Ardını oxu...
Zaqatalanın füsunkar təbiəti, flora və faunası haqda hər zaman xoş sözlər eşitmişik. Şəhərin abadlığı və səliqə-səhman elə bu gün də yerindədir. Lakin şəhərin yeni yaşayış massivinin sakinləri bir neçə müddətdir ki, ciddi problem yaşayır. Demək olar ki, sakinlərin yazmadığı, müraciət eləmədiyi ünvan qalmayıb.

Təəssüf ki, onların bu çağrışına, müraciətinə hələ də nə baxan var, nə də qarşısını alan. Söhbət yaşayış məntəqəsinin lap yaxınlığında yerləşən zibil poliqonundan, sakinlərin dili ilə desək “zibilxanadan” gedir. Əsasən də küləkli və isti havalarda ərazidə həyat CƏHƏNNƏMƏ çevrilir.

DİA.AZ bildirir ki, məsələ ilə bağlı sakinlər Bizim.Media-ya danışıblar.

Üfunət iyindən əziyyət çəkirlər...

Ərazidə yaşayanlardan biri, 75 yaşlı Yaqub Arazov deyir ki, istər yaz, istərsə payız olsun üfunət iyindən əziyyət çəkirik:

“Gördüyünüz bu zibilliyi yandırmayanda iyi el-aləmi götürür, iydən dayanmaq olmur. Yanan vaxtı da gördüyünüz bu qəsəbə bütün tüstünün içində boğulur, göz gözü görmür. Yəni, kənardan gələnin kimliyini müəyyən edə bilmərsən. Hələ bir az sakitçilikdi. Ora yanıb külək əsəndə bütün massiv tüstünün içində olur, zibil qalıqları da ətrafa yayılır. Yandırmayanda da iyindən boğuluruq. Yandılrsaq bir dərd, yandırmasaq iki dərd”.

Sakinlərdən digəri isə əlavə edir ki, rayonda elə qurum olmasın o qapını döyməsinlər. Lakin bir nəticəsi yoxdur.

Hadisə yerinə yaxınlaşdıqca üfunət iyi nəfəs kəsir. Üç hektar ərazini əhatə edən bu zibilxananı yaşayış evlərindən cəmisi yüz metr məsafə ayırır. Burada yanğınlar baş verərkən tüstü yaşayış evləri istiqamətinə yönəlir və orada nəfəs almaq, hərəkət etmək olduqca çətinləşir. Bu da sakinlərin haqlı narazılığına səbəb olur.

Keçmiş hərbçi Valeh Rəfiyev təqaüdə çıxandan sonra Zaqatalada məskunlaşıb, ərazidən torpaq sahəsi alaraq ev tikib. Lakin sonradan ətrafdakı vəziyyəti görüb peşmanlıq içindədir.

Deyir ki, zibilxananın gətirdiyi problemlər şəkər xəstəliyini daha da artırıb:

“Burda zibillik yaradıblar, bura mal-heyvan gəlir. Gətirib zibili atırlar. Sonra da yandırırlar. Burada yeni qəsəbə salınıb. Bu vəziyyətin yerinə, buranı bağ-bağat eləmək, ətrafı yaşıllığa çevirmək olar”.

Söhbətin bu məqamında daha bir sakin yaxınlaşır. Anar Əsədovun sözlərinə görə, Zaqatala-Danaçı yolu üzərindən də zibilxanaya yol gedir.

Lakin rayon kommunal müəssisəsi kombinatının, eləcə də restoran və şadlıq evlərinin zibilləri yola tərəf töküldüyündən olduqca acınacaqlı vəziyyət yaranıb:

“Min nəfər sakindən biri mənəm və burada yaşayıram. Gördüyünüz kimi, burada olduqca acınacaqlı vəziyyət var. Artıq zibili, poliqon ərazisini görürsünüz harda qalıbdı. Poliqon ərazisindən ətrafa gətirib tökürlər. Üfunətdən oturmaq, gecə pəncərəni açmaq olmur. Münkün deyil. Yandırırlar buraları. Hətta evimizin içinə kimi ilan, əqrəb girir. Belə yaşaya bilmirik”.

Məsələ ilə əlaqədar rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasına, şəhər Bələdiyyəsi və Nümayəndəliyinə, eləcə də kommunal müəssisə rəhbərliyinə müraciət etdik.

Sözügedən bu sturukturların əməkdaşları onlara aid olmayan bir iş kimi yanaşdı. Nəhayətdə, Zaqatala kommunal müəssisəsi kombinatının baş mühəndisi Arif Kərimovla əlaqə saxladıq. O, hazırda orada vəziyyətin heç də ürəkaçan olmadığı etiraf edib:

“Burada vəziyyət gərgindir. Çünki tullantıların daşınması üçün başqa yerimiz yoxdur. Bura daşımalıyıq. Bacardığımız qədər biz zibilləri basıdırırıq. İndi sabah səhərə biz danışmışıq yenə traktor gəlməlidir. Traktorla bu sahəni təmizləyib orada basdıracağıq”.

Məsələyə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional İdarəsi ilə də əlaqə saxladıq. Bildirildi ki, məsələ ilə bağlı müvafiq kombinat üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə ildə bir neçə dəfə cərimələnib.

Regional ekologiya idarəsindən onu da əlavə ediblər ki, problem müvafiq dövlət qurumlarının diqqətindədir və yaxın vaxtlarda həllini tapacaq. Faktı Zaqatala kommunal müəssisəsi kombinatının baş mühəndisi Arif Kərimov da təsdiqləyib.
Məsələnin həllini diqqətdə saxlayacağıq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
"AzTU-da narazı salınmış müəllimlər yenidən şikayət etmək fikirinə düşüblər" xəbəri yayıldıqdan sonra Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev ondan şikayət edəcək müəllim və professor heyətinin bir araya gələ bilməməsi üçün müəyyən iş aparmağa başlayıb.

Bu barədə Faktinfo.az saytına məlumat verən mənbə onu da bildirir ki,rektor və AzTU-da mühüm vəzifədə çalışan yaxın ətrafı Azərbaycan Respublikasının Hesablama Palatasının növbəti həftədən AzTU-da aparacağı kompleks yoxlamadan da ciddi narahat olmağa başlayıb.Bu səbəblə sənədləşmə işində "səliqə-səhman" yaratmaq indi yada düşüb.
 
Ardını oxu...
Bunu YouTube platformasında keçmiş döyüşçü Alik Muradov "Ağstafa rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin baş həkimi İlham Sofiyevin fəaliyyətini kəskin tənqid edən 14:36 dəqiqəlik fikir səsləndirib.

Keçmiş döyüşçü baş həkimi xəstələrə dərman vermədiyinə,hər gün içkili olduğuna,qaziləri incitməsinə,əxlaqsız hərəkətlərə yol verdiyinə,addan sui-istifadə vəs. hallara görə,sərt tənqid edib.Hətta,irəli gedərək İlham Sofiyevin xəstəxanaya baş həkim təyin edilməsini Ağstafalılara təhqir hesab edib.

Məlum videonu təqdim edirik:

 
Ardını oxu...
Redaksiyamıza Sumqayıt şəhər, 4 mkr, ev 26/4b, mənzil 43-də qeydiyyatda olan Nəsirov Refael Faiq oğlunun müraciəti daxil olub. Müəllif müraciətində “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin Avtoparkında büdcə vəsaitinin mənimsənilməsindən, korrupsiya hallarından bəhs edir...

Biz yenixeber.org olaraq yazıda adları hallanan tərəfləri də dinləmək istədik... “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsin Avtoparkın müdiri Kamran Əhmədov şəxsinə yönəlik iddiaları əsassız adlandırdı və bildirdi ki, "Nəsirov Refael Faiq oğlu yol verdiyi ciddi qüsurlar səbəbindən işdən kənarlaşdırılıb. Demək olar ki, bütün aidiyyatı dövlət təşkilatları da bu məsələni araşdırıb. Onun iddiaları təsdiqin tapmır. Hal-hazırda da bir işi Məhkəmədədir".

Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

“Bildirmək istəyirəm ki, 2003-cü il tarixdən Sumqayıt şəhər Səhiyyə şöbəsi Mərkəzi Qarajında Təcili Tibbi Yardim sanitar avtomobilinin sürücüsü vəzifəsində işləmişəm, Qarajda baş vermiş özbaşınalığa və korrupsiya faktlarına, eləcə də dövlət büdcəsinin talanmasına etiraz etdiyimə görə əsassız və qanunsuz töhmət verilərək, 2018-ci il tarixdə işdən azad edilmişəm.

Bundan başqa Qaraj müdüri Kamran Əhmədov bütün sənədləri saxtalaşdırır. Belə ki, mənim haqqımda tərtib edilmiş Aktı özü də diqqət etmədən həftənin bazar gününə tərtib etmiş, həmçinin Məhkəmə ekspertizasının rəyində də bütün sənədlərin saxtalaşması öz əksini tapmışdır.

Baş vermiş özbaşınalığa görə Sumqayıt şəhər prokurorluğuna şikayət verərək, Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının müdiri Kamran Əhmədovun dövlət bücəsinı mənimsəməsi, həmçinin işçilərdən qanunsuz pul yığması barədə müraciət etmişəm.

Müraciətimdə əsaslı faktlar görsətsəm də Sumqayıt Şəhər Prokurorluğu işi araşdırmaqda nədənsə maraqlı deyildir.

Belə ki, Qaraj müdüri Kamran Əhmədovun işçisi Araz Novruzov işçilərdən texniki baxışa görə pul yığdığı zaman işçilər buna ehtiraz edərək qanunsuz olaraq texniki baxışa görə niyə rüşvət tələb edirsiniz dedilər. Araz Novruzov isə bildirdi ki, “bunu mənə niyə deyirsiz Qaraj müdürinün tapşırığına əsasən yığıram kimin nə sözu var, getsin Kamran Əhmədova desin”. (Bu faktin videogörüntüsü var.)

Həmçinin Qaraj müdüri Kamran Əhmədov və baş mexanik Kənan Haciyev uzun illərdi ki, avtomobil ticarəti ilə məşğul olurlar. 2015-2020 il tarixdən iş vaxtları işdən yayınaraq, əksər vaxtlarda Gürcüstan Respublikasında olmuşdurlar.

Həmçinin TTYS-na dövlət tərəfindən yeni alınmış xidməti avtomobillərin içindəki tibbi avadanlıqlar sökülərək hansı məqsədlərə görəsə götürülmüşdür. Bu da insanların həyatı üçün təhlükə deməkdir.

Qarajın balansında olan xidməti avtomobillərin bəziləri işlək vəziyyətdə olmasa da Kamran Əhmədov onları işlək vəziyyətdə görsədərək onlara ehtiyyat hissələri və yanacaq silməklə məşğuldur.

Bundan əlavə adları işdə olub, işə gəlməyən sürücülərin yerinə əlavə işləməyimizə, həmçinin xidməti avtomobillərin təmirini icra edən texniki işçilərin işə gəlməməkləri barədə ehtiraz etsək də heç bir nəticə vermirdi. Qarajın müdüri Kamran Əhmədov işə gəlməyən işçilərin maaş kartlarını alaraq bunun əvəzində onların işə gəlməmələrinə şərait yaradırdı. Həmçının Kamran Əhmədov Universitetdə əyani təhsil alan oğlu Anar Əhmədovu və yaxın qohumlarını Qaraja işə götürərək, işə gəlməmələrinə baxmayaraq, onlara maaş yazaraq dövlət büdcəsini talamaqla məşgul olurdu.

Bundan əlavə əsaslı sübutlarim və şahidlərim var ki, onlar da bunu təsdiq edirlər. Dövlət büdcəsinin talanmasına necə göz yumula bilər? Lakin Sumqayıt Şəhər prokurorluğu bu faktları araşdırmaqda maraqlı deyildir.

Yuxarıda qeyd etdiyim faktları nəzərə alaraq,

Sizdən bu kimi faktları ictimailəşdirməyinizi, eləcə də Sumqayıt Şəhər Prokurorluğuna və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, həmçinin “Təbib”ə sorğu verərək bu işin obyektiv araşdırılmsında bizə köməklik göstərməyinizi xahş edirəm.

Redaksiyadan: Aidiyyatı dövlət strukturlarına sorğu ünvanlamaqla, qarşıdakı günlərdə geniş yazı hazırlamağa çalışacağıq.
 
Ardını oxu...
"Beləsinə nə deyəsən? Əslində, bu ölkədə gerçəklik budur. Pulun varsa, yüksək vəzifə sahibisənsə istədiyin hərəkətləri rahatça edə bilərsən."
Teref.az yazır ki, bunu jurnalist Ramin Məhəmmədoğlu yazıb. Jurnalist daha sonra yazıb:
"Buna görə bir kimsə sənə heç nə deməyəcək. Lazım gəldikdə, nəinki yolu bağlaya bilərsən, hətta insanlarıda əzib kecə bilərsən.
Məsələn, 10-SV-100 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi kimi...
Bunu hansısa bir kasıb etmiş olsaydı, Şəhər "QAİ"si cəriməni yükləmişdir belinə..."
Ardını oxu...
 
Ardını oxu...
Cavid Qurbanovun dönəmində işinin yaratmazlıqı nəticəsində bataqlığa çevrilən Azərbaycan Dəmir Yollarında problemlər bitib tükənmək bilmir.

Yerli-pərəstlik edərək savadı və bacarığı olmayan şəxsləri sözü gedən qurumda yüksək vəzifəyə təyin etməsi illərlə dəmir yolunda çalışan əziyyət çəkən dəmir yolçulara ayrılan mülkləri evləri aidiyyəti üzrə verməməsi dövlətin ayırdığı mükafatları balanslı şəkildə bölməyərək vəzifəsindən sui-istifadə edərək dəmir yolundan anlayışı olmayan öz yerlilərinə hədiyyə kimi bəxşeiş etməsi demək olar ki, dövlət büdcəsinə milyardlarla ziyan vurulmuşdur.

Dəmir yolunda köklü islahatlar başlayıb.

Bir neçə gün bundan öncə “Azərbaycan Dəmir Yolları”na təyin edilən yeni sədir Rövşən Rüstəmovun bu qurumda köklü-dəyişiklər edəcəyi hətta rəhbər səviyyəsində islahatlar olunacaqı barədə məlumat vermişdik. Qeyd edək ki, Rövşən Rüstəmov yaxın bir neçə il ərizində özünün karyerasında yüksək irələyiş etməsi olduğca peşəkar gənc kadr olmasından xəbər verir.

Cavid Qurbanov Hicran Valehovun bataqlığa çevirdiyi qurumu tez bir zamanda irəli aparması, onun Dəmir Yolları İdarəsində ciddi dəşikliklər etməsi, yerli-pərəstlik müqavilində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində yüksək vəzifə tutan şəxslərı azad edib peşəkar kadırlardan istifadə olunmalı idi, bunda demək olar ki yeni sədr artıq bacarır və qaranlığa çevrilən Dəmir Yollarını daha işıqlı yollara aparacağndan xəbər verir.

Nə baş verir?

"Azərbaycan Reallığı"na məlumat verən mənbə bildirir ki, yeni sədr artıq noyabırın ilk ikinci ongünlüyündən islahatlara başlayıb Cavid Qurbanova yaxın olan, Cavid Qurbanovdan sonra onun işlərini müvəqqəti əvəz edən Hicran Valehovunda yaxın adamlarını işdən azad edib. Hətta işdən azad olunma xəbərin eşidib ürəyi gedənlərdə olub, təcili yardımla xəstəxanaya çatdırılanlarda.

Kimlər vəzifəsi ilə əlvidalaşdı?

"Azərbaycan Reallığı"na məlumat verən etibarlı mənbə bildirir ki, vəzifəsi ilə vidalaşan şəxslər bunlardır: Azərbaycan Dəmir Yollarının İnfrastruktur departamentinin rəisi Mehman Əhmədovdur. Mehman Əhmədov Hicran Valehovun sağ əli olan adamlardan bir kimi tanınır. O, həmçinin Valehovun qrup yoldaşdır. Daha sonra Dəmir Yollarının keçmiş sədri Cavid Qurbanovun köməkçisi olan Rauf Qasımovda vəzifəsindən kənarlaşdırılıb. Digər vəzifəsindən kənarlaşdırlan şəxs isə Təsərufat departamentinin rəisi Məhmməd Əmircanovdur.

Daha sonra işdən kimlər azad olunacaq?

Bildiyniz kimi "Azərbaycan Reallığı" bu qurumun Mətbuat katibliyi şöbəsinin də, bərbad vəziyyətdə olması haqqında silsiləli yazılar dərc etmişdir. Sözü gedən şöbəyə Natavan Bayramova sədr təyin olunduğdan sonra yerli KİV-lə qurum arasında böyük bir uçurum yaratmışdır. İşi yalnız özündən əvvəlki Mətbuat katibliyi şöbəsinin rəisinin atasına rəhmət oxutdurmağla keçirir.

Çünki jurnalistlər arasında sözü gedən qurumun Natavan Bayramovadan əvvəlki rəisi işinin daha peşəkar və jurnalistlərlə daha unsiyətcil iş pirinsiplərini vaxtı-vaxtında icra edən bacarıqlı bir kadır kimi tanınırdı. Lakin Natavan Bayramova bu şöəyə sədir təyin olunduğdan sonra Çuda Peçka Kulinariya işçilərinə Şöbə rəisi olduğu qurumda vəzifə verməsi kimin peşəkar bacarıqlı kadır olması hər kəsə daha aydın oldu. Mənbə bildirir ki, Natavan Bayramovanında işdən azad olunma ərizəsi alınıb yaxın bir neçə gün ərzində vəzifəsin itirənlər sırasında olacaq.

Daha sonra mənbə iddia edir ki, Cavid Qurbanov dönəmində işindən azad edilmiş küsdürülmüş incidilmiş peşəkar Dəmir Yolçularla danışıqlar aparılır. Onlar yaxın zamanda yenidən sözü gedən qurumda öz işlərinə bərpa olunacaqlar hətta bir neçəsi artıq işinə bərpa olunub işlədikləridə bildirilir. Bundan sonra Cavid Qurbanov dönəmində Dəmir Yolçulara ayrılan evlərin adiyyəti üzrə verilməməsi Qurbanov bu evləri şəxsi müstəvidə öz yerlilərinə verilməsi haqqındada araşdırmalar başlanılıb, yaxın zamanlarda araşdırmalar daha ciddi hala keçəcəyi bildirilir.

"Azərbaycan Reallığı" yazıda adı çəkilən istənilən şəxsin mövqeyin dərc etməyə hazırdır.
 
Ardını oxu...
Atalar deyib ki, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdı.

Biz də qərara gəldik ki, "Ziraat Bank”dakı kadr dəyişikliyi ilə bağlı ilkin mənbəyə, yəni bankın Ziraatbank.az saytına nəzər salaq.

Deməli, saytın yazdığına görə, 2021-ci ilin 20 iyun tarixində bankda ciddi kadr dəyişikliyi baş verib. Ziraatbank.az saytı yazır: Bankdaxili rotasiyalar ilə bağlı bankımızın rəhbərliyində yeni təyinatlar baş tutub. Belə ki, dəyişikliklərə əsasən Dr. İlker Met Müşahidə Şurasının sədri, Dr. Selçuk Demir isə İdarə Heyətinin Sədri vəzifələrinə təyin edilib.

Yeni təyinatlarla bağlı bankdaxili tədbir keçirilmiş və İdarə Heyətinin yeni sədri ilə komanda tanış olmuşdur. Tədbirdəki uzun çıxışları və bəy tərifini, bankın xidmətləri ilə bağlı "dejurnı” çıxışları dərc etməyə nə həvəsimiz var, nə də oxucunu yormaq istəmirik.

Ona görə də konkret olaraq saytın Səlcuq Dəmirlə bağlı yazdığını dərc edirik: Dr.Selçuk Demir bank sahəsində zəngin təcrübə və yüksək işgüzar nüfuza malikdir. Anadolu Universitetinin Biznesin İdarəedilməsi, İstanbul Ticarət Universitetinin Beynəlxalq Bankçılıq və İstanbul Universitetinin İqtisadiyyat bölmələrinin məzunudur. İqtisad üzrə fəlsəfə doktorudur. Ziraat Bank komandasına 2001-ci ildə qoşulmuşdur. Fərqli illərdə Ziraat Bank-ın müxtəlif filiallarının müdiri, qrup rəhbəri, bölgə koordinatoru vəzifələrində çalışmışdır.

Son olaraq Ziraat Bank İstanbul-1 Bölgə Müdiri vəzifəsində fəaliyyət göstərmişdir. Onu da qeyd edək ki, Ziraat Bank Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən Ziraat Bank Azərbaycanın Müşahidə şurasında da dəyişikliklər baş vermişdir.
Belə ki, Müşahidə Şurasının sədri Bilgehan Kuru öz vəzifələrini Dr.İlker Mete təhvil vermiş, Tahir Demirkıran və Zaffer Aydını isə Altan Güler və Kemalettin Bayat əvəz etmişlər.

Qeyd edək ki, Dr. İlker Met həmçinin İnsan Resursları üzrə Ziraat Bank-ın Qrup Rəhbəridir. Dr.İlker Met ilə bağlı araşdırmamızı sonraya saxlayaraq diqqəti Səlcuq Dəmirin fəaliyyətinə yönəldək. Ötən yazılarımızın birində qeyd etdiyimiz kimi "Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin yeni sədri Səlcuq Dəmir bankı özünün şəxsi "obyekti”nə çevirib.

Belə ki, redaksiyamıza daxil olan məlumata görə, Səlcuq Dəmirin siqaret, gündəlik yeyib-içmək pulundan tutmuş ailəsinin xərclərinə qədər hamısını bankın hesabına ödəyir. Bütün bunlar azmış kimi Səlcuq Dəmir şənbə və bazar günləri müxtəlif xanımlar üçün bahalı ziyafətlər təşkil edir. Ki, bunun da xərcləri Ziraat Bank tərəfindən ödənilir.

Məlumdur ki, xarici səfərlər zamanı Hava limanında VİP keçidlər olur ki, bu da ödənişlidir. Səlcuq Dəmirin nəinki özünün, həm də ailə üzvlərinin xarici səfərləri zamanı VİP üçün ödənişlər Ziraat Bankın hesabından ödənilir. Bankın özündən daxil olan başqa bir məlumatdan bəlli olur ki, Səlcuq Dəmir bankın hesabına özü üçün 650 manat dəyərində YASTIQ alıb və evində istifadə edir. Belə yerdə deyirlər ki, yastığın ağır olsun… Əgər Mərkəzi Bank, yaxud Vergilər Nazirliyi Ziraat Bankda yoxlama apararsa, bizim yazdıqlarımızın təsdiq olunacağına əsla şübhəmiz yoxdur. Bankın rəhbəri işlədiyi 1 il müddətində Səlcuq Dəmirin kollektiv arasında sanki Don Juan kimi tanınması da əsl biabırçılıqdır. Səlcuq Dəmirin qardaş Azərbaycanda, müsəlman bir ölkədə etdiyi bu işlər heç bir əndazəyə sığımır. Bəs harada qaldı, "İki millət bir dövlət” şüarı, ay Səlcuq əfəndi..? Siz bu hərəkətlərinizlə Türkiyə-Azərbaycan dostluğuna qara kölgə salırsınız.

Qarabağ savaşında Türkiyə-Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşanda, əsgərlərimiz şəhid olanda, sən Bakıda eyş-işrət məclisləri təşkil edirdin. Elə bilirsən ki, Cema xanımla, Dərya xanım Bıçaqçı ilə, Şəms adlı xanımla, Şərəf xanımla, Günel xanımla "oynadığın” oyunlardan cəmiyyətin xəbəri yoxdur..?
"Bunlar mənim özəl həyatımdır” deyib yaxanı çəkə bilərsən. Bəs, proqramist Sadiq Axundovun vasitəsilə bankın proqram təminatları üçün yüz minlərlə vəsaiti mənimsədiyini hara yazaq..?
Bu yaxınlarda bankın konfrans zalı üçün 10 min manat dəyərində olan manitoru 40 min manata sənədləşdirməyini hara yazaq..?

Hələ bu harasıdır..? Səlcuq Dəmir öz şəxsi geyimləri üçün lazım olan kimyəvi təmizləmə maddələrinə 3 min manat pulu bankın hesabından silib. Və bu pulu qonaqların ziyafət xərci kimi "oformit” edib.
Ən dəhşətlisi odur ki, Səlcuq Dəmir müxtəlif toplantılarda müxtəlif şəxslərin barəsində hər cürə hədyanlar, rüsvayçı sözlər danışır. Sonda onu da qeyd edək ki, "Ziraat Bank”da aparılan son araşdırmalar zamanı Hüquq Mühafizə Orqanlarında banka qarşı 300 min manat mənimsəmə ilə bağlı cinayət işi başlanılıb.

Səlcuq Dəmirin Azərbaycan xalqının ünvanına dediyi təhqiramiz ifadələri isə ona bağışlamaq olmaz. Biz qardaş Türkiyənin Azərbaycandakı səfirliyindən xahiş edirik ki, iki qardaş millətin birliyinə ləkə salan Səlcuq Dəmirçinin fəaliyyəti ciddi nəzarətə götürülsün.

P.S. Biz əminik ki, həm Türkiyə səfirliyi, həm də Türkiyə dövləti onlara ünvanladığımız rəsmi məktubları cavabsız qoymayacaqlar. //Gundelik-baku.org//
 

Ardını oxu...
Bu gün ölkə iqtisadiyyatının qeyri-neft sektorunun nəqliyyat bölümü və onun aparıcı bir istiqaməti olan dəmir yolları sistemində ciddi islahatların aparılması təxirəsalınmaz zərurətə çevrilib. Ölkənin nəqliyyat sektorunun aparıcı sahəsi olan dəmir yolları sistemində belə genişmiqyaslı islahatları şərtləndirən əsaslar hansılardır? Nə üçün Prezident İlham Əliyev nəqliyyat sektorunun bu sahəsinə bu qədər diqqət yetirir və bu sahənin ən qısa zaman kəsiyində beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasını hədəfləyir? Cavab çox sadədir. Azərbaycanın Şimal – Cənub və Şərq – Qərb istiqamətində beynəlxalq yükdaşımaların ən uğurlu mərkəzlərindən birinə çevrilməsi üçün avtomobillə daşımalardan 40%-ə qədər ucuz başa gələn dəmir yolu ilə daşımaların beynəlxalq standartlar səviyyəsində təşkil edilməsi olduqca vacibdir. Beynəlxalq yüklərin ən sərfəli marşurutla və ən münasib tariflərlrlə daşınması şansları məhz bizdədir və bu şansların reallaşdırılması ölkəmiz üçün həddən artıq vacibdir.
Bu baxımdan bir neçə gün bundan öncə “Azərbaycan Dəmir Yolları”na təyin edilən yeni sədr Rövşən Rüstəmovun üzərinə böyük məsuliyyət düşür. Onun bu qurumda köklü-dəyişiklər edəcəyi, hətta rəhbər səviyyəsində islahatlar olunacaqı barədə cumhuriyyet.az-a məlumatlar daxil olub. Bu prosesin artıq ilkin işartıları da görünməkdədir. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus “Astara Terminal” MMC-nin direktoru Rahim Mustafayev vəzifəsindən azad edilib. Şrkətə rəhbərlik Zaur Ramazanova həvalə olunub. Xatırladaq ki, “Astara Terminal” 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200 manatdır. Şirkət Azərbaycanın İranın Astara şəhərində inşa etdiyi terminalın idarə edilməsi ilə məşğuldur. Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC-nin direktoru Azad Qasımov vəzifəsindən azad edilib, onun yerinə isə Vüqar Mirqasımov gətirlib.
Baş verənlərlə bağlı cumhuriyyet.az-a məlumat verən etibarlı mənbə bildirir ki, vəzifəsi ilə vidalaşan şəxslər bunlardır: Azərbaycan Dəmir Yollarının İnfrastruktur departamentinin rəisi Mehman Əhmədovdur. Mehman Əhmədov Hicran Valehovun sağ əli olan adamlardan bir kimi tanınır. O, həmçinin Valehovun qrup yoldaşdır. Daha sonra Dəmir Yollarının keçmiş sədri Cavid Qurbanovun köməkçisi olan Rauf Qasımovda vəzifəsindən kənarlaşdırılıb. Digər vəzifəsindən kənarlaşdırlan şəxs isə Təsərufat departamentinin rəisi Məhmməd Əmircanovdur. Mənbə həmçinin bildirir ki,bu qurumun Mətbuat katibi Natavan Bayramovanında işdən azad olunma ərizəsi alınıb yaxın bir neçə gün ərzində vəzifəsin itirənlər sırasında olacaq.
Mənbənin cumhuriyyet.az-a verdiyi məlumatlarda yeni rəhbərliyin başladığı kadr islahatında ən vacib məqam bu vaxta qədər müxtəlif yollarla “Azərbaycan Dəmir Yolları”nda mövqe tutan və bu qurumda “nurçular” kimi tanınan qruplaşmanın ortadan qaldırılmasıdır. Mühüm postlarda yer alan bu şəxslər qurumun kadr idarəçiliyində yenilənməsi üçün ciddi əngələ çevrilib və bu şəbəkə dağıdılmayınca qarşıya qoyulan məqsədə nail olunacağı mümkün görünmür.
– Azərbaycan Dəmir Yolları QSC-də “Türkiyə təhsili” adı ilə yer alan şübhəlilər kimlərdir?
– Cavid Qurbanovdan üzü bəri rəhbərliyin gözünə kül üfürən şə\bəkə necə qurulub?
– Rövşən Rüstəmov əsl problemi həll edə biləcəkmi?
Bütün bunlar haqda növbəti yazımızda…
 //cumhuriyyet.az//

Dünyapress TV

Xəbər lenti