər verir ki, BP-nin Bakıdakı sözçüsü bildirib ki, regionda baş verən zəlzələlərdən sonra şirkət Aralıq dənizindəki Ceyhan limanından Azərbaycan neftinin ixracı ilə bağlı fors-major vəziyyət elan edib:

“Bakı-Tbilisi-Ceyhan boru kəmərindən neftin dəniz yolu ilə ixracı bərpa olunmayıb”.

Fors-major bəyannaməsi BP-yə şirkətin nəzarətindən kənar hadisələrlə bağlı müqavilə öhdəliklərini yerinə yetirməmək imkanı verəcək.
 
Ardını oxu...
Türkiyə və Suriyada baş verən zəlzələ 1 mlrd. dollardan çox iqtisadi zərərə səbəb ola bilər.

Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi məlumat yayıb.

İlkin hesablamalara görə, iqtisadi xərclər 1 mlrd. dollara çata bilər. İqtisadi itkilərin isə əlavə 100 mln. – 1 mlrd. dollara qədər olacağı təxmin edilir.

Bu gün Türkiyə birja indeksi də dəyər itirib.
 
Ardını oxu...
İqtisadçı Mixail Belyayev Çin yuanının “yeni dollar” ola biləcəyini iddia edib.

İqtisadçı ekspert Mixail Belyayev dolların regional əhəmiyyətli valyutalarla əvəzlənəcəyini proqnozlaşdırıb.

Belyayev etiraf edib ki, Çin istehsal və ticarətdə lider kimi ortaya çıxdığı üçün yuan “yeni dollar” ola bilər.
“Məncə, regionlar öz güc mərkəzlərini formalaşdıracaq və əlavə iqtisadi maraqlarla bir-birinə bağlı olan bu güc mərkəzlərində, əsasən bu regionlarda qəbul edilən valyutadan istifadə olunacaq”, – deyə Belyayev vurğulayıb.

Belyayev hesab edir ki, ABŞ və dolların dünya səhnəsindən sıxışdırılması prosesi daha dinamikdir və yaxın 5 il ərzində tamamlana bilər.
pressklub
 
Ardını oxu...
Deputatlar təkliflər verdilər, MEDİA rəhbəri isə... – “Bu, mediada iqtisadi müstəqillikdə atılan ilk addımdır”

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Gündəliyinə səkkiz məsələ daxil edilən iclasda müzakirə olunan məsələlərdən biri də Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Dəyişiklikdə media ilə bağlı müddəalar da əksini tapıb.

Toplantıda Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov iştirak edib.

Qanuna dəyişikliyə görə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən maddi yardımlar gəlir vergisindən azad olunur.

Qeyd edək ki, gəlir vergisindən azad olunma 2023-cü il yanvarın 1-dən 3 il müddətinə tətbiq ediləcək.

Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin göstərilməsi əlavə dəyər vergisindən azad edilir. Layihəyə əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

"Azərbaycandan xaricə milyonlarla reklam pulları axır"

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək.

“Media subyektlərinə dəstək olaraq, bu, az məbləğ deyil, ancaq medianin inkişafı dövlət büdcəsinin digər sahələrdən gələn gəlirlərinin artmasına imkan verəcək. Azərbaycandan xaricə milyonlarla reklam pulları axır. Etiraf edək ki, sosial şəbəkələrə baxsaq, bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyeklərini üstələyir, onların daha çevik alətləri var. Amma bu qanun, vergi dəyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək”,- deyə komitə sədri bildirib.

“Bu, dövlət büdcəsi üçün o qədər də böyük problem olmayacaq”

Deputat Mahir Abbaslı çıxışında təklif edib ki, media subyektlərinə tətbiq edilən vergi güzəştləri üç ildən beş il müddətinə artırılsın.

Millət vəkili hesab edir ki, vergi güzəştlərinin üç ildən beş il müddətinə artırılması bu sahədə inkişafa təkan verəcək: “Bildirildi ki, 3 il müddətində edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək. Bu da ildə təxminən 3 milyon manat deməkdir. Müddətin beş ilə qaldırılması problem hesab edilməz. Mənə elə gəlir ki, bu, dövlət büdcəsi üçün o qədər də böyük problem olmayacaq”.

“Vergidən azadolma ilə bağlı 3 il azdır, 5 il daha məqsədəuyğundur”

“Medianın reklam gəlirləri kifayət qədər azdır. 2021-ci ildə medianın 42,3 mln. manatlıq gəliri olub. Bu gəlirlərin 36 milyon manatı televiziyanın payına düşür. İxtisaslaşmış medianın reklam gəlirləri kifayət qədər azdır. Yazılı və ixtisaslaşmış mediaya reklam verməyi təşviq etmək lazımdır. Vergi Məcəlləsində dəyişiklik edilərək reklam verən şirkətlərə güzəştlər tətbiq edilməsi və vergi güzəştlərinə baxılması lazımdır ki, bu, biznesi mediaya reklam verməyə təşviq etsin”. Bu sözləri isə deputat Vüqar Bayramov söyləyib.

Millət vəkili bildirib ki, ötən il sosial media gəlirlərin əhəmiyyətli dərəcədə hissəsini götürüb: “Azərbaycanda sosial medianın gəlirləri, yazılı mediadan daha çoxdur və olacaq da. Biznes sosial mediada reklam yerləşdirməkdə daha maraqlıdır, nəinki yazılı mediada. Buna görə də mediaya reklam verilməsinin təşviqi mühümdür. Vergidən azadolma ilə bağlı 3 il azdır, 5 il daha məqsədəuyğundur. Bu məbləğ elə də böyük deyil. Məbləğ artsa belə, büdcədə elə böyük çəkiyə malik olmayacaq. Biznes təşviq olnmayanadək medianın gəlirlərində kəskin artımlar müşahidə olunmayacaq”.

“Hələ qarşıda media sahəsində görüləcək işlər çoxdur”

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov bildirib ki, mediada vergi güzəştləri ilə bağlı qanun qəbul olunduqdan sonra reklam bazarında canlanmanın yaranması mümkündür. Onun sözlərinə görə, qanun layihəsi media sahəsində maliyyə şəffaflığının artırılmasına böyük dəstək göstərəcək.

“Bu, mediada iqtisadi müstəqillikdə atılan ilk addımdır. Hələ qarşıda media sahəsində görüləcək işlər çoxdur. Eyni zamanda bu sahədə biznes subyektləri, sahibkarla görüşümüz nəzərdə tutulur”, - deyə ismayılov vurğulayıb.

MEDİA rəhbərinin sözlərinə görə, çalışacaqlar ki, bu görüşdə sahibkarların, biznes subyektlərinin reklama dəstək verməsi üçün onlara nə lazımdırsa, kömək edilsin: “Bununla bərabər qanunvericilikdə hansı mexanizmlər öz əksini tapa bilər, onu da müzakirə edəcəyik. Media subyektlərinin rəhbərləri ilə biznes subyektlərinin yaxın gələcəkdə bir platformada görüşlərini təşkil edəcəyik. Düşünürəm ki, bu görüşlərdən sonra ortaq fikrə gələ bilərik. Görüşlərdə biznes subyektlərinin mediaya dəstək olması üçün müzakirələr keçiriləcək”.
ayna.az
 
Ardını oxu...
Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçirilir. Tədbir iştirakçılarından bəzilərinin fikrincə, burada əsas məsələ Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi perspektivlərinin müzakirəsidir.

Elə Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında bu məsələyə də toxunub: “Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir… Bu gün biz artıq TANAP-ın (Trans Anadolu Boru Xətti) 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın (Trans Adriatik Boru Xətti) isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq”.

Prezident qeyd edib ki, Azərbaycan qaz ixracını ildən-ilə artırır: “2021-ci ildə ixracatımız 19 milyard kubmetr, 2022-ci ildə 22.6 milyard kubmetr təşkil edib, 2023-cü ildə 24.5 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır”.

“…Ən azı 100 il kifayət edəcək”
O, həmçinin deyib ki, “təbii qaz ehtiyatlarımız bizim və tərəfdaşlarımız üçün ən azı 100 il kifayət edəcək”.

CQD 2020-ci ildən işə düşüb. O, Azərbaycan qazını Avropaya nəql edir. Dəhliz Bakıdan başlayaraq Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya qədər uzanır. Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qaz TANAP və TAP vasitəsilə İon-Adriatik boru kəmərinə çatdırılacaq və Şərqi Avropa ölkələrinə də paylanacaq. Dəhlizin başlanğıc seqmenti Cənubi Qafqaz Boru Kəməridir.

Ötən ilin iyulunda Avropa İttifaqının təmsilçiləri Azərbaycan ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair memorandum imzalayıblar. Memoranduma əsasən, Azərbaycan Avropaya nəql etdiyi qazın həcmini 2027-ci ildə 20 milyard kubmetrə çatdırmalıdır. Hazırda TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir.

Bir ilə 15 milyard dollarlıq ixrac
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2022-ci ildə Azərbaycandan 14 milyard 989 milyon 675 min dollarlıq təbii qaz ixrac olunub. Ötən il ixracda 18 faiz artım olub.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Azadlıq Radiosuna bildirib ki, Azərbaycanın əlavə qaz verəcəyi istiqamətlər artıq müəyyənləşib: “Prezident həftə əvvəlində Budapeştdə oldu və bildirdi ki, Macarıstan Azərbaycandan yalnız qaz almayacaq, o, həm də Azərbaycan qazının tranzit ölkəsinə çevriləcək”.

NABUKKO-nu canlandırmaq
Ekspertin xatırlatmasına görə, prezident deyib ki, “biz tarixə qovuşmuş NABUKKO layihəsini canlandırırıq”: “Faktiki olaraq 2013-cü ildə layihə kimi gündəmdən çıxmış bu layihə çox simvolik məna daşıyır. Məhz Azərbaycan o vaxt TAP-ı seçməsi ilə Avropanın 11 il gündəmdə olan bu layihəsini arxivə göndərdi”.

NABUKKO qaz kəməri Xəzər bölgəsi və Orta Asiyanın təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdırmağı nəzərdə tuturdu.

“Üç potensial layihə”
Ekspertin sözlərinə görə, qazla bağlı Azərbaycanın üç potensial layihəsi var: “”Azəri-Çıraq-Günəşli” blokunun dərin qatındakı qaz yatağıdır. Bunun işləyib bazara çıxarılması maksimum 2025-ci ilə mümkündür. 2028-ci ilə “Abşeron-2” layihəsinin işə salınması mümkündür. Üçüncü layihə isə “Ümid” və “Babək”dir. Artıq “Ümid”dən ötən il 1.5 milyard kubmetr qazı çıxara bildik və oradan yaxın 5 il ərzində 3 milyard kubmetr qazının çıxarılması planlaşdırılır”.

Qazın satış qiyməti…
İ.Şaban vurğulayıb ki, 2022-ci ildə Avropada qazın orta qiyməti 1350 avro olub: “Bizim özümüzün ixrac etdiyimiz qaz Gürcüstan və Türkiyə nəzərə alınmaqla 800 dollardır. Avropaya satdığımız qazın qiyməti 1000 dollar olub. Bu il qiymət 700 dollar olsa belə, biz uduzmuruq, çünki 2021-ci ildə biz qazı 300 dollara satmışdıq”.

Onun fikrincə, Azərbaycanın Avropaya qaz ixracının artırılması ölkədəki qaz qiymətlərinə təsir etməyəcək.

Xatırlatma
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də gerçəkləşib. Hər il baş tutan bu toplantının sonuncusu isə 2022-ci il fevralın 4-də keçirilmişdi.
 
Ardını oxu...
Bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmayacağı məsələsi gündəmə gəlib.

Bakupost.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov məsələni şərh edib.
O bildirib ki, “Vergi Məcəlləsinə” edilən dəyişikliklərdən sonra 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad olunub. Bu, məcəllənin 102.1.22-2 maddəsi ilə tənzimlənir. Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri azad olmalar siyahısında deyil.
Vüqar Bayramov bildirib ki, həmin məcəllənin 123-cü maddəsi ödəmə mənbəyində faizlərdən vergi tutulmasını nəzərdə tutulur. Yəni, kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür. Birincisi, əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə o halda həmin qazanc vergiyə cəlb olunacaq. "Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manat X 10 %). Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna bilər".
Vüqar Bayramov əlavə edib ki, faiz gəliri gətirməyən bank kartlarına görə heç bir halda vergi ödəmək tələb oluna bilməz.
 

Dünyapress TV

Xəbər lenti