Ardını oxu...
“Hazırda Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun uzadılmasına əlavə vəsaitlər ayırır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında bildirib.

“Gürcüstan ərazisində ötürmə qabiliyyətinin 5 milyon tona qədər artırılmasına biz təxminən 140 milyon dollar ayırdıq. Ümid edirik, bu gündən etibarən maksimum bir il ərzində biz buna nail olacağıq. Eyni zamanda, biz Gürcüstanın mövcud və planlaşdırılan dəniz limanlarının potensialı baxımından gələcək əməkdaşlığı fəal şəkildə qiymətləndiririk”, - deyə dövlətimizin başçısı qeyd edib.
Ardını oxu...
“Mastercard” şirkətinin keçmiş baş direktoru Acay Banqa Dünya Bankının (DB) yeni prezidenti seçilib.

Bu barədə Dünya Bankı məlumat yayıb.

Bildirilib ki, Bankın İcraçı Direktorları bu gün Acay Banqanı 2023-cü il iyunun 2-dən başlayaraq beş illik müddətə Dünya Bankının prezidenti seçiblər.

Xatırladaq ki, 2019-cu il aprelin 5-də Dünya Bankının İcraçı Direktorlar Şurası Devid R.Malpassı Dünya Bankının 13-cü prezidenti seçib. Onun beş illik səlahiyyət müddəti həmin ilin aprelin 9-da başlayıb.
 
Ardını oxu...
Qazın nəqli üçün imkanlar olmalıdır, TAP genişləndirilməlidir. Avropada interkonnektorlar vaxtında tikilsə, biz bu ilin sonunda Macarıstanı və Serbiyanı qazla təmin edə bilərik.

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

TAP-ın səhmlərinin 20 faizinin Azərbaycana məxsus olduğunu, bir şirkətdən başqa digərlərinin də payının 20 faiz təşkil etdiyini diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “TAP-ın genişləndirilməsinə dair birgə qərar verilməlidir. TAP genişləndirilməsə, qaz olmayacaq. Bu gün TAP maksimum həddə çalışır. TANAP-ı genişləndirmək daha asandır, çünki o layihədə Azərbaycan, Türkiyə və BP var. TAP-da isə daha çətindir. Trans-Balkan boru kəmərinə çıxışımız olmalıdır ki, bizim qazı gözləyən ölkələri təchiz edə bilək".
 
Ardını oxu...
Ukraynadan beş ölkəyə - Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya buğda, qarğıdalı və günəbaxan toxumlarının tədarükünə qadağa qoyulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkələr istisna olmaqla, Ukraynadan gələn taxıl məhsullarının Avropa İttifaqının bütün üzv dövlətlərində sərbəst dövriyyəyə buraxılması davam edəcək.

Qeyd edək ki, aprelin 15-də Macarıstan və Polşa tərəfindən Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa tətbiq edilib.
 
Ardını oxu...
Rusiyanın “Ural” markalı neftinin qiyməti təxminən 40 faiz ucuzlaşıb.

Bu haqda Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb.

Açıqlamada, yanvar-aprel dövründə “Ural” neftinin orta qiymətinin 51,05 dollar olduğu bildirilib. Ötən ilin eyni dövründə orta hesabla 84,68 dollara satılan “Ural” neftinin bir barel qiymətinin bir il ərzində 39,7 faiz ucuzlaşması diqqət çəkib.

Qeyd olunub ki, aprel ayında Ural neftinin bir bareli 58,63 dollara alınıb. 2022-ci ilin dekabrında Avropa İttifaqı ölkələri Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin tavan qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.

Çin və Hindistan başda olmaqla Rusiya neftini almağa davam edən bir çox ölkə, mümkün sanksiya risklərinə işarə edərək, Rusiyadan endirimlər tələb edir.
 
Ardını oxu...
Türkiyənin Cudi və Qabar dağlarında neft yataqları kəşf edilib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada çıxışı zamanı bildirib.

O qeyd edib ki, həmin yataqlardan sutkada 100 min barel neft hasil ediləcək.
 
Ardını oxu...
BMT Baş katibinin ofisi Rusiya, Türkiyə və Ukrayna nümayəndələrinin mayın 3-də beynəlxalq təşkilatın bayrağı altında taxıl sazişi müddətinin uzadılması ilə bağlı görüş barədə məlumatı təsdiqləməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı baş katibin mətbuat katibinin müavini Fərhan Hak bildirib.

“Sabah üçün planlaşdırılan heç bir görüşdən xəbərim yoxdur”, - o deyib.
Ardını oxu...
Azərbaycan banklarında əcnəbilərə məxsus depozitlərin həcmi kəskin şəkildə artıb.

“AzPolitika.info” xəbər verir ki, ötən il yanvarın sonunda onların həmin vəsaitlərinin həcmi toplam 294 milyon manat idisə 2022-ci ilin sonunda eyni göstərici artıq 1 milyard 174 milyon manat ekvivalentinə yüksəlib.

Məlumatda qeyd olunur ki, 2023-cü ilin əvvəlində qeyri-rezidentlərin Azərbaycan banklarındakı vəsaitlərində nisbi azalma gözə çarpıb. Martın sonuna əcnəbilərin Azərbaycan banklarında saxladığı vəsaitlərin həcmi 1 milyard 167 milyon manata enib. Bu, ilin əvvəli ilə müqayisədə 7 milyon manat azalma deməkdir.
 
Ardını oxu...
“Qeyri-mövsüm dövründə pomidorun yetişdirilməsi xərcləri artırır. İstixanalar üçün ciddi xərc yaranır. Digər tərəfdən, pomidor mövsümü olmadığı üçün məhsul azdır”.

Bunu Bakupost.az -a iqtisadçı Xalid Kərimli​ bazarda pomidorun qiymətinin baha olmasının səbəblərini izah edərkən deyib.
O bildirib ki, məhsul az olduğu üçün sahibkarlar onu istədiyi qiymətə sata bilirlər:
“İstixana məhsulları həmişə baha olub və olacaq. Çünki istixananın istehsal xərci ilə açıq sahədə yetişdirilən pomidorun istehsal xərci eyni deyil. Bu da mövsümdən əvvəl istixana məhsullarının daha baha qiymətə satılmasına gətirib çıxardır”.
İqtisadçı qeyd edib ki, əgər ixrac daha çox olsaydı, hazırda pomidor 4-6 manata yox, 8-9 manata satılardı:
"İxracın azalması qiymətlərin bu intervalda formalaşmasına gətirib çıxarır. Hazırda sahibkarın işçi, logistika və digər xərcləri əvvəlki illərin xərcləri ilə eyni deyil, daha yüksəkdir. Ümumi inflyasiya səviyyəsi istixana sahiblərinə də təsir göstərir. Bazarda pomidorun qiyməti tələb-təklif əsasında formalaşır".
 
Ardını oxu...
Bu il Azərbaycanın pambıq mahlıcının ixracından gəliri 2 dəfədən çox azalıb.

2023-cü ilin yanvar-fevral aylarında 26 648.5 pambıq mahlıcı, 1 715.5 ton pambıq iplik istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 6.9% artım və 45.4% azalma deməkdir.

Qeyd edək ki, bir sıra mütəxəssislər ölkədə pambıq istehsalının heç də gəlirli olmadığını deyir ki, bunun müqabilində digər ehtiyac olan sahələrin inkişafını təklif edirlər.

Belə ki, bu gün ölkədə qiymət artımı müşahidə edilən bir sıra ərzaq məhsulları var ki, həmin sektorla bağlı daha çox inkişaf ehtiyac var.

Məsələn, bu ilin yanvar-mart aylarında Azərbaycan 11 min 367 ton ət idxal edib ki, bu həcmdə ətin dəyəri 19 milyon 259 min ABŞ dolları olub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24 % ), dəyər baxımından isə 3 milyon 585 min dollar (22,8 %) çoxdur.

Hazırda pambıqçılığın deyil, daha çox ehtiyac olan, gəlir gətirən sahələri inkişafı önəmli deyilmi?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli xatırladıb ki, 2017-2018-ci ildə pambıqçılıq strateji sahə kimi elan edildiyi zaman Azərbaycanda pambıqçılığın perspektivi olmadığını bəyan edib:

“Pambıqçılıq Azərbaycanda inkişaf etdirilə bilən sahə deyil. Çünki burada iqlim, pambıq yetişdirməyə imkan vermir. Ölkəmizdə pambıq yetişdirməyə imkan verən yeganə ərazi Bərdə rayonudur. Ancaq digər ərazilərin heç birində şərait yoxdur. Pambıqçılığın inkişaf perspektivlərini seçəndə diqqət yetirilir ki, pambıq formaları, məsələn, Qossipium Barbadenze (Gossypium barbadense) növlərindən biri həmin ərazidə yetişirsə, demək orada pambıq yetişdirmək olar. Əgər o növlər yetişməsə, demək ki, pambıq yetişdirmək mümkün deyil. Yəni 10 minlərlə hektar sahədə pambıq yetişdirib əlində qalmaqdansa, həmin sahələrdə yonca sahələri əkib, yem bitkiləri əkib heyvandarlığı inkişaf etdirsəydik bu, daha yaxşı olardı.

Bu gün Azərbaycanda kənd təsərrüfatı mənşəli ərzaq idxalına ildə təxminən 2 milyard dollardan çox vəsait xərclənir. Əgər biz pambıqçılığa ayrılan sahələrdə heyvandarlıq və bitkiçiliyi inkişaf etdirsək, məsələn, ərzaq buğdası əksəydik, ətlik heyvanlar üçün yem bitkiləri əksəydik, həmin 2 milyard dolların 80-90 faizinə qənaət etmiş olardıq. Halbuki həmin məhsulları idxal edirik. Bizim pambıq istehsalında 2015-ci ildən bəri illik əldə etdiyimiz gəlir 200 milyon dolları keçməyib. Ərzaq idxalı ilə bağlı qazandığımızın fərqinə baxsaq, burada nəticəni görmək mümkündür. Pambıqçılığın strateji sahə elan edilməsi Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı sektorunun çökdürülməsi deməkdir”.

İqtisadçı deyir ki, Azərbaycanın daxilində ehtiyac olan məhsullar istehsal etməliyik:

“Hazırda neftdən kifayət qədər valyuta gəlir. İldə dövlət büdcəsinin 10-12 milyard dolları neftdən gələn gəlirlər hesabına formalaşır. Həmin büdcəni biz perspektivli sahələrə yönəltməliyik. Məsələn, istəyiriksə, neft erası bitdikdən sonra bizə valyuta gətirən sahə olsun, niyə baramaçılığı, tütünçülüyü, şərabçılıq sahəsini inkişf etdirib dünyada brendini yaratmırıq. Hazırda pambıqçılığı Sovet dövründən nümunə götürərək inkişaf etdirirlər. Ancaq bu çox yalnış addımdır.

Çünki Sovet dövründə də Azərbaycanda pambıqçılıq gəlirli sahə olmayıb. Burada nə qədər pambıq istehsal edilsə də, Səmərqənddəki pambıq emalı zavodunda yanıb, məhv olub. Azərbaycandan nefti aparırdılar, onun gəlirinin 20 faizini pambıqçılığa qoyurdular ki, vətəndaşlar işsiz qalmasın, başını qatsın. Digər tərəfdən də Səmərqənddə Azərbaycan pambığı heç bir emal peosesinə göndərilmirdi, yalnız çiyidi çıxarılırdı, qalan hissəsi isə məhv olurdu. O dövrdə də Azərbaycanda pambıq istehsalına nail ola bilməyiblər. Ona görə də pambığın “prepiskası” başladı. Səmərqənddən təklif gəldi ki, sizin pambığı heç nəyə cəlb edə bilmirik, ona görə də bizə pambıq dəyərində pul gətirin. Belə də etdilər. Bu isə bir çox insanlar üçün problemlər yaratdı”.
 

Dünyapress TV

Xəbər lenti