İcra başçısı örüş yerində göl yaradıb
"Mənsur Məmmədov 2007-ci il tarixdən 2015-ci il tarixə kimi Göyçay rayon icra başçısı vəzifəsində işləyən zaman Çərəkə kəndində bələdiyəyə məxsus ümumi istifadədə olan örüş təyinatlı torpaq sahəsini qanunsuz qazdıraraq sünü göl yatarmışdır. 20 hektar torpaq sahəsini əhatə edən həmin göldə balıq yetişdirilərək satışa çıxarılır.Hazırda Ucarda icra başçısı vəzifəsində olan Mənsur Məmmədovun gözü heç cürə doymaq bilmir". Bu barədə TEREF.AZ-a Göyçay rayonu Qaraman kənd sakni Mustafayev Rəvan Aydın oğlu tərəfindən edilən müraciətdə deyilir.
Müraciət müəllifi daha sonra yazır: "Həmin balıq gölü Göyçayla -Ucarın kəsişdiyi ərazidə Çərəkə kəndinə məxsus örüş torpağında yaradıldığı üçün kənd sakinləri heyvanlarını otarmağa yer tapmırlar.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-11_338d1994-5e79-44cc-a871-ed363f1df2f8.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-11_1668748443_338d1994-5e79-44cc-a871-ed363f1df2f8.jpg
Kənddə adi bir insan 2-3 sot torpağı zəbt edərsə tez onun barəsində cinayət işi başlanılır məsuliyyətə cəlb edilir ancaq icra başçısı Mənsur Məmmədova buna görə gözün-üstə qaşın var deyən yoxdur.Həttda gölə kənd sakinlərinin əkin suyu axıdıldığı üçün sakinlər tez-tez su qıtlığı ilə üzləşirlər.
Mənur Məmmədovun qazdırdığı göl qurunt suyu yaratdığı üçün 2-3 klometr radiusda olan torpaq sahəsi şoranlaşaraq yararsız olmuşdur.Bir nəfər icra başçısının tamahına görə minlərlə insan əziyyət çəkməli olur.Onuda qeyd edim ki, belə neqativ hallar barədə şikayət veriləndən sonra Ucar rayon İcra Hakimiyyəti tərəfindən əsassız cavab verilərək Mənsur Məmmədovun cinayət əməllərinin üstü ört-basdır edilir.Guya Mənsur Məmmədovun bundan xəbəri yoxdur bunların ona heç bir aidiyyatı yoxdur.Ancaq Göyçay və Ucarda uşaqdan böyüyə kimi hamı bilir ki, həmin balıq gölü şəxsən Mənsur Məmmədova məxsusdur.
Örüş yerinin qazılaraq süni göl yaradılması cinayət əməli hesab edilir.Bunu isə icra başçısı etdiyi üçün məsuliyyətə dahada ağırlaşır.Mənsur Məmmədovun bu əməlində vəzifə səlahiyyətlərindən sui-istifadə və torpaqdan qanunsuz istifadə cinayətinin tərkibi var.Dövlət qrumları insanlara bəla gətirən gözü doymaq bilməyən Mənsur Məmmədov barədə ciddi araşdırma aparıb onu məsuliyyətə cəlb etməlidir.
Yuxarı oraqnlardan xahiş edirəm bu cinayət faktı yerində bizim iştirakımızla obyektiv araşdırılıb vəzifəsindən sui-istifadə edib örüş torpağında sünü göl yaradan icra başçısı Mənsur Məmmədovun barəsində qanunu və ciddi tədbirlər görəsiniz".

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

Bölmənin digər xəbərləri

01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu
01 Fevral 2025 Mürsəl İbrahimov qanunu pozan Suraxanıdakı komissarlara sahib çıxır – Prezidentə müraciət
31 Yanvar 2025 Suraxanı sakinini təhdid edənlər kimlərdir? - VİDEO
31 Yanvar 2025 FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
31 Yanvar 2025 Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
31 Yanvar 2025 Nəsimi rayon sakinlərindən Leyla Əliyevaya müraciət: "Məhəlləmizi xarabalığa döndərirlər, bizə kömək edin" (VİDEO)
31 Yanvar 2025 Rəis oğlunu mühəndis, baldızı oğlunu müavini təyin etməsinə belə cavab verdi: "Məgər ölkəmizdə eyni ailə üzvlərinin bir təşkilatda işləməsinə dair nümunələr yoxdur?"
31 Yanvar 2025 Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
30 Yanvar 2025 Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
30 Yanvar 2025 Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
29 Yanvar 2025 Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
29 Yanvar 2025 “Medilife” klinikası 37 yaşlı kişini necə öldürüb? - Xanımı danışdı
29 Yanvar 2025 Biləsuvar Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
29 Yanvar 2025 Xəstə yaxını UYARDI: Özünüzü bu həkimdən QORUYUN! - İTTİHAM VAR! /YENİLƏNİB
29 Yanvar 2025 Mürsəl İbrahimov yəqin ki bunları bilmir... - İLGİNC İDDİALAR
29 Yanvar 2025 Gəncənin yolları NİYƏ `BURMA-BURMADIR`? - ARAŞDIRMA
28 Yanvar 2025 48 saylı notariat ofisinin Xüsusi notariusu Bakı şəhərinin müxtəlif ünvanlarında sənədləri necə təsdiqləyir? – Səadət Hüseynovun “məsuliyyətə cəlb olunma müddəti ötmüş” cinayət əməlləri
28 Yanvar 2025 Nazirliyin əməkdaşlarına telefon çırpan xanım həkimdən ŞOK şikayətlər və “yuxarılara çatan göstəriş” - FOTOFAKT
28 Yanvar 2025 Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..

Dünyapress TV

Xəbər lenti