Marketlər nağdsız ödənişlərdən niyə BOYUN QAÇIRIRLAR?
Son vaxtlar nağdsız ödənişə maraq xeyli azalıb. Bu məsələyə maraqsız olan tərəf isə xidmət göstərənlərdir.

Səbəb nədir?

Ona görə ki nağd və nağdsız ödəniş arasında geri qaytarılan ƏDV-lərin faizində çox böyük fərq var. Bundan başqa, nağdsız ödənişlər zamanı bankların tutduqları komissiya haqqı da xidmət göstərən tərəfi qane etmir. Ona görə də xidmət təşkilatları son vaxtlar nağdsız ödənişlərdən qaçırlar.

Təsadüfi deyil ki, son bir ayda Azərbaycanda POS-terminalların sayı kəskin azalıb. 2023-cü ilin sentyabr ayının 1-nə Azərbaycanda quraşdırılmış POS-terminalların ümumi sayı 81 219 ədəd təşkil edib.

Mərkəzi Bank xəbər verir ki, bu göstəricinin həcmi ötən ayla müqayisədə 2.2 faiz və ya 1861 ədəd azdır.

Cari ilin sentyabr 1-nə ölkədə mövcud olan POS-terminalların 78 473 ədədi pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində quraşdırılıb. Bu da aylıq müqayisədə bu POS-terminalların sayında 2 121 ədəd və ya 2.6 faiz azalma deməkdir.

Nağdsız ödəniş vaxtı xidmət göstərən tərəf həm də bank xidmətinə görə komissiya haqqı ödəməlidir. Bu xidmətə görə ödənilən vəsaitisə hüquqi və fiziki şəxslər izafi xərc hesab edir. Ona görə də nağd ödənişin həcmi hər ay artır.

Xarici təcrübə necədir?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, özəl bankların kommersiya əməliyyatlarından qazanc əldə etməsi normaldır:

“Çünki, bankın davamlı gəlirləri olmalıdır ki, ayaqda qalsın və kapital qoyuluşunu artırsın. Çox təəssüf ki, əksər xarici ölkələrdə çoxdan həllini tapmış problemlər hələki bizdə açıq qalıb. Dünya praktikasında belə hallar var ki, banklararası razılığa əsasən, öz aralarında aparılan əməliyyat zamanı müştəridən əlavə faiz tutmasınlar. Bu həm pul köçürmələrinə, həm də nağdlaşdırma əməliyyatlarına şamil edilir. Yəni əlavə xərcə ehtiyac qalmır.

Bizdə isə ən böyük problem məhz burdadır. Məsələn bir bankın kartından digər bankın aparatından pul nağdılaşdırarkən böyük miqdarda rüsum ödəməli olursan. Eyni vəziyyəti pul köçürmələri zamanı da yaşayırıq. Nəhayət ki, bu problem kökündən həll edilməlidir. Yəni banklarımız bir-birinə güzəşt etməlidirlər. Bu güzəşt həm müştəri məmnunluğu yarada bilər, həm də nağdsız əməliyyatların həcmini artırar”.

“Komissiya məsələsi bankların daxili işidir”

İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, Azərbaycanın bank sektorunda sağlam rəqabətin olmaması səbəbilə ölkəmizdəki banklarda yüksək komissiya haqları formalaşıb:

“Amma unutmayaq ki, istənilən bankın öz biznes siyasəti var. Hər bank da öz işini müəyyən etdiyi siyasət əsasında qurur. O cümlədən də komissiya məsələsi də bankların daxili işidir. Onlar bunu öz maraqlarına uyğun formalaşdırırlar. Yəni hansısa banka inzibati yolla təzyiq etmək olmaz ki, “sən komissiya haqqı alma və yaxud aşağı faiz tətbiq et”. Bunu bazar tənzimləmələdir.

Yəni komissiya haqlarının aşağı olması üçün ciddi rəqabət olmalıdır. Bank xidmətlərinin və məhsullarının təklifi zamanı qiymətlərini ancaq bazardakı rəqabət müəyyən edir. Bizdə isə çox təəssüf ki, rəqabət yox dərəcəsindədir”.
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI
29 May 2025 QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?

Dünyapress TV

Xəbər lenti