Ardını oxu...
Artıq xeyli müddətdir ki, Elmira Mirzəyevanın rəhbərlik etdiyi Gəncə Psixatriya Xəstəxanasında yaşanan hoqqaların varlığı ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrildiyindən, bu gün də əksər media qurumlarında bu səhiyyə müəssisəsi ilə bağlı silsilə tənqidi məqalələr tirajlanmaqdadır. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, ölkə rəhbərinin verdiyi tapşırıqlar əsasında Gəncə şəhərinin “Bağmanlar” adlanan ərazisində, yəni B. Əliyev-2 ünvanında 2020-ci ilin iyun ayında inşaası həyata keçirilən bu səhiyyə müəssisəsi, hal-hazırda Elmira Mirzəyevanın əsas gəlir mənbəyinə çevrilib. Məsələn, media üzərindən apardığımız araşdırmalardan, şəhər sakinləri arasında dolaşan söz-söhbətlərdən bəlli olur ki, Gəncə Psixatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyeva vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan, məhz daşıdığı vəzifəsindən sui-istifadə etməyə qərar verir. Yəni, xanım Mirzəyeva bu vəzifəsinə sahibləndikdən sonra idarəçiliyini öz düşüncə tərzinə uyğun həyata keçirməyə başlayır. Belə ki, o, adı işdə olub özü iş üzü tanımayan bəzi işçilərə əmək haqları yazır və onlara çatmalı olan əmək haqqlarını mənimsəyir, hətta dövlət tərəfindən xəstələrə verilən ərzaq məhsullarını, yataq dəstlərini, ayaqqabları, suyuyucu mayeləri, geyim paltarlarını, bəzi dərmanları və s. bazarlarda, ticarət mərkəzlərində satdırır. Hətta dolaşan söz-söhbətlərə görə, baş həkim bu cür mənimsəmə əməllərini özünə bağlı olduğu bildirilən şəxslərin idarə etdikləri “VAZ-06” markalı 57-BE-836 və “Mersedes” markalı 20-DJ-856 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə yerinə yetirir. Belə bir səbəbdəndir ki, Elmira Mirzəyeva Gəncə Psixatriya Xəstəxanasına baş həkim təyin olunduğu ilk vaxtlardan başlayaraq, bu müəssisədə rüşvətxorluğa və korrupsiyaya geniş yollar açılır.
Gəncə Psixatriya Xəstəxanası ilə bağlı dolaşan söz-söhbətlərdə o da qeyd olunur ki, bu səhiyyə müəssisəsi inşa olunub qurtardıqdan sonra, əslində köhnə bina Əmlak Komitəsinə (xeyli müddətdir ki, bu Komitə ləğv olunub) təhvil verilməli idi. Həmin vaxtlarda baş həkim vəzifəsini daşıyan Elmira Mirzəyeva, nəinki köhnə binanı təhvil verir, əksinə o, teztələsik köhnə binanın dam örtüklərini, su borularını, qapı və pəncərələrini, bir neçə tonluq dəmir su çənlərini, mişar daşlarını, dəmir reşotkaları, elektrik trasformatorunu və digər lazımi avadanlıqları sökdürərək satır. Deyilənlərə görə, xanım Mirzəyeva təkcə belə bir yolla xeyli məbləğdə qazanc əldə etməyi bacarır. Bundan əlavə, Elmira xanım vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan bu səhiyyə müəssisəsində ikili tabel sisteminə keçir. Yəni, birinci sənəddə gündəlik işə gəlib-gedən şəxslərin siyahısı olur, ikinci sənəddə isə ümumi xəstəxananın işçiləri, o cümlədən iş üzü tanımayanların ad və soyadları tam şəkildə yazılır. Ad və soyadları ikinci sənəddə olan işçilərin əksəriyyəti gecə növbəsinə yazılırlar ki, onlardan da bəziləri gecə növbəsində işə çıxmırlar. Əksər vaxtlarda tabel sənədlərinə həmin şəxslərin əvəzindən baş tibb bacıları qol çəkirlər.
Söylənilənlərə görə Gəncə Psixatriya Xəstəxanasının baş həkimi rəhbərlik etdiyi bu sahəni bir növ “kolxoz bazarı”na çevirib. Elə ki, hansısa bir şəxs zəng edib xəstəxanada boş yerin olub-olmadığını soruşur, o halda baş həkim üstüörtülü formada olsa belə, həmin şəxsdə pulun olub-olmadığını dəqiqləşdirə bilir. Əgər həmin şəxsdən “pul iyi” gəlmirsə, həmin vaxt ona “gələn ay gələrsən” cavabını verir. Növbəti ay da başqa bir bəhanəni ortaya atır. Beləliklə həmin şəxs etdiyi telefon zənglərindən bezir və bir daha ora zəng etmir. Bundan əlavə, Psixatriya Xəstəxanasına verilən yeni ştatları baş həkimin “bazara çıxartdığı” da söylənilir. Faktdır ki, Elmira Mirzəyeva rəhbərlik etdiyi bu müəssisədə gündəlik külli miqdarda var-dövlət qazanır. Yəni, baş həkim daim “başını işlədir” və gündəlik əldə etdikləri ilə heç də kifayətlənmir. Belə ki, o, daim müştəri axtarışına çıxır və hansı şəxs xəstəlik adı altında pensiyaya çıxmaq istəyirsə, o halda həmin şəxslə “dil tapmağı” bacarır. Bir sözlə, Elmira Mirzəyeva ayrı-ayrı şəxslərdən aldığı “haqq-hesablar”ın qarşılığında, məhz həmin şəxslərə saxta əlillik dərəcəsinin müəyyən olunmasında xüsusi rola malik olur.
Qeyd edək ki, həm media üzərindən apardığımız araşdırmalar zamanı, həm də Gəncə şəhər sakinləri arasında dolaşan söz-söhbətlər əsasında redaksiyamıza daxil olan bu kimi məlumatları dəqiqləşdirmək üçün, təqribən üç-dörd gün bundan öncə Elmira xanıma zəng etdik və qarşı tərəf olaraq ondan məsələlərə münasibətini öyrənmək istədik. Həmin vaxt o, ünvanladığımız suallardan heç birinə cavab vermədi. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elvin Hacıyevə ünvanladığımız suallar da cavabsız qaldı. Deməli, «balıq başdan işlənibmiş». Belə qənaətə gəldik ki, bu səhiyyə müəssisəsi baş həkiminin qol qoyduğu “qara-qura əməllər”, məhz bundan sonra daha çox ictimailəşdiriləcək, aidiyyatı dövlət qurumları baş verənlərlə bağlı daha ətraflı məlumatlandırılacaq.
Mövzuya qayıdacağıq.

P.S. Hörmətli oxucular! Çox yaxın vaxtlarda hər kəsi Gəncə Psixatriya Xəstəxanasında qol qoyulan türürpədici əməllərin mahiyyəti ilə də məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Geniş araşdırmamız davam edəcək.

Dəryaz.az

Ardını oxu...
Millət vəkillərinin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı şəkildə qadağandır. Ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir. Buna baxmayaraq, Milli Məclisdə mandat sahibi olan deputatların bir qismi bizneslə məşğul olur.
Onların biznesi haqda Milli Məclis rəhbərliyi məlumatlı olsa da, qanun səviyyəsində heç bir tədbir görülmür və hansısa səbəblərə görə biznesmen deputatlara güzəşt olunur. Yəni ölkə təcrübəsində bu vaxtadək bizneslə məşğul olan deputatın mandatının əlindən alındığını görməmişik. Məhz bundan arxayın düşən bəzi millət vəkilləri sahibi olduqları biznes şəbəkəsini daha da genişləndirirlər. Parlamentin biznesmen deputatlarından biri də son parlament seçkilərində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən mandat sahibi olmuş Vəliyev Ağalar İsrəfil oğludur. Bu yazımızda cumhuriyyet.az olaraq Ağalar Vəliyevin özü və biznesi ilə bağlı media üzərindən geniş araşdırma apardıq.
A.Vəliyevi ictimaiyyət millət vəkilindən daha çox iş adamı və “Azəraqrartikinti” ASC-nin rəhbəri kimi tanıyır. Mətbuatın monitorinqi göstərir ki, Ağalar Vəliyevi də Milli Məclisin ən qalmaqallı və qanunverici orqana nüfuz gətirməyən deputatlarından biri hesab etmək olar. Deputatla bağlı “Google” beynəxalq axtarış şəbəkəsində cumhuriyyet.az olaraq apardığımız qısa araşdırma zamanı qarşımıza çıxan ilk xəbər başlıqları belədir:
“Villası ilə Prezident Sarayını kölgədə qoyub, akvariumunda delfin saxlayan “Alabala”- Ağalar Vəliyev”(Yenicag.az); “Millət vəkili Ağalar Vəliyev Eldar Mahmudovun “toru”na necə düşüb?”(miq.az); “Ağalar Vəliyevin biznes gizlinləri, villası və mandat “legitimliyi” – ARAŞDIRMA”(arqument.az); “Deputat Ağalar Vəliyev şirkətində “şpion” axtarır”(liderinfo.az); “Ağalar Vəliyev bir ailənin faciəsinə səbəb ola bilər…”(bakunews.az); Deputat Ağalar Vəliyev yaralı tankçıya baş çəkib(azpolitika.info); “İcra başçısıyla deputat arasında qalmaqal – 4 hinduşkaya DSK sədri postu?” (aznews.az).
Ağalar Vəliyev susmaq üçün mandat alıb?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev son 10 il ərzində Milli Məclisin neçə iclasında iştirakı bizim üçün təəssüf ki, qaranlıq qalıb. Lakin cumhuriyyet.az olaraq bizi maraqlandıran məsələlərdən bəzilərinə parlamentimizin stenoqramlarından cavab tapa bilmişik. Yəni, “Azəraqrartikinti” ASC sədrinin parlament müzakirələrində iştirakının statistikasını müəyyənləşdirə bilmişik. Həmin statistikaya diqqət yetirib uyğun nəticəyə gəlmək heç də çətin deyil. Elə buradaca qeyd edək ki, bu açıqlamalarla heç də Ağalar müəllimin işgüzar nüfuzunu aşağılamaq fikrində deyilik. Lakin əlahəzrət həqiqətdən də qaçmaq olmur. Burada söhbət deputatın Azərbaycan parlamentinə sayğısının güzgüsünə çevrilmiş fəaliyyətindən gedir. Milli Məclisin iclaslarında demək olar ki, danışmayan millət vəkilinin sessiya və iclaslarda iştirakının nə mənası var? “Azəraqrartikinti” ASC-nin rəhbəri və onun kimi danişmayan biznesmen deputatlar öz rəhbərliyindəki qurumun işləri ilə məşğul olsa daha yaxşı olmazmı? Bu gün “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin görüləsi o qədər işləri var ki…
Milli Məclisin deputatı Ağalar Vəliyev IV çağırış MM-in 2010-2015-ci illər ərzində keçirilən ümumilikdə 103 iclasından yalnız 2-də danışıb. Dördüncü çağırış MM-in 23 dekabr 2011-ci il tarixli IV sessiyasında Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında müzakirələrdə çıxış edib. Deputat 2-ci çıxışını 12 iyun 2012-ci il tarixli VI növbədənkənar sessiyada Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsi haqqında (ikinci oxunuş) müzakirələrə qatılarkən irad edib. Bundan tam 5 il sonra 2016-cı il dekabrın 7-də biznesmen deputat bir daha “şeytanın qılçını sındıraraq” Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2017-cı ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsində çıxış edib.

Millətin, yoxsa biznesin vəkili?

Qazancı danışmaqdan üstün tutan Ağalar Vəliyev gerçəkdən oliqarx imici formalaşdırmağa nail oldu. Dövlət sifarişləri əsasında ucaltdığı obyektlərlə həm özü ucaldı (ordenlə), oliqarxa çevrildi, həm də özünə milyonlarla manat dəyərində möhtəşəm və dünyada analoqu olmayan saray kompleksi ucaltdı. Unutmayın, bu ucalıqlarda gündə 10-15 manata bir qarnı ac-biri tox qeyri-rəsmi çalışan yüzlərlə, bəlkə də minlərlə qara fəhlənin alın təri var. Vergi orqanlarında və dövlət əmək müfəttişliyində çalışan mütəxəssislər “Azəraqrartikinti” ASC-nin hesabatlarına nəzər saldıqda, bu qurumun dövlət sifarişləri əsasında yerinə yetirdiyi çoxsaylı tikinti və təmir işlərinin belə deyək, bir ovuc inşaatçının əli ilə reallaşdırılmasını az qala möcüzə kimi qəbul ediblər. Əlbəttə. bizə çatan məlumata görə dəfələrlə bu məsələ ilə bağlı Ağalar Vəliyevə ciddi iradlar da olub. Lakin…Buradan da deputatlığın ona nə üçün lazım olduğunu ehtimal etmək çox da çətin deyil. Hər halda, büdcə yeyintilərinin zığ verdiyi işin içindən iş çıxanda millət vəkilliyinin sanbalı ortaya çıxır. “Azəraqrartikinti” ASC-nin sədri belə situasiyalarla az üzləşməyib. Onun dövlət vergi orqanları ilə uzun sürən çəkişmələrini xatırlayın.

O istəsə danışa bilər, amma…

Bütün yuxarıda sadalananlar o nəticəyə əsas vermir ki, A.Vəliyevin siyasi savadı və natiqlik qabilliyyəti çıxış etməyə imkan vermir. Əsla belə deyil. Məsələ burasındadır ki, biznesmen deputatımızın qalmaqallı çıxışları haqda da ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və deputatın özü tərəfindən rəsmən təkzib olunmayan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “MTN İşi” ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı “Kristal Abşeron” adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin “toruna” 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.

Deputatın “Kristal Abşeron”unda baş verənlər

Ağalar vəliyevin biznesinə “Kristal Abşeron” MMC də daxildir. Belə ki, bu şirkətin təsisçisi Tovuzdan olan iş adamı Məhayət Nəbiyevdir. Şirkətin qeyri-rəsmi sahibi isə deputat Ağalar Vəliyevdir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, millət vəkilinin “krişalıq” etdiyi sözügedən şirkət Xırdalanda binalar inşa edib. Bu firmadan mənzil alanlar isə sözün əsl mənasında peşman olublar. Çünki alqı-satqı müqaviləsində məzənnəyə uyğun kredit ödənişi edilməsi bəndi yer alıb. Bu da 2015-ci ildəki 2 devalvasiyadan sonra payçıları müflis edib. Onlar dollarla kredit ödəməyə məhkum olunub.

Məsələn, 50 kvadratlıq mənzil 110 min manata başa gələcək. Sakinlərin isə dərdinin üstünə təzə dərd gəlib. Belə ki, “Kristal Abşeron” özəl müəssisə olduğu üçün qazın qiyməti qeyri – əhali kateqoriyası üzrə hesablanır. Şirkət istiliyin qiymətini 40 qəpikdən 70 qəpiyə qaldırıb. Şirkət indiyə qədər qazanxanaları “Azəristiliktəchizat” ASC-yə təhvil verməyib. Bu da azmış kimi, keçən aydan etibarən istilik 70 qəpikdən 80 qəpiyə qaldırılıb. İndi 50 kv mənzili olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. İsti suyun kubmetri isə 2 manat 30 qəpikdən 3 manat 50 qəpiyə qaldırılıb. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, “Kristal Abşeron” isə od qiymətinə… Sakinlərin dediyinə görə, yaxın günlərdə Prezident Administrasiyasının qarşısına toplaşacaqlar. Onlar şirkətin soyğunçuluğundan şikayət etməyə hazırlaşırlar.

Dəniz kənarında çoxqübbəli villa

A.Bayramov ilə bağlı cummuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı daha bir maraqlı fakta rast gəldik. Belə ki, Ağalar müəllimin bir villasının görüntüləri da yayılıb. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub.

Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanında balina və delfin axtarışları gedir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün nəyin hesabına başa gəldiyini aşkarlaya biləcəkmi?

“Mənim bütün biznesim qanunidir”Jurnalistlərin “millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına cavab verən Ağalar Vəliyev deyib: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”. Ağalar Vəliyevə cumhuriyyet.az olaraq həmin qanunu bur daha xatırladırıq. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi: II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. “…elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər… Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.”
 //cumhuriyyet.az//
Ardını oxu...
"İki ildən yuxarıdır ki, COVİD yoxlaması üçün ayda 2 dəfə yaxma verməkdən burun-boğaz yolu "döyənək" olmuş dəniz neftçiləri rəhbərlikdən soruşurlar:"
Teref.az yazır ki, bunu sosial şəraitlərindən şikayət edən neftçilər onların hüquqlarını qoruyan Mirvari Qəhrəmanlıya yazırlar. Daha sonra onlar yazır:
"-Əgər bu yaxmalar bizim sağlamlığımız üçündürsə bu halda niyə bizdən yaxma götürülür və evimizə qayıdırıq? Yol boyu çoxlu sayda insanlarla təmasda oluruq. Bu halda bizim COVİD-ə yoluxma ehtimalı yoxdu ki? Rayondan gələnlər də var.Yaxma verib qohum evində qalan,yenidən rayona qayıdan da var axı...
-Şəkildə gördüyünüz kimi barkodun üzərinə Caspian otel yazılıb. Belə çıxır ki, "sağlamlığımızın" qorunması üçün biz oteldə "qalırıq"? Əgər belədirsə niyə bizim haqqımızı vermirlər? Qanun hamı üçün qanundur.
Bilmək istərdik niyə "sağlamlıq" prosesinə şəffaflıq gətirilimir?
Və sonda görəsən bu prosesdən kim qazanır,kim əzab çəkir?
Tək otel və klinika sahibləri yoxsa........................?"
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəöfin mövqeyini dərc edə bilərik!
Teref.az
Ardını oxu...
 
Ardını oxu...
DogruXeber.az: -Bildiyimiz kimi 1 noyabr 2022-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Mədəniyyət Nazirliyində əməliyyat keçirdi. Əməliyyat zamanı nazirin birinci müavini Elnur Əliyev başda olmaqla bir neçə vəzifəli şəxslər saxlanıldı. Özü də həmin şəxslərin əksəriyyəti Anar Kərimovun əmri ilə vəzifəyə təyin edilən şəxslər idi.

Xatırladaq ki, bundan əvvəl - 2020-ci ilin may ayının 8-də də DTX Mədəniyyət Nazirliyində əməliyyat aparmışdı. O zamanlar da aşkar olunmuş ciddi nöqsanlara və yeyintiyə görə Sabiq nazir Əbülfəz Qarayev başda olmaqla, bir neçə vəzifəli şəxslər işindən azad edilmişdir. 2021-ci ilin yanvar ayına qədər isə nazir vəzifəsini birinci müavin əvəz edirdi. 2021-ci ilin yanvar ayının 5-dən bugünə qədər isə prezidentin imzaladığı sərəncama əsasən, nazir kürsüsünə Anar Kərimov əyləşib. 2021-ci ilin sentyabr ayından bəri də Anar Kərimovun birinci müavini vəzifəsini Elnur Əliyev icra edirdi. Bu ilin noyabr ayının 1-də DTX yenidən əməliyyat keçirdi. Bu dəfə də birinci müavin və digər bir neçə vəzifəli şəxslər saxlanıldı.

Baxın!
Birinci əməliyyat zamanı aşkar edilmiş nöqsanlara görə Nazir vəzifəsindən azad edilir və onu birinci müavin əvəz edir. İkinci əməliyyat zamanı yenə də nöqsanlar aşkar edilir, bu dəfə isə birinci müavin saxlanılır, nazirə "gözün üstə qaşın var". deyən olmur.

Maraqlıdır, əgər bütün bu yeyinti və digər nöqsanların başında nazir özü durursa, yəni rəhbər məsuliyyət daşıyırsa, o zaman Anar Kərimov niyə həbs edilmədi, yaxud işindən azad edilmədi?

Əməliyyatdan belə rahatlıqla yaxa qurtaran Anar Kərimovun deyəsən "sehirli çırağı" var. Amma, nağıllarda deyilir ki, o çıraqlardakı cin yalnız "3 arzunu yerinə yetirir". Odur ki, hörmətli Anar Kərimovun bir şansı artıq, xərcləndi. Mədəniyyət sahəsindəki korrupsiya və özbaşınalıqlar davam etdikcə, bu cür 2-ci, 3-cü, 4-cü dalğalar da qaçılmazdır yəqin ki...

Kənardan baxıb, yalnız "oxuyub-oynamaq" gördüyümüz bu sahədə problem olmadığını düşünür adam. Amma, dərindən araşdırdıqda bəlli olur ki, əslində ən çox problem - korrupsiya, saymazlıq, "ödənişli hörmət" və sair hamısı Mədəniyyət Nazirliyində mövcuddur.

Bu arada bir haşiyəyə çıxmaq yerinə düşər.
Demək, Bakıda yaşadığımız üçün bizi özünün "yuxarıdakı adamı" hesab edən uzaq tanışlardan biri ötən il zəng edib, işinin düşdüyünü dedi. Qeyd edək ki, həmin tanış rayonlardan birinin mədəniyyət evinin müdiridir. Bizə düşən işi isə bu idi ki, deyir "Regional Mədəniyyət idarəsinə müdir yeri boşdur, ora 4.000 (dörd min) manat istəyirlər, mənim də əlimdə 2.000 (iki min) manat var, ona da yaxın durmurlar. Bəlkə siz desəniz o qədərlə də məni ora müdir götürərlər". Bu saf tanışımız daha bilmir ki, onlar hamısı jurnalist görəndə "qanadsız mələk" olurlar, pula yaxın durmurlar və hətta, "Vallah bizlik deyil, ora təyinatı birbaşa nazirlik özü verir" deyirlər.

Yox biz tanışın sözünü eşidib, ora ağız açmadıq. Sadəcə bu cür cavablar standart olduğu üçün dedik.

Yəni, sözümüzün canı o ki, Mədəniyyət naziri Anar Kərimov korrupsiya və digər nöqsanlara görə işindən azad edilən Əbülfəz Qarayevin yoxluğunu hiss etdirmir sağolsun.

Mədəniyyət nazirliyinə dövlət büdcəsindən ayrılan bu qədər milyonlara rəğmən, bölgələrin əksəriyyətində mədəniyyət evləri bərbad, baxımsız vəziyyətdədir. Yalnız bayram tədbirlərində (o da həmişə yox) məktəblilərin tədbirləri keçirilir vəssalam. Rayon mərkəzi kitabxanaları, rayon mədəniyyət evləri təmirsiz, bərbad gündə, kənd klubları da yox kimi. Amma, maraqlıdır ki, bütün rayonlarda, kəndlərdə mədəniyyət işçisi olaraq maaş alanlar var. Özü də bu adamlar xadimlərindən tutmuş, müdirinə qədər heç də təsadüfi adamlar deyil. Məsələn, ötən həftə "DogruXeber.az" informasiya agentliyinin tabeçiliyində fəaliyyət göstərən "Kanal14YouTube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradan Xaçmaz rayon Çılğır kənd sakini İlyas Ramazanov deyir, "Çılğır kəndində mədəniyyət klubunun qapıları həmişə bağlıdır. Heç bir fəaliyyət göstərmir. Xadiməsi də, işçiləri də hamısı Xaçmaz rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Yaqut Məsimovanın bacıları və yaxın qohumlarıdır". Yaqut xanım məmurdur və yenə də dövlət büdcəsindən maaş alanlar da məmur yaxınları.



Bu hər yerdə, hər sahədə belədir. Hətta, ümumiyyətlə mədəniyyət klubunun binasının belə mövcud olmadığı kəndlər var ki, orada da mədəniyyət klubunun xadimə və digər işçiləri var, o da yalnız kağız üzərində. Bir sözlə rayon mədəniyyət evlərində "ölü canlar" saxlanılır.

Təbii ki, bu qədər qanunsuz işlər görməyə tək bir adam risk etməz, ən azından bir dayağı olmalıdır. "Dayaqların dayaqları" da zəncirvari olaraq, həmişə rəhbərə qədər uzanır. Odur ki, sözügedən sahənin "gözüqıpığ" nümayəndələrinin "hörmətli nazirin bundan xəbəri yoxdur" cümləsi tamamilə yersizdir.

Mövzuya yenidən və daha detaylı şəkildə qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
AAYDA-nın “Xaç atası” ƏFLATUN QASIMOVUN NOVXANIDA tikdirdiyi və tezliklə Saleh Məmmədova hədiyyə edəcək VİLLANIN açılışı olacaqdır
Məlumatlı mənbənin verdiyi önəmli xəbərlərdən məlum olur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və onun vəziri rolunu oynayan qudası- Yolların Təmiri və İstismarı İdarəsinin rəisi, 68 yaşlı Əflatun Qasımov hazırda Binəqədi rayonun Novxanı qəsəbəsinin dənizə yaxın ərazisində inşa etdirdiyi 4 mərtbəli möhtəşəm villanı “Yollar şefi”nə hədiyyə etməyə hazırlaşır. Səbəbi də budur ki, Brejnev medallar aludəçisi olduğu kimi, S. Məmmədov da villa həvəskarıdır. Baxmayaraq ki, Azərbaycanın demək olar ki, bütün regionlarında onun imarətləri dillərdə dastandır. AAYDA sədri də elə bu qayğıya görə hətta özünə və digərlərinə aid olan bütün səlahiyyətlərin icrasını Əflatuna həvalə edib. Ona görə də, bu gün AAYDA-nın bütün işçi heyəti Ə. Qasımova “xaç atası” kimi baxır və məcburiyyətdən ona biət edirlər. Bu adam da fürsətdən və düşdüyü cəzasızlıq mühitindən geninə-boluna istifadə edərək pul qazanmaq üçün ağlına gələn hərəkətləri etməklə məşğuldur.
İndi keçək detallara:
Elə götürək son günlər fasillərlə yağan yağışı. Bakı yenə də həmişə olduğu kimi , leysansız yağan yağış sularına təslim oldu. Daha doğrusu, təslim etdirildi. Bu, ilk dəfə baş vermir. Şəhərə yarım saat yağış düşən kimi yollar, küçələr, həyətlər su altında qalır. Artıq problem o qədər adiləşib ki, paytaxt sakinləri vəziyyətə vərdiş ediblər. Amma yenə də, Bakının yollarını elə günə qoyublar ki, yağış da yağmasına peşiman olur.
Doğrudur, əvvəllər, bunun günahını şəhərin arxitekturasını pis günə salan sabiq mer Hacıbalada görürdülərsə, zaman keçdikcə məlum olur ki, günah tək onda deyilmiş, paytaxtın yol infrastrukturunu quranlar şəhəri bu günə qoyublar.
Məsələn, noyabrın 15-də və 16-da paytaxtın bir çox küçə və prospektlərində müşahidə edildi ki, yağış suları asfat yolun ortsına yığılır. Sanki, bu yolları peşəkar yol mütəxəssisləri deyil, hansısa dağın dərəsindən təzəcə enmiş çobanlar tərəfindən çəkilmşdir. Yəni, göz görəsi yolların yenidən qurulması və təmiri zamanı tələb edilən adi norma və qaydalar gözlənilmir, drenaj sistemləri, kolektorlar, suötürücü qurğular və digər texniki məsələlər başdansovudu icra edilir. Təzəliklə salınan təbii yox, süni asfalt yollarsa elə birinci yağışdan sonra pis günə düşür, gölməçələr peyda olur. Səbəbi də budur ki, dövlət büdcəsindən yollarımızın təmir və tikintisinə ayrılan külli-miqdarda vəsaitlərin demək olar ki, 80 %-i cənab Əflatun Qasımov və komandası tərəfindən mənimsənilir.
Məsələn, AAYDA-nın yolların təmiri və tikintisi zamanı yağış barmaqlıqlarını yol kənarlarında quraşdırmaq kimi şərtsiz bir öhdəliyi var. Bu barmaqlıqlar da yaxınlığında kanalizasiya, yaxud yağış kollektoru olan yollarda təşkil olunmalıdır. Nəticədə yayda gözəl görünən Bakımız bu vəziyyətdədir – hər yan tıxac, prospektləri və tunelləri su basıb, sanki XIX əsrdə yaşayırıq.
Göründüyü kimi, sədr Saleh rəhbərlik edir, quda – Əflatun Qasımov Yolların Təmiri və İstismarı İdarəsinin rəisi olaraq tapşırıqları lazımınca “həyata keçirir”Necə? Detalları bir az da xırdalyaq:
AAYDA-nın qadın işçiərinin verdiyi məlumatda bildirilir:

verilib. Amma yol boyu əsaslı təmirlər vüsət alıb. Bu yol istismarı tarixində vaxtından əvvəl əsaslı təmirə məruz qaldığına görə dünya rekordu sayıla bilər. Yəni, bu onun göstəricisidir ki, magistral yolun yenidən qurulması üçün dövlətin ayırdığı 80 milyon pul suya düşmüş hesab edilə bilər. 2015-ci ildə istifadəyə verilmiş Şəki-Qax yolu üzərindəki çoxsaylı körpülərin asfalt-beton qatı 1 qat olaraq qalıb. Halbuki, bu magistral yol da hələ şüşə qatsız üç qatdan ibarət olmalı idi. İndi bu iki qatdan ibarət yolun da əsaslı təmirə ehtiyacı vardır. Elə 2011-ci ildən istifadəyə verilmiş və 274 milyon manata tikilib başa gəlmiş 14 km-lik aeroport yolu da demək olar ki, yararsız vəziyyətə düşmüşdür. Bakı-Şamaxı yolu da 4 ildir ki, istifadəyə verilib. Hər üç km-dən bir təkrar-təkrar yamaq vurmaqdan asfalt qatının hündürlüyü 0.5 m-ə çatmışdır.( yolun 68-71-ci km-nə nəzər salmaq kifayətdir) Bu fakt sadəcə biyabırçılıqdır. Elə bu rüsvayçılıqları qabaqcadan görən AAYDA-nın “UZAQGÖRƏN” rəhbərliyi Sovetlər dönəmində qəbul edilmiş asfalt yollara hər 15-18 ildən bir aşınma qatının vurulması əsasnaməsini Nazirlər Kabinetində aidiyyatı şöbəsi ilə gizli sövdələşməsi nəticəsində bu normanın 5 illə əvəz edilməsi barədə əsassız QƏRAR qəbul etdirmişlər. Və bu “QƏRAR”ı əllərində bayraq tutaraq dövlətdən yolların hər 5 ildən bir təmir edilməsi üçün pul ayrılmasını tələb edirlər. Çünki, qanunvericiliyə və əsasnaməyə görə istismara verilmiş yolun 10-15 il davam etməsi üçün tələb olunan müddətdə qəsdən cari təmir edilmir ki, yol tez dağılsın. Yəni, AAYDA səlahiyyətliləri açıq aşkar iqtisadi təxribatla məşğuldurlar.

Müqayisə üçün qeyd edək ki, Cavid Qurbanovun “Azəravtoyol”a rəhbərliyi dövründə 10 il əvvəl inşa edilib istifadəyə verilmiş Ağsu-Yevlax magistral yolu necə var elə də durur. Deməli, C.Qurbanov xidməti işə Saleh-Əflatun komandasından daha insaflı və vicdanlı yanaşmışdır.
Mənbəmiz onu da xatırlatdı ki, AAYDA-nın sifarişləri əsasında bir çox işləri icra etmiş iki nəhəng və 8 orta səviyyəli şirkətlər pullarını hələ də ala bilmirlər. “Xaç atası” Əflatun Qasımov bu şirkətləri “Pul yoxdur, olanda verəcəyik” deyib dizin dizin süründürür. Və kimsə cürət edib nəinki Kommersiya Məhkəməsinə, sadəcə Nazirlər Kabinetinə belə şikayət edə bilmirlər.
Digər fakt ondan ibarətdir ki, AAYDA-nin sədr müavini, köməkçisi, müşaviri, məsləhətçiləri, istismar və maliyyə rəisləri, yerli və magistral yollar rəhbərləri, İdarə müdirlərindən ibarət qohumlardan təşkil olunmuş bu strukturda yazıq müəllimlər kimi hər il deyil, cəmi bir dəfə ATTESTASİYA keçirilsə, onların 10%-i tələb olunan 60 baldan 15-ni belə toplaya bilməz. Hamısı savadsızdırlar. Yol mütəxəssiləri isə qalıb kənarda. Yaxşı ki, DTX-nın maliyyə İdarəsi AAYDA-ya gəlib gözucu da olsa yoxlama aparmır. Aparsa…
Son vaxtlar cənab sədrin Əflatunun yanında ürək açıb ” İşləməyə imkan vermirlər”, “qoymurlar öz işlərimizi görək” kimi ifadələri çox mətləblərdən xəbər verir. Belə ki, azad edilmiş ərazilərdə yol infrastrukturunun vaxtından əvvəl icra edilməsi üçün 1-ci vitse-prezident tərəfindən verilən tapşırıqların icrası zamanı cənab sədr uzun illər büdcədən çırpışdırdığı milyonların bir hissəsini çatışmayan yerlərdə işlətmək zorunda qalıb. Bu da onunla heç cür barışa bilmir. Sanki babasından qalma vəsaitləri xərcləyirmiş…
Araşdırmalarımız davam edir.
Müstəqil araşdırmaçı, Xəyal Səmədov
realmedia.az
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Naxçıvan Sərhəd Qoşunlarının mərhum komandanı Şahmərdan bəyin bir əsgəri vardı – Namizəd Seyidov. Namizəd Seyidov hələ yeniyetməlik yaşında olanda Şahmərdanın dəstəsinə qoşulduğundan cəbhə yoldaşları onu “Qəqəni” adlandırırdılar.
Şahmərdanın dəstəsi həbs olunanda “Qəqəni” azyaşlı olduğu üçün ona toxunmurlar.
İllər keçdikdən sonra “Qəqəni” bir məclisdə şəhid-qəhrəmanımız Mübariz İbrahimov barədə artıq-əskik danışan bir adamı bıçaqla yaralayır. Onu dərhal saxlayıb Şərur polisinə gətirirlər.
“Xan” “0 cinayət” siyasəti həyata keçirdiyindən rəis, Qəqənidən rüşvət almaqla bu işi xətm etmək fikrinə düşür və ondan 8 min manat pul istəyir. “Qəqəni” pulu olmadığını deyir və ona qanunən nəzərdə tutulmuş cəzanın verilməsi tələb edir. Rəis ayrı paza keçdiyini, bu gedişlə ya “0 cinayət” qaydalarını pozmaq, ya da əlinə keçən ovu sərbət buraxmaq məcburiyyətində qala biləcəyini anlayır. Düşünür ki mən bunu rüşvət almadan buraxsam, nazirə çatacaq pulu öz cibimdən verəcəyəm, başlayır sövdələşməyə. Sövdələşə-sövdələşə gəlib 3 min manat üzərində dayanır. “Qəqəbi” Allahla özü arasında 5 manatdan çox pul olmadığını, istərsə işi 5 manata bağlaya biləcəyini rəisin diqqətinə çatdırır. Rəis görür ki, “Qəqəni” çox hacıqaralıq edir, optimal variant tapır: faizə pul götürməklə rüşvət parasını ödəmək. Bu möhtəşəm çözüm planını “Qəqəni”yə təklif edir. Uzun danışıqlardan sonra “Qəqəni” polis rəisinin təklifi ilə razılaşır. Şərurda Vasif “xan”ın qohumlarından birini polis idarəsinə çağırırlar və ondan “Qəqəni”yə faizlə 3 min manat borc alıb məsələni xətm edirlər.
Bildirildiyinə görə, Qəqəni həmin 3 min manatlıq borcunu bir neçə il ərzində çətinliklə ödəyib qurtarır.
Heydər Oğuz
Teref.az yazır ki, məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Fərhad Əhmədovun bir milyarder və bir azərbaycanlı kimi öz ölkəsinə münasibəti heç zaman birmənalı olmayıb. Zaman-zaman o fərqli qüvvələr sırasında yer alıb. Və imkan düşdükcə ortaya siyasi iddia da qoyub.

Lakin o, siyasi iddiasını gerçəkləşdirmək üçün xarici havadarlarının sevgisini qazanmağa çalışıbmı? Biz bunu son 30 ilin müxtəlif dönəmlərində görmüşük.

Fərhad Əhmədov “Milyarderlər klubu”nun ilhamvericisi kimi

10 il öncə Rusiyada Azərbaycana qarşı siyasi məqsədlər üçün yaradılan “Milyarderlər klubu”nun ən fəal dəstəkçilərindən biri məhz Fərhad Əhmədov idi. O, böyük həvəslə bu “klub”un tədbirlərinə qatılırdı. Hətta mətbuat konfranslarını da qaçırmırdı.

Bütün bunlarsa elə belə deyildi. Bu, ona milyarder olmaq imkanı verən bir dövlət qarşısında bir öhdəçilik idi. Missionerlərinsə tələbi bu idi ki, Azərbaycan dünyanın qarışıq bir bölgəsinə çevrilsin. Anti-milli və anti-dövlət maraqlardan formalaşan bu istəyin icraçılarından biri də məhz Fərhad Əhmədov idi.

Bu, Azərbaycandakı sabitliyi və ictimai-siyasi vəziyyəti qarışdırmaqla bəzilərinə öz sədaqətini göstərmək və öz əməli “töhfəsini” vermək istəyi idi.

Milyarder Azərbaycan üçün niyə “yol xəritəsi” hazırlamışdı?

2019-cu ilin sonunda Azərbaycan parlament seçkilərinə hazırlaşırdı. Məhz həmin dövrdə Fərhad Əhmədov yenidən öz siyasi iradəsini ortaya qoymaq istədi.

Milyarder o zaman hətta Azərbaycanın gələcək inkişafıyla bağlı “yol xəritəsi” ilə “çıxış etdi”. Geniş bir yazı yazdı. Bu yazısında Fərhad Əhmədov dövlətçilik və milli maraqlardan daha çox ölkəmizdəki “5-ci kolon”un maraqlarını irəli çəkirdi. Fərhad Əhmədov yazısında növbədənkənar parlament seçkilərini dəstəklədiyini bildirsə də Milli Məclisin tərkibində qruplaşmaların, təsadüfi adamların olduğunu qeyd etmişdi.

Əslində milyarder bu yazısı ilə özünü Azərbaycan cəmiyyətinə “konstruktiv müxalifət” kimi təqdim edirdi. Ona görə də Fərhad Əhmədovun bu çıxışını Əli Kərimli və onun ətrafına toplaşan ünsürlər də həvəslə dəstəklədi.

Əli Kərimli Fərhad Əhmədovu niyə dəstəklədi?

Əli Kərimlinin Fərhad Əhmədovun “yol xəritəsinə” isti yanaşması tamamilə başa düşülən idi. Çünki, Əli Kərimli üçün Fərhad Əhmədov tam istədiyi şəxs idi. Həm milyardları vardı, həm də xarici qüvvələrin himayəsində idi. Lakin Fərhad Əhmədovun “yol xəritəsi” yaxın çevrəsindən və anti-milli qüvvələrdən başqa heç kimin diqqətini çəkmədi.

Fərhad Əhmədov Göyçayda Ramiz Mehdiyevin emissarı ilə nələri müzakirə edib?

Fərhad Əhmədov təkcə “yol xəritəsi” hazırlamırdı. Həm də fürsət düşdükcə müxtəlif daxili danışıqlara da gedirdi. Əldə etdiyimiz məlumatlara görə milyarder o zaman Göyçaydakı villasında mütəmadi olaraq Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə bir araya gəlirmiş. Hətta bu görüşlərin birinə Mehdiyev özü də qatılıb.

Bu görüşlərdə yeni formalaşacaq parlamentdə “5-ci kolona” yaxın daha çox deputatın təmsil olunması məsələsi müzakirə edilib.

Fərhad Əhmədov öz çirkin oyunlarından heç zaman əl çəkmədi. Öz ağalarından aldığı göstərişlərlə Azərbaycanda aranı qarışdırmağa fürsət gözlədi. Üstəlik, missionerlərinə özünün digər fərdi yardımlarını da təklif etdi. Nəticədə o da Avropa İttifaqının “qara siyahı”sına düşdü.

Fərhad Əhmədov mövgeyini dəyişir?

Di gəl ki, milyarder bu sanksiyalarla razılaşmadı. Digər sanksiyaya məruz qalanlardan fərqli olaraq Fərhad Əhmədov Avropa İttifaqına müraciət edib və ona qarşı tətbiq edilən sanksiyaların ləğvini istəyib.

Aİ milyarderin müraciətinə hələki cavab verməyib. Amma burda bir maraqlı sual ortaya çıxır.

Fərhad Əhmədov öz ağasını dəyişməkmi istəyir?

Bu sualın cavabını isə artıq zaman göstərəcək...(Bizim. Media)
 
Ardını oxu...
Şabranda təhsil işçilərinin Həmkarlar Təşkilatının sədri Seymur Qədəşov Türkiyədə də "qədeşlik" edib.
Həmkarların hesabınamı ya öz hesabına Antaliyada yaxşıca kef edib.
Şabran həmkar sədri Antaliyada istirahət etdiyi müddətdə ən bahalı oteldə məskunlasıbmış.
Maraqlıdır Seymur Verdiyev bahalı istirahət öz hesabına edib?
Ardını oxu...
Yoxsa Şabranda təhsil işçilərindən yığılan həmkar pulu ilə ?
Qeyd edim ki, Seymur Qədəşov 2014-ci ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şabran rayon təşkilatının sədri vəzifəsində çalışır.
Belə ki,hər kəsin yadında qalaraq ki,Şabranda uşaq bağçasında (1 saylı) RƏZALƏT bas vermişdi. Baxçanın müdiriyyəsi Lalə Qədəşova dövlətin verdiyi ərzağı uşaqlara verməmişdi. Həmin müdiriyyə Seymur Qədəşovun həyat yoldaşıdır. Və həmin rəzalət ört basdır edildi.
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Deyanet Azersoy
Teref.az

 

Dünyapress TV

Xəbər lenti