Ardını oxu...
Hökumətin qəfil yadına düşüb ki, ölkədə qiymət artımı təkcə xaricdən qaynaqlanmır, amma...

Bizim piştaxtalarda ətin qiyməti niyə qalxır? Bu məsələ vətəndaşları narahat edir, onlar hazırda quzu və dana ətinin kiloqramını 15-16, bəzi yerlərdə hətta 18-19 manata almaq məcburiyyətində qalırlar. Amma cəmi üç il əvvəl ət 10-11 manata təklif olunurdu. Bu gün yalnız tənbəllər qiymət artımı problemindən danışmır, yerli ekspertlər isə yalnız qiymət artımının səbəblərinə, daha doğrusu, satış zəncirlərində baş verənlərə üzdən keçərək toxunurlar.

Ona görə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) bu strukturun artımın səbəblərini, qeyri-sağlam rəqabət faktlarını, müxtəlif kartellər və qiymət manipulyasiyalarını araşdırmağa hazır olması ilə bağlı son açıqlaması çox məqsədəuyğun idi. Yeri gəlmişkən, ötən ilin yayında bahalaşmanın səbəblərini öyrənmək və qiymət reallıqlarını izləmək üçün hökumətin xüsusi işçi qrupu fəaliyyətə başlamışdı. Ötən ayın ortalarında onun növbəti iclası keçirilib və nəticədə kollegial strukturun rəhbəri məsul qurumlara qiymət izləmə sistemlərinin tətbiqi ilə bağlı göstəriş verib.

Bununla bağlı ən çox AİBNDX-nin adı çəkilir. Dövlət Xidmətinin üzərinə birbaşa vəzifələr - qanunsuzluqları aşkar edərək bazarda nəzarət və operativ yoxlamalar aparmaq tapşırılıb.

Görünür, Rəqabət Məcəlləsinin ictimai müzakirələri fonunda hökumətin yadına düşüb ki, bizdə yüksək qiymətlər təkcə xaricdən gətirilmir, hətta bahalaşmanın daxili səbəbləri də var. Belə ki, rəsmilərin qiymət artımlarının xaricdən qaynaqlanması ilə bağlı adi açıqlamaları da bu cür təfərrüatlarla doludur.

Mətbuat qəfildən antiinhisar tənzimlənməsi, sağlam rəqabət və inhisarların qiymət və keyfiyyətə zərərli təsiri ilə bağlı qeyri-adi mövzularla doldu. Dərhal AİBNDX-nin heyvandarlıqda dəyər zəncirləri ilə bağlı araşdırmasının nəticələri gəldi.

Sadə dillə desək, struktur iri və xırdabuynuzlu mal-qara ətinin istehsalından pərakəndə satışına qədər qiymətləri yoxladı və müəyyən etdi ki, bu fəaliyyət əsasən ailə təsərrüfatlarında və fərdi sahibkarlıq subyektlərində cəmləşib. Beləliklə, ətin qiymətinin davamlı artmasının heç bir əsaslı səbəbi yoxdur və əsas bazar oyunçularının sövdələşmələrinin nəticəsidir.

Bu sahənin demək olar ki, hamısı kiçik təsərrüfatların əlindədir. Dövlət Xidməti kənd təsərrüfatı müəssisələri və az sayda rayon topdansatış məntəqələri əsasında heyvandarlıq məhsullarının satışı və istehsalının zəif səviyyəsini aşkar edib. Qurum əmin edib ki, yalnız bu və bəzi digər hallar istehsal xərclərinin artmasına səbəb olur.

Bu arada Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov ətin bahalaşmasının bir çox səbəblərini sadalayır: örüş sahələrinin azalması, yemin bahalaşması, qiymətləri diktə edən iri müəssisələrin sənayeni ələ keçirməsi. Hüquq müdafiəçisi sənaye istehsalının getdikcə daha çox iri şirkətlər seqmentində cəmləşdiyinə diqqət çəkir. Onun sözlərinə görə, pambıq istehsalının artması otarmaq üçün otlaqların azalmasına, kənd təsərrüfatı heyvanlarının sayının azalmasına səbəb olub.

“Diri mal-qara və ətin alqı-satqısı üçün regional bazarlar vasitəçilər tərəfindən idarə olunur. Onlar olmadan orada nə satmaq, nə də almaq mümkün deyil”, - deyə mütəxəssis bildirir.

Onun sözlərinə görə, belə agentlər qiymətləri təyin edir və mal-qaranı tacirlərə satırlar. Və yuxarıda qeyd etdiyimiz kimi ildən-ilə bahalaşan yem qiymətlərinə, eləcə də icra olunmamış kənd təsərrüfatı kooperasiyası haqqında qanunu da əlavə etsək, kiçik kənd təsərrüfatı istehsalçılarının iri aqrobizneslə rəqabətdə çıxış yolu qalmır.

“Bu gün iri sahibkarlar arasında ətlik maldarlıq inkişaf edir və onlar məhsullarını xarici bazarlara çıxararaq asanlıqla kartel müqavilələri bağlayırlar. Belə bir şəraitdə istehsalın rentabelliyi aşağı düşdüyündən, Azərbaycanda ətin qiyməti isə Avropa qiymətlərindən heç də geri qalmadığından kəndlilərə mal-qara saxlamaq sərfəli deyil”, - deyə Hüseynov vurğulayır.

Müəllif: Emma Rzayeva
Ayna.az
 
Ardını oxu...
Təhlillər göstərir ki, Azərbaycanda daşınmaz əmlak bazarı böyük ölçüdə yeni tikililərdən, yəni ilkin mənzil bazarından asılıdır. Bu həm torpaq bazarına, həm də təkrar mənzil bazarına ciddi təsiri ilə müşahidə olunan və əhəmiyyətli bir prosesdir. Sadə dildə ifadə etsək, təkrar mənzil bazarının mövcud iştirakçıları ilkin mənzil bazarının potensial alıcılarıdır.

Hurriyyet.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, eyni zamanda nəzərə almaq lazımdır ki, 2019-cu ildən indiyə qədər Azərbaycanda tikinti sektorunda aparılan islahatlar və qəbul olunan qərarlar topraq sahələrinin tikintinin ümumi xərc portfelindəki payını əhəmiyyətli dərəcədə artırır.

"Əvvələr bu pay maksimum 3-5% ölçülürdüsə, bəzən bu pay 20-30%, bəzən 50%, hətta daha yuxarı ölçü ilə müşahidə olunur. Bu onu deməyə əsas verir ki, Azərbaycanın daşınmaz əmlak bazarında nə qədər ki, ilkin mənzil bazarı bir alət olaraq, hətta əhəmiyyətli bir alət olaraq dövriyə vəsaitlərindən, rəqabətdən və bu kimi iqtisadi tendensiyalardan kənar olacaq, daha çox mövcud kapitalın yerləşdirilməsi, çirkli pulların yuyulması və s. istiqamətlərdə sahibkarların, investorların şəxsi alətinə çevriləcək, o cümlədən burada qiymət siyasətində daha çox havadan götürülmə qiymətlər əsas olacaq, bu proses belə də davam edəcək və heç vaxt biz azalması müşahidə edə bilməyəcəyik.

Çünki yeni tikililər sahəsində fəaliyyət göstərən sahibkarların əksəriyyətinin kifayət qədər kənar maliyyə resursları mövcuddur, onlar dövriyyə vəsaitlərindən asılı deyillər və ona görə də onlar heç bir halda qiymət azalmasına getmirlər. Onlar qiymət azalmasına getmədikcə, biz daşənmaz əmlak bazarında qiymət azalması müşahidə etməyəcəyik", - deyə o əlavə edib.
 
Ardını oxu...
Gələn ilin dövlət büdcəsinin proqnozlarında neft sektorundan vergi daxilolmalarında iki dəfəyə qədər azalma gözlənilir. Buna görə ümumi vergi daxilolmalarında (2023-cü ilin proqnozundan -7,5 %) geriləmə olacaq.

Teref.az "Report" agentliyinə istinadla xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deyib.

Deputatların iradlarına münasibət bildirən nazir deyib: "Biz maliyə imkanlarımıza real olaraq baxmalıyıq. Cari ildə dövlət büdcəsində dürüstləşdirmə apardıqdan sonra edilən dəyişikliklər nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlarında azalma var. Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq həcmdə azalıb. Yəni iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat etməlidir. Bunun müəyyən səbəbləri var. Biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artıb. Yanvar-fevral aylarında hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Artıq cari ilin iyul ayında biz bu gəlirləri dövlət büdcəsində əks etdirdik. Prezident əlavə gəlirlərimizi işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına və hərbi xərclərimizə yönəltdi. Gəlirlərin azalmasına təsir edən ikinci faktor neft hasilatının azalmasıdır. Biz bunları tam reallıqla dərk etməliyik. Bizim əsas neft yatağımız olan "Azəri-Çıraq-Günəşli"nin neçə illər ərzində istismarı nəticəsində onun ehtiyatları tədricən tükənir. Nəticədə hasilatımız azalır".

S.Şərifov vurğulayıb ki, bu gün dünya enerji bazarlarında olduqca müsbət qiymət konyukturası mövcuddur: "Hətta bu da nəzərə alınmaqla dövlət büdcəsində neftin qiyməti 60 ABŞ dollarına qaldırılıb".

Onun sözlərinə görə, neftin 10 ABŞ dolları bahalaşması dövlət büdcəsinin gəlirlərini təxminən 420 milyon manat artırıb: "Bu, Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini daha da çoxaldıb. Bu gün bizdə neftin qiyməti 60 ABŞ dolları təşkil edir, beynəlxalq təşkilatların proqnozlarında təxminən 80 ABŞ dollarıdır. Söhbət təxminən 850 milyon manat əlavə gəlirdən gedir. Biz növbəti ilin vergi daxilolmalarını qiymətləndirsək, 2 milyard 27 milyon manat neft sektoru üzrə kəsirimiz əmələ gəlir. Lakin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vergi daxilolmaları gələn il cari illə müqayisədə 240 milyon manat çox olacaq".

Nazirin sözlərinə görə, ən əsası dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar əhəmiyyətli dərəcədə artır: "Bu sektordan daxilolmalar 1 milyard manatdan yuxarıdır. Bunları da nəzərə almaqla bizim fərqimiz təxminən 850 milyon manat təşkil edir. Amma bizim qarşımızda proqramlar var və böyük vəzifələr qoyulub. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var. Bu işlərin görülməsi üçün bizim xərclərimiz təxminən cari ilin səviyyəsində saxlanılıb. Yəni cüzi, 170 milyon manat artımdan söhbət gedir. Bunu təmin etmək üçün biz Dövlət Neft Fondundan dövlət büdcəsinə transferti gələn il cari illə müqayisədə 1 milyard manat artırmaq məcburiyyətindəyik. Münbit müsbət qiymət konyukturası bizə imkan verir ki, büdcə qaydalarını pozmayaq, Dövlət Neft Fondunun vəsaitlərinin qalığını da saxlayaq".

Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri strukturunda ARDNF-dən transfertlər 12 milyard 781 milyon manat (2023-cü ilin proqnozundan +8,9 %) səviyyəsində proqnozlaşdırılır.

Gələn il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat (2023-cü ilin proqnozundan +1,2 %), xərcləri – 36 milyard 763 milyon manat (+0,5 %) səviyyəsində proqnozlaşdırılır.
 
Ardını oxu...
Azərbaycanda təhsil müəssisələrində psixoloqlar Nazirlər Kabinetinin qərarına əsasən təyin edilir.

Bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun müzakirəsi zamanı təhsil nazirinin müavini İdris İsayev deyib.

O qeyd edib ki, şagird sayı 1000 nəfər olanda 1 ştat vahidi, 1-3 min arası olanda 2 ştat vahidi, 3 mindən yuxarı şagird sayı olanda isə 3 ştat vahidi müəyyən olunur.

Psixoloqun maaşının müəllimin maaşından az olması məsələsinə gəlincə isə nazir müavini bildirib ki, müəllimlərin əməkhaqqı məsələsi xüsusi sxemlə, psixoloqların əməkhaqqı məsələsi isə vahid tarif cədvəli əsasında ödənilir. Ona görə də fərq olur.

Nazir müavini bildirib ki, növbəti dövrdə fərqin aradan qaldırılması təmin ediləcək.
 
Ardını oxu...
“Bakı Metropoliteni” QSC uzun müddətdir "iki illik hesabatımız audit yoxlamasındadır" deyir

Azərbaycanda bəzi dövlət qurumları və şirkətləri illik maliyyə hesabatlarını ardıcıl olaraq dərc etmirlər.

Qurumların və şirkətlərin rəsmi saytlarına baxdıqda məlum olur ki, “Bakı Metropoliteni” QSC və “Təmiz Şəhər” ASC 2021 və 2022-ci illər üzrə, “Aztelekom” MMC isə 2022-ci il üzrə maliyyə hesabatlarını dərc etməyiblər.

Nazirliklər, agentliklər, komitələr isə ümumiyyətlə maliyyə hesabatlarını yaymırlar. Bu isə şəffaflıqla bağlı şübhələr yaradır.

İqtisadçı Toğrul Vəliyev Abzas Media-ya deyir ki, dövlət qurumları əsasən məcburiyyət hiss edəndə hansısa məlumatları yayımlayırlar, onda da məhdud şəkildə:

“Məsələn, həmişə hesabatlarını paylaşan “Bakı Metropoliteni” QSC artıq hesabatlarını paylaşmır. Demək olar ki, dövlət qurumlarının 99 faizi paylaşmır. Əslində həm maliyyə, həm də fəaliyyət hesabatları dərc edilməlidir” – iqtisadçı əlavə edir.

İqtisadçı Fərid Mehralızadənin fikrincə isə vətəndaşlar da formalaşmasında birbaşa iştirak etdikləri maliyyə vəsaitlərinin necə istifadə edilməsində maraqlı olmalıdırlar. İqtisadçı deyir ki, dövlət qurumları şəffaf, hesabatlı olmağa borcludur:

“Hesabatların gec dərc edilməsi həm jurnalistlərə, həm də tədqiqatçılara problem yaradır. Bu qurumların fəaliyyətinin effektivliyini müəyyənləşdirməyi çətinləşdirir. Əgər bu hesabatlar zamanında açıqlansaydı, analizlər aparılardı və ictimaiyət də məlumatlı olardı ki, bu qurumların iqtisadi fəaliyyəti nə qədər uğurludur, nə qədər yox”.

Məsələ ilə bağlı Təmiz Şəhər” ASC və “Aztelekom” MMC-dən cavab almaq mümkün olmasa da, “Bakı Metropoliteni” QSC iki illik hesabatın dərc edilməməsini audit yoxlaması ilə əsaslandırır:

“Bakı Metropoliteni” QSC-nin 2021,2022-ci illərə dair maliyyə hesabatı audit yoxlamasına verilib” – deyə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirir.

Bəxtiyar Məmmədov deyir ki, auditin nə qədər çəkəcəyini audit təşkilatı özü müəyyən edir:

“Biz onlara göstəriş verə bilmirik axı sənəd nə vaxt hazır olsun. Qanunda qeyd oluna bilər ki, hər il hesabat dərc olunmalıdır, amma qanunda əsas nüanslardan biri də müstəqil audit rəyinin olmasıdır. Biz dövrü olaraq aidiyyatı qurumlara hesabat veririk. Ancaq bunun da qaydası belədir. Orada gizlin bir şey yoxdur, olanda hamı əyani şəkildə görəcək. Hər il olduğu kimi, bu dəfə də hesabat dərc olunanda ictimaiyət nümayəndələri qaranlıq qalan sualları verəcək, cavablandıracağıq” – deyə o, bildirir.

Bəxtiyar Məmmədov hesabatların auditə verilmə tarixini xatırlamadığını bildirir.

Hüquqşünas Əkrəm Həsənov isə deyir ki, audit yoxlamasının bu qədər çəkməsi ağılabatan deyil. Onun sözlərinə görə, audit şirkətləri ilə müqavilə imzalananda yoxlamanın müddətinin nə qədər çəkəcəyi də göstərilir:

“İlin birinci yarısında artıq ötən ilin maliyyə hesabatı dərc olunmalıdır. İndi “Bakı Metropoliteni” QSC nə demək istəyir? Dövlət Neft Şirkətindən də böyükdürlər ki, audit hesabatın üstündə bu qədər baş sındırır? Yox əlbəttə. Əgər bir şirkətin auditdən keçmiş hesabatı gecikirsə, demək auditr orada nələrisə göstərmək istəyir, bunlar onunla razılaşmır”.

Əkrəm Həsənov deyir ki, hüquqi baxımdan nazirliklərin, publik hüquqi şəxslərin hesabat dərc etmək vəzifəsi yoxdur:

“Ancaq bunlar da dövlət satınalmaları ilə bağlı məlumatları dərc etməlidirlər, əsasən etmirlər. Dövlət şirkətləri isə illik auditdən keçmiş hesabatlarını dərc etməlidirlər” – deyə o, bildirir.

Azərbaycan Respublikası “Dövlət Qurumlarında İnformasiya Şəffaflığının Ölçülməsi” Təşəbbüsü 1 yanvar 2023-cü ildən 31 mart 2023-cü ilə qədər apardığı 3 aylıq monitorinqin nəticələrində göstərib ki, dövlət orqanları məlumatların açıq olmasında maraqlı deyillər:

“Büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar, tenderlər, müsabiqələr, dövlət proqramları, illik hesabatlar, dövlət satınalmaları haqqında məlumatlar, habelə, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları, o cümlədən bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, işə qəbulla bağlı komissiyalar haqqında bilgilər əsasən defsit məlumatlar kateqoriyasına aiddir və cüzi formada açıqlanır” – deyə monitorinqdə qeyd olunub.

Hesabatın müəllifləri hüquqşünas Ələsgər Məmmədli və politoloq Nəsimi Məmmədlidir.

Transparency International – Beynəlxalq Şəffaflıq təşkilatı yanvarın 31-də Korrupsiyanı Qavrama İndeksini (Corruption Perception Index-CPI) açıqlayıb. Azərbaycan 23 balla indeksdə Tacikistanla, Türkmənistanla bir sırada yer alıb.

Azərbaycanda dövlət qurumlarının illik maliyyə hesabatlarının dərc edilməsilə bağlı hüquqi məcburiyyət yoxdur. “Publik hüquqi şəxslər haqqında” Qanun 8-ci maddəsində Publik Hüquqi Şəxslərə hesabatların hazırlanması ilə bağlı səlahiyyət versə də, məcburiyyət nəzərdə tutulmur.

Mülki Məcəllənin 99 və 100-cü maddələrinin tələbləri isə dövlət şirkətləri üzərində illik maliyyə hesabatlarını hamının tanış olması üçün dərc etməyi vəzifə olaraq qoyur.
 
Ardını oxu...
“Uşağım dolma istəyəndə ət ala bilmirəm deyə yalançı dolma bişirirəm”

Bazarda qiymətlər qalxdıqca Bahar Əliyevanın menyusundan bir ərzaq azalır. Dörd uşaq anası hər gün onlara nə bişirib doyuracağından qayğılanır.

Altı nəfərlik ailə zibillikdən yığdıqları plastiki satmaqla dolanır. Atalarına kömək edən qızlar məktəbə getmirlər. Ağayevlər ailəsi kasıblıqdan qurtulmaq üçün dövlət orqanlarına müraciət edib. Amma onlardan geridönüş edən olmayıb.

 
Ardını oxu...
Ləğv prosesində olan “Muğanbank”ın sığortasız əmanətləri təxminən 102 milyon manat təşkil edir.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun bu gün verdiyi açıqlamaya görə, həmin məbləğin 76 milyonu fiziki şəxslərə məxsusdur.
Taleh Kazımov bildirib ki, sözügedən 72 milyonun 61 milyonu bir nəfərindir: "Yerdə qalan 24 milyon hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir".
Maraqlıdır, "Muğanbank"da 61 mlyon sığortasız əmanəti olan şəxs kimdir?

Bakupost.az bununla bağlı araşdırma aparıb. Əldə etdiyimiz məlumata görə, "Muğanbank"dakı sığortsız əmanətin təxminən 80 faizi, başqa sözlə, həmin 61 milyon manat sözügedən bankın sahibi, "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyevin ailəsinə məxsusdur.
Muğanbank”ın səhimləri rəsmi olaraq Elmir Maqbet oğlu Mehdiyevə (67,74%), Vəfa Əhməd qızı Vəliyevaya (10,65%) və Fəridə Cahandar qızı Mehdiyevaya (10,03%) məxsus idi.
Qeyd edək ki, Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva isə qızıdır.
Vaxtilə Elmir Mehdiyevin atası Maqbet Mehdiyev də bankın səhimlərinin bir hissəsinin sahibi idi. 2022-ci ildə dünyasını dəyişməsindən sonra ona məxsus səhmlər qohumlar arasında bölüşdürülüb.
Bəzi məlumatlara görə isə sonradan bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərə ötürülüb. Nəticədə Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişib.
Xatırladaq ki, Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası ləğv olunub.
Məsələ ilə bağlı verilən rəsmi açıqlamada qeyd olunur ki, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
 
 
 
Ardını oxu...
Azərbaycanda vətəndaşların “ƏDV geri al” (ƏDV cash-back) mexanizmi üzrə əldə etdiyi gəlirlərin vergidən azad edilməsi qanuniləşir.

Milli Məclisin deputatı Vüqar Bayramov Trend-ə açıqlamasında bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.

O qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, “ƏDV geri al” mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək.

“Düzdür, 2023-cü və əvvəlki illərdə də bu gəlirlərə vergilər tətbiq olunmurdu, çünki dövlət bu sahədə təşviq siyasəti həyata keçirirdi. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşir və onun hüquqi bazası formalaşdırılır.

Bu da imkan verəcək ki, həmin gəlirlər növbəti ildən etibarən vergidən azad edilməsi Vergi Məcəlləsində öz əksini tapsın”, – deyə o əlavə edib.

Qeyd edək ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır.
 
Ardını oxu...
2024-cü ildə Azərbaycanda gömrük ödənişlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Məlumata görə, daxili istehsalda istifadə olunan, yerli istehsalı mövcud və yaxud səmərəli olmayan bir sıra xammal və aralıq malların idxalına tətbiq olunan gömrük rüsumlarının 1 yanvar 2024-cü il tarixindən 7 il müddətinə “0” dərəcəyə endirilməsi, bir sıra əsas vəsaitlərin idxalında ƏDV-dən azad olunmanın tətbiq edilməsi planlaşdırılır.
 

Ardını oxu...
Ölkəmizdə “Bitki və bitkiçilik məhsullarının idxalının yoxlanması üzrə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsinin müfəttişlərinin üzərinə böyük məsuliyyət düşür.Amma bu gün ölkəmizə xaricdən idxal olunan ərzaqlıq kartof məhsullarının gətirilməsi Aqro Bitki Klinkası (FİTOLAB) tərəfindən monopoliyalaşdırılıb.
Bu haqda Dünyanınsəsi.Az saytına bir qrup sahibkar tərəfindən video-şikayət daxil olub.


Şikayətçilər qeyd edirlər ki, ölkəyə idxal etdiyimiz ərzaqlıq olan kartof məhsulları Dövlət Gömrük Komitəsinə və Vergi Xidmətinə ödənişlər etikdən sonra Qida Təhlükəsizliyi Agentliyinin iştirakı ilə nümunlər götürülərək Aqro Bitki Klinkasına göndərilir.Məhsulun FİTOLAB-da müayinə olunması üçün dövlət risumu olaraq 1024 manat pul ödəməli olduğunu bildirilər.Amma sahibkarların dediklərinə görə risum olaraq qanunla 27 manat ödənilməlidir.

Ən maraqlısıda odur ki, idxal olunan məhsulların müayinəsinə ödənilən vəsaitlərə görə sahibkara ödəniş qəbzidə verilmir.Əsas məsələ Aqro Bitki Klinkasına daxil olmuş məhsula Qida Təhlükəsizliyi Sertifikatının verilməsidir.Bu Klinka sahibkarlara nə az. nə çox düz 20 gündən sonra cavab verir.Bu da ölkəyə gətirilmiş məhsulların anbar və maşın konteynerlərində xarab olaraq çürüməsinə gətirib çıxarır.Bundan başqa sahibkarlar əsas problem olaraq onu qeyd edirlər ki,əgər AQTA-nın qara siyahısına düşübsəsnsə Aqro Bitki Klinkası həmin məhsulun partiyasına Qida Təhlükəsizliyi Sertifikatının verilməsindən imtina edəcəkdir.

Şikayətçilərdən İlqar Məhərrrəmov bildirir ki,22.09.2023-cü il tarixdə Belarusiya respubilkasından 22.000 kq ərzaqlıq kartof məhsulu gətirib.Aqro Bitki Klinkasının sınaq nəticəsinə görə həmin məhsula Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən sertifikatı verilməmişdir.Nəticədə 22.000 kq kartof məhsulunun utilizasiyası barədə qərar qəbul edilmişdir.

İ.Məhərrəmov onu da qeyd edir ki,eyni mənşəlli və eyni respubilkanın bir kolxozunun ərazisndən gətirilən ərzaqlıq kartof məhsullarının digərlərində niyə zərərli orqanizmlilər aşkar eilmir? Əgər belədirsə niyə həmin ölkədən gətirilən mənşəyi eyni olan kartof məhsullarının partiyasına gömrükdə qadağa qoyulmur? dünyanınsesi



Dünyapress TV

Xəbər lenti