Ardını oxu...
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə mövcud dövlət qeydiyyat nişanlarının rəqəm və ya hərf kombinasiyaları üzrə dövlət qeydiyyat nişanları veriləcək.

Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Sistem vasitəsilə nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi barədə elektron talonların tərtib olunması, habelə dövlət texniki baxışı zamanı nəqliyyat vasitələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə bildirişlərin verilməsi, eləcə də dövlət texniki baxışından sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən nəqliyyat vasitələrinin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda dövlət texniki baxış talonu da veriləcək.
 
Ardını oxu...
Quba bağlarında kütləvi alma yığımına başlanılıb. Bağlarda daha çox məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrenni smit”, “Fuji” sortlarını daha çox becəriblər.
Bu il əksər təsərrüfat sahibləri yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyə üstünlük veriblər. Bu il ötən ildən fərqli olaraq məhsuldarlıq da boldur.

Amma fermerləri narahat edən məqamlar da var. Fermerlər alıcı azlığından və məhsula təklif olunan qiymətin aşağı olmasından narazıdırlar. Hazırda soyuducu anbarlarda da məhsul ötən illə müqayisədə aşağı qiymətə satılır. Amma satışla məşğul olan sahibkarlar almanın qiymətinin bir müddətdən sonra qalxacağını istisna etmirlər.

Qeyd edək ki, Qubada 14 min hektar alma bağı var ki, bunun da 11 min hektara yaxını intensiv və superintensiv bağlardır. Hər il bu bağlardan 120-130 min ton məhsul toplanır. Bu il isə 140-150 min ton məhsul gözlənilir. Rayon bağlarında alma yığımı oktyabrın sonlarınadək davam edəcək. TEREF.AZ-ın məlumatına görə, mövsüm dövrlərində qiymətlərin ucuzlaşdığını deyən iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, məhsul istehsalı xərcləri artdığı üçün fermerlər haqlı narahatlıq keçirirlər:

“Məhsul istehsal xərclərinin artması fermerlərin mənfəət normasını aşağı salır. Lakin burda əhalinin alıcılıq gücü məsələsi də nəzərə alınmalıdır.Bu güc daha baha satışları dəstəkləmir. Digər tərəfdən bazardakı təklif bolluğu qiymətlər üzərindəki təzyiqi artırır.

Təbii ki, növbəti aylarda qiymətlərin artması mümkündür. Ümümiyyətlə, isə sahibkarlıq subyektlərinə məhsulun yığılıb saxlanmasında planla hərəkət etməkləri tövsiyyə olunur.

Onlar məhsulu qeyri-mövsüm dövründə , xüsusən dekabr-yanvar aylarında bazara çəxarsalar, kifayət qədər əlavə gəlir əldə edə bilərlər.

Amma bu tədbirlərin həyata keçirilməsi də sahibkarın maddi gücündən aslıdır. Bu məsələdə hökumətin fermerləri dəstəkləməsi mümkündür.

Saxlanma xərclərini qismən kompensasiyası və yaxud da bu istiqamətdə əlverişli kreditə çıxışın təmin edilməsi yolu ilə onlara kömək oluna bilər. Düşünürəm ki, indiki halda bu vacib məsələdir və dövlətin diqqətində saxlanılmalıdır”.
 

Ardını oxu...
Naxçıvan şəhərində taksi xidmətinin qiyməti məsafədən asılı olaraq 2-3 manatdan 4-5 manata qalxıb. DİA.AZ xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər. Naxçıvan şəhər sakini Murtuz Məmmədov deyir ki, hər gün 2 manata getdiyi yol üçün, bu dəfə taksi sürücüsü 4 manat istəyib:
“ Çalışdığım Cahan Ticarət Mərkəzindən avtovağzala həmişə taksi ilə 2 manata gedirəm. Bu dəfə isə sürücü etiraz edib dedi ki, artıq qiymətlər qalxıb, 4 manat verməliyəm. Mən də məcbur qalıb, verdim. Bu qiymət sərf eləmir deyə, indi piyada gedib-gəlirəm”.
Naxçıvan kiçik şəhər olduğundan, taksilər məsafədən asılı olmayaraq, standart qiymətə aparır: İstər 500 metr, istər 2 km. İndiyə kimi bu qiymət 2 manat, nibətən uzaq Əliabad qəsəbəsi və Mikrorayonlara gediş isə üç manat olub. Sakinlər deyir ki, hazırda şəhər mərkəzində qiymətlər 3-4 manata qalxıb. Mikrorayonlara və Əliabad qəsəbəsinə isə gedəcəyin yerdən asılı olaraq 4-5 manat, bir çox hallarda 6 manat belə istəyirlər.
Şikayətçilər deyir ki, rayonlararası işləyən taksilər də qiyməti qaldırıblar. Şərur rayon sakini Maqsud İsayev deyir ki, əvvəl adambaşı 3 manata getdikləri yola indi 5 manat verməlidirlər:
“Bir neçə gün əvvəl Şərur-Naxçıvan-Şərur istiqamətində taksilər bir nəfəri mənzil başına 3 manata aparırdılar. İndi isə 5 manat istəyirlər”.
Taksi sürücüləri isə qiymətləri məcburi qaldırdıqlarını deyirlər. Uzun illər bu işlə məşğul olan Toğrul Rüstəmov bildirir ki, buna səbəb yanacağın, ərzağın qiymətlərinin qalxmasıdır:
“Biz də cəmiyyətin bir parçasıyıq. Yanacağın, kommunal xidmətlərin qiymətləri artıb. Ərzağın qiymətləri durmadan artır. Hər ay vergi və sosial müdafiəyə də pul ödəyirik. Arada yol polislərinin də qanunsuz cərimələri ilə üzləşirik. Nəqliyyat nazirliyinin əməkdaşlarına da görüm-baxım eləməliyik. Bu səbəbdən qiymətləri qaldırmaq məcburiyyətindəyik. Axı, biz də ailə-uşağımızı dolandırmalıyıq".
Ardını oxu...
Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən bu ilin iyun ayının 23-də elan olunan tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi 14.07.2022-ci il tarixində açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, 84 adda təsərrüfat məhsulunun alınması mqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Tural-FB” MMC (VÖEN- 1307245221) olub. “Tural-FB” MMC Şəki rayon Psixiatriya Xəstəxanasına satacağı 84 adda məhsul üçün 39 min 182 manat alacaqdı.

Lakin, tenderin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 03.08.2022-ci il tarixli 11/11-5/4502p saylı məktubuna əsasən etibarsız hesab olunub.
Bundan sonra Şəki rayon Psixiatriya Xəstəxanası 25.08.2022-ci il tarixində 84 adda məhsulun alınması üçün təkrar tender müsabiqəsi elan edib.

Qeyd edək ki, əvvəlki tender müsabiqəsilə müqayisə bu dəfə aşağıdakı məhsulların miqdarı artırılıb.

Ardını oxu...

İkinci dəfə keçirilən tender müsabiəsinin qalibi isə bu gün açıqlanıb və məlum olub ki, qalib şirkət yenə də “Tural-FB” MMC olub. Amma, birinci tenderdən fərqli olaraq “Tural-FB” MMC-yə 84 adda məhsul üçün 48 min 494 manat 70 qəpik ödəniləcək. Açıqlanan siyahıda adı keçən məhsulların miqdarı artırıldığı üçün “Tural-FB” MMC-yəəlavə olaraq 9 min 312 manat 70 qəpik ödəniləcək.

Onu da bildirək ki, “Tural-FB” MMC 06.05.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şəki rayonunun Kiş kəndində yerləşir. Qanuni təmsilçisi Bəşirli Orxan Qorxmaz oğludur.

“Tural-FB” MMC iyul ayında Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən 25 min manatlıq daha bir tender müsabiqəsinin qalibi olub. Xəstəxanaya dəftərxana malları satmaq istəyən şirkət bu dəfə də abadlıq işləri həyata keçirəcək.

Bu tenderdən bir ay əvvəl (iyun ayında) isə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən keçirlən 61 min manatlıq tender müsabiqəsinin qalibi də “Tural-FB” MMC olub. Barəsində açıq internet resurslarında heç bir məlumat olmayan “Tural-FB” MMC 2022-ci il ərzində Şəki şəhərində respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərini təşkil edəcək. Əvvəlki illərdə də “Tura-FB” MMC Şəki şəhər İcra Hakimiyyətinin keçirdiyi yüzminlik tenderlərin qalibi olub.
 
Ardını oxu...
Hollivud ulduzu Conni Depp prodüser rolunda çıxış etdiyi “Minamata” dramının təqdimat mərasimində özbək tamaşaçıları ilə videobağlantı vasitəsilə danışıb.

Film Özbəkistanın paytaxtı Daşkənddə yerləşən Kinematoqrafçılar Evinin kiçik zalında nümayiş etdirilib.

Təqdimatın sonunda Depp və “Minamata”nın rejissoru Endryu Levitas tamaşaçılara film haqqında danışıb. Söhbət zamanı aktyor siqaret çəkib.

Qeyd edək ki, Depp prodüserliklə yanaşı, filmdə aktyor kimi də iştirak edib. O, Yaponiyanın Minamata şəhərinin sakinlərinin civə ilə zəhərlənməsinin nəticələrini çəkməyi bacaran amerikalı fotoqraf Smit rolunu oynayıb.

Filmin premyerası 2020-ci ildə Berlində baş tutub.

Mənbə: gazeta.ru
 
Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi tender maxinasiyalarının miqyasını və məbləğini genişləndirməkdədir. TİA. Az məlumat verir ki, bu dəfə qaraj tikintisi və yolların xətlənməsi üçün 25 milyon nəzərdə tutulub. Bu rəqəm isə kifayət qədər şişirdilmiş görünür və BNA sədri Vüsal Kərimli növbəti korrupsiyaya imza atmaqdadır. Təbii ki, qaraj və yol xətləri üçün 25 milyon çox böyük vəsaitdir. Deməli, ya yeyinti var, ya da məbləğ şişirdilib. Belə ki, yolların xətlənməsi (1-2), eləcə də “Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.
Tenderlərin qalibləri müvafiq olaraq “1 №-li Xüsusi Təyinatlı Yol İstismarı”, “Yol Xətt” və “Minera” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 1,558 milyon manat, 18,085 milyon manat və 5,677 milyon manat, ümumilikdə isə 25,32 milyon manat ödəniləcək. Ümumiyyətlə, BNA-nın tender əməliyyatları və maxinasiyaları çox sakit şəkildə həyata keçirilir. Halbuki qurum şəhərdə bu illər ərzində nə xətləməni başa çatdırıb, nə parkinqlər qurulub, nə dayanacaqlar yaradılıb. Bir sözlə, BNA “pakazuxalıq” edir.
Ardını oxu...
Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti tender qaydalarını pozub.

Bakıvaxtı.az xəbər verir ki, “Şahdağ Turizm Mərkəzi”nin elektrik malların satın alınması ilə bağlı elan etdiyi tenderdə “Kaskad Supplying” MMC qalib elan olunub.

Qalib şirkətə 62 min 922 manat ödəniləcək.

Dövlət Vergi Xidmətinin vergi borcu barədə məlumata əsasən “Kaskad Supplying” MMC-nin dövlət büdcəsinə 23 min 688 manat borcu var.

“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
 
 
 
Ardını oxu...

Ötən iclasdan bəri illik faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmayıb.  

 

Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

 

Qeyd edilib ki, mövsümi amillərin azaldıcı təsirlərinə baxmayaraq avqustda 0.9% səviyyəsində inflyasiya olub:

 

"Qeyri-ərzaq və xidmətlərin bahalaşması ilə yanaşı ərzaq mallarının da 1.2% bahalaşması aylıq inflyasiyanı şərtləndirib.

 

İllik inflyasiya 2022-ci ilin avqustunda 14.2% təşkil edib, orta illik inflyasiya isə 13.2% olub. Baza inflyasiya illik 12.1%, orta illik 10.2% olub.

 

Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərib. Avqustda illik inflyasiyaya 9.1 faiz bəndi ərzaq, 2.1 faiz bəndi qeyri-ərzaq, 3.1 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə verib.

 

Aparılmış təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Avqust ayında dünya ərzaq qiymətləri 1.9% azalsa da, onun illik artımı 7.9% səviyyəsindədir və müəyyən zaman intervalı ilə daxili qiymətlərə ötürülür. Eyni zamanda təchizat zənciri ilə bağlı xərcləri xarakterizə edən indekslər son aylar azalsa da ümumilikdə yüksək olaraq qalır.

 

Xarici mənşəli xərc amilləri istehlakçı qiymətləri ilə yanaşı istehsalçı qiymətlərinə də təsir edir. İstehsalçı qiymətləri indeksi qeyri-neft sənaye məhsulları üzrə və kənd təsərrüfatı məhsulları üzrə avqustda müvafiq olaraq 0.1% və 1% artmışdır. Son 1 ildə isə bu göstəricilərin artımı müvafiq olaraq 16.5% və 19.3% təşkil edib".

 

"İnflyasiya gözləntiləri ötən iclasdan bəri əsasən sabit qalıb. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri avqustda əvvəlki ayla müqayisədə tikintidə azalıb, xidmət sektorunda demək olar ki, sabit qalıb, ticarətdə və qeyri-neft sənayesində isə cüzi yüksəlib.

 

İlin sonuna illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Dünya ərzaq qiymətlərinin gözlənilən dəyişimi və 2022-ci il inflyasiyasının yüksək bazası nəzərə alınmaqla 2023-cü ilə illik inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib".


Ardını oxu...
Deputat Ağalar Vəliyevin nəzarətində olan "Azəraqrartikinti" ASC-nin filliallarının dövlətə vergi borcları üzə çıxıb.

DİA.AZ 32gun.az-a istinadla xəbər verir ki, şitkətin filliallarının ümumi borcu 110 min manatdan çoxdur .

Siyahını təqdim edirik:

"Azəraqrartikinti" Açıq Tipli Səhmdar Cəmiyyətinin Mingəçevir "Aqrartikinti" Filialı - 45746.65AZN

"Azəraqrartikinti" Açıq Tipli Səhmdar Cəmiyyətinin "Aqrartikintiservis" Firması - 22434.02AZN

Azəraqrartikinti Açıq Tipli Səhmdar Cəmiyyətinin Inzibati Təsərrüfat Filialı - 18311.10 AZN

Azəraqrartikinti Açiq Tipli Səhmdar Cəmiyyətinin Neftçala Aqrartikinti Filialı - 10049.96 AZN

"Azəraqrartikinti" Açıq Tipli Səhmdar Cəmiyyətinin Zaqatala "Aqrartikinti" Filialı -5156.20AZN

"Azəraqrartikinti" ASC-nin və "Pim Proje Yönetim Inşaat Mimarlik Sanayi Ve Ticaret Anonim Şirketi"nin Tam Ortaqlığı - 4251.08 AZN

"Azəraqrartikinti" ASC-nin Daşkəsən Aqrartikinti Filialı - 4359.31 AZN

Qeyd edək ki, mətbuatda biznesmen deputat kimi adı hallanan Ağalar Vəliyevin oğlunun da özü kimi biznes şəbəkələrinin sahibi olduğu bildirilir. Həmçinin mətbuatda A,Vəliyevin "Azəraqrartikinti” ASC idarə heyətinin sədri olduğu yazılıb. Bildilirir ki, Ağalar Vəliyevin şirkətlərinə hazırda deputatın oğlu Pərviz Vəliyev nəzarət edir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 3000,0 milyon manat məbləğində olacağı proqnozlaşdırılır.

Bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.Bildirilib ki, bu xərclərin növbəti ildə dövlət büdcəsi xərclərində xüsusi çəkisi 9,0 faiz və ÜDM-dəxüsusi çəkisi isə 2,8 faiz təşkil edəcək.

Dünyapress TV

Xəbər lenti