Ardını oxu...
"Seçimimiz yoxdur. Artıq gələn il pulumuz qalmayacaq. Bizə xarici investorlar lazımdır".

"AzPolitika.info" xəbər verir ki, bunu tanınmış rusiyalı milyarder Oleq Deripaska Rusiyanın Krasnoyarsk şəhərində keçirilən iqtisadi forumda deyib.

Həyəcan təbili çalan rusiyalı milyarder qeyd edib ki, Rusiya iqtisadiyyatının gələcəyi ölkədəki idarəetmədən və hüququn aliliyindən asılı olacaq.

Özü də Qərbin sanksiyalarına məruz qalan və Kremlə yaxın iş adamı sayılan Deripaska bildirib ki, Rusiya üçün indidən sonra yalnız "dost ölkələrin" bazarlarına çıxış imkanı qalır. Lakin həmin bazarların da oyun qaydaları sərtdir: "Hesablaşmalarla bağlı problemlər olacaq. Sanksiyaların çox ciddi təzyiqi var".

Rusiyalı milyarder siyasi oyunları qurtarıb, iqtisadiyyatla məşğul olmağın zəruriliyini qeyd edib: "Biz artıq Rusiyanın dünyadakı xüsusi yeri barədə xülyalara son qoymalı və öz işimizlə məşğul olmalıyıq".

Deripaska həmçinin, Rusiyadakı məmurların, ən əsası isə çoxsaylı güc strukturları əməkdaşlarının dəfələrlə ixtisar olunmasını təklif edib.

Qeyd edək ki, tanınmış iş adamının bu açıqlamaları Rusiya mətbuatında və sosial şəbəkələrində böyük əks-səda doğurub və geniş müzakirələrə səbəb olub.
Ardını oxu...
Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi "Kamaz” və "Maz” markalı xüsusi təyinatlı avtonəqiliyyat vasitələri üçün ehtiyyat hissələrinin, avtoşin və akkumulyator alınması ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, müsabiqənin qalibi "Fidan-TN” MMC olub. Şirkətlə bağlancaq müqavilənin maliyyə dəyəri 298.998, 9 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Fidan-TN” MMC 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 3-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Ələsgər Cəlal oğludur.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi haqqında hər hansı məlumat yoxdur. "Fidan-TN” MMC 17 ildir fəaliyyət göstərməsinə baxmayaraq nə əlaqə telefonları, nə də internet səhifəsi var.

Araşdırmalarımız zamanı isə aydın olub ki, "Fidan-TN” MMC əsasən Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin keçirdiyi tenderlərin qalibi olur.

Mediada bu tenderlərin qeyri-şəffaf keçirilməsi barədə çoxsaylı faktlar yer alıb. Şirkətin nizamnamə kapitalının 4 AZN olması da onun ciddiyyətini şübhə altına alır. Nizamnamə kapitalı cüzi məbləğ təşkil edən şirkətlər adətən tender və "obnoliçka” əməliyyatlarında istifadə üçün yaradılır.

Sonda qeyd edək ki, Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumudur.
 
 
 
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsi səbəbindən bağlanmış Bakı-Supsa boru kəməri ilə son 10 ayda ilk dəfə Xəzər dənizindəki “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin nəqli qısa müddətə bərpa edilib.

“Report” “Eurasianet”ə istinadən xəbər verir ki, həm AÇG yataqlar blokunu, həm də Bakı-Supsa boru kəmərini idarə edən BP şirkəti axının bərpa olunduğunu təsdiqləyib, eyni zamanda, bir tankerin ötən həftəsonu yükü götürdüyünü, ikincini isə bu həftəsonu götürəcəyini əlavə edib.

Boru kəməri ilə axın keçən il, əvvəlcə müvəqqəti olaraq martda, sonra isə yekun olaraq mayda sərbəst üzən minalarla bağlı xəbərlərdən sonra Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən dayandırılmışdı. Bundan sonra Bakı-Supsa ilə nəql olunan neft həcmi Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə yönləndirilib. Bu, ayda təxminən 3 milyon barel neftdir.
Ətraflı

BP-dən bildirilib ki, Supsaya axın yalnız fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ fonunda Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhanda BTC boru kəmərinin ixrac terminalının altı günlük bağlanması nəticəsində bərpa edilib.

Müharibədən əvvəl Azərbaycan nefti üç ayrı boru kəməri ilə beynəlxalq bazarlara çıxarılırdı: Bakı-Supsa, BTC və Bakı-Novorossiysk boru kəməri ilə. Üçüncü istiqamət üzrə axın da ötən il eyni səbəblərdən dayandırılmışdı, neft həcmi yenidən BTC-yə yönləndirilmişdi.

Qeyd edək ki, bu gün əsas ixrac neft kəməri sutkada 1,2 milyon barel neft vurmaq gücündədir. BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin daha əvvəl qeyd etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ötürmə qabiliyyəti sutkada 1,6 milyon bareldən 2,2 milyon barelə qədər artırıla bilər.

BP şirkəti neftin Ceyhan terminalından dünya bazarlarına daşınmasını artıq bərpa edib. Fevralın 6-da baş vermiş güclü zəlzələdən sonra BP Türkiyədəki bütün infrastruktura, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Ceyhandakı neft terminalına baxış keçirməyə başlayıb. Yoxlamalar ciddi problemin olmadığını göstərib.
 
Ardını oxu...
Xarici valyutada qiymətli kağızların Azərbaycana gətirilməsi və ölkədən çıxarılması halları müəyyənləşdirilib.

Bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 mart tarixli qərarına dəyişikliyi təsdiq edib.

Dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyuta ilə yanaşı, xarici valyutada qiymətli kağızları da nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

Bundan başqa, 10 min ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan çıxarıla bilər. Həmçinin 10 min ABŞ dolları ekvivalentindən çox olan xarici valyutada qiymətli kağızların əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən çıxarıla bilər.

Xarici valyutada olan qiymətli kağızlarla bağlı bu Qaydaların tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
 
Ardını oxu...
Dünən, Elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin əmək haqqından danışıb. O qeyd edib ki, son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfə artıb:
“Sonuncu artımla müəllimlərin orta aylıq əməkhaqqı 790 manata çatıb. İki-üç ildən sonra müəllimlərin orta aylıq maaşının 1000 manatdan yuxarı olacağını gözləyirik. Hazırda 4 müəllimdən birinin maaşı 1000 manatdan artıqdır".

Qeyd edək ki, fevralın birindən diaqnostikası aparılan müəllimlərin maaşı 10 faiz artıb.

Müəllimlərin əmək haqlarının artımındakı dinamikanın inkar edilməz olduğunu deyən iqtisadçı-ekspert Rəşad Həsənov "Sherg.az"a təəssüflə bildirib ki, dövlət qurumları real artımlardan deyil, nominal artımlardan danışır:

"Məsələn 2015-ci ildə müəllim 400 manat əmək haqqı alırdısa, bu gün 800 manat alması 2 dəfə artım demək deyil. Əslində inflyasiyanı tənzimləmək lazımdır. Real inflyasiyanı tənzimləsək, görərik ki, bu gün aldığımız 700-800 manat məbləğindəki əmək haqqı, 2015- ci illərdə alınan 400 manatla bərabər göstəricidir. Ona görə də rəsmi qurumların açıqlama verərkən real göstəricidən istifadə etməsi daha yaxşı olar. Hörmətli təhsil naziri 3 il bundan soraya proqnozlaşdırma aparır ki, maaşlar 1000 manatdan çox olacaq. Lakin 3 il sonra 1000 manatın dəyəri tamamən dəyişəcək. Hətta bu günkü 700-800 manatın dəyərindən aşağı olacağını proqnozlaşdırıram. Çünki təkcə 2023- cü ildə 15-20 faiz real inflyasiya gözlənilir.

Hökümət bunu 6,9 faiz Mərkəzi Bank isə 8 faiz proqnozlaşdırır. Yəni həmin 1000 manatın rəsmi rəqəmlərlə belə 70-80 manatı gedəcək. Ancaq qeyri-rəsmi inflyasiyanı nəzərə alsaq, onun 120-130 manatı dəyərsizləşəcək. Yəni rəqəmlər nəyisə ifadə etmir və alıcılıq gücünü nəzərə almadan danışdıqda aldadıcı görsənir".

Ekspert qeyd edib ki, təhsilə və insan kapitalının inkişafına ciddi diqqət ayırmayan ölkələrdə təhsil sektorundakı əmək haqqı aşağı olur:

"Çünki bu sahə geridə qalır və ögey yanaşma olur. Hazırda təxminən neft sektorunda orta aylıq əmək haqqı 4 min manat, maliyyə sektorunda isə 2 min manat təşkil edir. Təhsil sektoru uzun müddətdir, iqtisadiyyatda 3 ən ağır vəziyyətdə olan sahələrdən biridir. Bu gün də sözügedən gerilik öz mövqeyini qoruyur. Düzdür, müəyyən bir artım dinamikası var. Xüsusən də sərf olunan əməyə uyğun qiymətləndirilmə metodologiyası yüksək qiymətləndirməlidir. Ancaq tariflər hələ də aşağıdır.

Bakı şəhəri və Abşeron yarımadası üzrə məsələyə yanaşsaq, müəllimlərin məvacibləri ilə xərcləri arasında balans olmadığının şahidi olarıq. Düzdür, iddia oluna bilər ki, müəllimlərin hamısı repetitor xidməti göstərir. Əslində bu günə təhsil sisteminə qarşı aparılan ögey siyasətin nəticəsi olaraq, Azərbaycanda repetitor sistemi formalaşdı. Əmək haqqı almayan müəllim təhsil verməməyə başladı. Bunu nəticəsində də orta təhsildə savadsızlıq artdı. Bu da dolayısı ilə repetitor institutunu formalaşdırdı. İndi isə müəllimlərin əksəriyyəti əmək haqları artsa belə məktəblərdə tədrisi aşağı səviyyədə aparırlar. Çünki özləri üçün bazar formalşdırırlar. Normal təhsil ala bilməyən şagirdin valideyni isə məcbur qalır uşağını həmin müəllimin yanına əlavə dərslərə göndərir".
 
Ardını oxu...
Ötən il Azərbaycan xarici ölkələrə 18 milyard 965 milyon 213 min kubmetr həcmində təbii qaz satıb.

Yeniavaz.com xəbər verir ki, xaricə satılan təbii qazın ümumi dəyəri 14 milyard 989 milyon 675 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kubmetrinin gömrük dəyəri 790 dollar olub.

Təbii qazı ən baha qiymətə Yunanıstana satmışıq. Bu ölkəyə satılan 1000 kubmetr təbii qazın dəyəri 1 465,3 dollar olub. Ən ucuz qiymətə isə Gürcüstana satılıb – 1000 kubmetri 135,5 dollar.

İrana satılan təbii qaz isə İranın Naxçıvana verdiyi təbii qazın əvəzində eyni qiymətə – 37,9 dollara satılıb. Ötən il Azərbaycan İrandan 66 milyon 91,2 min kubmetr qaz alıb, əvəzində 173 milyon 594 min kubmetr qaz satıb.
Azərbaycan ötən il təbii qaz aşağıdakı ölkələrə satıb:

İtaliya 8 210 720,1 11 045 330,12 1 345,2
Türkiyə 6 853 659,2 2 208 273,83 322,2
Gürcüstan 2 581 214,2 349 731,95 135,5
Yunanıstan 779 336,88 1 141 939,86 1 465,3
Bolqarıstan 366 689,05 237 811,16 648,5
İran 173 594,04 6 588,96 37,9

Bunlardan başqa ötən il Azərbaycan Türkmənistan və Rusiyadan da təbii qaz alıb. Türkmənistandan 857 milyon 66,6 min kubmetr qaz alınıb və bunun da gömrük dəyəri 110 milyon 871,4 min dollar olub (1000 kubmetri 129,4 dollar). Rusiyadan isə 93 milyon 265,8 min kubmetr qaz idxal olunub və bunun da gömrük dəyəri 17 milyon 254,2 min dollar olub (1000 kubmetri 185 dollar).
 
Ardını oxu...
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səudun Ukraynaya işgüzar səfəri çərçivəsində 400 milyon dollarlıq yardım paketi ilə iki sənəd imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqramda bildirib.

“Səfər çərçivəsində Prezident Ofisində Ukraynaya 400 milyon dollarlıq yardım paketinin verilməsini rəsmiləşdirən iki sənəd imzalanıb: 100 milyon dollarlıq humanitar yardım və 300 milyon dollarlıq neft məhsulları”, - Yermak yazıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri ilk dəfədir Ukraynada səfərdədir. Səfər çərçivəsində diplomat Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
 
Ardını oxu...
İranda son vaxtlar müşahidə olunan kəskin inflyasiya və sürətli qiymət artımı əhalinin onsuz da yaxşı olmayan güzəranını bir qədər də ağırlaşdırıb.

“Azad İran” “Youtube” kanalı mövzu ilə bağlı süjet hazırlayıb.

Bildirib ki, İran hökuməti bu prosesin qarşısını almaq üçün lazımi tədbirlər görmək əvəzinə, getdikcə pisləşən sosial-iqtisadi vəziyyətdən danışanları susdurmaq yolunu tutub.

Belə ki, fevralın 20-də ölkənin nüfuzlu mətbuat orqanlarından biri sayılan “Sazəndegi”, yəni “Quruculuq” qəzeti ölkədə ətin qiymətinin fantastik həddə – yarım milyon tümənə qalxmasını və bunun səbəblərini işıqlandıran “Ətin tüğyanı” başlıqlı məqaləsinə görə bağlanıb.

Bu barədə qərar İran Mədəniyyət və İslami İrşad Nazirliyi nəzdində fəaliyyət göstərən Mətbuata Nəzarət Heyəti tərəfindən qəbul olunub. İran hakimiyyətinin vəziyyəti düzəltmək əvəzinə real durumu göstərən güzgünü sındırmaq siyasəti, yəni tənqidçi medianı susdurmağa çalışması cəmiyyətdə geniş reaksiyalara səbəb olub.

“Sazəndegi” qəzetinin baş redaktoru Əkbər Müntəcəbi hökumətin qərarına münasibət bildirərkən deyib:

“Eşitdiyimizə görə, prezident və hökumət üzvləri “Ətin tüğyanı” başlığından əsəbiləşiblər. Bunun ardınca İrşad naziri Mətbuata Nəzarət Heyətindən qəzetin nəşrini dayandırmağı tələb edib. Biz bu günə qədər bilmirdik ki, ətin qiymətindən danışmaq da qadağan olunub”.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
Milli Arxiv İdarəsi 9 milyon manatlıq tenderin nəticələrini açıqlayıb.

DİA.AZ xəbər verir ki, tender “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı "Dövlət Arxivi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işləri”nin satın alınması” ilə bağlıdır.

Tenderin qalibi "Koneks Construction" MMC (VÖEN: 3103278031) olub. Tenderin dəyəri 9 242 698 manatdır.

Qeyd edək ki, "Koneks Construction" MMC bundan əvvəl 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən elan edilmiş 8 174 manat dəyərindəki “Abadlıq işlərinin satın alınması” tenderinin də qalibi seçilib (23.12.2022).

Onu da bildirək ki, şirkət 2021-ci ildən indiyədək 76 satınalma müqaviləsi imzalayıb ki, bu fakt da "Koneks Construction" MMC-ni BAŞ TENDERYEYƏN kimi tanıdıb.

Xatırladaq ki, "Koneks Construction" MMC 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsliçisi Mehdi Fərzəliyev Məhəmmədəli oğludur. Hüquqi ünvanı Az1108, Bakı Şəhəri Binəqədi Rayonu, Səttar Bəhlulzadə, Ev 39, M. 202-də yerləşir.

DİA.AZ xəbər verir ki, dövlət satınalmaları sahəsində işlərə qısa müddətdə başlayan «KONEKS CONSTRUCTİON» MMC fəaliyyətinin ilk dövründə cəmi 11 ay ərzində 60-a yaxın tenderdə qalib gəlib, üst-üstə 10 milyon manatdan artıq sifariş əldə edib.
«KONEKS CONSTRUCTİON» MMC-in qısa müddətdə qazandığı 58 tenderdən 25-i Mədəniyyət Nazirliyi və onun qurumlarına, 27 tender isə icra hakimiyyətlərinə aiddir. Burada Bakı Şəhər icra hakimiyyəti, Bakının və respublikanın digər rayonlarının icra hakimiyyətləri var.
«KONEKS CONSTRUCTİON» MMC xüsusilə Bərdə, Tərtər rayonları, eləcə də Suraxanı, Sabunçu, Nizami, Nərimanov və Nəsimi rayonlarından sifarişlər alıb.
TEREF.AZ həmin dönəmə aid tenderlərin siyahısını təqdim edir:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Hər halda, bu faktın özü belə kifayət qədər diqqətçəkicidir...

Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Yüksək inflyasiya templəri və yanacaq bazarında müşahidə olunan qiymət artımı aviabiletlərin dəyərinin formalaşmasına birbaşa təsir edən amillərdir.

Bunu Azərtac-a müsahibəsində “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib.

O qeyd edib ki, əksər aviaşirkətlər kimi AZAL-ın da həm ölkə daxilində, həm də ölkə xaricində aldığı aviayanacağın qiyməti beynəlxalq birja qiymətlərinə əsasən müəyyən olunur. Onun sözlərinə görə, təkcə 2022-ci ildə bu yanacaq növü beynəlxalq birjalarda 4 dəfəyə yaxın bahalaşıb. Hətta aviasiya sahəsində ixtisaslaşmış bir çox şirkətlərin proqnozlarına nəzər salsaq aviabiletlərin qiymət artımı prosesinin bütün dünyada müşahidə olunduğunu görərik.

Samir Rzayev vurğulayıb ki, bütün bunlara baxmayaraq, əlbəttə, AZAL tərəfindən sözügedən məqamların alıcıya təsirsiz ötüşməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Sadəcə, bu proseslər mərhələli şəkildə təşkil olunduğundan, nəticənin əldə edilməsi üçün də zaman tələb olunur.
 

Dünyapress TV

Xəbər lenti