Ardını oxu...
2022-ci ildə Rusiyanın dövlət büdcəsinin gəlirləri 28 trilyon rubl, xərcləri isə 31,3 trilyon rubl təşkil edib ki, son nəticədə büdcədə 3,3 trilyon rubl və yaxud təxminən 48 milyard ABŞ dolları kəsir yaranıb.

Bunu maliyyə naziri Anton Siluanov bildirib.

“Dövlətin büdcədənkənar fondlara ayırmalarını nəzərə almasaq, büdcə kəsiri ÜDM-in 1,8%-i qədər və yaxud planlaşdırdığımız kimi 2 %-dən aşağı olar”, – deyə A.Siluanov vurğulayıb.

Bundan başqa, onun sözlərinə görə, büdcə gəlirləri proqnozları üstələyib.

Qərb ölkələrinin sanksiyalarına görə Rusiya büdcəsinin qarşıdakı 3 ildə kəsirli olacağı gözlənilir.
 
Ardını oxu...
2022-ci ildə milli valyutanın – İsveçrə frankının bahalaşması İsveçrə Milli Bankının (İMB) rekord həddə itkilərə qatlaşmasına səbəb olub.

“Report” “Der Spiegel” jurnalına istinadən xəbər verir ki, son 12 ayda federal ehtiyatların kəsiri 132 milyard frank təşkil edib və bu, Mərkəzi Bankın 115 illik tarixində ən böyük itkidir.

Müqayisə üçün qeyd edək ki, İMB-nin 2021-ci ildə mənfəəti 26,3 milyard frank təşkil edib. Həmin il federal hökumət və kantonal hakimiyyət orqanları 6 milyard frank, səhmdarlar isə hər qiymətli kağıza görə 15 frank dividend alıb.

2023-cü ildə tənzimləyicinin rəhbərliyi 2022-ci ilin mənfi maliyyə nəticələrinə görə pul ödənişlərindən imtina etmək niyyətindədir.

Qeyd edək ki, buna qədər İMB-nin ən böyük itkisi 2015-ci ildə qeydə alınmışdı. O zaman bankın itkiləri 23 milyard frank təşkil etmişdi.
 
Ardını oxu...
Azərbaycan Pakistandakı daşqın fəsadlarının aradan qaldırılmasına 7 milyon dollar ayırıb.

Bu barədə Cenevrədə BMT və Pakistanın birgə təşkilatçılığı ilə “İqlimə davamlı Pakistan” mövzusunda beynəlxalq konfransda bildirilib.

Çıxışda ölkəmiz tərəfindən dost və qardaş Pakistan xalqı və dövlətinin ağrı-acısının bölüşüldüyü, 2010-cu ildən etibarən bu ölkədə fərqli illərdə baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə indiyədək 7 milyon ABŞ dollarına yaxın məbləğdə töhfə verildiyi qeyd olunub.

Pakistan tarixinin ən ağır təbii fəlakəti hesab edilən son daşqınların səbəb olduğu dağıntıların aradan qaldırılmasına dəstək olaraq 2022-ci ilin avqust ayında Azərbaycanın Pakistana 2 milyon ABŞ dolları məbləğində maliyyə yardımı göstərdiyi nəzərə çatdırılıb.

Nazir müavini, fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən təşəbbüsə dəstək məqsədilə ölkəmiz tərəfindən əlavə 2 milyon ABŞ dolları həcmində humanitar məqsədli maliyyə yardımının göstəriləcəyi barədə Pakistan tərəfini və konfrans iştirakçılarını məlumatlandırıb.

2022-ci ildə baş vermiş təbii fəlakət ölkə ərazisinin üçdə birini su altında qoyaraq, 15 min insanın ölümünə və yaralanmasına, eləcə də 33 milyon insanın köçkün düşməsinə səbəb olub, beləliklə Pakistan tarixində ən dəhşətli təbii fəlakətə çevrilib.
 
Ardını oxu...
Qiymətlər yeni rekorda imza atır, məsələn, ətin kiloqramı 20 manat

Qısa müddətdə qiymətlərin sabitləşməsi üçün heç bir səbəb görünmədiyi üçün yeni ildə də ərzaq inflyasiyası davam edəcək. Ölkədə nəinki xaricdən gətirilən ərzaqlar, hətta yerli ərzaqlar da bahalaşır, baxmayaraq ki, nədənsə ötən ilin əsas bəlasının - bahalaşmanın kökündə yalnız idxalın dayandığı hesab olunur.

Yeni ilə qədər yerli mətbuat ölkədə hansı məhsulların daha çox bahalaşdığını sadalamağa başlamışdı. Ən çox "bahalaşan" malların reytinqini bayram çeşidi ilə üstələdiyi gözlənilirdi - bazarlarımızda kənd təsərrüfatı, qənnadı məmulatları, pirotexniki vasitələr, hədiyyəlik məmulatların və dekorasiyaların qiymətləri əsasən artıb. Bir sözlə, şənlik süfrələri, hədiyyələr və bəzək üçün alınan hər şey.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyub Hüseynovun sözlərinə görə, bayramqabağı bahalaşma 20 faiz olub və sadə alıcıların fikrincə, qiymət artımı ilboyu dayanmayıb. Eyni zamanda, çoxdan gözlənilən gün ərəfəsində bayram ziyafət səbətinin qiymət etiketləri - düyü, yağ, balıq və ətin qiyməti nəzərəçarpacaq dərəcədə artıb.

İqtisadçı ekspert Rauf Qarayev AYNA-ya açıqlamasında deyib ki, qiymət etiketlərinin dəyişmə sürətinə baxsaq, ərzaq inflyasiyası bu il də davam edəcək: "Deyə bilərik ki, biz qiymət artımı ilinə girmişik. Dekabrın sonu - yanvarın əvvəlindən yuyucu tozların, sabunların, şampunların qiymətində artım müşahidə olunur. İlkin məhsullardan ət əhəmiyyətli dərəcədə bahalaşıb. Qiymətlərə təkcə xarici şərtlər təsir etmir. Məsələn, mal istehsalçılarda bahalaşanda və buraya yeni qiymətlərlə gətiriləndə də qiymət dəyişir. Daxili qiymət artımlarının məntiqini də istisna etmək olmaz”.

Mütəxəssis bildirib, bu gün artıq müəyyən strukturların birləşdirilməsi prosesi gedir və gələcəkdə vergi və gömrük qanunvericiliyinin müəyyən inteqrasiyası mümkündür: “Beləliklə, vahid fiskal siyasət şəraitində, digər şeylərlə yanaşı, qiymət reallıqlarını daha yaxşı proqnozlaşdırmaq mümkün olacaq. Yüksək qiymətlərin əsas çarəsi rəqabət haqqında qanun ola bilər”.

“Axı, belə bir sənəd qəbul olunarsa, yerli bazarda təklifin artmasına kömək edəcək. Əgər biz məhkəmə-hüquq sistemində irəliləyiş əldə etsək və bununla da biznes mühitini yaxşılaşdırsaq, o zaman qiymətlər cilovlanar. Amma indi bütün bunlar sadəcə proqnozdur və hələ ki, inflyasiyaya qarşı heç nə yoxdur”, - deyə Qarayev qeyd edib.

Azərbaycanda son iki ayda inflyasiya sabitləşsə də, hələlik ikirəqəmli səviyyədə qalır, növbəti il üçün ciddi qeyri-müəyyənlik qalmaqdadır. Mərkəzi Bank belə bir əminlik var ki: “Təhlillər göstərir ki, inflyasiya əvvəlki ayda pik həddə çatıb (15,6%) və ola bilsin ki, azalacaq. 2023-cü ildə birrəqəmli inflyasiya proqnozuna baxmayaraq, inflyasiya mühitinin qeyri-müəyyənliyi yüksək olaraq qalır”.

İqtisadçının fikrincə, Mərkəzi Bankın bəyanatı bütövlükdə ölkə iqtisadiyyatını pərdə arxasında qoyaraq apardığı siyasətdən irəli gəlir: “İqtisadi reallıqlar xarici və daxili siyasətlə sıx bağlıdır. Bizdə bu, Türkiyə ilə yaxınlaşma üçün güclü vektordur. Deməli, istehlak bazarında da zaman-zaman oxşar reallıqlar yaranır. Məsələn, Türkiyədə olduğu kimi bizdə də ət bahalaşır”.

“Yeri gəlmişkən, orada süd məhsulları 3 dəfə bahalaşıb və yerli bazar da eyni yolla gedib. Qarşıdan gələn il piştaxtaların ət və süd çeşidi xüsusilə kəskin bahalaşacaq. Kərə yağının qiyməti də qalxacaq və bu prosesdə bazarın inhisarlaşmasının rolu heç də sonuncu deyil”, - deyə həmsöhbətimiz bildirib.

Qardaş ölkədə ətin və südün bahalaşmasına səbəb lirənin ucuzlaşmasıdır. Bu səbəbdən baytarlıq dərmanları və yemlər bahalaşıb. Nəticə yerli fermerlərin məhsulunda kəskin qiymət artımıdır. Amma bütün bunlar bizdə yoxdur və buna baxmayaraq qiymətlər, demək olar ki, birləşərək qalxır.

Yerli mətbuat xəbər verir ki, hazırda paytaxt rayonlarının bəzi yerlərində dana ətinin kiloqramı 14-16 manata satılır, quzu ətinin qiyməti isə 19-20 manatadək bahalaşıb. Satıcılar bahalaşmanın səbəbi kimi bayram günlərində tələbatın artmasını göstərib və qiymət artımının müvəqqəti olduğunu bildiriblər. Onların fikrincə, bu həftədən ətin qiyməti yenidən ucuzlaşacaq. Lakin ötən illərin qiymətqoyma praktikasını nəzərə alsaq, daha çox əminliklə deyə bilərik ki, bahalaşmadan sonra məhsul bir daha ucuzlaşmayacaq.

Müəllif: Emma Rzayeva
 
Ardını oxu...
Azərbaycanda kələmin bir kilosu 14 qəpiyə satılır.

Bunu Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov deyib. Onun sözlərinə görə, kələm biznesində çəkilən xərəc borcunu ödəmir:

“Sahədə 8 qadın çalışır, onların hərəsinə gündəlik 18 manat veririk. Bir qazel kələmdən 360-370 manat pul gəlir. Bizə isə ordan 120 manat pul qalır. Gün ərzində 4 qazel kələm satılır. Biz kələmi ucuz qiymətə satmağa məcburuq. Həm sahə təmizlənir, həm də buradan evinə çörək pulu aparan insanlar var. Qoyduğumuz xərcin heç 30 %-ni çıxara bilmirik”.

Anar Abbasov deyir ki, Azərbaycanda kələm biznesinə bəzi məmurlar mane olur:

“Biz bir neçə il əvvəl ölkəyə İrandan kələm gətirən məmurlara mane olduq. Hər il işbazlar İrandan ölkəyə kələm gətirib, kilosunu 70-80 qəpiyə satırdı. İndi bu yoxdur, qarşısını aldıq. Həmin məmurlar da acığa düşüb bu il Azərbaycandan kənara kələm çıxarmadılar. Məqsəd mənim kimi kələm əkən fermerləri işindən imtina etdirmək və xaricdən bura kələm gətirib baha satmaqdır”.
 
Ardını oxu...
Türkiyə Ermənistanı hava yolu ilə birbaşa yükdaşımalar üçün məhdudiyyəti aradan qaldırması barədə məlumatlandırıb.

Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Vaan Unanyan deyib.

O, hava yolu ilə yükdaşımaların bərpasının iyulda iki ölkənin xüsusi nümayəndələrinin görüşündə əldə olunmuş razılaşmalardan biri olduğunu xatırladıb.

“Biz, üçüncü ölkə vətəndaşlarının iki ölkənin quru sərhədlərini keçməklə bağlı razılaşmanın da yaxın zamanlarda icra olunacağını gözləyirik”, – deyə Ermənistanın XİN rəsmisi bildirib.
 
 
 
Ardını oxu...
"Bir insan il ərzində 78 kq ət yeməlidir, Azərbaycan isə adambaşına 35 kq ət istehsal edilir, qalanı xaricdən gətirilir. Əhalinin alıcılıq qabiliyyəti çox aşağıdır. İşsiz adam ət ala bilmir. Ölkədə ətin qiyməti çox bahadır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, məmurlar Ukraynadan, Rusiyadan, Gürcüstandan diri mal gətirirlər:

"Bundan əlavə ölkədə bu biznes oliqarxların əlindədir, bu qiymətdən onlar məmnundur. Xalqın bəzi təbəqəsinin ət ala bilməməsi onları maraqlandırmır. Ölkədə adam başına 35 kq ət yeyilir. Bir məmurun saxladığı it il ərzində 10-12 azərbaycanlı qədər ət yeyir. 20 manata olan əti kasıb necə yesin? Brolyer ətinin qiyməti Türkiyə ilə müqayisədə iki dəfə bahadır".

Vahid Məhərrəmov bir müddət əvvəl ətin qiymətinin bahalaşması ilə bağlı açıqlama verdiyini vurğulayıb:

"Bunun da səbəbləri var, 400 min hektara yaxın örüş ərazisini əkin sahələrinə verilib. Həmin əraziləri oliqarxlar mənimsədilər. Ölkədə ot istehsalı kəskin şəkildə aşağı düşüb, yem istehsalı azalıb. Bundan əlavə, yemin qiyməti bahadır. Ölkədə ən azı 2 milyon 500 min ton yem istehsal olunmalıdır, amma cəmi 100 min ton istehsal edilir. Eyni zamanda, xaricdən gətirilən yem komponentlərinin qiyməti bahadır. Bütün bunlar ətin qiymətinə təsir edir. Türkiyədə ətin qiyməti Azərbaycanla müqayisədə 30% ucuzlaşıb. Bizdə isə məmurlar bu sahəni inhisara alıblar”.
 
Ardını oxu...
Rusiyada 2022-ci ilin yanvar-noyabr aylarında araq satışı ötən ilin analoji dövrü ilə müqayisədə 6% artıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.

Məlumata görə, bu ilin 11 ayı ərzində Rusiyada 68.8 milyon dekalitr araq satılıb. Ötən il bu rəqəm 64.9 milyon dekalitr idi.

Federal və Regional Alkoqol Bazarlarını Araşdırma Mərkəzinin rəhbəri Vadim Drobizin sözlərinə görə, 11 ayda 6% əhəmiyyətli artımdır, adətən bu spirtli içkinin satışı o qədər də dinamik şəkildə artmır.

Drobiza artıma təsir edən amillər arasında Avropaya uçuşların məhdudlaşdırılmasını qeyd edib.
 
Ardını oxu...
Xəbəral.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının vaxtı ilə “Yelo Bank” haqqında təshih tədbirləri barədə məktub göndərdiyini xatırladaraq orada bir sıra qanunsuzluqlarla bağlı məsələlərin əks olunduğunu qeyd edib. “Palatanın fəaliyyətinə xitam verilərkən yəqin ki, rəhbərlik başının üstünü alan problemlərin həll olunduğunu düşünüb sevinib. Amma sevinmək hələ tezdir. Şübhəsiz ki, böhran içində çabalayan bank sektoruna daha bir problemin əlavə olunmasına imkan verilməyəcək. Elə “Yelo Bank”-ın səhmdarları da buna hazır deyil. Yəqin ki, ciddi tədbir görüləcək”

Nəzərinizə çatdıraq ki, “Yelo Bank” vətəndaşlara qarşı öz qəddarlığı ilə seçilir.

Belə ki, bu yaxınlarda Bir ayağını birinci Qarabağ müharibəsi zamanı itirib. Bankdan pul götürüb qızına toy edib, sonra dollar kəskin bahalaşıb, ardıyca müharibə, pandemiya. Banka bir xeyli borcu yaranıb.

İş məhkəməyə gedib, qərara alınıb ki, hər ay 200 manat ödənsin, ödəyir də. Bank razılaşmır, vətəndaşı məcbur edir, evini satsın. Qarabağ qazisi çıılmaz durumdadır.

Xəbəral.az – ın məlumatına görə, “Yelo Bank” 2022- ci ili 39 milyon 748 min manat xalis zərər ilə başa vurmuşdu.

Məhz buna görədə yaxın aylarda “Yelo Bank”ın bağlanacağı gözlənilir. Bankdan nə vətəndaşlar, nədə ki, aidiyyatı qurumlar razıdır.

Qeyd edək ki, “Yelo Bank”ın əsas səhmdarları Rusiyanın “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərovdur. Ona məxsus “Topaz Investments” QSC bankın 95.68 faizinə, fiziki şəxslər 4.22 faizinə, “İSR Holdinq” isə 0.10 faizinə sahibdir.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.
 

Dünyapress TV

Xəbər lenti