Ardını oxu...
“Azərbaycan da inflyasiyaya təsir eləyən əsasən xarici amillərdir. Yəni xaricdən idxal etdiyimiz, idxalından asılı olduğumuz məhsulların qiymətləri bahalaşarsa, bu da dərhal bizə təsir edir və inflyasiya artır. Bu il üçün belə bir hal gözlənilmir”
Bu barədə Bizimyol.info xəbər portalına iqtiadçı Pərviz Heydərov danışıb. İqtisadçı qeyd edib ki, gələcəkdə qida rasionumuzda mühim yer tutan ərzaq məhsulları, xüsusən də, birinci dərəcəli məhsullar üzrə idxaldan asılılığı minimuma endirməliyik.

İqtisadçının fikrincə, bu da qısa müddətdə həll olunacaq bir problem deyil.

“Təəsüflər olsun ki, neçə illərdir bu sahədə dövlət müvafiq dəstək həyata keçirir. Subsidiyalar verilir, bununla yanaşı başqa vergilərdə güzəştlər olur, əlavə dəyər vergisi ləğv olunur və s.”-deyən iqtisadçı hesab edir ki, tətbiq edilən güzəştlər hələ də bizim ərzaqdan asılılığımıza ciddi təsir etmir.

Pərviz Heydərov əlavə edib ki, bunun da səbəbi var. Əsas səbəb odur ki, bu sahədə idxalçı dairələr, yəni idxalla məşğul olan, idxala məsul olan müəyyən bir qrup iş adamı və yaxud şirkətlər, bazarda yüksək mövqeyə sahib olanlar ölkəmizin ərzaq məhsulları üzrə kənardan asılılığının minimum səviyyəyə endirilməsində maraqlı deyillər.
 
Ardını oxu...
Azərbaycanın bəzi bölgələrində təzə kartof yığımı başlayıb.

Fermerlərin sözlərinə görə, bu il ötən illə müqayisədə məhsuldarlıq nisbətən zəif, qiymətlər isə yüksəkdir.

Bu səbəbdən mövsümü yaxşı qazancla başa vuracaqlarına ümid edirlər.

Qeyd edək ki, ölkəmizdə kartofa illik tələbat 800-840 min ton təşkil edir. Bu isə aylıq 65-70 min ton tələbat deməkdir. Adətən, illik tələbatın 90 faizi yerli istehsal, digər 10 faiz isə idxal mənbələri hesabına ödənilir. Bəs bu il ümumiyyətlə, bölgələrdə məhsuldarlıq necədir? Qiymətlərlə bağlı hansı proqnozlar var? Bu sahədə ixrac imkanları nə yerdədir?

İqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya açıqlamasında deyib ki, yaxın bir neçə həftə ərzində təzə kartofun topdan və pərəkəndə satış qiyməti ucuzlaşacaq:

“Bu il kartofun bir qədər baha qiymətə təklif edilməsinə səbəb əkin sahələrinin azalması ilə bağlıdır. Belə ki, keçən il Cəlilabadda 6000 hektara yaxın sahədə kartof əkilmişdi, bu il isə 3000 hektara yaxın sahədə kartof əkilib. Yaxın bir neçə həftə ərzində digər rayonlarda kütləvi kartof yığımına başlanılacaq. Nəticədə topdansatış qiymətlərinin ucuzlaşacağı gözlənilir”.

İqtisadçı vurğulayıb ki, bu il məhsuldarlığın bol olacağı proqnozlaşdırılır:

“Builki hava şəraiti kənd təsərrüfatı məhsullarının, o cümlədən kartofun becərilməsi üçün əlverişli olub. Sadəcə, son iki həftədir ki, havalar qeyri-sabit keçir. Bu da kütləvi yığıma başlama prosesini ləngidir. İndiki qiymətlər istehlakçıları qorxutmamalıdır. Bir müddətdən sonra təzə kartofun bir kiloqramı 50-60 qəpiyə qədər ucuzlaşacaq. Yəni qiymətlər təxminən ötən illə müqayisədə eyni səviyyədə olacaq.

Payıza doğru isə inflyasiya ilə bağlı 10 faizə yaxın bahalaşma müşahidə ediləcək”.
 
Ardını oxu...
Çin alış-veriş platforması olan "Temu"dan son günlər sifariş verənlər sayı olduqca artıb. Sosial şəbəkə istifadəçilərindən biri qeyd edib ki, yaxını bu mesajlara aldanaraq onlayn dələduzluğun qurbanı olub: "Temu"dan sifariş edənlər çalışın diqqətli olun. Bu gün bir tanışıma "Pegasus"dan mesaj gəlib. Fin kodunu yazıb, daha sonra kartından 1000 manat pul çıxıb. Əvvəl 20 min yazıblar, imtina gedib, sonra 10 min, sonda da 1000 manat çıxarıblar" Bu platformaya insanlar insanları aldadırmı ?

Məsələ ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Sonxeber.az-a açıqlama verib.
Ekspert bildirib ki, bir çox xarici alış-veriş xidmətlərədə pul ödəyərkən bank məlumatlarımızı əlavə etdikdə insanların bank hesablarından ayda kiçik-kiçik məbləğlər çıxıb:

"Ümumiyyətlə yeni çıxan satış platformasında ilk öncə müşahidələr aparılmalıdır. Çünki, dələduzlar da bu tipli platformalar yaradırlar. Mən bunu "Temu"ya görə demirəm. Bu bilinən bir yanaşmadır. Daha öncə də bir çox xarici alış-veriş xidmətlərədə pul ödəyərkən bank məlumatlarımızı əlavə etdikdə insanların bank hesablarından ayda kiçik-kiçik məbləğlər çıxıb. Bu hallar çox tez-tez müşahidə edilir. Hazırda da dünyada dələduzluq xidmətləri var, hansıki onlar həqiqi platformalara oxşar tətbiqlər yaradır".

E. Abbasov bank kartlarından pulların çəkilməsini dünyaca tanınmış xidmətlərdə də baş verdiyini bildirib:

"Bank domenində kiçik dəyişikliklər edərək və onlayn satış platformalarına bənzərini yaradaraq vətəndaşları aldadırlar. Vətəndaş alış-veriş saytından məhsul alarkən bank kartınını qeyd etməməlidir. İlk olaraq o platformanın güvənli olduğuna əmin olmalıdır. Sosial şəbəkələrdə həmin platformaya yazılan şərhləri oxumalıdır.

Elə dizaynlı platforma yaradırlar ki, bu tipli platformalardan anlamayan insanları rahatlıqla aldada bilirlər. Əgər platforma telefona yüklənən tətbiqdirsə, yükləməzdən əvvəl o tətbiqin yorumlarını oxunmalıdır. Bank kartlarından pulların çəkilməsi dünyaca tanınmış xidmətlərdə də baş verib. Hansıki, o xidmət real xidmətdir. Ay ortalarında bir,iki, üç, dollar kimi kiçik məbləğlər bank hesablarından çəkilir. Bu təkcə "Temu" üçün deyil, bir çox platforma üçün keçərlidir. Hansı ki, bu platforlar dələduzluq saytı deyil, real xidmətlər üçün nəzərdə tutulub. İnsanlar bu məsələdə diqqətli olmalıdırlar. Bank məlumatlarını gizli saxlamalıdırlar. Ancaq ödəniş zamanı məlumatlar daxil edilməli, daha sonra isə silinməlidir. Bunlara əməl olunsa,insanlardan əlavə pullar çıxılmaz. Onlayn platformalarda ay ərzində əlavə pulların çıxıldığı çox müşahidə olunur. Bu məsələlərdə insanları diqqətli olmağa çağırırıq".
 
Ardını oxu...
Azərbaycanda kommunal qiymətlərində artım olacağı ilə bağlı fikirlər yayılmağa başlayıb. Bunun nə dərəcədə real olması isə hər kəsi maraqlandırır.
Tribunainfo.az xezerxeber.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, yaxın zamanda belə bir tarif dəyişikliyinin olması gözlənilmir.

“Hazırda nə qazın, nə də elektrik enerjisinin istehsalının xərcləri artmayıb. Əksinə dünya bazarına baxsaq, Azərbaycanın satdığı qazın qiymətində də enmələr müşahidə olunur. Çünki dünyada qazın qiyməti düşüb. Buna görə də Azərbaycanın daxili bazarında qazın qiymətinin artırılması üçün bir əsas yoxdur. O cümlədən elektrik enerjisi ilə bağlı da eyni vəziyyətdir, Azərbaycanda elektrik enerjisinin istehsalı son 20 ildə kifayət qədər sürətli gedir”.

Ekspert onu da qeyd edib ki, kommunal qiymətlərin artımı gələn il mümkün ola bilər.

 
 
 
Ardını oxu...
İran Rusiya ilə 12 ədəd Mi-17 helikopterinin alınması ilə bağlı müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yeni helikopterlər İran Qızıl Aypara Cəmiyyətinə xidmət göstərəcək.

Müqavilənin dəyəri təxminən 500 milyon dollardır.

Helikopterlərin tədarükü ilə bağlı müqavilə faciəvi təyyarə qəzasından bir neçə gün sonra imzalanıb.
 
Ardını oxu...
Bağ 2019-cu ildə salınıb və beşinci ilində, yəni ilk məhsul tədarükündə bol məhsul yetişib.
Saatlı rayonunda salınan intensiv alça bağı spesifik xüsusiyyətlərinə görə Mil-Muğan bölgəsində ilk sayılır. Həm sahəsinə, həm də becərmə üsuluna görə seçilən bu bağda 10 minə yaxın alça ağacı əkilib. Bağ sahibi daxili bazardan əlavə, xaricdən də sifarişlər alıb. Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, Saatlı rayonunun Qaralar kəndi ərazisində yerləşən intensiv alça bağı 14 hektarı əhatə edir. Bağ 2019-cu ildə salınıb və beşinci ilində, yəni ilk məhsul tədarükündə bol məhsul yetişib.
Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, ilk dörd il bağ üçün yalnız aqrotexniki qulluq göstərilib:
"Bu bağda Naxçıvan "Göycə"si olan ağaclar becərilir. Əkin zamanı cərgəarası məsafələr nəzərə alınıb və hər bir ağac damla üsulu ilə suvarılır. İlk 4 ildə budama və becərmə işləri görülüb, lazımi aqrotexniki qulluq göstərilib. Ötən il ağaclar meyvə verməyə başladı. Bu il isə ağaclar tam bar verib və yığım 3 mərhələdə aparılır. İlk yığımda hər ağacdan 5-6 kiloqram məhsul tədarük olunur. Ümumilikdə isə mövsüm boyunca bağdan 100 tona yaxın məhsul götürməyi planlaşdırırıq".

Mütəxəssis Əli Musayev isə bildirir ki, Saatlıda becərilən "Göycə" həm ölçüsünə, həm də dadına görə seçilir. Bu da imkan verir ki, məhsul xarici bazarlara də çıxarılsın.
"Yığım bir həftədir başlayıb və hələ davam edir. Hazırda tədarük etdiyimiz məhsul əsasən daxili bazarlara 3-4 manata təhvil verilir. Bundan başqa, xaricdən də sifarişlər almışıq. Yerli bazarı təmin etdikdən sonra məhsulu xaricə də göndərəcəyik", - deyə o əlavə edib.
Ardını oxu...
"Trendyol"dan sifariş etmişəm, üç gün sonra balansdan əlavə ödəniş çıxılıb".

TEREF Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət yazılıb.

Qeyd olunub ki, söhbət Azərbaycan Beynəlxalq Bankından (ABB) gedir. Bank əlavə vəsait çıxılmasının səbəbini müştəriyə türk lirəsində yaranmış məzənnə fərqi ilə əsaslandırıb.
Ardını oxu...
Məsələ ilə bağlı ABB-yə sorğu ünvanladıq. Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu, ticarətdə normal bir praktikadır:

"Əməliyyat edərkən vəsait bloklaşdırılır. Silinmə ilə bloklaşdırma arasında bir neçə saat fərq olur. Silinmə zamanı həmin an üçün olan məzənnə nədirsə, onunla silinir. Səbəb də məzənnənin bəzən dəyişkən olmasıdır. Belə olan halda müştəri məzənnə fərqindən qazana da, itirə də bilər".

Üç gün sonra balansdan pul silinməsi məsələsinə gəldikdə isə Y Cəfərli qeyd edib ki, əgər həqiqətən belə bir şey olubsa, bunu yalnız müştərinin kart məlumatlarına əsasən araşdırmaq mümkün olar.
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlir potensialı tam nəzərə alınmayıb.

"Report" xəbər verir ki, bunu Hesablama Palatası Fondun büdcəsində dəyişiklik edilməsi barədə qanun layihəsinə verdiyi Rəydə bəyan edib.

Qurum hesab edir ki, layihədə DSMF-nin gəlirlərində nəzərə tutulmuş artım gəlir potensialının tam nəzərə alınmaması səbəbindən formalaşıb.

Bundan başqa, Hesablama Palatası DSMF-nin ötən illərdə istifadə olunmamış vəsaitinin gəlir məbləği kimi büdcədə nəzərdə tutulmasının gəlir kimi tanınmış məbləğin təkrar uçotuna (tanınmasına) şərait yaradacağı qənaətindədir. Fondun 2024-cü il üçün büdcəsində olduğu kimi, təqdim edilən Layihədə də əvvəlki illərdə Fondun istifadə olunmamış vəsaiti gəlir mənbəyi kimi göstərilib ki, bu da artıq gəlir kimi uçota alınmış məbləğin təkrar olaraq qeydə alınmasına şərait yaradacaq. Bu isə, öz növbəsində, DSMF-nin və icmal büdcənin gəlirlərinin düzgün olmayaraq həmin məbləğ qədər artımına səbəb olacaq.

"Dövlət büdcəsindən öhdəliklərinin maliyyələşdirilməsi üçün Fonda köçürülən vəsaitin ilkin proqnozlaşdırılan həddən aşağı olmaqla təklif edilməsi Palatanın əvvəlki rəylərində qeyd edildiyi kimi, öhdəliyin həcminin dəqiqləşdirilməsi zərurəti ilə yanaşı bu vəsaitin əsasən Fondun büdcəsinin balanslaşdırılması xarakteri daşıdığını təsdiqləmiş olur və "öhdəlik-sığorta” prinsiplərinin sərhədlərinin qeyri-müəyyən olması risklərini vurğulamaq imkanı verir.

Layihədə əmək pensiyalarının ödənilməsi üçün xərclərin artımının təklif edilməsi 2023-cü ilin sonuna orta aylıq əmək haqqının Fondun 2024-cü il üzrə büdcə göstəriciləri tərtib edilərkən nəzərə alınmış həddən yuxarı olması səbəbindən pensiyaların daha yüksək faiz dərəcəsi ilə indeksləşdirilməsi ilə izah oluna bilər.

Fondun saxlanma xərclərinin artırılması hüquqi aktla nəzərdə tutulmuş həddə riayət olunmaqla nəzərdə tutulmuş, bank əməliyyatlarının aparılması və sair xidmət haqları üzrə xərclərə yenidən baxılması əmək pensiyalarının ödənilməsi üzrə proqnozlaşdırılan xərclərdə artımla əlaqəli olub", - deyə Rəydə qeyd olunub.
 
 
Ardını oxu...
“Biz inflyasiyanın may ayında pik həddə çatacağını və bunun ardınca sürətlə azalacağını gözləyirik”

Türkiyədə inflyasiya may ayında zirvəyə çatacaq və daha sonra sürətlə azalmağa başlayacaq. AYNA xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə dövlətinin başçısı həmvətənlərinə xəbərdarlıq edib ki, yaxın günlərdə ölkədə inflyasiyanın pik həddə çatacaq, daha sonra isə sürətlə azalmağa başlayacaq.

“Biz inflyasiyanın may ayında pik həddə çatacağını və bunun ardınca sürətlə azalacağını gözləyirik. İlin ikinci yarısından başlayaraq biz deinflyasiya dövrünə qədəm qoyacağıq”, - deyə Ərdoğan bildirib.

Dövlət başçısı vurğulayıb ki, onun fikrincə, ölkə iqtisadiyyatı düzgün istiqamətdə gedir. Həmçinin qeyd edib ki, respublika orqanlarının prioritet vəzifəsi inflyasiya göstəricilərini birrəqəmli səviyyəyə endirməkdir.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankının məlumatına görə, inflyasiya 75%-ə yüksələcək. Ötən ay bu rəqəm 69,8% (illik hesabla) olub.
 
Ardını oxu...
Rusiya Federasiyası illik həcmi, təxminən 20 ton olan platin istehsalına görə dünyada ikinci yerdədir.
İtaliya üç aylıq fasilədən sonra 2024-cü ilin martında Rusiya platininin idxalını bərpa edib.
"RİA Novosti" bu barədə Avropa Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verib.
Belə ki, Roma ötən ilin dekabrında Rusiya Federasiyasından bu qiymətli metalın müntəzəm alışını dayandırıb və fevral ayına qədər fasilə verib. Mart ayında İtaliya yenidən alışa başlayıb - cəmi 32,6 milyon dollar dəyərində 980 kiloqram platin idxal edilib.
Rusiya Federasiyasından platin alan bütün alıcılar arasında cari məlumatlara görə, bu ilin mart ayında ən böyük - 140 milyon dollar alışla Honq-Konq, Çin (107 milyon dollar) və ABŞ (94 milyon dollar) olublar.
Xatırladaq ki, platin gümüşü-ağ qiymətli metaldır. O, planetin ən bahalı və nadir metallarından biridir. Milli Reytinq Agentliyinin məlumatına görə, Rusiya Federasiyası illik həcmi, təxminən 20 ton olan platin istehsalına görə dünyada ikinci yerdədir. Bu qiymətli metalın digər əsas istehsalçıları Cənubi Afrika (140 ton) və Zimbabvedir (15 ton).
Bundan əvvəl Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsinin mart ayında 1,5 dəfə artdığı bildirilib. Hazırda ticarət dövriyyəsi 471 milyon dollar təşkil edir.
 

Dünyapress TV

Xəbər lenti