"Azərbaycanla qaz sazişi dondurulmayacaq..." -
"Avropa İttifaqı (Aİ) Azərbaycana qarşı sanksiyaları, eləcə də qaz kontraktını ləğv etməyi, yaxud dondurmağı nəzərdən keçirmir".

Bunu Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel Avropa Parlamentinin dünənki iclasında deyib.

Borrel bütün xristian siyasətçilər kimi ermənilərin təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurmada Bakını günahlandırsa da, deputatlar onun tənqidindən razı qalmayıblar. Bəziləri Azərbaycanla imzalanmış qaz sazişini ləğv etməyə, heç olmasa, dondurmağa çağırıblar. Borrel isə cavabında bunun baş verməyəcəyini deyib. İclasda Borreldən soruşublar ki, Azərbaycana sanksiya tətbiqinə hazırdırlarmı.

“Bildiyim qədərilə, üzv ölkələrdən heç biri masaya belə bir təklif çıxarmayıb. Sanksiya tətbiqi üzv ölkələrin işidir”, – Borrel deyib.

O, Avropa Komissiyası sədrinin Bakıyla qaz sazişi imzalayarkən prinsipləri pozmadığını, güzəştlərə getmədiyini söyləyib.

“Azərbaycan bizə milyardlarla kubmetr qaz satır və bu il imzalanmış saziş sayəsində həcmdə ciddi artım olacaq – 8-12 milyard kubmetr. Sizi əmin edə bilərəm ki, bunun qarşılığında heç bir siyasi güzəştə gedilməyib...” – deyə, o, vurğulayıb.

Diplomat Aİ-nin gərginliyi azaltmaq, regionda sülhü bərqərar etmək üçün bütün imkanlara sadiqliyini, ancaq reallıqda belə alətlərin az olduğunu vurğulayıb. O, Azərbaycan-Ermənistan sərhədinə müşahidə missiyası göndərməyə hazır olduqlarını, amma Bakının buna razılıq vermədiyini qeyd edib.

“Sərhədə Aİ-nin vasitəçi missiyasını yerləşdirməyi təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan yox. Başqa nə etməyimizi istəyirsiz? Hər iki tərəfin razılığı olmadan Aİ qoşunlarını göndərə bilmərik”, – diplomat söyləyib.

Borrelin sözlərinə görə, hazırda Avropa tərəfi ona çalışır ki, iki ölkənin sərhəd delimitasiyası komissiyası bu ayın sonunadək Brüsseldə görüşsün. Belə bir görüşün keçirilməsi haqda təklif iki ölkənin xarici işlər nazirlərinin oktyabrın 2-də Cenevrə görüşündə də səslənmişdi.

 
 
 

Bölmənin digər xəbərləri

27 Aprel 2024 Ölkələrin dövlət borcları və iqtisadiyyatlarının həcmi – SİYAHI
27 Aprel 2024 İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər
26 Aprel 2024 Gömrük ödənişləri niyə bahadır? - 7 dollar rüsum narazılığa səbəb olub
26 Aprel 2024 Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
25 Aprel 2024 Büdcəyə yenidən baxılacaq?
25 Aprel 2024 Sabir icra başçısı 185 min ödədi, iki müəssisə üzərindəki həbs qərarı qismən götürüldü
25 Aprel 2024 “Bank BTB” müflisliyin bir addımlığında...
24 Aprel 2024 İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
24 Aprel 2024 Səhrada nəhəng layihə - 500 milyard xərclənəcək
23 Aprel 2024 Yumurtanın ucuzlaşma səbəbi nədir? - İqtisadçıdan açıqlama
23 Aprel 2024 Azərbaycan özünü niyə kartofla təmin edə bilmir? - Ekspert danışır...
23 Aprel 2024 “Rusiya və İran burunlarının ucundan qaz kəmərinin keçməsinə biganə qalmayacaq”
22 Aprel 2024 Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır - AXI NİYƏ?
22 Aprel 2024 İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər
21 Aprel 2024 “Yumurtanın qiyməti yenidən qalxacaq” - Ekspert
21 Aprel 2024 Azərbaycanda hotellərdə xidmət qiymətləri niyə artıb? - ARAŞDIRMA + VİDEO
21 Aprel 2024 Zukerberq sərvətinə görə Maskı geridə qoyub
20 Aprel 2024 “Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
19 Aprel 2024 Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
18 Aprel 2024 Ərzaq qiymətləri ucuzlaşacaq? - Açıqlama

Dünyapress TV

Xəbər lenti