Azərbaycanda soğan istehsalı artacaq:
Azərbaycanda ən çox tələbat olan tərəvəz bitkilərindən biri soğandır. Azərbaycan soğanı özünün yüksək keyfiyyəti ilə seçilir və istehsalın 8-10%-ni ixrac edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında ölkədə 251 550 ton soğan istehsal edilib. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur. Azərbaycanda istehsal olunan məhsulun 8,4%-i yəni 21 min 132 ton (6 milyon 162 min ABŞ dolları) soğan ixrac edilib. Bu isə ötən ilin 8 ayı ilə müqayisədə 2,5 dəfə çoxdur.

Azərbaycan soğanı əsasən Gürcüstana (8 403 ton), Ukraynaya (6 758 ton) və Rusiyaya (5 505 ton) tədarük edib. Avropa ölkələrindən - Polşaya, bu ilin yanvar-avqust aylarında 24 ton soğan ixrac edilib. Bununla yanaşı, Moldovaya, Türkmənistana, Belarusa, Pakistana, Səudiyyə Ərəbistana, BƏƏ-yə, Qətərə az həcmdə soğan ixrac edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə bəzi ərzaq məhsullarının, o cümlədən soğanın ixracına qoyulmuş qadağa hazırda qüvvədədir. Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə müzakirə əsasında ay ərzində hər ixracatçı üçün min ton kvota olmaqla soğanın ixracına icazə verilib. Araşdırılmalara əsasən, hər sahibkar tərəfindən orta hesabla 800-900 tondan artıq ixrac həyata keçirilmir. Baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilməsi ilə bağlı qərarın əsas məqsədi daxili bazarda soğanın qiymətini sabitləşdirmək və bahalaşmasının qarşısını almaqdır. Bu isə dünyada soğanın qiymətinin kəskin artması ilə bağlıdır.

Hazırda Azərbaycan bu tərəvəzlə özünü 100%-dən çox təmin edir.

“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Babayev "Report"a bildirib ki, soğan ildə iki dəfə əkilir:

“Ölkəmizdə soğan əkini daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2023-cü ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə 1 240 hektarda payızlıq, 870 hektarda isə yazlıq soğan əkilib”.

Onun sözlərinə görə, Qarabağ-Aran zonasının bir hissəsində soğan yığılır, bir hissəsində payızlıq səpinlər aparılır:

“Bu il yığım prosesində hava şəraiti ilə əlaqədar olaraq ləngimə var. Buna baxmayaraq, bu il istehsal ötən ildən çox olacaq”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 11 036 hektar əkin sahədə soğan əkilib, bu isə illik müqayisədə 13,8% çoxdur. Bu il soğanda məhsuldarlıq ötən illə müqayisədə 6,2% artaraq 255 sentner təşkil edib.

Assosiasiya rəhbəri vurğulayıb ki, Qarabağ-Aran zonasında 50-60 min tondan çox soğan istehsal edilir:

“Soğana çəkilən xərcləri, həmçinin mineral gübrələrin, pestisidlərin dünya bazarlarında kəskin bahalaşmasını, soğan istehsalı zamanı sərf edilən insan əməyini nəzərə alsaq soğan ölkədə ucuzdur (1 kq-nın qiyməti 60-70 qəpik civarındadır). Ölkədə digər məhsullarda qiymət artımı müşahidə olunanda, soğanın maya dəyəri artır. Çünki soğan istehsalında, yığımında insan əməyi istifadə edilir.

Soğan çox əziyyətlə başa gələn məhsuldur. Yığım gedə-gedə gələcək məhsulun bünövrəsi qoyulur. Yığım başa çatan sahələr şumlanır, mineral və üzvi gübrələr torpağa verilməsi aparılır. Sentyabr ayında növbəti səpin aparılana qədər sahələrdə ikinci şum və mala işləri görülür”.

O qeyd edib ki, ölkədə soğan bitkisinin tezyetişən - Peşpazak, ortayetişən - yerli yaxşılaşdırılmış Hövsan, Dusti, Sabir, gecyetişən - yerli Masallı, yerli Xaçmaz, Bərəkət sortları rayonlaşdırılıb:

“Tezyetişən və ortayetişən sortlar suvarılan ovalıq və dağətəyi düzən zonalarda, gecyetişən nümunələr dağlıq zonalarda əkilməsi məqsədəuyğundur.

V.Babayev vurğulayıb ki, yerli sortların xarici sortlardan təsərrüfat və məhsulun keyfiyyət göstəriciləri baxımından üstünlüyü var:

“Hektardan orta məhsuldarlıq 196-200 sentner təşkil edir”.
 

Bölmənin digər xəbərləri

08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT
04 İyun 2025 Metroda 60 milyon qazanc, yenə gedişhaqqı problemi...
04 İyun 2025 Görünür ki, Azercell "1 manat -1 gün" tarif sistemindən imtina edib
04 İyun 2025 Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
03 İyun 2025 Ölkəmizin enerji siyasətinin növbəti təqdimatı
03 İyun 2025 Azərbaycanda ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir? - Tam siyahı
02 İyun 2025 Azərbaycan Prezidenti: Bizim yaşıl enerji gündəliyimiz çox genişdir
02 İyun 2025 Bayram ərəfəsində bölgə hotellərində SON VƏZİYYƏT - VİDEO
31 May 2025 ABŞ-ın ticarət kəsiri rekord səviyyədə azalıb, amma...
31 May 2025 Alça 15, şaftalı 17, tut isə 10 manata - Bazarda od tutub yanan qiymətlər
30 May 2025 Manatın məzənnəsi ilə bağlı mühüm YENİLİK – Vətəndaşların nəzərinə
30 May 2025 Marketlərdə qiymətdə aldatma - milyonları belə qazanırlar
30 May 2025 Neft büdcə qiymətindən aşağı düşdü: Manatın məzənnəsinə təhlükə varmı? - GƏLİŞMƏ
30 May 2025 Manatın dollar qarşısındakı real məzənnəsi 132-yə yüksəlib - SİYAHI

Dünyapress TV

Xəbər lenti