Ardını oxu...
Tarihi banknot tedavüle çıktığı 1927 yılında 1000 Cumhuriyet altını değerindeydi ve "1. emisyon 1000 lira tedavülde kaldığı sürede büyük bir ekonomik değere sahipti. "
"1927 yılında basılan 1. emisyon 1000 lira 1939'da tedavülden kaldırıldı."
Tedavülde kaldığı yaklaşık 12 yıl boyunca 15 bin 374 adet basıldı.
1939'da tedavülden kaldırıldığında 23 adeti değiştirilmek üzere Merkez Bankasına iade edilmedi.
İade edilmeyen 23 banknottan bugüne sadece 7 adedinin ulaştığı tahmin ediliyor.
Bu durum da bu paraya 'çok nadir' özelliği kazandırıyor.
Türkiye henüz genç bir Cumhuriyet.
Hem Osmanlının borçlarını ödüyor.
Hem pek çok fabrika kuruluyor.
Hemde parası dünyanın en değerli paraları arasında.
Neden ? Çünkü emperyalizme meydan okuyan "Mustafa Kemal" dönemi.
Ardını oxu...
Basri Yalta
 
Ardını oxu...
Rusiya Federasiyasının beynəlxalq ehtiyatları həftə ərzində 0,6 milyard ABŞ dolları azalaraq 23 iyun 2023-cü il tarixinə 586,9 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Qeyd olunub ki, iyunun 16-na ehtiyatların həcmi 587,5 milyard ABŞ dolları təşkil edirdi.
Ardını oxu...
Son aylar Azərbaycanda un və çörəyin qiyməti düşüb. Bu, dünya bazarlarında unun və buğdanın ucuzlaşması ilə əlaqələndirilir. Amma unla çörəyin qiymətlərində ucuzlaşma bir-birinə uyğun gəlmir. Məsələn, ötən il 38 manata olan 50 kq un kisəsi indi 29 manat 50 qəpiyə düşüb. Çörəkdə isə cəmi 5 qəpik ucuzlaşma var. 65 qəpiyə olan çörək son günlər 60 qəpiyə satılır.

Bunun səbəblərini rəsmi qurumlar və çörək bişirən müəssisələrdən öyrənmək mümkün olmayıb.

Azərbaycan ərzaq buğdasına olan tələbatı özü tam ödəmir. Hökumət buğdanın istehsalının artmasını hədəf kimi götürüb. Bəzi ekspertlər ərzaq buğdasında ucuzlaşmanı müvəqqəti sayır.

Buğda əkini 7 faiz artıb
Kənd Təsərrüfatı Nazirliyindən "Turan"a bildirilib ki, Azərbaycanda 2022/2023-cü təsərrüfat ilində 1 milyon 44 min 660 hektar sahədə payızlıq taxıl əkini aparılıb: "2021/2022-ci təsərrüfatı ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7.8 faiz artıb. Azərbaycanın 60-dan artıq rayonunda taxıl əkini aparılır".

Əlavə edilib ki, taxıl sahələrinin təqribən 40 faizində biçin yekunlaşıb: "İyunun 25-nə olan məlumata görə, 410 min 237 hektar sahədə biçin prosesi başa çatıb, sahələrdən 792 min 444 ton arpa və 523 min 354 ton buğda yığılıb. Orta məhsuldarlıq arpa üzrə 30.4, buğda üzrə 34.9 sentner təşkil edir".

"Azərbaycan buğdanı yenə Rusiyadan almağa başlayıb"
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirir ki, Azərbaycanın yerli istehsalı buğdaya tələbatın cəmi 25 faizini təmin edir: "Qalan 75 faizini biz xaricdən alırıq. Bunun bir çox səbəbləri var. Bu, aqrar sahədə düzgün olmayan yanaşmaların, texniki bitkilərin artmasının və bunun hesabına buğda əkinlərinin azalmasının, məhsuldarlığın aşağı düşməsinin nəticəsidir. Həmçinin, Azərbaycanda istehsal olunan buğdanın keyfiyyəti çox aşağı olur. Bütün bu məsələlər ona gətirib çıxarıb ki, biz 75 faiz xaricdən asılıyıq və orada qiymətlərin dəyişikliyi həmən Azərbaycana təsir göstərir".

İqtisadçının deməsinə görə, dünya bazarında buğdanın qiyməti keçən ilin eyni dövrünə nisbətən 30 faiz düşüb. O hesab edir ki, bu da çörəyin qiymətinin düşmə tempinə adekvat deyil: "Azərbaycan keçən il Ukraynadakı müharibə fonunda yaranan böhran zamanı ən çox buğdanı Qazaxıstandan alırdı, amma indi daha ucuz qiymətə yenə Rusiyadan almağa başlayıb".
Turan
Ardını oxu...
“Azərbaycanla müqavilə qışda ölkəmizin qaz çatışmazlığına son qoymağa kömək edəcək”.

“Report” Pakistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin neft üzrə dövlət naziri Musadik Malik deyib.

O qeyd edib ki, Pakistanın koalisyon hökuməti bu yaxınlarda Azərbaycandan təbii qazın alınması ilə bağlı müqavilə imzalayıb.

“Müqaviləyə əsasən, Azərbaycan hər ay qaz tankeri təklif edəcək. Pakistan isə qiymətdən asılı olaraq onun alınması ilə bağlı qərar qəbul edəcək. Müqavilə həm də ölkənin qış qaz çatışmazlığına son qoymağa kömək edəcək”, - nazir vurğulayıb.

Bundan əlavə, o, yerli hökumətin bərpa olunan enerjinin təşviqi ilə bağlı öhdəliyinə uyğun olaraq, Baş nazir Şahbaz Şərifin ümumi gücü 10 000 meqavat olan dörd günəş enerjisi layihəsinə start verdiyini söyləyib. Musadik Malikin sözlərinə görə, Baş nazir, həmçinin, Pakistanın bütün böyük neft şirkətlərinin bərpa olunan enerji, "yaşıl" hidrogen və "yaşıl" ammonyak istifadəsinə keçməsi üçün hərtərəfli plan hazırlamaq barədə göstərişlər verib.
 
Ardını oxu...
Ötən il Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirləri olmayıb, əksinə, investisiyaları 2 milyard 461.3 milyon ABŞ dolları (- 5.2 faiz) zərər edib. Buna Neft Fondunun aldığı istiqraz və səhmlərin ucuzlaşması səbəb olub.

“Fondun ötən il 45.03 milyard ABŞ dollarına bərabər aktivləri ilin sonuna artaraq 49.03 milyard ABŞ dollarına yüksəlib. Ümumi portfelin 62.1 faizi borc öhdəlikləri və pul bazarları alətlərinə, 19.6 faizi isə səhmlərə investisiya olunub. Portfelin 6.2 faizini daşınmaz əmlak, qalan 12.1 faizini isə qızıl investisiyaları təşkil edib”, – ARDNF-nin 2022-ci il üzrə maliyyə hesabatında bildirilir.

Bununla belə, hesabata görə, yaranma tarixindən 2023-cü il yanvarın 1-dək ARDNF investisiyalardan toplam 7.8 milyard ABŞ dolları gəlir əldə edib ki, bu da illik ifadədə 2.3 faiz gəlirliliyə bərabərdir.

İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosuna bildirib ki, əgər ARDNF öz valyuta vəsaitlərini şəffaf və hesabatlı formada səmərəli idarə etsəydi, ilin yekunlarına görə gəlirlilik səviyyəsi mənfi (-) 5.2-yə düşməzdi: “Təəssüflər olsun ki, şəffaflıq və hesabatlılıq yoxdur. Məsələn, Neft Fondu əmlak bazarında iştirak edir və müəyyən ofis, biznes mərkəzlərinə sahibdir. Amma onun idarəçiliyini 10-15 şirkətə veriblər. Həmin şirkətlər necə seçilir, açıq və rəqabətli tenderlər varmı, hansı meyarlar əsas götürülür, bu barədə heç bir məlumat yoxdur”.

İqtisadçının sözlərinə görə, ötən il maliyyə bazarları təlatümdə olub: “Təbii ki, bazarda qazanmaq üçün daha çox peşəkarlıq tələb olunurdu. Düzdür, peşəkarlar da müəyyən zərərlə üzləşib, amma onların zərərinin səviyyəsi Neft Fondundakı kimi yüksək deyil. Zərər 3 faizə qədər olsaydı, bunu obyektiv səbəblərlə izah etmək olardı. Amma 5 faizlik zərər burada subyektiv amillərin olmasını göstərir”.

Neft Fondu 1999-cu ildə yaradılıb. Bu quruma 2001-ci ildən vəsaitlər daxil olmağa başlayıb. 2020-ci ilə qədər bu fonda təqribən 160 milyard dollar vəsait daxil olduğu açıqlanmışdı. Bu il aprelin 1-də isə Fondda 53 milyard 437.6 milyon ABŞ dolları qaldığı bildirildi. Qalan vəsaitin ölkə büdcəsinə transfert edildiyi və bir çox layihələrə xərcləndiyi açıqlanıb.
 
Ardını oxu...
Bu ilin iyun ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 96,1 bənd təşkil edib.

Bolgə.TV Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 bənd, ilin əvvəli ilə müqayisədə 0,9 bənd, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,5 bənd çoxdur.

May ayının sonuna manatın real effektiv məzənnəsi 122 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,2 bənd çox, ilin əvvəlinə nisbətən 0,3 bənd az, illik müqayisədə isə 6,2 bənd çoxdur.
Ardını oxu...
Dünya bazarında neft qiymətləri artıb.

Belə ki, WTI markalı neftin iyul füçersləri 0,53% bahalaşıb və bir barelinin qiyməti 69,74 ABŞ dolları olub.

“Brent” markalı neftin iyul füçersləri isə 0,43% bahalaşaraq, bir barelinin qiyməti 74,50 ABŞ dolları təşkil edib.
Mənbə: Bloomberg
 
Ardını oxu...
Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, Bakı şəhərinin mərkəz zonasına aşağıdakı ərazilər daxildir.


Bu zona Neftçilər prospekti, şərq istiqamətində Yusif Səfərov küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən şimal istiqamətində Yusif Səfərov küçəsinin Mehdi Mehdizadə küçəsi ilə kəsişməsinədək (həmin hissə istisna olmaqla), həmin kəsişmədən qərb istiqamətində 28 May küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Kövkəb Səfərəliyeva küçəsinin Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək (həmin hissə istisna olmaqla), həmin kəsişmədən qərb istiqamətində Dilarə Əliyeva küçəsinin Azadlıq prospekti ilə kəsişməsinədək, şimal istiqamətində Azadlıq prospektinin Füzuli küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Abdulla Şaiq küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən cənub-şərq istiqamətində Mirzəağa Əliyev küçəsinin Azərbaycan prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Azərbaycan prospektinin İstiqlaliyyət küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən İstiqlaliyyət küçəsi ilə cənub-qərb istiqamətində Lermontov küçəsi ilə davam edərək cənub istiqamətində Ziya Yusifzadə küçəsi ilə birləşərək, Ziya Yusifzadə küçəsinin Neftçi Qurban küçəsi ilə kəsişməsindən Neftçi Qurban küçəsinin Sara Qədimova küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Neftçi Qurban küçəsinin Dənizkənarı küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Neftçilər prospekti ilə kəsişməsinədək olan ərazini əhatə edir. Mərkəz zonada Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği 1 manat olacaq.

Bakı şəhərində I zona aşağıdakı əraziləri əhatə edir və bu ərazilərdə Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği 0,70 AZN olacaq.

-Bu zona 8 Noyabr prospekti (Yeni Bulvar ərazisi daxil olmaqla), şərq istiqamətində Mərkəzi Bulvar küçəsi ilə kəsişməyədək, Mərkəzi Bulvar küçəsinin 2-ci Şərq küçəsinin kəsişməsinədək, həmin kəsişmədən 2-ci Şərq küçəsinin 6-cı Park küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Babək prospektinə, Babək prospektindən qərb istiqamətində Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə qovuşma yerinədək, şimal-şərq istiqamətində Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsinədək, 5 şimal-qərb istiqamətində Həsənoğlu küçəsinin Təbriz küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Təbriz küçəsinin Faiq Yusifov küçəsi ilə kəsişməsinədək, sonra isə geriyə Təbriz küçəsinin Aşıq Molla Cümə küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Aşıq Molla Cümə küçəsinin Həsən Əliyev küçəsi ilə kəsişməsinədək (həmin hissə istisna olmaqla), həmin kəsişmədən qərb istiqamətində Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsinədək (həmin hissə istisna olmaqla), həmin kəsişmədən cənub istiqamətində İzmir küçəsi, daha sonra İnşaatçılar prospekti ilə davam edərək İnşaatçılar prospektinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Həsən bəy Zərdabi küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Həsən bəy Zərdabi küçəsinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsinədək, həmin kəsiş-mədən Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən geriyə Əbdülvahab Salamzadə küçəsinin Həsən bəy Zərdabi küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Həsən bəy Zərdabi küçəsi ilə şimal istiqamətində 20 Yanvar dairəsinədək, 20 Yanvar dairəsindən şimal-şərq istiqamətində Rövşən Cəfərov küçəsinin Alı Mustafayev küçəsi ilə kəsişməsinədək (3-cü mikrorayon dairəsi daxil olmaqla), həmin kəsişmədən Alı Mustafayev küçəsinin Rəşid Məmmədov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Alı Mustafayev küçəsinin Seyid Cəfər Pişəvəri küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Seyid Cəfər Pişəvəri küçəsi, daha sonra Cavad xan küçəsi ilə Cavad xan küçəsinin Hüseyn Seyidzadə küçəsi ilə kəsişməsinədək (4-cü mikrorayon dairəsi istisna olmaqla), həmin kəsişmədən Cavad xan küçəsi, daha sonra Seyid Cəfər Pişəvəri küçəsi ilə Seyid Cəfər Pişəvəri küçəsinin Rövşən Cəfərov küçəsi ilə kəsişməsinədək, həmin kəsişməsindən cənub-qərb istiqamətində Moskva prospektinədək, həmin kəsişmədən şimal istiqamətində Moskva prospekti ilə Rəşid İsmayılov küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Rəşid İsmayılov küçəsi ilə (Biləcəri dairəsi də daxil olmaqla) Rəşid İsmayılov küçəsinin Rəşid İsmayılov 1-ci döngə küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Moskva prospekti ilə Müzəffər Həsənov küçəsinin kəsişməsinədək, Müzəffər Həsənov küçəsi ilə qərb istiqamətində küçənin sonunadək, Müzəffər Həsənov küçəsi ilə Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsindən cənub istiqamətində Abbas Mirzə Şərifzadə küçəsinin Əsəd Əhmədov küçəsi ilə kəsişməsinədək, 6 həmin kəsişmədən Əsəd Əhmədov küçəsinin Xıdır Mustafayev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində birinci döngədən qərb istiqamətində Mirzə Cabbar Məmmədzadə küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən Mirzə Cabbar Məmmədzadə küçəsinin Kamal Rəhimov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Vasif Əliyev küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən Vasif Əliyev küçəsinin Kamal Rəhimov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində davam edib Akim Abbasov küçəsinin 23-cü girişindən cənub istiqamətində Mirzə Cabbar Məmmədzadə küçəsi ilə davam edib Mirzə Cabbar Məmmədzadə küçəsinin 166C girişindən Vasif Əliyev küçəsi istiqamətində, daha sonra Vasif Əliyev küçəsi ilə davam edərək, Vasif Əliyev küçəsinin İsfəndiyar Zülalov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən İsfəndiyar Zülalov küçəsinin Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Mətbuat prospektinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Mikayıl Müşfiq küçəsinin Parlament prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqmətində Parlament prospekti ilə Mehdi Hüseyn küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Mehdi Hüseyn küçəsinin Niyazi küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Azərbaycan prospekti ilə Mirzəağa Əliyev küçəsinin kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Mirzəağa Əliyev küçəsinin Abdulla Şaiq küçəsi ilə kəsişməsinədək daha sonra Füzuli küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən şərq istiqamətində Füzuli küçəsi ilə Azadlıq prospektinin kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Azadlıq prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Dilarə Əliyeva küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Kövkəb Səfərəliyeva küçəsi ilə 28 May küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində 28 May küçəsi ilə davam edib Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov küçəsi ilə kəsişməsinədək və həmin kəsişmədən cənub istiqamətində Yusif Səfərov küçəsinin 8 Noyabr prospekti ilə kəsişməsinədək olan ərazini (1.1-ci bənd ilə müəyyən edilmiş ərazilər istisna olmaqla) əhatə edir.

– Bu zona, həmçinin Binəqədi şosesinin Cəfər Xəndan küçəsi ilə kəsişməsindən şimal istiqamətində Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Süleyman Sani Axundov küçəsinin Şövkət Məmmədova küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Şövkət Məmmədova küçəsinin Cəfər Xəndan küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-qərb istiqamətində Binəqədi şosesi ilə Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan ərazini əhatə edir.

– Bu zona, həmçinin Qara Qarayev prospektinin Ziya Bünyadov prospekti ilə birləşmə hissəsindən başlayaraq cənub-şərq istiqamətində Babək prospekti ilə kəsişməyədək (paralel olan Kamil Balakişiyev küçəsi ilə Tofiq Abbasov küçəsi, Kamil Balakişiyev küçəsi ilə Musa Əliyev küçəsi aralığında olan ərazilər də daxil olmaqla), həmin kəsişmədən cənub istiqamətində Ukrayna dairəsinədək (paralel olan Maarif küçəsi ilə Qaçaq Nəbi küçəsi aralığında olan hissələr də daxil olmaqla) olan ərazini əhatə edir.

Bakı şəhəri üzrə II zona aşağıdakı əraziləri əhatə edir və bu zonada Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği 0,40 AZN olacaq.

Bu zona 6-cı Park küçəsi ilə Babək prospektinin kəsişməsindən şərq istiqamətində Babək prospektinin Qara Qarayev prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Qara Qarayev prospekti ilə Qara Qarayev prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsinədək, Alov parkının ətrafı, qərb istiqamətində Qara Qarayev prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Heydər Əliyev prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Əhməd Rəcəbli küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Bakı-Qars küçəsi ilə davam edərək Abay küçəsi ilə kəsişmədən cənub-qərb istiqamətində Süleyman Sani Axundov küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən cənub istiqamətində Şövkət Məmmədova küçəsi ilə Cəfər Xandan küçəsinin kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Cəfər Xandan küçəsi ilə Binəqədi şosesinin kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Binəqədi şosesi ilə Məsud Davudoğlu küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Məsud Davudoğlu küçəsi ilə Mirzə Məhəmməd xan küçəsinin 8 kəsişməsinədək, daha sonra həmin kəsişmədən şimal istiqamətində İbrahim Sadıqlı küçəsi ilə birbaşa Həmzə Babaşov küçəsinədək, daha sonra Həmzə Babaşov küçəsinin Adil Məmmədov küçəsi ilə kəsişməsindən Adil Məmmədov küçəsinin Maralgöl küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Mir Cəlal küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən cənub-şərq istiqamətində Moskva prospekti ilə kəsişməyədək, həmin kəsişmədən cənub istiqamətində Moskva prospektinin Rövşən Cəfərov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Rövşən Cəfərov küçəsinin Seyid Cəfər Pişəvəri küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Cavad xan küçəsinin Hüseyn Seyidzadə küçəsi ilə kəsişməsinədək (4-cü mikrorayon dairəsi daxil olmaqla), həmin kəsişmədən Cavad xan və Seyid Cəfər Pişəvəri küçələri ilə geriyə Alı Mustafayev küçəsi ilə Seyid Cəfər Pişəvəri küçəsinin kəsişməsinədək, həmin kəsişmədən Alı Mustafayev küçəsinin Rəşid Məmmədov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-qərb istiqamətində Tbilisi prospektinin Rövşən Cəfərov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Həsən bəy Zərdabi küçəsi ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək, həmin kəsişmədən Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsinədək və geriyə Əbdülvahab Salamzadə küçəsinin Həsən bəy Zərdabi küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Həsən bəy Zərdabi küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə İnşaatçılar prospektinin kəsişməsinədək, həmin kəsişmədən şimalşərq istiqamətində İnşaatçılar prospektinin İzmir küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən İzmir küçəsinin Tbilisi prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Həsən Əliyev küçəsinin Aşıq Molla Cümə küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-qərb istiqamətində Aşıq Molla Cümə küçəsinin Təbriz küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-şərq istiqamətində Təbriz küçəsinin Faiq Yusifov küçəsi ilə kəsişməsinədək və geriyə Təbriz küçəsinin Həsənoğlu küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-şərq istiqamətində Həsənoğlu küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsinədək, həmin kəsişmədən cənub-qərb istiqamətində Heydər Əliyev prospektinin Babək prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən Babək prospekti ilə 6-cı Park küçəsinin 9 kəsişməsinədək olan ərazini (1.2-ci bənd ilə müəyyən edilmiş ərazilər istisna olmaqla) əhatə edir.

Bakı şəhəri üzrə III zona aşağıdakı əraziləri əhatə edir və bu ərazilərdə Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği 0,30 AZN olacaq.

– Bu zona Moskva prospektinin Dairəvi küçəsi ilə kəsişməsindən cənub-şərq istiqamətində Moskva prospekti ilə Müzəffər Həsənov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Müzəffər Həsənov küçəsinin sonunadək və geriyə Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən cənub istiqamətində Abbas Mirzə Şərifzadə küçəsinin Əsəd Əhmədov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Əsəd Əhmədov, daha sonra Arif Mehdiyev küçələri ilə davam edərək Dairəvi küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən şimal-şərq istiqamətində Dairəvi küçəsinin Moskva prospekti ilə kəsişməsinədək olan ərazini əhatə edir.

– Bu zona, həmçinin Heydər Əliyev prospektinin Bəşir Bünyadov küçəsi ilə kəsişməsindən şərq istiqamətində Bəşir Bünyadov küçəsinin Elşən Mehdiyev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən Elşən Mehdiyev küçəsi ilə Yavər Əliyev küçəsinin kəsişməsinədək, həmin kəsişmədən Yavər Əliyev küçəsinin Nazim İsmayılov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub-şərq istiqamətində Nazim İsmayılov küçəsi ilə Şamil Kamilov küçəsinin kəsişməsinədək, həmin kəsişmədən qərb istiqamətində Şamil Kamilov küçəsi ilə Sakit Qocayev küçəsinin kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Əhməd Mehbalıyev küçəsi ilə davam edərək Etibar Bəkirli küçəsi ilə kəsişməyədək, həmin kəsişmədən şərq istiqamətində Etibar Bəkirli küçəsinin İlqar Musayev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində Abbas Fətullayev küçəsi ilə davam edərək İnqilab İsmayılov küçəsinin kəsişməsinədək, həmin kəsişmədən cənub istiqamətində İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində 8 Noyabr prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-şərq istiqamətində Ramiz Quliyev küçəsinin Xudu Məmmədov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Xudu Məmmədov küçəsinin Rahib Məmmədov küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şimal istiqamətində Rahib Məmmədov küçəsinin Aşıq Ələsgər küçəsi ilə kəsişməsinədək, həmin kəsişmədən şərq istiqamətində Ukrayna dairəsinədək (Ukrayna dairəsinin ətrafı daxil 10 olmaqla), daha sonra şimal istiqamətində Məhəmməd Hadi küçəsinin Neapol küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin Babək prospekti ilə kəsişməsinədək, həmin kəsişmədən şimal-qərb istiqamətində Qara Qarayev prospektinin Heydər Əliyev prospekti ilə kəsişməsinədək (1.2.1-ci və 1.2.3-cü yarımbəndlər ilə müəyyən edilmiş ərazilər istisna olmaqla) əhatə edir.

Bakı şəhəri üzrə IV zonada Nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş tələb olunmayacaq.

Bu zona digər zonaların sərhədləri ilə əhatə olunmayan əraziləri əhatə edir.
 
Ardını oxu...
Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği təsdiq edilib., Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.

Bu Qərar dərc edildiyi tarixdən 30 (otuz) gün sonra qüvvəyə minir.

Qeyd edilib ki, Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə tutulan zonalara uyğun olaraq müəyyən edilir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanu- nunun 53-cü maddəsinin XV hissəsinə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 aprel tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycanda nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi barədə qərarında öz
əksini tapıb.
Bundan başqa, qərara əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla digər yerlərdə parklanma pulsuz olacaq

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği əlavədə nəzərdə tutulan zonalara uyğun müəyyən edilir. “Yol hərəkəti haqqında” qanuna görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.
 

Dünyapress TV

Xəbər lenti