Ardını oxu...
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri şəxsən tanıdığım, Azərbaycanda turizmin inkişafı üçün əzmlə çalışan insanlardan biri olan Ruslan Guliyev təklif verib ki, Azərbaycana gələn xarici turistlər üçün sağlamlıq xidmətləri ƏDV-dən azad edilsin – doğru təklifdir, amma sistem problemini bir daha göstərir.
Xarici səfərlərdə olanların tez-tez istifadə etdiyi bir məsələ var – “Tax Free”, müxtəlif yerlərdə səfər etdikləri ölkələrdə aldıqları mallara ödədikləri vergiləri geri alırlar. Bu məsələnin fəlsəfəsi də odur ki, dövlətin topladığı vergi ÖZ vətəndaşları üçün xərclənir, başqa ölkə vətəndaşının ödədiyi vergi bu məntiqə ziddir.
Əslində bizdə də “Tax Free” anlayışı var, amma bu alınan mallara aiddir, göstərilən xidmət sahəsi kənarda qalıb, bu isə doğru deyil. Bundan başqa bu xidmətdən istifadə xarici vətəndaşlar üçün elə də asan deyil, müəyyən şərtləri var:
1) Hesab-faktura (ƏDV daxil olmaqla) ən azı 300 manat olmalı və mallar alındığı tarixdən 90 gün ərzində hava yolu ilə ölkədən kənara aparılmalıdır, 2) Səlahiyyət verilən xidmət operatoru tərəfindən 20% xidmət haqqı və bank əməliyyatlarının aparılması kimi xidmətlərə görə haqq alınır – bu yüksək bir faizdir.
Ruslan müəllimin təklifi yaxşıdır, sağlıq turizminə dəstək ola bilər, amma hökumətin doğrudan da turizmi inkişaf etdirmək kimi bir fikri varmı?! Mən buna şübhə ilə yanaşıram, turizmi inkişaf etdirmək istəyən ölkə quru sərhədləri bağlı saxlamaz, təyyarə biletlərinin bu qədər baha olmasına imkan verməz, hələ də Avropa Birliyi ölkələri, ABŞ, Kanada, Yaponiya, Çin, Avstraliya və s. kimi ölkələrə viza tədbiq etməz, bu sahədə rəqabət mühitinin yaranmasına dəstək olar – bu problemlər qaldıqca ölkə turizmi necə inkişaf edə bilər axı?!
Natig Cəfərli
Teref.az
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 16-19 iyulda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfərinin əsas məqsədi nağd pul olub. İndi pul Türkiyə iqtisadiyyatını xilas etmək üçün lazımdır. Qərb fondları pul vermir, bu mənada ümid ancaq ərəb şeyxlərinədir və deyəsən Türkiyə prezidenti öz məqsədinə nail olub.

Ölkə.Az xatırladır ki, Türkiyə hökumətindəki mənbə səfərdən əvvəl Reuters agentliyinə müsahibə vermiş və bildirmişdi ki, Ankara iki həftə ərzində Fars körfəzinin şeyxlərindən 10 milyard dollar nağd pul gözləyir.

Səfər artıq başa çatıb və məlumata görə, Türkiyə ilə Səudiyyə Ərəbistanı Krallığı arasında iyun ayında başlayan danışıqlarda krallığın neft korporasiyası ARAMCO ilə 80 fərqli türk şirkəti növbəti dövr üçün müxtəlif layihələrə 5 il ərzində 50 milyard dollar sərmayə qoymağı müzakirə ediblər. Bildirilir ki, Ərdoğanın Ər-Riyada səfəri zamanı Türkiyə və Ərəb şirkətləri arasında enerji, infrastruktur və müdafiə sənayesi sahələrində 30 milyard dollarlıq investisiya müqaviləsi imzalanıb.

Ərdoğanın Səudiyyə Ərəbistanından sonra gəldiyi BƏƏ-də enerji, nəqliyyat, infrastruktur, təchizat, e-ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə, süni intellekt və qabaqcıl texnologiya sahələrini
əhatə edən 13 sənəd imzalanıb və müqavilələrin ümumi dəyərinin 50,7 milyard dollar olduğu açıqlanıb.

Türkiyənin Fars körfəzindəki ən yaxın müttəfiqi Qətərlə də oxşar müqavilələr imzalanıb. Rəqəmlər hazırda açıqlanmasa da, Türkiyə rəsmilərinin nikbin açıqlamalarından anlamaq olar. Ankara yaxın vaxtlarda lazım olan “qaynar pul” (nağd pul) əldə edib.

Ancaq burada riskin bir neçə kiçik elementi var. Birincisi, Fars körfəzinin ərəbləri vəd etdikləri məbləğləri heç də həmişə tam ödəmirlər. Məsələn, Türkiyənin ən yaxın dostu Qətərin 2018-ci ildə Branson böhranı zamanı Türkiyə Mərkəzi Bankını xilas etmək üçün 15 milyard dollar sərmayə yatıracağına dair vədlərinə baxmayaraq, son 5 ildə faktiki olaraq cəmi 1,4 milyard dollar sərmayə qoyub.

İkinci risk bu investisiyaların qiymətindədir. Türkiyədəki müstəqil ekspertlər və müxalif siyasətçilər iddia edirlər ki, ərəb şeyxləri Türkiyəyə yerli şirkətlər və bizneslər, eləcə də vəd verən mülklər müqabilində nağd pul verirlər. Yəni Fars körfəzindən gələn pul müqabilində türk dövlətinə məxsus ərazilər, müəssisələr ərəblərə verilir. Son illər ərəb investorlarının Türkiyədə bir sıra fabrik və daşınmaz əmlak alması faktları artıq müşahidə olunub.

Təbii ki, Türkiyə hakimiyyəti də bu riskləri görür. Lakin mövcud maliyyə-iqtisadi böhran Ankaranı müəyyən güzəştlərə getməyə məcbur edir.
Ardını oxu...
Rusiyalıların Türkiyəyə axını azala bilər, amma rekord istilərə görə yox.

Ölkə.Az xəbər verir ki, Rusiya Səyahət Sənayesi İttifaqı burada qiymət artımının daha böyük rol oynadığını hesab edir.

Türkiyə sahillərində yay tətili keçirmək üçün tələb olunan xərclər ötən illə müqayisədə 1,5 dəfəyə qədər (47%) artıb, buna görə 2023-cü ilin sonuna turistlərin sayının 28% - 7 milyondan 5 milyona qədər azalacağı gözlənilir. Bu, təxminən keçən il olduğu kimidir, lakin ajiotaj proqnozlaşdırılır.
 
Ardını oxu...
BMT Təhlükəsizlik Şurası iyulun 21-də iclas keçirəcək.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın taxıl sazişində iştirakını dayandırması ilə bağlıdır.

İclas Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib.

Saziş bu həftənin əvvəli başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.
 
Ardını oxu...
Qax Kommunal Müəssisələri Kombinatının dövlətə vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, kombinantın hazırda dövlətə 13 mindən çox (13326.60 AZN) vergi borcu var.

Maraqlısı bundadır ki, 13 mindən çox vergi borcu olan müəssisə Qax Rayon Mərkəzi Xəstəxanasının elan etdyi tenderdə də iştirak edib və qalib olub. 4.498,28 AZN qazanıb.

Bİldirk ki, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanovdur.

Qax rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Əhmədzadə Tərlan Fərman oğludur.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
 
Ardını oxu...
Ölkəmizdə qeyri-karbohidrogen ixracının göstəriciləri dəfələrlə artır, bəs qeyri-neft məhsulları dedikdə nə nəzərdə tutulur? Yerli iqtisadçıların fikrincə, qiymət artımı ilə yanaşı, statistik rəqəmlər elektrik enerjisi, qızıl və emal olunmuş neft məhsullarının ixracı ilə bağlıdır.

Qeyri-neft istehsalının və ixracının artırılmasına istiqamətlənmə iqtisadiyyatın inkişafı üçün strateji istiqamət kimi qəbul edilib. Uzun illər, xüsusən də neftin qiymətinin düşməsi fonunda qeyri-karbohidrogen iqtisadiyyatına keçid ideyası inkişaf etdirildi. Neft erası bitmiş hesab olunurdu və onun yeni dövrün gəlişi, qeyri-neft sənayesində istehsalın sürətlə artması və yerli məhsulların kütləvi şəkildə xarici bazarlara çıxarılması ilə əvəz olunacağı gözlənilirdi.

Lakin respublikanın makroiqtisadi göstəriciləri hələ də beynəlxalq bazarlarda karbohidrogen ixracının dəyəri ilə bağlıdır və qeyri-neft ixracı artsa da, hələ də “qızıl mədənindən” çox geri qalır və artım barədə əlaqədar dairələrin məlumatlarının özü ekspertlərdə çoxlu suallar yaradır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,8 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Mərkəzin hesabatına görə, ixrac ötən ilin müvafiq ayları ilə müqayisədə 20,6% artıb. Təkcə iyun ayında qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artaraq 307,6 milyon dollara çatıb. Ötən ilin məlumatlarında da artımın 2021-ci ilə nisbətən 12,3% artaraq 3 milyard 47,67 milyon dollar təşkil edildiyi bildirilir.

TEREF.AZ-ın məlumatına görə, AYNA-ya danışan iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, göstəricilərin artmasına baxmayaraq, əsas sual “qeyri-neft ixracı qrafasına konkret olaraq nələr daxildir və hansı məhsul liderdir?” ilə bağlıdır: “Maraqlıdır ki, biz ən çox hətta pomidor, xurma və kənd təsərrüfatı sektorumuzun digər məhsullarını da ixrac etmirik, bəs ən çox nə ixrac edirik? Birinci yerdə elektrik enerjisi dayanır - 6 ayda 314 milyon dollarlıq satılıb. Hökumət qeyri-neft, kənd təsərrüfatı sektorundan çox danışır, o zaman suala cavab versinlər: 2022-ci ilin 6 ayında ölkəmiz 78 min 156,41 ton kartof, 39 min 75,65 ton xurma, 1081,75 ton çay ixrac edib. Eyni zamanda, bu ilin altı ayında ümumilikdə 71 min 28,06 ton kartof, 20 min 261,14 ton xurma və 334,73 ton çay ixrac etmişik”.

“Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının ixracı üzrə göstəricilər aşağı düşür. Məsələn, kartofun ixracı 10%, xurmanın ixracı 2 dəfə, çayın ixracı isə 3 dəfə azalıb. Niyə səbəb göstərmirlər?”, - deyə mütəxəssis sual edir.

“Və nəhayət: son altı ayda bütün ixracımızın dəyərinin 90,13%-ni neft və qaz məhsulları, ixrac olunan məhsulların isə yalnız və yalnız 9,87%-ni qeyri-karbohidrogen ixracı təşkil edib. Bu gün neft və qaz sektorunda çalışan 50 min nəfər ölkənin 10 milyon əhalisini dolandırır. Bu, nə vaxta qədər davam edəcək və biz bu iqtisadi modellə hara gedirik?”, - deyə Cəfərli təkrar soruşur.

TEREF.AZ_ın məlumatına görə, sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, qeyri-neft ixracının artması ilə bağlı versiyalardan biri də beynəlxalq bazarlarda belə malların bahalaşmadır: “İxracın real artması üçün iqtisadiyyatın qeyri-neft sektoru inkişaf etməlidir. Sadə dillə desək, iqtisadi fəaliyyətin istənilən seqmentində artım o halda mümkündür ki, bu istiqamətdə investisiyalar artsın. Amma fakt odur ki, 2014-cü ildən başlayaraq bu günə kimi qeyri-neft sektorumuza investisiyalar durmadan azalır”.

Respublikada xarici ticarət və ödəniş profisiti neft və qaz ixracı hesabına əldə edilir. Maraqlıdır ki, bu ilin ilk altı ayında təbii qazın ixracından əldə olunan gəlir hətta nefti də ötüb. Xam neft 7 milyard 803 milyon 144 min dollara, təbii qaz isə 8 milyard 29 milyon 188 min dollara satılıb.

İqtisadçıların diqqətini çəkən digər məqam isə ixracın aprel ayında pik həddə çataraq, 4 milyard 843 milyon manat, iyunda isə 1 milyard 853 milyon dollara düşməsidir. 3 milyard dollarlıq fərq də suallar yaradır…
 
Ardını oxu...
Ötən həftə Azərbaycan Mərkəzi Bankı (AMB) 8 fiziki şəxsə verdiyi sığorta brokeri, 155 fiziki və 21 hüquqi şəxsə isə verdiyi sığorta agenti lisenziyalarının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Onların ləğv edilməsi nə ilə əlaqədardır? Bu ləğvolunma sığorta bazarındakı vəziyyətə təsir edəcəkmi?

DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini Bizim.Media saytına açıqlayan sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, Mərkəzi Bank qanunauyğun şəkildə hüquqi şəxs sığorta agentlərindən hesabatlar tələb edir.

Onun sözlərinə görə, bu hesabatlar dəqiq və vaxtında təhvil verilmədikdə isə belə qərarlar qəbul olunur:

“Bu məsələ daim gündəmdə saxlanılır və Mərkəzi Bank tez-tez belə addımlar atır. Burada narahatedici məqam ondan ibarətdir ki, araşdırmalar zamanı 650-700 sığorta agentinin fiziki şəxs kimi fəaliyyət göstərdiyi məlum olub. Bunun da 155-ə qədərinin fəaliyyəti dayandırılıb ki, bu da 30 faiz azalma deməkdir”.

Məsələnin həll olunması üçün Mərkəzi Bank tərəfindən maarifləndirmə tədbirlərinin aparılmasına ehtiyacın yarandığını deyən ekspert vurğuladı ki, eyni zamanda, onlara mühasibatlıqla bağlı tədbirlər görülməlidir:

“Ancaq AMB onlar üçün nə treninqlər həyata keçirir, nə də hansısa bir iş görür, ancaq onlardan nə isə tələb edir və onların 30 faizinin fəaiıliyyətinin dayandırlmasına qərar verir. Bu da ciddi narahatlıq doğuran bir məsələdir”.

Şirkətlərinibir-birinin ardinca bağlanması, sığorta olunanlar üçün əlavə problemlər yaranmsına və bazarının dəyərinin aşağı düşməsinə səbəb olur...

Müsahibimizin mövqeyi belə oldu ki, sığorta şirkətlərinin bağlanması bu bazara çox ciddi təsir edəcək:

“Hətta bankların və onlara bağlı sığorta şirkətlərinin bir-birinin ardınca bağlanması da bazarda narahatlığa və bazarın zəifləməsinə səbəb olur. Digər tərəfdən isə icbari sığortalarla bağlı problemlər yoxdur. Ona görə ki, İcbari Sığorta Bürosu bu məsələdə cavabdehlik daşıyır. Əgər bu sahədə hansısa bir sığorta hadisəsi yaranırsa, o zaman problemin həllini qarşılayır”.

İ.İbrahimov, son vaxlar könüllü sığorta ilə bağlı da bəzi problemlərin olduğunu diqqətə çatdırıb:

“Sığorta şirkətləri öz vəsaitlərini yaxın olduqları banklarda saxlayırlar. Bu bank bağlanan zaman həmin vəsaitlərin batmasına səbəb olur. Bu da onu deməyə əsas verir ki, Məkəzi Bank müəyyən qaydalar qoysun. Çünki, həm banklara, həm də sığorta şirkətlərinə nəzarət edən qurum Mərkəzi Bankdır. Bir neçə il əvvəl qanunvericiliyə edilən dəyişikliyə əsasən, sığorta şirkəti öz vəsaitlərini bir bankda deyil, digər banklarda da saxlamalıdır”.
 
Ardını oxu...
Azərbaycanda bir bankın kartından digər bankın kartına pul köçürən zaman ciddi məbləğdə komissiya haqqı tutulur.
Bir çox hallarda vətəndaşlar bu məsələ ilə bağlı sosial şəbəkələrdən müraciətlər ünvanlasalar da, konkret cavab almaq mümkün olmur.
Bəs, bunun səbəbi nədir?
Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov mövzu ilə bağlı azxeber.com-a açıqlamasında bu faktı belə izah edib:
“Təkcə bizdə deyil, Avropa ölkələrində də komissiya haqqı yüksəkdir. Çünki bu bir xidmət növüdür. Hər bir halda bank bu prosesə vaxtını sərf edir. Eyni zamanda işçi qüvvəsini sərf edir. Buna görə komissiya haqqı tutulması normaldır. Ancaq əsas məsələ komissiya haqqının məbləği ilə bağlıdır. Həqiqət odur ki, bəzilərində çoxdur, bəzilərin də azdır. Hər bir halda bu da bank üçün işdir. Doğrudur, bəzi bankalar var ki, komissiya haqqı tutmur. Ona daha çox maraqlı vətəndaşın onda pul saxlamasıdır”.

Əkrəm Həsənov qeyd edib ki, bu mövcüd qanunvericiliyə görə bankla müştəri arasında olan münasibətdir:
“Vətəndaşların narazılığı anlaşılandır. Amma bu məsələ qanunvericiliyə uyğundur. Müştəri artıq özü təyin etməlidir. Hansı bankda komissiya azdır, hansında çox”.
 
Ardını oxu...
Azərbaycanda bələdiyyələr tərəfindən 137 müəssisə yaradılıb.
Sfera.az xəbər verir ki, bələdiyyə müəssisələri ölkəmizdə olan bütün müəssisələrin (fərdi sahibkarlıq subyektləri istisna olmaqla – red.) 0,072 faizini təşkil edib.
Bələdiyyə müəssisələri əsasən kənd təsərrüfatı istiqaməti üzrə fəaliyyət göstərir. Bu istiqamət üzrə fəaliyyət göstərən 70 müəssisə var.
Tikinti üzrə 18, emal sənayesi üzrə 9, inzibati və yardımçı xidmətlər üzrə 5, istirahət, əyləncə və incəsənət sahəsi üzrə 5 bələdiyyə müəssisəsi var.
Bələdiyyələr elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizat, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələri üzrə müəssisəyə sahib deyil.
Rəsmi məlumatlara əsasən, 2023-cü ilin birinci yarısında bələdiyyə müəssisələrindən biri ləğv edilib.
 
Ardını oxu...
Bu ilin yanvar-iyun aylarında Azərbaycana 753,305 milyon ABŞ dolları dəyərində 48 373 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

DİA.AZ bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Məlumatda bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 63,4% və 37,5% çoxdur. Altı ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4,2 dəfə azalaraq 77 ədəd (5,246 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 38,8% artaraq 44 937 ədəd (679,509 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 7 329-u (159,582 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 124-ü (46,836 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 17,9%, ikincinin isə 7,3 dəfə artması deməkdir. Maraqlıdır, idxalın artması avtomobil bazarında ənənəvi minik maşınlarının qiymətini ucuzlaşdıracaqmı?

Cebhe.info-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qiymətlər qismən ucuzlaşa bilər:

"Bir neçə nüansa diqqət yetirməliyik. Birinci növbədə ölkəyə avtomobil gəlirsə, əvvəlki illərlə müqayisədə də bu say artırsa, deməli, vətəndaşların alıcılıq qabiliyyəti artıb, həm də avtomobilləşmə çevik həddə keçib. Ancaq bununla belə, minik avtomobillərinin qiymətində ucuzlaşmanın olacağını demək çətindir.

Yanvar ayının 1-dən yaşı 10-dan yuxarı olan avtomobillərin ölkəyə idxal olunması, onlarının rüsumlarının və dövlət qeydiyyatına alınması prosedurlarının dəyişməsi avtomobil bazarına öz təsirini göstərir. Elə bu məsələ səbəbindən də ölkədə avtomobillərin kütləvi ucuzlaşmasını demək tezdir.

Xüsusilə bu sahədə müəyyən problemlər var ki, öncə onlar həll olunmalıdır. Aradan qaldırılması üçün layihələr hazırlanmalıdır. Yalnız bu halda ucuzlaşma ola bilər. Amma hazırda avtombillər qismən ucuzlaşa bilər. Cüzi rəqəmlər dəyişə bilər. Bu da kütləvilik daşımaz".
 

Dünyapress TV

Xəbər lenti