Ardını oxu...
Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişindaşıma tariflərinə dəyişiklik edib.

Dəyişikliklə Abşeron dairəvi marşrutu üzrə gedişhaqları məsafədən asılı olaraq 0,10–0,20 AZN arası artırılıb.

Sabahdan tətbiq olunacaq yeni tarifləri təqdim edirik:
Ardını oxu...

 
Ardını oxu...
Bakıda yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiymətlərində artım müşahidə olunur.

Publika.az xəbər verir ki, şəhərin mərkəzindəki yaşayışa hazır təmirli bir binada mənzilin bir kvadratmetri 5-6 min manatdırsa, parklanma yerinin bir kvadratmetri üçün təxminən 7-8 min manat tələb olunur.

Əmlak məsələləri üzrə ekspert Elşad Əliyev "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, qiymətlərin belə yüksək olması tələbatın çoxluğu və həmin qarajlarda əlavə texniki vasitələrin olması ilə bağlıdır:

"Yeni tikili binalarda "Premium" mənzillər olduğuna, həmin binalarda beton-dəmir işləri baha başa gəldiyinə görə, şirkət həmin qarajları yüksək qiymətlərə təklif edir. Mənzil qiymətinə satılan həmin qarajların qiymətləri yerləşdiyi əraziyə görə də dəyişir".

Vəkil Emil Aslanov isə açıqlamasında bildirib ki, bəzi mənzil-tikinti kooperativləri (MTK) yeni tikilən binaların ümumi sahəsinə aid olan həyətyanı sahəni, eləcə də zirzəmidə kommunikasiya xətlərinin keçdiyi əraziləri qanunsuz olaraq qaraj kimi bina sakinlərinə satırlar.

 
Ardını oxu...
Sentyabrın 1-dən 20-dək Rusiya taxıl ixracı 4,09 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azdır.

Moderator.az Rusiya Taxıl İttifaqının monitorinq hesabatına əsasən xəbər verir ki, bu müddət ərzində 3 milyon 753 min ton buğda ixrac edilib ki, bu da ötən ilkindən 10,8 faiz azdır.

Məlumata görə, arpa ixracı 2023-cü il sentyabrın 1-dən sentyabrın 20-dək olan 658 min tona qarşı 2,6 dəfə azalaraq 257 min tona düşüb. Qarğıdalı tədarükü isə iki dəfə azalıb - müvafiq olaraq 166 min tondan 82 min tona qədər.

Bu dövrdə 30 ölkəyə buğda ixrac edilib, bir il əvvəl 46 ölkəyə ixrac vardı. Buğda ixrac edən şirkətlərin sayı da 78-dən 38-ə düşüb.

Dünya bazarında Avropa və Amerika buğdasının bahalaşması qeydə alınıb. Belə ki, Fransa buğdası həftə ərzində 1,7 faiz bahalaşaraq bir ton üçün 242 dollardan 246 dollara yüksəlib. Mövsümün əvvəlindən (2024-cü il iyulun 1-dən) artım 3,8 faiz təşkil edib. Amerika buğdasının qiyməti həftə ərzində 2,5 faiz artaraq bir ton üçün 248 dollara çatıb, mövsümün əvvəlindən isə 10,7 faiz artıb.

Rusiya buğdasının (FOB Novorossiysk) qiyməti isə əksinə, ucuzlaşaraq həftə ərzində bir ton üçün 219 dollardan 217 dollara düşüb. (musavat.com)
 
Ardını oxu...
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 118,3 manat təşkil edib.

Dövlət Turizm Agentliyi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 239,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 9,7 % azdır.

İkinci yerdə 212,6 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 2,4 % azdır.

4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5,3 % artıb.

Qubada 4 ulduzlu hotellərdə bir gecə qalmaq 140,6 manata (+32,8 %), Qusarda 120,2 manata (+3,4 %), Oğuzda 120 manat (qiymət dəyişməyib), Bakıda 116 manata (+ 16 %), Şəkidə 115,4 manata (+ 8,1 % ), İsmayıllıda 113,5 manata (+5 %), Gəncədə 110,6 manata (+1,9 %), Abşeronda 110,5 manata (-9,7 %), Astarada 104,3 manata (–7,6 % ), Zakatalada 95 manata (qiymət dəyişməyib), Naxçıvanda 93,8 manata ( –20,9), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Lənkəranda 63,6 manata, (- 9,1 %) Şamaxıda 60 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Sabirabadda 55 manata (qiymət dəyişməyib) başa gəlib.
 
Ardını oxu...
  

Fransanın dövlət borcu 3 trilyon avronu keçib və ölkə iqtisadiyyatı son dərəcə çətin vəziyyətdədir.

Bunu “France 2” telekanalının efirində respublikanın baş naziri Mişel Barnye deyib.

"Ölkəmiz son dərəcə çətin bir vəziyyətdən keçir. Fransanın dövlət borcu 3 trilyon avrodur və ona xidmət göstərmək üçün ildə 50 milyard avrodan çox xərc tələb olunur."

Telekanalın məlumatına görə, Fransanın dövlət borcu 3,16 trilyon avroya yaxındır.

Baş nazir hökumətin milli borcunun artmasına və ekoloji tələblərin azaldılmasına icazə verməyəcəyini bildirib.//APA

Ardını oxu...
Kərə yağının qiymətində kəskin artım müşahidə olunur. Əvvəlki və hazırkı qiymətlər arasında azı 3-4 manat fərq var.

Bizim.Media xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlər yağın markasından asılı olaraq dəyişir və tələbat o qədər də azalmayıb.

Alıcılar isə hazırkı qiymət artımından narazıdırlar:

"Əvvəl bir kilo alırdıq, indi isə yarım. Kərə yağı bu qədər baha deyildi. Qiyməti çox qalxıb".

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, qiymət artımın əsas səbəbi Azərbaycanın ağartı məhsulları üzrə idxalçı ölkə olmasıdır. Ölkəmizdə heyvandarlıq sənayesi yağ, pendir və digər ağartı məhsullarına tələbatı ödəyə bilmir.

Daha ətraflı Baku TV-nin süjetində:

 
 
 

       

Ardını oxu...
“Kapitalbank”ın, eləcə də digər bir çox bankların müştərilərinə kələk gəlməsi, onları
aldatması haqqında yeni nəsə demək mümkünsüzdür. Nədən bu banklar köhnənin
kələkbazları, əmanətə xəyanətkarlarıdırlar.
Yəqin çox insanlar “Kapitalbank”ın “birbank” sistemindən xəbərdardırlar, istəməsələr
də, zorla pensiyalarını, əməkhaqqılarını bu bank araçılığı ilə əldə edirlər. Bank özündə
olan və olmayan müştərinin bütün kartlarını “birbank”a cəlb etməkdə də birincidir. Di
gəl, kart yiyələrinə kələk gəlməkdə “Kapitalbank” çempiondur. Dələduzluğa baxın,
müştəri “birbank”dakı iki kartı arasında, özü də iki “Kapitalbank” kartı arasında
KÖÇÜRMƏ edir, köçürmənin KOMİSSİYASIZ olduğu bildirilir, amma bəlli olur ki, 1 faiz,
minimum 1 manat KOMİSSİYA tutulub. (?) Bu, fırıldaq, müştərinin aldadılması,
dələduzluq deyil, bəs nədir?
“Kapitalbank”dan bu dələduzluq faktı belə izah edilib :” ƏMƏKHAQQI KARTINA
KƏNARDAN (?-M.B.) MƏDAXİL ZAMANI 1FAİZ, min. 1 MANAT KOMİSSİYA HAQQI
TUTULUR. Bu, KÖÇÜRMƏ KOMİSSİYASI DEYİL, KARTA MƏDAXİL (?-M.B)
KOMİSSİYASIDIR”. Dələduzluğa fikir verin, KÖÇÜRMƏ KOMİSSİYASIZDIR, amma
MƏDAXİL KOMİSSİYA TƏLƏB EDİR.(?) Özü də 1 manat köçürmənin , 1 manatını da -
hamısını mədaxil adı ilə bank mənimsəyəcək.
Bizim bankların dələduzluq əməllərinə kim nə deyə bilər? Nə Mərkəzi Bank, nə hökumət,
nə məhkəmə bank dələduzluğuna, müştərilərin, istehlakçıların aldadılmasına qiymət
verir. Elə bil, dələduzluq “hüququ” toxunulmazdır.
Məğrur Bədəlsoy
TEREF
Ardını oxu...
 
Ardını oxu...
“BP Azerbaijan” şirkəti Azərbaycandan Avropaya qaz nəql edən boru kəmərindəki 20 faizlik payını satır. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, BP Trans-Adriatik Qaz Boru Kəmərindəki (TAP) payından Amerikanın özəl investisiya fondu Apollo Global Management-ə satmağa razılaşıb. Alqı-satqının məbləği bir milyard dollardır.

Qeyd edək ki, TAP kəməri Azərbaycan qazını Avropaya nəql etmək üçün yaradılan Cənub Qaz Dəhlizinin sonuncu seqmentidir. Dəhlizlə nəql olunan qaz Azərbaycanın “Şahdəniz” yatağının istismarının 2-ci mərhələsi (ŞD2) çərçivəsində əldə olunur. Yatağın işlənməsi layihəsinin səhmdarları: BP - 29,99 faiz, Lukoil- 19,99 faiz, TPAO- 19 faiz, NICO - 10 faiz, Cənub Qaz Dəhlizi QSC-dir - 21,02 faiz. Yataqdan hasil olunan qazı Türkiyə ərazisinə çatdıran Cənub Qafqaz Boru Kəməri (CQBK) və Cənub Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsində də pay bölgüsü eynidir. Türkiyəyə qaz çatdıran Trans-Anadolu Boru Kəmərinin (TANAP) səhmdarları: CQD - 51 faiz, BOTAŞ - 30 faiz və BP - 12 faiz, STEAŞ-dır - 7 faiz.

Türkiyədən qazı İtaliyaya çatdıran TAP kəmərinin səhmdarları isə BP - 20 faiz; CQD - 20 faiz; Snam - 20 faiz; Fluxys - 20 faiz; Enagas - 20 faizdir.

İlkin ötürmə gücü illik 10 milyard kubmetr olan TAP kəmərilə qaz nəqlinə 2020-ci ilin dekabrında başlanıb. 2021-ci ildə kəmərlə 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə 11,5 milyard kubmetr qaz nəql olunub. Bu il üçün plan 12 milyard kubmetrdir. Hazırda kəmərin ötürmə gücü 12 milyard kubmetrdən bir qədər yüksəkdir. 2022-ci ildə Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya uyğun olaraq, 2027-ci ilə qədər kəmərin ötürücülük qabiliyyətini iki dəfə artırmaq məqsədi daşıyan investisiyaların cəlb edilməsi üzrə danışıqlar aparılır. Lakin bu, həm də qaz hasilatının artırılmasını və yeni kompressor stansiyalarının tikilməsini tələb edir.

TAP-ın gücünün ikiqat artırılması üzrə işlərin dəyəri ekspertlər tərəfindən milyardlarla dollar məbləğində qiymətləndirilir. Nəzərə alsaq ki, Avropa şirkətləri Azərbaycan qazının alınması üçün uzunmüddətli müqavilələrin bağlanmasına o qədər də maraq göstərmirlər, investorların bu layihəyə sərmayə yatırmaq motivasiyası çox arzuolunandır. Belə bir mərhələdə layihənin əsas sərmayədarlarından, həm də dünyanın ən böyük enerji şirkətlərindən biri olan BP-nin TAP-dakı payını satması birmənalı qiymətləndirilmir.

BP TAP-dakı paylarını satmağa vadar edən səbəbləri açıqlamır. Şirkətin səhmlərini almağa hazırlaşan Apollo Global Management idarəçiliyində təxminən 600 milyard dollar olan özəl investisiya fondudur. Əsası 1990-cı ildə qoyulub, kredit, şəxsi kapital və real aktivlərə investisiya qoyur. 31 dekabr 2020-ci il tarixinə şirkətin idarə olunan aktivləri 498 milyard ABŞ dolları, o cümlədən 328,6 milyard dollar kredit, o cümlədən ara kapital, heyc fondlar, problemli kreditlər və təminatlı kredit öhdəlikləri, 80,7 milyard dollar özəl kapitala investisiya və 46,2 milyard dollar əmlak, o cümlədən daşınmaz əmlak və infrastruktur. Şirkət pensiya fondları, ianə və suveren fondlar, eləcə də digər institusional və fərdi investorlar adından investisiyalar həyata keçirir.

Apollo BP-nin törəmə şirkətinin qeyri-nəzarət payını alıb və bu əməliyyatla bağlı ilk məlumatları yayanlardan olan nə Reuters, nə də Bloomberg alınan payın nə qədər olduğunu açıqlamayıb. Məlum olan bir məqam var ki, BP bu layihədə nəzarət paketi sahibi statusunu itirməyəcək.

BP-nin Apollo sazişindən əldə edəcəyi gəlir bu il Britaniya şirkətinin aktivlərinin ümumi satışından əldə olunan gəlirlərə daxil ediləcək. Nəzərdə tutulan plana əsasən bu il BP öz aktivlərinin optimallaşdırılmasından ümumilikdə 2-3 milyard dollar qazanacaq - bu, onun maliyyə göstəricilərinin yaxşılaşdırılması üzrə işinin bir hissəsi kimi hədəfidir. Baxmayaraq ki, BP son illərdə xeyli miqdarda borcunu ödəsə də, onun balansı hələ də rəqiblərindən zəifdir.

Qeyd etmək yerinə düşər ki, TAP-dakı payı Britaniya şirkətinin bu il satışa çıxardığı tək aktivi deyil. Şirkət ABŞ-dakı külək enerjisi biznesinidə satışa çıxarıb. Məlumatı BP Wind Energy özü yayıb. Bu şirkət ABŞ-ın yeddi ştatında on külək stansiyasında iştirak payına malikdir. Onların hamısı şəbəkəyə qoşulub, onların ümumi gücü 1,3 GVt təşkil edir. RBC Capital Markets analitikləri bu biznesin dəyərini təxminən 2 milyard dollar qiymətləndirirlər.

Şirkət bu addımını ABŞ-da bərpa olunan enerji sahəsində genişlənmə üçün əsas platforma kimi Lightsource BP-nin günəş enerjisi biznesinə diqqət yetirmək istəyi ilə izah edib: “Bu planlaşdırılan satış portfelimizi daha da sadələşdirmək strategiyasının bir hissəsidir”.

Bloomberg qeyd edir ki, TAP sövdələşməsi neftin qiymətinin düşməsi və neft şirkətlərinin maliyyə imkanlarının azalması fonunda baş verir. BP şirkətinin özü bu ilin ikinci rübünü arzuolunmaz nəticələrlə başa vurub. Şirkətin açıqladığı məlumata görə, BP 2024-cü ilin ikinci rübündə xalis zərərlə üzləşib. Şirkətin yaydığı press-reliz bildirilir ki, bu zərərə baxmayaraq, şirkət dəqiqləşdirilmiş mənfəətini və dividendlərini artırıb.

Şirkət bildirir ki, aprel-iyun aylarında ötən ilin eyni dövründəki 1,79 milyard dolla gəlirə qarşı 129 milyon dollar xalis zərərlə üzləşib. Bu rəqəmə Gelsenkirhendəki neft emalı zavodunda hasilatın azaldılması da daxil olmaqla 1,5 milyard dollarlıq silinmə aiddir. Eyni zamanda, ehtiyatların əvəzlənməsinə uyğunlaşdırılmış mənfəət (xalis gəlirə ekvivalentdir, lakin birdəfəlik faktorlar istisna olmaqla) keçən ilin eyni dövründəki 2,59 milyard dollardan 2,76 milyard dollara yüksəlib. Şirkətin özünün hazırladığı konsensus proqnozunda bu rəqəm 2,54 milyard dollar nəzərdə tutulurdu.

İyunun sonunda şirkətin xalis borcu bir il əvvəlki 23,66 milyard dollardan 22,61 milyard dollara qədər azalıb. İlin əvvəlindən iyunun sonunadək BP-nin kapitallaşması 2,8 faiz azalaraq 74,1 milyard funt-sterlinqə düşüb.

Maraqlıdır ki, Avropada qeydə alınan iqtisadi durğunluq şəraitində Apollo Global Management iri Avropa şirkətlərinin səhmlərini alır: o, artıq Air France, Intel və Vonovia şirkətlərinin hissələrini alıb.

Fond həmçinin Avropanın ən böyük maye qaz təchizatçısı olan ABŞ-ın şist layihələrində iri investorlardan biridir. Keçən həftə o, LNG logistika şirkəti olan Freedom CNG-də pay alıb. Apollo bundan əvvəl ABŞ-da şist yataqları və qazma şirkətlərini də satın almışdı. Bu isə Fondun qaz sənayesinə ciddi yatırımlar siyasəti yürütdüyünü göstərir.

Avropa İttifaqının 2040-cı ilədək qaz da daxil olmaqla, qalıq yanacaq istehlakından tam imtina etmək siyasətinə rəğmən Apollo Global Management-in TAP-da pay alması ekspertlər arasında ciddi müzakirələrə səbəb olub. Rusiyadan olan bir sıra eksertlər bu addımın ABŞ-ın Avropanı özündən daha çox asılı hala gətirmək siyasətinin nəticəsi kimi qiymətləndirirlər. Lakin bəzi analitik mərkəzlərdə Apollo Global Management-in TAP-da pay alması kəmərin genişləndirilməsi prosesinə investisiya cəlb etmək üçün gediş hesab olunur. Bildirilir ki, Brüsselin Avropa maliyyə qurumlarına qalıq yanacaqla bağlı layihələri maliyyələşdirmək qadağası fonunda ABŞ fondunun TAP-a investisiya qoyması ABŞ-dakı potensial investorları kəmərin genişləndirilməsi layihəsinə cəlb etmək baxımından uğurlu addım ola bilər. Eyni zamanda bu prosesi həm də ABŞ-ın layihəyə dəstəyinin əlaməti kimi qiymətləndirənlər də var.

Enerji məsələləri üzrə ekspert İlham Şabana görə, BP-nin TAP-dakı payının hamısını satmadığı açıqlanan məlumatda aydın qeyd edilir: “BP-nin TAP-da 20 faiz payı vardı. Açıqlanan məlumatdan da aydın olur ki, Amerika şirkətinə qeyri-nəzarət payını satıb. Bu o deməkdir ki, satılan hissə 10 faizdən yüksək deyil, çünki nəzarət 50+1 faiz deməkdir. Dəqiq neçə faizin satıldığı açıqlanmırsa, bu, 3 də ola bilər, 5 də, 9,9 da. Ola bilsin ki, BP-nin müəyyən vəsaitə ehtiyacı var, ona görə satışa gedib. Yaxud hələlik heç nə açıqlanmır, amma ola bilər ki, BP ilə Apollo Global Management-in hansısa digər yerlərdə müştərək işləri olacaq, yaxud başlanıb. Buna görə də bu əməliyyatı TAP-da vəziyyət pisdir, yaxud BP Azərbaycanla bağlı layihələrdən çıxır kimi qiymətləndirmək doğru deyil”.

Onu da qeyd edək ki, BP Azərbaycanda indi 30 illiyi qeyd olunan Əsrin müqaviləsinin - “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə 1994-cü ilin 20 sentyabrında Azərbaycan hökuməti ilə xarici şirkətlər arasında neft-qaz sahəsində ilk hasilatın pay bölgüsü sazişinin əsas iştirakçılarından biri və operatorudur. Şirkətin layihədə 30,34 faiz payı var.

2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılıb. Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə - Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verilib. 2024-cü il aprel ayının 16-da ACE platformasından ilk neft əldə olunub.

2001-ci ildən etibarən bu ilin sentyabrın 1-nə kimi AÇG yatağı üzrə mənfəət neftinin satışından əldə edilən gəlirlərin həcmi 174 milyard ABŞ dolları olub. Bu ilin əvvəlindən sentyabrın 1-nə kimi AÇG yatağından 4 milyard 271,6 milyon ABŞ dolları gəlir əldə edilib.

BP-nin operatorluğu ilə AÇG yatağının dərin qatlarından qaz hasilatına başlanması üzrə layihənin icrasına da başlanıb...

“Yeni Müsavat”
 
 
 
Ardını oxu...
Azərbaycan Maliyyə Nazirliyinin hesabatına görə, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.

Büdcə xərcləri istiqamətində əsas prioritet məsələ nə olmalıdır? Hansı sahələrin daha çox dövlət tərəfindən göstərilən dəstəyə ehtiyacı var?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, büdcə xərcləri zamanı ilk növbədə sosial yönümlü layihələrə üstünlük verilməlidir:

“Sosial yönümlü layihələr dedikdə maaş, pensiya bazasının artırılması istiqamətində görülən işlər nəzərdə tutulur. Təhsilin inkişafı üçün bu sistemə ayrılan xərclərə diqqət edilməlidir. Əsasən sosial yönümlü, təhsil, səhiyyə problemlərinə diqqət yetirməlidir. Elmə, elmin xüsusi inkişafına diqqət yetirməli, bu sahədə inkişaf üçün imkanlar artırılmalıdır.

Aydın məsələdir ki, ölkədə hazırda diqqət müdafiə sənayesinin inkişafına və işğaldan azad edilmiş ərazilərimizin bərpası və quruculuğuna ayrılıb. Bu sahələr üzrə də işlər ilbəil artan planlara uyğun getməlidir”.
 
Ardını oxu...
2024-cü ildə dünyanın ən bahalı şəhəri Honq-Konq, ən ucuz şəhəri isə Abuca (Nigeriya) olub.

Valyuta.az xəbər verir ki, bununla bağlı sorğunu qlobal bazarlarda aparıcı insan resurslarının idarə edilməsi üzrə məsləhətçi “Mercer” firması keçirib.

Bu il 30-cu dəfə həyata keçirilən “Yaşam Dəyəri Sorğusu” beş qitədə 226 şəhəri əhatə edib.

Nəticələrə görə, ən bahalı şəhər kimi Honq-Konq ilk pillədə qalır, üçüncü yerdə isə Sinqapur gəlir. İsveçrənin Sürix, Cenevrə və Bazel şəhərləri də ən bahalı şəhərlər beşliyinə daxildir. 2023-cü il reytinqində ilk 5 şəhər 2024-cü ildə ilk 5-likdə olmaqda davam edir. Reytinqdə İstanbul ötən illə müqayisədə 55 pillə yüksələrək 130-cu yerdə qərarlaşıb.

“Yaşam Dəyəri Sorğusu” işəgötürənlərə valyuta məzənnəsinin dəyişməsini izləməyə və bütün yerlərdə mallar, xidmətlər və yaşayış yerləri üzrə inflyasiya və deflyasiya təzyiqlərini qiymətləndirməyə imkan verir. Bu məlumatlar həm də işəgötürənlərə beynəlxalq təyinatlarda və xaricdə olan işçilər üçün daimi kompensasiya paketlərini müəyyənləşdirməyə kömək edir.

Bundan əlavə, bir yerin yaşayış dəyəri onun insanlar üçün bir yer kimi cəlbediciliyinə əhəmiyyətli təsir göstərə bilər

Hər bir şəhərdə mənzil, nəqliyyat, qida, geyim, məişət əşyaları və əyləncə daxil olmaqla 200-dən çox maddənin müqayisəli xərclərini ölçən araşdırmanın nəticələrinə görə, 2024-cü ilin ən bahalı şəhəri Honq Konq, ən aşağı yaşayış dəyəri Abuca (Nigeriya) olmuşdur.

Asiya qitəsi ilk növbədə yüksək kirayə yerləşdirmə xərclərinin təsiri ilə əlaqədar olaraq, yaşayış dəyəri ən yüksək olan iki şəhərə sahibdir. Bu mühüm iqtisadi mərkəzlər həm də çoxlu sayda əcnəbiləri cəlb edərək xərcləri daha da artırır.

Avropanın 5 şəhəri ən bahalı şəhərlər sırasındadır

Araşdırmanın nəticələrinə görə, Sürix, Cenevrə, Bazel, Bern və London 2024-cü ildə əcnəbi işçilər üçün dünyanın ən bahalı yerlərinin onluğuna daxil olan 5 Avropa şəhəridir. Bu şəhərlərdən 4-ü İsveçrədə yerləşir. 9 pillə yüksələn London 8-ci yerdədir. Avropada yaşayış xərcləri şəhərlər arasında dəyişsə də, Avropa Mərkəzi Bankı Avrozonada illik inflyasiyanın aşağı düşməyə davam edəcəyini proqnozlaşdırır; Bu o deməkdir ki, Avropa iqtisadiyyatları son pozulmalardan sağaldıqca, xərclər sabitləşə bilər. Siyahıda 212-ci yerdə qərarlaşan Minsk Avropanın ən ucuz şəhəridir.

ABŞ-da yaşayış dəyəri problem olaraq qalmaqda davam edir

ABŞ-da yaşayış dəyəri 2024-cü ildə əhəmiyyətli bir problemi olaraq qalır. Siyahıdakı bütün ABŞ şəhərləri ilk 100-lükdə, yeddi şəhər ilk 20-də yer alır. Kanada şəhərləri Kanada iqtisadiyyatının dayanıqlılığına və gözləntilərdən yüksək performansına görə Şimali Amerika şəhərləri reytinqinin sonundadır. Toronto Kanadanın ən bahalı şəhəridir, 92-ci, Vankuver isə 101-ci yerdədir. 2023-cü ildə pesonun bahalaşması səbəbindən Meksika şəhərlərində yaşayış xərcləri əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə artır. Mexiko şəhəri 79-cu yerdən 33-cü yerə, Monterrey isə 155-ci yerdən 115-ci yerə yüksəlib.

Uruqvayın paytaxtı Montevideo Cənubi Amerikada beynəlxalq işçilər üçün ən bahalı yer olaraq 42-ci yerdədir. Bölgənin bir çox şəhərlərində valyuta məzənnələrindəki dalğalanmalar və kirayə yerlərin qiymətləri səbəbindən 2023-cü illə müqayisədə əhəmiyyətli hərəkət müşahidə olunub.

Çilinin paytaxtı Santyaqo reytinqdə 73 pillə geriləyərək 160-cı olub. Kolumbiyanın paytaxtı və ən böyük şəhəri Boqota 40 pillə irəliləyərək 174-cü yerdə qərarlaşıb.

Sakit okean regionlarında artan inflyasiyanın işçilərə böyük təzyiq göstərəcəyi gözlənilir

Bu il Sakit okean regionunda artan inflyasiyanın beynəlxalq işçilərə təzyiq göstərəcəyi gözlənilir. 58-ci yerdə olan Sidney və 10 pillə yüksələrək 60-cı yerdə olan Noumea Sakit okean regionunun ən bahalı şəhərləridir.

Qlobal reytinqdə ən yüksək yeri tutan Afrika şəhərləri 14-cü yerdə Mərkəzi Afrika Respublikasının Bangui, 18-ci yerdə eyniadlı ölkənin paytaxtı Cibuti və 21-ci yerdə Njamena olub. Xüsusilə Nigeriyanın Laqos şəhəri 178 pillə geriləyərək 225-ci olub. Bu, 2023-cü illə müqayisədə qlobal miqyasda ən böyük dəyişiklikdir. Bu dəyişiklik əsasən valyutanın dəyişməsi, o cümlədən Nairanın təkrar devalvasiyası ilə bağlıdır.

Birləşmiş Ərəb Əmirliklərinin 15-ci şəhəri olan Dubay Yaxın Şərqin ən bahalı şəhəri olduğu halda, Mumbay Hindistanın ən bahalı şəhəri kimi ümumi reytinqdə 136-cı şəhərdir.

Bakı da siyahıda yer alıb. Bakının yerləşməsində irəliləyiş olub. Belə ki, paytaxtımız 6 pillə irəliləyərək ən bahalı şəhərlər sıralamasında 171-ci yerdə qərarlaşıb.
 

Dünyapress TV

Xəbər lenti