Ardını oxu...
Taksi sürücüsü: “Ehtimal edirəm ki, köhnə yolu təmirsiz saxlayacaqlar ki, camaat məcbur olub pullu yolla getsin”

“Çox güman yeni yoldan pullu adamlar, böyük TIR-lar istifadə edəcəklər, amma rayona gedib-gələn adamlar istifadə edə bilməyəcəklər”.

Bakı-Quba-Bakı marşrutu üzrə müntəzəm taksi fəaliyyəti göstərən Elmar Zülfüqarovun bahalığından şikayətləndiyi yol yenicə istifadəyə verilmiş Bakı-Quba-Rusiya Federasiyası istiqamətində ödənişli yeni avtomobil magistralıdır.

Oktyabrın 20-də sözügedən yolun açılışında ölkə başçısı İlham Əliyev də iştirak edib.

Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, ümumi uzunluğu 150 kilometr olan yolun 129 kilometrlik hissəsi ödənişli olacaq.

Oktyabrın 17-də Tarif Şurası yoldan istifadə qiymətlərini açıqlayıb. Bildirilib ki, yoldan istifadə edən minik avtomobilləri bütün yol üçün 12, avtobuslar 10, yük maşınları isə 15 manatlarından keçməli olacaqlar. Qoşqulu nəqliyyat vasitələri və TIR-lar isə ümumilikdə 25 manat ödəyəcəklər.

“Qiymətlər o qədər bahadır ki, yeni yoldan heç kim istifadə etmir”

Elmar Zülfüqarovun Abzas Media-ya dediyinə görə, qiymətlər o qədər bahadır ki, yeni yoldan heç kim istifadə etmir, çox güman etməyəcək də.

“Mən taksi sürücüsüyəm, o yoldan istifadə etsəm, hər gün minimum 10 manat o tərəfə, 10 manat bu tərəfə verməliyəm. Bu, mənə sərf etmir. Orta və kiçik təbəqə üçün tam olaraq əlverişsizdir, qiymət çox bahadır.

Rayonlarda işsizliklə bağlı vəziyyəti bilirsiniz. Rayondan Bakıya gedənlərin 90 faizi ya Bakıda təhsil alan uşağının yanına, ya həkimə, ya da hansısa sənəd arxasınca gedir. Gedib-gəlməyə yanacaq minimum 30 manat, 20 manat da yol üçün pul tutur. Görün nə qədər edir? Amma 2-3 manat olsaydı, hamı o yol ilə gedərdi ki, təzə yoldur və rahatdır”, – deyə o, bildirir.

Ölkə başçısı 2018-ci ilin fevralında yolun tikintisinə 150 milyon manat, həmin ilin iyulunda isə əlavə 7.1 milyon manat ayırıb. Tikinti dövründə yola ayrılan digər vəsaitlərlə bağlı açıq mənbələrdə məlumat yoxdur.

Ancaq bu yol qeyd olunan istiqamət üzrə yeganə yol deyil. 2008-ci ildə tikintisinə başlanılan ilk yol dövlətə ümumilikdə 545 milyon 287 min 800 manata başa gəlib. Bir neçə il sonra isə yol dağılıb və sonradan yolun təmirinə dəfələrlə vəsait ayrılıb.

“Taksi və avtobuslar yeni yoldan istifadə etsə, yol pulu da artacaq”

Taksi sürücüsü deyir ki, köhnə yolun müəyyən hissəsində təmir işləri aparılıb, amma hələ çox hissəsində problem qalır:

“Köhnə yolu ona görə tam təmir edib bitirmirlər ki, camaat təzə yolla gedib-gəlsin”.

E.Zülfüqarov onu da bildirir ki, əgər yeni yoldan istifadə edilsə, bu, sərnişindaşıma qiymətlərinə də təsir edəcək. Hərçənd nə taksi, nə də avtobus sürücülərinin bu yoldan istifadə edəcəyinə inanmır:

“Hansı avtobus sürücüsünə sərf edəcək ki, bir istiqamətə əlavə o qədər pul verib, gedib-gəlsin? Çox güman onlar da köhnə yoldan istifadə edəcəklər. Camaat nə qədər məcbur olsa da, 90 faiz köhnə yoldan istifadə edəcək. Məsələn, mən köhnə yolla gedib-gələcəm”, – deyə o, bildirib.

“Yeni yola çəkilən xərc iqtisadi baxımdan israfdır”

İqtisadçı ekspert Elçin Rəşid deyir ki, bu yolun əlavə heç bir funksiyası yoxdur, əvvəlki yolun funksiyasını həyata keçirir.

Onun sözlərinə görə, yol əlavə imkanlar yaratmadığına görə, heç bir iqtisadi faydası da yoxdur.

“Bu yolun yerinə, yolu olmayan başqa hardasa yol çəkmək olardı, ayrılan vəsait başqa bir istiqamətə xərclənə bilərdi. Hesab edin ki, o yola çəkilən xərc iqtisadi baxımdan israfdır. Xərclər də təkcə ayrılan vəsaitdən ibarət deyil. Gələcəkdə yolun mütəmadi texniki qulluq və təmir xərcləri olur. Təbii ki, o xərclər də israfdır.

Bununla bərabər, əvvəlki praktikanı nəzərə alsaq, ehtimal var ki, əvvəlki yola ögey münasibət olacaq, yol nəzarətsiz qalacaq. Dağılanda vaxtlı-vaxtında təmir olunmayacaq, lazım gəlsə, adamlara deyəcəklər ki, pulunu ver, digər yol ilə get.

Başqa bir məsələ də odur ki, ölkənin bir rayonuna ödənişli yolun olub, digər rayonlarına olmaması ədalətli deyil, çünki vergi ödəyiciləri hər yerdə var”, – deyə o, bildirib.

“Dünya təcrübəsində əsasən transit yollar ödənişli olur”

İqtisadçı deyir ki, dünyada ödənişli yol təcrübəsi var. Bu ödənişli yollar əsasən tranzit yolları üzərində olur.

“Məsələn, deyək ki, Fransa İspaniya-İtaliya-Almaniya-Britaniya arasında tranzit yolları üzərində yerləşib. Fransa yollarını ən azı öz vətəndaşları qədər digər ölkələrin vətəndaşları da istifadə edir. Ölkə sırf o xarici vətəndaşlardan əlavə gəlir əldə etmək üçün ödənişli yol edə bilər. Amma Azərbaycandakı məsələdə pulu ödəyənlər öz vətəndaşlarımızdı.

Ödənişli yolun bir modeli də var ki, ərazidə yola ehtiyac var, amma büdcədə yol çəkməyə pul yoxdur. Bu zaman dövlət özəl şirkəti dəvət edir, onlar da gəlib investisiya qoyub yolu tikirlər və sonra müqavilədə göstərilən müddət ərzində yolu pullu istismar edib, çəkdikləri xərci götürürlər. Sonra da yolu dövlətə təhvil verirlər və pulsuz olur”, – deyə o, bildirib.

“Yolda yeraltı-yerüstü keçidlər çox məhduddur, piyadalara çətinlik yaradır”

Elçin Rəşid deyir ki, yeni yolun bütün xərclərdən əlavə, o əhaliyə də yaratdığı çətinliklər var. Onun sözlərinə görə, yolda yeraltı-yerüstü keçidlər çox məhduddur, piyadalara çətinlik yaradır:

“Kənd təsərrüfatı sahələrini ikiyə bölür və bu da fermerlərin xərclərini daha da artırır, çünki ikiyə bölünmüş sahəyə qulluq etmək daha çətindir. Ümumilikdə, məktəb, səhiyyə və s. məsələlərdə əlavə çətinliklər yaranır.

Bütün bunların səbəbi Rəqəmsal İnkişaf və Maliyyə Nazirliyinin işi bilməməsi, İqtisadiyyat Nazirliyinin investitsiya layihələrində səriştəsini get-gedə itirməsidir. Maliyyə Nazirliyi də müdaxilə edib yola ehtiyac olmadığını bildirə bilərdi, amma etməyib”, – deyə o, əlavə edib.

İqtisadiyyat Nazirliyi dövlət investisiyalı layihələrin səmərəsiz olması ilə bağlı iddialara cavab verməyib.

Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyi (AAYDA) ilə gün ərzində əlaqə yaratmağa çalışsaq da, mümkün olmayıb.
Ardını oxu...
Rusiyanın “Qazprom” dövlət konserni Çin və Macarıstana əlavə həcmdə qaz tədarük edəcək”.

Bunu “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller bəyan edib.

Onun sözlərinə görə, 2023-cü ildə Çinə əlavə qaz tədarükünün ümumi həcmi 600 milyon, Macarıstana isə 1,3 milyard kubmetr çatdırılması nəzərdə tutulur.

O xatırladıb ki, 2023-cü il üçün Çinə qaz nəqlinin planlaşdırılan həcmi 22 milyard kubmetr təşkil edir, tədarüklər “Sibirin gücü” qaz kəməri ilə həyata keçirilir.

“Qazprom” rəhbəri bildirib ki, konsern qarşıdakı qışda Macarıstana da əlavə həcmdə qaz tədarük edəcək.
 

Ardını oxu...
 

İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub.

Səbəb məhsuldan götürülən nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm - halqavari bakterial çürümə xəstəliyi və kartofun qonur çürümə bakteriyasının aşkarlanmasıdır.

Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında yoxlanılıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.

Alıcılar isə daha çox yerli məhsullara üstünlük verdiklərini deyirlər:

Ekspertlər hesab edir ki, İrandan Azərbaycan bazarına gətirilən kartofun digər xarici ölkələrə müqayisədə bazar payı azdır. Kartof bazarındakı qiymətlərdə isə kəskin bahalaşma gözlənilmir.

Xəzər TV-nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
“Bir bankın bağlanması daşınmaz əmlak bazarında ciddi qiymət artımına səbəb olmur”.
Bunu Valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bağlanan bankların ölkənin daşınmaz əmlak bazarına təsirləri haqqında danışarkən deyib.
Elnur Fərzəliyev deyib ki, ölkədə bir bankın bağlanması ilk dəfə deyil, dəfələrlə müxtəlif bankların lisenziyası ləğv olunub və bağlanıb:
“Azərbaycanla digər ölkələri müqayisə etsək, banklara ən etibarsız yanaşan ölkəyik. Bu baxımdan daşınmaz əmlak bazarı nəinki bank sektoru, hətta digər sahələr içində ən etibarlısıdır. Bunun da bir çox səbəbləri var. Çünki daşınmaz əmlak bazarında cüzi olsa da, hər ay artımlar baş verir. Bir əmlak alan şəxs onu yaşamaq üçün deyil, kapital üçün alırsa, kirayə verir və gəlir götürür. Həmin əmlakı bir müddət sonra satanda yenə qazancla çıxır”.
Ekspertin sözlərinə görə, Azərbaycanda alıcılar müxtəlif kateqoriyalara bölünür:
“İlk mənzilini alanlar daha çox mənzil kreditinə müraciət edənlərdir. Əvvəlki illərdə nağd alıcılar daha çox idi, indi isə kreditlə mənzil alanların sayı çoxalıb. 2022-ci ildə çıxarışla satılan mənzillərin təxminən 60-65 faizi kreditli vasitələrlə – ipoteka, bank daxili və yaxud digər kredit növləri ilə satılıb.
Bəzi şəxslər bu evləri yatırım üçün alırlar. Onlar əlavə kapitallarını daşınmaz əmlaka yatırırlar. Təxminən 20 ilin statistikasına baxsaq, 2003-2023-cü illərdə bəzi ərazilərdə evlərin qiyməti 10, 15, 20 dəfəyə qədər artıb. Məsələn, təxminən 2033-cü ildə Elmlər Akademiyası metrosunun qarşısında bir otaqlı “Xuruşovka” layihəli mənzilin qiyməti 4000-5000 manat arasında dəyişirdi. Hazırda həmin ərazidə bir otaqlı “Xuruşovka” orta hesabla 100 min manatdır. Qiymətlərdə illər ərzində bu qədər artım baş verib.
Ancaq 20 il ərzində heç bir bank vətəndaşa bu qədər gəlir gətirə bilməzdi. Hətta həmin mənzili aldığın gündən 300-400 manata kirayə verirsənsə, daha çox qazanmış olursan”.
Həmsöhbətimizin fikrincə, bu bazarda qiymətlərin artmasının səbəblərdən biri etibarlı sahə kimi marağın çox olmasıdır:
“Təəssüflər olsun ki, Azərbaycanda əmlak sektoru Bakı, Sumqayıt, Xırdalan, Gəncə və digər böyük şəhərlərdə inkişaf edib. Bölgələrdə isə vəziyyət ürəkaçan deyil. Bəzi ucqar kəndlər var ki, vətəndaşlar öz evlərini yüksək qiymətə sata bilmirlər. Bakı həm də regionda ən böyük şəhərlərdən biri olduğuna görə bura axın çoxdur. Bağlanan banklardan pulunu çıxaran vətəndaş vəsaitini başqa banka yox, daşınmaz əmlaka yatırır. Ona görə də bazarda alıcı kütləsi artır. Bir bankın bağlanması ölkədə ciddi qiymət artımına gətirib çıxartmır. Alıcıların sayını arıtırır. Bəzi ekonom mənzillərdə isə qısa vaxta tələb artanda qiymətlərə cüzi təsir edə bilir. Amma kütləvi hal almır. Qiymətlər hazırda həddindən çox artıb, ona görə də nağd qiymətə mənzil almaq hər kəs üçün əlçatan deyil”.
Qeyd edək ki, ötən gün mərkəzi bank “Muğan Bank”ın lisenziyasını ləğv edib. Bundan əvvəl isə ölkədə daha bir bank – “Günay Bank”ın lisenziyası ləğv olunmuşdu.
 
Ardını oxu...
Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən 30 iyul 2007-ci il tarixdə Fonda üzv olan “Muğan Bank” ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 20 oktyabr 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:
Ardını oxu...
Reyestrə daxil olma tarixi Bankın adı
1 30.07.07 ASC "XALQ" Bankı
2 30.07.07 "Azərbaycan Beynəlxalq Bankı"ASC
3 30.07.07 “ACCESSBANK” QSC
4 30.07.07 Melli İran Bankı Bakı filialı
5 30.07.07 "Azər-Türk Bank" ASC
6 30.07.07 "Bank of Baku" ASC
7 30.07.07 "Bank Respublika" ASC
8 30.07.07 "Kapital Bank" ASC
9 30.07.07 "YELO BANK" ASC
10 30.07.07 "Rabitəbank" ASC
11 30.07.07 "TURANBANK" ASC
12 30.07.07 "UNİBANK" KB ASC
13 30.07.07 Yapı Kredi Bank Azərbaycan QSC
14 07.08.07 "Expressbank"ASC
15 10.09.07 "Azərbaycan Sənaye Bankı" ASC
16 04.12.07 "Bank Avrasiya" ASC
17 04.12.07 "Paşa Bank" ASC
18 29.08.08 "Naxçıvanbank" ASC
19 16.01.09 "AFB BANK"ASC
20 26.02.09 BANK VTB (AZƏRBAYCAN) ASC
21 28.04.09 PREMIUM BANK ASC
22 15.04.10 Bank "BTB" ASC
23 15.05.15 "Ziraat Bank Azərbaycan" ASC
 
 
 
Ardını oxu...
“Tesla” və “SpaceX”in, həmçinin “X” sosial şəbəkəsinin sahibi İlon Mask bir gündə 16,1 milyard dollar itirib.

Bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.

Məlumata görə, Maskın sərvətinin “Tesla”nın üçüncü rübdə zəif maliyyə göstəriciləri fonunda azaldığı aydınlaşdırılır. Şirkətin səhmləri rüblük hesabatın dərcindən sonra aşağı mənfəət və satışlar səbəbindən 9,3% ucuzlaşıb.
“Bloomberg” qeyd edir ki, maliyyə itkilərinə baxmayaraq, Maskın sərvəti 2023-cü ildə 72,6 milyard dollar artıb və hazırda 210 milyard dollar dəyərindədir və o, dünyanın ən varlı adamı olaraq qalır.
Mask reytinqdə ikinci yeri tutan fransalı milyarder, LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun sahibi Bernard Arnaultdan 55 milyard dollar varlıdır.
 
Ardını oxu...
Mühüm bir hadisə, ABŞ-ın Sosialist rejimi ilə Venesuela müxalifəti arasında əldə edilən razılaşmadan sonra Nikolas Maduro hökumətinə qarşı sanksiyaları qismən zəiflətmək qərarına gəlməsi idi. Saziş qarşıdan gələn il daha açıq prezident seçkilərinin keçirilməsi üçün yol xəritəsini təsvir edir.

Bayden Administrasiyasının Dövlət Departamenti və Maliyyə Nazirliyi tərəfindən birgə elan edilmiş qərarı Venesuelanın neft-qaz sektoru ilə bağlı əməliyyatlara icazə verən altı ay müddətinə Baş lisenziyanın verilməsinə səbəb olur. Bundan əlavə, əvvəllər qara bazarda iştirakına görə sanksiyalara məruz qalan dövlət qızıl mədən müəssisəsi Minerven üçün ikinci bir ümumi lisenziya verildi.

Bundan əlavə, ABŞ administrasiyası Venesuelanın xüsusi suveren istiqrazlarının, habelə Dövlət Neft Şirkəti Petroleos de Venezuela (PDVSA) – ya məxsus borc və səhmlərin ticarətinə qoyulan qadağanı ləğv etdi.

Bu addım sərt bir şərtlə müşayiət olunur: Maduro Hökuməti hər hansı bir anda öhdəliklərini yerinə yetirmədiyi təqdirdə ABŞ sanksiyaları yenidən tətbiq etməyə hazırdır. ABŞ noyabrın sonuna qədər Maduro Administrasiyasından ciddi tədbirlər gözləyir. Bu hərəkətlərə qarşıdakı seçkilərdə iştirak etmək qərarına gələn bütün müxalifət namizədlərinə sanksiya tətbiq etmək və ölkədə tutulan ABŞ vətəndaşları da daxil olmaqla bütün Venesuela siyasi məhbuslarının sərbəst buraxılmasına başlamaq daxildir.

Dövlət katibi Entoni Blinken bu məqamı vurğulayaraq dedi: “bu sazişin şərtlərinə əməl olunmaması ABŞ-ın atdığımız addımları geri qaytarmasına səbəb olacaq. Amerika Birləşmiş Ştatları Venesuela xalqını və demokratik bir gələcək istəyən aktyorları dəstəkləyir.”

Maliyyə Nazirliyi bəyanatında bu tədbirlərin vicdansız oyunçuları Venesuela rejimi üçün cüzi maliyyə faydaları ilə bazardan kənarlaşdıracağına dair qiymətləndirməsini vurğuladı.

Dövlət Departamentinin nümayəndələri Venesuelaya qarşı digər sanksiyaların və məhdudiyyətlərin qüvvədə qaldığını və Maduro və onun nümayəndələrinin öhdəliklərini yerinə yetirmədikləri təqdirdə təklif olunan rahatlamaların dəyişdirilə və ya ləğv edilə biləcəyini vurğuladılar.

Bu bəyanat Maduro rejimi və müxalifət nümayəndələrinin imzaladığı iki ayrı razılaşmanı izlədi. Barbadosda imzalanan bu müqavilələr Avropa Birliyi və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla beynəlxalq müşahidəçilərin nəzarəti altında keçiriləcək prezident seçkilərinə zəmin yaratdı.

Razılaşmalar müxalifətin çoxdan axtardığı Seçki islahatlarını, o cümlədən yüz minlərlə ölü və mövcud olmayan seçiciləri ehtiva etdiyi şübhələnilən seçici reyestrinin auditini məcbur edir. Bu islahatlar ölkə xaricində yaşayan Venesuela seçicilərinə də təsir edəcək.

Razılaşma müxalifətin öz namizədlərini seçmək hüququnu tanısa da, bəzi müxalifət liderlərinə qarşı mövcud qadağanı açıq şəkildə ləğv etmir. Bu, Maria Corina Machado kimi əsas müxalifət fiqurlarının qarşıdakı prezident seçkilərində Maduro ilə rəqabət etməsinə icazə veriləcəyi ilə bağlı suallar doğurdu.

Administrasiya rəsmiləri bütün namizədlərin namizəd olmaq azadlığına sahib olacağını və lazımi təhlükəsizlik qorunmasını alacağını gözlədiklərini bildirdilər. Venesuelalılar üçün demokratik seçim təmin etməyin vacibliyini vurğulayırlar.

Bundan əlavə, Bayden Administrasiyası Maduronun Karakas hökuməti tərəfindən haqsız olaraq tutulduğuna inandıqları Venesuelada həbsdə olan amerikalı məhbusları azad edəcəyinə ümid etdiyini bildirdi.

Baş verən hadisələr Venesuelada demokratik prosesləri təşviq etmək üçün davam edən səylərdə əhəmiyyətli bir addımdır və ölkənin siyasi mənzərəsindəki potensial dəyişikliklərə işarə edir.(Turan)
 
 
 
Ardını oxu...
Ağsu Şəhər İcra Hakimiyyəti şəhərin daxili avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “ATF” MMC seçilib. Yolların təmiri icra hakimiyyətinə 493 221,97 AZN-ə başa gələcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “ATF” MMC 23 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Çayarxı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Muradov Təbriz Əzim oğludur.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
“ATF” MMC Azad, Təbriz və Fəxrəddin Muradov qardaşlarına məxsusdur. Şirkətin adı onların baş adlarının baş hərflərinin birləşməsidir.

Fəxrədin Muradov 2018-ci ildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Fəxrəddin Muradova Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 247-ci (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrlə ittiham irəli sürülüb. Bu işlə bağlı araşdırmalar zamanı məlum olub ki, “ATF” şirkəti dövlətə 361 000 manat ziyan vurub.

Mediada gedən məlumatlara görə, Fəxrəddin Muradov bu cinayət işi çərçivəsində həbs olunsa da, sonradan azadlığa buraxılıb.

“ATF” MMC tender kralı kimi tanınır. Əsasən Şirvan zonasında yerləşən rayon və şəhərlərin yerli qurumlarının keçirdikləri tenderlərin qalibi olur. Şirkət təkcə 2023-cü ildə 1 787 113, 74 manatlıq 4 tenderin qalibi seçilib. Ağsu Rayon İcra Hakimiyyətinin tenderi də bura daxildir. Digər 3 tenderi isə Oğuz, Göyçay və Beyləqan rayon icra hakimiyyətləri keçirib.

“ATF” MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbəri Saleh Məmmədova bağlılığı barədə iddialar var. Yol çəkilişlərinə “ATF” MMC-yə məxsus texnikanın cəlb edilməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır.

Ağsu Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovdur. O, 2021-ci ildən bu vəzifədədir. Rövşən Bağırov Ağsudan əvvəl Lerik rayonuna rəhbərlik edib.
 
Ardını oxu...
“Muğan Bank”ın birdən-birə bağlanması hesabatlılıqda problemlərin yaşandığından xəbər verir”.

Teref.az bildirir ki, bu fikirləri “Muğan Bank”ın qəfil bağlanması fonunda ölkənin bank sektorunda yaranmış mövcud olan vəziyyəti dəyərləndirən iqtisadçı Rəşad Həsənov Yenicag.az-a açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, sözügedən bankla əlaqədar hesabatlılıqda çox ciddi problemlər olub və nəzarət-monitorinq tədbirləri nəticəsində başqa ciddi nöqsanlar üzə çıxarılıb:

“Bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Mərkəzi Bankın sədri ölkənin əsas maliyyə qurumunun rəhbəri kimi, ümumilikdə dürüst olmaqla yanaşı, cəmiyyətə pozitiv mesajlar verməlidir. Bank böhranlarının özünəməxsus xüsusiyyətlərindən biri də bu sahədə gözlənilməz “patrtlayış”ın baş verməsidir. Bu da əsasən, informasiya ilə əlaqəli məsələdir.

Yəni müştərilər birdən-birə hər hansı bir narahatedici mesajlar aldıqları təqdirdə, banklardan əmanətlərini kütləvi şəkildə geri çəkmək istəyirlər. O bankllar öz öhdəliklərini yerinə yetirə bilmirlər və defolt riski yaranır. Bütövlükdə bu sseneari fonunda Mərkəzi Bank sədrinin əhalidə təşviş yaratmamaq üçün narahatedici ifadələrdən çəkinməsi anlaşılandır.

Məsələnin ikinci tərəfinə gəlincə, mən düşünmürəm ki, bankın bağlanması ilə bağlı qərar anidən ortaya atılıb. Adıçəkilən bankın bu sektorda çəkisi o qədər də böyük deyildi. Ümumiyyətlə, aktivlər, depozit strukturunda pay və sair göstəricilərə baxdıqda, onlar 1-2 faiz arasında dəyişir. Çox güman ki, Mərkəzi Bank sədri açıqlama verərkən bu göstəriciləri nəzərə alaraq belə bir mövqe sərgiləyib.

Başqa narahatedici məqam bank sektorunda hesabatlılıq məsələsidir. Xatırlasaq, 2020-ci ildə 4 bank fəaliyyətini dayandırdı və o barədə bu məzmunda açıqlama verildi ki, müvafiq hesabatlarda həmin bankların məcmu-kapital tələbini yerinə yetirdikləri göstərilsə də, monitorinq qiymətləndirilməsi bunun tam əksini ortaya çıxardı. Bütün bunlar da bankların hesabatlarında yer alan məlumatlara skeptik yanaşma zərurəti doğurdu.

Ötən gün “Muğan Bank” tərəfindən verilən açıqlamada yer alan məlumatlar təkzib edildi. Yəni göründüyü qədər, hesabatlılıqda çox ciddi problem var və nəzarət-monitorinq tədbirləri nəticəsində ciddi nöqsanlar üzə çıxarılıb. “Muğan Bank” ictimai reytinqi aşağı olan banklar sırasında olduğundan, orada çox riskli kreditləşmə, korporativ idarəetmədə ciddi səhvlər kimi mənfi məqamlar var idi. Lakin bankın birdən-birə bağlanması hesabatlılıqda problemlərin yaşandığından xəbər verir”.
 
Ardını oxu...
Son bir ildə Azərbaycanda ən çox bahalaşan ərzaq məhsullarından mal, qoyun əti və çaydır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb. Bahalaşma üzrə ikinci yerdə çaydır. Göstərilən dövr ərzində onun qiyməti 15 faiz artıb.

Azərbaycanda hazırda ümumilikdə 1 min 63 hektar çay plantasiyası var. Ən çox çay sahələri Lənkəran, Astara və Masallı rayonlarındadır.

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 6 min 508 ton çay istehsal edilib. DSK habelə bildirilir ki, həmin aylarda çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə isə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 3 milyon 417 min dollar dəyərində 379 ton çay satıb. Ötən ilin eyni dövründə Azərbaycan 7 milyon 587 min dollar dəyərində 1 min 263 ton çay ixrac edib. Bu da o deməkdir ki, 2022-ci illə müqayisədə ixrac məbləğ baxımından 2.2 dəfə (4 milyon 170 min dollar), həcm baxımından isə 3.3 dəfə (884 ton) azalıb.

İdxala gəlincə, Azərbaycan bu ilin yanvar-iyul aylarında 38.2 milyon dollar dəyərində 7.2 min ton çay idxal edib. Həmin dövr ərzində ölkənin çay idxalı xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4.1 milyon dollar azalıb. Çay idxalının həcmi isə 14.3 faiz aşağı düşüb.

Kənd Təsərrüfatı Nazirliyindən, əksinə, Turana deyilib ki, Azərbaycanda çayçılığın inkişafına dair 2018–2027-ci il Dövlət Proqramına uyğun olaraq son illərdə çay plantasiyalarının sahəsi və məhsuldarlıq artıb: “Hər hektara düşən məhsuldarlıq artıb. Bu, 16 sentnerdən artıqdır”.

Qeyd olunub ki, Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3 min hektara, yaşıl çay yarpağı yığımının 8.5 min tona çatdırılması nəzərdə tutulur.

Hərçənd, kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, Azərbaycan özünün tələbatı həcmində çay istehsal etmir: “Bizdə ildə 20 min tona yaxın çay lazımdır. Son aylarda ölkəyə çayın idxalı azalıb, bu da o deməkdir ki, təklif azdır. Təklif azalırsa, qiymətlər artır. Azərbaycanda da çayda qiymətləri idxal formalaşdırır, çünki istehsal çox cüzidir və ümumi qiymətə heç cür təsir etmir”.

Onun fikrincə, çay idxalı ilə məşğul olanlar idxalın artırmasında maraqlı deyillər: “Çünki qiymət artırmaqla daha çox qazanc əldə edə bilərlər. Xammal xaricdən gətirilir və şirkətlər burada yalnız qablaşdırmaqla məşğuldur. Düzdür, yerli çaydan da istifadə edirlər. Yerli çay istehsalçıları da fikirləşir ki, idxal azalırsa, yerli çayın qiymətini də artırmaq olar və artırırlar da”.

V.Məhərrəmlinin sözlərinə görə, ölkədə çay emalı və satışı ilə məşğul olan şirkətlərin əksəriyyəti eyni adama məxsusdur: “Ona görə də qiymətləri onlar müəyyənləşdirir”.

O, ad çəkmədən əlavə edib ki, çayı istehsal etmək üçün fermerlərə dəstək vermək lazımdır: “Əgər istehsal vasitəsi, məsələn, su yetərincə deyilsə, məhsul xarab olacaq. Diqqət qanun, proqram hazırlaması ilə bağlı deyil. Dövlət proqramını qəbul edirlər, amma su ilə təmi
 

Dünyapress TV

Xəbər lenti