Ardını oxu...
Xatırlayırsınızsa, ötən yazımızda Beyləqan polis şöbəsinin və DTX-nin rayon şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Beyləqan rayon xəstəxanasında yanacaq satan oğruların cinayət başında yaxalandıqları, 8 nəfərin saxlanıldığı və barələrində cinayət işi başlanıldığı barədə məlumat vermişdik. Həmçinin həmin yazımızda Beyləqan rayon prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri ifadələrində direktor Nürəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını, məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərərək, havadarlarına ağız açaraq onlardan kömək umduğu haqda da yazmışdıq.

RealMedia.az olaraq qeyd edək ki, yazımızın üzərindən qısa vaxt keçməsinə bağmayaraq N.Bəşirovanın yaxın ətrafında olan adamları dövriyyəyə belə bir informasiya buraxdılar ki, guya direktor xəstəxanadan yanacaq oğurlanması faktından xəbərsiz olmayıb, baş verən oğurluq hadisəsini özü aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər veribmiş. Belə çıxır ki, Nürəngiz Bəşirova keçirilən əməliyyatla bağlı məlumatı hüquq mühafizə orqanlarına özü verib. Yəni əməliyyat direktorun məlumatı əsasında keçirilib. ƏLbəttə ki, bu olduqca absurd bir fikirdir. Əslində buna qırxlı çağaya da desən inanmaz. Əgər belədirsə onda ortaya belə bir haqlı suallar çıxır: Əcəba, humanist bir peşənin sahibi olan N.Bəşirovanın xəstəxanada sürücülərin oğurluq etməsindən xəbəri var imişsə, onda bunun qarşısını almaq üçün əlində başqa vasitəmi yox idi? Əlbəttə, var idi! Onları xəbərdarlıq etməklə, vurduqları ziyanı ödətdirib yalnız işdən çıxarmaqla kifayətlənə bilməzdimi? Bilərdi! Bundan başqa, bəs xəstəxanada yaratdığı daxili mühafizə xidmətinin qoluzorluları hara baxırdılar, onların işi yalnız direktora cangüdənlik etməkdən və yaxud onun çantasını daşımaqdanmi ibarətdir?
Düzü deyim ki, bu məsələ mənə heç inandırıcı gəlmədi.
Mən hesab edirəm ki, direktorun yaxınları onu məsuliyyətdən kənarda saxlamaq üçün dövriyyəyə belə bir məlumat yayıblar. Məsələn, tutar qatıq, tutmaz ayran.
Əslində isə məlumatı hüquq mühafizə və xüsusi xidmət orqanlarına verən direktor deyil. Məlumatı verən xəstəxananın təcili tibbi yardım şöbəsində işləyən qadındır. Və onun məlumatı kimə verdiyi də bizə məlumdur. Sadəcə olaraq hələ ki, prokurorluğun məsələyə rəsmi münasibətini gözləyirik. Məsələn, işi araşdıran prokurorluq durub desək ki, elə məlumatı bizə Nürəngiz Bəşirova verib, onun məlumatı əsasında əməliyyat keçirilib, bax onda biz hər şeyi açıb ağardacağıq. Hələ ki, bəzi məlumatları gizli ona görə saxlayırıq ki, istintaqın gedişinə maneçilik yaranmasın.
Onu da qeyd edik ki, rayon prokurorluğunun məsələyə vicdanla yanaşacağına, işin obyektiv və qərəzsiz şəkildə aparacağına əminik. İnanmırıq ki, prokuror nəyinsə xatirinə və yaxudda ki, kimlərinsə təsiri dairəsinə düşərək direktoru məsuliyyətdən kənarda saxlamağa çalışa.

RealMedia.az
 
Ardını oxu...
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun Çexiyanın paytaxtı Praqada otellərinin olduğu bildirilir.

TEREF.AZ bildirir ki, axar.az-a daxil olan məlumata görə, İ.Hüseynovun bu otel biznesində şəriki DGK-nin sabiq sədri Səfər Mehdiyevdir.

Xatırladaq ki, İ.Hüseynov Səfər Mehdiyevin ən sadiq kadrlarından hesab olunur. Belə ki, 2018-ci ildə sədr təyin edilən S.Mehdiyev cəmi iki ay sonra İ.Hüseynovun özünə birinci müavin təyin edilməsinə nail olmuşdu.

Bəzi iddialara görə, İ.Hüseynov Səfər Mehdiyevin “qara kassası” olub.
Ardını oxu...
Tanınmış jurnalist, Araşdırmaçı Jurnalistlər Birliyinin Baş katibi Şəfayət Avılbəyli 7 saylı poliklinikada haqsızlıqla üzləşib.

Bu barədə jurnalist özü bildirib. Onun sözlərinə görə, bu gün 12 yaşlı övladını sözügedən poliklinikaya apararaq sistem köçürmək istəyib.

Lakin ona bildirilib ki, Baş həkim sistem köçürməyi qadağan edib. “Uşaq tənginəfəslik və mədə pozulması üzünüdən gecə 3 dəfə qaytarıb. Səhər 7 saylı poliklinikaya apardım ki, sistem köçürsünlər. Lakin sahə həkimi dedi ki, Baş həkim sistem köçürməyi qadağan edib. Təsəvvür edin, uşağın vəziyyətini dərhal qiymətləndirib tədbir görmək əvəzinə yerlərindən belə, durmadılar. Səbəb isə icbari sığortadır. Çünki bilirlər ki, onlara pul verilməyəcək, indi vətəndaşlar icbari sığorta ilə gəlirlər”, - deyə jurnalist bildirib.

Şəfayət Avılbəylinin sözlərinə görə, poliklinikanın Baş həkiminə müraciət etsə də, nəticə olmayıb. “Baş həkim Səriyyə xanım bildirdi ki, biz başqa həkimin yazdığı sistemi köçürmürük. Beləliklə, heç bir tədbir görmədilər”, - deyən jurnalist məsələ ilə bağlı Baş Porkurorluğa müraciət edəcəyini söyləyib.

O daha sonra bildirib: “Bu gün adi bir vətəndaş olaraq səhiyyə sistemimizin bəzi ünsürlərdən təmizlənməsinin vacibliyini bir daha dərk etdim. 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin daxili nizam-intizam qaydalarına zidd olan, həkimlik prinsiplərini alt-üst edən -xəstəxanaya müraciət edən xəstələrə sistem vurulmasını ləğv etməsi hansı səbəblərdən olduğunu aydınlaşdırdım.Sən demə bu xəstəxana və poliklinikasında ümumiyyətlə digər xəstəxanaların həkimlərin tövsiyyəsi keçərli deyil. Və təcili xəstəyə ilkin yardım göstərilməsi belə baş həkimin iki dodağının arasında olmalıdır. Xülasə başıma gələnləri yazmaqla bir daha bildirim ki,bu gün azyaşlı oğlumun səhhəti ilə bağlı müraciət etdiyim aidiyyatı poliklinikamızda adlarını həkim qoyan bəzi qeyri- peşəkarların, qeyri-etik davranışları üzündən gün ərzində uşağa qoşulaşı vacib olan sistemi vurdura bilmədim.

Nə var, Nə var ƏLAHƏZRƏT BAŞ HƏKİM SƏRİYYƏ XANIMIN XÜSUSİ TAPŞIRIĞI VARMIŞ Kİ, DİGƏR XƏSTƏXANANIN HƏKİMLƏRİNİN YAZDIĞI RESEPT VƏ TÖVSİYYƏLƏR BURADA KEÇƏRLİ DEYİL.. Məntiqə və əndazəyə sığmayan yanaşma?!

Uşağa və böyüklərə yay fəslinə uyğun olaraq zəhərlənmə və digər hallar hər yerdə və hər məkanda baş verə bilər.Bu hallar müraciət əsasında həkimlər tərəfində sorğusuz -sualsız müayinəsi yerinə yetirilməlidir. lakin Maştağada bu baş verərsə xəstəyə,özüdə ciddi xəstəliyi olan uşağa sistem qoşulmalı olsa belə bu ancaq tibb bacılarını evə çağırtmaqla həyata keçirə bilərsən.Bəs, görəsən bu təmtəraqlı xəstəxanalar və irəsində ayaqlarının tığğıltıları ilə görəv yapan ağ xalatlılar nə üçündür?

Eyni zamanda mən bir jurnalis,müəllim olaraq 3 yerdən İCBARİ TİBBİ SIĞORTA ÖDƏYİCİSİ? Nə üçün Bu qədirbilməzlər üçün?.Məsələnin digər tərəfi isə illərlə 7 saylı xəstəxanada kök salmış Səriyyə xanım kimi baş həkimlər hansı titul və göstəricilərinə görə baş həkim statusunda olmasıdır?” //32gun.az//
 
 
 
Ardını oxu...
DogruXeber.az: - Azərbaycan Dövlət Aqrar Universitetindən narahatlıq doğuran növbəti xəbərlər var. Bildirilir ki, dövlət imtahanında Universitetin Aqrobiznes və idarəetmə fakultəsinin dekanı Əlöysət Əsgərov və Asəf Qasımov Aqrar İqdisadiyyat fakultəsinin dekanə Asəf Qasımov tələb etdiklıri 800 manat rüşvəti verə bilən tələbələri imtahandan keçirmiş, ödəyə bilməyən 70-ə yaxın tələbəni isə “kəsiblər”. Qeyd olunur ki, hal- hazırda “kəsilən” tələbələrdən çoxu magistr pilləsinə daxil olublarmış, lakin “kəsildiklərinə” görə magistraturada oxumaq hüquqlarını itiriblər.

Bütün universitetlər dövlət imtahanından kəsilən tələbələrə bir daha şans tanıyaraq təkrar imtahan vermələrinə icazə versələr də, ADAU rektoru İbrahim Cəfərov gənclərlə mürtəce davrandı. İndi həmin gənclər magistraturada təhsillərini davam etdirmək əvəzinə, il yarım əsgərlik hesabına savadlanma prosesinə fasilə vermək zorunda qalıblar. Məlumata görə, “kəsilən” tələbələr arasında şəhid ailələri üzvləri və qazilər də vardır ki, onlara belə köməklik göstərilməyib.

Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, 10 ildir ADAU-nun rektoru vəzifəsini icra edən İbrahim Cəfərov haqqında bir çox müəllim və professor heyətinin haqlı narazılıqları əsasında 2022 – ci ildə Universitetin maliyyə hesabatının aparılması üçün komisiya heyəti yaradılıb. Rektor Komissiya heyətinin sədri vəzifəsinə İqdisadiyyat fakultəsinin kafedra müdürü Məhərrəm Hüseynovu təyin edir. Məhərrəm Hüseynov dekan işlədiyi dövrdə rüşvət üstündə tələbəsi tərəfindən bıçaqlanan qalmaqallı bir müəllimdir. Təəccünblüdür ki, maliyyə yoxlamasında ADAU-da maliyyə idarəçiliyində 1 manat belə olsun israfçılığa yol verilmədiyi bildirilmişdir. İclasda etiraz edən bir çox müəllimlər arasında Hasil Fətəliyev də olmuşdur ki istəkləri ezamiyyət və kargüzarlıq xərcləri olmuşdur. 10 illik rektor fəaliyyəti göstərən İbrahim Cəfərov kargüzarlıq xərclərini dekan və kafedra müdirlərinə ödətdirir. Bu sahəyə ayrılan pulları isə özü mənimsəyir. 2020-2021-ci il tədris ilində 100-ə yaxın şəxsi ixtisası düz gəldi-gəlmədi müəllim kimi işə götürən İbrahim Cəfərov iddialara əsasən onlardan 10-12 min manat civarında pul alıb. Çox maraqlıdır, görəsən rektor 100-ə yaxın gənc müəllimləri hansı imtahan əsasında işə qəbul edib?
Hal-hazırda 2021-2022 ci il tədris ilinin yekunlaşmasından isdifadə edərək İbrahim Cəfərov yenə ixtisası oldu – olmadı maddi maraqlara söykənərək işə qəbul keçirir. Kafedralarda professor-müəllimlərin çoxunun 1.5 ştat dərs yükü olduğunu görən rektor hər kəsi 1 ştat saxlamaq fikrindədir. Məhərrəm Hüseynovun kafedrasının dərs yükü 24 min saata yaxındır, amma kafedrada 24 müəllim fənn tədris edir. Professor – müəllim heyətinin bildirdiyinə görə, Məhərrəm Hüseynovla İbrahim Cəfərovun çox yaxınlıqları vardır, ona görə 24 min saat dərs yükü olan kafedranı bölmək yerinə, M.Hüseynov müəllimlərin çoxuna 1.5 ştat dərs verərək pulunu öz cibinə qoyur. Hətta bəzi məmurlar belə var ki, onlar başqa vəzifə tutmalarına baxmayaraq, adları kafedrada müəllim kimi gedir. Hazırda bütün abituriyentlər imtahan verib nəticə toplayaraq ixtisas seçimini gözləyirlər. Keçid balını toplaya bilməyən bir çox abituriyentlər vardır ki, hahazırda ADAU nin qəbul komissiyasının sədri Telman Musayev keçidi keçməyənlərdən 10 min manat pul alaraq rektor İbrahim Cəfərovun məktubi ilə boş qalan yerlərə yerləşdirəcəyini bildirib. Əlavə təhsil üçün müraciət edənlərdən isə 2 min manat pul alınır.

Ən nəhayət, aldığımız məlumatlar sırasında ilginc olan daha biri də budur ki, Kənd təsərrüfatı naziri cənab İnam Kərimov İbrahim Cəfərova “sənin haqqında yazılan məlumatlardan bezmişəm” dediyinə görə deməyinə görə rektor onunla “mehriban düşmənçilik edir, tanıdığı jurnalistlərin nazirin haqqında mətbuatda gedən tənqidi yazılarını stimullaşdırır.

Təxminimiz budur ki, İbarhim Cəfərov karyerasının sonunun artıq yetişdiyini hiss edib və vəzifə müddətini bir az daha artırmaq, ya da heç olmasa, kreslosunu əlinə qandal taxılaraq tərk etməməsi üçün son patronlarını boşaldır, özünü qanunpərəst göstərib şəffaflıq adı ilə gənclərin ümidlərini kəsib gözlərini kor qoyur. Amma hansısa dona bürünür-bürünsün, hansı rola girir-girsin, bu gün elədikləri indiyədək qol qoyduğu idbar işlərin eyibini örtməyəcək, məşhur bir komediyada deyildiyi kimi, “onun makintoşu birdən yanacaq”
Mövzuya qayıdacağıq.//aktualxeber
Ardını oxu...
 
 

 
Təhsil Nazirliyi ( indi Elm və təhsil nazirliyi ) ilə bağlı yazıya hazırlıq üçün media üzərindən xırda bir araşdırma aparmalı oldum.

 
Və mat-məəttəl qaldım. Niyə..?
Təvəzökarlıqdan uzaq olsa da, özümü məlumatlı şəxs hesab edirəm və ölkəmizin son 30-35 ili gözümün qarşısından gəlib keçib. Amma…
Əmması odur ki, sonuncu sovet təhsil naziri Qurban Əliyev 1987-ci ildə vəzifəsindən gedib. Və ondan sonra təhsilimizə rəhbərlik edən şəxslərin bu gün axtarış zamanı ad və soyadlarına rast gələndə, onları tanımadığım üçün pərt oldum.
Təsəvvür edirsiniz, Azərbaycanda Ağalar Abasbəyli ( 1987-88 ) kimi təhsil naziri olub.
Sonra ( 1988-89-cu illərdə ) Müslüm Məmmədov təhsil naziri olub.
Sonra 1 il Rafiq Feyzullayev təhsil naziri olub.
Sonra 1 il cəbhəçi Firudin Cəlilov təhsil naziri olub.
Cəbhəçilər gedəndən sonra qısa müddət kimsə nazir oldu.
Tarixlərə fikir verdinizmi ..?
Hər şey 1988-də başladı.
1 il müddətinə nazir, yaxud təhsil naziri olarmı..?
Yadınıza gəlirsə, həmin dövrdə kəndlərdə kolxoz sədrləri də 2 aydan bir dəyişirdi.
Bəli, təhsilimizin tənəzzülü təzəcə başlamayıb. Bunun dərin kökləri var.
Sözün qısası, bu gün təhsilimiz böhranlı durumdadır, təhsil sahəsində rüşvətxorluq, qohumluq, tayfabazlıq-traybalizm, dost-aşnalıq halları baş alıb gedir.
Təsəvvür edirsiniz, yenə də təhsil nazirləri 1-2 ildən bir dəyişir.
Bu hələ harasıdır..?
Artıq Elm və Təhsil Nazirliyinin rəhbərliyində pedoqoju təhsili olan şəxslər yoxdur.
Bircə misal çəkək.
Adını çəkməyə ehtiyac görmədiyimiz bir şəxs Peşə Dövlət Agentliyində işləyir və birdən səsi Xarici İşlər Nazirliyinin Ümumi Katibliyin rəisi vəzifəsindən gəlir, 2 ay sonra Təhsil nazirinin müşaviri olur.
Cənablar, bu adam 4 ayda 3 dəfə vəzifə dəyişir.
Sözün qısası, təhsilimizi oturub ağlayan lazımdır. Bütün ölkəni özəl kurslar, repetitor müəllimlər bürüyüb. Belə olan halda məktəblərə nə ehtiyac var..?
Bir məsələ də son vaxtlar Təhsil Nazirliyində adi hala çevrilib.
Təsəvvür edirsiniz, özəl hazırlıq kurslarından Təhsil Nazirliyinə rəhbər vəzifəyə müəllimlər gətirilir.
Bütün bunlar hamısı ancaq və ancaq dostluq və tanışlıq prinsipi ilə baş verir. Bunların bir çoxu hətta müsabiqələrdən də keçmirlər.
Filan xanım filan deputatın xanımıdır, ona bir yağlı vəzifə ..
Bunun bir sonu olmalıdır.
Məsələn, bir il öncə təhsil naziri Emin Əmrullayevin əmri ilə Xəyalə Əhmədzadə Bakı Şəhər Təhsil İdarəsinin rəis müavini təyin olundu.
Həmin dövrdə xanım müavinin qardaşı nazir tərəfindən nazirin müşaviri vəzifəsinə təyin olundu.
Cənablar, bu ailə podratı-zad deyil ee, dövlət qurumudur, millətinn gələcəyini kor edirsiniz…
İndi gəlin görək, Xəyalə xanım paytaxt Bakının Təhsil idarəsinə rəis müavini postuna haradan gəlib.
Əhmədzadə Xəyalə Fərhad qızı 1980-ci ildə Bakı şəhərində anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib.
1999-cu ildən pedaqoji fəaliyyətə başlayıb. Bakı şəhəri 272 nömrəli tam orta məktəbdə və Bakı Atatürk liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.
2014-2020-ci illərdə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində çalışıb.
Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibidir.
Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 2 mart tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib.
Deyəsən kimlərsə bu qardaş-bacıdan gələcək nazir, nazir müavini hazırlamağa girişib.
Yuxarıda qeyd etdiyimiz kimi dövlət qulluğuna təyinatlar müsahibədən sonra həyata keçməlidir.
Ancaq son illər rast gəldiyimiz təyinatlar şəxsi evlərdə, istirahət mərkəzlərində, toyda-zadda keçirilir. Aydın oldumu..?
Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək.
Təhsilimizə rəhbərlik edən şəxslərin bəziləri “Kaspi” Təhsil Mərkəzindən, nazirliyin informasiya siyasətinə cavabdeh şəxslər “Mədəd Azərbaycan” mərkəzindən, “Hədəf”, “Türk” və “Araz” kurslarından gətiriliblər.
Bir sözlə, təhsilimiz sanki bazara çevrilib.
Yuxarıda qeyd etdiyimiz kimi Xəyalə Əhmədzadə və nazir müşaviri olan qardaşı da deyirlər ki, Təhsil Nazirliyinin rəhbərliyinə “bazar yolu” ilə gələnlərdəndir.
Bazarın heç mübarək olmasın, Təhsil Nazirliyi...
Adın dəyişsə də əməllərin dəyişənə oxşamır.
Qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq.
P.S. Emin Əmrullayev, əvvəl yaşadığı evinin döşəməsinin taxtalarının arasından "balalı inək" keçərdi, indi isə deyilənə görə o ara-bərəni pulla doldurmusan. Deyirlər Təhsil Nazirliyinin balansında olan məktəblərin və baxçaların ərazisində hündür mərtəbəli binalar tikirlər, mağazalar açırlar, görmürsünüz? Göstərsək tədbir görərsiniz. //gundelik-baku.com//

 

XalqXeber.Az
Ardını oxu...
"Dəniz platformalarında işçilərə verilən aylıq ərzaq normasını (siyahını) oxudum. Cürbəcür meyvələr, şirniyyatlar, cemlər, ət, toyuq, bir sözlə, ən bahalı restoran menyüsü. Restoranda bu yeməklər təbii ki, satılır. Amma bu menyüdə adı qeyd olunan ərzaq, meyvə və şirniyyatı işçi görürmü? Trolları salıb deməyin ki, yalandır. Aylıq siyahı məndədir. Araşdırma aparıram".

Bu sətirləri Neftçilərin Hüquqlarını Müdafiəsi İctimai Birliyinin sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün feyzbuk səhifəsində yazıb.

Hüquq müdafiəçisi daha sonra yazır: “Dəfələrlə yazdığım problemin nəzarətə götürülməməsi məndə şübhə yaratmağa başlayır. Krışanızın ailəsi sizin neftçidən çırpışdırdığınız "payoka" möhtacdır ki?”

M.Qəhrəmanlı ona edilən müraciətlərə də toxunub: "Neftçi yazır: - Salam, Mirvari xanım. Mən uzun müddətdir “28 May” NQCİ-də işləyirəm. Uzun müddətdir ki, bu “Xəzəriaşə”ni Allah yoluna gətirən olmayıb. Sifaris verilən ərzaqların siyahısına baxanda adam zənn edir ki, oliqarx ailənin sifarişidir. Amma ortaya gəlib çıxanda görürsən ki, nəticə ortada, hamıya bəllidir.

Mirvari xanım, gündəlik hər işçiyə görə 29 AZN pul ayrılır, amma işçiyə bunun heç 10 AZN-i verilmir. “Şefpover”lərin siyasəti – gündəlik eyni yeməyi verməkdir: vermeşil, makaron, qarabasaq, bulğur, toyuq əti. Çünki gündəlik eyni yeməyi heç kim yemir. “Pover”lər belə edirlər ki, ayın axırı yaxşı faiz alsınlar. Ümumi gəlirin ekonomiyasının 7%-i “şefpover”lərə qaytarılır. Məsələn, 1 ay ərzində gündəlik platformada ortalama 50 adam olur. Bu da 1500 AZN deməkdir, aylıq isə 45000 AZN edir . Həmin vəsaitə maksimum qiyməti 15000 AZN-lik ərzaq verilir. 30000-lik AZN ərzağın 7%-i “şefpover”ə çatır. Yerdə qalanı isə “Xəzəriaşə”yə və buna göz yumanlara, 30000-dən 2100 AZN-i şefin, yerdə qalanı yekələrin.

Yerlərdə ərzağa göz yuman platforma rəisi və komendatlardır. Rəis və komendatın da öz payı var. Rəis yekə rəisdən qorxur səsin çıxarmır və şefin verdiyi payla kifayətlənir. Komendatlar isə “Cilov”dan və digər təşkilatlardan gələn işçilərə yeməkpulu yazmır, əvəzində həmin sexdən nağd pul alır.

Bir sözlə, fəhlənin ərzağından hamı faydalanır, birce fəhlədən basqa”.

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq... //tezadlar.az//
 
Ardını oxu...
Nabrandakı təhsil işçilərinin istirahət mərkəzindən qazilərə qarşı ayrı-seçkilik
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( AHİK ) və eyni zamanda təhsil işçiləri həmkarlar komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin həmkarlarının istirahətlərini yüksək səviyyədə təmin etməsini danmaq, ən azı, insafsızlıq olar. Özəlliklə, əlil və şəhid ailələrinə diqqət və qayğı, onların pulsuz yollayışlarla təchiz edilməsi belə fikirləşməyə əsasdır. Di gəl, yollayış verilməsinin hələ istirahət yerində normal dincəlməyə əsas vermədiyini də vurğulayaq. Vətəndaş yollayışla kurortlara üz tutanda istirahət mərkəzinin rəhbərliyinin elə özbaşınalıqları ilə üzləşir ki, əli üzündə qalır.
Nabrandakı “Təhsil” istirahət mərkəzi dənizdən ortalıq iki kilometr aralıqda meşə massivinin içində salınıb. Bilgiyə görə, birdəfəyə 260 nəfər turisti qəbul etmək gücündədir. Burada bir neçə kottec və üçqatlı otel dincəlməyə gələnlərin ixtiyarına verilib. Oyun meydançaları, açıq-qapalı basseyn, tibb məntəqəsi də öz yerində. Hələ yeni üçqatlı otel kompleksinin tikintisi də davam edir. Hər gün iki dəfə avtobus istirahətçiləri (iki saatlıq) çimərliyə aparıb – gətirir . Yemək evlərinin yalnız biri istirahətə gələnlərə ayrıldığından yemək vaxtı ikinövbəlidir. Amma bu da yemək zamanı darısqallıqdan xilas etmir. Fikrimizcə, digər istirahət mərkəzlərində olduğu kimi, burada da biznes marağına xidmət edən yeməkxanaların gündə üç dəfə bir saatlıq yollayışla və digər yolla gələn turistlərə ayrılması ilə problemi çözmək olar. Amma deyəsən, turistlərin istirahəti biznes marağından aşağıda tutulur. Hələ üstəlik mərkəzə girişə yeni qaydalar , daha düzü, qadağalar qoyulub.
İki gün öncə -3 avqustda saat 10 radələrində “Təhsil” istirahət mərkəzinin dəmir qəfəslikli qapısına yollayışla gələnləri gözətçi köşkünün kiçik pəncərəsindən qarşılayan şəxs içəri girməyə qadağa qoyub ki, növbə ilə buraxılmalıdırlar. Hətta Qarabağ qazisi ailəsinə də güzəşt tanımayan buyruq qulları, heç olmazsa, qapının çölündə oturmağa yer də fikirləşmir. Amma növbədənkənar xidmət hüququ olan əlil(lər) ailəsindən sonra gələnləri xüsusi tapşırıqla içəri buraxıblar. Onu da vurğulayaq ki, mərkəzin giriş qapısından qeydiyyat otağına kimi ortalıq əlli metrlik məsafə var və mərkəz böyük -on hektara yaxın ərazidə yerləşir. Belədə insanları qapının ağzında dəmir barmaqlıqlar arxasında saxlamağın nə anlamı var? Bilmək olmur, bura istirahət mərkəzidir, yoxsa islah koloniyası?
Qeydiyyat otağına uzun növbədən , halbuki növbədə görünən də yoxdu, girmək şərəfinə nail olan Qarabağ əlili ailəsinə yalnız birinci qatda iki havasız otağın olduğunu bildiriblər. Bu necə ola bilər? On günlük yollayışla səhər tezdən mərkəzdə olan vətəndaşa bütün nömrələrin tutulması yalanı necə sırına bilər? Belə çıxır, yerlər öncədən xüsusi tapşırıqla bron edilib?
Özbaşınalıq və ayrı-seçkilik ilə bağlı millət vəkili, AHİK -in sədrinə köməkçisinin araçılığı ilə müraciət edən qazi- müəllim ailəsi hələ də “Təhsil xidməti”ndən gileylidir. Elə digərləri kimi. ..
Məğrur Bədəlsoy
Teref/az

 
Ardını oxu...
Təhsil eksperti Kamran Əsədov öz feysbuk səhifəsində paylaşımı ilə diqqət çəkib.

O qeyd edib ki, təhsil sisteminə bu və ya digər şəkildə bağlı olmayan, təhsilləri və iş yerləri təhsil sahəsi ilə əlaqəsi olmayan politoloq və hərbçi hansı mənəvi haqla minlərlə şagirdin təhsil aldığı məktəblərə direktor seçilə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyev, bildirdi ki, regional idarələrə pedaqoqlar təyin olunmalıdır:

“Regional təhsil idarələrinin rəhbərliyinə heç olmasa uzun müddət təhsil sistemində işləyən, məktəbi bilən adam təyin olunmalıdır. Mənim də bu barədə bir neçə yazım dərc olunub. Gəncə-Daşkəsən regional təhsil idarəsinin müdiri və bir neçə regionlara təyin olunan müdirlər barədə yazmışdım. Bir millət vəkili kimi bu məsələdən çox narahatam. Məsələn, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin müdiri atası yaşında kişiləri təhqir edir. Çünki təhsil adamı deyil, mühasibdir. Təhsil həm də mədəniyyəti özündə ehtiva edir”.

Etibar Əliyev onu da əlavə etdi ki, bu kimi şikayətlər gəlir, amma təəssüflər olsun ki, diqqətə alınmır:

“Kamran Əsədovun dediklərində həqiqət var. Bunu da qeyd edim ki, məktəbi, ünsiyyəti bilməyən, məktəbi idarə etmədə naşı olan şəxslərin təyinatından mən də narahatam. Bu hallar var. Bu hansı şəraitdə baş verib bunu deyə bilmərəm, amma bütün hallarda bu çox böyük səv addımdır. Əslində məktəbi bilən, idarə etmədə çalışan şəxsin davranışı başqa, buxalterin, aqronomun davranışı isə başqadır. Onlar yalnız və yalnız pul düşünür. Məktəbi bilən şəxslər isə məzmun, davamiyyət, keyfiyyət barədə fikirləşir”.
Ardını oxu...
Anar Kərimov iki ildən artıqdır ki, Azərbaycan mədəniyyətinə rəhbərlik edir. O, bu müddətin təxminən 6 ayını nazir vəzifələrini icra edən şəxs kimi (20 iyul 2020 — 5 yanvar 2021), yerdə qalan ilyarımını isə nazir kimi bu postu tutur. İndiyədək ölüm ayağında olan bir-iki Xalq artistinin evinə cəmiyyətin israrlı çağırışından sonra getməsini nəzərə almasaq, Kərimovu kabinetindən kənarda görən olmayıb desək, yalan danışmış olmarıq. Milli Yaylaq Festivalındakı biabırçılıqlar və digər mövzulara keçməzdən öncə 45 yaşlı enerjili, diplomat nazirimizin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi barədə cəmi bir neçə fakta nəzər salaq. Bu il Azərbaycanda ilk kino təşkilatını yaradan Lətif Səfərovun anadan olmasının 120 ili tamam olur. Aranızda belə bir tədbirin keçirilməsi, yaxud keçiriləcəyi barədə məlumatı olan varmı? Təbii ki, xeyr!

İyunun 22-də isə 1967–1977-ci illərdə “Azərbaycantelefilm”in baş rejissoru olmuş Rüfət Şabanovun anadan olmasının 100 ili tamam oldu. Yenə də eyni mənzərə…Rasim Ocaqov, Əlihüseyn Hüseynov, Xalq rəssamı Rafiq Nəsirov kimi sənətkarların (75illik yubiley) heç biri yada düşmədi. Amma əvəzində Milli Yaylaq Festivalında ayaqyolunu 1 manat etmək yaddan çıxmadı. Niyəsini az sonra biləcəksiniz…

Sözün doğrusu, bu mənada naziri də başa düşmək lazımdır. Mümkündür ki, cənab Kərimovun başı özünün yenicə təyin etdiyi kadrı, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Azər Rəcəbovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmasına qarışıbmış. Birdən Rəcəbov ağzından nazirin ziyanına söz qaçırar… Təyinata bax, a kişi. Səni dekabrda nazir rəis təyin etsin, cəmi 6 ay sonra korrupsiyaya bulaşasan və hətta həbs ediləsən. Maraqlıdır, Kərimov Rəcəbovu rəis təyin edərkən, ona hansı təlimatları veribmiş?

Cəmi bir neçə gün sonra – iyulun 4-də isə mediada Mədəniyyət Nazirliyi tərəfindən Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən son bir il ərzində hüquq mühafizə orqanlarına 11 müraciətin göndərilməsi barədə məlumatlar yayılır.

Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayır. Məlumatda bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb. Bunlardan Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanılıb:

“Bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.

Törədilmiş qanuna zidd əməllər nəticəsində dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib, zərərin qalan hissəsinin ödənilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilməkdədir.

Araşdırma zamanı Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş materiallarda 4 müəssisə ilə bağlı cinayət işinin başlanması üçün kifayət qədər əsaslar müəyyən edilməyib, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 5 təqdimat göndərilib, 2 nəfər şəxsə münasibətdə qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror tərəfindən xəbərdarlıq elan edilib”.

Hələ mən onu demirəm ki, nazirin Ağdaş regional mədəniyyət idarəsinə rəis təyin etdiyi Səxavət Məmmədov 40 yaşından sonra Mədəniyyət və İncəsənət universitetinin qiyabi rejissorluğunu bitirib. Onu da hansı yollarla, bilənlər bilir. Və Səxavət Məmmədovun adı hələ Əbülfəs Qarayevin dövründən dəfələrlə mediada qalmaqallı mövzularda hallanıb.

Və Anar Kərimovun qələminin mürəkkəbini ilk islatdığı günlərdə verdiyi qərarlardan biri məhz Səxavət Məmmədovun Ağdaş regional mədəniyyət idarəsinə rəis təyin etməsi olmuşdu. Görünür, Səxavət Məmmədov barəsində mediada tirajlanan neqativ xəbərlər Anar Kərimovun diqqətini xüsusilə çəkib.

Yeri gəlmişkən Mingəçevir Dövlət Dram Teatrına hazırda rəhbərlik edən Anar Quliyev Səxavət Məmmədovun kadrı hesab edilir. Amma insafən A.Quliyev teatr sahəsində yetərincə təcrübəli şəxsdir, teatra yaxın adamdır, Gürcüstanda hansısa 69-cu dərəcəli ali məktəbin məzunudur və sair. Hətta deyərdim ki, teatrın altını da bilir, üstünü də. Ona görə ki, direktor olmazdan öncə o, teatrın zirzəmisində uzun illər “kserokopiya” aparatı işlədib. “Kserokopiya” aparatı işlətmək sizə zarafat gəlməsin, hər oğulun bacaracağı iş deyil. Amma paralel olaraq da, Quliyevin adı teatrın hansısa ştatında gedirmiş. Yeri gəlmişkən, bu təyinat da Anar Kərimovun nazir olduğu dönəmə təsadüf edir.

İndi qayıdaq yenidən Milli Yaylaq Festivalına…

Təxminən üç gündür ki, ölkə mediası mədəniyyət naziri Anar Kərimovdan danışır, yazır, müzakirə edir. Daha doğrusu Anar Kərimovun rəhbərlik etdiyi nazirliyin təşkilatçısı olduğu Milli Yaylaq festivalından. Ayrıntılar hər kəsə bəlli olduğundan detallara varmaq istəmirəm.

Sizə üç gündür bütün ölkənin müzakirə etdiyi şəxsin – Anar Kərimovun birinci müavini Elnur Əliyev vasitəsilə özünə haqq qazandırmasını təqdim edirəm, özünüz qiymət verin. Sitat:

Tədbirdə 120 min insan iştirak edib. Bu qədər insan üçün infrasturktur yaratmaq çox çətindir və buna görə də bunları nəzərə almaq lazımdır. Tədbir olduqca geniş kompleksli şəkildə həyata keçirilib. Nəzərə almaq lazımdır ki, bu tədbir çox geniş kompleksli bir tədbir idi. Proqramdakı dəyişikliklər isə həm hava şəraiti, həm də xarici qonaqların subyektiv məsələlərinə görə oldu. Amma istənilən halda, tədbir Azərbaycanda çox nadir tədbirlərdən biri idi ki, bu qədər genişmiqyaslı şəkildə həyata keçirilib.

Yeri gəlmişkən, 120 min insanı 1 manatdan hesablayanda günə 120 min manat pul edir. Nəzərə alsaq ki, hər insan gündə ən azı bir dəfə təbii ehtiyaclarını ödəyir və bunu bir neçə günə vuranda, ortalıqda necə deyərlər, babat rəqəm formalaşır. Babat rəqəm isə babat pul deməkdir. Təbii ki, “silinən” pulları hələ nəzərə almırıq.

Bu arada Milli Məclisin deputatları da Milli Yaylaq Festivalından narazı qalanların siyahısındadır.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili Fazil Mustafanın dediklərindən:

“Milli Məclisin Mədəniyyət Komitəsi Yaylaq Festivalına dəvət olunmayıb. Təşkilatçılar Mədəniyyət Komitəsinin mövqeyini, fikrini nəzərə almayıblar. Bu onu göstərir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət Komitəsilə əlaqəsi, münasibəti yox səviyyəsindədir”.

Millət vəkil bildirib ki, MM-in Mədəniyyət Komitəsi təcrübə baxımından belə mötəbər tədbirin keçirilməsinə töhfə verə bilərdi:

“Üzücüdür ki, Yaylaq Festivalının təşkilatçılığında problemlər ortaya çıxıb. Vəsait xərclənməyinə baxmayaraq, elementar məsələlər düzgün həll edilməyib. Regionun yağışlı olmasını nəzərə alaraq, hər bir situasiyaya hazır olmaq lazım idi. Bu kimi məsələlərdə sadəcə koordinasiya, iş birliyi çox önəmlidir. Açığı, Yaylaq Festivalı, onun mahiyyəti, əhəmiyyəti, təbliği və başqa məsələlərdə Mədəniyyət Komitəsi kənarda qalıb. Jurnalistlərin festivaldan narazılığı barədə isə mediadan oxumuşam. Buna görə çox üzülürəm. Çünki hamı çalışır ki, media nümayəndələri tədbiri yaxşı işıqlandırsınlar. Burada isə təşkilatçılar sanki əksinə ediblər, çalışıblar ki, media bunu əhəmiyyətsiz bir şeyə çevirsin və buna da nail olublar. Bu qədər vəsait xərclənən tədbir elementar addımların atılmaması səbəbindən ciddi narazılıqlara səbəb olub. Bu baxımdan hesab edirəm ki, gələcəkdə belə tədbirlər zamanı iş koordinasiyalı şəkildə görülməlidir”.

F. Mustafa qeyd edib ki, həm Gəncə Şəhər İcra Hakimiyyəti, həm Mədəniyyət Nazirliyi üzərinə düşən öhdəliyi lazımı səviyyədə yerinə yetirməyib:

“Bu problemlər mütəxəssislərin azlığını göstərir. Son vaxtlar ayrı-ayrı nazirliklərdə müxtəlif sahələrə təyin olunan kadrların təcrübəsi demək olar ki, yox səviyyədədir. İxtisasları da konkret həmin sahəyə uyğun deyil. Ona görə də belə nəticələr ortaya çıxır. Elementar mədəniyyət tədbirlərini təşkil edən insanlar var. Onlar qısa müddətə və az məsrəflə çox yüksək səviyyədə bunu təşkil edə bilərdilər”.

Deputatın sözlərinə görə, elə MM-in Mədəniyyət Komitəsinin bu tədbirə dəvət olunmaması da çox şeyi deyir:

“Ona görə də biz bu məsələlərə kənar müşahidəçi kimi baxırıq. Onların minnəti olsun ki, biz orada iştirak edib, öz töhfəmizi verək. Bütövlükdə təcrübəsizlik hər şeydə özünü göstərir. Bu cür tədbirlərdə şəffaflıq yoxdursa, ayrılan vəsaitin xərclənməsi ilə bağlı atılan addımlar hər hansı bir şəkildə göstərilmirsə, neqativ problemlər qaçılmazdır”.

Yekun olaraq, mədəniyyət nazirinin iki illik fəaliyyəti barədə nə demək olar? Görünən budur ki, A.Kərimov hələ ki, Əbülfəs Qarayevin ölənlərinə rəhmət oxutdurmaqla məşğuldur. Çevrəsində yaratdığı korrupsioner, 40 yaşında rejissor olan, “kserokopiya” aparatı işlədənlərdən ibarət “Kurtlar vadisi” komandası isə mədəniyyət üçün çox təhlükəlidir. Ən azından zaman bu yerə qədər belə göstərib.(manset.az)
Ardını oxu...
Bu günlərdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında direktor Nürəngiz Bəşirovanın keçmiş və hazırki qanunsuz əməlləri, xəstəxanada “daxili mühafizə xidməti” adı altında formalaşdırdığı qoçu dəstəsinin pasientləri incitməsi, Vətən müharibəsi dövründə əraziyə gələn xüsusi xidmət orqanları əməkdaşlarını öz evində qonaq saxlayıb, qulluq göstərdiyinə görə öyünməsi, qovulduğu Xocavənd xəstəxanasında işləyəndə sürdüyü maşını Beyləqan səhiyyəsinə transfer olunandan sonra qat-qat bahalısına dəyişdiyi və rəvac verdiyi digər qanunsuzluqlar barədə RealMedia.az saytında əvvəllər dərc olunmuş tənqidi yazıların təsdiqi kimi xidmət edən hadisə baş vermişdir.
Bu günlərdə isə RealMedia.az saytına daxil olan məlumatda qeyd olunur ki, Beyləqan polisi daxil olan məlumat əsasında keçirdiyi əməliyyatla xəstəxanadan xəlvət yanacaq satan oğruları cinayət başında yaxalayıb. Bildirilir ki, azı 8 nəfərin saxlanıldığı fakt üzrə cinayət işi başlanılıb. Həmçinin sızan informasiyaya görə, prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri direktor Nurəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını bildiriblər.
Etibarlı mənbədən verilən məlumata görə, məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərir və artıq havadarlarına ağız açaraq onlardan kömək umub.
İnanmaq istəyirik ki, Azərbaycan dövləti, onun baş prokurorluğu N.Bəşirovanın havadarlarının mümkün təzyiqinə duruş gətirmək gücündədir.
Mövzuya qayıdacağıq.

 

Dünyapress TV

Xəbər lenti