Ardını oxu...
Azərbaycan sistemin sərtləşmə dozunu artırır – bunun hələ ardıcıl siyasət, və ya epozodik məqam olduğunu görəcəyik, amma belə davranışın müxtəlif səbəblərindən biri bəzi Qərb siyasətçilərinin və ölkələrinin beynəlxalq hüququ çeynəyən qərəzli açıqlamaları və qəbul edilmiş sənədlərdir. Doğrudan da bəzi Qərb siyasətçilərin məntiqsiz açıqlamaları heyrət və qəzəb doğurur.
Amma, məncə, əsas səbəblərdən biri ölkə iqtisadiyyatının getdikcə daha ağır duruma düşməsi, bununla bağlı hökumətin iqtisadi komandasının heç bir həll yolu təqdim edə bilməməsidir. Azərbaycanda bu il ÜDM artımı MDB ölkələri arasında ən zəif nəticə oldu – iqtisadiyyatımız bu ilin ilk 3 rübündə cəmi 0,5% artıb, bu isə artım deyil, hətta ressesiyadır. Məmləkətdə rəsmi inflyasiya ikirəqəmlidir, insanların real gəlirləri artmır, iş yerləri azalır, son 2-3 gündə elə hökumətin özünün rəsmi məlumatlarına baxın: Azərbaycanda armatur istehsalı 26%-dən çox, ayaqqabı istehsalı 45%, makaron istehsalı 32%, geyim istehsalı 12,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 25,4% azalıb. Bir daha, bu son 2-3 günün məlumatlarıdır, hətta iş o yerə çatıb ki, ilk dəfə olaraq Gürcüstanla ticarət dövriyəmizdə mənfi saldo yaranıb – həmişə biz Gürcüstana daha çox mal-məhsul satırdıq, indi əksinə olub, Gürcüstanın Azərbaycana ixracı idxalından daha çox olub.
Ölkədə sonuncu sərt repressiya dalğası 2013-2016 arası oldu, o zaman da müxtəlif səbəblər var idi, amma əsas məsələlərdən biri o idi ki, 2013-dən başlayaraq ölkədə iqtisadi mənzərə kəskin pisləşməyə başladı, nəticədə kəskin devalvasiyalar yaşadıq, iqtisadiyyat daraldı, qiymətlə kəskin artdı – pararlel olaraq da siyasət, media, sivil toplum alanları kəskin daraldıldı, siyasi həbslərin pik nöqtəsini yaşadıq.
Hökumətin iqtisadi komandasının bacarıqsızlığını sərtləşmə həll edə bilməz, çünki iqtisadiyyatda fundamental və institutsional, idarəetmə ilə bağlı problemlər var. Bu problemlərin həlli yolu isə sərtləşmədən deyil də, tam tərsinə sərbətləşmədən, vergi-gömrük islahatlarından keçir.
Məmləkətimiz tariximizdə görünməyən qürurlu bir uğur qazanıb - ərazi bütövlüyümüz tam bərpa olunub, Azərbaycan post-sovet məkanında ilk və yeganə ölkədir ki, Rus və Sovet İmperiyasının basdırdığı “etnik münaqişə minasını” təmizləməyə nail oldu, indi məmləkətin qarşısında daha böyük çağırışlar, daha böyük xərclər var – deməli ölkə daha çox qazanmalıdır ki, daha çox da xərcləyə bilsin. İndiki iqtisadi siyasətlə bu mümkün deyil və bu problemin həlli yolu sərtləşmədən deyil də, rəqabət və şəffaflıqdan keçir...
Natig Cəfərli
Teref. Xocanın Blogu
 
 
 
Ardını oxu...
Elçin Bayramlı: “Bütün bunlar Kənd Təsərrüfatı Nazirliyinin qeyd olunan sahəyə diqqət yetirməməsinin nəticəsidir”.
Bu fikirləri yerli meyvə-tərəvəz məhsulları bazarındakı mövcud vəziyyəti və qiymətlərin uyğunluğunu dəyərləndirən kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib. Onun sözlərinə görə, əhalinin sosial vəziyyəti yaxşılaşmadığı üçün həmin məhsullara tələbat nəinki artmayıb, əksinə, azalıb:
“Bahalaşma əvvəlki illərlə müqayisədə təbii ki uyğun deyil. Ümumiyyətlə, bahalaşma prosesinin ildən-ilə intensivləşdiyi müşahidə olunur və o baxımdan, hər ilin sonuna doğru meyvə-tərəvəzlərin qiyməti artır. Çünki payızlıq meyvə-tərəvəzlərin artıq yay başa çatmadan azaldığını görürük.
Bu həm də ölkədə meyvə-tərəvəz istehsalının azalmasının göstəricisidir. Çünki bu məhsulların ixracında da hər hansı artım yoxdur ki bahalaşmanı onunla əlaqələndirə bilək. Əksinə, ixrac göstəricilərində də azalma qeydə alınıb. Bütün bunları nəzərə aldıqda, ölkədə meyvə-tərəvəz bolluğu və qiymətlərin ucuzlaşması baş verməli idi.
Lakin bahalaşmanın davamlılığı onu göstərir ki, əhalinin sosial vəziyyəti yaxşılaşmadığı üçün həmin məhsullara tələbat nəinki artmayıb, hətta azalıb. Dediyim kimi, bunun da əsas səbəbi yerli istehsalın azalmasıdır. Belə bir vəziyyətin yaranması isə sahibkar və fermerlərin bazara çıxışında ciddi maneələrin olması ilə bağlıdır.
Eyni zamanda, toxumun və müxtəlif zəruri xidmətlərin bahalaşması, o cümlədən, bir çox ərazilərdə suvarma sisteminin olmamasında ifadə olunan bahalaşma təsərrüfatları sıradan çıxarır. Nəticədə istehsal azalır və idxaldan asılılığımız artır.
Bütün bunlar Kənd Təsərrüfatı Nazirliyinin qeyd olunan sahəyə diqqət yetirməməsinin nəticəsidir. Yerlərdə sahibkaralara qarşı maneələr, korrupsiya halları, bürokratik əngəllər, subsidiyaların verilməsində yaşanan neqativ nüanslar hələ də aradan qaldırılmayıb. Çünki bu sahədə düzgün və effektli idarəetmə sistemi qurulmayıb”.
Yusif Səmədzadə
www.yenicag.az
 
Ardını oxu...
“Mərkəzi Bank tərəfindən bir sıra “interchange” tariflər üzrə yuxarı hədlərin müəyyənləşməsi sahibkarların xərclərinin azaldılması məqsədini daşıyır”.

Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, tariflərin azaldılması ərzaq və dərman satan obyektlərin xərclərinin azalmasına gətirib çıxaracaq.

Maraqlıdır, bu addım sözügedən malların qiymətinə necə təsir edəcək?

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, Azərbaycanda əvvəllər də belə güzəştlər tətbiq olunub:

“Məsələn, 2017-ci ildə də belə güəştlər tətbiq olunmuşdu. Amma bu, ərzaq və dərman qiymətlərinə ciddi şəkildə təsir etməyib.

Burada çox cüzi məbləğlərdən söhbət gedir. Bank kartları ilə alış-veriş edərkən tutulan komissiyalar azalacaq.

Komissiya haqları da böyük məbləğ deyil. Komissiyaların azaldılması və ya güzəştlərin tətbiq olunması qiymətlərə nəzərəçarpacaq şəkildə təsir etməyəcək. Qarşılıqlı şəkildə banklararası güzəştlərin edilməsi isə pozitiv addımdır”.
 
 
 
Ardını oxu...
"İri marketlərdə torpaqlı kartofların satılması ilə ilə bağlı Qida Təhlükəsizlik Agentliyi rəy verməlidir”.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu marketoloq Pərviz Əzimov deyib.

Onun sözlərinə görə, aydın görünür ki, qidanın üstündə torpaq var, içində qurd ola bilər:

”Bu, təmizlənməlidirmi? Qida Təhlükəsizlik Agentliyi bunun satışına nəzarət edib rəy verməlidir. Amma bir də kartofun çəkisi məsələsi var. Mütləq mənada torpaqlı tərəvəzlə təmizlənmiş məhsulların qiymət fərqi olmalıdır. Çünki müştəriyə təmiz məhsulun çəkisi satılmalıdır. Bütün müştərinin haqqıdır ki, məhsulun təmiz çəkisini əldə eləsin. Məsələn, əgər yazılıbsa ki, kilosu 1 manata satılır, burada təmiz çəkidən söhbət gedir.
Qanunvericiliyə görə istehlakçı əldə etdiyi məhsulun dəyəri qədər pul ödəməlidir. Ona görə də belə hallarda müştəriyə ikili təqdimat olmalıdır. Ya da bu məsələ müştərinin istəyini nəzərə alaraq onlara satılmalıdır”.

Pərviz Əzimov hesab edir ki, belə halda marketin üzərinə düşən öhdəlik var:

"Məsələn, təmizlənməmiş kartofun 1 kilosu 80 qəpikdir. Müştəri qiymətlə razılaşmalıdır və onu belə halda alıb-almamasına özü qərar verməlidir”.
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 
Ardını oxu...
2023-cü ilin ilk 9 ayında Azərbaycanda 60900 iş yeri açılıb, eyni dövrdə 10800 insan iş yerini itirib. İlk baxışdan açılan iş yerlərinin bağlanandan çox olması müsbət görünsə də, dərinə enəndə problemlər olduğu görünür. Bu ilin ilk 9 ayında “yeni” kimi qeydiyyata alınan 60900 iş yerlərinin əksəriyyəti zatən olub, sadəcə olanlar rəsmiləşdirilib, bunların çoxu “yeni iş yerləri” deyil. Amma real olaraq 11 minə yaxın insan işini itirib – bax bu çox ciddi məsələdir.
Ümumiyyətlə, hökumətin iqtisadi komandası son zamanlar ölkə iqtisadiyyatında baş verən neqativ tendensiyaları izah etməkdənsə, məsuliyyətlərini hiss edib problemləri görməkdənsə, yenə gurultulu bəyanatlar verirlər. Çıxıb izah etsinlər ki, ölkədə ÜDM nədən MDB ölkələri arasında ən az artan olub, niyə bu il iqtisadi artım cəmi 0,5% olub ki, bu da faktiki artım deyil, hətta ressesiya tendensiyasıdır. Və ya, çıxıb izah etsinlər ki, nədən gələn il büdcədə vergidən daxilolmalar kəskin azalır, niyə gələcək nəsillər üçün nəzərdə tutulan Neft Fondundan bu ilə nisbətən 2024-də daha çox vəsait götürüləcək.
İqtisadiyyatımızda pis tendensiyalar, məmləkətin qarşısında isə böyük maddi xərclər tələb edən çağırışlar var – yaxın 6-7 ildə tək elə işğaldan azad olunan torpaqlarımızın bərpasına əlavə 50-60 mlrd. manat vəsait lazım olacaq. Bu vəsait isə indi yoxdur, ölkənin pul qazanması üçün iqtisadi azadlıqların genişlənməsinə, iqtisadi aktivliyin artması üçün isə yeni vergi-gömrük qanunvericiliyinə, ədalətli məhkəmə sisteminə acil ehtiyac var. Bu addımlar üçün yüksək və effektiv təşəbbüskarlığı olan iqtisadi komanda, yeni idarəetmə fəlsəfəsinə keçid lazımdır...
Natiq Cəfərli
Teref. Xocanın Blogu
 
 
 
Ardını oxu...
Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı kəskin azalıb. 2023-cü il oktyabr ayının 1-nə iribuynuzlu heyvanların sayı iki milyon 533.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə yeddi milyon 223.2 min baş təşkil edib. Dövlət Statistika Komitəsinin apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3 faiz və ya 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9 faiz və ya 705.1 min baş azalıb. Cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb. Azalma fonunda ətin qiyməti də bahalaşır. Prosesin qarşısını almaq üçün nələr edilməlidir?Tələb təklifi üstələyirsə...Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Azər Badamov “Kaspi” qəzetinə açıqlamasında deyib ki, qiymətlərin bahalaşması heyvan sayı ilə bağlıdır:“Ətin qiymətinin tənzimlənməsinə dövlət müdaxilə etmir. Çünki bazarda qiymətlər bazar iqtisadiyyatına uyğun idarə olunur. Təklif və tələbdən asılı olaraq formalaşır. Tələb təklifi üstələyirsə, qiymətlərdə artım baş verir. Ət son iki ildə ən çox bahalaşan malların sırasındadır. Ətin qiymətinə təsir edən əsas amillərdən biri ölkə üzrə iri və xırdabuynuzlu heyvanların sayının kəskin azalmasıdır. Sayın azalması təklifin azalmasına gətirib çıxarır. Bu da bahalaşmaya yol açır. Mal-qaranın sayının azalmasının isə otlaq sahələrinin azalması ilə bağlı olduğunu düşünürəm”.Bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunurA.Badamov heyvan sayının azalması ilə bağlı bildirib ki, kəndlinin otlaq sahəsi olmadığı üçün bu proses baş verir:“İntensiv təsərrüfatlarda bəslənilən ətlik mallar qapalı şəraitdə yetişdirilir. Mal-qaranın çəki yığması üçün istifadə edilən yemin tərkibinə daxil olan komponentlər əsasən xaricdən idxal olunur. Xaricdən idxal olunan yem komponentlərinin qiymətlərində artımın baş verməsi də ətin maya dəyərinə təsir göstərir. Otlaq sahələrinin azalması kəndliyə mal-qaranı saxlamağı çətinləşdirir və sayını azaldır. Bu da ümumi bazara çıxarılan ətlik mal və heyvanların sayına təsir göstərir. Örüş və otlaq sahələrin azalması isə əkin sahələrinin genişlənməsi ilə bağlıdır. Son illər təyinatından asılı olmayaraq əkin aparmağa uyğun bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunur. Bu da heyvanların yem bazasının azalmasına və bahalaşmaya səbəb olur”. Heyvandarlığın inkişaf etdirilməsi sürətlənməlidirA.Badamovun sözlərinə görə, bahalaşmaya son qoymaq üçün müəyyən tədbirlər görülməlidir:“Ətin qiymətinin bahalaşması hər bir vətəndaşın bu məhsula əlçatanlığını məhdudlaşdırır. Ona görə də, ətin qiymətinin tənzimlənməsi və bazarda bolluğun yaradılması üçün tədbirlər görülməlidir. Bu tədbirlərin tərkib hissəsi kimi ilk növbədə işğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişaf etdirilməsi sürətləndirilməlidir. Bu ərazilər əvvəllər də ölkəmizin ət tələbatının ödənilməsində əhəmiyyətli rol oynayıb. İndi sahibkarlara yenidən həmin ərazilərdə heyvandarlıq komplekslərinin tikilməsi üçün şərait yaradılmalıdır. Amma bu, uzunmüddətli prosesdir”. Ət idxalı asanlaşdırılmalıdırDeputatın fikrincə, tədbirlər görülməsə, yaxın gələcəkdə ətin qiymətində daha çox bahalaşma olacaq: “Qısamüddətli tədbirlər üçün isə ətin idxal prosesi sadələşməlidir. Belə ki, ətin idxal olunması üçün müəyyən müddətə gömrük rüsumları azaldılmalı, ya da ümumiyyətlə ləğv olunmalıdır. Bazara xaricdən ucuz qiymətə ət idxal olarsa, qiymətlər özü-özünə tənzimlənər”.Ət məhsullarının qiymətinin bahalaşması artıq reallıqdırAqrar sahə üzrə ekspert Rəcəb Orucov deyib ki, istehlak bazarında ət məhsullarının qiymətinin bahalaşması artıq reallıqdır: “Etiraf etmək lazımdır ki, bu gün bir çox iri intensiv heyvandarlıq təsərrüfatlarının bəziləri artıq öz fəaliyyətlərini dayandırıb. Səbəb aldıqları yemin dəyərinin bahalaşmasıdır. Biznesdə tələblə təklif arasında formalaşan konyunktura bazarın tələblərini müəyyənləşdirir. Səbəbləri həmişə yemlə əlaqələndirirlər, yemin də qiymətinin qalxmasının obyektiv və subyektiv səbəbləri var. Bu da heyvandarlıq məhsullarına, xüsusən də ətə təsir edir”.
Ekspertin sözlərinə görə, heyvandarlıqdan normal gəlir götürmək mümkün olsa, bu halda hər şey qaydasına düşər: “Rayon yerlərində ailə fərdi təsərrüfatlarında heyvandarlığın inkişafı üçün müəyyən stimullar yaradılsa, bu məsələ özünü çox da qabarıq göstərməz”.Bugünkü şəraitin uzun müddət davam etməsi...R.Orucov ət qıtlığı olacağını düşünmür: “Ancaq baş sayının azalması, əhalinin də dinamik artımı gələcəkdə istehlak bazarında heyvandarlıq məhsullarına olan tələbatı da artırır. Bugünkü şəraitin uzun müddət davam etməsi yaxın illərdə heyvandarlıq məhsullarının qiymətlərinin bahalaşması ilə özünü göstərəcək. Ət qıtlığı gözlənilmir. Ancaq həyəcan təbili çalmağın artıq vaxtıdır. Çünki heyvandarlığın inkişafı həm kənd yerlərimizdə əhalinin işlə təmin olunması, həm sosial durumun yaxşılaşdırılması istiqamətində atılan bir addımdır”.Aradakı fərqi necə kompensasiya etməli?Müsahib bildirib ki, bütün sahələrdə istehsalçıların bazara çıxışını asanlaşdırmaq lazımdır: “Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstəririk. Bu şəraitdə qiymət artımına “dur” demək mövcud bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Burada əsas məsələ istehsalçıların birbaşa satış bazarında, dəyər zəncirində öz yerini tutmasıdır. Rayonlarda istehsal olunan ət məhsulları birbaşa iqtisadi rayonlarda birləşmiş bazarlarda öz əksini tapır. Burada əsas məsələ məhsulu istehlak bazarına çıxaran şəxslərin həmin istehsalçı ilə satış bazarındakı çox ciddi qiymət fərqləridir. İstehsalçıların istehlak bazarına çıxışlarını bir az asanlaşdırmaq yolu ilə aradakı fərqi kompensasiya etmək olar”.
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4 milyon dollar və ya 9 % azdır. Hesabat dövründə kartof ixracı ölkənin ümumi ixracının 0,11 %-ni təşkil edib.

Ehtimallara görə, ixracın azalması, fermerlərimizin istehsal etdikləri kartofun yerli bazarlara daha çox çıxarılmasına şərait yarada bilər.

Belə olan halda, təklifin artmasının qiymətlərin ucuzlaşmasına gətirib çıxaracağını gözləyənlər də az deyil.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı ekspert Akif Nəsirli isə ixracın azalmasını məhsuldarlığın aşağı olması ilə əlaqələndirib:

“Hazırda yerli kartofun qiyməti nisbətən bahadır. Bu baxımdan da ölkəyə kartof idxalının həcminin artacağı gözlənilir. Artıq indidən bazarlarda Belarus və İran məhsullarının satışı başlayıb. Bir müddət sonra Pakistan kartofu da bazara daxil olacaq. Bu da təbii haldır, çünki bazar dövlət tərəfindən tənzimlənmir. Bazar tələb-təklif təsirləri altında nizamlanır. Yəni, daxildə istehsal azalan zaman xaricdən idxal artır və ixracat aşağı düşür”.

Onun sözlərinə görə, əsas ixrac faraş kartofun üzərinə düşür:

“Belə ki, illik ixracat ümumi götürülür və əsasən aprel-may aylarından başlayır. Bu da ölkəmizdə havaların xoş, yəni isti keçməsi ilə bağlıdır. Bəllidir ki, belə havada kartof tez yetişir”.
 
Ardını oxu...
Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı kəskin azalıb. 2023-cü il oktyabr ayının 1-nə iribuynuzlu heyvanların sayı iki milyon 533.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə yeddi milyon 223.2 min baş təşkil edib.

Dövlət Statistika Komitəsinin apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3 faiz və ya 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9 faiz və ya 705.1 min baş azalıb. Cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb. Azalma fonunda ətin qiyməti də bahalaşır. Prosesin qarşısını almaq üçün nələr edilməlidir?

Tələb təklifi üstələyirsə...

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Azər Badamov “Kaspi” qəzetinə açıqlamasında dedi ki, qiymətlərin bahalaşması heyvan sayı ilə bağlıdır: “Ətin qiymətinin tənzimlənməsinə dövlət müdaxilə etmir. Çünki bazarda qiymətlər bazar iqtisadiyyatına uyğun idarə olunur. Təklif və tələbdən asılı olaraq formalaşır. Tələb təklifi üstələyirsə, qiymətlərdə artım baş verir. Ət son iki ildə ən çox bahalaşan malların sırasındadır. Ətin qiymətinə təsir edən əsas amillərdən biri ölkə üzrə iri və xırdabuynuzlu heyvanların sayının kəskin azalmasıdır. Sayın azalması təklifin azalmasına gətirib çıxarır. Bu da bahalaşmaya yol açır. Mal-qaranın sayının azalmasının isə otlaq sahələrinin azalması ilə bağlı olduğunu düşünürəm”.

Bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunur

A.Badamov heyvan sayının azalması ilə bağlı bildirdi ki, kəndlinin otlaq sahəsi olmadığı üçün bu proses baş verir: “İntensiv təsərrüfatlarda bəslənilən ətlik mallar qapalı şəraitdə yetişdirilir. Mal-qaranın çəki yığması üçün istifadə edilən yemin tərkibinə daxil olan komponentlər əsasən xaricdən idxal olunur. Xaricdən idxal olunan yem komponentlərinin qiymətlərində artımın baş verməsi də ətin maya dəyərinə təsir göstərir. Otlaq sahələrinin azalması kəndliyə mal-qaranı saxlamağı çətinləşdirir və sayını azaldır. Bu da ümumi bazara çıxarılan ətlik mal və heyvanların sayına təsir göstərir. Örüş və otlaq sahələrin azalması isə əkin sahələrinin genişlənməsi ilə bağlıdır. Son illər təyinatından asılı olmayaraq əkin aparmağa uyğun bütün sahələr əkinçiliyə və bağçılığa cəlb olunur. Bu da heyvanların yem bazasının azalmasına və bahalaşmaya səbəb olur”.

Heyvandarlığın inkişaf etdirilməsi sürətlənməlidir

Millət vəkilinin sözlərinə görə, bahalaşmaya son qoymaq üçün müəyyən tədbirlər görülməlidir: “Ətin qiymətinin bahalaşması hər bir vətəndaşın bu məhsula əlçatanlığını məhdudlaşdırır. Ona görə də, ətin qiymətinin tənzimlənməsi və bazarda bolluğun yaradılması üçün tədbirlər görülməlidir. Bu tədbirlərin tərkib hissəsi kimi ilk növbədə işğaldan azad olunmuş ərazilərdə heyvandarlığın inkişaf etdirilməsi sürətləndirilməlidir. Bu ərazilər əvvəllər də ölkəmizin ət tələbatının ödənilməsində əhəmiyyətli rol oynayıb. İndi sahibkarlara yenidən həmin ərazilərdə heyvandarlıq komplekslərinin tikilməsi üçün şərait yaradılmalıdır. Amma bu, uzunmüddətli prosesdir”.

Ət idxalı asanlaşdırılmalıdır

Deputatın fikrincə, tədbirlər görülməsə, yaxın gələcəkdə ətin qiymətində daha çox bahalaşma olacaq: “Qısamüddətli tədbirlər üçün isə ətin idxal prosesi sadələşməlidir. Belə ki, ətin idxal olunması üçün müəyyən müddətə gömrük rüsumları azaldılmalı, ya da ümumiyyətlə ləğv olunmalıdır. Bazara xaricdən ucuz qiymətə ət idxal olarsa, qiymətlər özü-özünə tənzimlənər”.

Ət məhsullarının qiymətinin bahalaşması artıq reallıqdır

Aqrar sahə üzrə ekspert Rəcəb Orucov dedi ki, istehlak bazarında ət məhsullarının qiymətinin bahalaşması artıq reallıqdır: “Etiraf etmək lazımdır ki, bu gün bir çox iri intensiv heyvandarlıq təsərrüfatlarının bəziləri artıq öz fəaliyyətlərini dayandırıb. Səbəb aldıqları yemin dəyərinin bahalaşmasıdır. Biznesdə tələblə təklif arasında formalaşan konyunktura bazarın tələblərini müəyyənləşdirir. Səbəbləri həmişə yemlə əlaqələndirirlər, yemin də qiymətinin qalxmasının obyektiv və subyektiv səbəbləri var. Bu da heyvandarlıq məhsullarına, xüsusən də ətə təsir edir”.
Ekspertin sözlərinə görə, heyvandarlıqdan normal gəlir götürmək mümkün olsa, bu halda hər şey qaydasına düşər: “Rayon yerlərində ailə fərdi təsərrüfatlarında heyvandarlığın inkişafı üçün müəyyən stimullar yaradılsa, bu məsələ özünü çox da qabarıq göstərməz”.

Bugünkü şəraitin uzun müddət davam etməsi...

R.Orucov ət qıtlığı olacağını düşünmür: “Ancaq baş sayının azalması, əhalinin də dinamik artımı gələcəkdə istehlak bazarında heyvandarlıq məhsullarına olan tələbatı da artırır. Bugünkü şəraitin uzun müddət davam etməsi yaxın illərdə heyvandarlıq məhsullarının qiymətlərinin bahalaşması ilə özünü göstərəcək. Ət qıtlığı gözlənilmir. Ancaq həyəcan təbili çalmağın artıq vaxtıdır. Çünki heyvandarlığın inkişafı həm kənd yerlərimizdə əhalinin işlə təmin olunması, həm sosial durumun yaxşılaşdırılması istiqamətində atılan bir addımdır”.

Aradakı fərqi necə kompensasiya etməli?

Müsahibimiz bildirdi ki, bütün sahələrdə istehsalçıların bazara çıxışını asanlaşdırmaq lazımdır: “Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstəririk. Bu şəraitdə qiymət artımına “dur” demək mövcud bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Burada əsas məsələ istehsalçıların birbaşa satış bazarında, dəyər zəncirində öz yerini tutmasıdır. Rayonlarda istehsal olunan ət məhsulları birbaşa iqtisadi rayonlarda birləşmiş bazarlarda öz əksini tapır. Burada əsas məsələ məhsulu istehlak bazarına çıxaran şəxslərin həmin istehsalçı ilə satış bazarındakı çox ciddi qiymət fərqləridir. İstehsalçıların istehlak bazarına çıxışlarını bir az asanlaşdırmaq yolu ilə aradakı fərqi kompensasiya etmək olar”. ("Kaspi" qəzeti)

Ardını oxu...
Ağsu Rayon İcra Hakimiyyəti “2023-cü ildə Ağsu şəhərində aparılacaq işıqlandırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi “Topxana Layihə İnşaat” MMC olub.

Qalib şirkətə 154 934 manat ödəniləcək.



Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Ardını oxu...
“Həm buğda idxalı, həm dəyirmanlarda buğdanın üyüdülməsi və unun çəkilməsi, həm də çörəyin bişirilməsi hamısı zəncirvari şəkildədir. Yəni bu sahədə adları müxtəlif olan bir neçə şirkət fəaliyyət göstərir və onların, ən azı, sindikat razılaşması ehtimalı böyükdür. Ona görə də bu şirkətlər arasında rəqabət yoxdur”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Liberal İqtisadçılar Mərkəzi”nin sədri Akif Nəsirli deyib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yaydığı son hesabata əsasən, bu ilin 10 ayı ərzində Azərbaycana 247 milyon 343 min dollar dəyərində 949.278 ton buğda idxal olunub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25% azalma deməkdir. 2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 330 milyon 10 min dollar dəyərində 956 274 ton buğda idxal olunmuşdu.

Qeyd edək ki, dünya bazarında 1 ton buğdanın orta idxal dəyəri 345 dollardan 261 dollara düşüb.

Beləliklə, bu il Azərbaycana buğdanın bir tonu təxminən 84 dollar daha ucuz idxal olunub.

Öz növbəsində, A. Nəsirli vurğulayıb:

“Unun qiyməti düşəndə bu, bütün mağaza və firmalarda özünü büruzə verir. Çörəyin qiyməti düşəndə də bunu görə bilirik.

Hadisələri kənardan müşahidə edən sıravi vətəndaşa isə elə gəlir ki, bunların hamısı bir mərkəzdən idarə olunur. Əslində, doğrudan da belədir. Məsələn, buğdanın qiyməti Rusiya-Ukrayna müharibəsindən sonra fantastik qiymətdə qalxdı. Həmin dövrlə indiki dövrü müqayisədə az qala 200 dollara qədər ucuzlaşma olub. Doğrudur, Rusiya buğdası bir qədər ucuz idi, amma dünya bazarında unun 1 tonunun qiyməti 450 dollara qədər qalxmışdı”.

Ekspertin sözlərinə görə, bu qədər enmədən sonra bu gün 220 dollara da Rusiyadan buğda almaq olur:

“Rusiyada buğdanın ixracı çoxalıb. 2 il bundan əvvəl cəmi 30 milyon ton buğda ixrac edirdisə, indi 50 milyon ton. Ukraynanın qida zəncirindən çıxması ilə buğda daşınması dayandı və digər ölkələr bunu kompensasiya etdi. Hətta Hindistanda, eləcə də ABŞ-ın özündə buğda istehsalı genişləndi. Bu gün dünyanın buğda problemi yoxdur. Təxminən 780 milyon ton buğdaya dünyada ehtiyaca varsa, hazırda 800 milyondan ton buğda istehsal olunub”.

Mütəxəssis bildirib ki, rəqabət mühiti olan ölkələrdə unun, buğdanın və çörəyin qiyməti kifayət qədər aşağı düşüb:

“Ancaq Azərbaycanda rəqabət mühiti olmadığına görə təkcə çörək deyil, digər məhsulların da maya dəyəri aşağı düşəndə bu, qiymətə təsir etmir. Çünki bazar inhisarçı bazardır və inhisarçı bazarın sahibkarı ilə rəqabətli bazarın sahibkarının düşüncəsində böyük fərq var. İnhisarçı bazarda sahibkar yalnız dövriyyəni diqqətdə saxlayır ki, dövriyyə azalanda qiymətlər sabitləşir, dövriyyə çoxalanda isə qiymətləri bahalaşdırır. Çünki onlar mənfəətlərinin daha çox olmasını istəyirlər. Amma rəqabətli bazarda sahibkar özündən daha çox qarşı tərəfə diqqət edir və onunla mübarizəyə köklənir. Bu sahibkarlar xərcləri artırmadan keyfiyyəti yüksəltməyin yollarını axtarır. Eyni zamanda müxtəlif yollarla qiymətin aşağı düşməsinə imkan axtarır. Belə olan halda dünya bazarında buğdanın qiyməti düşəndə rəqabət mühitində də qiymətlər aşağı salınır”.

“Lakin bizdə çox təəssüf ki, inhisarçı bazardır. Ona görə də dünya bazarında gedən bahalaşma prosesi bizim bazarda informasiya əsasında özünü göstərir. Yəni bahalaşan mal ölkəyə gəlməmiş informasiya əsasında inhisarçılar qiyməti qaldırırlar. Amma qiymət düşəndə onlar buna əhəmiyyət vermirlər. Çünki dünya bazarında ucuzlaşma ilə məhsulun maya dəyərinin azalmasından yalnız inhisarçı mənfəət götürür. Bu mənfəətin cəmiyyətə gəlib çıxması üçün isə mütləq şəkildə rəqabətli bazar olmalıdır”, – deyə A. Nəsirli fikirlərini tamamlayıb.
 

Dünyapress TV

Xəbər lenti