Ardını oxu...
Azərbaycanın ən iri inşaat şirkətlərindən olan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti (ASC) yığılmış vergi borcu gündən-günə artır.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin bu günədək yığılmış vergi borcu 15 227 445 manat təşkil edir.

"Akkord"un indiyə qədər vergi borcunu ödəməməsinin səbəbi məlum deyil.

Amma Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 2006-cı ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 83 259 750 manatdır. Şirkətin qanuni təmsilçisi isə Ayhan Keskinkılıcdır.
Ardını oxu...
Bəzi böyük beynəlxalq elektron ticarət platformaları alış-veriş zamanı müştərindən CVV və 3D təsdiq kodu tələb etmir. Bu isə bəzi hallarda həmin kartların hakerlər tərəfindən ələ keçirilməsinə səbəb olur bu da müştərilərdə narazılıq yaradır. Müştəri isə problemi bankın təhlükəsizlik sistemində görür.

Bəs bu problem necə həll olunmalıdır?

Bu barədə Valyuta.az-a danışan iqtisadçı Rauf Qarayev deyib ki, müştəri onlayn alış-veriş edən zaman ilk öncə seçdiyi saytı təhlil etməlidiri ki, sonradan günahkar axtarmasın:

“Onlar saytların təhlükəsizlik qaydalarına necə əməl etdiklərini əvvəldən öyrənməlidirlər. Ondan sonra öz seçimlərini etməlidir”.

İqtisadçının sözlərinə görə, əsasən CVV və 3D istəməyən saytlar, ABŞ saytlarıdır:

““Alibaba”, “Amazon” və bu tipli alış veriş saytlarının çoxunda CVV və 3D təsdiq istənilmir. Satış edən sayt tək kartın nömrəsini və ya kartın nömrəsi və bitmə tarixi kifayətdir ki, pul kart hesabından çıxılsın.

Bəzən CVV və 3D əlavə xidmət olduğundan, saytlar bu məsələdən qaçırlar. Bəzi saytlarda müştərinin məlumatı kifayət edir ki, əməliyyat baş versin”

“Bu halda biz nə etməliyik” sualına cavab olaraq Rauf Qarayev bildirib ki, bunun üçün diqqətli olmaq və bir neçə addım atmaq lazımdır:

“İlk olaraq kart ödənişinə limit qoymaq lazımdır. Bundan əlavə alış-veriş kartımız, ayrı olmalıdır. Daha sonra alış edəcəyimiz saytı təhlil etməli, kart tətbiq proqramlarımızda qoşulduğumuz xidmətlərə diqqət yetirməliyik. Bəzən saytda reklam veririk, kartı təsdiq edirik və sonra reklam vermədiyimiz zaman pulumuzun avtomatik hesabdan çıxıldığını görürük. Kartın tətbiq proqramında isə, razılığı ləğv etmədiyimizi görürük. Odur ki, daimi diqqətli olmalıyıq”.
 
Ardını oxu...
Bu ilin yanvar ayında Azərbaycan İrandan ümumi dəyəri 574 min 620 dollar olan 1 044,74 ton xiyar idxal edib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, İrandan idxal olunan 1 kiloqram xiyarın orta gömrük dəyəri 55 sent (94 qəpik) olub.

Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında ölkənin pərakəndə satış məntəqlərində idxal olunan xiyarın orta satış qiyməti 2,84 manat, fevral ayında isə 2,92 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan xiyar market və dükanlarda gömrük dəyərindən 3,1 dəfə baha satılıb.
 
Ardını oxu...
Dünyada qızılın qiymətləri bir unsiya üçün 2 315 dollara qədər artaraq tarixi maksimuma çatıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Financial Times” yazıb.

Aprelin 3-də səhər saatlarında qiymətli metalın qiyməti ilk dəfə 2 300 dollar həddini keçərək 1 unsiyası üçün 2 305 dollar təşkil edib.

Təhlükəsiz aktiv hesab edilən qızıl fevralın ortalarından bəri 15% bahalaşıb. Kotirovkaların artımı həmçinin Yaxın Şərqdə münaqişənin genişlənməsi qorxusundan qaynaqlanır.

Pik nöqtəsinə çatdıqdan sonra qızıl cüzi korrektə edərək, əvvəlki bağlanışdan 0,25% artaraq bir unsiya üçün 2,324 dollara satılıb.
Ardını oxu...
Azərbaycan bu ilin yanvar-fevral aylarında 38,2 milyon dollar dəyərində pambıq ixrac edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 milyon dollar çoxdur.

Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,80%-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə ölkənin pambıq ixracının dəyəri 29,6 milyon dollar təşkil edib.
 
Ardını oxu...
Rusiyanın "AvtoVAZ" şirkəti Azərbaycanda "Lada" avtomobillərinin istehsalına başladığını açıqlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır. Qeyd edilib ki, bu ilin sonuna kimi Azərbaycanda "Niva" və "Vesta" modelləri də istehsal olunacaq.

Rusiya avtomobil markalarının Azərbaycanda istehsala başlaması rəqabət mühitinə necə təsir göstərəcək?

"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verib.

Onun sözlərinə görə, Rusiyanın Azərbaycanda avtomobil istehsalına başlaması istər qiymət, istərsə də kredit şərtləri baxımından "Lada" markasını əldə etmək istəyənlərə müəyyən fürsətlər verəcək.

E.Əliyev bildirib ki, bu, həmçinin "Niva" və "Vesta" markalı avtomobillərə də şamil olunacaq. "Lada", "Niva", "Vesta" markalarının ölkəmizdə kifayət qədər sevildiyini deyən E.Əliyev söyləyib ki, onların Azərbaycanda yığımı alıcılara bu avtomobilləri daha sərfəli və aşağı qiymətə əldə etmə imkanı verəcək:

"Praktikaya baxsaq, illər öncə Azərbaycanda Naxçıvan Avtomobil Zavodu (NAZ) istifadəyə verildi. Həmin zavodun istehsal etdiyi "Lifan" markalı minik avtomobilləri ölkədə yetərincə satıldı. Qiymət amilinin aşağı olması isə vətəndaşlara münasib məbləğə avtomobil almaq imkanı verdi. Son zamanlar biz müşahidə edirik ki, "Chevrolet" markalı avtomobillərin Azərbaycanda yığımı onların da sərfəli şərtlərlə satılmasına gətirib çıxarıb. Yəni vətəndaşlarımıza bu sahədə əlçatanlıq var".

İcraçı direktor həmçinin vurğulayıb ki, Rusiya avtomobil markalarının Azərbaycan bazarına daxil olması taksi sahəsində fəaliyyət göstərən insanlara müəyyən mənada müsbət təsir göstərəcək: "Taksilərlə bağlı yeni qərardan sonra tələblərə cavab verməyən "Prius" və digər markalı avtomobillərin əvəzinə, ölkəmizdə istehsal olunması, eləcə də ehtiyat hissələri və digər xarici brendlərə nisbətən daha ucuz olması baxımından "Vesta" modellərinin istifadəsinə təkan verəcək. Bu isə taksi sahəsində fəaliyyət göstərən insanlara müəyyən mənada müsbət təsir göstərəcək".

Nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Rusiya avtomobil markasının Azərbaycanda istehsalı xaricdən ölkəmizə gətirilən avtomobillərin qiymətinə müəyyən təsir göstərəcək:

"Xaricdən, xüsusən də Avropadan Azərbaycana gətirilən digər nəqliyyat vasitələrinin qismən də olsa rəqabətə davamlılığı aşağı düşəcək. Yəni yerli istehsal olduqda, düşünürəm ki, qiymət daha münasib olacaq. Həmçinin iş adamları və şirkətlərin minik, yük nəqliyyat vasitələrini əldə etməkdən ötrü artıq gömrük rüsumu, daşınma haqqı ödəyib xaricdən ölkə ərazisinə gətirməyə ehtiyac olmayacaq. Hesab edirəm ki, bunun iqtisadiyyatımıza da kifayət qədər müsbət təsirləri olacaq".

Xatırladaq ki, "AvtoVAZ" Azərbaycanda "Lada" avtomobillərinin yığılması layihəsinə başlayıb və 2024-cü ildə burada 1,5 min avtomobil yığmağı planlaşdırır.

Sadiq Cavadov
iqtisadiyyat.az
 

Ardını oxu...
“Kənd təsərrüfatının inkişafı üçün dəyər zənciri olmalı, proseslər A-dan Z-yə bir-birini dəstəkləməlidir”.

Bu fikirləri kənd təsərrüfatı sahəsində olan mövcud problemlər və çatışmazlıqlar barədə danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Şahin Nəcəf Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatında olan problemlər kifayət qədər çoxdur:

“Meliorasiya-sulama sistemləri ilə bağlı olan ciddi problemlər hələ də qalmaqdadır. Bildiyimiz kimi, Cənubi Qafqazda ən az şirin su ehtiyatına malik ölkə Azərbaycandır. Cənubi Qafqazda şirin su ehtiyatlarının 67 faizi Gürcüstanın, 29 faizi Ermənistanın, 11 faizi isə Azərbaycanın payına düşür.
Buna baxmayaraq, hökumət hər il əkin sahələrinin dövriyyəsini artırır və həvəslə hesabat verilir ki, 150-160 min hektar örüş sahəsi əkin sahəsinə qaytarılıb. Kiçik təsərrüfatlar özlərinin bir-iki yerini sulamağa çətinlik çəkdiyi, Azərbaycanda şirin su ehtiyatlarnın bu qədər qıt olduğu halda, əkin sahələri dövriyyəyə qaytarılır. Lakin heç kim demir ki, 150 min hektarlıq sahə hansı mənbədən sulanacaq. Bunların hamısı kiçik fermer təsərrüfatlarının məhvi hesabına əmələ gələn porblemdir və hesabatlılıq, demək olar ki, yoxdur.

Mən dəfələrlə təklif etmişəm ki, ən azı bu məsələdə növbəli əkinə keçmək olar. Fermer 20 hektar taxıl əkib su olmadığına görə 10 ton taxıl əldə etməkdənsə, 10 hektar əkərək 50 ton taxıl yığsın. Geridə qalan növbəli əkin olan yerə də subsidiya verilsin. Bu gün subsidiyaların verilməsinə ciddi nəzarət var. Aldığın sahənin 10 sotu belə əkilmədikdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cəza tətbiq edilir.

Bu gün Kənd Təsərrüfatı Nazirliyindən çox şey gözləmək də olmur. Çünki kənd təsərrüfatı naziri portfelsiz nazirdir. Onun heç bir səlahiyyəti yoxdur. Bu gün onun yeganə məşğul olduğu sahə subsidiyaların verilməsidir. Əhalinin 40 faizi aqrar sahədə çalışsa da, nazirin səlahiyyəti məhduddur. Mən meliorasiyanı Kənd Təsərrüfatı Nazirliyinə billəşdirilməsinin tərəfdarı idim.

Kənd təsərrüfatının inkişafı üçün dəyər zənciri olmalı, proseslər A-dan Z-yə bir-birini dəstəkləməlidir. Bu gün tonlarla soğan fermerin əlində qalaraq çöplüyə atılır. Milyonlarla ziyan olundu. Çünki Belarusdan soğanın buraxılması yerli fermerin ziyan etməsi ilə nəticələndi. İstixanalarda xiyar yetişdirən fermer İrandan məhsulun buraxılması nəticəsində ziyana düşür. Məsələn, Azərbaycanda Şəmkir pomidorunun 1 kiloqramının maya dəyəri 1 manat 40 qəpiyə əmələ gəlirsə, iranınkı isə 52 qəpiyə əmələ gəlir. Fermerlər azca pul qazanan kimi belə halların baş verməsi onların, belə deyək, “belini qırır”.

Bu gün ən böyük çatışmazlıqlardan biri min hektarlarla meyvə bağı salınsa da, konserv, meyvə qurutma zavodlarının az olmasıdır. Bunlar düzgün hesablanmalıdır. Şəmkir kimi aqrar sahədə böyük sərmayələr qoyulan bir rayonda bir konserv zavodu belə yoxdur. Birinci dərəcəli mallar bazarlara göndərilsə də, ikinci dərəcəli malların taleyinin necə olduğu bilinmir, yəni zavod yoxdursa, deməli, bunlar çoplüyə atılır.

Ümumiyyətlə, kənd təsərrüfatı sahəsində olan problemlər danışdıqca bitməyəcək qədər çoxdur. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin statistikalarına baxsaq, çoxlu sayda məhsulun yığılmasını göstərildiyini görərik. Lakin 42 faiz aqrar sahə ilə məşğul olan kiçik təsərrüfatların payının nə qədər olduğunu soruşsaq, bir-iki faiz olduğunu görərik. Kənd təsərrüfatının inkişafından danışdıqda onu iki hissəyə bölməliyik: bəzi məmurlara məxsus olanlar və kiçik təsərrüfatlar. Kiçik təsərrüfatlar doğru şəkildə dəstəklənmədikcə kəndlərimiz boşalacaq, kəndli yazda əkinçi, qışda dilənçi olacaq”.


Ardını oxu...
Azərbaycan əsilli rusiyalı iş adamı, “LUKOYL” şirkətinin təsisçisi və eks-prezidenti, “Gələcəyimiz" Fondunun İctimai Şurasının sədri Vahid Ələkbərov “Forbes” jurnalının versiyasına görə, ən varlı rusiyalıların siyahısına başçılıq edir.

"Unikal" xəbər verir ki, “Forbes” dünyanın ən varlı insanlarının sayca 38-ci olan illik reytinqini dərc edib. Siyahıda 125 rusiyalı milyarderin adı var, onların sayı keçən ilkindən 15 nəfər çoxdur. Birinci yeri il ərzində beş pillə yüksələn Vahid Ələkbərov tutub.


İkinci yerdə “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelsonun, üçüncü yerdə isə “Evroxim” və “SUEK” şirkətlərinin təsisçisi Andrey Melniçenkonun adı var.
 
 
 
Ardını oxu...
Moldova hökuməti Rusiya tədarükündən asılılığı azaltmaq məqsədilə mayeləşdirilmiş təbii qazın (LNG) satınalınmasını gücləndirir.

Bu barədə Moldovanın energetika naziri Viktor Parlikov bildirib.

Onun sözlərinə görə, Moldova artıq amerikalı istehsalçıdan həcmi 2,6 milyon kubmetr olan LNG partiyası alıb.

Qaz gəmi ilə Yunanıstanın Aleksandrupolis terminalına çatdırılıb, daha sonra qaz kəmərləri ilə Moldovaya nəql edilib.

“Enerqokom”un direktor vəzifələrini müvəqqəti icra edən Viktor Bınzar qeyd edib ki, söhbət Yunanıstan DEPA-sından sınaq alışından gedir. Bu LNG-nin qiyməti rəqabətqabiliyyətlidir.

Qeyd edək ki, rəsmi Kişineu Rusiya “Qazprom”undan asılılığını azaltmağa çalışır. Son aylarda Rusiya şirkətindən tədarük sutkada 5,7 milyon kubmetrə qədər azalıb. Amma bu həcm soyuq dövrdə ölkənin tələbatını ödəməyə kifayət etmir.
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin 2030-cu ilədək ölkəsini ümumdaxili məhsulun istehsal həcminə görə dünyanın ən nəhəng 4 dövləti sırasına çıxarmaq barədə göstəriş verib.

Bu barədə Kremlin saytında məlumat dərc olunub.

V. Putin həmçinin hökumətə göstərilən dövrə qədər əhalinin yoxsulluq səviyyəsinin 7 faizlik göstəricidən aşağı həddə endirilməsi, eləcə də ümumdaxili məhsulun istehsal həcmində idxalın payının 17 faizədək azaldılması istiqamətində təcili tədbirlər görülməsini tapşırıb.
 

Dünyapress TV

Xəbər lenti