Ardını oxu...
Kaxovka SES-in bərpası təqribən 1 milyard avroya başa gələcək və digər əlaqədar işlər də eyni məbləğ tələb edir.

Bunu Ukraynanın baş naziri Denis Şmıxal Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, hakimiyyət orqanları artıq Dünya Bankı ilə bu fəlakətdən sonra dəymiş ziyanın və ehtiyacların tez qiymətləndirilməsi ilə bağlı razılığa gəliblər.


Xəbər verdiyimiz kimi, iyunun 6-na keçən gecə Kaxovka SES-in bəndi dağılıb.
 
 
Ardını oxu...
Ermənistanın və Qazaxıstanın bankları Rusiya ilə bağlı ödənişləri kütləvi olaraq bloklamağa başlayıblar.
Bu hesablar da əsasən Rusiyaya texnoloji məhsulların tədarükü ilə bağlıdır.
Sanksiya altında olan Rusiya texnoloji tələbatı qarşılamaq, sanksiyadan yayınmaq üçün indiyədək Ermənistan və digər ölkələrdən istifadə edirdi.
İndi isə situasiya kəskin dəyişib.
Belə ki, ABŞ institutlarının son hesabatlarından görsənib ki, ötən 1-2 il ərzində Ermənistanın və Qazaxıstanın xaricdən, o cümlədən Avropa İttifaqı və ABŞ-dan texnologiyalar sahəsindıə idxalı kəskin artıb.
Şübhələnmək üçün əsaslar yaranıb ki, adı çəkilən ölkələrə idxal olunan bu texnoloji məhsullar, daxili tələbat üçün deyilmiş, bu texnologiya və elektronika məhsulları Rusiyaya yönəldilirmiş.
Hansı ki, sanksiya altında olan Rusiya bu texnologiyaları birbaşa idxal edə bilmirlər.
Belə olan halda isə ABŞ cari ilin əvvəli sanksiyaları daha kəskinləşdirib və artıq daha kiçik banklar, regional banklar, o cümlədən Ermənistan bankları da sanksiya ilə üzləşiblər.
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Qərbin sanksiyaları altına düşmək təhlükəsi İrəvan üçün Moskva ilə münasibətlərdə qırmızı xəttdir.
Qazaxstan da dərhal sanksiyaları nəzərə alacağını bildirib.
Beləliklə, Ukraynaya qarşı işğalçı müharibə ilə bağlı Rusiyaya tətbiq edilən yeni sanksiyalar nəticəsində Ermənistan və Qazaxstan kimi ölkələr də Rusiyaya dəstəkdən imtina etmək məcburiyyətində qaldılar.
Osman Gunduz
Teref.az
 
Ardını oxu...
“Əminəm ki, gələcəkdə “Şimal-Cənub” nəqliyyat dəhlizi Süveyş kanalına rəqib olacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin azərbaycanlı həmkarı Əli Əsədovla görüşündə deyib.

“Biz Rusiyanın və Azərbaycanın əlverişli coğrafi mövqeyindən istifadə edə, tranzit potensialımızı daha fəal inkişaf etdirə bilərik və etməliyik. Söhbət sərhəd keçid məntəqələrinin keçid qabiliyyətinin artırılmasından, beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu, avtomobil yolu, dəniz infrastrukturunun inkişaf etdirilməsindən gedir”, - o vurğulayıb.

M.Mişustin əlavə edib ki, ekspertlərin fikrincə, bu layihə ilə Baltik dənizindən Fars körfəzindəki limanlara yüklərin çatdırılması müddəti 10 günə qədər azaldacaq.
Ardını oxu...
Türkiyənin «Aras Cargo» şirkəti Azərbaycanda «Starex» brendi ilə xidmət göstərən yük daşıma şirkəti «Star Express»in 75 faiz səhmini alıb və Azərbaycanda «Aras Global» brendi ilə yükdaşıma xidmətləri göstərməyə başlayıb.
TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Xatırladaq ki, “Starex.az” şirkəti həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının çatdırılmasını həyata keçirir. Şirkət hal-hazırda Azərbaycan, Türkiyə, Amerika və Çində qeydiyyatdan keçmiş və hər üç ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.

«Aras Cargo» elan edib ki, bu addımla Orta Asiya bazarına daxil olan «Aras Kargo», Türkiyədən e-ticarət şirkətlərinin qlobal bazarlara çıxmasına başlayıb. Şirkət elan edib ki, gələcəkdə oxşar investisiyaları digər türk respublikalarında da edəcək.

«Aras Kargo»nun baş direktoru Utku Ayyark bildirib ki, ilin sonunadək digər türk respublikalarında da yatırım ediləcək: «Bu satınalma, bir iş sövdələşməsi olmaqla yanaşı, bizim üçün perspektivli imkanlarla dolu gələcəyə açılan qapıdır. Yeni formalaşmamız, Aras Global-ın ilk sərmayəsi olan Starex markasıdır. Biz təkcə beynəlxalq arenada rolumuzu artırmırıq, həm də Türkiyədən şirkət və sahibkarları Orta Asiya bazarına daşıyırıq. Bu beynəlxalq sərmayədən sonra bu ilin sonuna kimi başqa bir Türk Respublikasında öz brendimizlə fəaliyyətə başlamağı planlaşdırırıq. Bu sərmayələrlə Türk Cümhuriyyətlərindən, ilk növbədə Avropadan başlayaraq, daha sonra qlobal sektorun aparıcı oyunçularından biri olaraq Yaxın Şərq və Amerikaya gedən yolda əhəmiyyətli bir addım atmış olacağıq».

Azərbaycanda e-ticarətin həcmini artıracaq
«Aras Kargo»nun rəhbəri bildirib ki, bu alqı-satqı müştərilərə və alıcılara bir çox faydalar gətirəcək: «Azəri istehlakçıları Türkiyə mərkəzli e-ticarət şirkətlərindən alış-veriş etdikdə, vasitəçi, uçdan-uca çatdırılma xidmətinə sahib olacaqlar.

«Starex»in müştərisi olan şirkətlər üstünlük qazanacaq
Aras Global-ın rəqabətqabiliyyətli qiymətləri və Starex-in "Geniş yayılmış distribütor şəbəkəsinin gücü ilə müştərilər rəqabətdən bir addım öndə olacaqlar. Starex-in Azərbaycanda tərəfdaşlıq etdiyi marketlərin müştəriləri Aras Kargo-nun Starex sayəsində çatdırılmada daha yaxşı alış-veriş təcrübəsi əldə edə biləcəklər».
 

Ardını oxu...
Regionlarda yenicə yetişdirilmiş kartof sahələrdə qalıb. Fermerlər alıcı tapmadıqlarına görə məhsul yığmağa lüzum görmürlər. Deyirlər ki, kartofun tarladan toplanmasına çəkilən xərc, onun alışına təklif edilən vəsaitdən çoxdur. Ona görə də fermerlər çıxılmaz vəziyyətdə qalıblar. Vəziyyət Cəlilabad rayonunda daha acınacaqlıdır.

Məsələ ilə bağlıi Millət vəkili Elman Nəsirovun fikirlərini öyrəndik. DİA.AZ-ın xəbərinə görə, Bizim.Media-ya açıqlamasında o vəziyyətdən xəbərdar olduğunu bildirdi:

“Cəlilabad fermerləri bu il bol kartof yetişdiriblər. Amma bol məhsulu realizə edə bilmirlər. Ona görə də bəzi fermerlər kartofu hətta sahələrdən yığmaq belə istəmirlər. Çünki, yığım üçün lazım olan vəsait satış pulundan xeyli çoxdur. Ən narahat edici məqam odur ki, onların böyük bazarlara çıxışı yoxdur.

Hazırda Bakı və digər şəhərlərdəki ticarət məntəqələrində satılan kartofun qiyməti ilə Cəlilabaddakı kartofun qiyməti arasında ağlagəlməz fərq var. Bu fərq necə yaranır bilmirəm. Amma bildiyim odur ki, Cəlilabadda külli miqdarda kartof sahələrdə zay olub gedir”.

Millət vəkili Kənd Təsərrüfatı Nazirliyinin bu məsələyə operativ müdaxilə etməsini vacib sayır:

“Hazırda həm dövlətimizin, həm də Kənd Təsərrüfatı Nazirliyinin imkanı var ki, fermerlərdən istehsal etdikləri bütün kartofu alsın və böyük bazarlara çıxartsın, ya da ki, regionlardakı soyuducu anbarlar yığsın. Üzü payıza bazara çıxardıb satsın.

Əgər bu addım atılsa, həm fermerlər ziyandan sığortalanmış olar, həm də gələcəkdə bazardakı süni qiymət artımının qarşısı alınmış olar. Açığı deyim ki, əgər fermerlərə dəstək olunmasa çətin ki, gələn il Cəlilabadda bu qədər məhsul yetişdirilsin”.

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin də mövqeyini öyrəndik.

Bizim.Media-ya açıqlamasında o bildirib ki, indiki halda yaxşı olar ki, hökümət fermerlərə anbar təminatında yardımçı olsun:

“Üstəlik, müvafiq dövlət qurumları fermerlərə xaricdə və daxildə sərfəli müştəri axtarmalıdır. Bəziləri deyir ki, faraş kartofu anbarda uzunmüddətli saxlamaq olmur. Bu kökündən yanlış fikirdir. Çünki, faraş kartofun saxlanma texnologiyası var. Bu texnologiyanı öyrənmək lazımdır. Üstəlik ən qısa zamanda fermerləri anbarlarla təmin etmək gərəkdir ki, onlar min bir əziyyətlə yetişdirdikləri məhsulla baş-başa qalmasınlar”.

Akif Nəsirli bu sahədəki dünya təcrübəsindən də danışıb:

“Dünya təcrübəsində belə vəziyyətlərdə xüsusi addımlar atılır. Məsələn ABŞ-da bu sahəyə cavabdeh olan dövlət qurumu hər il ciddi planlaşdırma aprır, gözlənilən məhsuldarlığı qabaqcadan müəyyən edir. Buna uyğun da bazar müəyyən edir.

Əgər istehsal olunan məhsul bazarın tələbatından çoxdursa, onda hökümət həmin məhsulu fermerdən alıb ya ixrac edir, ya da ki, anbarlara vurub saxlayır. Hökümət bütün riskləri qarşılayır ki, fermer ziyan görməsin və növbəti il üçün məhsul istehsalında daha həvəsli olsun. Buna hökümətin kənd təsərrüfatı məhsullarının tənzimlənməsi siyasəti deyirlər. Hazırda bizim dövlətin də fermerlərə kömək etmək üçün böyük imkanları var”.
Ardını oxu...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində audit başa çatıb.
Hesablama Palatasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə təyin edilmiş vahid aylıq müavinətin maliyyələşdirilməsi, eləcə də həmin şəxslər üzrə kommunal xidmətlərin haqqının ödənilməsi məqsədilə dövlət büdcəsindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılmış vəsaitin istifadəsinə dair auditi zamanı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları” ilə aylıq ödənişlərin şamil edilmədiyi kateqoriyalar üzrə bir sıra tələblərə əməl olunmadığı müəyyənləşdirilib.

Belə ki, Komitə tərəfindən Qaydaların 2.2-ci, 2.12-ci və 2.13-cü bəndlərində göstərilmiş kateqoriyalar çərçivəsində hüquqi aktlarda müavinətin ödənilməsinin istisna olunduğu halların tam nəzərə alınmaması büdcə xərclərinə ümumilikdə 20,1 mln. manat məbləğində əlavə tələbatın formalaşmasına şərait yaratmaqla vəsaitin düzgün istifadə olunmaması ilə nəticələnib.

Vahid aylıq müavinət ödənişi həyata keçirilmiş məcburi köçkünlərdən 2020-2022-ci illərdə dövlət qulluğu vəzifəsində işlədiyi dövrdə 767 nəfərə, dövlət qulluqçusu kimi yaşa görə pensiya ilə təmin olunduğu dövrdə 242 nəfərə, dövlət qulluğunun xüsusi növündə xidmət etdiyi dövrdə 2943 nəfərə, qeydiyyat ünvanını ərazisi işğal olunmamış rayona dəyişmiş 70 nəfərə müavinət ödənilib.
 
Ardını oxu...
Azərbaycanda məşhur “Şah Market”lər şəbəkəsinin dövlətə külli miqdarda vergi borcu yaranıb.
Qaynartinfo-nun məlumatına görə, nizamnamə kapitalı 98256 manat, qanuni təmsilçisi Hacıyeva Qənirə Ələkbər qızı olan “Şah Market” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 368 min 12 manat 34 qəpik vergi borcu var.
Ardını oxu...
Qənirə Hacıyeva təsisçisi olduğu marketlər şəbəsi ilə bağlı yaranan vergi borcuna görə Ali Məhkəməyə müraciət edib.
Bundan əvvəl bütün məhkəmələrdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xeyrinə qərar çıxarılıb. Qənirə Hacıyevanın ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.
 
Ardını oxu...
“Taxıl sazişi” çərçivəsində Rusiya-BMT memorandumu üzrə məsləhətləşmələrin növbəti raundu Cenevrədə olacaq.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin xəbər verib.

Onun sözlərinə görə, görüş iyunun 9-a təyin olunub.
Nazir müavini qeyd edib ki, BMT-ni qurumun Ticarət və İnkişaf üzrə Konfransının baş direktoru Rebekka Grinspan təmsil edəcək.

Mənbə: İnterfaks
 
Ardını oxu...
Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Bildirilib ki, avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə edilir.
Dəyişikliklə isə avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə olunacaq.
 
Ardını oxu...
Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər 150 manat cərimələnəcək. “Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin hazırkı variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir.

Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır.
 

Dünyapress TV

Xəbər lenti