Ardını oxu...
Macarıstanın Energetika Nazirliyi və Fransanın “Framatome” korporasiyası atom elektrik stansiyalarının istismarı və yanacaq təchizatı üzrə birgə işi nəzərdə tutan əməkdaşlığın dərinləşdirilməsinə dair anlaşma memorandumu imzalayıblar. Macarıstanın Energetika Nazirliyinin məlumatına görə, sənədi Budapeştdə departament rəhbəri Çaba Lantos və Fransa şirkətinin baş direktoru Bernard Fontana imzalayıblar.

Nazirlik 2021-ci ildən nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində Framatome ilə əməkdaşlıq etdiyini xatırladıb: "Əsasən təhsil, təlim, tədqiqat və inkişafa yönəlmiş tərəfdaşlıq uzunmüddətli istismar və nüvə elektrik stansiyalarının yanacaq təchizatı üzrə birgə işlərlə tamamlanacaq”.

Qeyd edək ki, Macarıstanda Pakşda 1980-ci illərdə sovet mütəxəssisləri tərəfindən tikilmiş yeganə atom elektrik stansiyası Rusiya nüvə yanacağı ilə işləyir. “Telex” internet nəşrinin yaydığı məlumata görə, sentyabrın 9-da Macarıstanın baş naziri Viktor Orban ölkənin Vətəndaş Forumunun fəalları ilə qapalı görüşdə hökumətin son nəticədə Pakş AES-i Fransanın nüvə yanacağına keçirmək niyyətində olduğunu deyib. Baş nazir burada məqsədin Rusiyadan enerji asılılığını azaltmaq olduğunu da vurğulayıb.

Bu məlumatla bağlı TASS-ın sorğusunu cavablandıran Macarıstanın Moskvadakı səfiri Norbert Konkoy “Telex”in məlumatını təkzib etmişdi: "Macarıstanın baş naziri Viktor Orban belə bir bəyanatla çıxış etməyib. Macarıstan Pakş AES-də Rusiya yanacağını fransız yanacağı ilə əvəz etmək niyyətində deyil. Macarıstan-Rusiya nüvə sahəsində əməkdaşlığı uğurla inkişaf edir və Macarıstan bu əməkdaşlığı davam etdiririk”. Lakin bu gün imzalanan memorandum göstərir ki, ya səfirin hökumətin planından məlumatı yoxdur, ya da bilərəkdən məlumatı təkzib edib.

Qeyd edək ki, Macarıstan Rusiyadan enerji asılılığını azaltmaq üçün Azərbaycandan və Qətərdən qaz almaq üçün müqavilələr imzalayıb.

Müsavat.com
 
Ardını oxu...
2023-cü ilin iyul ayının sonuna Ermənistanın dövlət borcu təxminən 11 milyard 352 milyon dollar təşkil edib.

Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, ilin əvvəli ilə müqayisədə borcun məbləği 714 milyon dollar və ya 6,7% artıb.

Bildirilir ki, daxili dövlət borcu xarici borcdan daha sürətlə artır.

Ermənistanın xarici dövlət borcu iyulun sonunda 6 milyard 663 milyon dollar təşkil edib. Bu o deməkdir ki, yeddi ay ərzində bu rəqəm 218 milyon dollar və ya 3,4% artıb.

Xarici borcun əsas hissəsini beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən verilən kreditlər təşkil edir.

Qeyd olunur ki, sosial-iqtisadi proqramları həyata keçirmək üçün Ermənistan yeni kreditlər götürməkdə davam edir. Bu ilin aprelində hökumət Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) ilə ümumi məbləği 92 milyon avro olan yeni kredit sazişi - “Yaşıl, davamlı və inklüziv inkişaf siyasəti krediti” imzalayıb.

Bu dövrdə daxili borc daha da sürətlə artıb. Cari ilin yeddi ayında daxili borc 496 milyon dollar və ya 11,8% artaraq 4 milyard 688 milyon dollar təşkil edib.
 
Ardını oxu...
Azərbaycanla Macarıstan arasında birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri barədə müzakirələr aparılıb.

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov feysbuk hesabında bildirib.
"Macarıstana səfərimiz çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanın qəbulunda olduq. İki ölkə arasında münasibətlərin inkişaf dinamikası, əməkdaşlıq perspektivləri barədə danışdıq", - deyə nazir paylaşımında qeyd edib.
 
Ardını oxu...
"Müşahidələrimə əsasən deyə bilərəm ki, bu il kənd təsərrüfatı üçün hava şəraiti o qədər də əlverişli olmadı. Əvvəlcə çox quraqlıq oldu. Daha sonra lokal formada olsa da, sel və dolu yağışlarının şahidi olduq. Bu təbiət hadisələri bütün ölkəni əhatə etməsə də, ümumilikdə kənd təsərrüfatına təsirsiz qalmadı".

Bunu TNS-ə aqrar məsələlər üzrə mütəxəssis Cəfər İbrahimli deyib.

O qeyd edib ki, bu il quraqlıq olduğu üçün suvarma ilə bağlı xeyli problemlər ortaya çıxıb: “Bu il hava şəraiti baxımından ölkəmizdə kənd təsərrüfatı və fermerlər üçün uğurlu il hesab edilmir. Amma müxtəlif kənd təsərrüfatı məhsulları üzrə rəqəmlərə nəzər saldıqda artımların olduğunu görürük”.

Mütəxəssis bildirib ki, 2023-cü ilin yayında aqrar məhsulların qiymətləri əvvəlki illərlə müqayisədə yüksək olub: “Bu məsələdə də təbii ki, tələb-təklif özünü göstərir. Fermerlərin müəyyən qədər bazarlara çıxış imkanlarının məhdud olması, bazara gecikməsi və işlərin çoxluğu və digər səbəblərdən aqrar məhsullar vaxtında satışa çatdırılmır. Bu kimi problemlər də nəticədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasına gətirib çıxarır. Artıq payız fəsli ərəfəsindəyik. İndi aqrar məhsulların toplama dövrü başa çatır. Deməzdim ki, hər hansı bir məhsulun istehsalı ölkəmizdə kütləvi şəkildə aşağı düşüb və ya qıtlıq ehtimalı var. Aqrar məhsullarla bağlı bu çərçivədə dəyərləndirmə apararkən, payızda qıtlığın olacağını güman etmirəm. Eyni zamanda kənd təsərrüfatı məhsullarının qiymət artımının da yüksələcəyini düşünmürəm. Təbii ki, müəyyən çətinliklər mümkün görünür. Amma qış üçün ehtiyat anbarlarda kifayət qədər məhsul saxlanılır".
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, ötən ilin yanvar-iyun aylarına nisbətən Azərbaycana pul köçürmələri 2 dəfə və ya 1 milyard 327 milyon manat azalıb. Hesabat dövründə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 299.9 milyon manat vəsait daxil olub. Bu rəqəm 2022-ci ilin eyni dövründə 2 milyard 627 milyon təşkil etmişdi. Rəqəmlərdən də göründüyü kimi köçürmələrdə azalmalar baş verib. Bəs bunun səbəbi nədir?

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, əslində köçürmələrin azalması gözlənilən idi. Çünki keçən il proses düzgün getmirdi: "2022-ci ildə bu istiqamətdə anomaliya baş verib. Yəni, birdən-birə köçürmələr 2-3 dəfə artmışdı. Bu vəziyyət Rusiya-Ukrayna münaqişəsi fonunda həm azərbaycanlıların, həm də qeyri-rezidentlərin hansısa formada ölkədən pul çıxarması cəhdləri nəticəsində yaranmışdı. Azərbaycana göndərilən remitensilərin təxminən 60-70 faizi Rusiyanın payına düşür. Normalda əksinə, bu istiqamətdə azalma olmalı idi. Çünki Rusiya iqtisadiyyatı zəifləyib və rubl dəyər itirir. Rublun dəyərdən düşməsi fonunda orada yaşayan Azərbaycan vətəndaşlarının da imkanları məhdudlaşır. Bununla da Azərbaycana köçürmələrdə problemlər yarandı. İkinci məsələ rublun məzənnəsi ilə əlaqəlidir. Ötən il gözlənilmədən rublun məzənnəsində möhkəmlənmə baş verdi. Bu da rublla gəlir əldə edən Rusiyada yaşayan azərbaycanlıların köçürdükləri vəsaitin daha dəyərli olmasına gətirib çıxarırdı. Bu il isə proses tərsinə gedir. Bu dəfə Azərbaycana köçürülən vəsaitlər daha dəyərsiz şəkildə öz əksini tapır”.

R.Həsənov bildirdi ki, keçən il rəqəmlərin böyük olmasının səbəblərindən biri pulların artıq daha leqal yollarla ölkəyə gətirilməsidir: "Rəsmi rəqəmlərlə Azərbaycanda ailə təsərrüfatlarına il ərzində təxminən 1-1,5 milyard dollar ətrafında pul köçürmələri gəlirdi. Keçən il bu köçürmələrin birdən-birə yüksəlməsi ailə təsərrüfatlarının gəlirlərinin artmasına, alıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olmuşdu. Amma dəqiq bilmirik, bu gəlir birbaşa ailə təsərrüfatlarına çatıb, yoxsa yox. Çünki artıma pulun Rusiyadan çıxarılması cəhdləri də daxil idi. 2022-ci ilin əvvəlindən Rusiya-Ukrayna müharibəsi fonunda hazırlanan proqnozlar əsasən remitensilərin azalması istiqamətində idi. Quru sərhədi ilə səyahətlərin məhdudlaşması cibdə gətirilən pulların da azalmasına səbəb olub. Pullar məcburən transfer olunur, köçürmələr şəklində əksini tapırdı”.

İqtisadçının fikrincə, Rusiyada daha çox sakini işləyən rayonlara bu proses mənfi təsir göstərib: "Köçürmələrin azalması regionlarda fərqli formada əks olunur. Rayonları müqayisə edəndə görə bilərik ki, cənub bölgəsi - Lənkəran iqtisadi rayonunda əhalinin imkanlarının məhdudlaşmasında bu, özünü daha kəskin şəkildə göstərir. Tovuz, Qazax, Şəmkir rayonlarında yaşayan əhalinin ailə təsərrüfatlarının gəlirlərində remitensilərin payı çoxdur deyə, orada da vəziyyət kəskindir. Amma Şirvan bölgəsinə baxanda orada həyat tərzinə o qədər də ciddi təsir göstərmir”.

Ekspert dedi ki, ölkəmizə pul köçürmələrinin azalması hələ uzun müddət davam edəcək: "Pul nə qədər az gəlirsə, bu, tədiyyə balansına mənfi təsir göstərir. Düzdür, bizdə istənilən halda profisit olur. Amma bu proses profisitin həcminə də mənfi təsir göstərir. Bu pullar eyni zamanda bazarda xərclənir. Sərhədlər açılandan sonra imkanlar yenidən yaranacaq. Eyni zamanda, Rusiya iqtisadiyyatının indiki şərtlər daxilində özünə gəlməsinin məhdudluğu da prosesin davam etməsi ilə bağlı çağırışlar yaradır”.

İqtisadçı Eldəniz Əmirov isə düşünür ki, digər ölkələrdən gələn pul köçürmələri azalsa da, Rusiyadan olan köçürmələrdə heç bir problem yoxdur: "Xaricdən Azərbaycana pul köçürmələrinin azalmasının əsas səbəbi dünyada baş verən iqtisadi təlatümlərdir. Bu təlatümlər həmçinin xaricdə yaşayan azərbaycanlıların fəaliyyətlərinə də mənfi təsir göstərib. Bu da ölkəyə pul köçürmələrinin həcminə təsir edib. Digər ölkələrdən pul köçürmələrinin həcmində azalma olsa da, Rusiyadan Azərbaycana köçürmələrdə artımlar olub. Ukrayna ilə müharibədən dolayı Rusiyadan bir çox ölkələrə kapital axını, vəsaitlərin yatırılması hesabına pul köçürmələrində artımlar baş verib”.

E.Əmirov qeyd etdi ki, bu proses Azərbaycandan xaricə olan pul köçürmələrinə də mənfi təsir göstərəcək: "Rusiyadan da Azərbaycana pul köçürmələrinin həcmi getdikcə azalacaq. Həmçinin, digər ölkələrdən də köçürmələrin həcmində azalma baş verəcək. Bu proses hazırda dünyanı caynağına keçirmiş iqtisadi təlatümlər sovrulana qədər davam edəcək. Nə qədər ki inflyasiya davam edəcək, iqtisadi böhranın təsirləri real şəkildə azalmayacaq. Köçürmələr azala-azala gedərsə, təbii ki, mənfi təsirlər də qaçılmaz olacaq. Amma xaricdən pul köçürmələri azalırsa, eyni zamanda Azərbaycandan da xaricə pul köçürmələrində azalmalar baş verəcək”.

Mənbə: "Kaspi" qəzeti
Ardını oxu...
ABŞ Slovakiyanın şərq sərhədinin qorunması layihəsinə 3,6 milyon dollar ayıracaq.

Bu barədə Slovakiyanın “dennikn.sk” nəşri yazıb.

Məlumata görə, bu vəsait şərq sərhədinin mühafizəsi üçün təlimlərə və texnikanın tədarükünə sərf olunacaq.

“Layihə sərhədi silahların, narkotiklərin və insanların qeyri-qanuni hərəkətindən qorumağa kömək etmək məqsədi daşıyır, həmçinin sərhədi qanuni şəkildə keçməyin asanlaşdırılmasına yardım etməlidir”, - məlumatda bildirilir.

Nəşr qeyd edir ki, layihənin yaxın iki il ərzində həyata keçirilməsi planlaşdırılır.
 
Ardını oxu...
Prezident İlham Əliyevə müraciət edən bir qrup kənd təsərrüfat məhsulları ixracatçıları Dövlət Gömrük Komitəsindən şikayətləniblər. Onlar dəfələrlə komitə sədri Şahin Bağırova gömrükdəki vəziyyətlə bağlı məlumat versələr də, nəticəsi yoxdur. Anaxeber.info bildirir ki, gömrük məmurlarının ucbatından büdcəyə getməli olan xeyir sanksiyalar altında olan Rusiyanın dövlət büdcəsinə mənfəət qazandırır. Prezidentə müraciət edən sahibkarların sözlərinə görə, fındıq ixracında invoys qiymətini mənasız şəkildə Gömrük Komitəsinin qaldırması hər bir Azərbaycan sahibkarına 11 min dollar artıq ödənməsi ilə başa gəlir. "Bizi Gömrük Komitəsində qiymətləndirmə ilə bağlı qəbul edərkən Vüqar müəllim və Ülvi müəllimin qəbulunda olduq. Bizə "rəhbərlik belə istəyib" cavabını verdilər. Cənab Prezident, bu gün bizim iki fındıq maşınımız Rusiyada qiymətlə bağlı geri qaytarılıb. Niyə biz sahibkarlar hər fındıq maşınına görə Rusiya büdcəsinə 11 min dollar artıq rüsum ödəməliyik?
Cənab Prezident, sizə bir sahibkar olaraq olaraq müraciət edirik, gömrük bizə fındığın qiymətin 4.5 ABŞ dolları dəyərində qiymətləndirdiyi halda, Bakı ərazisindən 2 ABŞ dollarına icazə verilməsinin səbəbi nədir?
Cənab Prezident sizdən xahiş edirik, aidiyyatı qurumlara Gömrük Komitəsindəki bu vəziyyətlə bağlı araşdırma aparılsın .
Sizə məlumat üçün bildiririk ki, belə hal, yəni hər hansı fındıq ixracatçısına 1.5 və yaxud 2 ABŞ dolları yazılmasına icazə verilməsi, bəzilərinə isə 4.5 ABŞ dolları icazə verilməsinin səbəbi olmalıdır. Səbəb nədir ?
 //Anaxeber.info//
 
Ardını oxu...
"Ehtiyatlı olun. "Unibank" sizin xəbəriniz olmadan sizə kredit xətti açır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra yazır: "Tarixçədı heç nə görsənmir. Və sizə borc yazılır. Əlavə 26%lik qəşəng faiz gəlir belinizə. (Hələ həmin kredit xəttindən necə olub istifadə edilib, onu əsaslandıra bilmirlər)

Bunun adına bilmirəm nə demək olar, amma düşünürəm bu cür məsuliyyətsiz, fırıldaqçı formada müştəriyə yanaşmaq yolverilməzdir.
Gedirəm filiala. Transcript çıxarıb, bütün vəsaitlərimi çıxarmağı düşünürəm. Operator nə elədi, neynədi sistemdə cəmi 2 gün necəsə kredit xəttindən ödəniş olunduğunu bildirdi.
(Ödəniş google pay vasitesi ilə edilib həmişə, mobile bank daxil olmadan default həmişə də əsas kart seçilib)"
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Azərsu" ASC "“Azərsu” ASC-nin daxili vəsaiti hesabına müxtəlif markalı hazır beton qarışığının satın alınması" tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, qalib "Rapid Services Azerbaijan" MMC (VÖEN: 1702395221) şirkəti olub.

Şirkətlə 450 184 manat məbləğində müqavilə imzalanıb.

"Rapid Srvices Azerbaijan" MMC daha öncə də "Azərsu"dan, "Bakı Metroplliteni"ndən və Samur-Abşeron Kanalının İstismarı İdarəsindən 2 tender udub.
Ardını oxu...
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası “Qeyri-yaşayış binalarının əsaslı təmiri” tenderinə yekun vurub.

DİA.AZ xəbər verir ki, tenderin qalibi "Construction Business Group" MMC olub.

Tenderin dəyəri 763 114 manatdır.
 

Dünyapress TV

Xəbər lenti