Ardını oxu...
Azərbaycanda bank sistemi bir fəlakətdir. Müştərilər nadir hallarda bank xidmətlərindən razı qalırlar. Çünki banklar vətəndaşa deyil, özünə xidmət prinsipini kredo seçiblər. Belə yanaşma isə heç bir halda insanları məmnun edə bilməz. Odur ki, tez-tez sosial şəbəkə platformalarında, onlayn mediada, həmçinin müxtəlif müraciət və şikayət məktublarında bankların bərbad, soyğunçu, müştərilərin cibinə girən siyasətindən bəhs olunur.
Məlum olur ki, faizlər yüksəkdir, Mərkəzi Bank bu məsələdə onlara heç bir təzyiq göstərmir və ölkədəki iqtisadi reallığı, əmək haqlarını, gəlirləri nəzərə almağı tövsiyə etmir, nəticədə banklar da vətəndaşları soğan qabığı kimi soymaq maliyyə-kredit siyasəti həyata keçirirlər. Nəinki dünyanın inkişaf etmiç ölkələrində, hətta qonşu İran, Gürcüstan, Türkiyə və digər ölkələrdə vətəndaşları boğan, yuxarı faizlərlə qanını içən bank sektorunu görməzsiniz.
Əksinə, banklar vətəndaşları məmnun etmək üstündə rəqabət aparır, müxtəlif kampaniyalar, layihələr reallaşdırır, müştərilərə cəlbedici təkliflər irəli sürür ki, digər banklara müraciət etməsinlər. Bu mənada təkcə fiziki şəxslər, ipoteka götürən vətəndaşlar deyil, o cümlədən fermerlər, sahibkarlar da həvəslənirlər, stimul qazanırlar.
Ancaq Azərbaycan bankları kustar, primitiv və biabırçı xidmət üzərində dayanıb – yüksək faizlə kredit verib ödəyicinin dərisinə saman təpmək, elementar pul transferlərindən komissiya tutub rahat şəkildə qazanmaq. Buna sadə formada cibgirlik də demək olar, qumar da…
Yəni dünyada ən adi məsələ maliyyə köçürmələri, kartdan karta ödənişlər, post-terminal, yaxud bankomadan vəsait çıxarışlarıdır. Azərbaycanda isə banklar vətəndaşın cüzdanına girir, ona çatacaq halal pulu bankomatdan çıxardığı üçün komissiya tuturlar. Hazırda əksər banklar hər 100 manata 1 manat, hətta 50 manat da bankomatdan çıxarmaq istəsən, yenə 1 manat faiz alırlar. Oğurluq, quldurluq, mənimsəmə…
TİA.Az məlumat verir ki, bu məsələdə əndazəni aşan isə “Bank Respublikadır”. Sözügedən subyektin bankomantından başqa bankın kartı ilə məcburiyyətdən pul çıxarmaq istəyəndə hər 100 manata 2-3 manat komissiya tutur.
Bu da “öz daxili işimdir” adı ilə müştərinin cibinə girib pulunu götürməkdir. Misal üçün bu günlərdə belə halla qarşılaşan müştərilərdən birinin sözlərinə görə, 168 manat vəsait çıxarıb, buna görə ondan 4 manat faiz tutulub. Təbii ki, haqsızlıqdır, qanunla tənzimlənməmiş addımdır.

Bu mövzuda TİA. Az-a danışan hüquqşünas, bankçılıq üzrə ekspert Əkrəm Həsənov deyir ki, komissiya haqlarının təyin edilməsində banklar sərbəstdir:
“Bankomatlardan həmin bankın kartı yox, bir başqa bankın kartı ilə pul çıxarılarsa, müəyyən məbləğdə komissiya tutulur. Burada qanunvericilik heç bir məhdudiyyət qoymayıb.
Ümumiyyətlə, “Banklar haqqında” qanuna görə, banklar öz bank xidmətləri üzrə şərtləri, o cümlədən komissiya haqları və faizləri müəyyən etməkdə tam sərbəstdirlər. O zaman vətəndaş nə etməlidir? Burada vətəndaşın edə biləcəyi yalnız bir şey var: bank seçəndə əvvəlcə bankın şərtləri ilə tanış olub sonra istifadə etmək…”
 
Ardını oxu...
Müasir dövrdə bəşəriyyətin qlobal problemlərindən və vəzifələrindən biri əhalinin ərzaq məhsulları ilə etibarlı və dayanıqlı təminatını həyata keçirməkdən ibarətdir.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, hazırda dünya ölkələri və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən ərzaq çatışmazlığının və aclığın aradan qaldırılması istiqamətində geniş işlər görülür.

"Buna baxmayaraq qeyd edilməlidir ki, son illər enerji daşıyıcılarının, istehsal vasitələrinin qiymətlərinin artması, kəskin iqlim dəyişikliyi, su ehtiyatlarının azalması, hərbi münaqişələr və digər neqativ amillər səbəbindən ərzaq məhsullarının qiymətlərində ciddi artımlar baş verir, ərzaq qıtlığı real təhlükəyə çevrilir. Digər tərəfdən, qloballaşma, ticarətin inkişafı və iqlim dəyişikliyi nəticəsində zərərli orqanizmlərin yeni ərazilərə keçməsi sürətlənir, onların arealı genişlənir, bitkilər üçün zərərli olan bir sıra yeni virus və bakteriya mənşəli xəstəliklər sürətlə yayılır. Fitosanitar riski yüksək qiymətləndirilən həmin virus və bakteriyalar məhsulların iqtisadi dəyərinə əhəmiyyətli dərəcədə təsir göstərməklə, 40-80%-ə qədər məhsul itkisinə səbəb olur. Bu baxımdan dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün bir həyati zərurətə çevrilir".

Qoşqar Təhməzli qeyd edib ki, bu sahədə FAO, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya və Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların həyata keçirdiyi geniş miqyaslı və məqsədyönlü çalışmalar, o cümlədən bitki mühafizəsi sahəsində yeni standart və təlimatların hazırlanması dünyada bitki örtüyünün qorunması, aclığın və ərzaq çatışmazlığının aradan qaldırılması, yoxsulluğun azaldılması, həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya əhalisinin məlumatlılığının artırılması üçün olduqca əhəmiyyətlidir.

"Diqqətinizə çatdırmaq istəyirəm ki, son illər Azərbaycanda bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, bitki sağlamlığı və bitki mühafizəsi sahələrində nəzarət sisteminin gücləndirilməsi ilə bağlı əhəmiyyətli nəticələr əldə edilmiş, bu istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elektron informasiya sisteminin qurulması və digər əhəmiyyətli tədbirlər həyata keçirilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən irimiqyaslı tədbirlər, iqtisadiyyatın bütün sahələrində aparılan ardıcıl islahatlar kənd təsərrüfatı və qida sənayesinin yüksəlişinə, sahibkarlığın inkişafına ciddi zəmin yaratmışdır. Eyni zamanda, ölkədə qida təhlükəsizliyi sisteminin institusional olaraq formalaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Onu da qeyd edim ki, artıq karantin nəzarətində olan məhsulların ölkəmizə idxalı elektron sistem vasitəsilə tənzimlənməkdədir. Bununla yanaşı, hazırda bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatın alınması üçün bütün ölkə üzrə sahibkar tərəfindən müraciətlərin göndərilməsi, sınaq protokollarının və fitosanitar sertifikatların hazırlanması prosesləri tam olaraq elektron formada aparılır".

Sədr vurğulayıb ki, yaxın gələcəkdə Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) idxal-ixrac əməliyyatları ilə bağlı xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiyası, eləcə də E-Phyto sisteminə qoşulması nəzərdə tutulur.
 
Ardını oxu...
Dünyanın ən varlı adamlarının siyahısı dəyişib.

Teleqraf.com “Bloomberg Milyarderlər İndeksi”nə istinadən xəbər verir ki, hindistanlı iş adamı amerikalı milyarderi keçərək dünyanın 3-cü ən zəngini olub.

Dünyanın ən zəngin 10 adamının siyahısını təqdim edirik:

Siyahıya Cənubi Afrika əsilli investor və sahibkar İlon Mask liderlik edib. O, dünyanın ən qiymətli avtomobil “Tesla”nın istehsalçısı və kosmik xidmətlər şirkəti “SpaceX”in baş direktorudur. İlon Maskın 246 milyard dollarlıq sərvətinin mənbəyi “Tesla” və “SpaceX” şirkətlədir.

İkinci yerdə qərarlaşan “Amazon” onlayn alış-veriş portalının sahibi Cef Bezosun (Jeff Bezos) varidatı 151 milyard dollardır. Sərvətinin mənbəyi “Amazon” və “Blue Origin” şirkətidir.

Üçüncü yerin sahibi hindistanlı milyarder Qautam Şantilal Adaninin sərvəti 141 milyard dollardır. Bu il “Adani Grop”un səhmləri 95 faiz artıb.

Dünyanın ən böyük lüks mallar şirkəti olan “LVMH Moet Hennessy Louis Vuitton”un prezidenti, fransız iş adamı Bernar Arno siyahıda dördüncü yerdə qərarlaşıb. Onun 130 milyard dollarlıq sərvətinin mənbəyi “LVMH”, “Christian Dior SA” şirkətləridir.

Amerikalı sahibkar, “Microsoft” şirkətinin sahibi Bill Geyts 115 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin beşinci adamıdır.

Amerikalı proqram mühəndisi, dünyanın ən böyük axtarış sistemi olan “Google”un ana şirkəti “Alphabet”in həmtəsisçisi Larri Peyc sərvəti 100 milyard dollardır.

"Berkshire Hathavay"ın sahibi Varren Buffett 98,4 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin yeddinci adamdır. O, ümumilikdə 48 milyard dollarla ABŞ-da indiyə qədər edilən ən böyük ianəni edib.

Larri Peyc ilə birlikdə “Google”u quran amerikalı proqram mühəndisi Sergey Brinin sərvəti 95,9 milyard dollar olub. Ötən illə müqayisədə sərvətində 3.2 milyard dollar azalma olsa da, dünyanın ən zəngin səkkizinci adamdır. O, 2019-cu ildə “Google”un ana şirkəti olan Alphabet”in prezident postunu tərk edib, lakin idarə heyətinin üzvü olaraq qalır.

"Oracle"ın qurucusu və rəhbəri amerikalı iş adamı Larry Ellison 93,6 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin doqquzuncu adamı olub. O, həmçinin 2018-ci ilin dekabrında “Tesla”nın 3 milyon səhmini aldıqdan sonra şirkətin idarə heyətinə qatılıb.

Dünyanın ən böyük proqram təminatı şirkəti "Microsoft"un keçmiş rəhbəri Stiv Balmer 92,1 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin onuncu adamı olub. O, 2014-cü ildə vəzifəsini tərk etsə də, “Windows” əməliyyat sistemi və “Xbox” oyun konsolunu istehsal edən “Redmond” şirkətinin səhmdarı olaraq qalır. Balmer həmçinin “LA Clippers” basketbol komandasının sahibidir.

Müəllif: Yeganə Oqtayqızı
 
 
 
Ardını oxu...
Dolların əsas dünya valyutaları qarşısındakı dəyəri son 20 ilin ən yüksək həddinə çatıb.

Belə ki, ABŞ dollarının digər altı əsas valyutalar (avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı) səbətinə nisbətini ölçən DXY indeksi sentyabrın 1-də 1,02% artaraq 109,81 bənd təşkil edib. Bu, 2002-ci ilin iyun ayından bəri göstəricinin ən yüksək qiyməti olub.

Qeyd edək ki, dolların bahalaşması faiz artımı gözləntiləri fonunda baş verir. Son 40 ildə rekord həddə çatan qiymət artımını cilovlamaq üçün ABŞ Federal Ehtiyat Sistemi son dörd iclasında əsas uçot dərəcəsini artırıb.

Mənbə: RBC
 
 
 
Ardını oxu...
Unun qəymətinin qalxmasından sonra 50 qəpiklik zavod çörəyinin qiymətində 15 qəpik, hətta daha çox bahalaşma müşahidə edildi. Artıq bu bahalaşma çovdar tərkibli qara çörəklərdə də baş verir.

Bəzi çovdar tərkibli çörəklərin qiymətində iki, hətta üçqat bahalaşma müşahidə olunur.

Alıcılar bildiriblər ki, həmişə 0.80-1 manat civarında aldıqları qara çörək indi iki manatdan da baha qiymətə mağaza piştaxtalarına qoyulub.

Bəzi çörək zavodlarından qeyd edilib ki, pəhriz çörəklərindəki qiymət artımı xammalların bahalaşması ilə bağlıdır.

Digər çörək zavodlarından da bildirilib ki, çörəklərin bir-birinə nisbətən daha baha olması istehsal texnologiyası və tərkibində olan komponentlərlə bağlıdır. Həmçinin bununla yanaşı, çövdar unu, çovdar səmənisi və digər məmulatlar xaricdən gətirilir ki, hazırda dünyada müşahidə olunan siyasi-iqtisadi vəziyyət idxal xərclərinə də təsir edir.
Ardını oxu...
"Bravo" Marketlər şəbəkəsi 2021-ci ildə 65 milyon 6 min manat cəmi zərər etmişdi.
Bu ilin ilk 6 ayında isə cəmi zərəri 36 milyon 133 min manat olub - trendə baxanda bu ilin sonuna aşağı-yuxarı keçən il ilə eyni səviyyədə cəmi zərər yaranacaq.
Teref.az yazır ki, bunu iqtisadçı Natiq Cəfərli deyir. Daha sonra Natiq bəy deyir:
Məmurlara bağlı biznes heç vaxt dayanıqlı ola bilməz, müvəqqəti uğurları ola bilər, amma sonda həmişə ciddi problemləri olub-olur-olacaq, çünki məmur biznesinin uğuru qanunlara yox, "kresloya" bağlıdır:
Hanı bir vaxtlar ölkədə hörmətli şirkətlər qrupu sayılan "ZQAN"? Nə oldu ki, "kreslo" gedən kimi "uğur" da bitdi?!
Teref.az
 
Ardını oxu...
DİA.AZ: - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün xidməti minik avtomobillərinin satınalınması üzrə tenderin qalibini açıqlayıb.

DİA.AZ xəbər verir ki, 168 600 manatlıq tenderin qalibi Toyota Abşeron Mərkəzi olub.

Xatırladaq ki, Toyota Abşeron Mərkəzi bundan əvvəl Dövlət Reklam Agentliyinin nəqliyyat vasitələrinin satınalınması üzrə 130 500 manatlıq tenderini qazanıb (16.06.2022).

Bu iki fakt yetərlidir ki, 2016-cı ilin yanvar ayında Azərbaycan prezidenti İlham Əliyevin məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etməsinin rəsmən qulaqardına vurulduğuna əyani şahidlik edəsən.

DİA.AZ bildirir ki, hər halda, belə bir tövsiyədə bulunan cənab Prezident də yerli istehsalın keyfiyyətiin üstün olmadığından xəbərdar idi, amma burada söz vətənpərvərlikdən getdiyindən, məmurlarımızın şəxsi rahatçılıqlarından müəyyən mənada imtina edəcəkləri gözlənilirdi. Amma bu baş vermədi və görünür ki, məmurlarımız üçün VƏTƏN, MİLLƏT, SAKARYA prinsipləri ən son sırada gəlir... bəlkə heç sıralamalarında yeri də yoxdur...
Ardını oxu...
Son günlər paytaxtın kirayə mənzil bazarında aktivlik müşahidə edilir. Buna səbəb kimi yeni tədris ilinin başlamasına sayılı günlərin qalması göstərilir. Belə ki, qəbul imtahanlarından uğurla keçən rayon qeydiyyatlı abituriyentlər və onların valideynləri Bakıya üz tutaraq, kirayə mənzil axtarışına başlayırlar.

Ötən aylarla müqayisədə kirayə mənzillərin qiymətinin artdığı deyilir. Qiymət artımı tələbələrin kirayə mənzillərə olan tələbatından irəli gəlir.

Qiymətlər mənzilin yerləşdiyi əraziyə uyğun olaraq dəyişir. Şəhərin mərkəzinə və metro stansiyalarına yaxın yerlərdə kirayə evlərin qiyməti digər rayonlarla müqayisədə yüksəkdir.

Hazırda kirayə mənzillər hansı qiymətə təklif olunur?

Elan saytları üzərində aparılan araşdırma zamanı məlum olur ki, paytaxtın Nərimanov rayonunda ikiotaqlı orta təmirli mənzillərin kirayəsi minimum 600 manatdan başlayır. Həmin ərazidə iki-üç min manata üçotaqlı kirayə mənzil tapmaq olar. Kirayə haqları mənzilin şəraitinə uyğun olaraq dəyişir.

Xətai rayonu ərazisində isə ikiotaqlı mənzillərin kirayəsi 400-800 manat arasında dəyişir. Rayon ərazisindəki ən bahalı üçotaqlı kirayə mənzil 1900 manata təklif olunur.

Nizami rayonu ərazisində birotaqlı kirayə evlər 350 manatdan başlayır. İkiotaqlı evlərin start qiyməti 450 manatdır. Bu ərazidə ən baha üçotaqlı kirayə mənzilin aylıq qiyməti 900-1000 manatdır.

Yasamal rayonu ərazisində kirayə mənzillərin qiyməti 400-2000 manat arasında dəyişir. İkiotaqlı mənzillərin qiyməti 400 manatdan başlayır, 900 manata kimi artır. Üçotaqlı mənzillər 500-1800 manata təklif olunur.

Səbail rayonundakı ikiotaqlı kirayə mənzillərin qiyməti təxminən 1000 manatdan başlayır. Bu ərazidə mənzillər əsasən günlük olaraq kirayə verilir. Günlük kirayənin qiyməti 40-100 manatdır. Şəhərin mərkəzi rayonunda üçotaqlı kirayə mənzillərin qiyməti 3000 manata kimi artır.

Paytaxtın Binəqədi rayonunda ikiotaqlı kirayə mənzillərin qiyməti 400 manatdan başlayır, 800 manata kimi dəyişir. Rayon ərazisindəki ən bahalı üçotaqlı kirayə mənzil 1000 manata təklif olunur.

Suraxanı rayonu ərazisində ikiotaqlı mənzillərin kirayə haqqı 200 manatdan başlayır, 700 manata kimi artır. Suraxanıda ən baha kirayə mənzilin aylıq ödənişi maksimum 1500 manatdır.

Nəsimi rayonunda isə ikiotaqlı mənzillərin kirayə qiyməti 500 manatdan başlayır. Bu ərazidə 900-1000 manata da ikiotaqlı mənzil kirayələmək olar. Normal şəraitli üçotaqlı evlərin qiyməti 600-1500 manat aralığında dəyişir.

Qeyd edək ki, yeni tikili binalarda kirayə mənzillərin qiyməti köhnə tikililərlə müqayisədə daha yüksəkdir. Kirayə qiymətlərində mənzillərin şəraiti, əşyaların və elektrik cihazlarının olması başlıca rol oynayır. (Modern.az)
 
Ardını oxu...
Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Prosesə ilkin mərhələdə 11 min ibtidai sinif müəllimi cəlb edilib. Sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahani mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayanların maaşına isə 10 faiz aylıq əlavələr ediləcək.
Proses 30 avqust - 1 sentyabr tarixlərini əhatə edəcək.
Sertifikatlaşdırma prosesinə ilkin mərhələdə ibtidai sinif müəllimləri cəlb edilib. Test imtahanı mərhələsində namizədlərə 60 sual təqdim olunur. Hər bir düz cavab 1 balla qiymətləndirilir. Səhv cavablar düz cavablara təsir etmir. Cavablandırılmayan suallar isə sıfır bal kimi qeyd olunur. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə minimum 20 bal toplayan namizədlər sertifikatlaşdırılmış hesab ediləcək.
İmtahanda iştirak edən müəllimlər sualların çətin olmadığını bildiriblər.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşlarına təsir edəcək.

Hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək. İlk mərhələdə uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq. Təkrar sertifikatlaşdırmada iştirak edənədək həmin müəllimlərin dərs yükü və maaşları azaldılmayacaq.

 
Ardını oxu...
Norveç Ukraynanı təbii qazla təmin etmək üçün 200 milyon dollar maliyyə vəsaiti ayırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Norveçin Baş naziri Yonas Qar Styore bildirib.

“Ukrayna Norveçdən enerji resurslarına çıxışın təmin edilməsinə yardım göstərməsini xahiş edib. Payız və qış mövsümlərində Kiyevin “mavi yanacaq” alması üçün 200 milyon dollar maliyyə yardımından istifadə etməyi təklif etdik”, - o deyib.

Y.Q.Styore vurğulayıb ki, təbii qaz, ilk növbədə, xəstəxanaların və məktəblərin isidilməsi üçün istifadə olunacaq.
 

Dünyapress TV

Xəbər lenti