Ardını oxu...
Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada hazırkı geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Artıq iki ildən çoxdur ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur. Ölkəmizin hər bir layihəni uğurlu sonluqla başa çatdırması malik olduğu imkanların dünyaya təqdimatıdır.
Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edərək bildirdi ki, enerji strategiyası uğurla icra edilir. Tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Azərbaycanın Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox olub. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaq.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması ölkəmizin əməkdaşlığa önəm verməsinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimində ölkəmizin enerji sektorunda qazandığı uğurların təhlili fonunda bu mühüm məqamı böyük əminliklə qeyd etdi ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir.
Prezident İlham Əliyev qeyd olunan mərasimi dostluq, strateji tərəfdaşlıq mərasimi kimi dəyərləndirərək bildirmişdir ki, bu layihə Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək.

Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır.
Prezident İlham Əliyev Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində «Gələcək planlarımız, təbii ki, qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır» söyləyərək onu da qeyd etmişdir ki, əsas hədəfimiz bərpa olunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpa olunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır. Dövlət başçısı bu məqama da xüsusi diqqət yönəltdi ki, bir neçə gün bundan əvvəl yenə də növbəti dostluq təzahürünün şahidi olduq. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsini dəstəklədilər: «Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.»
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
Ardını oxu...
"Ötən günlərdə baş vermiş zəlzələ zamanı ciddi bir fəsad və dağıntılar olmadığı üçün bu, əmlak bazarına elə bir ciddi təsir göstərməyəcək".

Bunu İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O, zəlzələdən sonra həyət evlərinin qiymətində artımın müşahidə olunub-olunmadığı ilə bağlı suala aydınlıq gətirib:

"Yay aylarında da belə bir zəlzələ baş vermişdi. Həmin ərəfədə də həyət evlərinin qiymətinin artması ilə bağlı qeyri-rəsmi xəbərlər yayılırdı. Ümumiyyətlə, tələbat yüksək olduğu zaman həyət evlərində qiymət artımı olur. Tələbat təxminən mart ayının sonundan başlayaraq avqustun sonuna qədər davam edir. Soyuq aylarda isə həyət evlərinə tələbat azalır. Çünki yay aylarında tikinti işləri daha rahat həyata keçirilir və bağ evlərinə maraq böyük olur".

Ekspert həmçinin xatırladıb ki, oktyabrın 1-dən çıxarışı olmayan evlərə kommunal xidmətlərin verilməməsi qərarı artıq çıxarışı olan həyət evlərinin qiymətini artırıb. O, həyət evlərinin böyük qisminin sənədlərində problemlər olduğuna görə həmin evlərin ipoteka predmentinə çevrilə bilmədiyini qeyd edib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə İqtisadiyyat.az-a açıqlamasında zəlzələdən sonra hələ ki, həyət evlərinə tələbatın o qədər də müşahidə olunmadığını deyib.

O da digər həmkarının fikirlərinə qatılaraq, ötən günlərdə baş vermiş zəlzələnin psixoloji baxımdan əmlak bazarına ciddi təsir göstərmədiyini vurğulayıb: "Ümumiyyətlə, biz bunun nəticələrini ayın axırından sonra biləcəyik. Zəlzələnin ciddi fəsadları olsaydı, bu, əmlak bazarında qiymətlərə öz təsirini göstərərdi. Lakin dağıntı və fəsadlar olmadığından hesab edirəm ki, baş vermiş zəlzələ əmlak bazarına ciddi təsir göstərməyəcək".

Xatırladaq ki, dekabrın 7-də Xəzər dənizində 5,6 maqnitutada zəlzələ baş verib. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir.
 
 
 
Ardını oxu...
Yerli sahibkarlar hökumətə səsləniblər.

Sahibkar Yavuz Həsənov bildirib ki, elektron ticarətin onlara təsiri çox böyükdür:

“Hazırda Türkiyədə qiymətlər aşağı olduğu üçün hər kəs alış-verişi oradan edir. Bu bizim işimizə çox təsir edir. Vergi və gömrük rüsumları azalsa, satışımız artacaq”.
Mağazalardan birinin satış üzrə meneceri Pərvanə Musayeva qeyd edib ki, son aylarda satışlar kəskin olaraq azalıb.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
Keçmiş deputat, "Karat" Holdinqin sahibi Əsabil Qasımov Rusiyada olduqca bahalı yaşayış kompleksi tikintisinə başlayıb. Azərbaycanda taxıl və un biznesindən qazandığı vəsaitləri böyük ölçüdə Rusiya iqtisadiyyatına yatıran sabiq deputat Kislovodsk şəhərindəki layihəsinə 50 milyon dollar vəsait (4.6 milyard rubl) xərcləyəcək. Layihə çərçivəsində88.5 min kv. metr sahəsi olan 1100 mənzildən ibarət 17 binanın, fitnes mərkəzinin, 300 maşınlıq parkının, üzgüçülük hovuzunun və ümumilikdə 11.5 min kv. metr sahəsi olan ticarət mərkəzinin tikintisi nəzərdə tutulur.
Kompleksin tikintisi bu ilin martında təsis edilmiş "ZAMKOVAYA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (ООО "ЗАМКОВАЯ") tərəfindən həyata keçiriləcək və 2027-ci ildə başa çatdırılacaq.
Ardını oxu...
"ZAMKOVAYA" MMC-nin 100 faiz payla təsisçisi Qasımovlar ailəsinə məxsus " EKSPO" MMC-dir.
"EKSPO" MMC-nin təsisçisi isə 80 faiz payla Azərbaycanda hüquqi qeydiyyatda olan "KARMEN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-dir. Digər 20 faizlik pay isə "Karat" Holdinqin Rusiyada təsis etdiyi "Aqros" MMC-yə məxsusdur.
Ardını oxu...
Cavanşir Həsənli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
Sabun hazırlamaq deyəndə ilk olaraq ağlımıza “Bizim Cəbiş müəllim” filminin baş qəhrəmanı gəlir. Cəbiş müəllim özü sərbəst şəkildə sabun hazırlayırdı.

Ancaq bu gün sabun istehsalı ölkəmizdə yüksək səviyyədə deyil. Belə ki, sabun və digər yuyucu, gigiyenik vasitələr əsasən ölkəmizə idxal olunur.

Məlumdur ki, sabun üçün lazım olan xammalın böyük hissəsi ölkəmizdə var. Ancaq buna baxmayaraq, sabun istehsalı ölkəmizdə yüksək səviyyədə deyil. Daha çox idxala üstünlük verilir.

Sabuna tələbatın yüksək olduğu nəzərə alınarsa, bu məhsulun ölkədə istehsal olunmasına niyə şərait yaradılmır?

İqtisadçı ekspert Pərviz Heydərov Hit.az-a şərhində bildirib ki, daxili bazarda tələbat yüksək olan məhsulların əksəriyyəti ölkəyə idxal olunur:

“Bunun səbəbi isə yerli istehsalın baha başa gəlməsi ilə bağlıdır. Həmçinin, istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyi aşağı səviyyədədir. Daxili bazara idxal olunan məhsullar qiymət sarıdan daha əlverişlidir. Bu səbəbdən də sabun və digər idxal olunan məhsulların qiyməti yerli istehsalla müqayisədə daha sərfəlidir. Bu sahəyə diqqət ayırmaq lazımdır. İdxalın əlverişli olması yerli istehsal imkanlarını məhdudlaşdırır".
 
Ardını oxu...
Ötən il "Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə vergi borcunun olması barədə xəbər vermişdik.

32gun.az-ın məlunatına görə, efirlərdə bəh-bəhlə reklam olunan xəstəxananın Azərbaycan Dövlətinə vergi borcu qat-qat artıb.

Belə ki, ötən il 46404.28 AZN vergi borcu olan Dünya Göz Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırkı borcu 300 min manata (296869.30 AZN) yaxındır.

Maraqlısı bundadır ki, borcu olan xəstəxana ölkənin reytinqli verilişlərində reklam olunmaqdan da çəkinmir.

Bildirək ki, Qanuni təmsilçisi Adem Esgün olan "Dünya Göz Azərbaycan"ın nizamnamə kapitalı 10000AZN-dir.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Fiziki şəxslərin:
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla,
dövlət müavinətləri və əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları və dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə,
habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə AR-n Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar-gəlir vergisindən azaddır.
Azər Quliyev.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır
 
Ardını oxu...
"Ticarət Mərkəzi” MMC ilə İqtisadiayyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi arasında vergi məsələlərinə dair mübahisə yaranıb.

Qaynarinfo xəbər verir ki, şirkət bu mübahisədən dolayı idarəni məhkəməyə verib.

Lakin birinci instansiya və apellyasiya məhkəmələrinin qərarı şirkəti qane etməyib. Bu baxımdan, "Ticarət Mərkəzi” MMC Ali Məhkəməyə kassasiya şikayəti verib.

Rahib Nəbizadə iş üzrə hakim təyin edilib. Məhkəmənin vaxtı barədə məlumat yoxdur.

Araşdırmalarımız zamanı bəlli olub ki, "Ticarət Mərkəzi” MMC-yə külli miqdarda vergi borcu yazılıb. Hazırda bu borc 1 358 353, 20 AZN-dir. Şirkət isə bu məbləğlə razılaşmadığına görə məhkəməyə müraciət edib.

Açıq mənbələrdə "Ticarət Mərkəzi” MMC haqqında heç bir məlumata rast gəlinmir. Bəlli olan odur ki, şirkət 2010-cu ildə 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Tağıyev Zülfü Yunus oğludur.

Onun haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Ticarət Mərkəzi” MMC-nin hüquqi ünvanı Bərdə rayonu, Güloğullar kəndində yerləşir. Bəzi iddialara görə, şirkət yerli məmurlardan birinə məxsusdur.
 
 
 
Ardını oxu...
Azərbaycanda banklararası pul köçürmələrində komissiya haqlarının yüksək olması əhali arasında narazılıq doğurur. Bununla bağlı redaksiyamıza şikayətlər daxil olur. Xüsusilə, “Kapital Bank”la bağlı bu yöndə şikayətlər daha çoxdur. Sözügedən məsələ bir neçə dəfə gündəmə gətirilsə də, çıxış yolu hələ də tapılmayıb.

Komissiya haqları niyə yüksəkdir?

İqtisadçı-ekspert Rəşad Həsənov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, bankların bəzi hallarda tətbiq etdiyi faizlər çox yüksək olur:

“Xüsusilə, banklararası köçürmələr zamanı bunu müşahidə edirik. “İnterçeyn” xidmət haqlarının böyük olması bir sıra səbəblərdən qaynaqlanır. Burada tətbiq olunan faizlər, dərəcələr, sabit yığımlar birbaşa bankın özünün təşəbbüsü ilə ortaya çıxmış xərc növü deyil. Bu, eyni zamanda, ödəmə sistemlərinin xərclərini də əhatə edir. Çünki burada tərəf təkcə bank deyil. Bank ödəniş sistemlərinin infrastrukturundan istifadə edir. Həmin ödəniş sistemləri müvafiq banklar üçün müəyyən komissiyalar formalaşdırır.

Bu komissiyaların minimum hədləri olur. Hər bir əməliyyat transaksiya sayılır. Transaksiyada minimum xərclər müəyyən edilir. Bunun nəticəsində də bankların tətbiq etdiyi yığımlar daha yüksək olur. Əlbəttə, bu da müəyyən problemlərə gətirib çıxarır”.

“Mərkəzi Bankın müdaxiləsinə ehtiyac var”

Ekspert əlavə edib ki, bu kimi hallar nağdsız ödənişlər zamanı tətbiq olunan rüsumlarda da özünü göstərir:

“Fikrimcə, Mərkəzi Bankın prosesə müdaxiləsinə ehtiyac var. Bu istiqamətdə müəyyən addımlar atılmağa başlayır. “İnterçeyn” xərclərinin yuxarı həddləri müəyyən edildi. Sərt müdaxilələr digər nöqsanlar yarada bilir. Burada bank sektoru müəyyən qədər dominantlıq daşıyır. Bu dominantlıq inhisarçı qiymətlərin formalaşmasına şərait yaradır.

Qeyri-bank müştəriləri üzrə köçürmələrdə müşahidə edilən sərt rüsumların məbləğinin yuxarı həddinin müəyyən edilməsi mərhələsinə keçid başlamalıdır. Beləliklə, bu istiqamətdə mümkün qədər xərclərin optimallaşdırılması lazımdır. Eyni zamanda, ödəniş sistemlərinin şaxələnməsi və Mərkəzi Bankın müəyyən proqramları icra etməsi bankların müvafiq transaksiyaları üzrə xərclərinin optimallaşmasına səbəb ola bilər”.

Mövzu ilə bağlı “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr üzrə proses sahibi Arzu Əliyeva sorğumuzu belə cavablandırıb:

Komissiya haqları nəyə əsasən təyin olunur?

"Komissiyalar vəsaitin mənbəyinə, əməliyyata - köçürmə, nağdlaşdırma, alış-veriş və. s, kart tiplərinə və əməliyyatın icra edildiyi ölkəyə əsasən təyin edilir. Qeyd olunan parametrlərin kombinasiyasından asılı olaraq əməliyyatın dəyəri dəyişə bilir. Məsələn, müştəri debet kartı ilə ölkə xaricində ATM-dən nağdlaşdırma əməliyyatı apararsa, bu əməliyyata görə, tarif cədvəlinə əsasən ondan xidmət haqqı tutulacaq. Bu, müştəriyə xidmət edən həmin xarici banka və əməliyyatın baş tutması üçün iki bank arasında hesablaşmanı təşkil edən ödəniş sistemlərinə ödənilən xidmət haqqıdır”.

“Kapital Bank”ın banklararası komissiya haqlarındakı fərqliliklər nədən qaynaqlanır?

“Kapital Bank”ın emissiya etdiyi bir neçə kateqoriyada kartlar mövcuddur: debit, kredit, əmək haqqı, təqaüd. Kartların təyinatı və kart balanslarında olan vəsaitin mənbəyindən asılı olaraq komissiyaya yanaşma dəyişir. Məsələn, debit kartlarına vəsaitlər müştərinin özü tərəfindən mədaxil olunduğu üçün bu tip kartlarla aylıq 5000 manatadək köçürmə və ya nağlaşdırma komissiyasızdır. Eyni zamanda əməkhaqqı və pensiya kartlarında “Kapital Bank”ın ATM-lərindən vəsaitlərin nağdlaşdırılması limitsiz və tam pulsuzdur. Kredit kartlarında kredit xəttindən köçürmə və ya nağdlaşdırma edərkən xidmət haqqı tutulur”.

Azaldılma ehtimalı varmı?

“Ümumiyyətlə, hazırda bir çox istiqamətlər üzrə komissiyalar tətbiq edilmir. Öncə qeyd edilənlərlə yanaşı debit, əmək haqqı və təqaüd kartları ilə Birbank mobil tətbiqi üzərindən Kapital Bank kartlarına vəsaitin köçürülməsi komissiyasızdır. Komissiyalar bazarda olan durumdan asıllı olaraq dəyişə bilir. Məsələn, pandemiya zamanı bir çox sosial kartlarla ölkənin bütün ATM-lərindən nağdlaşdırmada heç bir xidmət haqqı tutulmurdu”.

Ödəniş kartları ilə əməliyyatlarda interçeync xidmət haqları necə tənzimlənir?

“Hazırda “interchange” tariflərinin yuxarı haqqı Mərkəzi Bank tərəfindən təyin edilir. “İntechange” iki bank rasında baş vermiş kart əməliyyatları zamanı tərəflər arasında yaranan xidmət haqqını müəyyən edir. Məsələn “A” bankın kart müştərisi “B” bankına məxsus ATM-dən vəsait çıxararsa, müştəriyə göstərilən xidmət nəticəsində “A” bankı “B” bankına ölkə üzrə təyin edilən “intechange” tarifinə əsasən xidmət haqqı ödəyir.

Yaxud da əksinə, “A” bankının kart müştərisi “B” bankının POS terminalından alış-veriş edərsə, “B” Bankı “A” bankına ölkə üzrə təyin edilmiş “intechange” tarifinə əsasən xidmət haqqı ödəyir.

ATM üzrə “interchange” tarifi inkassasiya, texniki dəstək və ödəniş sistemlərinin xərclərinə əsasən təyin edilir. “POS” terminallar üzrə “interchange” tarifi isə ödəniş sistemlərinin xərcləri və “POS” terminal avadanlığının texniki dəstək üçün sərf olunan xərclərinə əsasən təyin edilir”.
 
Ardını oxu...
Astara Gömrük İdarəsi barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, idarə İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmaması) maddəsi ilə ittiham edilib.

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Mətanət Hacıyevanın icraatına verilib.

485.1-ci maddəyə əsasən, fiziki şəxslər 20 manatdan 50 manatadək, vəzifəli şəxslər 70 manatdan 100 manatadək, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Astara Gömrük İdarəsinin sədri vəzifəsinin müvəqqəti icrası sözügedən İdarənin rəis müavini Kazımov Samir Hadı oğluna tapşırılıb.

Dünyapress TV

Xəbər lenti