“Rabitəbank” da “müflisləşməyə” hazırlaşır? -
Uzun müddətdir ki, “Rabitəbank”ın külli miqdarda təminatsız, girovsuz və zaminsiz kreditlər verdiyi, bundan dolayı müəssisənin problemli kreditlərinin artdığı iddia olunur.

Xatırladaq ki, bu barədə Poliqon etibarlı qaynaqlardan daxil olan məlumat əsasında hazırlanmış yazı dərc etmişdi. Mövzu ilə bağlı bankın e-mail ünvanına sorğu göndərsək də, təəssüf ki, cavab ala bilməmişdik. İndi isə redaksiyamıza daha ilginc məlumat daxil olub…

Məlumatda bildirilir ki, “Rabitəbank”ın rəhbərliyi bu siyasəti bilərəkdən aparır. Mənbənin iddiasına görə bir tərəfdən mediada uğursuz PR apararaq inkişafda olan bank imici yaradır (ki, buna nail ola bilməyib), digər tərəfdən özünün müflis olunması üçün məqsədyönlü siyasət həyata keçirir.

Xatırladaq ki, bilərəkdən və yaxud saxta müflisləşmə presdentlərinə Azərbaycanda və dünyada dəfələrlə rast gəlinb. Dünya maliyyə tarixində, xüssusilə bankçılıq təcrübələrində buna dair sonsuz nümunələr var. Belə ki, bilərəkdən müflisləşmə zamanı müəssisə rəhbəri şəxsi məqsədlərini, yaxud kiminsə maraqlarını güdərək müəssisənin ödəmə qabiliyyətini qabaqcadan, bilərəkdən yox edir, yaxud məhv edir.

İndi isə saxta müflisləşmənin nə olduğuna diqqət yetirək: Saxta müflisləşmə nədir? Saxta müflisləşmə - kreditorlardan borcların ödənilməsi üçün əlavə vaxt alınması və yaxud borcların bir qisminin bağışlanması məqsədilə müəssisənin müflisləşməsi barədə qabaqcadan yalan, uydurma qaydada elan olunması, yaxud buna əsas yaradaq özünün müflis elan edilməsinə nail olmaqdır.

Qaynağımız bildirir ki, iqtisadçı-ekspertlərin müşahidələrinə görə, sözügedən bank da bu istiqamətdə “uğurla irəliləyir”.

Deyəsən, bu gedişlə Rabitəbank da özünü “Muğanbank”ın gününə salmaq istəyir. Görəsən, niyə?

Qeyd edək ki, bu iddialarla bağlı ötən həftə “Rabitəbank”a sorğu yollasaq da, qarşı tərəf sorğuya cavab verməyib. Bütün halalrda iddialarla bağlı “Rabitəbank”ın mövqeyini dərc etməyə hazırıq...

Poliqon.info
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti