Ardını oxu...
Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarovun “Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq” açıqlamasını faydalı hesab edirəm.
Azərbaycanla Ermənistana vasitəçi lazım deyil, birbaşa danışıqlar müsbət nəticə verir. 30 il ərzində nə qədər vasitəçi oldu, heç biri işə yaramadı. Tərəflərin vasitəçiyə yox, görüş üçün məkana ehtiyacları var, onu da Qazaxıstan hakimiyyəti təqdim edir.
Qazaxıstan XİN nümayəndəsi Astananın təklifini “good offices” (yaxşı ofis) kimi qiymətləndirib. Qazaxıstan vasitəçi olmasa da, Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə edilməsini arzulayan əsas dövlətlərdəndir.
Astana Bakı və Ankara qədər Zəngəzur dəhlizinin işə düşməsini istəyir. Bu dəhliz Qazaxıstanın da baş rol oynayacağı Orta dəhliz layihəsinin reallaşmasını sürətləndirəcək. Qazaxıstan prezitentinin qısa zamanda kəsiyində Azərbaycana və Ermənistana səfərləri həm də bununla bağlı idi.
Elxan Şahinoğlu
TEREF
Ardını oxu...
Yaz gəlib, havalar isinib.

Bakıvaxtı.az-ın məlumatına görə, bazarlarda, mağazalarda piştaxtaların mövsüm meyvələri ilə bəzənməsi də yazı hiss etməmizə bir səbəbdir.

İlboyu çoxunun gözlədiyi alça, çiyələk mövsümü başlayıb artıq. Amma… Bu işin amması odur ki, qiymətlər yenə də əl yandırır.

Bazardan reportaj hazırlamaq məqsədilə evdən çıxıb yolboyu məhəllə dükanlarına, marketlərə də baş çəkdim. Qiymətlərə yaxın durulası deyil.

Bu da Sumqayıt bazarı. Qiymətləri market qiymətlərindən o qədər də fərqlənməyən bazar.

Alça satılan piştaxtaya yaxınlaşıram.. Qiyməti soruşuram:

- Dünən 25 manata satmışam. Bu gün 20 manatdır.

Yavaş-yavaş ordan uzaqlaşmaq istədiyimi görən satıcı müştərisini qaçırmaq istəmir, deyəsən:

- Getmə, gəl sənə 18-dən verərəm.

Bir stəkan alça alıb satıcıyla söhbətə başlayıram.

Satıcı piştaxtanın altından duz çıxarıb təklif edir:

- Nübar edirsənsə, niyyət tut ye, qızım.

- Kilosu 25-26 manata alçanı alan varmı, ay dayı?

- Alan olmasa gətirməzdik ki..

- Nə vaxtdan ucuzlaşacaq?

- Var hələ ki. Bir 10-15 gündən sonra qiymət düşəcək.

Elə bu sırada bir müştəri yaxınlaşdı. Alçanın qiymətini soruşdu. Kilosu 25 manat olduğunu eşidib kinayəli şəkildə gülərək bir söz demədən uzaqlaşdı...

- Parnik alçalarıdır bunlar?

- Yox ey, nə parnik. Təmiz göyçədir.

Piştaxtada qıpqırmızı çiyələk diqqətimi çəkir. Qiymətinin 5 manat olduğunu bildirən dayı ilə sağollaşıb bir az da gəzməyə başladım.

Ondan uzaqlaşdıqdan sonra başqa bir satıcıya yaxınlaşdım.

- Bazar olsun. Çiyələk neçəyədir?

Satıcının 3 manat sözü ağzında yarımçıq qaldı. Qonşu satıcı “a qızım gəl, 2.50-dən apar” deyib məni çağırdı.

Elə bu əsnada bir xanım gəlib ondan bir yeşik çiyələk aldı.

Satıcılardan uzaqlaşıb, alıcılarla söhbətləşməyə başladım.

Aynur adlı alıcı qiymətlərin çox baha olduğunu, uşaqla bura gələ bilmədiyini bildirdi:

- Demək olar bütün piştaxtalarda alça var. Çiyələk bir az ucuzdu yenə - 2-3 manata tapmaq olur. Amma kilosu 20 manata alça olar? 1 manatlıq-2 manatlıq alaq desək, onda da 2-3 dənə düşər. Dəhşətdir…”

Bir başqa dayıya yaxınlaşdım. O da qiymətlərdən narazı olduğunu desə də, satıcıları qınamır:

- Ay qızım, düzdür qiymətlər bahadır. Amma yazıq satıcı nə etsin? O da ailəsini dolandırmalıdır da.

Alıcılardan bir başqası isə əvvəlki günlərlə müqayisədə qiymətin bir az düşdüyünü deyir:

-Uşaqla bazara gəlməyinə peşman olursan. İstəyir, almalısan, - deyib 20 manatlıq alçadan yarım kilo alaraq yoluna davam etdi.

Belə… Bu da aprelin sonunda bazarda müşahidə olunan durum.

İndi bazarda kilosu 20 manat olan alça bir azdan 1 manata ağzı günə qalacaq. Çox yox, 10-15 gün də gözləyək…

Mina Mikayılova
 
 
 
Ardını oxu...
Rusiya ilə bağlanmış qaz tədarükü müqavilələri Türkiyəyə enerji böhranından qaçmağa kömək etdi.

Publika.az "Financial Times"a istinadla xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar danışıb.

“Rusiya ilə rəqabətədavamlı sövdələşmələr Türkiyəyə Qərb ölkələrini bürüyən enerji böhranından qaçmağa kömək etdi”, - Energetika Nazirliyinin rəhbəri bildirib.

Nəşrin məlumatına görə, 2023-cü ildə Türkiyənin aldığı qazın 40 faizindən çoxu Rusiyanın payına düşüb ki, bu da Rusiyanı özünün ən böyük tədarükçüsü edir.

Eyni zamanda Bayraktar bildirib ki, Türkiyə yeni müqavilələr üçün aktiv şəkildə qaz tədarükçüləri axtarır. Nazirin sözlərinə görə, bunlar Rusiya, Azərbaycan, İran, o cümlədən Türkiyənin mayeləşdirilmiş təbii qazla bağlı danışıqlar apardığı Amerikanın ExxonMobil şirkəti ola bilər.

Daha əvvəl Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davydov ticarətin artacağı ölkələrin adlarını açıqlamışdı. Onların arasında Türkiyə də var idi.
Ardını oxu...
Titanikin ən varlı sərnişininin qızıl saatı “Henry Aldridge & Son” hərracına çıxarılıb.

Lotun başlanğıc qiyməti 150 min funt sterlinq olsa da əşya 1,1 milyon funt sterlinqə satılıb.

Saat ABŞ-nin Astor ailəsinin üzvü olan biznes maqnatı IVCon Yakob Astora məxsus olub.

İş adamı hamilə arvadı Madelinə xilasedici qayığa minməyə kömək etdikdən sonra 47 yaşında “Titanik”lə birlikdə boğularaq ölüb. O, sonuncu dəfə siqaret çəkən sərnişinlərdən biri ilə söhbət edərkən görülüb.

Kişinin cəsədi gəminin batmasından yeddi gün sonra Atlantik okeanının dibindən çıxarılıb. Onun üzərində JJA hərfləri həkk olunmuş 14 karat qızıl “Waltham” cib saatı tapılıb.
“Titanik” batdığı vaxt Astor dünyanın ən varlı adamlarından biri hesab olunurdu. Onun sərvəti təxminən 87 milyon dollar idi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: daily.afisha.ru
 
 
 

İtaliya A Seriyasının 34-cü turunun “Yuventus” – “Milan” qarşılaşmasında komandalar vurduğu qollarla azarkeşlərini sevindirə bilməyiblər. Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.

Hazırda 34 oyundan sonra 70 xal toplayan “Milan” 2-ci, “Yuve” isə 65 xal toplayaraq 3-cü pillədə qərarlaşıb.

İtaliya çempionatının cari mövsümündə komandalar daha əvvəl 9-cu turun matçında üz-üzə gəliblər. Həmin qarşıdurmada “Qoca sinyora” 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu yarımmüdafiəçi Manuel Lokatelli vurub.
 
 
 
Ardını oxu...
Dövlət borcu ən çox olan ölkə ABŞ-dır.

İndex.az xəbər verir ki, ABŞ-ın dövlət borcu 34,6 trilyon dollar olduğu halda, iqtisadiyyatının həcmi 27,6 trilyon dollardır.

TEREF ölkələrin dövlət borcları və iqtisadiyyatlarının həcmini sizə təqdim edir:

ABŞ-ın dövlət borcu: 34,6 trilyon dollar
ABŞ ÜDM: 27,6 trilyon dollar

Çinin dövlət borcu ~ 14,6 trilyon dollar
Çin ÜDM ~ 17,70 trilyon dollar

Yaponiyanın dövlət borcu: 13,6 trilyon dollar
Yaponiya ÜDM: 4,5 trilyon dollar

Hindistanın dövlət borcu: 3,3 trilyon dollar
Hindistan ÜDM: 3,7 trilyon dollar

Rusiyanın dövlət borcu: 432 milyard dollar
Rusiya ÜDM-i: 2,2 trilyon dollar
 
Ardını oxu...
Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN – 1300025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur.

Bu barədə Yeniavaz.com-a “Aquavita”da çalışan işçilər məlumat veriblər.

Qeyd edək ki, daha əvvəl də ölkə mətbuatında bu barədə çoxsaylı məlumatlar dərc olunub. Aşağıdakı keçidlərə daxil olaraq onlardan bəziləri ilə tanış ola bilərsiniz:

Hətta əmək haqqı ala bilmədikləri üçün şirkəti məhkəməyə verən işçilər də olub. Məsələn, ötən il “Tac” MMC-nin işçisi olmuş Qarayev Xasay Bəhrəm oğlu əmək haqqını ala bilmədiyi üçün Binəqədi Rayon Məhkəməsində iddia qaldırıb.

Səslənən iddialarla bağlı məlumat almaq üçün “Tac” MMC-nin rəsmi saytında yer alan əlaqə telefonlarına zəng etsək də, şirkət əməkdaşları açıqlama verməkdən imtina etdilər.
 
Ardını oxu...
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq.

Bildirək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mövzu ilə əlaqədar sosioloq Ağasəlim Həsənov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, sosioloqların bununla bağlı narahatlığı var:

"Sosioloji sorğular zamanı apardığımız müşahidələr göstərdi ki, Azərbaycanda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların Türkiyədən Azərbaycana mal gətirməsi ilə bağlı qarşılaşdığı müəyyən çətinliklər var. Bunlar nəinki həmin sahibkarların işinə təsir göstərir, məsələyə bir qədər dərindən yanaşdıqda görürük ki, Türkiyədən Azərbaycana ixracatın həcmi azalır.

Xatırladım ki, bir il öncə İstanbuldan Bakıya daşınan yüklərin həcmi vergi və gömrük rüsumları daxil olmaqla yekun qiymət 7 dollar 20 sentə qaldırıldı. Bundan əvvəl isə rüsumlar 3 dollar səviyyəsində idi. Hesab edirik ki, bu məbləğin (3 dollar) özü belə yüksəkdir, amma birdən-birə 100 faiz qiymət artımı ortaya çıxdı. Bu da kiçik sahibkarlıqla məşğul olan “Binə” və “Sədərək” ticarət mərkəzlərində çalışan sahibkarların haqlı narazılığına gətirib çıxardı".

Onun sözlərinə görə, artıq Türkiyədən Azərbaycana uzun illər mal gətirən insanlar Çin bazarına üz tutub:

"Bu isə Azərbaycana Türkiyədən ixracatın səviyyəsinə, xüsusilə tekstil sənayesi məhsullarının azalmasına gətirib çıxardı. Bu gün Türkiyədən Tacikistanın paytaxtı Düşəmbəyə bütün xərclər daxil olmaqla daşımaçılıq 1 kiloqram üçün 1 dollar nəzərdə tutulur. Biz xəritədən baxdıqda İstanbudan Düşəmbəyə məsafə nə qədərdir, İstanbuldan Bakıya isə nə qədər, o zaman bütün sualların cavabı bəlli olur.

Necə olur ki, İstanbuldan Çin sərhədinə yaxın yerləşən ölkəyə gömrük rüsumları daxil 1 kiloqram üçün 1 dollar qiymət təyin olunub, yaxın məsafədə yerləşən şəhər üçün malların gömrük rüsumu 1 kiloqram üçün 7 dollar təyin olunub? Bu qərarı qəbul edən qurumlar bunu düşünməlidir".

Sosioloq qeyd edib ki, artıq sahibkarlar bununla bağlı Türkiyə dövlətinə müraciət ünvanlayıblar:

"Türkiyədə olan sahibkarlar Azərbaycandakı qiymət artımından dolayı istehsal etdiyi malların ixracatının azalması ilə bağlı Türkiyə dövlət qurumlarına rəsmi müraciət ünvanlayıblar.Düşünürlər ki, Türkiyə tərəfdən bu məsələyə baxılacaq. Real vəziyyət ondan ibarətdir ki, uzun illərdir kiçik sahibkarlıqla məşğul olan, Türkiyə ilə çalışan, işini quran sahibkarlar Çinə üz tutmalı olublar.

Çinin də coğrafi baxımından daha uzaqda yerləşməsi daşımaçılıq cəhətdən vaxt itkisi yaradır. Türkiyə üzərindən işini quran sahibkarlar Azərbaycana mal göndərdiyi halda onu cəmi bir həftə ərzində Bakıya çatdıra bilirdi. Bu, azərbaycanlı iş adamlarının, Azərbaycana mal satan Türkiyə şirkətləri üçün əlverişli bazar idi".

Onun sözlərinə görə, azərbaycanlı sahibkarların 90 faizi Çinə üz tutur:

"Necə olur ki, digər ölkələrdə aşağı olan daşımaçılıq qiymətləri Azərbaycanda 6 dəfə bahadır. Bütün bunlar kiçik sahibkarlıqla məşğul olanların işinə mənfi təsir edir. Düşünürəm ki, dövlətimiz bununla bağlı ciddi addımlar atacaq və sahibkarların hüquqlarının qorunmasını təmin edəcək.

Ulu Öndər Heydər Əliyev illər öncə Türkiyə ilə Azərbaycanın müttəfiqliyini geniş anlamda ifadə edərək "Bir millət, iki dövlət" fəlsəfəsini ortaya qoydu. Bu, bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də inkişaf etməlidir. Azərbaycanlı iş adamları kiçik sahibkarlıqla məşğul olanların işinə öz töhfəsini verməlidir".
 
Ardını oxu...
AQTA Gürcüstanda yetişdirilən qoyunlarda taun xəstəliyinin qeydə alındığını nəzərə alaraq, bu ölkədən xırdabuynuzlu heyvan idxalına məhdudiyyət qoyub.

Hurriyyet.az xəbər verir ki, ölkəmizdə qoyun ətinə tələbatın bir hissəsi Gürcüstandan idxalın hesabına ödənilir. Bəs bu ölkədən idxalın dayandırılması yerli bazarda qiymətlərə necə təsir edəcək?

İqtisadçı Eyyub Kərimli bildirib ki, idxalın dayandırılması qiymətlərdə artıma yol açacaq.

Daha ətraflı "Baku TV"nin süjetində:

 
Ardını oxu...
“2024-cü ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub”.

Bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat, bu müddətdə 821,7 milyon manat məbləğində dövlət büdcəsinin profisit yarandığını deyib.

“Proqnozla müqayisədə büdcə gəlirləri 8,1 faiz, büdcə xərcləri isə 33,8 faiz çox icra olunub. Həm neft-qaz, həm də qeyri-enerji sektorundan büdcəyə daxil olmalar proqnozlaşdırılandan daha çox olub.
Büdcə göstəriciləri elan ediləndən sonra ən çox ünvanlanan suallardan biri də 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlıdır. Qeyd edək ki, bir sıra əvvəlki illərdə profisit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib. “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər.

Bu isə o deməkdir ki, dövlət büdcəsində formalaşan profisit və eləcə növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilir. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək.

Büdcəyə yenidən baxılacağı halda işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması, milli təhlükəsizlik, sosial təminat kimi istiqamətlərin prioritet olacağı istisna deyil”, - deputat qeyd edib.
Ardını oxu...
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsində iki müəssisə üzərindəki həbs qərarı qismən götürülüb.

“Report”un Qərb bürosunun məlumatına görə, məhkəmə iclası Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Prosesdə mülki iddiaçı Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi “Abad Şəmkir” və “Şəmkir Səbət” MMC-nin sahibkarlıq müəssisələrinin üzərində yaranan borc iddialarının ödənildiyi üçün bu müəssisələrdən mülki iddianın və obyektlərdən həbsin götürülməsini xahiş edib.

Məhkəmədə bildirilib ki, 500 min manat ümumi borcun 185 min manatı ödənilib. Geridə qalan məbləğin ödənişinin isə aparıldığı qeyd edilib. Bunun müqabilində girov qoyulması vurğulanıb. Hakim mülki iddianı ləğv edib, sözügedən müəssisələrin üzərindən isə həbs qərarı qismən götürülüb.

Növbəti məhkəmə iclası mayın 23-nə təyin olunub.

Qeyd edək ki, prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 

Dünyapress TV

Xəbər lenti