Ardını oxu...
Rusiya təbliğatı illərdir deyir ki, dünyada dolların rolu azalır, hətta Rusiya 2014-cü ildən bəri bəzi populist bəyanatlar verərək digər ölkələrlə qarşılıqlı ticarətdə dollardan imtina edəcəyini, hətta artıq etdiyini elan edib, amma reallıq başqadır, Kremlin arzuları kimi deyil.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyir. Daha sonra ekspert fikrini davam etdirərək deyir:
Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi rəqəmlərinə görə dünya ölkələrinin ehtiyat “yasdığı” 2013-cü ildə 11 trilyon 700 milyard dollar dəyərində olub, bu məbləğın cəmi 3 trilyon 810 milyardı dollarda, yerdə qalan hissəsi digər valyutalar, qiymətli kağızlar və qızılda saxlanılırdı. Üç il sonra, yəni 2016-cı ildə dünya ölkələrinin ehtiyat vəsati 10 trilyon 720 milyard dolar idi və bu məbləğın artıq 5 trilyon 500 milyardı dollarda, yerdə qalanları isə digər aktivlərdə idi. Növbəti üç ildə, yəni pandemiyadan öncəki 2019-cu ildə ölkələrin ehtiyat vəsaiti 11 trilyon 820 milyard dollara qalxdı və bunun 6 trilyon 730 milyardı dollarda idi. 2021-ci ildə ölkələrin ehtiyat vəsaiti 12 trilyon 920 milyard dollara qalxdı və bu vəsaitin 7 trilyon 90 milyardı sırf dollarda saxlanılırdı.
Göründüyü kimi dolların ehtiyat vəsaitlərin saxlanması kimi rolu son 10 ildə getdikcə artır, amma bu o demək deyil ki, “dollar dünyasında” problemlər yoxdur – təbii ki, var və getdikcə artacaq. Çünki, qlobal dünyadan fraqmental dünyaya keçid sürətləndikcə yeni regional cəlbedici valyutalar yaranacaq – bu gün Çin yuanı artıq elə bir rol almağa yaxındır, çünki Çin valyutası dollara qarşı ən az volotil, yəni dəyəri az “oynayan” valyutalardan biridir. 2011-2021-ci illər arası Çin valyutası bir dollara qarşı 6,22 yuanla 7,10 yuan arası dəyişib – oynaqlıq çox azdır, bu isə yuanı cəlbedici edir. Amma yuanın da ən zəif nöqtəsi odur ki, dollara, ABŞ iqtisadiyyatına çox bağlıdır, ABŞ-Çin qarılıqlı ticarət dövriyyəsi 2021-ci ildə 2020-ci ilə nisbətən 28,7% artaraq (il-ilə rekord artış göstəricisidir) 755 milyard 640 milyon dollar olub, ABŞ uzun illərdir ki, Çinin 1 nömrəli ticarət tərəfdaşıdır, məsələn, Rusiya isə Çinin ticarət dövriyyəsidə 11-ci yer tutur.
Fraqmentallaşan dünyada regional güclərin yaranması, möhkəmlənməsi regional valyutaların da yaranıb-güclənməsinə səbəb ola bilər. Bu mənada Türk Dövlətləri Birliyi gələcək üçün (yaxın 10 ilə ağılla plan qurub işləməklə) özlərinin ticarət əlaqələrini gücləndirmək yollarından biri kimi ümumi valyutanın yaradılması haqqında da düşünməlidirlər. Bu klassik “kağız pul” olmaya da bilər, hətta olmamalıdır da, sadəcə ölkələrin öz valyutalarını saxlamaq şərti ilə ortaq "digital" (bu “coin” deyil, səhv salmayın) pul vahidi, məsələn, “elektron akçe” dövriyyəyə buraxmaq olar və bu addım TDB-nin qarşılıqlı ticarəti sürətləndirmək üçün geniş perspektivlər aça, Birliyin “dollar, avro və yuan dünyası” ilə də iqtisadi münasibətlərin artmasına səbəb ola bilər...
 
 
 
Ardını oxu...

"Gəncə Şərab evi 1" i - 145 mindən çox vergi borcu yaranıbdır.

DogruXeber.az: - Belə ki, qanuni təmilçisi Mirməhəmməd Məmmədov Həmid oğludur, adına olan vergi borcu "VÖEN" daxilində 145454.52 (yüz qırx beş min dörd yüz əli dörd manat, əli iki qəpik) mövcuddur.

Böyük bir müəssisənin bu qədər vergi borcu yaranması çox müəmmalıdır.

AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYAT NAZİRLİYİ YANINDA DÖVLƏT VERGİ XİDMƏTİNİN- Gəncə Şəhər Ərazi vergilər 12 saylı Ərazi Vergilər Baş İdarəsinin məsuliyyətsizliyi bu qədər vergi borcunun yaranmasına, hüquqi baxımından çinayət xarakterli dövlət rüsumundan yayınma, külli miqdarda pulun mənimsənilməsi, Dövələt Xəzinadarlığına daxil olmaması çinayət deyilsə bəs nədir?

Bu halın nəyin ki, Gəncə Şərab evi 1" saylı Açıq Tipli Səhmdar Cəmiyyətin də yaranıb, o cümlədən Gəncə Şərab evi 2" saylı Açıq Tipli Səhmdar Cəmiyyətinin də 33 mindən çox vergi borcu var.

Adı çəkilən Gəncə şərab evi 2" ASC -nin Qanuni təmsilçisi - Saleh Babazadə Nadir oğludur.

Onun adına olan "VÖENİN" vergi borcu rəqəmsal olaraq 33608.57 (üç yüz otuz altı min səkkiz manat, əli yeddi qəpik) rəsmi borc yaranması, vergidən yayınması Gəncə 12 saylı Ərazi Vergilər Baş İdarəsinin fəaliyyətinə ləkədən başqa bir şey deyil.

Yazıda qeyd olunan müəssisələrin hal-hazırda fəaliyyət göstərməsi, işçi sayının olması, "Şərab" istehsal etməsi mövcuddur.

Mövzuya qayıdacayıq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq... //hurriyyet.az//

Ardını oxu...

Ardını oxu...
Rusiya BMT və Türkiyənin vasitəçiliyi ilə bağlanmış saziş əsasında taxıl daşıyan gəmilərin keçidini qəsdən gecikdirir.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

O,150 ​​gəminin keçid üçün gözlədiyini qeyd edib. Gecikməyə görə Ukrayna 10 milyon insanı qidalandırmaq üçün kifayət edəcək 3 milyon ton daha az taxıl ixrac edib.
 
Ardını oxu...
Mərkəzi Bankın bu gün açıqladığı hesabatında bildirilir ki, 2015-ci ildən bəri dollarlaşma trendi azalıb. Bu ilin ikinci rübünün sonuna bank sistemi öhdəliklərinin 46 faizi, aktivlərininsə 40 faizi xarici valyutadadır.

Xatırladaq ki, 2015-ci ildə bu göstəricilər, uyğun olaraq, 73 və 58 faiz idi. Məhz bankların xarici valyutada öhdəliklərinin çox olması ölkənin maliyyə sektoru üçün ciddi problemlər doğurmuşdu. Milli valyutanın devalvasiyalar ucbatından dəyər itirməsi bankların xarici öhdəliklərini yerinə yetirməsini çətinləşdirmiş, nəticədə ölkədəki bankların təxminən üçdə biri batmışdı.

Mərkəzi Bankın məlumatlarında o da bildirilir ki, 2022-ci ilin ilk yarısında bankların xarici borclarının həcmi 17 faiz (66 milyon dollar) azalaraq 318 milyon dollara enib. Beləcə, öhdəliklərin strukturunda bankların xarici borcunun payı cəmi 1.5 faiz olub. Bankların cəlb etdiyi xarici borc ödənişlərinin yalnız 33 faizi növbəti ilin payına düşür.

Təhlillər göstərir ki, kredit portfelinin illik artım tempi 2016-cı ildən bu yana ən yüksək səviyyəsinə çatıb. İstər biznes, istərsə ipoteka portfeli üzrə illik artım tempi son illərin maksimumundadır. İstehlak portfeli üzrə illik artım tempi yüksək olsa da, 2019-cu il səviyyəsindən aşağıdır. Ölkənin kredit portfelində qeyri-işlək kreditlərin payı isə ötən ildən bəri dəyişməyərək 4.5 faiz qalıb.

Ötən il iqtisadi fəaliyyətin bərpası və daxili tələbin genişlənməsi fonunda önəmli artım göstərən bank sektorunun balansı ilk yarımildə də genişlənməyə davam edib. Birinci yarımildə bank sektorunun aktivləri 9 faiz artaraq 42 milyard manata yaxınlaşıb. Öhdəliklərsə 9.8 faiz artaraq 37 milyard manata yüksəlib. 2022-ci ilin ikinci rübünün sonu üzrə bank sektoru aktivlərinin 40.7 faizi xalis kredit portfeli, 37.3 faizi likvid aktivlər, 22 faizi digər aktivlərdir.

Bank sektorunun öhdəlikləri isə, əsasən, hüquqi şəxslərin depozitləri hesabına formalaşıb. Belə ki, bank öhdəliklərinin 53.3 faizi hüquqi şəxslərin, 28.2 faizi fiziki şəxslərin depozitləri, 18.5 faizi isə digər öhdəliklərdir. Müstəqil ekspertlər Azərbaycanda bank vəsaitlərinin formalaşmasında depozitlərdən belə böyük asılılığı bank sektorunun ən böyük risklərindən biri kimi qiymətləndirirlər. Bu amilin ölkədə tez-tez narazılıq doğuran kredit faizlərinin yüksəkliyi probleminə də təsiri var. Daha dayanıqlı inkişafa nail olmaq baxımından Azərbaycanda bank vəsaitlərinin formalaşma mənbələrinin çeşidləndirilməsi vacib amillərdən biri sayılır.
 
Ardını oxu...
Rusiya neftinə qoyulan məhdudiyyət OPEK-ə təsir göstərməyəcək.

Axar.az “Röyters”ə istinadən xəbər verir ki, bu barədə Vaşinqton müvafiq bəyanatla OPEK nümayəndələrinə müraciət edib.

Bildirilib ki, bu qərar ABŞ-la aparıcı neft ixracatçısı və OPEK-in faktiki lideri olan Səudiyyə Ərəbistanı arasındakı fikir ayrılıqlarını azalda bilər.

Öz növbəsində, Vaşinqton hasilatın azaldılmasının Rusiyanın gəlirlərini artıracağını və dekabrda qüvvəyə minməli olan qiymət tavanının Rusiyanın Ukraynaya təcavüzünə qarşı xüsusi olaraq işlənib hazırlandığını bildirib və bu qərarın digər istehsalçılara şamil olunmayacağına işarə edib.

Qeyd edək ki, OPEK neft hasilatını gündə 2 milyon barrel azaltmaq barədə qərar verib.
 
Ardını oxu...
Bu ilin mart ayının 3-də Bakı şəhəri, Yasamal rayonu, H.Q. Mustafayev, ev 11 ünvanında Talıblı Lamiyə Ədilxan qızının rəhbərlik etdiyi 5 şirkət dövlət qeydiyyatına alınıb.
DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, dövlət qeydiyyatına alınan şirkətlərin nizamnamə kapitalları 10 manat təşkil edir.
Talıblı Lamiyə Ədilxan qızının rəhbərlik etdiyi “QLOBAL 18 CORP” MMC (VÖEN – 1307612701), “DELTA AS LT" MMC (VÖEN – 1307612551), “ECHO MOON LT” MMC (VÖEN – 1307612681), “ORLONDO 05 CORP” MMC (VÖEN – 1307612831) və “LMY 98 CORP” MMC (VÖEN – 1307612421) barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Bu şirkətlərin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var.
Lakin, barələrində heç bir məlumat olmayan bu şirkətlər qeydiyyatdan keçdikdən qısa müddət sonra çoxsaylı tenderlərdə qalib olublar. Məsələn, “ECHO MOON LT” MMC qeydiyyatdan keçdikdən təxminən ay yarım sonra AMEA Tarix Muzeyinin keçirdiyi tenderdə qalib olub. Bu şirkətlər son 6 ay ərzində ümumi məbləği yarım milyon manatdan (500 min 530 manat) çox olan onlarla tenderin qalibi olublar.
Aşağıdakı cədvəldə Lamiyə Talıblının rəhbərlik etdiyi şirkətlərin qalib gəldiyi tender müsabiqələri ilə tanış ola bilərsiniz:

Ardını oxu...

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin tələbinə görə tenderdə iştirak edən şirkətlərin müvafiq sahədə peşəkarlığı, təcrübəsinin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlılığı olmalıdır.
Onu da bildirək ki, bu şirkətlərin qeydiyyatda olduğu Yasamal rayonu, H.Q. Mustafayev, ev 11 ünvanında qısa müddətdə çoxsaylı şirkətlər qeydə alınıb.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Diqqət çəkən məqamlardan biri də odur ki, Lamiyə Talıblının rəhbərlik etdiyi şirkətlərdən biri - "ORLONDO 05 CORP" MMC qeydiyyatdan keçdikdən bir müddət sonra hüquqi ünvanını dəyişib. Bu şirkət hazırda Asif Məhərrəmov, ev 22A, m. 20 ünvanında qeydiyyatdadır və bu ünvanda da qısa müddətdə onlarla şirkət qeydiyyata alınıb.
Ardını oxu...
Türkiyə hesab edir ki, Ukrayna ilə taxıl dəhlizləri ilə bağlı müqavilənin müddəti yarım il və ya bir il uzadılmalıdır.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi və müşaviri İbrahim Kalın "A Haber" telekanalına müsahibəsində deyib .

“Biz istəyirik ki, taxıl daşınması müqaviləsi üç, altı ay və ya bir il uzadılsın... 3 ay ola bilər, 6 ay da. Bu barədə heç nə deyə bilmərəm. Fikrimizcə, bunun 6 ay və ya 1 il uzadılması daha yaxşı olardı”, - Kalın bildirib.

Ərdoğanın müşaviri qeyd edib ki, Ukrayna müharibədən əvvəl olduğu kimi hara taxıl göndərəcəyinə özü qərar verir.
 
Ardını oxu...
Azərbaycanda avtomobillər üçün ehtiyat hissələri və mühərrik yağlarının bahalaşdığı bildirilir. Avtomobillərin ehtiyat hissələrinin bahalaşması artıq bir neçə ildir davam etsə də, bəzi sürücülərin sözlərinə görə, bu il qiymətlər kəskin artıb.

Bakıda avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan mağazalardan birindən Azadlıq Radiosuna bildirilib ki, bu ilin yanvarından indiyə qədər ayrı-ayrı ehtiyat hissələri ortalama 35-50 faiz bahalaşıb: “Azərbaycana ehtiyat hissələr xaricdən gəlir. Oradan da çox baha gəlir deyə, burada da qiymət qalxır. Rusiyadan gələn ehtiyat hissələrin bəziləri – yağ filtri, kuzov hissələri indi heç öz bazarlarında yoxdur”.

Ötən il Azərbaycanda avtomobil ehtiyat hissələrinin istehsal edəcəyi deyilsə də, hələlik, bu, yalnız sözdə qalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə minik avtomobillərinin sayı 84.7 min artaraq 1.35 milyon ədədə çatıb.

Avtomobillərin 1 milyon 82 mininin istehsal tarixi 10 il və daha çoxdur. Bu avtomobillər də 2021-ci ildə 89 min artıb.

Rəsmi məlumata görə, Azərbaycana 2022-ci ilin birinci yarısında 782 milyon dollar dəyərində nəqliyyat vasitəsi və onların ehtiyat hissələri idxal edilib. Ötən ilin həmin dövrdə bu rəqəm 479.4 milyon idi.

Milli Məclisin deputatı Azər Badamov da “Turan”a bildirib ki, Azərbaycan avtomobillərin ehtiyat hissələrini istehsal etmir: “Xaricdə də, demək olar ki, istehsal olunan bütün mallarda qiymət artımları baş verir. Təbii ki, idxal olunan mallarda qiymətlərin qalxması daxili bazarlarda həmin malların qiymətlərinə də təsir göstərir”.

Mühərrik yağlarının qiymətinin qalxması ilə bağlı isə deputat vurğulayıb ki, həmin yağların bir hissəsi ölkədə istehsal olunsa da, onların tərkibində olan komponentləri də Azərbaycan idxal edir: “Digər tərəfdən, Azərbaycanda istehsal olunan mühərrik yağları ölkənin tələbatını ödəmir və bu tələbat idxal olunan yağlar hesabına ödənilir. Xaricdə bahalaşma, təbii ki, daxili bazarlarda qiymət artımına gətirib çıxarır”.

O hesab edir ki, bütün bu proses ikinci əl avtomobillərinə də öz təsirini göstərir: “Həmin növ avtomobillərin qiymətlərində artım oldu. Ehtiyat hissələrinin bahalaşması da bu qiymətlərə təsir edəcək və bahalaşmalarına gətirib çıxaracaq”.

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna mövzu ilə bağlı açıqlamasında öncə ölkə daxilində istehsala toxunub: “Sürtgü yağlarının kiçik bir hissəsinin istehsalı var idi. İndi həmin müəssisələrin nə dərəcədə fəaliyyət göstərib-göstərmədiyi məlum deyil. Ehtiyat hissələri isə tam həcmdə xaricdən gətirilir”.

Onun sözlərinə görə, bahalaşma avtomobil istifadəçiləri olan 1 milyondan çox Azərbaycan vətəndaşlarının cibinə ciddi mənfi təsirini göstərən amilə çevrilib. O vurğulayıb ki, avtomobil alqı-satqısı ilə məşğul olan insanların da başqa xərcləri artdıqca onların qazanc əldə etmək istəkləri də artır: “Avtomobillərin ehtiyat hissələrinin bahalaşması, əlbəttə ki, maşınların qiymətinə də təsir göstərir”.

N.Cəfərli deyir ki, gömrük rüsumları və vergilər də avtomobil ehtiyat hissələrinin bahalaşmasına təsir göstərir: “Ölkəyə gətirilən istənilən ehtiyat hissələrinin 15 faiz gömrük rüsumu, 18 faiz Əlavə Dəyər Vergisi var. Deməli, bu hissələr Azərbaycana daxil olarkən avtomatik 33 faiz bahalaşır. Biz dərman və ərzaq məhsullarının gömrük vergisinin sıfıra, vergilərin isə 2 faizə endirilməsini təklif etsək də, hökumətdən cavab yoxdur”.
 
Ardını oxu...
Azərbaycanda 9 aylıq inflyasiya 13,2%-dən 13,4%-ə, 12 aylıq inflyasiya 14,2%-dən 15,6%-ə, ərzaq inflyasiyası isə 20,8%-dən 21,8%-ə qalxıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 19,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 7,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb. 2022-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,4 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 21,8 faiz artıb. Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, xamanın, pendirin, yumurtanın, qarğıdalı yağının, süfrə marqarininin, bananın, limonun, xiyarın, pomidorun, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, pivənin, ucuzlaşma isə əsasən almanın, armudun, üzümün, balqabağın, soğanın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dövlət Statistika Komitəsindən o da bildirilir ki, 2022-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2,4 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 10,5 faiz artıb. Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma geyimin, ayaqqabıların, boyaların, divar kağızlarının, mebellərin, məişət cihazlarının, xalçaların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərlərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd etmək yerinə düşər ki, son dövrlər əhali ərzaq məhsullarının bahalaşmasından narazılıq edir. Hətta satıcılar belə deyirlər ki, mağazalarda bu günə olan qiymətləri sabaha dəyişməli olurlar. Halbuki ilin əvvəlində Rusiya-Ukrayna müharibəsi başlayanda hökumət gözlənilən qiymət artımı ilə bağlı qabaqlayıcı tədbirlərin görüləcəyini bildirmişdi. Amma görünən odur ki, artıq neçə aylardır inflyasiya davam edir, hər hansı bir dəyişiklik gözə görünmür. Hökumətin qabaqlayıcı tədbirləri niyə effekt vermir? Bundan sonra qiymət artımı hansı səviyyədə olacaq?

DİA.AZ xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Azərbaycanda hökumətin antiinflyasiya tədbirləri ötən ilin sonlarına doğru genişlənməyə başladı. Bu gün inflyasiyanın artması davam edirsə, bu o demək deyil ki, bu tədbirlər aparılmayıb. Sadəcə olaraq, o tədbirlərin nə dərəcədə effekt verməsi var. Müxtəlif güzəştli kreditlər, subsidiyalar, müəyyən rüsumların ləğv olunması, dəstək mexanizmləri, ixraca nəzarətin həyata keçirilməsi, idxalın stimullaşdırılması və sair kimi addımlar atıldı. Amma razıyam ki, bütün bu tədbirlərə rəğmən inflyasiya yenə artmaqdadır, səngimək bilmir. BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) açıqlamasında da bildirilir ki, beynəlxalq ərzaq indeksi artıq aşağıya doğru enir. Altıncı aydır ki, ümumi indeksdə enişlər var, ayrı-ayrı ərzaq məhsulları üzrə artım və ya eniş var. Amma ümumi konteksdə enişlər var. Azərbaycanda isə artımın olması tədbirlərin görülməməsi demək deyil. Ölkəmizdə hələ də inflyasiyanın artmasının səbəbini biz belə ifadə edə bilərik. Tədbirlərin görülməsinə rəğmən idxaldan son dərəcə asılılıq və daxili bazarlarda qiymət diktə etmək qabiliyyətinə malik olan təsərrüfat subyektlərinin hegemonluğu istər idxalda, istərsə yerli istehsalda qiymətləri lazımi qaydada cilovlamağa imkan vermir”.

Ekspert əlavə edib ki, Azərbaycanda iqtisadiyyatın tənzimlənməsi daha çox inzibati metodlarla istifadə olunduğundan beynəlxalq aləmdə bazar konyunkturasında baş verənlər ölkə iqtisadiyyatına dərhal təsir etmir: “Martın əvvəlində Azərbaycanda buğdanın qiyməti maksimuma çatdı. Amma ölkəmizdə çörəyin qiyməti cəmi bir neçə ay bundan əvvəl qaldırıldı. 2021-ci ildə buğdanın qiyməti kifayət qədər yuxarı qalxdı, çörəyin qiyməti yanvarda qaldırıldı. Dünyada taxılın maksimal qiyməti mart ayının birinci yarısında maksimuma çatdı. Bizdə bir neçə ay öncə çörəyin qiyməti qaldırıldı. Yəni dövlət bir müddət sonra həm qalxmalar, həm də enmələrlə bağlı reaksiya verdi. Azərbaycanda da beynəlxalq qlobal ərzaq indeksində enişlər baş verirsə, bu bizim ölkəmizə beş-altı ay sonra təsir edəcək. Əgər beynəlxalq konyunkturada bu enişlər davam edərsə. O ki qaldı dünyada ümumi inflyasiyanın meylinə, düşünürəm ki, bu, Rusiya-Ukrayna müharibəsindən asılıdır. Baxın, beynəlxalq maliyyə qurumları, təşkilatları Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu öz proqnozlarını vaxtaşırı dəyişirlər. Bu və ya müxtəlif faiz bəndində aşağı salırlar, yaxud da qaldırırlar. Səbəb bilavasitə Rusiya-Ukrayna müharibəsi, bu müharibənin gedişatıdır. Hər şey bu müharibənin gedişatından asılı olacaq. İnflyasiya uzun müddətli də ola bilər, qısa müddətli də. İnflyasiyanı cilovlamaq hələ uzun illər mümkün olmaya da bilər. Amma daha tez səngiyərsə, daha adekvat tədbirlərlə növbəti ilin ortalarına qədər cilovlamaq olar”.
 
Ardını oxu...
Sent-Luisin FED (Federal Ehtiyat Sistemi-red) rəhbəri Ceyms Bullard noyabr və dekabr aylarında keçirdiyi hər iclasda FED-in uçot dərəcəsini 75 baza bəndi artıracağını güman edir.

Bu barədə "Report" "Bloomberg"ə istinadən xəbər verir.

Bullardın sözlərinə görə, FED-in faiz artımı tədbirləri indiyədək maliyyə bazarında yalnız "nisbətən aşağı" stressə səbəb olur.

Sentyabrın 21-də Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,75 faiz artırıb. Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2022-ci ilin sonuna qədər uçot dərəcəsini 4,25-4,5%-ə qədər artıracağını gözləyirdilər.

FED həmçinin öz aktivlərini və uçot dərəcəsini azaltmağa davam edəcəyini təsdiqləyib.

 

Dünyapress TV

Xəbər lenti