Ardını oxu...
“Böyük yeddilik” ölkələri Rusiya neftinə qiymət tavanı qoyur

“Böyük Yeddilik” (G-7) ölkələri Rusiya neftinin qiymətinin bir barel üçün 60 dollar həddində müəyyənləşdirilməsinə dair razılaşmaya yaxındırlar.

Qərarın dekabrın 5-dən gec olmayaraq qəbul ediləcəyi bildirilir.

ABŞ maliyyə nazirinin müavini Adevale Adeyemo daha əvvəl bildirmişdi ki, Avropa İttifaqı Polşanın etirazlarına baxmayaraq, Rusiya nefti üçün yekun qiymət limiti ilə bağlı razılığa gələ biləcək.

Eyni zamanda Rusiya baş nazirinin müavini Aleksandr Novak xəbərdarlıq edərək vurğulayıb ki, Rusiya neftinə qiymət tavanı qoymaq müqavilələr baxımından qəbuledilməzdir.

“Hətta sərfəli satış qiyməti təklif olunsa belə, Rusiya məhdudiyyətlərdə iştirak edən ölkələrə neft tədarük etməyəcək”.
 
 
 
Ardını oxu...
Ukraynalı oliqarx, iş adamı İqor Kolomoyski “Forbes”in siyahısında dollar milyarderi statusunu itirib.

Demokrat.az xəbər verir ki, jurnal onun aktivlərini 850 milyon dollar qiymətləndirib.

Keçən il iş adamının sərvəti 1,8 milyard dollar qiymətləndirilirdi, o, ən zəngin ukraynalılar siyahısında dördüncü yeri tuturdu. Bu ilin qışında Kolomoyskinin sərvəti 1,9 milyard dollara çatıb.Oliqarxın sərvətinin ölçüsü “Ukrnafta” və “Ukrtatnafta”nın itirilməsindən sonra azalıb.
 
Ardını oxu...
“ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur”.
Tribunainfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsilə həyata keçirilir:
“Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsi bonus olaraq ona geri qaytarılacaq”.
Deputatın bu fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi şəxslər zənn edirlər ki, 50 min manatlıq ev alıbsa, bunun 15 mini ona geri qaytarılacaq.
Maraqlıdır, bu məsələ hansı şəkildə tənzimlənəcək?
Mövzu ilə bağlı “oxu.az”a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, əmlakın dəyəri nağdsız qaydada ödənməlidir:
“Bu, vacib məsələdir. Alışdan sonra ƏDV-nin bir hissəsi qeyri qaytarıla bilər. Kredit götürüb ödənişi tam bağlayırsınızsa, mənzili dərhal ala bilərsiniz, mümkündür. Alqı-satqıdan 90 gün keçmədən bu qeydiyyatı aparmaq lazımdır.
Əgər vətəndaşın aldığı əmlakın sahəsi 500 kvadratmetrdən çox, məsələn, 600 kvadratmetrdirsə, onun ancaq 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın bir kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır”.
X.Kərimli qeyd edib ki, məqsəd şəffaflıq prosesini həyata keçirməkdir:
“ƏDV geri al” layihəsinin əsas məqsədi şəffaflaşma prosesidir. 2021-ci ilin martından bu layihəni test edirik. Marketlərdə insanlar çalışırlar ki, qəbz əldə etsinlər, ödənişlərini kartla etsinlər.
Nağdsız ödəmələr insanların həvəsləndirilməsidir. Bu, alqı-satqının qanuniliyini təsdiq edir. Vergi ödənişlərinin də büdcədən yayınmasının qarşısını alır. İnsanların nağdsız ödəmələrini təkmilləşdirir, artırır”.
İqtisadçı əlavə edib ki, əsas məqamlardan biri yeni tikilən binalarda alqı-satqıları rəsmiləşdirmək və yaxşılaşdırmaqdır:
“ƏDV-nin bir hissəsini geri aldıqlarına görə insanlar alqı-satqını rəsmiləşdirməyə maraqlı olurlar. Əsas məqam – tikinti sahəsində əməliyyatların şəffaflaşdırılması və təmin edilməsidir. Ödənilən ƏDV-nin 30 faizi geri qaytarıldığı üçün insanları cəlb edir.
Tutaq ki, 150 minlik əmlak alırsınızsa, bunun 123 mini əsas məbləğdir, 27 mini ƏDV-dir. 27 min manatın 30 faizini hesablayır, 8 min 100 manat ƏDV-ni geri qaytarırlar. Qiymət də 141 minə düşür”.
 
Ardını oxu...
Avropa İttifaqı Rusiya neftinin qiymətini 60 dollar səviyyəsində saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Aİ ölkələrinin hökumətləri əvvəlcədən əlavə müəyyən edilmiş razılıq əsasında Rusiya neftinin marjinal qiymətini bazardan ən azı 5% aşağı səviyyədə müəyyən ediblər.

Polşanın etirazına baxmayaraq, Aİ dekabrın 5-dək Rusiya neftinin yekun qiymət həddini razılaşdıra biləcək.
 
Ardını oxu...
Ətin regionlarda ucuz olması ancaq Bakıda və digər ərazilərdə daha baha olması məsələsinə aydınlıq gətirilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Elmir Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputatların sualını cavablandırarkən bildirib ki, burada iqtisadi amillər var.

O qeyd edib ki, ətin qiymətini sahibkarlar tənzimləməkdə azaddır.

“Ətin qiymətləri Tarif Şurası tərəfindn tənzimlənmir. Ətin qiymətinin fərqli olmasında iqtisadi amillər var. Yəni ətin mənbədən ticarət şəbəkələrinə daşınması və digər xərclər var. Lakin biz “Daxili ticarət haqqında” qanun layihəsi hazırlayırıq və bu layihə təchizatçılar ilə ticarət şəbəkələri arasında münasibətləri tənzimləyəcək və bu da öz növbəsində qiymətlərə müsbət təsir edə bilər”, – deyə o əlavə edib. Trend
 
Ardını oxu...
“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 74 adda, 12,5 ton müxtəlif növ süd məhsulları məhv edilib.

Yeniavaz.com xəbər veri ki, bu barədə AQTA-dan məlumat verilib.

Məlumat üçün qeyd edək ki, son aylar AQTA “AZ FP CO LTD” MMC-nin müraciəti əsasında mütəmadi olaraq istehlaka yararsız və istifadə müddəti bitmiş tonlarla yararsız məhsulu məhv edib. Son 2 ay ərzində edilən 7 müraciətdən sonra ümumilikdə 75 000 kq yaxın yararsız məhsul məhv edilib.

Təkcə bu ay ərzində istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsilə bağlı AQTA-ya 4 müraciət daxil olub və onlardan 3-ü “AZ FP CO LTD” MMC-yə məxsus olub.

Onu da bildirək ki, Azərbaycanın aparıcı süd məhsulları istehsalçılarından biri olan “AZ FP CO LTD” MMC (VÖEN-1300995031) öz məhsullarını bazara “Milla” markası ilə çıxarır.

“AZ FP CO LTD” MMC dövlət qeydiyyatına 2006-cı ildə alınıb. Nizamnamə kapitalı 41 milyon 131 min 38 manat olan MMC-nin hüquqi ünvanı Abşeron rayonu, Hökməli ŞTQ (Bakı-Şamaxı Şossesi), ev 15-ci km-də yerləşir. Hazırda şirkətə Azər Vahabzadə rəhbərlik edir.
Qeyd edək ki, “AZ FP CO LTD” MMC yeni açılan zaman şirkətə İran əsilli iş adamı Mənuçehr Əhədpur Xangah rəhbərlik edib. Mənuçehr Əhədpur Xangah hazırda Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edir. Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan “Gilan” holdinqlə birgə çəkilib.
 
Ardını oxu...
Rusiyanın Çinlə iqtisadi əməkdaşlıqda yuana keçməsi çinli sahibkarlar üçün xeyli qazanclı olub.

Axar.az “Röyters”ə istinadən xəbər verir ki, bu barədə danışan çinli iş adamı Vanq Minq Rusiyanın yuana keçməsindən məmnun olduqlarını bildirib.

Minq söyləyib ki, LED işıqlandırma şirkəti rus müştəriləri ilə dollar və ya avro əvəzinə yuanla müqavilə bağlaya bilər və bundan qazanacaqlar. Belə ki, tətbiq edilən sanksiyalar səbəbindən Rusiya bankları və şirkətləri dollar və avro ilə ödəniş sistemlərindən məhrum olub. Milli valyutalarla alış-veriş isə Çinin Rusiyaya artan ixracında yuanın mövqelərini möhkəmləndirir.

Qeyd edək ki, Moskva birjasında ümumi yuan-rubl ticarət həcmi keçən ay orta hesabla sutkada təxminən 9 milyard yuana (1,25 milyard dollar) yüksəlib. Halbuki əvvəllər həftədə 1 milyard dollar nadir hallarda qalxırdı.

Oktyabr ayında yuan və rubl ticarəti 185 milyard yuan təşkil edib ki, bu da fevraldakı həcmdən 80 dəfə çoxdur.
 
Ardını oxu...
DTX-nın Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində bir sıra maliyyə yeyintilərinin, mənimsimələrin üstünün açılması cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Bu gün isə Naxçıvanın maliyyə naziri Rafael Əliyevin DTX tərəfindən həbs olunduğu məlum olub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir.

"Qafqazinfo" xəbər verir ki, Rafael Əliyev iki ildən çoxdur nazir təyin olunsa da, onunla bağlı internetdə yeganə məlumat daha əvvəl Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi olmasıdır.

Bir müddət əvvəl isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etdiyi tədbirdə nazir Rafael Əliyev maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsindən, məsuliyyətdən, həmçinin şəffaflığın artırılmasından danışıb.


“Maliyyə Nazirliyinin və tabeliyindəki təşkilatların yeni inzibati binalarda yerləşməsi, daha operativ idarəetməni təmin etməyə imkan verir, əməkdaşların iş əmsalını və məsuliyyətini artırır. Hazırda Maliyyə Nazirliyinin sistemində təkmilləşdirilmiş və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın artırılması üçün elektron xidmətlər geniş tətbiq olunur. İnfrastruktur təminatı ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının bütün maliyyə institutlarının qarşılıqlı əlaqəsinə nail olunmuş, dövlət maliyyə nəzarət tədbirlərinin əhatə dairəsi genişləndilmiş, maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsinə diqqət artırılıb. Yaradılan şəraitə uyğun olaraq nazirliyin kollektivi də işini müasir tələblərə uyğun qurur, qarşılıqlı olaraq vəzifələrinin icrası üçün səylə çalışır”, - deyə maliyyə naziri bildirib.
 

Ardını oxu...
“Neftin qiymətində kəskin enişlər müşahidə olunur. Noyabrın geridə qalan günlərində “qara qızıl” 21.0 faizdən çox dəyər itirib. Hazırda Brent markalı neftin 1 barelı 81.50 dollara təklif olunur. Qeyd edək ki, noyabrın ilk günündə qiymət 99.0 dollara yaxın idi. OPEC + alyansı isə hasilatın kəskin azaldılması ilə bağlı öhdəliyə gedə bilmir. Praktik olaraq, dünya neft içərsində “üzür”. Təklif ilə tələb arasındakı fərq qiymətlərə təsirsiz ötüşmür. Bu da qiymət azalmalarını sürətləndirir”.

DİA.AZ cebhe.info-ya istinadla xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Deputat qeyd edib ki, dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən ötən həftədə də iqtisadi məhdudiyyətləri genişləndirir:

“Bu isə Çinin neftə olan tələbini azaldır. Sərt qaydalar səbəbindən hazırda Çində on milyonlarla insan sərt karantin rejimində yaşayır.

Neftin qiymətindəki son azalmalar eyni zamanda, qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır.

Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər”.

Ardını oxu...
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 20 dekabr tarixində keçiriləcək hərracda 9 kiçik dövlət müəssisə və obyekti satışa çıxarılacaq.

 Komitədən açıqlanan məlumatlara istinadən xəbər verilir ki, hərraca çıxarılan kiçik dövlət müəssisələri altındakı torpaq sahəsi ilə birlikdə satılacaq. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 102 min 500 manata olan Xızı rayonunda yerləşən yardımçı təsərrüfatdır. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 308.8 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 25 000 kv.m.-dir. Əmlak 15 min manata, torpaq sahəsi isə 87 min 500 manata satışa çıxarılıb.

Bundan başqa Mingəçevir şəhərində yerləşən, sahəsi 147,3 kv. m. olan “İncilli” kafesi 7 500 manata satılır.

Mədəniyyət Nazirliyinin tabeliyində olan Beyləqan rayonu, Milabad qəsəbə Mədəniyyət evi isə 16 min manata satışa çıxarılıb. Sahəsi 929,8 kv. m. olan Mədəniyyət evi 2 mərtəbəlidir.

Marqlıdır ki, qapı və pəncərəsi olmayan Mədəniyyət evinin 3 nəfər işçisi olduğu bildirilir.

Dünyapress TV

Xəbər lenti