Ardını oxu...
Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan, lakin ƏƏSMN -in bu ehtiyacı illərdir “heç bir ölkə ilə müqavilə bağlanılmamasl” səbəbi (?) ilə qarşılamaqdan imtina etdiyi Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyasını də Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı dələduzlarla bölmək qərarına gəlib. Suraxanı yol polisi Tahir İsgəndərov Qarabağ əlilinə aidliyi olmayan 90-HX-384 dövlət nömrə nişanlı “əlil avtomobili”nin məmur oğlu “avtoşbala” məmurun içkili idarə etdiyi 10-CK-200 nömrəli avtomobillə arxadan durduğu yerdə vurulmasını elə aktlaşdırıb ki, əlil məhkəmə təminatı qaydasında 400 manat ödəmək zorunda qalıb. Hələ də başabəla yol polisinin 2013-cü ildə tərtib etdiyi protokol vətəndaşa verilmir. Amma dələduzluq əməlinə yaşıl işıq yandıran yol polisinin ardınca “Rəvan” sığorta şirkəti, Ədliyyə Nazirliyi Suraxanı icra məmuru Vüsal Əliyev və məhkəmələr yardıma ehtiyacı olan Qarabağ qazisinin olan -qalan toxunulmaz əmlakına, hətta PENSİYASINA dələduzluq hücumlarına keçiblər. Və hücum bəhrəsini verib : Qarabağ qazisi reabilitasiya mərkəzində müalicədə olduğu zaman ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı dələduz icra məmurunun məktubu (?) ilə əlilin qanı ilə qazandığı pensiyasını yarıqat edib. Odu-budu, Qarabağ qazisi 4 ildir pensiyasının 350 manatından məhrum edilib.
Bakı İnzibati Məhkəməsinin cavabdeh ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddianı mümkün saymayan və apellyasiya instansiyasının da qüvvəyə mindirdiyi iki aktını Ali Məhkəmə ləğv edib və iş 3-cü dəfə (də!) qərardadı ləğv edilən Nəriman Abıyevə verilib. Halbuki işin baxılmasında iştirak edən hakimin işə təkrar baxmasını qanunverici yolverilməz sayır. Amma kimdir qanuna baxan, Nəriman Abıyev bu yol “daxili rüşvət inamı” ilə qərara alıb ki, “İcra haqqında” qanunun 68.1.2 maddəsi -tələbin borclunun xidməti vəzifələrini icra edərkən aldığı xəsarətlərə yönəldilə bilməzliyi- Vətəni müdafiə edərkən ağ ciyərinin üçdən ikisini itirən Qarabağ qazisinə şamil edilə bilməz! Bu hakimin daxili inamı 3-5 manata elə köklənib ki, heç əlilin pensiyasının yarıqat edilməsinə “əsas” olan məhkəmənin qanuni icra sənədinin olmadığına da qiymət verə bilməyib.
Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verən Qarabağ qazisinin şikayətini də hakim Səadət Bəktaşinin sədri olduğu heyət 03.08.2021 tarixli qərarla təmin etlməyib və artıq bir il bir həftədir, bu qərar iddiaçı Qarabağ qazisinə verilmir! (?) Yeri gəlmişkən, həmin bu Nəriman Abıyevin cavabdeh ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin və DİN-in xidmətdən imtinasından iddianın 6 aylıq süründürməçilikdən sonra mümkün sayılmaması barədə qərardadından şikayətə də Həmid Həmidovun sədrlik etdiyi üçlüyün 20.06.2022 tarixli qərardadı 50 gün keçməsinə baxmayaraq hələ də bu sətirlərin yazarı iddiaçı Qarabağ qazisinə verilmir. Təsəvvür edin, 17.06.2022-ci ildə 3 gün qabağa sms-bildiriş verilib, bu kobud prosessual pozuntuya nəinki hüquqi qiymət verilib, heç qeyri-prosessual göstərişlə qəbul edilmiş qərardad da yoxa çıxıb. (?) Belə bəlli olur ki, Nəriman Abıyevin Bakı Apellyasiya Məhkəməsində “dayısı” var , şikayətlər apellyasiya instansiyasında itib – batır !
Nə isə, qonudan uzaqlaşmayaq, qonumuz- mövzumuz düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Əvəz oğlu Abbaszadənin Konstitusiya ilə təminat verilən sosial təminat, pensiya, məhkəmə təminatı, özbaşınalıqdan müdafiə, sağlamlığın qorunması hüquqlarının kobud pozuntusu haqqındadır. Gerçəkdə ƏƏSMN -in və tabeliyindəki qurumların Qarabağ qazisinin hüquqlarını müdafiə etməyə görəv borcu olması bir yana, heç əlilin özünün məhkəmə müdafiəsinə qeyri-prosessual qadağa qoyan sosial müdafiə qurumunu anlamaq çox çətindir. Axı icra məmurlarının, məhkəmə dəllallarının, sığorta reketlərinin dələduzluğunu birtəhər anladıq, bəs sosial dələduzluğu necə başa düşək? Əlilin istənilən dələduz hücumundan toxunulmaz pensiyası necə dələduzların yemi ola bilər?
Qarabağ qazisinin pensiyasını dələduzlarla bölən ƏƏSMN, indi reyestrdə əlil haqqında məlumat tapa bilmir ! (?) Əlilin pensiyasını yarıqat edəndə e-sistemdə məlumat olur, əlilə qanının pulunu verməyə gələndə olmur?
Məğrur Bədəlsoy
 

Ardını oxu...
 
 

 
Son günlər sosial şəbəkələrdə müzakirə olunan bir mövzu əksər vətəndaşlarımız kimi, bizim də diqqətimizi cəlb etdi. Söhbət Azərbaycanda Zirə, Şəmkir, Xaçmaz “pomidor brendləri”nə alternativ olaraq yetişdirilən yeni sort pomidordan gedir. Əlbəttə, sual verə bilərsiniz ki, burda nə var, əgər son illər yediyimiz tərəvəz növlərinin böyük əksəriyyəti torpaqdan kənarda, süni yollarla becərilirsə, müasir üsullarla Zirə, Şəmkir və Xaçmaz pomidorlarından daha dadlı, ləziz pomidor niyə də yetişdirilməsin?!

 

Təbii ki, bu düşüncədə olan oxuclarımızın fikirlərinə haqq qazandırmamaq mümkün deyil. Amma söhbət ondan gedir ki, yeni sort pomidorun yetişdirilməsi heç də hansısa kənd təsərrüfatı mütəxəssisimizin beyninin məhsulu deyil. Sosial şəbəkələrdə “Penitensiar pomidoru” adı verilən bu tərəvəz növünün “ixtiraçısı”nın Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar Xidmət rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov olduğu bildirilir. Görünür, elə bu səbəbdən də yeni pomidor növü - “Penitensiar pomidoru” hər kəsin marağına səbəb olub.

Əlbəttə, ilk baxışdan general C.Həsənovun yeni pomidor sortu yetişdirməsi heç də qeyri-adi hadisə sayılmamalıdır. Deyə bilərik ki, general olanda nə olar, görünür, adam kənd təsərrüfatı sahəsinə böyük maraq göstərir! Amma nəzərə alsaq ki, bu gün Penitensiar Xidmətin tabeçiliyində olan həbsxanalarda olduqca acınacaqlı durum yaşanır, içəridə Azərbaycan qanunları deyil, kriminal qrupların “qanunları” hökm sürür, üstəlik, narkotik alveri günbəgün çiçəklənir, dövlətimizin təhlükəsizliyinə qarşı ciddi proseslər baş verir, belə bir vəziyyətdə xidmət rəisinin gedib pomidor yetişdirməklə məşğul olması heç də normal hadisə sayıla bilməz. Yəqin, elə general-leytenantın başı əkin-səpin işinə qarışdığından türmələrdə “nadzorlar” da özləri üçün biznes sahələri yaradıblar. Hansı ki, burada hər şey satın almaq olar, necə deyərlər, puluna minnət...

Dəyərli oxucuların diqqətinə çatdıraq ki, sosial şəbəkələrdə vətəndaşlarımız Ceyhun Həsənovun Salyanın Xələc kəndində və Qızılağacda özünə məxsus min hektardan çox torpaq sahələrində yeni növ pomidor sortu yetişdirməsi və digər tərəvəz növləri əkib-becərməklə məşğul olması ilə bağlı iradlarını məhz bu şəkildə bildirirlər: “A kişi, pomidor yetişdirmək arzusundasansa, get, Kənd Təsərrüfatı Nazirliyində özünə bir iş tap, Penitensiar Xidmətdə nə işin var?”. Əslində, tamamilə haqlı təklifdir. Bir halda ki, general-leytenant işini-gücünü atıb, pomidor alverinə girişib, o halda gedib aqronomluğa başlasa, həm öz biznesi, həm də kənd təsərrüfatımızın inkişafı üçün daha böyük fayda verməzmi?!

İndi bəzi ağzıgöyçəklər deyəcəklər ki, bu adamdan nə istəyirsiniz, ölkədə sərbəst bazar iqtisadiyyatı mövcuddur, istəsə pomidor əkər, istəsə də lap Sabirabad qarpızı! Əlbəttə, bizim general-leytenantın pomidor yetişdirməsinə iradımız yoxdur. Heç onun min hektardan çox yararlı torpaq sahələrini necə ələ keçirməsi haqda da sorğu-sual etmək fikrində deyilik. Amma bu gün Penitensiar Xidmətin nəzarətində olan cəzaçəkmə müəssisələrində vəziyyətin acınacaqlı halda olması, türmələrin ölkəmizin təhlükəsizliyi üçün aşkar təhdid mənbəyinə çevrilməsi hər bir vətəndaş kimi bizi də narahat etməyə bilməz. Bəlkə Ceyhun Həsənov onu xidmət rəisi vəzifəsinə təyin etdirən məmurdan ehtiyat edərək istefa vermək istəmir, amma biz yetkili şəxslərin və qurumların diqqətinə çatdırmaq istəyirik: bir halda ki, bu adam uşaqlıq arzusu olan aqronomluğa belə böyük həvəs göstərir, niyə onun öz sevdiyi peşəsi ilə məşğul olmasına imkan vermirsiniz, zorla Penitensiar Xidmətin başında saxlayırsınız?! Günah deyilmi?

Yeri gəlmişkən, bu günlərdə mətbuatda general-leytenantın oğlunun da biznesə başladığı haqda informasiya yayıldı. Belə ki, demokrat.az saytının məlumatına görə, şənbə günü Salyan rayonu ərazisində C.Həsənovun oğlunun da iştirakı ilə “Yolüstü” adlı restoranın təmtəraqlı açılış mərasimi keçirilib. Qeyd olunur ki, Bakı-Astara magistralının hər iki kənarında yerləşən bu restoran Ceyhun Həsənovun doğulduğu kəndin adını daşıyır. Salyan sakinləri deyir ki, general-leytenantın oğlu yeni açdığı restorana “Yolüstü” adı verməklə, atasına böyük “jest” etmiş olub.

Beləliklə, Ceyhun Həsənov kimi, oğlunun da uğurlu biznesin başlanğıcını qoyduğunu düşünmək olar. Hər halda, “Penitensiar pomidoru” son günlər vətəndaşlarımızın böyük marağına səbəb olduğundan, yəqin ki, bu ləziz təamın dadına baxmaq istəyənlər tezliklə general oğlunun restoranına axın edəcəklər. Üstəlik, burada müştərilər C.Həsənovun yetişdirdiyi digər tərəvəz məhsullarının da dadına baxa biləcəklər.

O ki qaldı satışdan geri qayıdan və restorandan artıq qalan, boşalmış və yarıxarab pomidorlara, heç şübhəsiz, Ceyhun Həsənov həmin məhsulları da işə keçirməyin yolunu tapıb. Yox, fikrinizə başqa şey gəlməsin, general-leytenantın tomat zavodu açdığı haqda bilgimiz yoxdur. Amma sosial şəbəkələrdə deyilənlərdən də belə anlaşılır ki, həmin pomidorlar türmələrdə “vitrinə düzülür”. Özü də bayırda satıldığından bir neçə dəfə baha qiymətə.

P.S. Doğrusu, Ceyhun Həsənovun niyə Penitensiar Xidmətin rəisi vəzifəsindən ikiəlli yapışdığı indi bizə agah oldu. Axı, türmələrə nəzarəti itirərsə, xarab pomidorlarını harada işə keçirə biləcək?! //hurriyyet.az//

 

XalqXeber.Az

Ardını oxu...
Xeyli müddətdir ki, Şəki şəhəri, Muxtar Hacıyev-14 ünvanında fəaliyyət göstərən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında qol qoyulan çoxsaylı qanunsuzluqlar, bənzəri olmayan biabırçılıqlar, olmazın həngamələr və s., həm geniş ictimaiyyətin müzakirə etdiyi, həm də əksər media qurumlarının gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib.

DİA.AZ Atvaktual.az-a istinadən bildirir ki, hər dəfə baş verən iyrəncliklərə bu səhiyyə müəssisəsinin rəhbəri “əlahəzrət” Natiq İsmayılov hansısa “don geydirməyə” çalışsa da, deyəsən artıq bu şəxsin söylədiyi yalanlar “ayaq tutub yerimir”. Onu da unutmaq olmaz ki, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında baş həkim vəzifəsini daşıyan Natiq İsmayılov, çox zaman fırıldaq əməlləri ilə geniş ictimaiyyəti çaşdırmağı bacarıb. Baxmayaraq ki, bəzi nüfuzlu media qurumlarında yayımlanan məqalələrdə qeyd olunub ki, bu Xəstəxanada müalicə olunan bəzi xəstələrin əməyindən fiziki işlərin görülməsində istifadə olunur, heç bir əsas olmadan xəstələrin yaxınlarından pul alınır, hətta elə hallar da olur ki, xəstələr həkimlərin fiziki zərbələrinə “tuş gəlirlər”.
Natiq İsmayılovun bugünkü fırıldaq əməllərindən biri də, əslən Şəki şəhərindən olan və hal-hazırda “ARB” televiziya kanalının mühasibatlıq şöbəsində yarım ştat vahidi üzrə çalışdığı söylənilən Şamxal adlı şəxslə qurduğu işbirliyinin varlığıdır. O halda sual oluna bilər ki, görəsən hər iki şəxs nə yöndə iş-güc düzüb qoşublar ki, bu gün onların əməlləri daha çox müzakirə obyektinə çevrilib?. Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, daim yerlibazlıq amilini özünün qəlbində və unutmadığı düşüncəsində, eyni zamanda ürək nahiyəsinin sağ və sol cinahında gəzdirməyə qərar verən Natiq İsmayılov, əslən Şəki şəhərindən olan Şamxal adlı şəxsə əməlli-başlıca “yaşıl işıq” yandırıb. Belə ki, o, bu şəxsi həm Şəki Rayonlararası Psixiatriya Xəstəxanasına baş mühasib təyin edib, həm də ona mətbuatın və ictimaiyyətin suallarını cavablandırmaq səlahiyyəti verib. O halda sual oluna bilər ki, görəsən media hara, mühasibatlıq hara? Deməli, Natiq İsmayılovun mediadan və ictimaiyyət nümayəndələrindən “qaçaq düşməsi”nin, həmçinin başqa bir “kölgə”nin altında sığınıb gizlənməsinin müəyyən özəllikləri var. Məsələnin daha maraqlı və düşündürücü tərəfi isə ondan ibarətdir ki, xüsusi səlahiyyətlərə sahib olan Şamxal adlı şəxs, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasına üz tutan media nümayəndələrinə qarşı, sanki “Qoçu Əsgər” rolunda çıxış edir. Bu da o demək olur ki, nə Natiq İsmayılov, nə də ki, Şamxal heç bir qanun-qaydanı, lazımi tələbləri “priznavat” etmirlər. Hələ bunlar harasıdır? Artıq hər kəs tərəfindən Natiq İsmayılovun “görən gözü, vuran qolu” hesab olunan Şamxal adlı şəxs, məhz orda-burda “Mən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının müfahizə xidmətinə də rəhbərlik edirəm” deməyi də unutmur. Yəni, bu şəxsin söylədiklərinə cavab olaraq o sualı da vermək olar ki, görəsən söhbət hansı mühafizə xidmətindən gedir? Deməli, Natiq İsmayılov Şamxala elə bir ixtiyar verib ki, o, həm özünü “Qoçu Əsgər” hesab edir, həm mühafizə xidmətinin (olmayan mühafizə xidmətinin) rəisi adlandırır, həm də ki, külli-ixtiyar sahibi də hesab edir. Hətta, onun “Bilirsinizmi, mən bir neçə müəssisədə mühasib işləyirəm” deməsi də onu sübut edir ki, bu şəxs daha çox Natiq İsmayılovla işbirliyində olur və hər cür maxinasiyaları yola verməyi də bacarır.
Düşünürük ki, Nazirlər Kabinetinin 01 yanvar 2020-ci il tarixli qərarı əsasında TƏBİB-in tabeliyinə keçən Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında baş verən hər cür hoqqalar, bu qurumun İdarə Heyətinin sədri vəzifəsini daşıyan cənab Vüqar Qurbanovun diqqətini cəlb edəcək. Yəqin ki, o halda Natiq İsmayılova “dur” da deyiləcək. Yoxsa, ...
Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya yenidən qayıdacağıq.

Ardını oxu...
 
 

"Orxan Quluzadə Londona, Gardiff Univetsitetinə təhsil üçün gedəndə onun cəmi 17 yaşı vardı. Cəmi 1 il sonra, 18 yaşlı tələbə Orxan artıq atası Ülvi Quliyevin sayəsində həm də Britaniya Krallığında şirkət sahibi idi. Şirkətə aid sənədlərdə qeyd olunurdu ki, İngiltərədəki GUANO LİMİTED (qeydiyyat nömrəsi 06353306) 2007-ci ilin avqustun 28-də London apartment 103, Astra house 23-25 Arklow road ünvanında qeydiyyatdan keçib. Təsisçisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 6 ünvanında qeydiyyatda olan 1989-cu il avqust təvəllüdlü Orxan Quluzadədir. Şirkət atası tərəfindən Orxana ad günü hədiyyəsi idi". DİA.AZ bildirir ki, bu barədə deputat Ülvi Quliyevlə bağlı redaksiyamıza göndərilən məqalədə deyilir.

 

Məqalə müəllifi daha sonra bildirir: "Ülvi Quliyev oğlunu o qədər çox istəyir ki, hətta onu müharibə vaxtı gizlətməyə də müvəffəq olur. Bu o zaman idi ki vətənin qyerətli oğulları silaha sarılaraq 30 illik düşmən işğalına son qoymaq üçün canlarından belə keçirdilər. Həmin vaxtı isə Ülvi Quliyevin madar oğlu digər oliqarx balaları ilə dünyanın əyləncə mərkəzlərində öz kef-damaqlarında idilər. Təbii ki, nə millət, nə də dövlət bunları unuda bilməz və unutmayacaq...

Etiraf edək ki, dövlətin unutqanlığı bir az vərdişkar hal aldığından, burada ümidlər daha çox millətədir. Yəni yetərincə olub ki, dövləti talayanlar, dövlət büdcəsi hesabına oliqarxlaşanlar cinayət yolu ilə pul qazanmalarına rəğmən sonradan məsuliyyətdən yaxa qurtarmağı bacarıblar. Elələri də var... Odur ki, bizim əsas gümanımız millətin yaddaşıdır".

Daha sonra məqalə müəllifi Ülvi Quliyevin sevimli oğlu ilə bağlı KİV-lərdə yer almış, həm də təkzib olunmamış digər faktları da təqdim edir:

"O zaman Ülvi Quliyev şirkəti idarə etmək üçün Londonda ona Əhməd Xan adlı ortaq da tapır. Əslində bu şəxs o vaxtlar Kəmaləddin Heydərovun Londonun Birkbek Universitetində magistr təhsili alan oğlu Tale Heydərovun Orxan üçün Britaniyada ayarladığı bələdçi idi, 3 il sonra o, direktor vəzifəsindən kənarlaşdırılır və şirkətin katibi təyin olunur. Londonda şirkət sahibi olmaq hələ gömrük komitəsinə rəhbərlik etdiyi vaxtlatdan Kəmaləddin Heydərovun sayəsində dərman biznesində parlayan Ülvi Quliyev üçün təkcə prestij deyildi.

Ülvi Quliyevin oğlunun şirkəti Heydərovun Britaniyadakı şirkətləri üçün əlavə platsdarm kimi əhəmiyyətli idi. Gardiff Universitetini (illik təhsil haqqı 30 min funta çatır) 4 il ərzində başa vuran Orxan daha iki il London City universitetində (illik təhsil haqqı 13 min funtdan 30 min funta qədər) təhsilinə davam edir. Universitetdə oxuduğu dönəmdə o təkcə şirkət sahibi deyildi, həm Taleh Heydərovun rəhbəri olduğu Azərbaycan Cəmiyyətinin buradakı təmsilçisi, universitetdəki karate klubunun rəhbəri, həm də ZAMİNBANK-ın Londonda Caspian Money pul köçürməsi ilə məşğul olan nümayəndəsi kimi fəaliyyət göstərib.

Orxan Guluzadə 2019-cu ilin yayında, daha konkret desək, iyulun 24-də şirkətin adını dəyişərək UGANO Limited adlandırdı. GUANO, yaxud UGANO fərq etməz, Orxanın yaxın dostlarlna şirkətin adının ailə üzvlərinin adlarının baş hərflərini ifadə etdiyini deyib. Şirkətin adını dəyişdirməzdən əvvəl isə, yəni həmin ilin iyunun 20-də Orxan yaxın dostu Tale Heydərovun yardımı ilə biznesini böyütmək üçün Britaniyanın HAMPSHİRE TRUST BANK-ından ciddi məbləğdə kredit alıb".

Daha sonra mənbə hazırki durumla bağlı da müəyyən açıqlamalar verir: "Doğrudur, hazırda vəziyyət kifayət qədər dəyişib. Artıq Ülvi Quliyevin Kəmaləddin Heydərov adlı qalası kifayət qədər sarsıldığından, FHN şefinin xaricdəki biznesi hakimiyyət tərəfindən təftiş olunduğundan Ülvi Quliyev də bu sarıdan öz payını alıb.

Hər yerdə "artıq əvvəlki vaxt deyil" deyib giley edən Ülvi Quliyev özü barəsində nə qədər KASIB obrazı yartmağa çalışsa da, hüquq-mühafizə orqanları üçün onun milyonlarını üzə çıxartmaq o qədər də çətin olmayacaq. Hansı milyonlar ki, Azərbaycan dövlətinin büdcəsinin HALALIDIR..."

Yazıda iddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

XalqXeber.Az
Ardını oxu...
İlk öncə onu qeyd edək ki, Ağ Şəhər layihəsi cənab Prezident İlham Əliyevin ən gözəl ideyalarından, təşəbbüslərindən və layihələrindən biridir.
Yəni böyük bir ərazidəki köhnə, müddəti keçmiş, müasir tələblərə cavab verməyən evlər, mənzillər, obyektlər sahiblərindən sərfəli qiymətlərə alınaraq yerində müasir şəhər salınır. Amma...
Əmması odur ki, digər xoşməramlı layihələri vətəndaşların narazılıq mənbəyinə çevirən bəzi rüşvətxor məmurlar Ağ Şəhərdə sakinlərə sanki qara günlər yaşatmağa başladılar.
Biz Gündəlik-Bakı olaraq Ağ Şəhərdə qanuni evi başına uçurdulan, evi buldozerə verilən sakinlər haqqında silsilə yazılar dərc etmişik.
Yəni Ağ Şəhərdə baş verən problemlər bizə tam bəllidir.
Təsəvvür edirsiniz, vətəndaş onun evinə qoyulan qiymətlə razılaşmayanda, qazını kəsirlər, işığını, suyunu kəsirlər, sonda vətəndaşın ev əşyaları içəridə ola-ola evi buldozerə verib uçurdurlar.
Gündəlik-Bakı dəfələrlə yazıb ki, heç orta əsrlərdə də belə hal olmayıb, axı hətta dini kitablarda da mülkiyyətin müqəddəsliyi, toxunulmazlığı qeyd olunub.
Sözün qısası, Ağ Şəhərdə vətəndaşlara cəhənnəm əzabı yaşadırlar.
Bu problemin başqa tərəfidir.
Bir də var, problemin bambaşqa tərəfi.
Belə ki, hansısa vətəndaş Ağ Şəhərdə tikilən binalardan mənzil almaq üçün şirkətlə müqavilə bağlayıb, vaxtında mənzilin pulunu köçürüb, amma...
Əmması odur ki, vətəndaş illər uzunu kirayədə qalaraq mənzilini ala bilmir.
Belə şirkətlərdən biri də “ERA TOWER” tikinti şirkətidir.
Bu şirkət kimə məxsus olsa yaxşıdır.
Akim Bədəlova.
Kimdir Akim Bədəlov..?
Akim Bədəlovun adı keçmiş dövlət katibi, Qarakənddə ermənilərin vurduğu vertolyotda şəhid olan Tofiq İsmayılovun ailəsinə məxsus əmlakın ələ keçirilməsində hallanıb.
Bu adam uzun illər Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri olub. Sonradan şirkətin əsasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb və Akim Bədəlov sədr olub.
Yəni 20 ildən çoxdur ki, bu adam bu sahəyə rəhbərlik edib.
Guya Allah qoymasa külək əsəndə, Günəş möhkəm isti verəndə Akim Bədəlov alternativ enerji istehsal edəcək.
Amma son 20 ildə Akim Bədəlov heç on kvadratı isidəcək enerji ortaya qoya bilmədi.
Hamı şahiddir ki, Bakıdan rayonlara gedəndə yolların qırağında, dağ başında, təpələrdə quraşdırılmış külək enerji qurğularının heç pəri də tərpənmir, Günəş batereyalarından isə danışmağa dəyməz.
Amma əvəzində yayılan xəbərlərə görə, Akim Bədəlov 3 milyarda yaxın pulu mənimsəyib.
Təsəvvür edirsiniz, 3 MİLYARD...Ermənistanın büdcəsi qədər...
Bu adamdan soruşan yoxdur ki, 20 il müddətində dövlətin ayırdığı pulları hansı xarici ölkələrə köçürdün..?
Akim Bədəlov bəlkə də XXI əsrin ən böyük maxinatorudur.
Bütün bunları görən, cənab Prezident Agentliyi ləğv elədi. Amma Akim Bədəlov öz əməllərindən geri çəkilmir.
Belə ki, yuxarıda qeyd etdiyimiz kimi Akim Bədəlova məxsus “Era Tover” şirkəti vətəndaşların milyonlarını mənimsəyib.
Ağ Şəhərdə binalardan birinin sakinləri illərdir ev üzünə həsrət qalıblar. Onların sözlərinə görə, 2013-cü ildən tikintisi başlayan “Era Tower” yaşayış binası hələ də öz sakinlərinə təhvil verilməyib. Sözügedən 22 mərtəbəli binanın tikintisi 3 ildir demək olar ki, tam dayanıb. Səbəb kimi isə sakinlərə binanın tikintisi üçün ayrılan pulun xərcləndiyi bildirilib. Bu səbəbdən 50-yə yaxın alıcı hələ də illərdir pulunu verib həsrətini çəkdikləri evə sahib ola bilməyiblər. Şikayətçilər bildirir ki, onlar arasında hətta illərdir kirayələrdə qalıb ev gözləyənlər də var.
Təsəvvür edirsiniz, 2013-cü ildən bəri, yəni 20 ildir ki, binanınn tikintisi davam edir.
Vətəndaşın 2013-də doğulan oğlu, qızı indi evlənməli, ərə getməlidir.
Akim Bədəlov isə deyir ki, binanı tikməyə pul yoxdur.
Deməli, vətəndaşların ödədiyi milyonları Akim Bədəlov mənimsəyib.
Akim Bədəlov düşünür ki, dövlətin 3 milyardını mənimsədim nə oldu ki, Dadaşbalanın, Fatmanisənin 50-100 minini mənimsəsəm nə olacaq..?
Bax, bu cəzasızlıq mühiti bir gün problem ola bilər.
Ulu Öndərimiz Heydər Əliyev əbəs yerə demirdi ki, dövlət cinayətkar cəzasız qalanda sarsılır.
Adam dəhşətə gəlir ee…
Pulunu ver, kirayədə qal və 20 il gözlə. Amma indi də ümid yoxdur ki, bina nə vaxtsa tikiləcək.
Görün şirkətin təsisçilərindən biri olan Akim Bədəlovun oğlu Aqşin Bədəlov şikayətçilərə nə deyir:
“Pulumuz yoxdur, tikə bilmirik, hara istəyirsiniz şikayət edin”.
Vətəndaşlar aksiya keçirməyə hazırlaşır, ancaq Akim Bədəlov onları qəbul etmir.
Binanı tikən MMC-nin direktoru isə deyir ki, borcumuz çoxdur, onu ödəyəndən sonra tikintiyə başlayacağıq.
Burada deyiblər ee…yaz gələr yonca bitər…doyunca yeyərsən.
Son olaraq qeyd etmək istəyirik ki, Azərbaycan qanunları bütün gücü ilə işləməyənədək, bu hallar davam edəcək.
 //gundelik-baku.com//
 

Ardını oxu...
DİA.AZ: - "Bu gün Füzuli rayonu tam olaraq Alı Alıyevin əsarətindədir. İllər idi ki, rayonumuz erməni işğalı altında idi, oğullarımızın igidliyi sayəsində azad edildi. Amma Alı Alıyevin İŞĞALI DAVAM EDİR..." Bu sözlər DİA.AZ-a müraciət ünvanlayan Füzuli sakinlərinə aiddir.

Narazı vətəndaşlar daha sonra yazırlar: "30 il erməni işğalına dözsək də, 11 il Alı Alıyevin işğalına dözə bilmirik. Daha taqətimiz qalmayıb. Alı Alıyev rayonu elə hala salıb ki, hamının yaltaqlanmaqdan başqa yolu qalmayıb.

Bir neçə dəfə camaat üsyana qalxdı, zor gücünə yatırdılar. Neçə adamı ilişdirib, həbsə yolladılar ki, Alı Alıyev istədiyini edə bilsin. Amma indi dözümümüz qalmayıb".

Sakinlər bildirir ki, gəldiyi ilk gündən onlarla yerli sahibkara divan tutan Alı Alıyev "Qarabağ Broyler" və digər bu kimi iş yerlərini açan oğulların başına oyun açdı:

"Biz dəfələrlə onunla görüşmək istəsək də, başçıya yaxın düşmək müşkül məsələdir. Yalandan saytlarda yazırlar ki, başçı filan kənddə səyyar-görüş keçirib. Yalandır... Yalnız öz adamlarını toplayır, kənd-kənbd gəzir, şəkil çəkdirir, bir-iki yaltağı da yanına salır, guya camaat bunu alqışlayır. Amma yalandır, hamısı saxtadır. Görüşlərin necə təşkil olunduğunu rayonun prokuroru da yaxşı bilir, polis rəisi də... Hüquq-mühafizə orqanlarının marağında olsa, Alı Alıyevi bir günün içində dama basarlar.

Alı Alıyevin üstündə neçə rayonun başçısı həbs olundu. Biz Füzuli camaatı da haqlı olaraq soruşuruq: Bəs bizim Alı Alıyev NƏ ZAMAN HƏBS OLUNACAQ?"

Yazıda iddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
 
 

 
Naxçıvan MR-ın Şərur rayonunun Püsyan kəndində baş verən bir qətl hadisəsinin üstü açılıb.

 

Xalqxeber.az bildirir ki, Ovqat.com-un məlumatına görə, qatili hadisə yerinə yaxın yerdə quraşdırılmış kameraya düşməsindən müəyyənləşdirmək mümkün olub.

Maraqlıdır ki, hadisənin üstünü açan polislər bir müddətdən sonra necə böyük səhvə yol verdiklərini anlayıblar. Zira bu hadisədən sonra kameraların cinayətkarı müəyyənləşdirməkdə bənzərsiz rolunu kəşf edən Muxtar Respublika DİN yeni şifahi təlimat hazırlayıb. Təlimatda bütün polislərdən nəzarət etdikləri ərazilərdə kamera quraşdırılması tələb olunur. Üstəlik, bu kameralar polislərin şəxsi vəsaiti hesabına quraşdırılmalıdır. Cəmi 600 manat civarında maaş alan və ayın yarısını qarnıtox, digər yarısını ac keçirən polislər onlardan tələb olunan kameraları hansı vəsaitlə alacaqlarını bilmirlər. “Kameranın 1-i 400 manata başa gəlir. Biz aldığımız 600 manatın 400 manatını kameraya versək, onda uşaqlarımızın zəruri ehtiyaclarını necə qarşılayaq?” - adının açıqlanmasını istəməyən polis əməkdaşı müxbirimizlə söhbətində belə deyib.

Şikayətçinin dediyinə görə, etirazçı asayiş keşikçiləri ilə polis polkovnik-leytenantı Nəsib İsmayılov görüşüb. Rəis də onların bu sualına qaneedici cavab verməyib. Polislərə kamera almalarının şərt olduğunu bildirməklə kifayətlənib.

Odur ki, beyinlərini qurcalayan bu suala cavab tapa bilməyən polislər cinayətin üstünü açmalarına əməlli-başlı peşman olublar.

Etibarlı mənbələrdən aldığımız digər məlumata görə, Naxçıvan MR DİN-də Azərbaycan Polis Akademiyası məzunlarının “ov”u davam edir. Muxtar Respublikanın 54 ballıq Orta İxtisas Polis məktəbinin yetirmələrinin yerləşdirilməsi üçün həyata keçirilən bu “ov”un növbəti qurbanı Kəngərli rayonu Polis İdarəsinin Tuncay adlı sahə inspektorudur. Polis baş leytenantı olan Tuncay Naxçıvan DİN-nin sərt və məntiqsiz tələblərinə dözə bilmədiyindən işdən ayrılmağa qərar verib. İstefa ərizəsi isə qəbul olunmayıb. Bir neçə gün əvvəl Tuncayı nazirliyə çağıran rəhbərlik onun diqqətinə Naxçıvan MR DİN-nin dərəbəylik qanunu çatdırıblar: “Burda öz xoşunla işdən çıxma yoxdur. Bu xəyala düşənlər ancaq şəxsi işlərinə “xidmətə yararsız” maddəsi yazılaraq qovula bilərlər”. Yəni Naxçıvan MR DİN-nin yazılmamış dərəbəylik qanununda işdən normal çıxmaq yoxdur, qovulmaq var, vəssəlam, şüttəmam.

Əslində Azərbaycan Polis Akademiyasını bitirən polislərlə işləmək Naxçıvan “Dərəbəylik” Respublikasının DİN-nin də maraqlarına uyğun deyil. Rəhbərlik onlara Bakının casusu kimi baxır və gözümçıxdıya salaraq işdən qovulmaları üçün zəmin hazırlayır. Çünki Naxçıvan MR-ın öz Orta İxtisas Polis Məktəbi var və bu məktəb hər il 54 ballıq 30 yerli kadr yetişdirir. Həmin yerli kadrların işlə təmin olunması üçün isə mütləq eyni sayda polis işdən qovulmalıdır. Onların da böyük əksəriyyəti Azərbaycan Polis Akademiyasının məzunları olur. Akademiya məzunları niyə onların normal qaydada ərizələrinin qəbul olunmamasını isə anlaya bilmirlər. Görünür, Naxçıvan MR DİN Azərbaycan Polis Akademiyasının ancaq “xidmətə yararsız” mütəxəssis yetişdirdiyini rəsmi Bakıya sübut etmək niyyətindədir.

Məlumata görə, dünən Naxçıvan Orta İxtisas Polis Məktəbinin 20 məzunu artıq işlə təmin olunub. Onlardan 12 nəfəri Şərura, 1 nəfəri Kəngərliyə, 1 nəfəri Naxçıvan şəhər Polis İdarəsinin 1 nömrəli bölməsinə, 4 nəfəri Culfaya, 2 nəfəri isə Ordubada təyinat alıb. Qalan 10 nəfərin təyinatı üçün isə Akademiya məzunlarının səbri sınağa çəkilir. Yəqin ki, yaxın zamanlarda bu səbr imtahanından üzü ağ çıxmayanlar olacaq və digər 10 nəfər yerli “mütəxəssis” həmin qurbanları əvəzləyəcək.

Qəribədir ki, Muxtar Respublikanın ən qələbəlik yaşayış yeri Naxçıvan şəhəridir. Nədənsə, şəhər polisinə 1, Şərur rayonuna isə 12 polis təyin olunub. Həmsöhbətimiz bunu Polis Akademiyasının məzunlarının əsasən Şərur rayonuna göndərilməsi ilə izah etdi. Onun fikrincə, Şərur rayonu Naxçıvan şəhərində yaşayan polislər üçün cəza batalyonu hesab olunub. Akademiya məzunlarından kimi işdən çıxarmaq istəyiblərsə, Şərura göndəriblər. Onlar da bu cəza batalyonunda duruş gətirə bilməyib şəxsi işi korlanaraq işdən qovulublar. İndi həmin yerlərə 54 ballıq polislər təyin olunsa da, bir müddətdən sonra bu “bəxtəvərlər” Akademiya məzunları ilə əvəz olunacaqlar. Və beləcə Muxtar Respublikanın Dərəbəylik qanunu illərdir dəyişilməyən nizamında işləyəcək.

 

XalqXeber.Az
Ardını oxu...
Naxçıvanda tibbi sığortadan yararlanmaq istəyənlərə müxtəlif maneələr yaradılır. Məsələn, Kəngərli Rayon Xəstəxanasında həftənin yalnız bir günü sığortadan yararlanmaq mümkündür. Həmin gün isə sığorta üçün cəmi 2 həkim xidmət göstərdiyindən, xəstəxanada uzun növbələr yaranır.
Rayon sakini S. Mahmudov deyir ki, üç həftə ard-arda xəstəxanaya getsə də ona növbə çatmayıb:
"Xroniki xəstəlikdən əziyyət çəkirəm. Ayda ən az iki dəfə müayinədən keçməliyəm. Naxçıvanda xəstəxanaları pullu ediblər, həm də od bahasına. Tibbi sığortadan istifadə etməyə imkan vermirlər ki, xəstəxanalara pul ödəyək. Bizim rayonda həftənin cəmi bir günü sığorta ilə qəbul edirlər. İki həkim Şərur rayonundan gətirirlər, sığorta ilə ancaq onlar baxır. Onlar da 3-4 saat işləyib, çıxıb gedirlər. Uzun növbələr yaranır. Ağır xəstələr məcbur qalıb, ayaq üstə gözləyirlər. 3 həftədir gedirəm, növbə çatmır. Indi məcburam ki, pullu müayinə olunam. Bunun da bir dəfəsi 50-60 manata başa gəlir. 15 manat təkcə xəstəxanaya girişdir. Bir sözlə, Naxçıvanda tibbi sığortanın adı vardır, özü yox".
Culfa xəstəxanası isə, rayon qeydiyyatında olmayan xəstələrə sığortalı xidmət göstərməkdən imtina edirlər. Ordubad rayon sakini B. Abbasov deyir ki, bu yaxınlarda həyat yoldaşını təcili doğuş üçün Culfa Rayon Xəstəxanasına aparıb. Tibbi sığortalar olmasına baxmayaraq, doğuş üçün ondan 350 manat pul alıblar:
"Ordubad rayonunun Culfaya yaxın kəndlərinin birində yaşayırıq. Həyat yoldaşımın doğuş sancısı tutdu, təcili xəstəxanaya çatdırmaq lazım idi. Rayon mərkəzi bizdən çox uzaqdır. Ona görə də, bizə yaxın olan Culfa xəstəxanasına apardıq. Orada dedilər ki, Ordubadın sığortası bizdə keçmir, gərək Culfa qeydiyyatında olasız. Məcbur olub, 350 manatı verdik. Bu necə tibbi sığortadı ki, qonşu rayonda belə, onu qəbul etmirlər. Hər addımda milləti soyurlar".//Gündəlik Naxçıvan//
 
Ardını oxu...
Azərbaycanda mediada ən çox adı hallanan, müxtəlif qalmaqallarla ictimaiyyətin diqqətindən düşməyən məmurlardan biri də Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur.

On ildir Lənkərana rəhbərlik edən Taleh Qaraşovun adı rayonun ən məhsuldar torpaq sahələrini ələ keçirdiyi deyilir.
Bununla yanaşı T.Qaraşovun oğlu, hazırda Fövqaladə Hallar Nazirliyində yüksək vəzifədə çalışan Seymur Qaraşovun da Lənkəranda biznesinin olduğu deyilir. S.Qaraşovun Lənkərandakı biznesinin əsasən tikinti sektorunu əhatə etdiyi bildirilir.
Əldə etdiyimiz məlumata görə Taleh Qaraşov Lənkərandakı biznesini tapşırdığı şəxslərdən biri də köməkçisi vəzifəsində çalışan Elnur Hüseynovdur.
Belə ki, rayonda yeni açılan Sitrus bazarının Elnur Hüseynovun atası idarə edir. Bazarda yer haqqının müəyyənləşməsi-yığılması-çatdırılması işlərinin hamısını İcra başçısının köməkçisinin atası Həsənəli Hüseynovun apardığı bildirilir.
Yerli mediada yazılanlara görə isə Elnur Hüseynov Taleh Qaraşovun “qara kassası”dır.
realmedia.az
 
 
 

Dünyapress TV

Xəbər lenti