Ardını oxu...
Vətən müharibəsində şəhid olmuş Ceyhun Səfərovun anadan olduğu ev ciddi şəkildə təmirə ehtiyacı var.
Azpost.info bildirir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Lerik rayonunun Cənginəvud kənd sakini olmuş Ceyhun Səfərov 44 günlük Vətən Müharibəsi başlananda Türkiyədə işləyirdi. Müharibə başladıqdan dərhal sonra Azərbaycana qayıdan Ceyhun könüllü olaraq Qarabağ savaşına yollanıb. Qeyd edək ki, hərbi komissarlıqdan ona heç bir çağırış vərəqəsi gəlməyib. Ceyhun ürəyinin səsi ilə silaha sarılıb və döyüşə yollanıb. Lerik rayonu hərbi komissarlığına gələn Ceyhun dərhal ön cəbhəyə göndərilməsini xahiş edib.
Ceyhun Səfərov artilleriya atıcısı kimi torpaqlarımızın yağı düşməndən azad olunmasında döyüşüb. Cəbrayıl, Fizüli, Zəngilan rayonlarının azad olunmasında şücaət göstərib. 21 oktyabr 2020-ci ildə döyüş zamanı 27 yaşlı Ceyhun Səfərov Vətən uğrunda şəhid olub.
Şəhid Ceyhun Səfərovun ölkəmizin ərazi bütövlüyü naminə, göstərdiyi igidliklər Azərbsycan Respublikası Prezidenti, Ali Baş Komandan cınab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilib.
Dövlətimiz və xalqımız vətən uğrunda canını fəda vermiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini hər zaman uca tutur. Şəhid ailələrinə dövlət qayğısı göstərilir. Lerik rayonu Cənginəvud kənd sakini, şəhid Ceyhun Səfərovun valideynləri nədənsə bu qayğıdan kənarda qalıblar.
Köhnə, təmirsiz ev, çatlamış divarlar- Ötən 4 ildə Şəhidin doğludğu ev diqqətdən kənarda qalması anlaşılmazdır.
Övladını vətən uğrunda qurban vermiş valideynlərin bütün sosial və mənəvi problemlərinin həll olunması lazımi qurumların borcudur. Ümid edirik ki, Lerikin səlahiyyətliləri buna biganə qalmayacaq.
Azpost.info
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Etiraf etməliyik ki, Azərbaycanda daxili turizmin vəziyyəti heç də ürəkaçan deyil. Bölgələrimizə səyahət edəndə bunu açıq şəkildə görmək mümkündür. Əksər ərazilərdə xidmət aşağı, qiymət yüksək, keyfiyyət heç də ürək açan səviyyədə deyil.
ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov Bizimyol.info xəbər portalına açıqlamasında fikirlərimizi təsdiq edib. Dekan bildirib ki, kəmiyyət-keyfiyyət balansının qorunması məsələsi uzun müddət tənqid hədəfi olsa da, hələ də tam şəkildə müsbətə doğru irəliləyişə nail olunmayıb: “Bakıdan kənara çıxan kimi tamam başqa ab-hava ilə rastlaşırsan. Xidmət səviyyəsi sıfırın altında, qiymətlər isə at belində”…

ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov ATMU-nun Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı, dosent Bahadur Bilalov
Bahadur Bilalov qeyd edib ki, hər hansı bir ölkə turizmi inkişaf etdirmək istəyirsə, mütləq və mütləq öncə daxili turizmə xüsusi diqqət yetirməli və onu inkişaf etdirməlidir. Yalnız daxili turizm inkişaf etdikdən sonra gəlmə turizmi inkişaf etdirmək olar. Tədqiqatçılar bunu belə əsaslandırırlar ki, daxili turistlərlə işləməklə sektorda çalışanlar iş prinsiplərini öyrənir və əsl peşəkarlara çevirilirlər.

“Danılmaz faktdır ki, reklama vəsait xərcləyib ölkəyə turist cəlb etmək olar, lakin gələn turist lazımi səviyyədə xidmət almadıqda antireklamçılara çevrilirlər. Məmnun qalan hər bir turist özündən sonra ən azı 10 nəfərin ölkəyə gəlişini təmin edə bilir. Məmnun qalmayan turist isə azı 10 potensial turistin ölkəyə gəlişinə mane olur. Reallıq bundan ibarətdir. Təəssüf hissi ilə qeyd etməliyik ki, ölkəmizdə daxili turizmin inkişafı diqqətdən kənarda qalır. Daha çox diqqət və fəaliyyət ona yönəlib ki, xaricdən daha çox turist ölkəmizə gəlsin. Lazımı xidməti ölkədə tapmayan vətəndaşlarımız kütləvi surətdə xarici ölkələrə üz tuturlar”- deyə Bahadur Bilalov qeyd edib.

Statistikaya görə, 2023-cü ildə xaricə səfər edən ölkə vətəndaşlarının sayının 1 milyon 869 min nəfər olub. Bu ilin birinci yarısında isə xaricə səfər edən azərbaycan vətəndaşlarının sayının keçən ilin eyni dövrünə nisbətən 25,7 % artaraq 995,2 min nəfər olduğunu görmək mümkündür. Bu rəqəm onu deməyə əsas verir ki, ilin sonunda keçən ilki rəqəmdə xeyli artım olacaq.

“Bir faktı da qeyd edim ki, 2023-cü ilin birinci yarısına nisbətən bu il İrana gedən Azərbaycan vətəndaşlarının sayı 39,1 %, Türkiyəyə gedənlərin sayı 23,7 %, Gürcüstana gedənlərin sayı 17,7 %, Rusiyaya gedənlərin sayı 15,4 % artıb”-deyə Bahadur Bilalov əlavə edib.
 

Ardını oxu...
Ağcabədi rayonu, Kəbirli kənd sakini Həsənov Hüseyn Qasım oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, tikinti şirkəti olan “Tvvins group” onu işlədərək, əmək haqqını verməyib:

“Mən, Həsənov Hüseyn Qasım oğlu, sizdən xahiş edirəm ki, problemimi ictimailəşdirəsiniz.

2024-cü il may ayının 23-də qanuni şəkildə “Tvvins group” şirkətinə işə girmişəm. 3 ay işlədim, lakin əmək haqqımı ala bilmədim. Şirkətin hazırda mənə 997 manat borcu var. Nə qədər müraciət etsəm də, əmək haqqımı ala bilmirəm”.

Məsələ ilə bağlı şirkətin əlaqə nömrəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin telefon zənglərimiz cavabsız qaldı.
 
Ardını oxu...
Bakıda dövlət bağçalarında valideynlərdən aylıq ödənişlər tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə fikirlər səsləndirilir. İddialara görə, ödənişlər Azərbaycan və xarici dillərdə verilən tədrisə görə dəyişir.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi cavab olaraq bildirilib ki, bağçalarda valideynlərdən əlavə aylıq ödənişlərin tələbi ilə bağlı çağırış edib.
Qeyd edilib ki, dövlət bağçaları ödənişsiz fəaliyyət göstərir:
Uşaqların bağçaya qəbulu zamanı və ya aylıq ödənişlər tələb edilirsə, vətəndaşın yazılı formada müraciəti əsasında araşdırma aparılır və müvafiq tədbirlər görülür”.
 
Ardını oxu...
Azərbaycan təhsilinin gününü ağlayan qara örtüklü qadınların sayı artıq minlərlədir...

Bir yanda sertifikasiya imtahanında lazımi keçid balını toplaya bilmədiklərini səbəb gətirərək, əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndi ilə işdən çıxarılan müəllimlər, bir yandan işçilərin yanında, - "Mən əlli min verib vəzifəyə gəlmişəm, mənə heç kim heç nə edə bilməz" deyə qürrələndiyi deyilən Xırdalan şəhər 17 saylı Körpələr evi - uşaq bağçasının keçmiş, Digah qəsəbəsi 6 saylı uşaq bağçasının hazırkı müdiri Fəranə Məhərrəmovanın saydıqca sanki, "bərəkətlənən" qanunsuz əməlləri, digər yandan da Lənkəran şəhər 12 saylı uşaq bağçasının müdiri Zəminə İsayevanın bağçadakı "vor qanunları" ilə idarəçiliyindən cana doyan narazı çalışanlar aylardır ki, biri-birinin ardınca, "DogruXeber. Az" informasiya agentliyinə müraciət edirlər.

Xatırladaq ki, redaksiyamıza daxil olan bütün müraciətlərlə bağlı tərəfimizdən hər zaman aidiyyatı üzrə qurumlara rəsmi sorğu və müraciətlər göndəririk.

Ən çox narazılıq dolu müraciətlər təhsil və səhiyyə sahəsində olduğu üçün, ən çox sorğu göndərdiyimiz də Səhiyyə Nazirliyi ilə Elm və Təhsil Nazirliyidir.

Onlardan Səhiyyə Nazirliyi "bəzəkli-düzəkli", "sakitləşdirici" cavablar verərək, həmişə özünü "sudan quru çıxarmağa çalışır", Elm və Təhsil Nazirliyinə göndərdiyimiz məktublar isə "dərin quyuya daş atmaq" kimi olur.

Yeri gəlmişkən, Elm və Təhsil Nazirliyi özünün rəsmi internet səhifəsində yerləşdirilən e-mail ünvanının iki ildən çoxdur ki, işləmədiyini deyirlər.

Maraqlıdır, "əlaqə vasitəsi" adı ilə işləməyən ünvan rəsmi səhifədə niyə var?
Gözdən pərdə asmaq üçünmü"

Emin Əmtullayevin rəhbərliyi altında Azərbaycan təhsilinin evi elə yıxılıb ki, bunu görməyə nəinki pərdə, qala divarı belə mane ola bilməz.

"Rüşvət" desən - təhsildə,
"korrupsiya" desən - təhsildə,
"dava-dalaş" desən - təhsildə,
"təhdid" desən - təhsildə,
"şantaj" desən - təhsildə, nə yazıq ki, hətta əxlaqsızlıq belə son zamanlarda təhsil sahəsində rast gəlinən olub.

Bir sözlə - keyfiyyətli təhsildən başqa, hər şey...

Təhsil - bu söz sadəcə qurumun adında var.

Son illər atdığı addımlarımdan görünür ki, elə qurum özü də öz fəaliyyətindən narazıdır.

Təsəvvür edin, 11 il (bəzən daha çox) orta təhsil + repetitor hazırlığı, ali məktəblərə qəbul, 4 il tələbəlik, sonra işə girmək üçün MİQ (müəllimlərin işə qəbulu) imtahanı (şübhəsiz ki, burda artıq imtahandan kəsilənlər də olur) və sertifikasiya imtahanı...
Və nəhayət son nəticə - 4300 nəfərdən çox işsiz müəllim.

Sual yaranır:

Hörmətli qurum, bu gün alınlarına "savadsız damğası" vurduğunuz o, müəllimlərə orta məktəbi bitirəndə niyə verdiniz attestat?
Deyək ki, attestat verdiniz, ali məktəblərə niyə qəbul etdiniz?
Diplom niyə verdiniz?

Savadları ilə özləri qazandıılar?
Bəs o, zaman indi niyə savadsız kimi kənarlaşdırdınız?

Özünüz öz fəaliyyətiniz nə qədər yararsız olduğunu qəbul etmiş olsanız da, təəssüf ki, bunun zərərini siz deyil, günahsız insanlar yaşayır.

Axı yuxarıdakı suallarda ardıcıl saydığımız mərhələlər üçün bu insanların ömürlərinin demək olar 20 ili gedib.

Emin Əmrullayevin media qarşısında pafoslu çıxışlarında dilindən "qanun" sözü düşmür.

Hörmətli, Emin Əmrullayev, bu gün sayənizdə işsiz qalan 4300 müəllimin böyük əksəriyyəti keçirdiyiniz sertifikasiya imtahanındakı saxtakarlıqdan narazılıq edir, kameraların açılmasını, yaxud imtahanın şəffaf şəkildə yenidən keçirilməsini tələb edir.
Onların bu tələblərini qulaqardına vurma səbəbiniz nədir?

Öz səsi ilə əməlləri ifşa olunan bağça müdiri Fəranə Məhərrəmova, Günay Hacıyeva, Arzu Məmmədova, Zəminə İsayeva niyə hər şeyə rəğmən bu gün də vəzifədədirlər və elə öyrəşdikləri qaydada da fəaliyyət göstərirlər?

Axı onların fəaliyyəti təhsil qanunlarına təhqirdir.

Hansı əsasla o, şəxslər bağça müdiri vəzifəsinə təyin ediliblər ?

Oxucularımız da yəqin bizimlə razılaşar ki, bütün faktlara rəğmən Elm və Təhsil Nazirliyinin bu səssizliyi Fəranə Məhərrəmovanı haqlı çıxarır. Hansı ki, Fəranə Məhərrəmovadan narazılıq edən müəllimlərdən bəziləri onun, - "Mən əlli min verib vəzifəyə gəlmişəm" dediyini iddia edirdilər.

Həmçinin, işdən çıxarılan müəllimlər də imtahandan əvvəl onlardan "imtahandan kəsilməmələri üçün" müxtəlif məbləğlərdə pullar istənildiyini bildirirlər.



Bu gün isə hər il olduğu kimi məktəbli formalarının xüsusi satış ünvanları xəbər saytlarına ötrülüb.

Bütün bunlardan sonra, Elm və Təhsil Nazirliyinin sadəcə bu adla fəaliyyət göstərən "Holdinq" olduğu qənaətinə gəlmək olar.

Nazir Emin Əmrullayevin təlimçi xanımının xaricdə təhsil aldığı məktəblərin ödənişlərinə nəzər saldıqda isə yuxarı abzasda qeyd etdiyimiz fikrin önündəki şübhə və tərəddüdlər də tamamilə aradan qalxır.

Cənabın dövlətinin gəlhagəlidir - Müəllimlər "qan ağlayır" // VİDEO

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber. az
Ardını oxu...
Göyçay rayonu Xəlitli kənd sakini Mikayılov Eldəniz Mikayıl oğlu tərəfindən

ŞİKAYƏT

Mən Gəncə Kənd Tsərrüfatı Texnikumunu bitirmişəm. Uzun müddət Xəlitli kəndində ferma müdiri işləmişəm.Aqrar İslahat zamanı kolxoz təsərrüfatı özəlləşdirldi deyə işsiz qaldım. Hazırda ailəmizdə heç kəs işləmir. İribuynuzlu heyvan əldə etmək üçün 2021-ci il tarixdə özünüməşğulluq proqramına yazılmışam. 2024-cü ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinin əməkdaşları evimə gəlib həyətimdəki tövləmə baxıb iribuynuzlu heyvanın saxlanılması üçün münasib olmadığını bildirdilər.
Bu isə qanunsuz imtinadı, çünki əvvəllər mənim həyətimdəki tövlədə eyni vaxtda 10 baş iribuynuzlu heyvan saxlamışıq. Heç bir nöqsanı olmayan iribuynuzlu heyvanların saxlanılması üçün münasib olan tövləmin eni 5, uzunu isə 10 metr təşkil edir.Əkin torpaq sahəmizdə var ki, yem bazası kimi sitifadə edə bilərəm.
İşsizliyə görə ailəm aclıq işində yaşayır. Nə qocalıq yaşında deyilik nədəki xəstə deyilik.Bizim ailəyə iş lazımdır ki, işləyib ailımizi dolandıra bilək.Buna görə mən özünüməşğulluq proqramına qoşulmuşam. Rayonda elə adamlar var ki, həyətindəki tövlələr darısqal və taxtadan olsada onlara özünüməşğulluq proqramı əsasında iri və xırda buynuzlu heyvanlar verilib. Bu isə şübhəli məqamdır ki, Məşğulluq Agentliyinin Göyçay şöbəsi yol verib.Mənim tövləm münasibdir həmdə özüm iribuynuzlu heyvanı bəsləməkdə mütəxəsisəm.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə müraciət ünvanlayıb xahiş edirəm ailə vəziyətimizi işsiz olmağımız nəzərə alıb özünüməşğulluq proqramı əsasında iribuynuzlu heyvanla təmin olunmağıma köməklik göstərəsiniz.

 
Ardını oxu...
Universitetlərə qəbul üçün test üsulunun ləğv edilməsi müzakirələr yaradır. Hesab edilir ki, test üsulu şagirdləri sadəcə əzbərləməyə vadar edir. Nəticədə öyrəndikləri fənnin mövzularının mahiyyətini tam dərk etmirlər. Bəs test üsulu ləğv edilməlidirmi?

Teleqraf.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov hesab edir ki, formatın dəyişməsinə ehtiyac var:

“Azərbaycanda ilk dəfə test üsulu ilə imtahan 1992-ci il noyabrın 15-də tətbiq olunub. Test üsulunun müsbət cəhətləri imtahanın demokratik, şəffaf, ədalətli şəkildə həyata keçirilməsi, abituriyentlərin bir neçə ixtisas içərisindən seçim edə bilməsidir. Lakin müasir dövrün tələbləri ölkəmizdə 32 ildir tətbiq edilən formatın dəyişməsini zəruri edir. Təsəvvür edin ki, mart ayında imtahan verən şagird, azı 6 ay sonra, avqustun sonunda tələbə olub-olmadığını bilir. Azərbaycanda mövcud imtahan modeli dəyişməlidir.

Qəbul imtahanlarının formatının dəyişdirilməsi təhsil sisteminin inkişafı və tələbələrin daha ədalətli qiymətləndirilməsi üçün vacibdir”.

Ekspert hesab edir ki, imtahanlarda iştirakçıların yalnız nəzəri biliklərini deyil, həm də praktik düşünmə, problem həll etmə və analitik bacarıqlarını yoxlanmalıdır:

“Bu, tələbələrin gələcəkdə daha uğurlu olmasına kömək edə bilər. İmtahan formatına layihə əsaslı tapşırıqlar, yazılı esse və müzakirə sualları daxil edilməlidir. Bu, tələbələrin praktiki bilik və bacarıqlarını yoxlamağa imkan verər. Onlayn imtahanlar və interaktiv testlər imtahan prosesini daha çevik və əlçatan edə bilər. Bu, həm də tələbələrin texnologiya bacarıqlarını inkişaf etdirməyə kömək edər.

Tələbələr imtahan stressinin azaldılması üçün dəstək proqramları və psixoloji xidmətlərlə təmin edilməlidirlər. İmtahanlar tələbələrin psixoloji sağlamlığına mənfi təsir göstərməməlidir. Bu təkliflər Azərbaycanda qəbul imtahanlarının formatının dəyişdirilməsi və təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün bir başlanğıc nöqtəsi ola bilər. Hazırkı imtahanlar iştirakçılarda ciddi stress yaradır, bəzən isə həyatları üçün təhlükəyə çevrilir”.
 
Ardını oxu...
Şəhid Ruslan Seyidovun həyat yoldaşı Minarə Seyidova Tribunainfo.az-a şikayətini bildirib.

1984-cü ildən (40 il) Sumqayıt şəhər 5 nömrəli Ailə Sağlamlıq Mərkəzində tibb bacısı kimi çalışan Minarə Seyidova işdən azad edilib.

Qeyd edək ki, iyul ayının 9-da orta tibb işçilərinin sertifikasiya imtahanından 3 balla kəsilən Minarə Seyidova Səhiyyə Nazirliyi Sertifikasiya Komitəsinə və Səhiyyə Nazirliyinə müraciət etməsinə baxmayaraq ona bildirilib ki, şəhid ailəsi olmağına baxmayaraq heç bir özəlliyiniz yoxdur.

Ardını oxu...

Minarə Seyidova imtahandan kəsildiyinə görə, nə maaş alır nə də 40 illik iş yerinə buraxılmır.

Şikayətçinin sözlərinə 6 ay ərzində təkrar imtahana buraxılacaq və həmin müddət ərzində də kursa getməlidir.

“Mən kimsəsiz insanam. Bəs mən necə dolanmalıyam?! Əvvəllər də belə hal baş verib. İşçilər arasında kəsilən də olub, maaşını alıb, işə də gəlib. İndi bu hal nə dərəcədə ədalətlidir? Mən cənab prezidentə və xanımına, eyni zamanda icra orqanlarına elektron məktub göndərmişəm, ancaq çox təəssüf ki, müraciətlərimə baxılmır”, – deyə şikayətçi bildirib.

Həyat yoldaşı şəhid olandan sonra ailənin bütün qayğı və ehtiyaclarını öz üzərinə götürən, iki övladını tibb bacıcı işləyərək min bir əziyyətlə boya -başa çatdıran Minarə Seyidova şikayətinə baxılmasını və güzəşt edilməsini tələb edir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Son vaxtlar qeyri-qanuni şəkildə zəbt olunan torpaqlarda aparılan icazəsiz tikintilərin sökülməsinə başlanıb. Bu təkcə paytaxt ərazisini deyil, rayonları da əhatə edir. Bu addım insanlar arasında təşviş və narahatlıqla qarşılanıb. Evləri sənədsiz olan bir çox vətəndaş eyni aqibətlə üzləşməkdən narahatdır.

Görəsən, narahatlığa əsas varmı? Sənədsiz evlərin söküntüsü də gündəmdədirmi?

TEREF xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, söküntülərin aparılması, sadəcə, yeni tikilən və ya tikilməkdə olan evlərə aiddir:

“Söhbət təkcə yeni tikilən və heç bir sənədi olmayan tikililərdən gedir. Əgər hansısa ərazidə yaşayış varsa, fərdi yaşayış evinin söküntüsü üçün müvafiq olaraq, hökmən məhkəmə qərarı tələb olunur. Məhkəmə qərarı olarsa, bu zaman fərdi yaşayış evinin məcburi söküntüsü həyata keçirilə bilər. Məlum olduğu kimi, sənədsiz evlərlə bağlı müvafiq qərar qəbul ediləcək və onların hansının sənədləşdirilib-sənədləşdirilməyəcəyi daha aydın bildiriləcək. İnsan sağlamlığı üçün təhlükəli olan, yüksək gərginlikli elektrik, qaz və su xətlərinin üzərində yerləşən evlərin gələcəkdə yəqin ki, söküntüsü həyata keçiriləcək. Buna müvafiq olaraq, müəyyən icraedici qurumlar məhkəməyə müraciət edə bilər. Hal-hazırda qanunvericilik də tələb edir ki, əgər hər hansı yaşayış evi varsa, onun sökülməsi üçün ilk növbədə müvafiq məhkəmə qərarı olmalıdır. Söküntü yalnız yeni tikilən və tikilməkdə olan əmlaklara aid ediləcək”.

Ekspert sökülən evlərlə bağlı vətəndaşlara hansısa kompensasiyanın verilməyəcəyini qeyd edib:

“Həmin torpaq sahəsi əgər zəbt edilibsə, ona heç bir kompensasiya ödənilə bilməz. Bu tikililər ona görə sökülür ki, zəbt olunmuş torpaq sahələrində tikilib. Belə torpaqların heç bir hüquq müəyyənedici sənədləri olmur. Əgər hər hansı torpağın hüquq müəyyənedici sənədi varsa, orada tikinti aparmaq çox rahatdır. Söhbət yalnız qeyri-qanuni zəbt edilən torpaq sahələrində aparılan özbaşına tikililərdən gedir. Rayon icra hakimiyyətləri və digər icra strukturları da bu özbaşına tikililərin qarşısını alır”.
 
 

 


Dünyapress TV

Xəbər lenti