Ardını oxu...
44 saylı Şəhər Poliklinikasının Baş tibb bacısı Aygün Qarayevanın səs yazısı Abzas Media-ya göndərilib. O, keçmiş prezident Heydər Əliyevin yubileyi ilə əlaqədar tibb işçilərindən pul istəyir.

“Heydər Əliyevin yubileyi ilə əlaqədar olaraq divarda şəkillər asılacaq, onu sifariş veriblər. Tibb bacıları 10 manatdan, sanitar işçilər 5 manatdan, həkimlər də 20 manatdan gətirsinlər” – A.Qarayeva səs yazısında deyib.

Tibb bacısı Abzas Media-ya bildirib ki, bu məsələni böyütmək lazım deyil:

“Mən sizdən çox xahiş edirəm... Necə lazımdır, nə təhər lazımdır həll edək məsələni. Belə böyütmək lazım deyil”.
 //Abzas Media//

 
Ardını oxu...
UluTv.info:- ABŞERON-XIZI REGİONAL TƏHSİL İDARƏSİNDƏ TÖRƏDİLƏN QANUNSUZLUQLAR – VƏ YA MİLLİ TƏHSİL SİSTEMİNDƏ APARILAN İSLAHATLAR İLHAMƏ ABDULLAYEVA TƏRƏFİNDƏN NECƏ SABOTAJ EDİLİR?!

Mətbuata Sumqayıt şəhər sakini, Silahlı Qüvvələrin istefada olan zabiti Rzayev Vidadi Əsədulla oğlunun Abşeron-Xızı Regional Təhsil İdarəsinin tayfabazlıq prinsipi ilə idarə olunmasından, ciddi korrupsiya faktlarından və s. bəhs olununan yazısı daxil olub. Yazıda yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, yazını olduğu kimi dərc edirik:

Milli Təhsil Sistemində aparılan islahatların Dövlət Rəhbərliyinin təhsilin keyfiyyətini daha da artırmaqla, Milli Dövlətçiliyimizin tərəqqisinə və daha da qüdrətlənməsinə hesablanmış bir addım olduğunu düşünmək istərdik. Amma təəssüflər olsun ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin (AXRTİ) yarandığı gündən indiyə qədərki fəaliyyətini araşdırsaq, bu idarənin misalında, Şəhər Təhsil Şöbələrinin, Regional Təhsil İdarələrinə çevrilməsi ilə heç bir keyfiyyət dəyişikliyi baş vermədiyinin, əksinə, vəziyyətin daha da pisləşərək, acınacaqlı bir hal aldığının şahidi olarıq. Məsələn, öncə yalnız Sumqayıt şəhərinin işlərini aparan və öncəki rəhbərliklərin dövründə işə qəbul edilən bir neçə işçi, indi gecə-gündüz demədən bütün regionun işlərini aparmağa məcbur və məhkumdur, katorqa əməyi qədər ağır işdən, üzr istəyirəm, normal insan aurasını itirib, zombiyə çevrilməkdə olan bu biçarələrin qazancları isə əvvəlki maaşlarından əlavə, İlhamə xanımın onlara həmkarların büdcəsindən “lütf etdiyi” bayram hədiyyə və qonaqlıqları, bir də istirahətsiz və fasiləsiz ağır oturaq işdən bel və boyun fəqərələrində yaranıb, həyatlarını cəhənnəmə çevirən disk yırtıqlarıdır. Yeni işə götürülən işçilərin nə etdiklərini isə özlərindən və İlhamə xanımdan soruşmaq lazımdır, çünki onlar, eşitdiyim qədərilə, ümumiyyətlə təhsil sahəsinə aidiyyəti olmayan və bu sahədə nə isə etməyə kompetensiyaları yetməyən kimsələrdir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Dövlət Qulluqçusu statusu almaq üçün, müvafiq imtahanlar verib, sertifikasiya olunmaq şərtdir. Lakin nədənsə Abşeron-Xızı Regional Təhsil idarəsində bu qanuna əməl olunmur. İdarə yarandığı gündən indiyə qədər işə qəbul edilmiş heç bir şəxs bu prosesdən keçməmişdir. Belə ki, İdarə üzrə ən azı 30 vakant yer olsa da, bu yerlərə şəffaf və açıq şəkildə qəbul elan olunmaq əvəzinə, öz tanış -bilişlərini bir illik müqavilə ilə işə götürürlər.

Sual olunur: niyə vakant vəzifələr haqqında elan verilərək, sertifikasiyadan keçmiş ölkə vətəndaşlarının şəffaf şəkildə müvafiq Dövlət Qulluğu vəzifələrinə qəbulu həyata keçirilmir, faktiki olaraq bu vakansiyalar gizlədilir, əcəba Azərbaycanda kadr qıtlığı yaşanır, yoxsa ölkə universitetlərinin müvafiq ixtisaslar üzrə hazırladığı gənc və istedadlı mütəxəssislər daha yaxşı vəzifələrə təyinat aldıqları üçün AXRTİ-nə rədd cavabı verirlər?! Bunun belə olmadığını indi Azərbaycanda hamı bilir. Tam tərsi, öz ixtisası üzrə layiqli iş tapa bilmədiyi üçün hər il ən istedadlı gənclərimiz dünyanın müxtəlif ölkələrinə üz tutur, ölkədən ciddi və gələcək üçün ağır fəsadları olacaq beyin axını baş verir.

Abşeron-Xızı Regional Təhsil idarəsin müdiri İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdəyişmə edib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edib. Qeyd etməliyəm ki, Sevinc xanımın Nicat adlı oğlunu da İlhamə xanım “öz idarəsində” təsərrüfat müdiri, yəni Abşeron rayonu üzrə TİQ-in rəisi vəzifəsinə təyin etmişdir. Sual olunur, bütün bu təyinatlar verilərkən, Korrupsiya haqqında Qanunvericiliyin, Maraqların toqquşması haqqında Prinsiplərin Tələbləri kobud şəkildə pozulmayıbmı? Üstəlik, bu, həmin Sevinc xanımdır ki, 2021-ci ildə barəsində dələduzluq maddəsilə cinayət işi açılmış Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın müavini (və deyilənlərə görə “sağ əli”, yəni cinayət ortağı) olub və onu da, yoxlama zamanı, Samirə xanım tərəfindən direktor müavini vəzifəsinə qanunsuz gətirildiyi aşkar olunduğu üçün, Təhsil Nazirliyinin göstərişi ilə, həmin vəzifədən kənarlaşdırıblar, amma görünür humanizm prinsipləri ilə, cəmi 6 saat dərs verilməklə, müəllim kimi məktəbdə saxlayıblar. Və İlhamə xanımda hünərə, cəsarətə baxın ki, qeyri-qanuni şəkildə işə götürüldüyü rəsmən təsdiqlənmiş, heç bir müvafiq imtahandan, yoxlamadan keçməmiş bu xanımı, kənardan gətirib, 36 saylı məktəbə direktor əvəzi təyin edir; məgər o məktəbin özündə direktor müavini yox idi, yaxud bu işə Sumqayıtda daha layiqli olan bir müəllim tapılmırdı?! )
Ümumiyyətlə, niyə İlhamə xanım bu vəzifələrə məhz özünün yaxın qohumlarını gətirməlidir, bu, idarəçilikdə tayfabazlığın bəsit bir təzahürü deyilmi və geniş bir korrupsiya şəbəkəsi qurmağa yol açmırmı?

İ. Abdullayevanın büdcə vəsaitlərini israf etməsi, Həmkarlar birliyinin vəsaitlərini isə az qala şəxsi vəsaiti kimi, təyinatından kənar nəsnələrə sərf etməsi, onun bu əməllərindən əziyyət çəkən müəllim-işçi heyətinin də ciddi narazılığına səbəb olur. Aşağıdakıları misal gətirə bilərəm:

– Sumqayıt şəhərində təmirə ciddi ehtiyacı olan (14, 10, 15, 16, 26, 27, 33, 34, 37, 38, 39 saylı), hətta qəzalı vəziyyətdə (TTEL, 36 saylı məktəb, sonuncu qəzalı vəziyyətdə olduğu üçün üç ildir ki, bağlanıb, şagirdlərə müvəqqəti “İstək” liseyində dərs keçilir) məktəblər var ikən, 2018-ci ildə əsaslı təmir olunmuş Regional İdarənin inzibati binasının yenidən əsaslı təmirə bağlatdırmasi (arqumentləri belədir ki, əvvəl Təhsil Şöbəsi idi, indi Regional İdarə olub. Axı TŞ-nin binası Regional İdarəyə çevrilərkən, onun binası 3 rayona görə böyüdülüb 3-4 mərtəbə olmayıb ki, elə 2 mərtəbə də qalıb, sadəcə birisi orada özü üçün komfort şərait yaradır);

– 8 Mart bayramında Regional İdarənin hər bir qadın işçisinə Həmkarların büdcəsindən parfumeriya dükanının 50 manatlıq kartını hədiyyə etməsi (Bu, belə baş verib: Həmkarların xətti ilə Parfumeriya mağazasına vəsait köçürülüb, onlar da hədiyyə qutusuna 50 manatlıq kart qoyublar, paylayıblar işçilərə. Həmin kartı mağazaya təqdim edən şəxs 50 manat civarında nə istəsə götürsün deyə);

– İdarənin 90% yeni işçilərdən təşkil olunmuş heyətinə Həmkarların xətti ilə, Xəlil adlı dayısına məxsus “Qərb” şadlıq sarayında, dəbdəbəli bir Novruz şənliyi təşkil etməsu (tanınmış müğənnilər, bolluca yeyib içmək və s. Restorana ödəniş də, “təbii ki”, Həmkarların büdcəsindən edilib);
Sual olunur: Hansı xidmətlərinə görə?! Axı illərdir işləyib sağlamlığını təhsilə qoyan müəllimlərin boğazindan kəsib həmkarlara ödədiyi puldan ozləri istifadə edə bilmirlər, yardım üçün müraciət etdikdə çox vaxt rədd cavabı, yaxud qəpik-quruş alırlar, amma yeni yaranan idarənin işçiləri o pulun hesabına yeyir, içir, şənlənirlər.

Belə bir paralel aparaq: Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısı da vaxtaşırı bənzər tədbirlər keçirib. Amma cənab Zakir Fərəcov hər il müəllimləri, təkrar edirəm, aparat işçilərini deyil, məhz müəllimləri yığıb, hansısa şadlıq sarayında möhtəşəm və səviyyəli tədbirlər keçirirdi və o tədbirlərdə əyyaşlıq faktları qeydə alınmırdı. İlhamə xanım müəllimlərin pulu ilə müəllim olmayan region işçilərinə eyş-işrət məclisi keçirir və…
Üstəlik cənab Zakir Fərəcov bu il heç bir tədbir keçirmədi. Bilirsiniz, niyə? Ölkədəki mövcud vəziyyətə görə. Cəbhədə baş verənlərə görə,

ŞƏHİDlərimizə görə! Nə müəllim günü, nə də 8 mart tədbirləri! Çox yığcam, musiqisiz tədbirlər kecirib təbrik etdi!
Məktəblərin nəzdindəki BUFETLƏRİN işlədilməsi ilə bağlı da qaranlıq məqamlar yetərincədir.
Deyilənlərə gorə, Abşeronun 41, Sumqayıtin 46, Xızının 17 məktəbinin BUFETLƏRİ hansısa MƏCHUL bir ŞİRKƏT tərəfindən MÜQAVİLƏSİZ işlədilir, dövlət büdcəsinə də pul KÖÇÜRÜLMÜR.

İşçilərlə ƏMƏK MÜQAVİLƏSİ bağlanmadığını, pulların isə ƏLDƏN-ƏLƏ ötürülduyunu söyləyənlər də var!
Bu deyilənlər həqiqətdirsə, onda cənab Emin Əmrullayevin QƏFLƏTİNƏ və xanım İlhamə Abdullayevanın CƏSARƏTİNƏ ancaq HEYRƏT edə bilərik!
İlhamə xanım yol verdiyi qanunsuzluqları rəhbərlikdən gizlətmək üçün də vaxtaşırı “qabaqlayıcı tədbirlər” görür. Belə ki, 2023-cü il yanvarin 27-si Sumqayıt şəhərində Elm və Təhsil naziri Emin Əmrullayevin qəbulu keçirildi. Əslində isə bu, qəbul adına tam bir Rəzalət idi! Şikayətçiləri 1-ci mərtəbədəki akt zalına toplayıb, “filtrasiya”ya başladılar. Öz adamlarını qəbula buraxıb, qalanlarını gözlətdilər. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları və Nazirliyin bəzi əməkdaşları xüsusi canfəşanlıq göstərməklə, müxtəlif bəhanələr uydurmaqla, İlhamə Abdullayeva xanıma “təhlükə” kimi gordukləri əsas şikayətçiləri, o cümlədən məni və həyat yoldaşımi – Qazi Zabitin ailəsini – qəbula buraxmadilar. Saat 15:00 radələrində isə eşitdik ki, cənab Nazir çıxıb gedib. Mahiyyətcə isə heç kimə fərq qoymadan, hamını barmaqlarına dolayıb, ələ saldılar. Bəlkə də cənab Naziri, “Qəbulda daha adam qalmadı”, deyə aldadaraq, yola saldılar, amma bunu biz bilməyəcəyik. Bir sözlə, bu, Abşeron-Xızı Regional Təhsil İdarəsi rəhbərliyinin ciddi surətdə düşünülmüş, hazırlanmış, planlaşdırılmış və “peşəkarcasına” həyata keçirilmiş tam bir “tədbirlər kompleksi” idi, “müqəddəs” Vəzifə Kürsülərini müdafiə adına. Mənə görə isə Böyük Rəzalətdən başqa bir şey deyildi…
Sonda onu qeyd etmək istəyirəm ki, bütün bu yazdıqlarım aysberqin sadəcə görünən hissəsidir, İ. Abdullayevanın iş prosesində yol verdiyi qanunsuzluqları tamamilə üzə çıxarıb, Milli Təhsil Sistemimizə vurduğu bütün maddi və mənəvi zərərləri hesablamaq üçün səlahiyyətli bir komissiyanın yaradılıb, bir an öncə işə başlamasına böyük zərurət çoxdan yaranmışdır.(Yenixeber.org)
Ardını oxu...
Sumqayıt sakini Günay Abbasova Masallının Sərçuvar kəndi ərazisində yerləşən Yol Patrul Xidmətinin əməkdaşlarından şikayətçidir.
Dunyaninsesi.Az xəbər verir ki, bu barədə “Meydan TV” məlumat yayıb. Şikayətçi bildirib ki, 2023-cü il mayın 4-də polis əməkdaşı onların avtomobilini yolda saxlayıb və xoşagəlməz insident yaşanıb:
“Lerikdən Sumqayıta evimizə gəlirdik. Masallı polisi bizi saxladı. Yoldaşımdan sənədlərini istədilər, o da verdi. Polis əməkdaşlarından biri dedi ki, siz 2020-ci ildə sürücülük vəsiqəsindən məhrum edilmisiniz. Yoldaşım da çıxarıb, ödədiyi cərimlərin qəbzlərini göstərdi. Təxminən 600 manat civarında idi. Polis razılaşmadı. Dedi ki, siz ödəniş etsəniz də, sürücülük vəsiqəsindən məhrum edilmisiniz. Yoldaşım dedi ki, ödəniş edilib və üzərindən üç il keçib. Polis də yoldaşımı məhkəmə ilə hədələməyə başladı. Yoldaşım da dedi ki, mənə məhkəmədən heç bir məktub və yaxud da telefonuma mesaj-xəbərdarlıq gəlməyib. Bundan sonra onlar yoldaşımı və 16 yaşlı oğlumu idarənin binasına apardılar”, – deyə Abbasova qeyd edib.
Ardını oxu...
O iddia edir ki, dörd polis əməkdaşı tərəfindən oğlu Əli Abbasova və həyat yoldaşı Tale Abbasova fiziki xəsarət yetirilib:
“Dörd nəfər həyat yoldaşıma və oğluma psixoloji təzyiq göstəriblər. Söyüş söyüblər. On altı yaşlı oğluma fiziki təzyiqlər olub. Uşağın qolu, boynu göyərib, qolunda cızıq izləri var. Yoldaşımın qulağının dibindən necə vurublarsa, kar olub, eşitmir”.
Şikayətçinin sözlərinə görə, oğlu baş verənlərdən sarsıntı keçirib. Onu incidən polislərin əlindən qurtulub qaçmaq istəyəndə, qolu, stolun üzərində kompüterə toxunub:
“Kompüter aşıb. Bunlar da deyirlər ki, oğlum polislərə müqavimət göstərib, stolun üstündəki kompüteri sındırıb. Uşağın qolları, boynu cızıq-cızıqddır. Soruşuram, uşağı niyə belə döymüsünüz? Deyirlər ki, sıxmışıq. Uşaq deyir ki, ana, məni yerə uzadıb, vurdular. Uşağı döy, təhqir et, sonra da gəl, de ki, oğlun psixoloji problemlidir, dəlidir, həkimə göstər”.
“Yoldaşıma deyiblər ki, səni ya 8 sutkalıq həbs edirik, ya da 1500-2000 min manat pul ver, söhbət bağlansın. Yoldaşım da deyib ki, mən heç kimə rüşvət verməyəcəyəm. Dövlətin qanunları nə tələb edirsə, ona əməl edəcəyəm”, – deyə o bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev Meydan TV-yə bildirib ki, Tale Abbasovun idarə etdiyi nəqliyyat vasitəsi Ələt-Astara magistral yolunun Masallı rayonundan keçən hissəsində yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb:

“Məlum olub ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük hüququ yoxdur. Bundan sonra həmin şəxs və avtomobildə olan oğlu dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərlərinə tabe olmadıqları üçün Masallı Rayon Polis Şöbəsinə gətiriliblər. Barələrində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsilə protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Həmin şəxslərə qarşı hər hansı qanunsuz tələblərin irəli sürülməsi halı olmayıb, səsləndirilən iddialar şəxsi mülahizələrdir və həqiqəti əks etdirmir”.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Prezidentin 7 iyun 2018-ci il tarixli sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra onu çox ehtiyac duyduğu “baldan şirin dillə” qarşılayan, qılığına girən məmurların korruptiv fəaliyyəti üçün münbit şərait yaratdı, bəzilərinin də vəzifədə irəli çəkilmələrinə təqdimat verdi. M.Məmmədov müəmma doıo rayon rəhbərlərindən biridir. Belə ki, onun vikipediya məlumatları belə demək olar ki yoxdur. Yazılan yalnız budur: Məmməd Cahangir oğlu Məmmədov 10 dekabr 1961-ci ildə Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuşdur. Ali təhsilli iqtisadçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Vəssəlam, başqa bir söz yoxdur.

İndi biz haradan bilək ki, bu adam hərbidə qulluq edibmi, yoxsa, “neqodnu”dur..? Bu adam hansı ali məktəbi bitirib…? Necə yəni ali təhsilli iqtisadçıdır..? Bu adam hansı ölkədə təhsil alıb..? Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Tovuzun Qaraxanlı kəndində anadan olmuş Məmməd Məmmədov Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işlədiyindən, «Zəhər Mamed” ləqəbi ilə tanınıb. Bundan başqa o, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Aparat rəhbəri Cahan Məmmədovun qardaşıdır. Yeri gəlmişkən, özünün bu məsələyə münasibəti belə olub: “Mən bitki mühafizəsi sahəsi ilə məşğul olmuşam. Bitkiləri qorumağa çalışmışam. Yəqin, ona görədir. Deyirlərsə, elin ağzını yummaq olmaz”. Onu da bildirək ki, M.Məmmədov rayon rəhbəri təyin olunandan sonra daha əvvəl başçılıq etdiyi “AQROKİMYA” MMC-də boşaltdığı kürsüyə oğlunu oturtdu, bir sözlə, “zəhərli” işlərinin başını buraxmayıb. Onun Tovuz rayon torpaqlarının bir qismini, Şəmkir, Tərtər, Agstafa, Kürdəmir, Saatlı və İmişli rayonlarında da yüz hektarlarla xam torpaqları ələ kecirib müxtəlif adamların adına sənədləşdirərək istifadə etdiyi, həmin torpaq sahələrinin əkilib — becərilməsi ücün ayrılan subsidiya vəsaitlərini nagd yolla əldə etməklə külli miqdarda dövlətə ziyan vurduğu, Tovuz fermerlərindən ucuz qiymətə aldığı toxumu istehsal olunmuş kimi siyahıya saldıraraq baha qiymətə rəsmiləşdirdiyi və dövlətdən bu təyinatla ayırılan maliyyə vəsaitini silib mənimsədiyi barədə çoxsaylı informasiyalar yayılıb. Yeri gəlmişkən, Məmməd Məmmədov Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri, Cahan Məmmədovun qardaşı olduğu bildirilir. Məlumat üçün bildirək ki, iqtisad elmləri namizədi olan Cahan Məmmədov 2008-ci ildən Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparatın rəhbəri vəzifəsində işləyir. 1992-ci ilin dekabr ayından 1993-cü ilin may ayına kimi “Azəraqro-təchizatmexanikləşdirmə” Respublika İstehsalat Birliyində sədrin birinci müavini, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini vəzifələrində çalışıb.

Araşdırma qrupumuz sual edir ki, sonuncu təyinatla Tovuzda inkişafa dair hansı nümunə var. İ.Əliyevin kadr islahatlarının mahiyyəti ondan ibarətdir ki, yerlərdəki idarəçilik optimallaşsın, bürokratik əngəllər aradan qalxın, sosial şərait düzəlsin, sahibkarların və əhalinin narazılıqları həllini tapsın, bölgələr abadlaşsın. Lakin M.Məmmədovun təyinatı Tovuz bölgəsində sosial-iqtisadi, mədəni-təhsil, infrastruktur, nəqliyyat, aqrar sektorlarda bir qarış irəliləyişlə nəticələnməyib. Prezident Administrasiyasındakı təhlil şöbəsi də yerlərdə vəziyyətlə bağlı vaxtaşırı araşdırma aparır, müqayisələr edir, kadr islahatlarının hansı effekt verdiyini analiz edirlər. Sonra qovluq şəklində prezidentin masasına qoyulur və məruzəyə istinadən nəticələr çıxarılır, qərarlar verilir. Bu zona ilə bağlı müşahidələr, araşdırmalar, şikayətlər göstərir ki, Tovuz Gəncə, Şəmkir, Gədəbəy və s. qonşu rayonlarla müqayisədə çox geri qalıb, rayon və onun kəndləri bərbad vəziyyətdədir, acınacaqlı şərait hökm sürür. Prezidentin etimadını doğrultmayan M.Məmmədovun gördüyü işə, fəaliyyətinə ilin sonunda qiymət veriləcək. 2020-yə Azərbaycan yeni siyasi-iqtisadi kursla keçid edəcək və dövlətin proqramında əyalətlərlə əlaqədar siyasətə də xüsusi diqqət ayrılacaq. Bu mənada prezident yerlərdə edilən kadr dəyişikliklərinin hansı müsbət və mənfi təsirlərinin olduğunu təhlil etməklə 2020 qərarını açıqlayacaq. Heç şübhəsiz ki, Tovuz rayonunun kuratorunun məruzəsi, mövqei bu məsələdə böyük əhəmiyyətə malik olacaq. İndi isə gəlin, Tovzudakı fövqəladə sosial vəziyyətlə tanış olaq: Cumhuriyyet.az xəbər verir ki, rayonda iş adamlarının fəaliyyətinə şərait yaradılması, sahibkarların problemlərinin həll olunması, dəstək göstərilməsi, fermerlərə yardım olunması istiqamətində Tovuz İH-nin və başçısı M.Məmmədovun heç bir təsiri olmayıb. Apardığımız sorğular biznesmenlərin və fermerlərin problemlər girdabında boğulduğunu, kredit və borc içində əziyyət çəkdiyini deməyə əsas verir. İcra başçısı tərəfindən onlara bir dəstək yoxdur. Tovuzun mərkəzinin, hətta İH-nin ətrafının baxımsız, abadsız olduğunu da yaxşı bilirsiniz. Ötən reportajda ətraflı yazmışıq, faktlar göstərmişik. RİH-nin qabağındakı fontanı belə natəmiz saxladıqlarını işıqlandırmışıq. Hər gün burdan keçib işə gedən M.Məmmədov isə maraqlanmır ki, niyə bu cür antisanitariyadır, rayon toz-tozanaq, bərbad haldadır. Bu dəfəki araşdırmalarımız təkcə Tovuzun özündə deyil, kəndlərində də fəlakətli bir mənzərə olduğunu üzə çıxarıb. Məlum olur ki, kəndlər kommunikasiyadan uzaq, sosial problemlər məngənəsində can verir. Əhali qaz, işıq üzünə həsrətdir, infrastruktur yararsızdır, qaz boruları satılıb, kəndlərdə evlər donur, qışa tədarük üçün meşələr talanır, elektrik xətləri sıradan çıxıb, köhnəlib, elə bu səbəbdən tez-tez işıqlar sönür, yollar darmadağındır, telefon xətləri yoxdur. Bir sözlə, sanki Tovuz kəndlərində həyat dayanıb, dünyanın axırıdır, bütün aləmdən təcrid olunublar. Amma bu problemlərin heç biri rayon icra başçısını maraqlandırmayıb.

…Məmməd Məmmədov Tovuz Rayon ərazisində bir “beton zavod”, 2 Şadlıq sarayı, və restoranlar şəbəkəsi, meşə zonasında istirahət mərkəzi, bundan başqa, Mərkəzi Aran Rayonlarında kənd təsərrüfatının inkişafına dəstək adı altında ayrı-ayrı şəxslərin adına mmc-lər təsis etdirərək yeni qazanc ünvanı tapıb. Məsələn, araşdırmalarla öyrəndim ki, o, Ölkə Prezidenti Cənab İlham Əliyevin regionlarda kənd təsərrüfatı məsullarının bolluğunun yaradılması proqramının əksinə gedərək dövlət tərəfindən fermer və pay torpaq sahiblərinə dövlət tərəfindən əkinçiliyin inkişafı üçün ayrılmış birdəfəlik subsidiyaları (dərman preparatları, gübrə, mazut və sürtkü yağları və s. üçün) müxtəlif yollarla ələ keçirməkdədir.

Məmməd Məmmədov qanunsuz hərəkətlərini Tovuz Rayon ərazisindən başqa Yevlax, Ağstafa, İmişli, Beyləqan, Sabirabad və Saatlı Rayonları ərazilərində də geniş miqyasla həyata keçirmişdir. İcra Hakimiyyəti başçısının yüz hektarlarla torpaq sahələrini əldə etməsindən başqa Goranboy və Samux Rayonları ərazisində də ayrı-ayrı şəxslərin adına yüz hektarlarla torpaq sahələrini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə sahiblənməsinə nail olmuşdur.

Məmməd Məmmədovun Gəncə şəhərində fəaliyyət göstərən un dəyirmanları, Kürdəmir Rayonu ərazisində yem istehsal edən zavodu, Saatlı, Beyləqan, İmişli rayonları ərazisində hər birinin ərazisi iki yüz əlli kvadrat metrdən çox olan soyuducu anbarları vardır.
Bunu da qeyd etmək yerinə düşər ki, Məmməd Məmmədova məxsus olan ayrı-ayrı şəxslərin adına sənədləşdirdiyi mmc və fabrikalar dövlət vergisini ödəmir, İqtisadi İnkişaf Nazirliyinin serftikat və lisenziyasını almır və bundan başqa, dövlət içərsində dövlət kimi hərəkətlər etməkdədir.
Məmməd Məmmədovun qanunsuz hərəkətləri, dövlət əmlakını mənimsəməsi, əhalinin həssas hissəsi olan kənd əhalisini və fermerlərin haqqlarını ələ keçirməsi və dövlət başçısına, onun daxili siyasətinə zidd hərəkətlər etməsini analiz edərkən təəssüflənməmək mümkün deyil.
Mənbə: cumhuriyyet.az
 
Ardını oxu...
Teref.az Göyçay rayon sakini, Vətən müharibəsi qazisi Axundov Araz Azər oğlu tərəfindən saytımızın redaksiyasına göndərilmiş şikayət məktubunu oxuculara təqdim edir.
Şikayətçi məktubunda yazır:
Göyçay rayon sakini, Vətən müharibəsi qazisi Axundov Araz Azər oğlu tərəfindən

ŞİKAYƏT

Mən Göyçay rayon sakini Axundov Araz Azər oğlu Vətən müharibəsi qazisiyəm. 21 sentyabr 2020-ci il tarixdə səfərbərliklə hərbi xidmətə getmişəm. Suqovşan, Tülküdərəsi, Ağdam istiqamətində gedən döyüşlərdə olduqca fəal iştirak etmişəm. Lakin, Tülküdərəsində ağır yaralanaraq təcili hospitala yerləşdirilmişəm. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müalicə olunduqdan sonra yenidən müharibə bölgəsinə qayıtmışam. Məhz ona görə də komandirlərim tərəfindən "xidməti-xasiyyətnamə" ilə təltif olunmuşam. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medallarla təltif edilmişəm.
Bildirmək istəyirəm ki, hərbi xidmətdən təxris olunduğum vaxtdan müalicələrə bağlı yaşayıram. Elə ona görə də köməklik göstərilməsi üçün Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdim. Onun tapşırığına əsasən, mənə bir neçə dəfə müəyyən məbləğlərdə maddi yardım olundu. Daha sonra Göyçay Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Hikmət Süleymanovun yanına getdim.
Ona "Mən pul istəməyə gəlməmişəm. Sadəcə səndən xahişim budur ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədova de:
- Mənim çatışmayan dərmanlarımı dövlət hesabına təmin etsin". O, isə
"Yaşar kim olasıdır ki, mən ona ağız açım? Get Yaşarın kabinetinin qarşısında intihar elə, bəlkə sənə köməklik göstərdi. Belə də ki, 54 nəfər qazi intihar edib, guya sən ölsən dünya boş qalacaqmı? " - dedi.
Onun bu cür münasibətinə öz iradımı bildirdiyim zaman o, məni təhdid etməyə başladı.
"Məni əsəbləşdirmə! Sən kimsən axı? İstəyirsənsə, gedək Bəndin başında təkbətək söhbətimizi həll edək" - deyərək qışqır-bağır saldı.
Ola bilər ki, bu yazılı və videomüraciətimdən sonra Hikmət Süleymanov həqiqəti boynundan atamağa çalışacaq. Ancaq mənim dəfələrlə rayon icra hakimiyyətinə getməyim, həmçinin müşahidə kameralarında səs yazısı ilə birlikdə hər şey mövcuddur. Harada görünübdür ki, dövlət "məmur"u vətəndaşı, özü də qazini Bəndin başında təkbətək söhbətə (razborkaya) çağırsın?! Mən müharibəyə getməmişdən öncə tamamilə sağlam idim. Mən təxris olunandan bir müddət sonra atam da vəfat etdi. Vətəni müdafiə etmək borcumdur. Hikmət Süleymanov kimi vəzifəli şəxslərin də borcu odur ki, xalqına layiqli xidmət etsin. Çünki, "Xalqın bir nömrəli xidmətçisi mənəm" - deyən Prezident bütün məmurlara tapşırıq verir ki, "Gedin xalqa xidmət edin, hörmət edin, milləti incitməyin!". Hikmət Süleymanov kimi "məmur"lar isə ölkə başçısının dediklərinin tam əksinə gedərək vətəndaşlarda dövlətə qarşı nifrət yaratmağa çalışır. Bu adam nə qanunlara riayət edir, nə də dövlətdən qorxur. Cəzasızlıqdan azğınlaşan Hikmət Süleymanov hətta ölkə başçısı və birinci vitse-prezident haqqında belə danışmaqdan çəkinmir. Deyirəm ki, "Prezident Administrasiyasının qarşısına gedəcəm, Mehriban xanımın qəbuluna girəcəm". Deyir ki, "Sən bu dövlətə torpaqlar alınana qədər lazım idin. Mehriban xanım sənə köməklik göstərsəydi, əlillik dərəcəsi almağına yardım edərdi".
Cənab Prezident! Sizdən Vətən müharibəsi qazisi və Azərbaycan Respublikasının vətəndaşı olaraq çox xahiş edirəm, özbaşınalıqlar edən Hikmət Süleymanov barəsində ciddi tədbir görülməsi və müalicələrimin təşkil edilməsi üçün tapşırıq verəsiniz. Sizə çox minnətdarlığımı bildirirəm.
Teref.az olaraq şikayətdə qaldırılmış iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinovanın rəhbərlik etdiyi qurumun sabiq vəzifəli əməkdaşı həbs edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin sabiq baş zabiti, təqaüddə olan Qəzənfər (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

1975-ci il təvəllüdlü Qəzənfər vəzifəsində olarkən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə FHN əməkdaşıarının külli miqdarda vəsaitini mənimsədiyi üçün həbs olunub. Ümumilikdə Qəzənfərin əməllərindən 20-dən çox FHN əməkdaşı zərər çəkib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, törədilmiş əməldə özünü qismən təqsirli bilərək, peşman olduğunu bildirib.

O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 1992-1997-ci illər ərzində Prezdent yanında İdarəçilik Akademiyasının sosial idaəretmə və sosiolgiya fakültəsində təhsil alıb. 1999-cu il tarixdən yanğından mühafizə xidməti üzrə müxtəlif vəzifələrdə çalışıb, 2012-ci il tarixdə FHN-nin Kadr siyasəti baş idarəsinin Kadr təminatı idarəsinin Xüsusi rütbəli vəzifələrə qəbul şöbəsinin baş zabiti vəzifəsinə təyin edilib.

Həmin vəzifə üzrə fəaliyyəti FHN-nin kadr məsələləri üzrə xüsusi rütbəli əməkdaşları ilə bağlı işə qəbul, işdən xaric, xususi rütbələrin verilməsi, cəza, mükafatlandırılma və digər məsələlərlə bağlı əmrləri icra etmək, müvafiq şəxslər üzrə şəxsi işlərə qeydiyyat aparmaqdan ibarət olub.

2019-cu ilin mart ayının 4-də işdən xaric edilib və həmin tarixdən də ona təqaüd təyin olunub.

Qəzənfər sözügedən vəzifədə çalışarkən 2017-ci ildən sahibkar kimi də fəaliyyət göstərib. Həmin işlə yanaşı başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyib, buna görə parfümeriya və tütün məmulatlarının satışı ilə məşğul olub. O, FHN-nin Qardağ rayonu üzrə Yanğından Mühafizə idarəsinin rəisi, polkovnik Elçin Ələkbərovdan qara metal alveri ilə məşğul olmaq üçün 82000 manat borc da alıb. Lakin sonradan iflas olduğu üçün rəisin borcunu da qaytara bilməyib.

Buna görə o, Kadrlar idarəsində işləməsini əsas gətirərək təqaüddə olan və hazırda xidmət edən FHN-nin əməkdaşlarına pensiya məbləğinin artırılması, nazirlikdə işləyən və ev növbəsində olan əməkdaşlara Bakı şəhəri, Suraxanı rayonu ərazisində inşa edilən xidməti evlərin verilməsi və həmin əməkdaşların qohumlarını işə düzəlmək adı ilə aldadaraq, pullarını ələ keçirməyi planlaşdırıb və icra edib. Nəticədə 2022-ci ilin yanvar ayında törədiyi cinayət əməlinin üstü açıldıqdan sonra saxlanılıb.
Ardını oxu...
Son illər Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi tərəfindən dövlət satınalmalarında yol verilən saxtakarlıqlar bitmək bilmir. Bu, sözügedən qurum tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilən bütün məlumatlarda özünü açıq şəkildə biruzə verir. Elə bir neçə gün əvvəl idarənin nəticələrini açıqladığı bir tenderdə olduğu kimi.

Sözügedən qurum yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu daha bir açıq tenderə yekun vurub. Qurum bu dəfə də qanunsuzluqdan yan keçməyib. “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 279.660 manat məbləğində satınalma müqaviləsi bağlamağa hazırlaşır.Bu barədə 05.05.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib. Tender toplusunun şərtlərinə görə müsabiqənin başlama tarixi 12.04.2023-cü ilə, zərflərin açılış tarixi isə 17.05.2023-cü ilə təyin olunub. “SAFFİRA PLUS” MMC isə 26.01.2023-cü il tarixində, yəni müsabiqənin başlanılmasından 3 ay əvvəl dövlət qeydiyyatına alınib. Bu MMC ilin sonuna qədər Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsini müxtəlif dekorativ bitkilər, gül kolları ilə təmin etməlidir.

Göründüyü kimi MMC Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin keçirdiyi tenderlərdə qalib elan etdiyi digər MMC-lər kimi yeni yaradılıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Fətəliyeva Nurlanə Şahin qızı qeyd olunub.

Bəs Fətəliyeva Nurlanə Şahin qızı kimdi?

Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin yaşıllıqların salınması işləri üzrə mart ayında keçirilmiş dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi olmuş “4 MM AQRO” (VÖEN- 6701560141) MMC-nin də qanuni təmsilçisi. Hansı ki, araşdırdığımızda məlum oldu ki, “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda bu MMC -də “SAFFİRA PLUS” MMC ilə eyni tarixdə, eyni ünvanda dövlət qeydiyyatına alınıblar. Hansı ki, həmin kəndə dövlət qeydiyyatına alınmış “ASTROİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi 2020-ci ildə ümumi olaraq 390 580 manat məbləğində bir neçə satınalma müqaviləsi bağlayıb. Həmin kənddə qeydiyyatda olan Hüseynov Sehran İmran oğlunun və qızlarının adına yaradılmış bir neçə MMC də vaxtaşırı Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin keçirdiyi dəyəri yüzminlərlə ölçülən tenderlərin qalibi olublar.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması işlərinin satın alınması üzrə keçirmiş olduğu bir açıq tenderə də 05.05.2023-cü il tarixdə yekun vurması barədə bir neçə gün öncə məlumat vermişdik. Burada isə “FİRE ENGİNEERİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuşdu və 293.702 manat məbləğində satınalma müqaviləsinin bağlanılmasının nəzərdə tutulduğunu qurum dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə açıqlamışdı. Göründüyü kimi idarə son iki ayda yaşıllıqların salınması işlərinin satın alınması adı altında büdcədən beş yüz min manatdan çox ayırıb. Hansı MMC-lərə?

Açıq internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin satınalma müqaviləsi bağladığı MMC-lərin fəaliyyət sferası barədə heç bir məlumat əldə edə bilmədik. Yüzminlərlə manat dəyərində tender udan bu MMC-lərin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur. Eyni şəxslərə və onları qohumlarının adına yaradılan MMC-lərin saxta olduğu buradan da görməmək mümkün deyil. Qeyd edək ki, bu tip saxta MMC-lərlə şübhəli tenderlər Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən hər il təkrarlanır.

Qeyd edək ki, Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənovdur. O, uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı. Buradan sual yaranır. Keçmiş Komitə sədrinin qardaşı olmaq İlyas Həsənova Azərbaycanın qanunlarından istədiyi kimi istifadə etməyə görəsən nə qədər haqq qazandırır. Saxta MMC-lərlə Yaşıllaşdırma İdarəsinin büdcəsini açıq-aşkar talayan İlyas Həsənovun qanunsuz əməllərinin qarşısı nədən alınmır? Maraqlı orasıdır ki, İlyas Həsənov bu qanunsuzluqları aidiyyatı dövlət qurumları ilə birgə həyata keçirir. Hətta İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi dövlət qurumunun rəsmi internet portalına yerləşdirilmiş köhnə məlumatları belə sildirir.

Bütün bu saxtakarlıqların başında isə kimin durduğu bəlli deyil. İlyas Həsənov, Əli Həsənov qardaşlarımı, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovmu?

Aktualinfo.org

Sabirabadın Əliləmbəyli kəndinin ərazisində olan təbii göl başqa şəxslərə icarəyə verilib.

Kənd sakinləri “Axmaz” gölünün icarəyə verilməsinə etiraz edirlər.

Onlar “Axmaz”ın ümumi istifadəyə qaytarılmasını tələb edirlər.

Sabirabadda 25 hektar ərazini əhatə edən “Axmaz” gölü rayonun Əliləmbəyli kəndi ərazisində yerləşməsinə baxmayaraq, vaxtilə ondan Bala-Həşimxanlı və Çöl-Ağaməmmədli kəndinin sakinləri də istifadə ediblər.

Sakinlər qeyd edirlər ki, uzun illər həm “Axmaz”ın balığından tutublar, həm də yay aylarında su qıtlığı olan zaman ora yığılan sulardan nasoslar vasitəsilə əkin sahələrinin suvarılmasında istifadə ediblər.

İndi isə onlar göldən istifadə edə bilmirlər. Çünki, 25 hektarlıq “Axmaz” bələdiyyə tərəfindən bir vətəndaşa balıqçılıq və quşçuluğun inkişafı məqsədilə icarəyə verilib.

Kənd bələdiyyəsindən isə bildirilib ki, həmin torpaq sahəsi bələdiyyə şurasının qərarı ilə 14 dekabr 2021-ci il tarixdə subicarəyə verilib və vətəndaşların tələbi əsassızdır.

Gölü icarəyə götürən Araz Rəsulov da şifahi olaraq bildirib ki, təbii “Axmaz” gölü 2007-ci ildə həmin dövrkü bələdiyyə sədri tərəfindən rayon sakini Şıxəliyeva Sahilə Əli qızına icarə müqaviləsi əsasında 99 illik icarəyə verilib. Həmin icarə müqaviləsi əsasında isə 2021-ci il 14 dekabr tarixində 1 nömrəli subicarə müqaviləsinə əsasən, sözügedən ərazi quşçuluq və balıqçılıq məqsədi ilə icarə müqaviləsinin qalan müddətinə onun icarəsinə verilib.

 

 

Dünyapress TV

Xəbər lenti