İddiaya görə, bölgələrdə kənd yumurtasının qiyməti 5 qəpik artaraq 30 qəpik olub. Bakı bazarlarında isə yumurtanın 40 qəpik, iri quşların qiymətində bir manat artım var.
Mövzu ilə bağlı Azərbaycan quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Mürvət Həsənli "MediaPost"a açıqlama verib.
Taxıl müqaviləsinin bütün iştirakçıları sazişin 120 gün uzadılmasına razılıq verdilər. Yalnız Rusiya müqaviləni 60 gün uzatmaq istəyir.
Bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib.
"Rusiya tərəfindən fərziyyələr var ki, müqavilənin yalnız 60 gün uzadılmasını istəyib-istəmədiyinə yenidən baxmaq istəyir. Bunlar təcavüzkar ölkənin manipulyasiya cəhdləridir", - səfir deyib.
Səfir qeyd edib ki, BMT baş katibi və Türkiyənin mövqeyi taxil müqaviləsinin 120 gün uzadılmasıdır.
Macarıstan gələn ayın sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.
APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışıb.
Nazir qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.
Martın 30-da İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.
İclasın gündəliyində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrasından irəli gələn yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədilə xammal və aralıq malların idxal gömrük rüsumlarının optimallaşdırılması”, həmçinin qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafı üçün strateji investisiya layihələrinin istiqamətləri və təşviq mexanizmləri və digər cari məsələlər ətraflı müzakirə olunub.
İclasda gündəlikdəki məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi və Şura üzvlərinin rəy və təklifləri dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.
Mən Azərbaycanla İsrail hökumətini və xalqını bu tarixi gün, bu mərhələyə çatmaq münasibətilə təbrik edirəm.
Bunu APA-nın İsrailə ezam olunmuş xüsusi müxbirinin sualına cavab olaraq bu ölkənin Azərbaycandakı səfiri Corc Dik bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İsraildə ilk dəfə səfirliyi münasibətlərimizdə vacib dönüş nöqtələrindən biridir.
"Səfirliyin açılması bizim indiyə qədər quruduğumuz bu dərin münasibətlərə də uyğun olacaq. Biz stateji, iqtisadi, mədəni sahələrdə və hökumətlər səviyyəsində bu əlaqəlıri qurmuşuq. Səfirliyin açılması münasibətlərimizdə yeni səhifənin başlanğıcıdır. Bu gün nazirlərimizin səmərəli görüşləri oldu. Onlar hədəflər müəyyənləşdirdi. Bizim nazirimiz cənab Kohen də vurğuladı ki, o İsraildən Azərbaycana səfər edən turistlərin sayının artmasını görmək istəyir. Bu gün bu rəqəm 50 mindirsə, gələcək illərdə bunun 150 minə çatmasını istəyirik", - deyə səfir bildirib.
Diplomat qeyd edib ki, biz həmçinin ölkələrimiz arasında nazirliklər səviyyəsində müxətlif məsələlər barədə, strateji məsələlər barədə strukturlaşdırılmış dialoqun fomalaşmasını istəyirik.
"Gələn ay, yaxın iki həftədə cənab Kohen Bakıya səfər edəcək və hökumətlərarası birgə komissiyanın iclasında nazir Cabbarovla birgə iştirak edəcək. Bu iclasda iqtisadi əməkdaşlıq müzakirə olunacaq. Bu gün sizə açıqlamaq istəyirəm ki, imzalanacaq sənədlərdən biri maliyyə ilə bağlıdır ki, bu 200 milyon dollar İsrail investisyasının Azərbaycana gəlişini təmin edəcək. Bütün buunlar göstərir ki, biz münasibətlərimizdə sonu deyil, başlanğıcı qeyd edirik. Biz ortaq çətinliklər və təhlükələrlə üzləşirik ki onların bəziləri təhlükəsizlik sahəsi ilə bağlıdır. Mən bu tarixi gündə iştirakdan çox qürur duyuram və inanıram ki, gələcəkdə birgə uğurlar əldə edəcəyik", - deyə Corc Dik bildirib.
Çinin inkişaf etməkdə olan çox sayda ölkəyə “qeyri-şəffaf şəkildə” irihəcmli kreditlər verdiyi açıqlanıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Çinin 22 ölkəyə ayırdığı ümumilikdə 240 milyard dollar kreditin məqsədi “Tək qütb, tək yol” adlı logistik infrastrukturun qurulmasıdır.
Məlumata görə, Çinin bu “əliaçıqlığı” haqda informasiya Dünya Bankı, Harvard Kemmedi Məktəbi, “AidData” və Kil İnstitutu tədqiqatçılarının birgə hesabatında yer alıb.
Qeyd olunur ki, 2016-21-ci illərdə ayrılan 240 milyardlıq kreditin əsas hissəsi Argentinaya çatıb: 111,8 milyard dollar. Ondan sonra qərarlaşan Pakistan Çindən 48,5 milyard, Misir isə 15,6 milyard dollar kredit götürüb. Qalan ölkələrdən 9-na çatan kreditin həcmi 1 milyard dollar civarında olub.
Hesabatda bildirilib ki, nəzərdə tutulan ölkələrin bir çoxunun Mərkəzi Bankı bu kreditlərdən özlərinin valyuta ehtiyatlarını süni şəkildə “şişirtmək” məqsədilə yararlana bilər.
TEREF.AZ FED.az-a istinadla xəbər verir qalib şirkətlərdən biri "Vitta Elmi-Texniki" MMC-dir (VÖEN: 1000293781).
Həmin şirkət "Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-in tabeliyində olan tibb müəssisələri üçün tibbi cihazların satın alınması" tenderinin qalibi olub.
Şirkətlə 891 260 manat məbləğində müqavilə imzalanıb.
Digər qalib "Fortis Trading CO" MMC (VÖEN: 1805898911) şirkətidir..
Həmin şirkət isə “Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələrinə Barkod və kassa aparatı üçün çeklərin satın alınması” tenderinin qalibi seçilib.
Şirkətlə 194 806 manat məbləğində müqavilə imzalanıb.
DİA.AZ: - Yerüstü Nəqliyyat Agentliyi növbəti tenderinin nəticələrini elan edib.
DİA.AZ xəbər verir ki, qalib "Avto Texnika Detaling" MMC seçilib.
Qalib şirkətə 219 480 manat ödəniləcək.
Məlumat üçün bildirək ki, tender elanı avtomobillərin cari təmiri və ehtiyyat hissələri”nin satın alınması ilə bağlıdır.
DİA.AZ olaraq apardığımız araşdırmalardan aydın olur ki, cəmi bir il əvvəl yaranmış "Avto Texnika Detaling" MMC ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılova olduqca yaxındır və onun adamları tərəfindən yönəldilir. Bunu sübutlayan yetərincə faktlar var. Təkcə yarandığı gündən sonra ilk 3 ay ərzində ”Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən sözügedən şirkətə bir milyon manata yaxın vəsait ayrı-ayrə tenderlər vasitəsilə həvalə olunub. Hər halda, yeni yaranmış bir şirkətə ”Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin belə bir etimadı təsadüfi ola bilməz.
İndi isə aydın olur ki, Yerüstü Nəqliyyat Agentliyi də "Avto Texnika Detaling" MMC-ni tender tərəfdaşı olaraq seçib. Yəni Zaur Mikayılovun şirkəti indi `tender dəryaları`nda artıq "tənha" şəkildə üzməyə başlayıb. Təbii ki, cənab Mikayılovun himayəsi altında...
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmirlər.
Müəllim aldığı məvacibdən asılı olmayaraq peşəsini, işini, şagirdləri sevməlidir.
Dünya miqyasında müəllimlərə ən çox maaş verən ölkələr hansılardır?
AzEdu.az xarici mediaya istinadən müəllimlərə ən çox maaş verən ölkələri təqdim edir:
Avstraliyada 1-ci dərəcəli müəllim aylıq ortalama 2500 dollar qazanc əldə edir. Bu ölkədə müəllimlərin pensiya yaşı 55-dir. Onlar üçün endirim imkanları və heç bir əlavə güzəştlər nəzərdə tutulmayıb.
Fransada təcrübəçi 1100 dollar, 30 illik müəllim isə 2500 dollar maaş alır. Bu məbləğ 26 saat dərs yükünün qarşılığında verilir. Pensiya yaşı 60-dan yuxarıdır.
Almaniyada ümumtəhsil məktəblərində işləyən müəllimlərə orta hesabla 3,5 min avro əmək haqqı verilir. Ali məktəbdə çalışan müəllimlərə isə orta hesabla 4-4,5 min avro əmək haqqı alırlar.
Böyük Britaniyada aparıcı müəllimlərin maaşı 5000 dollardır. Əlavə dərs üçün heç bir ödəniş edilməməklə yanaşı, ixtisasa görə xüsusi güzəştlər də tətbiq olunmur. Böyük Britaniyada müəllimlər gündəlik olaraq plan yazırlar. Hətta valideynlər üçün də gündəlik hesabatlar hazırlayırlar.
ABŞ-da müəllimlərin əmək haqqısı orta hesabla 4-5 min dollar təşkil edir.Bu ölkədə müəllimlik qadın peşəsi olaraq tanınır.
Yaponiyada müəllimlərin aylıq əmək haqqısı 2,5-500 dollar təşkil edir. Bu ölkədə müəllimlik ən nüfuzlu peşə hesab edilir. Yaponiyada pedaqoji sahədə ən azı bakalavr təhsili olan şəxslər Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək müəllim işləmək üçün lisenziya alırlar. İmtahandan uğurla keçən müəllimlər isə əyalətin ( prefekt) təhsil idarəsinə sənəd verirlər.