Ardını oxu...
DİA.AZ: - Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən ölkər ərhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab Prezident! Yazaraq Sizi məlumatlandırmaq istəyirəm ki, Göyçay rayon Mənzil İstismar İdarəsi "monarxiya" prinsipi ilə idarə olunur. Belə ki, Ayaz Səfərəliyev təxminən 2016-cı ildə sözü gedən idarəyə rəis təyin edilmiş və o, 2022-ci ilin sonuna qədər öz taxtı-tacını qoruyub saxlamağı bacarmışdır. Lakin bu ilin əvvəlindən isə Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin müdiri təyin olmuşdur. O, Göyçay Rayon Mənzil İstismar İdarəsində kifayət qədər korrupsiya və nöqsanlara yol vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci (Müraciət etmək hüququ) maddəsini və Sizin vətəndaşlara "Məmur özbaşınalıqları gördüyünüz zaman məni məlumatlandırın, məktub yazın, siqnal verin və s.." göstərişinizi rəhbər tutaraq adı çəkilən şəxsin qanunsuzluqlarını bircə-bircə təqdim edəcəm. Ayaz Səfərəliyev bütün yaxınlarını, qohum-əqrəbalarını ətrafına toplayaraq onları öz yanında işə götürmüşdür. Məsələn: bacısı oğlu Turalı sürücü, qardaşı oğulları Səfəralını və Cavidanı "buxaltır" köməkçisi, xalası oğlu İdrisi və Mahmudu usta olaraq, Mahmudun oğlunu fəhlə qismində işə götürmüşdür, lakin o, gündəlik işə gəlib-gedənlərdən deyil. Həmçinin, idarənin adını bilmədiyim tabelçisi də Ayazın qohumlarındandır. Bundan əlavə, oradakı yüksək vəzifə sahiblərindən bir nəfər vardır ki, onun övladının və həyat yoldaşının, həmçinin də bir neçə nəfər tanışının adı Göyçay Mənzil İstismar İdarəsində getdiyi halda, özləri gündəlik işə çıxmırlar. İdarədə bu cür qayda ilə, yəni ki, adı işdə, ancaq özü evində oturaraq maaş alanlardan biri də "molla"lıqla, məşğuldur, digəri musiqiçidir, biri avtomobil ustasıdır. Təəssüflər olsun ki, gündəlik işə çıxan işçilərin sayı olduqca azdır. Həmin fəhlələr öz aralarında dəstələrə bölüşüblər. Fəhlələr: Ramiz, Təbriz, Amal, Ayaz, Münəvvər, Bəhruz Nüsrət, Qubad, Azər, Gündüz, Müdahət, Ayaz, Samir, Sadiq, Röyal, Sübhan adlı şəxslərdir. Vəzifəlilər: Çingiz, Qələnfil və A. Səfərəliyevin "tabelçi" qohumundan ibarətdir.
Ayaz Səfərəliyevin sahib olduğu var-dövlətin mənə məlum olan hissəsini xatırlayanda isə əlim ağzımda qalır. O, Göyçay Mənzil İstismar İdarəsində aylıq cəmi 500-600 manat məbləğində maaş alırdı. Buna rəğmən, ona məxsus şəhərin Nizami küçəsində "1001 xırdavat" mağası fəaliyyət göstərir. Hansı ki, xalası oğlunun istifadəsindədir. Eyni zamanda Cəyirli yolu istiqamətində böyük, hər növ tikinti və xırdavat mallarının satışını həyata keçirən "Tikinti materialları" mağazası mövcuddur. Bu azmış kimi, yaşadığı Cəyirli kəndinin müxtəlif yerlərində hektarlarla xurma və qarışıq meyvə bağları vardır. Həmin bağlardakı meyvələrin ağacdan yığılmasını və daşınmasını əksər vaxtlarda Göyçay Mənzil İstismar İdarəsinin fəhlələrinə tapşırarmış. Yaşadığı mənzilə gəldikdə isə, o qədər möhtəşəmdir ki, elə bil ABŞ prezidenti Co Baydenlə rəqabət apararaq öz evini onun oturduğu "Ağ ev"lə bəhsəbəhs inşa etdirmişdir. Sürdüyü avtomobil isə "Toyota Prado"dur ki, ən ucuzunun qiyməti minimum 30 min manatdan başlayır. Oğlunu "SOCAR"-da və hansısa yüksək maaşlı yerdə işə qoyub. Yuxarıda qeyd etdiyim kimi, aylıq 500-600 manat məbləğində maaş alan "məmur" sadalağım qədər və ya daha artıq var-dövlətə yiyələnmişdirsə, deməli o, dövlətə xəyanət etmiş sayılır. Yanılmıramsa, bir müddət qabaq dövlət tərəfindən idarəyə verilmiş invertar "Zil" markalı avtomobil, sonradan Ayaz Səfərəliyevin əli ilə özəlləşdirilərək bacısı oğlu Turalı hədiyyə edilmişdir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinə əsasən, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya şəbəkəsi yaradan şəxsin daha yüksək vəzifəyə təyin edilməsi isə yolverilməzdir. Bu, "Saqqaldan götürüb, bığa qoymaq" kimi şeydir. O, özünü yeni icra başçısının qarşısında "süddən çıxmış ağ qaşıq" qismində göstərərək vəzifəsini yüksəltdirmişdir. Hazırki vəziyyətdə onun Göyçay RİH-nin Arxitektura və Memarlıq Şöbəsinin müdiri olmasını, rayonumuzda gedən təmir-abadlıq, quruculuq işlərinə kölgə saldığını hesab edirəm.
Hörmətli cənab Prezident! Qənaətimcə, adı işdə gedib, özləri gündəlik çıxmayan işçilərin qanunsuzluqlarında bilavasitə Ayaz Səfərəliyevin maddi xeyiri olmasaydı, o, buna əsla imkan verməzdi. Məhz ona görə də həmin işçilərin maaş kartlarının bankomatlardan hər ay kimlər tərəfindən alınması, tabeldəki imzalarının mütəmadi şəkildə və şəxslərin özlərinin olub-olmaması, Ayaz Səfərəliyevin varidatının hansı üsullarla əldə edilməsi araşdırılmalıdır.
Sizdən çox xahiş edirəm, Ayaz Səfərəliyevin yurd-yuva salaraq çirkaba bulaşdırdığı Göyçay Rayon Mənzil İstismar İdarəsində mənim də yaxından iştirakımla geniş, obyektiv yoxlamalar aparılması üçün tapşırıq verəsiniz. Çox ümid edirəm ki, Ayaz Səfərəliyev Azərbaycan Respublikasının qanunlarının müvafiq maddələri ilə ədalətli və layiqli cəzasını alacaqdır".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Ardını oxu...
DİA.AZ: - Şəki rayonun Baş Göynük kənd sakini, qazi mayor Maşallah Salahovun atası - işsiz Salahov Zahid Vahid oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, 3 övlad atasıyam. Oğlum, 1989-cu il təvəllüdlü və hazırda Milli Ordunun mayoru olan Manşallah Salahov hərbi xidməti zamanı Aprel döyüşlərində və 44 günlük Vətən Müharibəsində iştirak etmiş və qızğın döyüşlərdən birində yaxınlığında mərmi partlayışı nəticəsində barotravma almışdır. Uzun müddət müalicə olunmasına baxmayaraq sağlamlığını bərpa edə bilməsə də, hərbi xidmətini yenə də ağır vəziyyətdə davam etdirir. Çünki, kasıb olduğuna görə ona əillik dərəcəsi təyin etməyəcəklərini bildirmişlər. Oğlum 4 nəfərdən ibarət ailəsini dolandırmaq üçün zülümlərə, ağrılara dözərək birtəhər xidmətini davam etdirir.( artıq normal yeriyə bilmir) Eyni zamanda qazancının çoxunu da sağlamlığı üçün xərcləyir ki, şiddətli ağrılardan yeriyə bilsin. Bir az pulu qalsa onu da kəndə bizə göndərir ki, acından ölməyək.
Doğrudur, həyat yolaşım və mən evimzdən 18 km aralda olan pay torpaqlrında əkin biçinlə məşğul oluruq. 2021-ci ilin fevralın 19-da mən də digər insanlar kimi Şəki Məşğuuq İdarəsində işsiz kimi qeydiyyata götürürlüb özünəməşğulluq proqramına cəlb edilmişdim. Nəhayət 2022-ci ilin oktyabrın əvvəlində yenə də Şəki Məşğulluq İdarəsinə gedib qazi atası kimi növbəmin çatıb çatmamasını soruşdum. İstəyirdim ki, mən də illər uzunu boş qalmış tövləmə mal-qara aparıb baxım ki, həm özümüzü, həm də ağır yaralı olan Milli Ordu zabiti olan oğlum Manşallahın hazırda Mingəçevir şəhərində xidməti evdə məskunlaşan 4 nəfərlik ailəsinin dolanışığına köməklik edim. Lakin çox təəsüflər olsun ki, Şəki DMX-nə getməyimə peşiman etdilər. Belə ki, tanımadığım idarənin rəsmilərindən birisi üstümə kobud formada acıqlanıb qışqırdı ki, bəsdir bizi bezdirdin, rədd ol buradan. Bir də buralara gəlmə. Sənə mal verən deyilik. Onlar məni "it balası" kimi qapıdan qovdular.vƏ SİSTEMDƏN SİLDİLƏR. İndi kor peşiman evdə oturub nə edəcəyimi fikirləşirəm. Axı mən bu dövlətə nə pislik etdim ki, mən qazi atasını, Azərbaycan Ordusunun zabiti mayor Manşallah Salahovun atasını bu formada təhqir edib qovsunlar. Axı mənim oğlum qanlı döyüş yolu keçdiyinə görə dövlətimizin başçısı ona orden və medallarla təltif etmişdir. Oğlum da Şəki DMX-nın harınlamış məmurlarının atasına qarşı vəhşi hərəkətlərindən çox mənəvi əziyyət çəkir.
Bildirim ki, kəndimizdə evimizdəki dəyəri olan hər şeyi satıb oğlumun müalicəsinə sərf etmişik. İndi çox kasıbılıqla dolanırıq.( daha doğrusu mövcud olmaq üçün sürünürük)
Keçən ilin noyabr ayında yazdığım şikayətdən sonra dəflərlə evə zəng edib əvvəl soruşdular ki, sizə DMX-da kobudluq edən şəxsin adı nədir? Cavab verdik ki, tərbiyəsizin adını bilmirik. İdarədə kameralarınız var Zəhmət çəkib araşdırıb öyrənin. Sonra bildirdilər ki, bəs sizə ona görə imtina cavabını sistemə vurub adınızı siyahıdan çıxarmışıq ki, evinizin həyətində mal tövləsi yoxdur. Buna görə şərtlərə uyğun deyil ki, sizi mal-qara ilə təmin edək. Cavab vermişik ki, tövləmiz 30 m evimizdən kənarda yerləşən bağçamızdadır. Biz əvvəllər heyvanlarımıza burada baxırdıq. Axı evimizin həyəti çox kiçikdir. Tövlə yerləşmir. Ona görə də tövləni yaxındakı bağçada tikmişik. İdarə işçiləri dedilər ki, yox buna Bakı razılıq vermir. Vəssəlam. Biz də öhdəlik götürdük ki, ailədə ağır vəziyyətimizi nəzərə alaraq öhdəlik götürürük ki, biz növbə ilə evdə deyil inəklərin yanında yatacağıq ki, onların təhlükəsizliyini qoruyaq. Əvvəllər kobudluqla danışan adamlar indi bizimlə normal adam kimi danışsalar da min bəhanə ilə yenə bizi başdan etdilər və mal qara verilməsi üçün adımızı çıxartdılar. Biz hiss etdik ki, İdarənin rəsmiləri bizim ailəyə qarşı çox aqressiv olsalar da uya heçnə olmamış kimi davrandılar. Və qisaslarını da bürokratik manelər yaratmaqla aldılar.
Ona görə də cənab Ali Baş Komandana yenə son ümidlə müraciət etmək qərarına gəldim ki, bizim yaralı zabit oğlumla birlikdə ailəmizin düşdüyü iqtisadi vəziyyətdən çıxarmaq üçün bir köməklik göstərsin.
Cənab Prezident, Sizdən çox xahiş edirəm ki, məni, Müharibə zamanı ağır yaralanmış zabit atasını ƏƏSMN-nin Şəki DMX-dən əsassız olaraq özünəməşğulluq proqramından "mal tövləsinin evin həyətindən 30 m kənarda yerləşməsini bəhanə edərək " əsassız kənarlaşdılmağımla bağlı qanunvericiliyə görə araşdırma aparılmasına və məni yenidən bu layihəyə cəlb edilməyimə köməklik göstərilməyimə yardım edəsiniz. Əgər tövlə məsləsinə görə qoyulan şərtlər düzgündürsə o zaman mülkümüzdə olan 35 sot boş torpaq sahəmizdə bağ salınması layihəsinə cəlb edilməyimizə köməklik edəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Teref.az yazır ki, Yeni Nəşrlər jurnalının redaktoru Yaşar Zeynalovun nəvəsi 2008-ci il təvəllüdlü Tuncay İlkin oğlu Zeynallı həkim səriştəsizliyi və səhlənkarlığının qurbanı olub.. Bəli ürəyində yüzlərlə arzusu olan, özünü gələcəyin həkmi kimi görən Tüncay balamız elə həkimlərin səhlənkarlığı nəticəsində vəfat etdi və bir ailənin ürəyinə od saldı...
Teref.az xəbər cverir ki, Tüncayın babası Yaşar Zeynalov yazır:
08 yanvar 2023 tarixi bizim ailəmin həyatında bir fırtına kimi qopdu. 14 yaşlı nəvəm Tuncay evə gələrkən qarda ayaqları sürüşərək arxası üstə yerə yıxılıb, beli və başı asfalta çırpılır. Yoldaşları onu evə gətirəndə evdəkilər hiss edir ki, Tuncay heç kimi tanımır. Başından aldığı zərbə ilk fəsadlarını göstərməyə başlamışdı. Tuncayın yaddaşının yerinə gəlməyəcəyindən əmin olan oğlum İlkin onu Semaşko xəstəxanasına təcili tibbi yardım şöbəsinə çatdırır. Növbətçi həkimə Tuncayın yıxıldığını və ilkin görünən fəsad kimi yaddaşının itdiyini bildirir. Bu zaman həkim Osmanov Bayram adlı həkim uşağın başının tomoqrafiya olunmasını tövsiyə edir. Tomoqrafiyanın nəticəsinə baxarkən Elşən adlı həkim "keçikçi amneziya"dır (müvəqqəti yaddaş pozuntusu) heç bir təhlükəsi yoxdur deyib xəstəxanada qalmasına ehtiyac görmür. Əslində xəstə yıxılıbsa, görünən xəsarət yoxlanılıbsa, görünməyən və ehtimal olunan xəsarətlər müainə olunmalı idi. Həkimə Tuncayın arxası üstə zərbə ilə yerə çırpıldığını demişiksə, bizim çəkinizi getməsə də, həkim daxili orqanların rentgen və UZİ müayinəsini etməli idi. Etmədi. Niyə, çünki xəstə öz övladı deyildi. Xəsarətin ilkin müayinəsində buraxılan səhv-yəni xəstənin digər orqanlarının müayinə edilməməsi Tuncayda sonradan əmələ gələn ağrıların mənşəyinin təyin edilməsində çətinliklər yaratdı. Əslində bir neçə gün sonra müraciət etdiyimiz Abşeron mərkəzi xəstəxanasının həkimləri "çoban" deyil həkim olsaydılar, Tuncayın UZİ edərdilər və daxildə olan problemləri görərdilər. Ayaqdan başlanan ağrını mənşəyinə varmadan ayaq üçün "karset" və ağrı kəsici mazlar yazan həkimdən nə gözləyəsən?
Artıq yıxılandan 15 gün sonra ağrılar daha da kəskinləşməyə başladı. Bu müddət ərzində həkimlər heç bir köməklik göstərə bilmədilər. Təsəvvür edin müraciət etdiyimiz xəstəxanalar Tuncayın durumunun ağır olduğunu nəzərə alıb, onun bu xəstəxanada yatmalı olduğunu bizə demirlər. Ötür-ötür oyunu ilə sanki bizim əsəblərimizi test edirdilər.
26 yanvar 2023-cü il tarixi mənim ömrümdə Azərbaycanda səhiyyə sisteminə və həkimlərə nifrət etdiyim gün kimi həyatıma həkk olundu. Ağrıları şiddətlənən nəvəmi Əhmədlidə yerləşən Nevroloğiya İnstituna apardıq. Burada Tuncayı MRT müayinəsindən keçirəndən sonra növbətçi həkim "qarın boşluğunda öd, qara ciyər zədələnmələrindən başqa, başında (qulağının arxa hissəsində) sümük zədəsi olduğunu və bu nahiyədə çirk yığıldığını bildirdi. Bizə xəstənin təcili LOR həkiminə göstərilməsi tövsiyə edildi. Ağrıdan maşına güclə oturan Tuncayın Respublika Mərkəzi Kliniki Xəstəxanaya gətirdik. Biz bura çatanda artıq saat 19:30 idi. Təcili yardım şöbəsində və ümumən xəstəxanada bir LOR həkimi tapılmadı ki, Tuncaya baxsın. Təsəvvür edin, biz növbətçi həkimə uşağın durumunun ağır olduğunu, bakıda hansı xəstəxanada LOR həkiminin olduğunu soruşduq. Bizə axşam vaxtı heç bir xəstəxanada növbətçi LOR həkiminin olmadığını bildirdilər və sabah gəlməyimizi dedilər. Həmən gecə Tuncayın şiddətli ağrılarla evdə keçirdiyi son gecə oldu. Ertəsi gün ümüdümüzü göydə Allaha, yerdə həkimlərə bağlayaraq yenidən xəstəxanaya gəldik. Bu zaman Tuncayın gözlərinə sarılıq dolmuş, bədəni saralmış, əllərində lopa qızartılar əmələ gəlmişdi. Axşamdan əlaqə saxladığımız tanış həkim bizə uşağın təcılı əməliyyat olunmasını bildirdi. Bizə əməliyyat öncəsi təcili qan analizlərinin verilməsi, təkrar MRT olunması üçün digər xəstəxanalara nisbətən yaxın olan UNİ Klinikaya getməyimiz, və bütün müayinələrin dövlət hesabına olunacaq deyə tövsiyyə olundu. Bu özəl tibb müəssisəsində də İcbari Tibbi Sığortanın və TƏBİB-in nümayəndəsi otururdu.
TƏBİB-in nümayəndəsi bizdən məlumatları alandan sonra TƏBİB-lə, daha dəqiq desək bu klinikaya Təbibdən kurator olan Rəna adlı xanımla əlaqə saxladı. Bir qədər gözlədikdən sonra mənə məlum oldu ki, bunlar maksimum çalışırlar ki, müayinə, analizlər dövlət tərəfindən ödənilməsin. Məcbur qalıb bütün analizlərin haqqını özümüz ödəməyə hazır olduğumuzu bildirdik. Dərhal qandan analizlər götürüldü. Analizlərin cavabına əsasən bir daha təcili əməlıyyat olunması üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) göndərildik. Biz ora çatanda Tuncayın durumu çox ağır idi. Xəstəxananın direktoru Allahverdi Musayev xəstənin gecikdirilməsi səbəbindən qarın boşluğunda ciddi fəsadların olduğunu və uşağın əməliyyatı böyük proses olduğundan, Mərkəzi Klinikadan həkimlər dəvət etdiyini bildirdi. Lakin ilkin tıbbı müdaxilədən bir saat sonra Tuncay balamın ürəyi ağrılara dözməyərək dayandı. Mərkəzi Klinikadan gələn türkiyəli həkimlər nə qədər çalışsalar da Tuncayı həyata qaytara bilmədilər.
Bütün bu acıları yaşayan oğlum Ilkinin sonda dediyi söz, məni param parça etdi:
"Tuncay bu zalım dünyadan keçərək canını qurtardı".
Lakin mən bu acını bizə yaşadan başda səhiyyə naziri olmaqla, TƏBİB-in Rəna adlı əməkdaşına, UNİ klinikanın rəhbərliyinə, ilk gündən Tuncayın xəsarətlərin nəzərə almayan, UZİ və Retgen müayinələri etməyən Semaşkonun təcili yardım şöbəsinin səhlənkar həkimlərinə arzu edirəm ki, onlar da bizim yaşadığımız faciəni yaşasınlar ki, başqaları bu faciə ilə üzləşməsin.

Sadəcə sözün bitdiyi yer.....
Ruhu şad olsun!!!
Teref.az
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"TikTok çıxardanın atasına lə@nət!!… Demək, Sevgi Evi qadın və uşaq sığınacağının rəhbəri Könül gecə 12-də alıb bir köməksiz körpəni qucağında 2 saat oturub TikTokda canlıda pul qazanır… Sən Ləmansan, Bayram Nurlusan, nə bilim, Azərsən???TikToker olmaq istəyirsən, get öz uşaqlarını al qucağına canlıdakılarsan şir-şlyapa dilən də. Köməksiz körpələri, onların məcburiyyətdən, çarəsizlikdən susan analarını niyə istismar edirsən?!!O körpənin gözlərində qorxuya baxın… Adamın ürəyi parçalanır. 2 saat qoymur uşaq tərpənə… Soruşuram sizdən - şiddət görməyən uşaq bu cür qorxa bilər? Qətiyyən!!! O uşaq bu qadından qorxur! Beləsinə uşaq tapşırmaq olar??? Ailələrindəki şiddətdən qaçanlar üçün yaradılan sığınacaq vermək olar??? Bu özü işgən@cə maşını, istismarçıdır ki…."
Teref.az yazır ki, bunu Prime TV-nin baş redaktoru Aygün Muradxanlı deyir. Daha sonra Aygün xanım fikirlərini şərh edərək yazır:
"Qurdalayarsan arxasından bir general çıxar. Hər halda bu uzun dilin bir qaynağı var. Olsun…, onu da taparıq.
Dostlar, çatda ona yazan həmkarım İrada İsaqdır. Səhifəsini bağlayıb deyə bir neçə jurnalist dostundan FB-da ictimailəşdirilməsini istədi. İradənin haqlı iradlarına verdiyi lotuyana cavablarına baxın bunun!!! Öyrənmişik ki, atası Ağdam İH başçısının keçmiş müavini olub - Zülfü Qasımov. Başında qalıb yəqin qarşısındakıları aşağılamaq. Biri buna başa salsın ki, atasını qulağından tutub atıblar bayıra.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, hara baxırsız? Bu qadın uşaqların istismarı ilə məşğuldur. Anonimliyi pozur, hamamda çimən yerdə uşaqların şəkillərini paylaşır. Bütün Türkiyə bundan danışır. Şərh bölümünə o videonu da yerləşdirəcəm. Bəlkə bir qadın avara-narkoman ərindən uşağını götürüb bu sığınacağa pənah gətirib? Bu qadın şəkil-video paylaşmaqla o anonimliyi pozmur? Sabah orda bir cinayət olsa, bu TikTok ceyranı necə alacaq qarşısını? Lütfən bu Könül Qasımova ilə bağlı tədbir görün. Bu tərbiyədə, bu əxlaqda, bu şüurda birisinə onlarla köməksiz durumda qalan insanları etibar etmək olmaz. Bütün iradlara cavabı - əcəb eləyirəm, özüm bilərəm… Bəlkə bunum korlanmış könlü sabah orqan mafiyası ilə işbirliyi çəkəcək? Ya uşaqları kiməsə satacaq? Danışığından görünür ki, o potensialı var. Lütfən, baş verməmiş cinayətlərin qarşısını indidən alın. Onlarla insanın taleyindən söhbət gedir."
İradə İsaqa isə bu məsələni ictimailəşdirdiyi üçün təşəkkür düşür. Özünü himayəçi kimi göstərib uşaqlar üzərindən alver edən belə tiplərlə mübarizədə onunlayıq.
Bütün həmkarlarımdan məsələyə özəl diqqət ayırmalarını xahiş edirəm."
Teref.az olaraq qarşı tərəfin mövqeyinidə dərc etməyə hazırıq!
Teref.az

 
 
0:09 / 0:53
 
 
 
 
Ardını oxu...
Turantv.az saytın elektron poçt ünvanına Gəncə təhsili haqqında rüşvət faktı ilə bağlı Aynurə Mehdiyeva adlı şəxs tərəfindən məlumat daxil olmuşdur.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində 1,500 min manatlıq pul silinməsi əməliyyatı….
Adı çəkilən Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin tabeçiliyində olan Samux rayon məktəblərinə və uşaq bağçalarına “XAMA” deyilən ərzaq adı altında 1,500 min manatlıq pul silinməsinə yol verilibdir.
Məlumatı sabiq məktəb direktoru, youtbe sosial şəbəkələrdə çıxışı zamanı bildiribdir. Onun sözlərinə görə Təhsil şefi Anar Qədiməliyev və onun müavini belə bir qanunsuzluğa yol veriblər.
Digər verdiyi məlumata görə, Samux rayon Təhsil İdarəsinin baş mühasibi İlhamə Muradova yuxarıda qeyd etdiyimiz, 1,500 min manatı Anar Qədiməliyev və onun müavininə şəxsən öz əlləri ilə veribdir. Bunun nə qədər doğru olması üçün araşdırma tələb olunur.
Hesab edirik ki, Baş Pokurorluq, Baş Prokurorluq yanında Korrupsiya İdarəsi, Maliyyə Nazirliyi Gəncə -Daşkəsən Region Təhsil İdarəsində araşdırma aparsa yazılanlar öz təsdiqini tapar.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Turantv.az
 
Ardını oxu...
Bakı şəhəri, Nizami rayonunda yerləşən 32 saylı Birləşmiş Şəhər Xəstəxanası ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.

DİA.AZ bildirir ki, Yenicag.az-a daxil olan şikayətlərə əsasən keçmiş baş həkim Ameran Qurbanovanın fəaliyyəti dövründə yeyinti hallarına yol verdiyi və eyni zamanda öz səlahiyyətlərindən sui-istifadə etdiyi iddia olunur.

Belə ki, keçmiş baş həkim xəstəxananın problemləri ilə maraqlanmamaqla yanaşı, müayinə üçün gələn xəstələrin əlavə çətinliklərlə üzləşməsinə yol açan özbaşınalıqlara yol verib. Bu baxımdan, artıq 1 ildən çoxdur ki, xəstəxanada ultrasəs müayinə (uzi) aparatı yoxdur. Ona görə də xəstələr müayinə üçün ya Keşlədəki, ya da Nefçilər metrosu yaxınlığındakı başqa poliklinkaya göndərilir. Bu isə xəstələrin vaxt itkisi ilə yanaşı, əlavə xərclə yüklənməsinə yol açır.

Eyni zamanda, xəstəxananın palatalarının rütubətli olması yataq rejimində olan xəstələr üçün əlverişsizdir və bu, onların sağlamlıqları üçün təhlükədir.

Bundan başqa, bu xəstəxanada kanalizasiya sisteminin də tibbi otağın tam yanında olması antisanitariyaya yol açıb.

Qeyd edək ki, xəstəxanadan verilən açıqlamada ultrasəs müayinə (uzi) aparatının işləməməsi ilə bağlı rəsmi orqana dəfələrlə müraciət etsələr də, geri cavab almadıqlarını bildirdilər. Kanalizasiya sistemi ilə bağlı sualımıza isə tərəddüdlə, “hal-hazırda düzəltməyə gəliblər”, – cavabını verdilər.

Redaksiyamıza daxil olan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...

 Elmi adların satılması prosesində dövlət qəzetlərinin baş redaktorları və müxtəlif alimlər də iştirak edirlər. Bu şəxlsərin özləri də saxta yollarla alimlik dərəcəsi alıblar. 

Hazırda elmi dərəcə almaq istəyən gənc alimlərdən 20 min manat rüşvət tələb olunur. 

2022-ci ildə 432 nəfərə fəlsəfə doktoru, 84 nəfərə elmlər doktoru dərəcəsi verilib. 246 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.

Məsələ bundadır ki, elmi dərəcə verilməsindən imtina edilən 246 nəfərdən 20-30 min manat rüşvət istəyirlər. 

Belə çıxır ki, keçən il elmi ad alan 516 nəfərin içərisində xeyli sayda adam rüşvət müqabilində buna nail olub. Çox yox, bu şəxslərin yarısının rüşvətlə elmi dərəcə aldığını düşünsək, bu o deməkdir ki, 2022-ci ildə elmi adların verilməsinə görə AAK-na 5 milyon 160 min manat rüşvə daxil olub. 

F.Mustafayev elmi adların verilməsi satışını Komissiyanın Ekspert Şurasının üzvləri vasitəsilə həyata keçirir.

Sən demə, F.Mustafayev həm də varlı ailələrin, məmurların övladlarının cehizlik məsələlərinin həllində də yaxından işitak edir. Belə ki, qızına cehizlik hədiyyə etmək istəyən şəxslər Ali Attestasiya Komissiyasına rüşvət verib alimlik diplomu alırlar.

Samir Feyruzov

Ardını oxu...
DİA.AZ: - "Xəbər verdiyimiz kimi son 2 ildə Respubilka Dəri-Zöhrəvi Mərkəzinin həkimlərinin işdən çıxarılması,narazı salınması və bunun müqabilində peşəkar həkimlərin Mərkəzi tərk etmələrinə dair xəbər vermişdik". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Hazırda Respubilka Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Muşviq Zeynalov tərəfindən operator vəzifəsində çalışan Nərmin Qəzənfərova şikayətçidir.Onun şikayət etmədiyi dövlət orqanı qalmayıb.Hələ ki,bu istiqamətdə şikayətçi müsbət irəliləyişə nail olmayıb.

TƏBİB-də Dəri-Zöhrəvi Mərkəzində baş verənləri,orada olan maliyyə pozuntularını,öz yanından ştat vahidlərinə işə götürülən şəxsləri və Mərkəzin aptekində baş verənləri araşdırmaq istəmir.Hər dəfə edilən şikayətlərdən aparılan yoxlamalar baş həkimin maraqlarına uyğun yekunaşır.Ona görə də,artıq Nərmin Qəzənfərovanın mərkəzdə baş verənlərlə bağlı mətbuat konfransı keçirəcəyinə dair xəbərlər dolaşır.

Məlumatlardan o da aydın olur ki,Muşviq Zeynalovun hər addımından həkimlər narazıdır.Sadəcə digər həkimlər nəyinsə xətirinə hələki danışmırlar.Bu mənada bildirilir ki, Respubilka Dəri-Zöhrəvi Mərkəzində bir neçə boş otaqların olmasına baxmayaraq,baş həkim həmin otaqları həkimlərə vermək istəmir.Bir sıra həkimlər bir otaqda 6-7 nəfər olmaqla yerləşiblər.Bu da xəstə qəbulu zamanı çətin vəziyyət yaradır,ağız deyəni qulaq eşitmir.

Bu arada o da bildirilir ki,Respubilka Dəri-Zöhrəvi Mərkəzinə bitişik əqli qüsurlu uşaqlar üçün internat köçürüləcək,bu amil mərkəzin də bir neçə istiqamətə köçürüləcəyi ehtimalını artırır.Ərazidə hündürmərtəbəli binanın tikiləcəyi bildirilir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Fevralın əvvəlindən Tarif Şurasının qərarı ilə ictimai nəqliyyatdan istifadə qiymətləri 33 faiz bahalaşıb. Tarif Şurası gedişin maya dəyərinin baha başa gəlməsini əsas gətirib.

İctimai nəqliyyatdan istifadə üçün sərnişinlərin ödədiyi ümumi məbləğ ötən il təxminən 230 milyon manat təşkil edib.

Bu məbləğin 5%-i yəni təxminən 11,5 milyon manatı “Bakı Kart”a xidmət göstərən “K Group” MMC adlı şirkətin hesabına gedib.

Mətbuat 2 ildir ki, "K Group" MMC-nin Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə aid olduğu barədə yazır. Reyestr məlumatlarından görünür ki, şirkətin hüquqi ünvanında digər şirkət "GMSA" MMC qeydiyyatdan keçib. Vüsal Kərimli GMSA MMC-nin direktoru olub.

Toplum TV-nin sorğusuna cavabda Bakı Nəqliyyat Agentliyi vaxtilə Vüsal Kərimlinin hər iki şirkətin təsisçisi olduğunu təsdiqləyib:

"Bu barədə məlumatı yayanlar əsasən İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinə istinad edirlər. Lakin elə dövlət reyestrinin məlumatında da qeyd olunduğu kimi MMC 2014-cü ildə təsis edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Baş direktoru təyin edildiyi üçün Vüsal Kərimli hər iki MMC-dəki fəaliyyətini dayandırıb".

Qurum bildirib ki, Vüsal Kərimlinin daha o şirkətlərə aidiyyatı yoxdur, Amma agentlik qurum rəhbərinin özəl biznesdən dövlət sektoruna keçərkən şirkəti satıb satmadığı, yaxud kimə ötürdüyü barədə heç bir məlumat vermir. Reyestr məlumatlarına görə, "K Group" MMC-nin hüquqi ünvanı hələ 20 yanvar küçəsi 3 mənzil 13-dür. Müxbirimiz ünvana baş çəkib və elə qapının önündə tapdığı kommunal ödəniş bildirişlərində mənzil sahibinin Kərimli Vüsal Ağaməmməd oğlu yəni BNA sədri olduğunu görüb.

Dövlət Satınalmalar haqqında qanunun 13-cü maddəsi dövlət sifarişçisi ilə podratçı arasında hər hansı asılılıq, qohumluq əlaqəsini qadağan edir. Məsələ bununla bitmir. Vaxtilə özəl şirkətdə çalışmış şəxsin sonra işlədiyi dövlət qurumundan öncəki iş yerinə sifariş verməsi düz 3 il ərzində qadağandır.

Vüsal Kərimlinin rəhbərlik etdiyi K Group isə 2015-ci ildən Bakı Karta ödənişli xidmət həyata keçirir. Bu durum Kərimli 2016-cı ildə BNA-ya rəhbər gələndən sonra da dəyişməyib.

BNA-nın başqa podratçı tapması mümkün idimi? İqtisadçı ekspertlər bu xidməti böyük sərmayə tələb etmədən təminatlı gəliri olan fəaliyyət kimi qiymətləndirir.

İqtisadçı Toğrul Vəliyev deyir ki, 2015-ci ildə "K Group"un Bakı Kart üçün texniki dəstək göstərən şirkət olaraq seçilməsi də qeyri-şəffaf olub.

Toğrul Vəliyev deyir ki, bu sahədə rəqabət üçün başqa şirkətlərə imkan verilməyib. Verilsəydi, ən azı kart ödənişi xidmətində daha ucuz təklifləri nəzərdən keçirmək olardı. Hələliksə, himayəçisi olan, rəqibi olmayan şirkətin aldığı 5 faiz gediş haqqına – yəni vətəndaşın cibinə şərik olur.

Toplum TV

 

Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) ilə "Tronıq” MMC arasında icarə qalmaqalı davam edir. Bu dəfə texnopark Bakı Kommersiya Məhkəməsində "Tronıq” MMC barəsində iddia qaldırıb. İddiada şirkətlə imzalanan müqavilələrin ləğvi, icarə haqqının və maddi zərərin ödənilməsinin təmin olunması xahiş edilir.

DİA.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya texnoparkdan məlumat verilib.

Bundan əvvəl "Tronıq” MMC texnoparkı məhkəməyə verib. Birinci instansiya şirkətin iddiasını qismən təmin edib, YTP prosesi apellyasiya mərhələsində də uduzub. Şirkətin rəhbərliyi texnoparkın baş direktoru Vasif Abbasovu məhkəmə qərarlarının icrasına mane olmaqda ittiham edib.

Texnoparkdan daxil olan məlumatda isə deyilir ki, rezident statusunu alan "Tronıq” MMC-nin direktoru Anar Nəbiyevə fəaliyyətinin həyata keçirilməsi üçün lazımı şəraitin və imtiyazların verilməsinə baxmayaraq, o, bundan sui-istifadə edərək qeyri-qanuni işlərlə məşğul olub: "Anar Nəbiyev ona etibar edilmiş dövlət mülkiyyətində olan binadan və avadanlıqlardan başqa məqsədlər üçün istifadə edib və Texnoparkın saxlanılmasına görə xidmət haqqını, eyni zamanda icarə haqqlarını ödəməyib, həmçinin əraziyə qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirmədən naməlum şəxslərin daxil olmalarına şərait yaradıb. Bu səbəbdən onun qanunsuz işlərinin aparılmasının qarşısı alınması istiqamətində müvafiq tədbirlər görülüb. Həmçinin, "Tronıq” MMC-nin rezident statusuna və bağlanmış icarə müqavilələrə xitam verilib”.

Məlumatda iddia edilir ki, Anar Nəbiyev Texnoparkdakı qanunsuz əməllərinin qarşısını almaq istəyən əməkdaşlara qarşı qeyri-etik davranıb:
Ətraflı

"Onları hədələyib, hətta cənab Prezidentin sərəncamı ilə 3 medalla təltif edilən Vətən müharibəsi şəhidinin atası "Yüksək Texnologiyalar Parkı” MMC-nin baş mühəndisi Rahim Heydərovu təhdid edib. Daha sonra da, Texnopark əməkdaşlarının mobil telefon nömrələrinə təhqir məzmunlu mesajlar göndərib.

Bundan əlavə, müəyyən edilib ki, Anar Nəbiyev əmək və vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməsindən yayınmaq məqsədi ilə heç bir işçisi ilə rəsmi olaraq əmək müqaviləsi bağlamayıb. Anar Nəbiyev də qanunsuz əməllərinə davam edə bilmədiyinə görə mətbuata tamamilə yalan və həqiqətə uyğun olmayan məlumatları təqdim edib”.

Xatırladaq ki, AMEA Yüksək Texnologiyalar Parkı 8 noyabr 2016-cı il tarixdə yaradılıb. Prezidentin 28 iyul 2022-ci il tarixli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Texnoparkın direktoru Vasif Abbasov 2020-ci ilin avqust ayından AMEA Rəyasət Heyətinin qərarı ilə bu vəzifəyə təyin olunub.

Dünyapress TV

Xəbər lenti