Ardını oxu...
Dünyanın ən varlı iş adamı, “Amazon”un sahibi Ceff Bezos nişanlısı ilə tətilə çıxıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, cütlük əvvəlcə Yunanıstanda istirahət edib, daha sonra 500 milyon dollar dəyərində “Koru” adlı lüks yaxtaları ilə Göcek və Bodrumda lövbər salıb.

Bezos və nişanlısı ötən axşam Aralıq dənizi və Fransız mətbəxi yeməkləri təqdim edən lüks restoranda yaxın dostları ilə şam yeməyi yeyib. İş adamı gecənin sonunda restorana təxminən 100 min avro hesab (3,5 milyon lirə) ödəyib.

Xatırladaq ki, Ceff Bezos jurnalist sevgilisi Lauren Sançezə ötən il evlilik təklifi edib.

Onu da bildirək ki, Bezos bu il 200 milyard dollar sərvətlə ilk dəfə dünyanın ən varlı adamları reytinqində birinci yeri tutub.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 8-də deyib ki, Macarıstanın baş naziri Viktor Orban Rusiyanın təcavüzünə son qoyulmasında vasitəçi ola bilməz. Orban həmin gün Pekinə, özünün dediyi kimi, "sülh missiyası 3.0" çərçivəsində səfər edib,

Macarıstan iyulun 1-də Avropa İttifaqı (Aİ) Şurasının prezidentliyinə keçəndən sonra Kiyev və Moskvaya da gedib. Amma Aİ və ABŞ rəsmiləri onun bloku təmsil etmədiyini deyiblər.

İyulun 5-də Aİ prezidenti Şarl Mişelə məktubunda Orban Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından yazıb. Orban yazır ki, indi atəşkəs və sülh danışıqları üçün yol xəritəsindən ötrü bütün mümkün təkliflərin müsbət qəbuluna daha böyük şansın olduğuna inanır.

Ancaq Ağ Ev Milli Təhlükəsizlik Şurasında aparıcı müşavir Mayk Karpenter Orbanın Putinlə görüşünün faydalı olmayacağını deyir.

"Məncə, Orbanın Moskva səfərinin Ukraynaya, onun sülhü tapmasına, suverenliyi və ərazi bütövlüyünün bərpası səylərinə köməyi dəyməyəcək", - Karpenter iyulun 8-də bir brifinqdə söyləyib.

Aİ-nin bəyanatı, Zelenskinin gözləntisi
Mişel ötən həftə deyirdi ki, Aİ-nin rotasiyalı prezidentliyinin Aİ adından Rusiya ilə işləməyə mandatı yoxdur. O, Rusiyanın Ukraynaya qarşı müharibədə təcavüzkar olması barədə Aİ-nin mövqeyini bir daha dilə gətirib.

Orban məktubunda iddia edir ki, ABŞ rəhbərliyi prezident seçkisi kampaniyası səbəbindən "məhduddur". Bu səbəbdən gələn aylarda Aİ ABŞ-dən heç bir təklif gözləyə bilməz və Brüssel Avropa təşəbbüsünü işə salmaq barədə düşünməlidir.

Polşada mətbuat konfransında çıxış edən Zelenski isə bildirib ki, yalnız Rusiyadan daha güclü silahlı qüvvələri olan ölkələr sülh danışıqları təşkil edə bilərlər.

"Dünyada çoxmu belə ölkə var? Çox deyil. İnanıram ki, ABŞ və Çin belə ölkələrdəndir. Və Aİ, tək bir ölkə yox, Aİ bütünlükdə. Bu, gerçək vasitəçi missiyası olardı", -- Zelenski vurğulayıb.

Putin deyir ki, müharibəni bitirmək üçün şərtlərə Kiyevin NATO-ya üzvlük arzusundan, eləcə də Krım və Ukraynanın işğal olunmuş dörd vilayətindən əl çəkməsi daxildir.

Orban Mişelə məktubunda yazır ki, o, hər hansı təklif irəli sürməyib, Aİ Şurası, yaxud Aİ adından hər hansı fikir səsləndirməyib.

Vaxt kimin tərəfindədir?
Orban qeyd edir ki, Putinin cəbhə xəttindəki vəziyyətlə bağlı dedikləri Zelenskinin dediyindən ciddi fərqlənir.

Rusiya lideri inanır ki, vaxt Ukraynanın xeyrinə işləmir, Rusiya qüvvələrinin tərəfindədir. Putin müharibədə Rusiyanın itkilərindən danışmayıb. Ancaq onu deyib ki, Rusiya Ukraynanın hər ay 40 mindən 50 minədək hərbçisinin öldüyünü, yaxud yaralandığını hesablayıb.

Ona görə də Putin Orbana Zelenskinin müvəqqəti atəşkəsdən imtinasından təəccübləndiyini deyibmiş. "Rusiya Ukrayna qüvvələrinin gizli relokasiyası, yaxud yenidən təşkilinə xidmət etməyən istənilən atəşkəs təklifini nəzərdən keçirməyə hazırdır", - Orban məktubunda yazır.

Ukrayna itki sayını açıqlamır. Amma Zelenski fevralın 25-də demişdi ki, o vaxtadək müharibədə 31 min ukraynalı hərbçi həlak olub.
 
Ardını oxu...
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyaları siyasi iflasa uğrayan “Qarabağ klanı” cəmiyyəti Nikol Paşinyan hakimiyyətinə qarşı aksiyalar cəlb etmək üçün yeni üsuldan istifadə etməyə başlayıb.

“Cebhe.info” xəbər verir ki, bu dəfə özünü hüquq müdafiəçisi adlandıran Janna Aleksanyanın dili ilə Azərbaycan-Ermənistan sülh prosesini pozmaq üçün növbəti təxribat ortaya atılıb.

Aleksanyan Ermənistan mediasına müsahibəsində Nikol Paşinyan hakimiyyətini Azərbaycanda həbsdə saxlanılan separatçı rejimin başçılarını müdafiə etməməkdə ittiham edib.

Janna Aleksanyanın iddiasına görə, Ermənistan rəhbərliyi sülh danışıqlarında qondarma qurumun nümayəndələrini həbsdən buraxılmasını Azərbaycanın qarşısında şərt kimi qoymalıdır. Hətta o, öz iddialarını əsaslandırmaq üçün Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David Babayan, Ruben Vardanyan və digər cinayətkarların guya işgəncəyə məruz qaldığı haqda fikirlər səsləndirməkdən də çəkinmir.

Əslində, Janna Aleksanyanın çıxışının iki hədəfi var. Birinci hədəf Nikol Paşinyandır. Revanşist müxalifət cəmiyyətdə Paşinyanın “satqın” obrazını yaratmaqla etirazçı kütləni meydana yığmaq istəyir. İkinci məqsəd Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaq və bölgədə münaqişənin bərpasına nail olmaqdır:

“Hesab edirəm ki, yerli ictimai təşkilatlar Ruben Vardanyanı dəstəkləyən bəyanatla çıxış ediblər, amma əsas işi dövlət görməlidir. Biz ölkənin Baş nazirinin bu şəxslər saxlanılandan sonra, həmin insanların həbsdə qalması prosesində Bakının davranışını açıq şəkildə pislədiyini görmürük. “İşgəncə”lərlə bağlı xəbərlər fonunda onun ümumiyyətlə, qınayıcı bəyanatla çıxış etdiyini də görmədik. O, hər hansı qınayıcı bəyanat vermədi. Bu, əslində çox vacibdir. Dövlət beynəlxalq strukturlarla sıx əməkdaşlıq etməli, bu məsələlərlə davamlı olaraq məşğul olmalı idi. Bu, Ermənistan hakimiyyəti üçün prioritet olmalı idi”.

Janna Aleksanyan hesab edir ki, Ermənistan separatçıların həbsdən azad edilməsi mövzusunu danışıqlar masasına gətirməli və bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməlidir. Hazırda Paşinyanın bunu etməməsi Azərbaycana güzəştə getməsi anlamına gəlir:

“Biz görürük ki, sülh müqaviləsi bağlandıqca Ermənistan güzəşt siyasəti yürüdür və bütün bunlardan istifadə edən Azərbaycan öz tələblərini artırır. Azərbaycanda saxlanılan vətəndaşlarımızın məsələsi sülh müqaviləsinin imzalanmasının şərtlərindən birinə çevrilməli idi. Bu şərt olmalı idi və diktə edilməli idi. Amma biz bilmirik ki, sülh müqaviləsi imzalanacaq, ya yox: Biz görürük ki, Ermənistan tərəfinin şərtləri olmadan Azərbaycanın buna apardığını görürük.

Biz, məsələn, görürük ki, Azərbaycan beynəlxalq orqanlara verdiyimiz iddialardan imtina etməyi tələb edir. İctimai təşkilatlar buna qarşı çıxdı. Ermənistan bu addımı atsa, biabırçılıq olardı. Bu güzəşt siyasətindən xüsusilə, Bakı həbsxanalarında məhbus olan soydaşlarımız əziyyət çəkir. Bu, məsələni daha da pisləşdirir. Çox səs-küy salmaq, tələb etmək lazımdır, lakin bu, edilmir. Düşünürəm ki, Ermənistan Respublikasının hakimiyyət orqanları üçün bu məsələ heç də prinsipcə əhəmiyyətli deyil”.
 
Ardını oxu...
Macarıstan Ukrayna ilə Rusiya arasında vasitəçilik rolunu oynaya bilməz.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, bu missiyanı üzərinə yalnız ABŞ, Çin və Avropa İttifaqı götürə bilər.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban iyulun 2-də Ukraynada səfərdə olub. Daha sonra Rusiyaya səfər edib.
 
Ardını oxu...
  

Macarıstanın Baş naziri Viktor Orban X səhifəsində Avropa Birliyinin baş diplomatı Borrelin Şuşadakı zirvə ilə bağlı atmacalarına cavab verib.

Musavat.com xəbər verir ki, Orban yazıb:

 "Siz Brüsseldə rahat kresloda barış yarada bilməzsiniz. Aİ-nin sədrliyi Aİ adından danışıqlar aparmaq səlahiyyətinə malik olmasa belə, siz arxası üstə uzanıb,  müharibənin möcüzəvi şəkildə sona çatacağına ümid edə bilməzsiniz. Biz sülhə doğru ilk addımların atılmasında mühüm vasitəçi rolunu oynayacağıq. Bizim sülh missiyamızın məqsədi də budur".

Musavat.com

Ardını oxu...
 
 
Ardını oxu...
Böyük Britaniya, Fransa və Almaniyada seçkilər ərəfəsində Ermənistan hakimiyyəti Qərbdəki vəziyyət aydınlaşana qədər antirusiya fəaliyyətini müvəqqəti dayandırmaq barədə “direktiv” alıb.

Bu sözləri Ermənistanın Niderlanddakı keçmiş səfir Dzünik Ağacanyan Ermənistan-Rusiya münasibətlərinin son inkişafı haqda qeyd edib.

O, Ermənistanın Rusiyadakı səfirinin Belqorod qurbanlarını ziyarət etmək üçün bu regiona getməsi, Paşinyanın AB-yə daxil olmağa görə referendum keçirməyin məqsədəuyğun olmadığını bildirməsi və s. kimi son addımları təsadüf saymayıb.

Onun fikrincə, Rusiyaya qarşı çıxışlarda “pauza” Fransa və Böyük Britaniyada seçkilər tam başa çatandan sonra bitəcək.

Ağacanyan Almaniya və ABŞ-da da dəyişikliyin mümkünlüyünə eyham vuraraq, indiki məqamda Ermənistanın Rusiyaya qarşı “müttəfiq yanaşması”nı daha 3-4 ay davam etdirəcəyinə əminliyini ifadə edib.

Ardını oxu...
Macarıstanın baş naziri Viktor Orban Şuşadan sonra Moskvaya, oradan isə Çinə uçub.

Musavat.com xəbər verir ki, o, bu barədə özü "X" sosial şəbəkəsində gördüyünüz bu fotonun müşayiəti ilə paylaşım edib.

Paylaşımda maraqlı bir cümlə də var. Orban yazıb: “Sülhməramlı missiya 3.0”!

Məlum olub ki, Orban Çin prezidenti Si Cinpinlə danışıqlar aparmaq üçün Pekinə gəlib.
Danışıqların mövzusu Rusiya - Ukrayna müharibəsində sülhə nail olmaq cəhdləridir.
Xatırladaq ki, Orban bir neçə gün öncə Ukrayna prezidenti ilə görüşüb, onunla bu mövzuda danışıqlar aparıb. Sonra Şuşada TDT-nin Zirvə görüşündə iştirak edib, prezident İlham Əliyevlə, digər Türk liderlərlə müzakirələr aparıb. Füzuli hava limanından Bakıya, oradan da Rusiyaya uçub. Rusiya prezidenti Putinlə görüşüb, danışıb.

Orban indi də Çindədir. Görünən budur ki, TDT -nin üzvü olan Macar türklərinin lideri Ukraynaya sülh gətirmək prosesində vasitəsi polunu üstlənib.
Və bu prosesdə Şuşa dayanacağı da var...
Viktor Orbanın bu fəallığı və uğurlu vasitəçiliyi Avropa Birliyinin rəhbərliyini dəliyə döndərib.

Dünəndən onunla bağlı Avropa miqyasında "qara piar"a start verilib.
Şarl Mişel, Jozef Borel və digər AB yetkililəri onun həm Şuşada iştirakını, həm də oradan Moskvaya gedərək, Putinlə görüşməsini hədəfə alıblar.
AB -ni, Qərbin digər qurumlarını oyundan kənarda qoyan Macarıstan liderinin mesajının mənası da maraq doğurur.

Musavat.com təhlilçilərinin fikrincə o, AB -nin və Amerikanın qapısına 3 cavabsız qol atdığını elan edir.
Görünən budir ki, Kiyevdə Zelinski ilə görüşən Orban bu vasitəçiliyə onun da razılığını alıb.
 

Ardını oxu...
Gürcüstan iqtisadiyyatında vəziyyət kifayət qədər yaxşıdır: 2022-ci ildə ÜDM 10,4%, 2023-də 7%, 2024-cü ilin 1-ci rübündə isə 8,4% artıb. İşsizlik yox dərəcəsindədir, hətta hamı işçi axtarır, maaşlar yüksəlib. Doğrudur, son 3-4 ildə qiymətlər də artıb, artıq Gürcüstan Azərbaycandan ucuz deyil, hətta bir çox sahələrdə daha baha ölkədir, amma maaşların yüksəlməsi, inflyasiyanın son ildə 1% civarında olması ölkədə iqtisadi vəziyyətə xeyli müsbət təsir göstərib.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, gürcülər üçün AB ölkələrinə vizasız rejimdir deyə, işçi qüvvəsinin bir hissəsi Avropaya gedib:

“Ev tikən və təmir edənlər, maşın və telefon ustaları, TIR sürücüləri və bir çox başqa peşə sahibləri Polşa, Almaniya və s. ölkələrdə yüksək qazanc əldə edirlər, Gürcüstanda isə işçi çatışmır. Ona görə də əvvəllər iş tapa bilməyən soydaşlarımızın hamısı indi Tiflis və digər şəhərlərdə 1500-2000 lari arası maaşı olan işi rahatlıqla tapa bilirlər. Hətta 1500 lari maaş artıq cəlbedici deyil, hamı 2000 və daha yuxarı maaşlı iş axtarır.

Biznes üçün də cənnətdir – kiçik sahibkarlar, illik dövriyyəsi 1 mln. lariyə qədər olanlar dövriyyədən cəmi 1% vergi ödəyib rahat işləyirlər. Biznes üçün çox sərfəli kredit şərtləri var, aqrar sektora da banklar uzunmüddətli və aşağı faizli kredit verirlər. Turizm sahəsi isə pandemiyadan öncəki səviyyəni keçib – keçən il 7 mln. turist qəbul edib, turizmdən 4 mlrd. dollar qazanıblar, bu ilə hədəf 8 mln. turist və 4,5 mlrd. dollardır”.

Ekspertin sözlərinə görə, illər öncə Azərbaycana üz tutan Gürcüstandakı soydaşlarımız geri qayıtmağa başlayıb:

“Mənim öz yaxın qohumlarımdan son 2-3 ildə azı 10 nəfərə yaxını geriyə, Gürcüstana qayıdıb. Onu da deyim ki, kəndlərin hamısında işıq-qaz-su problemi, demək olar ki, tam həllini tapıb, seçilmiş bələdiyyələr arı kimi çalışırlar, hətta kəndlərdə belə gecə işiqlandırma var, bələdiyyə hesabına küçələri işıqlandırırlar”.

Onun sözlərinə görə, gürcülər Gürcü Arzusundan bizdə təsəvvür edildiyi kimi, narazı deyillər, Saakaşvilini də bizdəki kimi sevmirlər:

“Gürcüstanın problemləri, təbii ki, var – demoqrafiya pis vəziyyətdədir, torpaqları işğal altındadır, yaranmış fürsətlərdən tam istifadə etmirlər, tənbəldirlər, amma yolları doğrudur, cəmi 10 ildən sonra çox irəlidə olacaqlar”.
Ardını oxu...
Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyaya (parlamentin aşağı palatası) növbədənkənar seçkinin nəticələrinə görə xalqa müraciət etməyəcək.

Bu barədə Yelisey Sarayına istinadən məlumat verilib.

Məlumata görə, dövlət başçısı lazımi qərarlar qəbul etmək üçün yeni parlamentdə mandatların bölüşdürülməsi ilə bağlı daha dəqiq məlumat gözləmək istədiyini bildirib.

Daha əvvəl bildirilib ki, Makron iyulun 7-də saat 20:00-dan sonra (Bakı vaxtı ilə 23:00) çıxış edərək növbədənkənar seçkinin nəticələrini şərh edə bilər.

Mənbə: Le Figaro
 
Ardını oxu...
İranın Hörmüzqan limanında qaçaqmal kimi daşınan 2 milyon litr qaçaq ələ keçirilib.

Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, əməliyyat İranın cənubunda yerləşən Hörmüzqan limanında həyata keçirilib.

Polis sənədləşmədə yanacağın “ağır karbohidrogen” olaraq qeyd edildiyini bildirib.
 

Dünyapress TV

Xəbər lenti