Ardını oxu...
Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə keçirilən görüşü vacib idi. Bu, artıq 5-ci görüş oldu. Sonuncu görüş bu ilin iyulunda baş tutmuşdu. Həmin vaxtdan sonra erməni tərəfinin bu görüşlərdən imtina etməsi nəticəsində prosesdə fasilə yaranmışdı. Buna baxmayaraq tərəflər arasında təmasların olması yaxşı əlamətdir.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

“Ermənistan tərəfi bu görüşə gəlibsə, bunun özü də bir reallıqdır. Çünki bu kimi görüşlərdən qaçmağın perspektivi yoxdur. Əvvəl-axır bu görüş baş tutmalı idi. Ümid edək ki, bu görüşlərin davamı olacaq. Beləliklə də, Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi daha intensiv şəkildə davam edəcək. Ötən gün Qazaxda baş tutan görüşdə reqlament, görüşlərin təşkili, texniki məsələlərlə bağlı razılıq əldə edilib. Hər bir halda bu təqdirəlayiq haldır”, – deyə o qeyd edib.

Millət vəkilinə görə, Cənubi Qafqazda sülhün olması üçün Ermənistanla Azərbaycan bir araya gəlməlidir:

“Sülh məsələsində Azərbaycan mövqeyini ortaya qoyub. Ermənistana dəfələrlə çağırış edilib. Erməni tərəfi də anlamalıdır ki, ona havadarlıq edənlər prosesə öz mənafeyi naminə yanaşır. Kənar maraqlar isə regionda sülhə, təhlükəsizliyə xidmət etmir”.

Ziyafət Əsgərov Ermənistan parlamentinin spikeri Alen Simonyanın sülhü manipuliyasiya edən açıqlamalarına da münasibət bildirib:

“Ərazi iddiasına qalsa, Simonyan başa düşməlidir ki, onların hazırda yaşadığı ərazi Qərbi Azərbaycandır. 30 il Azərbaycan torpaqlarının 20 faizini Ermənistan işğalda saxlayıb. Erməni tərəfinin indiki halda ərazi iddiası ilə çıxış etməsi gülünc görünür. Faktiki olaraq Ermənistan qədim Azərbaycan torpaqlarında formalaşıb. Amma bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana qarşı ərazi iddiası irəli sürmür. Tarixi xəritələri, sənədləri ortaya qoyub ermənilərin bu ərazilərə gəlmə olduğunu sübut edə bilərik. Ona görə də, Simonyanın sülhdən danışıb, ərazi iddiası ilə çıxış etməsi həyasızlıqdan başqa bir şey deyil”.
 
 
 
Ardını oxu...
Acarıstan Ali Şurasında Vahid Milli Hərəkat partiyası ilə iqtidar partiyasından olan deputatlar arasında münaqişə yaşanıb.

Bu barədə “Georgia News” məlumat yayıb. Münaqişə nəticəsində deputatlar əlbəyaxa olublar.

Müxalifətçilər muxtariyyətin təqdim olunan büdcə layihəsinə yenidən baxılmasını tələb ediblər, “Gürcü arzusu” bunu ideal hesab edib və heç nəyi dəyişmək istəməyib.

Nəticədə Vahid Milli Hərəkat Partiyasının nümayəndələri parlamenti tərk ediblər və layihə onlarsız qəbul edilib.

“Mənim həmrəyliyim komanda yoldaşlarım və qardaşlarımladır. “Rusiya arzusu”nun sonu yaxınlaşır, isteriya güclənir”, – Vahid Milli Hərəkat Partiyasının sədri Levan Xabeişvili toqquşmadan sonra “Facebook”da yazıb.
publika
 
Ardını oxu...
İsmayıllı və Ağdaşda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş tədbirlərlə İsmayıllı rayonunun Şəbiyan, Ağdaş rayonunun isə Pirəyir kəndi ərazisində yaş halda olan ağacları kəsən şəxslər müəyyən edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar qərar qəbul edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinə göndərilib.
Həmçinin, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Gürcüva kəndi ərazisində sanəye və məişət tullantılarının qalaqlanması aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün obyekt sahibi barəsində protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Eks-məmurların övladları ilə bağlı müzakirələr sonuncu dəfə İkinci Qarabağ müharibəsi dövründə ictimailəşmişdi (Məmurlar isə ayrıca mövzudur).

Sosial şəbəkələrdə açılan həmin müzakirələrdəki əsas sual belə idi: bəs eks-məmurların övladları niyə müharibədə iştirak etmirlər?

O zaman sualın cavabı da elə müzakirələrdə verilmişdi: eks-məmur övladlarının əksəriyyəti Azərbaycandan kənarda yaşayır.

Əvvəllər yüksək vəzifələr tutmuş şəxslərin övladları ilə bağlı məlumatları təqdim edirik:

Eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun daimi yaşayış yeri Böyük Britaniyanın paytaxtı London şəhəridir. Onun restoran və əmlak biznesilə məşğul olduğu deyilir.

Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun Türkiyədə yaşadığı çoxdan məlumdur. Eks-nazirin özü də Modern.az-a açıqlamalarından birində oğlunun Türkiyədə kiçik bizneslə məşğul olduğunu gizlətməmişdi.

Keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasovun da oğlunun sorağı ölkə xaricindən gəlir. Belə ki, sabiq nazirin oğlu Yunis Abbasovun Londonda əmlak sektorunda şirkətlərə sahib olduğu bildirilir.

Eks-xarici işlər naziri Elmar Məmmədyarovun iki oğlu var: Riyad və Emin. Elmar müəllimin özü Bakıda, oğlanları isə Amerikada yaşayırlar.

Ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də xaricdə yaşayan eks-məmur övladları sırasında yer alır. O da hazırda Böyük Britaniyanın paytaxtı Londonda yaşayır.

Yeri gəlmişkən, Cuma Əhmədzadə Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə evlidir. Onların bir neçə ortaq şirkətlərə sahib olduğu barədə məlumatlar var.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun adını mətbuat dəfələrlə qalmalalla gündəmə gətirib. Hazırda xaricdə yaşayan Anar Mahmudovun Böyük Britaniyada və Avropanın bir neçə ölkəsində şirkətlərə rəhbərlik etdiyi deyilir.

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da adı əvvəllər bir neçə dəfə mətbuatın gündəmində olub. Onun hazırda Londonda yaşadığı bildirilir. Hacıbala müəllimin digər oğlunun Almaniyada yaşadığı barədə məlumatlar var.

Sabiq energetika naziri mərhum Natiq Əliyevin oğlu Fərhad Əliyev ailəsilə birgə Türkiyədə yaşayır. O, vaxtilə Azərbaycanı “Eurovision”da təmsil etmiş keçmiş müğənni Safura Əliyeva ilə evlidir.

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun iki oğlundan biri – Asim Müslümlü də xaricdə yaşayır. Məlumatlara görə, o, Britaniyada – Edinburq Universitetində təhsil alıb. Asim Müslümlü hazırda İsveçrədə yaşayır.

2014-15-ci illərdə rabitə və yüksək texnologiyalar naziri olmuş Əli Abbasovun oğlu Eldar Abbasovun da Londonda yaşadığına dair məlumatlar var. O, “Azərenerji “ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə evlənib.

Bununla yanaşı, bəzi eks-məmurların qızları da xaricdə yaşayırlar.

2001-2006-cı illərdə gənclər, idman və turizm naziri postunu tutmuş Əbülfəs Qarayevin yeganə qız övladı xaricdə yaşayır. Suad Qarayeva Londonda təhsil alıb və orada da çalışır. O, İran əsilli iş adamı Şəhriyarla ailə qurub.

Keçmiş vergilər naziri mərhum Fazil Məmmədovun qızı Selcanxatun ailəsilə birgə Londonda yaşayır və orada bizneslə məşğuldur.

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin iki qızı – Nərmin və Nərgiz Şirəliyeva Rusiyada yaşayırlar. Nərmin Şirəliyeva Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində çalışır. (Modern.az)
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Bakıda şagird qızılca xəstəliyindən vəfat edib. Bundan bir neçə gün əvvəl Kürdəmirdə də qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı vəfat edib.
Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov “Facebook” hesabında paylaşım edib.

O, xəstəliyin daha da artmaması üçün təhsil müəssisələrində 1 həftəlik fasilənin vacib olduğunu bildirib:
“Çox təəssüf ki, hazırda şagirdlər arasında qızılca xəstəliyinə tutulmuş şəxslərin sayı artır. Ağır xəbər odur ki, iki şagird bu xəstəlikdən dünyasını dəyişib. İnsanlar hələ də başa düşmək istəmir ki, biz pandemiya dövründə yaşayırıq. Koronavirus infeksiyası bitməyib və indi müxtəlif xəstəliklər formatında insanlara bulaşır. Biz məktəblərin mütəmadi olaraq dezinfeksiya işlərini həyata keçirməliyik, hansısa əlamət müşahidə olunan şagirdi nəzarətə almalıyıq və əsas, məktəblərdə tibbi xidmətin keyfiyyətini yüksəltməliyik. Mövsümü xəstəlikləri də nəzərə alsaq, məktəbdə şagirdlər arasında vəziyyətin ürəkaçan olmadığını görə bilirik. Düşünürəm ki, ölkədə qızılcaya yoluxmanın artdığı dövrdə, əhatə dairəsinin genişlənməməsi, yoluxanların fəsadlarının təhlükəli həddə çatmaması üçün bütün təhsil müəssisələrində 1 həftəlik fasilə verilməlidir.
Çünki təkcə orta məktəblərdə yox, həmçinin universitet tələbələri arasında yoluxma halları baş verib”.
 
Ardını oxu...
Elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində erməniəsilli müəllimlərin işi ilə bağlı sualı cavablandırıb.

"32gun.az" xəbər verir ki, nazirin sözlərinə görə, Azərbaycan tolerant ölkədir, burada etnik, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara malikdir.

“Eyni yanaşma Azərbaycan təhsilində də olub və olacaq”, - deyə Emin Əmrullayev qeyd edib.
 
Ardını oxu...
Dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, mülayim cənub-şərq küləyinin arabir güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın olacağı, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-34 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm).

Qazax, Gəncə, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-48 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda gecə 3-8 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 6 dərəcəyədək isti olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).


Ardını oxu...
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC arasında maliyyə sanksiyaları və cərimələr üzrə mübahisə yaranıb.

Qaynarinfo-nun məlumatına görə, iş o yerə çatıb ki, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Ramik Əşrəfov məhkəməyə müraciət etməli olub. Ayrıca ASC-nin özü də “Azərsu” barəsində iddia qaldırıb.

Hər iki iddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. İş hakim Leyla Əliyevanin icraatındadır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Məhkəmə çəkişməsinin təfərrüatları məlum olmasa da, ehtimal olunur ki, mübahisə su pulu ilə bağlıdır.

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC 13 iyun 2008-ci ildə təsis edilib. ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
 
Ardını oxu...
İstanbulun Silivri bölgəsi güclü yağışlardan sonra dənizin daşması nəticəsində suyun altında qalıb.

Türkiyənin Meteorologiya İdarəsi bir müddət öncə fırtına və mümkün daşqınlar barədə əhaliyə xəbərdarlıq edib.

Bildirilib ki, yağan leysan ölkə vətəndaşlarına, o cümlədən də İstanbul sakinlərinə çətin anlar yaşayıb. Şəhərdə dirəyin aşması nəticəsində bir nəfər həyatını itirib.

Bununla yanaşı, İstanbulun müəyyən rayonlarında torpaq sürüşməsi qeydə alınıb.

 
Ardını oxu...
Məktəblərdə artan xoşagəlməz hallar zaman-zaman gündəm mövzusuna çevrilir. Şagirdlərin davası, müəllimlərin şiddəti, uşaqların dərsdən qaçması kimi hadisələr valideynləri təşvişə salıb.

Maraqlıdır, narazılığın artdığı bir vəziyyətdə məktəb kameralarına valideynlərin nəzarət etməsinə icazə verilə bilərmi?

Mövzu ilə bağlı fikirlərini Lent.az-la bölüşən təhsil eksperti Kamran Əsədov bildirib ki, valideynlərin kameraları izləməsi özəl məktəb və bağçalarda mümkündür:

“Onu qeyd edim ki, özəl məktəb və uşaq bağçalarında müşahidə kameraları quraşdırılıb. Valideynlər bu kameralar vasitəsilə istənilən an uşağın nə etdiyini və müəllimin onunla necə davrandığını izləyə bilirlər. Dövlət təhsil müəssisələrinin çoxunda isə buna rast gəlinmir. Olanlarda da həmin kameraların geniş yaddaşı və kənardan müşahidə olunma imkanları yoxdur”.

Ekspert iddia edir ki, kamera görüntülərinin izlənməsi olsaydı direktorlarının əməkdaşlarına qarşı əxlaqsız hərəkətlərinə də son qoyulardı:

“Əminliklə deyə bilərəm ki, orta məktəblərdə, bütün dövlət təhsil müəssisələrində onlayn kamera görüntülərini izləmə funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı. Həm də bəzi məktəb direktorlarının əməkdaşlarına qarşı əxlaqsız hərəkətlərinə də son qoyulardı. Çox təəssüflər olsun ki, bəzi hallarda məktəb direktorları özləri məktəblərində bu tipli kameranın quraşdırılmasında maraqlı olmurlar. Ona görə də onların rəhbərlik etdiyi təhsil ocağında kameralaşdırılma aparılmır. Əgər dövlət hesablı orta məktəblərdə yaddaş həcmi geniş və kənardan müşahidə olunma imkanları olan kameralar quraşdırılsa, valideynlər istənilən an kamera vasitəsilə müəllimlərin necə dərs keçdiyini, uşaqları ilə necə rəftar edildiyini görə bilərlər.

Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Bir var, müdiriyyət ara-sıra gedib dərslərdə oturub, dərsin gedişatına nəzarət edir, biri də var ki, həm müdiriyyət, həm də valideynlər bunu həmişə izləyə bilirlər”.

Onun sözlərinə görə, hər il dövlət büdcəsindən ayrılan vəsaitlə kameralaşmanı həyata keçirmək mümkün olacaq:

“Əlbəttə ki, təhsil ocaqlarının kameralaşdırılması böyük məbləğdə vəsait tələb etsə də, hər il təhsilin, infrastrukturun inkişafına ciddi şəkildə dövlət büdcəsindən vəsaiti ayrılır və bütün bu məsələlər məhz dövlət hesabına həyata keçirilir. Vacib bir məsələni də qeyd etmək istəyirəm ki, Bakıda və şəhər, rayon mərkəzində yerləşən təhsil müəssisələri buna tam hazır olsa da, kəndlərdə bunu tətbiq etmək hələ mümkün deyil. Bunu isə kənd yerlərində yerləşən müəssisələrin diqqətdən kənar qalması ilə əlaqələndirmək olar.
Bununla yanaşı, kənd yerlərində valideynlər buna o qədər də maraqlı deyillər. Kənd yerlərində xüsusi maarifləndirmə tədbirləri də həyata keçirmək lazımdır ki, valideynlər bu xidməti başa düşsünlər.

Birmənalı olaraq deyə bilərəm ki, kamera quraşdırılan təhsil müəssisəsində müəllim və tərbiyəçilər özlərini daha məsuliyyətli hiss edirlər. Bu, bütün dünyada qəbul olunmuş uğurlu sistemdir. Şagirdlərin təhlükəsizlik məsələsi də bu yolla həll olur.

Son illər ərzində orta məktəblərdə ciddi problemlər və xoşagəlməz hadisələr baş verir. Əgər kameralar quraşdırılsa, valideynlər kamerada baxar ki, şagirdlər nə edir. Məktəbdə yaranan hansısa məsələ ilə bağlı valideyn narazılıq edə bilər. Narazılıqlar olanda valideynlə əlaqə yaradılar və nöqsanları aradan qaldırmaq, başa salmaq kamera görüntüləri ilə daha asan olar.

Son illər Bakıdakı orta məktəblərin təhlükəsizlik kameraları ilə təchiz olunması layihəsi həyata keçirilib. Əksər orta məktəblərdə həyata keçirilən kameralaşdırma prosesi artıq başa çatıb. Məqsəd təhlükəsizliyin təmin edilməsindən ibarət olub. Bundan sonra vahid platformaya bu kameraları daxil etmək və valideynlərə izləmək üçün daxil olma imkanı vermək lazımdır”.

Məktəblərin kameralaşdırma prosesini yalnız Elm və Təhsil Nazirliyi həyata keçirə bilər. Elə buna görə də məsul quruma sorğu ünvanladıq. Gün ərzində sorğumuza cavab ala bilmədiyimiz üçün materialı yayımlayırıq. Ümid edirik ki, tezliklə sorğumuza cavab alıb sizləri də məlumatlandıracağıq.
 

Dünyapress TV

Xəbər lenti