Ardını oxu...
ABŞ prezidenti Co Bayden neft şirkətlərinə xəbərdarlıq edib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, o, Floridaya yaxınlaşan və böyük dağıntılara səbəb ola biləcək qasırğadan benzinin qiymətini artırmaq üçün bəhanə kimi istifadə edilməməsini bildirib:

"Məni bir daha bu xəbərdarlığı etməyə məcbur qoymayın.
Həmçinin bu qasırğadan benzinin qiymətini artırmaq üçün bəhanə etməyin. Qiymətlər nisbətən aşağıdır və daha da aşağı düşməyə davam etməlidir”.

Xatırladaq ki, ABŞ-da təsirli olacağı gözlənilən İan qasırğasından əvvəl 2,5 milyon insan üçün təxliyə əmri verilmişdi.

Amerika prezidenti həmçinin ictimaiyyəti xəbərdarlıqlara diqqət yetirməyə və təxliyə zonalarını boşaltmağa çağırıb.

Bayden aclığın dünyanın ən böyük problemlərindən biri olduğunu və Rusiya-Ukrayna müharibəsinin qlobal ərzaq böhranına təkan verdiyini bildirib. 2030-cu ilə qədər aclığa son verməyi və qidalanma ilə əlaqəli xəstəlikləri azaltmağı hədəflədiklərini ifadə edən prezident, "Bu gün bu hədəflərə çatmaq üçün 100 fərqli təşkilatdan 8 milyard dollarlıq öhdəlik aldığımızı bildirmək istərdik" - deyib.
Ardını oxu...
Avropa Komissiyası Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini açıqlayıb.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin birgə keçirdiyi mətbuat konfransında deyilib ki, “ötən həftə “Rusiya Ukraynaya təcavüzünü yeni bir səviyyəyə qaldırıb”.

Aİ liderləri bildirib ki, “Rusiyanın işğal etdiyi ərazilərdə saxta referendumlar keçirməsi qeyri-qanuni torpaq qoparmaq və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc yolu ilə dəyişdirmək cəhdidir”.

“Səfərbərlik və Prezident Putinin nüvə ritorikası gərginliyin daha da artırılması yolunda yeni addımlardır. Biz heç bir saxta referendumu və anneksiyaları qəbul etmirik. Biz bütün bunların bədəlini Kremlə ödətdirməkdə qətiyyətliyik. Bu gün biz Rusiyaya qarşı yeni sanksiya paketini təklif edirik”, – Ursula von der Leyen bildirib.

O vurğulayıb ki, növbəti sanksiyalar paketində fiziki və hüquqi şəxslərin yeni siyahısı təqdim olunacaq: “Ticarətin daha da məhdudlaşdırılması və Rusiya məhsullarına yeni idxal qadağaları. Hansı ki, bu, ölkənin iqtisadiyyatını 7 milyard avro gəlirdən məhrum edəcək. İxrac sahəsində məhdudiyyətlər, xüsusən də onun müharibəsi üçün lazım olan əsas texnologiyalar, aviasiya ilə bağlı hissələr və ya kimyəvi maddələr bura daxildir. Rusiya Avropanın beyin gücü və təcrübəsindən də faydalanmamalıdır. Beləliklə, biz təklif edirik ki, Rusiyaya Avropa xidmətlərinin göstərilməsinə əlavə qadağalar tətbiq olunsun. Aİ vətəndaşlarının Rusiya dövlət şirkətlərinin idarəetmə orqanlarında çalışması qadağan edilsin”.

Von der Leyen əlavə edib ki, sanksiyaların bir hissəsi Rusiyanın nefti ilə bağlı olacaq: “Biz neft qiymətlərinin həddi üçün hüquqi əsasın müəyyən olunmasını təklif edəcəyik. Bəzi inkişaf etməkdə olan ölkələrin hələ də aşağı qiymətlərlə Rusiya neftinə ehtiyacı var. Bu hədd Rusiyanın gəlirlərini azaltmağa və qlobal enerji bazarlarını sabit saxlamağa kömək edəcək. Biz sanksiyaların qarşısının alınması ilə bağlı səylərimizi gücləndiririk. Ona görə də biz yeni kateqoriya əlavə edirik ki, sanksiyalarımızdan yayınan şəxsləri siyahıya sala bilək. Məsələn, Rusiya tərəfi Avropadan məhsul alıb onu üçüncü ölkə vasitəsilə Rusiyaya keçirə bilməyəcək. Bu, güclü çəkindirici təsir olacaq”
 

Ardını oxu...
Elm və Təhsil Nazirliyinin «Təhsil nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsi» ölkənin məktəblərində aparılacaq təmir və sair işlərlə bağlı böyük tenderlərin nəticələrini açıqlayıb.

Təkcə iki gün ərzində – sentyabrın 26 və 27-də bu sahə üzrə ümumi məbləği 4 milyon manata yaxın 4 tender üzrə sifarişlər bölüşdürülüb.

Respublika üzrə bir sıra təhsil müəssisələrində cari təmiri işlərinin satınalınması üzrə tenderi "UPSİLON" MMC əldə edib. Müqavilənin məbləği 851 315 manat təşkil edir.

Respublika ərazisində bir sıra təhsil müəssisələrində cari təmir işlərinin satınalınması üzrə digər tenderi isə "S.H. İNŞAAT XİDMƏTİ" MMC qazanıb – məbləğ 2 657 134 manat.

Kimya, fizika və biologiya laboratoriyalarının satınalınması üzrə tenderi "TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA" QSC əldə edib – 1 milyon 84 min manat.

Respublika üzrə bir sıra təhsil müəssisələrində cari təmiri işlərinin satınalınması üzrə növbəti tenderi isə "ART-PROJE" MMC qazanıb – 1 milyon 385 min manat.

Ardını oxu...
Ukrayna Nazirlər Kabineti ölkədə hərbi vəziyyət başa çatana qədər Rusiyanın gömrük ərazisinə malların ixracına tam qadağa qoyulması haqqında qərar qəbul edib.

“Report” Ukrayna İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hökumət müvafiq qərarı sentyabrın 27-də keçirilən iclasın yekunları üzrə qəbul edib.

Qərar hərbi vəziyyətin dayandırılacağı və ya ləğv ediləcəyi, Rusiyanın Ukraynaya qarşı qeyri-dost hərəkətlərinə son qoyacağı günə qədər qüvvədə olacaq.

Baş nazirin birinci müavini Yuliya Sviridenkonun sözlərinə görə, bu yolla Ukrayna Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirir.
 
 
 
Ardını oxu...
Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətlərinin ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və bu sahədə qiymət siyasətinə yenidən baxılması müraciəti ilə bağlı təkliflər hazırlanacaq.

Bu barədə Tarif Şurasından məlumat verilib.

Bildirilib ki, müraciətdə göstərilən məsələlərlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb. Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.

 
Ardını oxu...
“Dünyada ərzaq qiymətlərinin yüksəlməsi, inflyasiyanın artması, ərzaq çatışmamazlığı bütün ölkələr üçün təhdiddir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı qeyd edib ki, Azərbaycanın ərzaq təhlükəsizliyi ilə üz-üzə qalmaması üçün dövlət tərəfindən ciddi tədbirlərin görülməsinə ehtiyac var:

“Biz həm yerli istehsalı artırmaqla, həm də bazarın daha da liberallaşması, bazarda rəqabətin artırılması yolu ilə təminatımızı da yüksəltməliyik, çünki xarici bazarlardan ciddi asılılıq var. Azərbaycanın ərzaq təhlükəsizliyində maksimum 25 faiz yerli məhsullar iştirak edir, 75 faizi xaricdən alırıq. Bu, istər ərzaq buğdası olsun, istərsə də digər məhsullar olsun. Elə məhsul növləri var ki, xaricdən həddindən artıq çox 80-90 faiz asılıyıq. Ona görə yerli istehsalı artırmaq lazımdır. Paralel olaraq da, ölkəyə ərzaq gətirən şirkətlərin vergilərini, rüsumlarını azaltmaq lazımdır ki, rəqabət artsın. İş adamları istənilən ölkədən rahat şəkildə malların gətirilməsinə heç bir əngəllərlə rastlaşmasın. Qiymətlərin aşağı düşməsində də gömrük, vergi siyasətinin yenidən dizayn olunmasının da rolu ola bilər. Məsələn, ərzaq məhsullarına əlavə dəyər vergisi azaldılmalıdır, gömrük rüsumları ən azından bir illik heç olmasa sıfırlanmalıdır. Bunun da bazarda müəyyən pozitiv təsirləri ola bilər”.
 
Ardını oxu...
2023-cü ilin dövlət büdcəsi layihəsində xam neftin bir barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürüləcək. Artıq büdcə layihəsi açıqlanıb. Yaxın günlərdə layihə parlamentin komitələrində müzakirəyə çıxarılacaq. Büdcə layihəsində neftin proqnozlaşdırılan qiyməti maraq doğurub.

Görəsən, hökumət qiyməti niyə 50 dollar götürüb?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, son illər dünyada neftin qiyməti heç vaxt stabil olmur:

“İndi 50 dollar neft üçün orta qiymətdir. Fikrimcə, bu qiymət realdır. Birjadakı abı-havadan asılı olaraq qiymətlər dəyişir, rüblük, illik orta qiymət çıxarılır. Məsələn, keçən il Brent markalı neftin orta illik qiyməti 70 dollar 91 sent təşkil edib”.

Ekspert qeyd edib ki, heç kim təminat verə bilməz ki, gələn il neft qiymətləri ucuzlaşmayacaq:

“Cari ilin büdcəsində də qiymət 50 dollar götürülmüşdü. Büdcəyə iyun ayında edilən dəyişikliklər zamanı neftin qiymətini daha 50 faiz artırdılar. Bəs gələn il üçün niyə eyni qiymətə qayıtdılar? Hamıya bəllidir ki, bu il dünya bazarında enerji daşıyıcılarının qiymətinin baha olmasının səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi idi. Gözlənilir ki, hətta müharibə bitməsə belə, dünya gələn il müharibənin fəsadlarını yumşaltmağa qadir olacaq. Bununla paralel olaraq qiymətlər də aşağı enəcək. Həmçinin proqnozlaşdırılır ki, Rusiya ilə Qərb ölkələri arasında ticari əlaqələr aşağı düşdüyündən gələn il enerjiyə tələbat da azalacaq. Bu baxımdan da gələn il neft qiymətlərinin indiki ilə müqayisədə enməsi proqnozlaşdırlır”.

İ.Şabanın sözlərinə görə, bütün bunları nəzərə aldıqda görürük ki, Azərbaycan hökuməti büdcə layihəsində neft üçün uyğun qiymət müəyyən edib:

“Azərbaycan hökuməti özünü sığortalamaq üçün qiyməti 50 dollardan götürür. Reallıqda gələn il neftin qiyməti necə olacaq, hələ ki deyə bilmərik. Bu ilin 8 ayının nəticələrinə görə, Azərbaycan nefti ortalama 103 dollar 12 sentdən ixrac edilib”.

Neft-qaz üzrə ekspert Zəfər Vəliyev isə dedi ki, gələn il dünyada gözlənilən iqtisadi böhranla əlaqədar neft qiymətləri düşə bilər:

“Götürülən qiymətdə bütün risklər nəzərə alınır. Hazırda Ukrayna ətrafında baş verən hadisələrdən sonra həm Avropa, həm Sakit okean, həm Asiya bazarlarında dərin enerji böhranı müşahidə edilməkdədir. Təbii qazla paralel olaraq bütün enerji daşıyıcılarının qiymətləri əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Bazar iştirakçıları belə hesab edirlər ki, bu tendensiya davam edərsə, dünya üzrə neft-kimya məhsullarına tələbat aşağı düşəcək. Bunu, əsasən iqtisadi böhranla əlaqələndirirlər. Ona görə də qiymətlərin növbəti ildə aşağı düşmə ehtimalı var”.

Ekspertin fikrincə, beynəlxalq qurumların tamamilə fərqli proqnozları da var:

“Məsələn, həm Beynəlxalq Enerji Agentliyinin, həm OPEC-in verdiyi proqnozlara görə, gələn il neft və neft məhsullarına olan tələbat builkindən daha çox olacaq. Bu il proqnoz göstərici ondan ibarət idi ki, ilin 12 ayı ərzində gündəlik qlobal neftə olan tələbat 99,7 milyon barel civarındadır. Lakin gələn il neftə olan qlobal tələbat 100 milyon bareldən yuxarı proqnozlaşdırılır. Tələbatın Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə 102,4 milyon barel, OPEC-ə görə isə 101 milyon bareldən yuxarı olması gözlənilir. Əgər fiziki bazarlardakı real duruma nəzər salsaq, demək olar ki, gələn il neftə olan tələbat bu illə müqayisədə 2,7 milyon barel çox ola bilər. Lakin Ukrayna ətrafında baş verən hadisələr, geosiyasi gərginlik tələbatın aşağı düşmə ehtimalını da istisna etmir”.

Z.Vəliyev qeyd edib ki, dünya üzrə neft emalı zavodlarının xammalla yüklənməsi artacaq:

“Əgər real bazara nəzər salsaq, görərik ki, hazırkı tələbat texnoloji proseslərlə bağlıdır. Yəni dünyada mövcud olan neft emalı zavodlarının xammalla yüklənməsi kifayət qədər yüksəkdir. Avqust ayının göstəricilərinə görə, dünyada mövcud olan neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi 82 milyon bareldən yuxarıdır. Pandemiyadan qabaq - 2019-cu ildə bu göstərici 85-86 milyon barel olub”.

Ekspertin fikrincə, gələn il də neft məhsullarına tələbat yüksək olacaq:

“Düşünürəm ki, neft qiymətləri gələn il də yüksək olacaq. Qaz qiymətləri yüksək olduğuna görə, alternativ mənbə olaraq neft məhsullarına - yanacaq mazutuna, dizel yanacağına, texniki kerosinə və müxtəlif markalı sürtgü yağlarına tələbat arta bilər”.
 
Ardını oxu...
"Nəhayət ki, Gömrükdə "kütləvi kadr islahatlarından" ümidlənərək, yerli ticarət şirkətlərindən biri bizim marka ilə əla növ unu Azərbaycana idxal edib Biləcəridəki çörəkbişirmə sexlərindən birinə təhvil verdi...
Bilmirəm hansı mağazalarda, ancaq sabah Biləcərinin bəzi dükanlarında keyfiyyətli undan bişirilmiş çörək satılacaq... "
Teref.az yazır ki, bunu keşmiş deputat, iş adamı Nazim Baydəmirli deyir. Daha sonra iş adamı deyir:
İstehsalçı da, topdan alıcı da, çörəkbişirən də əməli saleh, halal biznes adamlarıdırlar, monopolistlərə aidiyyatımız yoxdur....
"Gələn həftə bütün xərcləri, ödənişləri də açıqlayacam, ona görə ki, hökumət imkan versə bir kisəsi 35 manata keyfiyyətli un hər kəs idxal edə bilər...
Real sahibkarlığa eşq olsun, monopoliyaya lənət olsun!"
Teref.az

 
Ardını oxu...
"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək"
Mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı vergi güzəştləri – mövsümi vergilər tətbiq edilə bilər. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında bildirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qeyd edib ki, mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı güzəştlərin edilməsi məsələsinə baxılır. S.Musayeva bildirib ki, bununla bağlı məsələ sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də baxılır: “Bu məsələdə sahibkarların da təklifi nəzərə alınır, xüsusilə mövsümi vergilərin tətbiqi ilə bağlı sahibkarların təkliflərinə baxılacaq”.

ii“Mövsümi fəaliyyət göstərən subyektlər” deyildiyində ağla ilk gələn fermer təsərrüfatları, meyvə-tərəvəz yetişdirənlər, çimərlik mövsümündə dəniz kənarında fəaliyyət göstərən obyektlər olur. Bir az da dərinə getsək, məsələn, məktəb bazarlığı dövrünü, ənənəvi bayramlarda yarmarkalarda çalışanları, hətta məlum aylarda toya həsrət qalan şadlıq saraylarını da əlavə edə bilərik. Bu sadaladıqlarımız obyektlərin sahibləri və orada çalışanlar da özlərini “mövsümi işçi” hesab edə bilər. Hərçənd mövsümdənkənar vaxtlarda şadlıq sarayları, dəniz kənarında yerləşən obyektlər də qaz vurub qazan doldurur, az qazanclı dövrlərinin hesabını da “sezon” qiymətlərinə “kəsir”.
DİA.AZ-ın məlumatına görə, iqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, mövsümi fəaliyyət göstərən subyektlərə vergi güzəştlərindən söhbət gedirsə, əlbəttə, bu, ilk növbədə kənd təsərrüfatı sektoruna şamil edilməlidir:

- Əgər mövsümi fəaliyyətdən danışırıqsa, ilk növbədə kənd təsərrüfatında çalışanlar, fermerlərə bu güzəştlər şamil olunmalıdır. Əkinçilik, bostançılıqla məşğul olanlar, meyvə-tərəvəz yetişdirənlər ilin müəyyən fəsillərində aktiv çalışır, məhsullarını bazara çıxara bilir.

Ona görə də bu sektorda vergi güzəştləri mütləq olmalıdır. Qaldı, digər sahələr, mövsümi fəaliyyət göstərən iaşə obyektləri onların da mənfəət gəlirləri düzgün hesablanmalıdır. Bizdə əsas problem ölçü vahidinin düzgün hesablanmamasıdır. Baxın, bir millət vəkili deyir ki, ərzaq məhsullarının üzərindən əlavə dəyər vergisi götürülsün. Sual verirəm; məgər belə olarsa, ərzaq məhsullarındakı qiymət artımının qarşısı alınacaq? Çörəyə ƏDV tətbiq edilmir, yumurtaya, toyuq ətinə də ƏDV yoxdur.

Bəs niyə qiymət qalxır? Digər məhsullar da belə olacaq. İstəyirsən, ucdantutma, bütün məhsullara ƏDV-ni ləğv et, yenə də vəziyyət dəyişməyəcək, qiymət düşməyəcək. Ləğv edilmiş vergiyə görə əldə ediləcək mənfəət fərqi yenə də kimlərinsə cibinə gedəcək, sadə vətəndaş bundan xeyir görməyəcək. Çünki süni, subyektiv bahalaşmanın qarşısının alınması vergidən asılı deyil. Bunun açarı azad, rəqabətyönümlü bazarın mövcudluğudur. Bu gün, tutaq ki, mən Fuad İbrahimova ölkəyə toyuq məhsullarının gətirilməsinə icazə verilsin, qarşımda heç bir süni əngəl olmasın, ertəsi gün bazarda, marketdə toyuğun qiyməti düşəcək. Bu, bütün mal və məhsullara aiddir. Mən sadəcə, primitiv bir misal çəkdim.

Biz dəfələrlə monitorinq aparmışıq. Məsələn, pomidorun qiyməti niyə 1.80-2 manatdır? Məhsulun maya dəyəri, logistika, gömrük xərcləri, marketdə, piştaxtada əlavə edilən qiymət, mənfəət ölçüsü, hamısını hesablamışıq, yenə də 2 manata gəlib çatmır. 30-40 faiz qalıq qalır. Deməli, burada konkret kimlərinsə mənfəəti, cibə gedəcək qiymət gözlənilir. Bu gün rahat bir şəkildə, heç bir ziyana uğramadan 1.20 qəpiyə sata biləcəkləri pomidorun qiymətinin üzərinə əlavə 30-40 qəpik də əlavə edirlər ki, kimsə əlavə gəlir əldə etsin.

Məsələ bu dərəcədə anlaşılandır. Ona görə də bu gün çörəkdən ƏDV-ni götürdük, sabah ətdən, balıqdan, toyuqdan, bunların heç bir faydası olmayacaq. Qiymətlər yenə qalxacaq, vətəndaş əziyyət çəkəcək, evinə normal bazarlıq edə bilməyəcək.
 
 
 
Ardını oxu...
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bu barədə energetika naziri Pərviz Şahbazov öz “Twitter” hesabında paylaşım edib.

“Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekas ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan təbii qazın tədarükü ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu il Yunanıstana qaz ixracımız 1.1 mlrd. kubmetr proqnozlaşdırılır”, – paylaşımda bildirilir.

Dünyapress TV

Xəbər lenti