Ardını oxu...
Son dövrlər ölkədə geniş şəkildə rüşvətxor məmurlar araşdırılır layiqli cəzaları verilir və müvafiq tədbirlər görülür. Amma hələdə "fərasətli" məmurların özbaşınalığının cəzasız qalması vətəndaşların narazılığına səbəb olur. Bu cür məmurlar hələdə hansısa yollarla vəzifədədirlər.

Bu cür "fərasətli" məmurlardan biri əvvəllər Ağcəbədi Su Melorasiya idarəsinin rəisi işləmiş yeyinti maxinasiyasına görə vəzifəli qohumların köməyi ilə həbsdən qorunaraq, işdən azad olunmaqla canını qurtaran sonradan Xocavənd ASC idərəsinə rəis təyin ediləm Malik Mirzəyevin necə təyin olunması haqqında etibarlı mənbədən faktlar daxil olub. Məlumatlı mənbə qeyd edir ki, Malik Mirzəyevin hazırki vəzifəsinə irəli çəkilməsində vəzifəli qohumları və "100"min civarında pul faktoru mühüm rol oynayıb. Onuda bildirirlər ki, idarə rəisi gələndən işçilərlə qul kimi davranır.

Özündən çox razı, təkkəbürlüdü və zabitəli davranışından söz deməyə işçilərin cürəti çatmır. (bu barədə səs yazısıda var) Söz yox, bir rayonda dövlət büdcəsini talayıb ,işdən azad olunub,bir müddət sonra yenidən bəh bəhlə digər rayonun eyni qurumunun idarəsinə rəhbər gəlmək hər oğulun işi deyil. Kişi özündən razı olmasın neyləsin. Qeyd edilir ki, Ağcabədidə idarənin, işçilərin idarə olunma ssenarisi Xocavənddə təkrarlanır. Burada da "monarxiya" qurub, despotik üsuli-idarə tətbiq edib.

Rəislə işçilər arasında interval çox böyükdür.İdarənin digər yüksək vəzifəli şəxsləri hər hansı bir əhəmiyyətli məsələnin həllinə heç bir köməklik edə bilməzlər. Hətta həmin problemin çözümü onların səlahiyyətləri daxilində olsa da belə, ən yaxşı halda cəsarət edib rəisdən xəfifcə xahiş edə bilərlər.

Çox vaxt xahiş etməzdən əvvəl ehtiyatlanırlar ki, birdən rəis hirslənər, necə deyərlər, "qaş düzəltmək əvəzinə vurub göz çıxararıq". Görün, indi sıravi su istifadəçiləri nə çəkirlər! Əlbət, rayonun suvarma təsərrüfatında tətbiq olunan despotik idarəetmə var. Bu yay mövsümündə su ehtiyatlarının səmərəli idarə edilməsi məsələsi məhz bir neçə iqtidarlı şəxsin qərarlarından asılı olacaq. Hətta Mirzəyevin özündən razılığı o səviyyəyə çatıb ki, idarənin tabe olduğu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyindən gələn göstərişləri də əldə rəhbər tutmağı şəninə sığışdırmır.

Qeyd edək ki,ASC-nin yeni sədri ZAUR RAUF OĞLU MİKAYILOV avropa təhsili görm üş ,idarəetmə üzrə yüksək təhsilli,savadlı bir kadr olmasına qəti.şübhəmiz yoxdur, "Azəbaycansayğı" məmur idarəetməsi ,vəsaitlərin özünün cibinə qoyub, necə işini gözə. soxmaq bacarıq barəsində Mikayılovun anlayış və təcrübəsi Mirzəyevdən qat-qat azdır.

Baxmayaraq onları həmyaşıd hesab etmək olar. Bu barədə Allahla danışaq Malik Mirzəyev daha "təcrübəlidir"Həmdə onun keçdiyi xüsusi məmur məktəbi var. Mikayılov Türkiyədə dövlət idarəçiliyinin təhsilini kitablardan və İqtisadçılardan dərs alanda(əminliklə dərsi əziyyətlə aldığını deyirəm.Çünki Türkiyə və Avropada təhsili, nə pul nədə vəzifəli qohumum tapşırığı ilə ala bilmirsən) Malik Mirzəyev rüşvətlə ali məktəbdə qiymətlərini yazdıraraq,restoranlarda yeyib içir,xəyalən gələcəkdə vəzifəyə keçib, dövlətin malının öz xeyrinə idarə olunmasının planın çəkirdi. Gələcəyinə görə özünün bahalı geyimi,zabitəli və səxavətli davranışı ,lazım olan "böyüklərin"sözünə qulaq asmağı, vəzifəli həmyerlilərinin diqqətini çəkir.

Zəruri qeyd:media araşdırmasına görə, Mirzəyev Malik keçmiş Agcəbədi rayon ,sonralar Masallı rayon icra başçısı işləmiş yol verdiyi ciddi nöqsanlara görə cənab Prezidentin sərəncamı ilə işdən azad olunan Şahin Məmmədovla eyni kənddəndirlər. Eyni zamanda Şahin Məmmədovun əmisi oğlu Əzən Məmmədovun qızının həyat yoldaşıdır.

Şahin Məmmədov Ağcəbədidə başçı oldiğu vaxt dövlət büdcəsindən külli miqdarda pul ayırtdır və Ağcabədi camaatına içmək üçün Qarabağ kanalından su çəkdirdi. Amma bu işlər büdcənin puluna deyil rayondakı sahibkarların hesabına edildi. Hətta o vaxt Bakupressin 5 il öncə çəkliş etdyi bir çəkliş var.

Şahin Məmmədova etiraz edib haqq verməyən el obasına xeyirli bir İş adamını şərlədib həbs etdirməyinə Avşar kəndinin camaatının etiraz videoreportajıdır. Şahin Məmmədov uzaq rayona başçı gedir daha sonra ordan, işində yol verdiyi nöqsanlara görə vəzifədən azad olunur.Mirzəyevin Melorasiya idarəsinin Ağcəbədi seriyası milyonluq yeyinti ilə bitir.

Mənbə qeyd edir ki, Ağıllı və fərasətli Malik Mirzəyev yaxın rayonlardan yalnız qocaman eyni zamanda büdcə yeyintisini məharətlə silməkdə təcrübəli icra başçılarından Eyvaz Hüseynovla işləməyi həmin vaxt daha məqsədəuyuğun sayır.Çünki bir zaman Eyvaz Hüseynov kimi təcrübəsi olan çox başçılar həbs olunsada, bir neçə qocaman hətta deyərdim ki, həbs olunan başçılardan daha çox rüşvətin tüğyan etdiyi,sakinlərin narazı olduğu barmaqla sayılan vəzifədə olan başçıdır.

Çünki, Eyvaz Hüseynov Məcburi köçkünlərə məxsus torpaqların mənimsənilməsi, xəstəxanaya dövlət tərəfindən ayrılan vəsaitin ələ keçirilməsi, ölü kartlar, subsidiya adı ilə dövlətdən xeyli miqdarda vəsait alınması və bu kimi hadisələr Xocavənd rayonuna 30 ilə yaxın rəhbərlik təcrübəsindən daha peşəkardır.

İndidə işğaldan azad olunmuş rayonların inkişafı və quruculuğuna dövlətin xüsusi diqqəti və ayırdığı pulları aradan çıxarmağı qocaman və təcrübəli başçıya Malik Mirzəyev kimi gənc,zabitəli və fərasətli bir kadr lazım idi. Rayon üçün xüsusən işğaldan azad olan rayon üçün Melorasiya idarəsi ən vacib idarədir.Su həyatdır,inkişafdır.Dövlət əhalinin kəndlərdə əkib becərmənin ,məhsulun bol olması üçün artezanlara,su nasoslarına ,içməli suyun təchizatının təmin olunması üçün bu işin tikintisi və yenilənməsinə milyonlarla pul ayırır.

Rayonun Melorasiya idarəsi gəlir gətirən əsas büddəcəsidir.Mirzəyev düşünür qardaşının Odur ki, vəzifəyə təklif olunan 100 min vermək üçün bütün əlaqələri ilə güc sərf edib, arzusuna çatır. Ölkə başçısı işğaldan azad olan torpaqlara quruculuq və kənd təsərüfatının inkşafı ,kəndlilərin iş yerlərinin olmasından ötəri su təminatı üçün dövlətin büdcəsindən xeyli vəsait ayrır.

Mirzəyev fürsəti əldən verməyərək başçının az müddətdə dahada etibarını qazanır.(Deyilənə görə Mirzəyevin qardaşı ilə Eyvaz Hüseynov yaxın dosturlar)Baş idarəyədə təqdimatı icra başçısı verir.Bircə özünə sədrin iclaslarında ağıllı və aktiv idarə rəisi kimi hesabatını vermək qalır.O bacarıqda Mirzəyevdə Allah vergisidir.

Əsas icra başçısıdır. Büdcəyə ayrılan vəsait beləcə aralarında bölünür. Zabitəli ,təkəbbürlü ,ordenli gənc idarə rəisi başçının tapşırığı ilə quruculuq və tikinti işlərinin vəsaitini nəticədə biçarə sahibkarların boynuna qoyur. Rayonda da sahibkarlıq əsasən əkinçilik,maldarlıqla inkişaf edir.Torpağıda ,heyvanıda becərməyə əsas su lazımdır.

Oda Mirzəyevin külli ixtiyarında olduğu üçün su ilə imtahan olunmaqdansa ,pullarını verməyi üstün tuturlar.Yoxsa Mirzəyev "Əjdaha"kimi" Simnar xanın" əmri ilə suyun qabağın elə kəsər ki,əkdikləri hədər,heyvanları susuz məhv olar.Çarəsiz razılaşmağa məcbur olurlar. Kim çox pul vəsati ilə yüklənirsə həmin sahibkarın mükafatı sadəcə ölkə başçısının rayona səfərində dövlətə dəstək üçün rayonda şəxsi biznesinin hesabına iş yerləri açan nümunə kimi ön planda təqdim edirlər.

Vəssalam.Bir balaca dediklərindən az pul verən sahibkar isə prezidentlə yaxından görüşməkdə nəsib olmur. Bu cür iş adamlarına isə kənardan başçının və Mirzəyev kimi idarə rəisinin guya dövlətin vəsaiti hesabına salınan parklar,çəkilən sular,quruculuq işlərini öz adlarından Prezidentə ağız dolusu təqdimatına baxıb köks ötürmək qalır.

Mənbə qeyd edir ki,Eyvaz Hüseynovun etibarını Mirzəyev bacarıq və səxavəti ilə qazanıb. Malik Mirzəyev rayonun başçısına daha səxavətlə aylıq "paket"verən və gələn qonaqların xərcini çəkən ən yaxşı məmurdur...Bəxti gətirən Malik Mirzəyev istər Ağcəbədidə işlədiyi vaxt istər Xocavənddə başçılar onu yuxarılara gənc və işini bilən kadr kimi təqdim ediblər.Hesabatın və xüsusi qüvvələrin gücü ilə dövlətimizin təltif etdiyi orden və mükafatlara nail ola bilib. Yazıda qeyd etdiklərimizi inanrıq ki, müvafiq dövlət qurumları yenidən ciddi araşdırma apararaq ,düzgün nəticə çıxaracaq.

Çünki, belə məmurıar ölkə başçısının uğurlu siyasətinə xələl gətirir ,hakimiyyətə xalqın inamını azaldır. Yazıda qeyd edilənləri faktlarla aidiyyəti qurumlara təqdim edə bilərik. Redaksiya olaraq bizdə öz növbəmizdə yazılanları araşdırırıq. Növbəti sayımızda Malik Mirzəyevin milyonlar dəyərində mülkləri və obyektlərini təqdim edəcik. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. (Bakupress.Az)

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM
 
Ardını oxu...
O, qanunsuzluqdan şikayət etdiyi üçün həbs edildiyini deyir

Hazırda həbsdə olan keçmiş iş adamı Rəşid Məmmədov şərlənərək həbs olunduğunu bildirir. O, bununla bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb.

R.Məmmədov prezidentə ünvanladığı açıq müraciətində deyir ki, o, icarə ilə ona məxsus olan, Qubanın Zərdabi qəsəbəsində yerləşən torpaq sahəsində alma istehsalı və Rusiya bazarlarına idxalı ilə məşğul olub. 2022-ci ildən etibarən isə ona məxsus torpaq sahələrinin başqa-başqa şəxslərin adlarına rəsmiləşdirildiyini bilib.

“Bu şəxslər “Foodcity Agropark” MMC-nin təmsilçisi Şahin Əsgərovun adamlarıdır. Onlar bunu ona görə ediblər ki, ixrac edilən almanı öz məhsulları kimi göstərib, vergidən azad olsunlar. Mən torpaqlarıma dair qanunsuz icarə müqaviləsi bağlanılmasına görə Quba Rayon Zərdabi Bələdiyyəsinə müraciət etdim və həmin müqavilələrin ləğv edilməsini tələb etdim. Lakin, bələdiyyə bildirdi ki, həmin şəxslər özləri gəlib müqaviləni ləğv etməlidirlər. Mən məcbur olub həmin şəxslərlə görüşdüm. Mənim yerimə saxta müqavilə bağlayan Rza və Natiq mənə bildirdilər ki, onların rəhbəri Şahin Əsgərovdur və o, “Foodcity Agropark” MMC -nin təmsilçisidir. Dedilər ki, ağıllı olum, yoxsa həmin adam məni yox edər. Mən bununla bağlı rayon polisinə, prokurorluğa müraciət etdim, onlar da bildirdilər ki, “Foodcity Agropark” MMC-nin təmsilçisinə bata bilməzlər, mən yuxarıdan adam tapmalıyam”.

Məmmədov deyir ki, ona kömək istəməsi üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Əfqan adlı əməkdaşının nömrəsini veriblər. Zəng edib dərdini deyəndən sonra isə Əfqan onu görüşmək üçün Bakıya, Nərimanov parkına dəvət edib.

“Yanvarın 12-si görüş yerinə gəlib, ona zəng etdim. Ətrafdan dörd-beş nəfər hücum edib, məni yerə yıxdılar. Qolumu arxadan bağlayıb, döyə-döyə BMCMİ-nə gətirdilər. Orada Şahin Əsgərova ilişdiyimi deyib, irad bildirilər. Döyməyə başladılar. Əllərim, ayaqlarım, başım, gözüm, bütün bədənim qan içində idi. Onlar Şahin Əsgərova görüntülü zəng etdilər, ona məni göstərib “Sənin xətrinə dəyən belə olmalıdır” dedilər. Daha sonra məni rəis kimi təqdim edilən Müzəffər Həsənovun yanına apardılar, o da dedi ki, narkotik vasitənin mənə məxsus olmasını etiraf edim, mən bunu etmədim. Daha da şiddətlə döyməyə başladılar, ancaq yenə dediklərin etmədim. Bundan sonra, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) 535-ci (Polis əməkdaşının qanuni əmrinə tabe olmama) maddələrilə protokol tərtib edib Nərimanov məhkəməsinə göndərdilər. Qanın içində idim. Orada hakim Gültəkin Əsədovaya işgəncə izlərimi göstərsəm də, hakim barəmdə 15 sutka inzibati həbs qərarı verdi. Guya küçədə ünvansız söyüş söyüb, polisin əmrinə tabe olmamışam”.

Rəşid Məmmədov deyir ki, məhkəmədə halı pisləşdiyi üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına aparılıb. Vəkilinə də təzyiq ediblər ki, həbsdən apellyasiya şikayəti verməsin.

Onun sözlərinə görə, 15 sutkalıq həbs müddəti bitdikdən sonra da BMCMİ ondan əl çəkməyib:

“15 sutkam tamam olanda məni buraxmadılar və oradan BMCMİ-yə gətirdilər. Orada rəsmiləşdirdilər ki, guya mən, Şahin Əsgərovun 7 adamından hədə-qorxu ilə pul tələb etmişəm, halbuki onların ifadələrindən başqa da işdə heç bir sübut yoxdur. Artıq 6 aya yaxındır ki, Şahin Əsgərov adlı şəxsin sifarişi ilə həbsdəyəm"- məktubda yazılıb.

Rəşid Məmmədov deyir ki, işgəncəyə məruz qalması ilə bağlı anası Gülər Məmmədova prokurorluğa müraciət etsə də, cinayət işi başlatmaqdan imtina olunub: “1 aprel 2023-cü tarixli, 344 saylı ekspertiza rəyi ilə müəyyən olundu ki, bədənimdə xəsarət izləri olub və bu izlərin yaranması dövrü həbs olunduğum dövrü əhatə edir, ancaq yenə Nərimanov Prokurorluğu cinayət işinin başlanmasını rədd etdi".

Rəşid Məmmədov məktubunun sonunda prezidentdən xahiş edib ki, ona qarşı ədalətsizliyə son qoyulmasına göstəriş versin.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib.

“Foodcity Agropark” MMC ilə əlaqə saxlamaq mümkün olmayıb.

Rəşid Məmmədov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. O, Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) ittiham olunur.

Yanvarın 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu müddətin 3 ay artırılması üçün BMCMİ Nərimanov rayon Məhkəməsinə müraciət edib.
/abzas.org/
 
Ardını oxu...
Azərbaycanda vəzifədə uğur qazanmaq üçün heç də həmişə savad gərək olmur. Bəzən savadsız da "irəli gedə” bilir. Yaxud bəzən savadlının başqa "bacarıqları” da karyerada yüksəlmək üçün vacib ola bilir. Məsələn, bir sıra şəxslər var ki, onların yüksək vəzifəyə gətirilməsi məhz müəyyən bacarıqlarının olmasından qaynaqlanır. Daha konkret desək, bu adamlar işlədiyi qurumlarda dövlət vəsaitlərinin mənimsənilməsində əsas fiqurlar olurlar. Onlar korrupsiya sxemini yaradır və onun həyata keçirilməsini təmin edir. Belələrinə mediada "qara kassa”, "kölgə adam” və s. kimi adlar qoyulur. Onlar adətən rəhbərlərin tapşırıqlarının icraçısı kimi tanınsalar da, öz maraqlarına xidmət etməyi də unutmurlar. Beləliklə, həm qazandırır, həm qazanırlar.

Adı indiyədək çox hallanmayan, lakin xeyli böyük korrupsiya əməllərinin şübhəlisi kimi tanınan şəxslərdən biri də bir neçə gün əvvəl Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsindən çıxarılan Leysan Məmmədovdur. AFN.az-a L.Məmmədovla bağlı məlumat verən mənbə bildirir ki, müavin vəzifəsindən getdikdən sonra yeni vəzifəsi onu çox gözlətməyib. Belə ki, L.Məmmədovun Qarabağda gedən tikinti işlərində nəzarətçi olacağı bildirilir. Bu barədə onun özü ilə söhbətimizdə də təkzib etmədi. O haqda bir qədər sonra.

Onun haqqında apardığımız araşdırma zamanı olduqca maraqlı faktlar üzə çıxartdıq. Bakı Baş Tikinti İdarəsinin Təmir-Tikinti İdarəsində fəhlə kimi işə başlayan L.Məmmədov burada rəngsaz, baş mexanik, iş icraçısı, tikinti ustası işləyib, nəhayət rəis vəzifəsinə qədər yüksəlib. Tikinti sahəsində bir sıra vəzifələrdə çalışan "qəhrəmanımız” 1996-cı ildə Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsinin nəzarət-təftiş idarəsində baş müfəttiş vəzifəsinə təyinat alıb.
Bir müddət burada işlədikdən sonra fəaliyyət sahəsini tamam fərqli sferaya dəyişib: 1998-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatında nəzarət şöbəsində əmək müfəttişi kimi çalışmağa başlayıb. Əmək Müfəttişliyində 8 ilə yaxın bas müfəttiş vəzifəsində işləyəndən sonra 2006-cı ildə başqa bir sahəyə keçib: Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə direktor müavini. Burada uzun müddət - 2009-cu ildən 2021-ci ilin yayına qədər direktor vəzifəsində işləyib. Elə onun haqqında danışan mənbəmiz bildirir ki, fəaliyyətinin ən "məhsuldar” dövrü də məhz burada çalışdığı illər olub.

Böyük obyektlərin böyük işləri Leysan Məmmədova həvalə edilib

Rəsmi məlumatlara inansaq, 2006-ci ildən başlayaraq vəzifədən çıxarılana qədər Leysan Məmmədovun bilavasitə rəhbərliyi altında respublikamızın əksər bölgələrində onlarla gözəl memarlıq nümunəsi olan olimpiya idman kompleksləri tikilərək gənclərin istifadəsinə verilib. Mənbəmiz bildirir ki, L.Məmmədovun GİN-dəki vəzifəsindən azad olunma tarixi və səbəbi heç yerdə açıqlanmır. Onun yüksək keyfiyyətlə tikib təhvil verdiyi bildirilən obyektlər sırasında Şəmkir, Hövsan, İsmayıllı, Şağan Olimpiya İdman Kompleksləri (2009-cu il); Ağdaş, Göyçay, Balakən OİK-ləri, Kür Avarçəkmə müəssisəsi (2010-cu il); Tovuz, İmişli, Sumqayıt, Qəbələ Olimpiya İdman Kompleksləri (2011-ci il); Astara OİK, Səadət Sarayının çox yüksək səviyyədə yenidən qurulması, Tofiq Bəhramov adına Stadionun yenidənqurma işləri (2012-ci il); Qobustan İdman zalı, Şirvan, Xaçmaz, Qax, Saatlı, Göygöl , Ağcabədi, Abşeron, Neftaçala, Goranboy, Tərtər, Lənkəran, Yardımlı, Yevlax rayonlarında və Qala qəsəbəsində Olimpiya İdman Komplekslərinin tikintiləri (2013-cü il); respublikamızın bölgələrində çoxlu sayda idman zalları, gənclər evləri, futbol meydançaları və digər idman obyektlərinin adları çəkilir.

Bakıda keçirilən Birinci Avropa Oyunları üçün tikilən bütün obyektlərə nəzarəti də Leysan Məmmədov həyata keçirib.

Mənbəmiz bizə təklif edir ki, internet məlumatlarını kənara qoyub L.Məmmədovun fəaliyyəti dövründə Hesablama Palatasının hesabatlarını araşdıraq. Biz də tənbəllik etmədən qurumun həmin illərə dair hesabatlarına göz gəzdirdik. Məlum olur ki, palatanın 2013-cü ildəki fəaliyyətinə dair hesabatında Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan büdcə vəsaitlərinin istifadəsində korrupsiya hallarına yol verildiyi əksini tapıb.

Məsələn, Daşkəsən rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə müəyyən tikinti-quraşdırma işləri yerinə yetirilir, lakin birdən-birə obyektin təyinatı dəyişdirilərək Gənclərin Təlim və İstirahət Mərkəzinə çevrilib. Tikinti işləri təzədən bu yöndə aparılır.

Hesablama Palatasının məlumatlarından aydın olur ki, 2 rayonda olimpiya kompleksinin tikintisi zamanı asfalt-beton işləri tamamlanmadığı halda bu obyektlər üzrə işlərin qəbulu haqqında akt bağlanıb. Bundan başqa, 5 rayonda olimpiya komplekslərinin tikilməsi prosesində bəzi inventar və avadanlıqlar obyektlərdə olmadığı halda qəbul aktlarına daxil edilib, 2 rayonda tikintisi başa çatmış kompleks istifadəyə verilsə də, dövlət qəbul komissiyasının aktlarının imzalanması bir ilədək gecikdirilib.Tikintisi başa çatmış 14 obyekt üzrə dövlət qəbul komissiyasının aktlarının başa çatdırılması tamamlanmayıb, 12 podratçı təşkilat üzrə kreditor borcun yaranmasına yol verilib.

Gənclər və İdman Nazirliyinin müvafiq dövrə aid məlumatına əsasən, 2012-ci ilədək ölkədə 33 OİK mövcud idi və onlardan 18-i istifadəyə tam hazır idi. Komplekslərdən 16-nı Gənclər və İdman Nazirliyi, 2-ni Qaçqınlarla İş üzrə Dövlət Komitəsi, 3-nü Milli Olimpiya Komitəsi, 12-ni isə müxtəlif özəl şirkətlər öz vəsaitləri hesabına tikib.

Ayrı-ayrı rayonlarda fərqli məbləğə tikilən OİK-lər...

Əsas məsələ isə ondan ibarətdir ki, L.Məmmədovun rəhbərliyi dövründə tikilən olimpiya idman kompleksləri ayrı-ayrı rayonlarda fərqli məbləğlərə başa gəlib. Məsələn, Sumqayıtda OİK-in tikintisinə 16 milyon manat, İmişlidə təxminən 13 milyon manat, Tovuzda, Göyçayda və Qəbələdə təxminən 12 milyon manat, İsmayıllıda 11,5 milyon, Ağdaş, Şağan və Hövsanda 10, 5 milyon, Şəmkir və Balakəndə 10 milyon, Biləsuvar və Kürdəmirdə 9,2 milyon, Füzuli və Oğuzda 8,5 milyon, Ağdamda 3,6 milyon, Sabirabadda isə 837 min manat vəsait xərclənib.

Bu obyektlərin bəzilərinin göstəriciləri bir-birinə çox yaxın olsa da, qiymətlər arasında ciddi fərq diqqəti cəlb edir. Məsələn, Sabirabadın Qalağayın kəndində tikilən komplekslə Göyçayda və Qəbələdə inşa olunan kompleksin tamaşaçı tutumu və infrastrukturu arasında cüzi fərq olmasına baxmayaraq, xərclənən vəsait arasında 12 dəfə fərq var. Bu o deməkdir ki, həmin OİK-lərin tikintisinə ayrılan vəsaitlərin ən azı 70-80 faizi mənimsənilib.

L.Məmmədovun fəaliyyət tarixçəsində fəxrlə vurğuladığı Avropa oyunları üçün obyektlərin tikintisinə rəhbərlik etməsidir. Avropa Oyunlarının keçirildiyi Su İdmanı Sarayının tikintisi 200 milyon manatdan çox, Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi 110 milyon manat, Avropa Oyunları Parkı 100 milyon manatdan bir qədər az məbləğə başa gəlib. Bu məbləğləri mərhum nazir Azad Rəhimov açıqlasa da, nazirliyin internet saytında bu məlumatlar yerləşdirilməyib.

Avropa Oyunlarından əldə edilən "gəlir”

Palatanın 2015-ci il büdcəsinin icrası haqda rəyində isə idman obyektlərinin tikintisinə xərclənən vəsaitlər haqda məlumat var. Məsələn, Su İdmanı Sarayının tikintisi - 20 milyon 499,7 min manata başa gəlib. Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması isə büdcədən 39 milyon 984,9 min manat aparıb. Avropa Oyunları Parkının tikintisi 8 milyon manata, BMX Velosipedi və Dağ Velosipedi yarışları üçün veloparkların tikintisi 7 milyon 648,0 min manata, Abşeron rayonunda Olimpiya İdman Kompleksinin tikintisi 597,9 min manata, Yardımlı rayonunda İdman Kompleksinin tikintisi 196,7 min manata başa gəlib.
Qurum açıqlayıb ki, 2015-ci ildə I Avropa oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilati işlərlə bağlı investisiya xərcləri 1 milyard 329 milyon 184,5 min manat təşkil edib.

Hesablama Palatası dövlət büdcəsinə dair rəyində bildirilir ki, 2017-ci ildə idman obyektlərinin tikintisinə dövlət əsaslı vəsait qoyuluşundan 330 milyon 300 min manat vəsait ayrılıb.

2018-ci ildə isə yeni idman obyektlərinin tikintisi və yarımçıq qalanlarda tikintinin tamamlanması üçün gələn ilin büdcəsindən 244 milyon manat vəsait ayrılıb.
2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşu xərc maddəsi üzrə idman obyektlərinin tikintisinə 202 milyon manat xərclənib.

Pandemiya dövründə davam edən "şıdırğı” tikinti prosesi

Pandemiya dövründə nəzərdə tutulan idman yarışlarının cüzi hissəsi keçirilsə də bu istiqamətdə ayrılan pulların hamısı L.Məmmədovun rəhbərlik etdiyi idarə tərəfindən xərclənib.

Hesablama Palatası Palata Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində 2020-ci ilin 20 oktyabrından 10 noyabrına qədər audit həyata keçirib. Audit seçilmiş obyektlərin tikintisinə başlanma tarixindən 01.10.2020-ci il tarixinədək olan dövrü əhatə edib.

Hazırlanan hesabata əsasən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsait hesabına tikintisi 2020-ci ildə başa çatmış 5 obyekt üzrə Nazirliyə ayrılmış 70 milyon 894,3 min manat vəsaitə qarşı 70 milyon 807,13 min manat maliyyələşmə və 70 milyon 786,6 min manat kassa xərci aparılıb. 2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşundan ayrılan 197 milyon 207,7 min manatın 19 milyon 608,0 min manatı Olimpiya İdman Komplekslərinin tikintisinə yönəldilib. Auditə cəlb edilən obyektlərin tikintisinə 2012-2013-cü illərdə başlanıb, 2020-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılsa da, sənədləşmələrin ilin sonuna yekunlaşdırılması nəzərdə tutulub.

Məlum olub ki, başa çatdırılmamış qoyuluşların həcmi iki dövrdə ayrı-ayrı göstərilib. Belə ki, bu rəqəmlər 31.12.2019-cu il tarixinə maliyyə hesabatlarına əsasən 71 milyon 727,8 min manat göstərilsə də, Palataya təqdim olunan 24.02.2019-cu il tarixli məlumatda 55 milyon 832,9 min manat qeyd edilib.

01.10.2020-ci il tarixinə ayrılmış 8 milyon 159,3 min manat nəzərə alınarsa, yarımçıq qalmış tikintilərin başa çatdırılması üçün 40 milyon 471,1 min manat vəsait tələb olunurdu.

Audit zamanı o da məlum olub ki, auditlə əhatə olunan obyektlər (Lənkəran, Yardımlı, Beyləqan, Tərtər rayonlarında və Bakı şəhərində tikilən OİK-lər-red.) üzrə buraxılış layihələrini növbəlilik üzrə ayrıca əks etdirməklə, illər üzrə yeni və keçid layihələrin təsdiq edilmiş titul siyahıları, keçid layihələr üzrə bağlanmış müqavilələrin surəti, investisiya qoyuluşunun texnoloji strukturu, o cümlədən smetaya daxil edilən avadanlıq və qurğular barədə, layihə və layihənin əsas texniki və iqtisadi parametrlərini müəyyənləşdirmək üçün layihə qabağı aparılmış araşdırmalar barədə məlumatlar Dövlət İnvestisiya Proqramına daxil edilmək üçün İqtisadiyyat Nazirliyinə təqdim edilməyib. Auditlə əhatə olunan beş obyekt üzrə sifarişçi tərəfindən hazırlanmış binanın əsas texniki iqtisadi göstəriciləri, memarlıq həlləri, mühəndisi və texnoloji avadanlıqlara dair tələblər Layihə tapşırıqlarına daxil edilməyib.

Bundan əlavə, Dövlət Statistika Komitəsinin məlumatına ("Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş vəsaitlərdən istifadə edilməsi”) əsasən, 2019-cu ildə əsas kapitala 19 milyon 608,1 min manat, Maliyyə Nazirliyinin təqdim etdiyi hesabata (19 nömrəli əlavə) əsasən 197 milyon 207,7 min manat, Nazirliyin təqdim etdiyi hesabata əsasən isə 20 milyon 292,0 min manat büdcə vəsaiti yönəldildiyi göstərilib.

OİK-lərin tikintisi zamanı yol verilən pozuntular rəsmi hesabatlarda

Şəhərlər üzrə OİK-lərin tikintisində baş verən pozuntular haqda da rəsmi sənədlərdə məlumatlar var. Məsələn, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə şəhər tikililərinin hüdudlarında yaşıllıq ərazilərin xüsusi çəkisinin 40 faizdən az olmamaq şərti ilə qəbul olunmasına baxmayaraq, obyektin Baş Planı üzrə yaşıllıq ərazisinin sahəsi 28,8 faiz qəbul edilib.

Tərtər Olimpiya İdman Kompleksinin tikintisində bu göstərici müvafiq olaraq 25 və 21,39 faizdir.

Aşkarlanan digər nöqsan tikintilərin layihə sənədlərində tikintidə istifadə ediləcək tikinti materiallarının spesifikasiyasının (təsnifat və xarakteristikası) göstərilməməsidir. Həmçinin oObyektlərin layihə-smeta sənədlərinin tərtibi zamanı layihə iş həcmlərinin və iş növlərinin smeta sənədlərinə artıq daxil edilməsi nəticəsində 534 min 148,48 manat fərqin yaranmasına yol verilib.

L.Məmmədovun rəhbərlik etdiyi idarə tərəfindən "Dövlət Satınalmaları haqqında” qanunun bəzi tələblərinə tam əməl edilməyərək satınalma müqavilələri bağlanıb. Məsələn, Tərtər Olimpiya İdman Kompleksinin tikintisi üzrə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən tikinti işlərinin yerinə yetirilməsi üçün bir mənbədən satınalma ilə bağlı müqavilənin bağlanmasına 28.02.2020-ci il tarixli məktubla razılıq verildiyi halda, podratçı təşkilatla 13.02.2020- ci il tarixində 645,7 min manat satınalma müqaviləsi bağlanıb. O cümlədən Lənkəran Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (iş və xidmətlərin) satınalınması təcili tələbatın yarandığı səbəb kimi göstərilərək 30.01.2018-ci il tarixində bir mənbədən satınalma metodları tətbiq edilməsinə razılıq alınsa da, podratçı təşkilatla 2018-ci ilin may ayının sonunda, yəni 4 aydan sonra 4 milyon 585,0 min manat dəyərində satınalma müqaviləsi bağlanıb.

L.Məmmədovun idarəsi ilə podratçı təşkilatlar arasında 4 obyekt üzrə bağlanmış 8 satınalma müqaviləsinin 14.3-cü bəndində nəzərdə tutulan müddətlərdə işlərin yerinə yetirilməsi gecikdirilib və müqavilənin xüsusi şərtlərinin 8.1-ci bəndinin tələblərinə uyğun gecikdirilmiş 3513 günə görə hər gün üçün 0,01 faiz həcmində 2 milyon 88 min 705,7 manat cərimə hesablanması təmin olunmayıb. Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə 3 halda gecikdirilmiş günlərin sayı 892, hesablanmalı cərimənin məbləği 323 min 68,4 manat, Lənkəran Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 2 halda 1584, hesablanmalı cərimənin məbləği 1 milyon 38 min 76,0 manat, Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 1 halda 358, hesablanmalı cərimənin məbləği 590 min 700,0 manat, Yardımlı Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 2 halda 679, hesablanmalı cərimənin məbləği 136 min 861,3 manat hesablanır.

Bundan əlavə, obyektlərin smeta sənədlərində qüvvədə olan tikinti norma və qaydaları ilə müəyyən edilən "Qiymətləndirici”lərin düzgün tətbiq edilməməsi nəticəsində 1 milyon 28 min 671,27 manat məbləğində qiymət fərqinin yaranmasına yol verilib, "İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək, podratçı təşkilatlara ƏDV ilə 415 min 572,57 manat məbləğində artıq vəsait ödənilib. Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 170 min 583,0 manat, Bakı şəhəri F.Xoyski prospekti 98A ünvanında yerləşən Respublika Olimpiya Mərkəzinin təmir obyekti üzrə 63 min 662,0 manat, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 165 min 540,0 manat, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 15 min 787,57 manat ödənilib.

Maliyyə vəsaitlərinin idarəedilməsi üzrə düzgün olmayan qərarların qəbul edilməsi nəticəsində Tərtər Olimpiya İdman Kompleksinin tikintisi layihəsi üzrə 2014-cü ilin dekabr ayından 2015-ci ilin iyul ayına qədər 554,5 min manat, 2015-ci ilin iyul ayından 2016-cı ilin fevral ayına qədər isə 356,6 min manat dövlət vəsaiti podratçı təşkilatın istifadəsində qalıb, digər podratçı təşkilata təqdim olunan "İşlərin qəbulu haqqında Akt”la (Forma №2) qəbul edilən işlərin dəyərindən artıq vəsait ödənilməsi səbəbindən 965,0 min manat debitor borcun yaranmasına yol verilib.

Audit zamanı o da üzə çıxarılıb ki, obyektlərin layihələri ilə smeta sənədlərində göstərilən iş həcmləri arasında 534 min 148,48 manat fərqin yaranmasına, "İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək podratçılara ƏDV ilə 415 min 572,57 manat məbləğində artıq vəsait ödənilməsi hallarına yol verilib.

Gənclər və İdman Nazirliyi niyə susub?

Audit qrupu tərəfindən aşkar edilmiş faktlara (nöqsan və uyğunsuzluqlara) Gənclər və İdman Nazirliyi tərəfindən təqdim olunan cavab məktubunda verilən izahatlara və yuxarıda göstərilənlərə əsasən qeyd etmək olar ki, dövlət büdcəsindən auditi aparılan obyektlərin tikintisinə və əsaslı təmirinə ayrılan vəsaitlərin istifadəsinin audit meyarları ilə müqayisədə əhəmiyyətli uyğunsuzluq halları mövcuddur.

Beləliklə, Hesablama Palatası L.Məmmədovun rəhbərliyi altında böyük məbləğdə pulların faktiki olaraq mənimsənilməsi faktını aşkara çıxarıb. Auditdən sonra L.Məmmədov tərəfindən "İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək podratçı təşkilatlara ƏDV ilə artıq ödənilmiş 415 min 572,57 manat məbləğində vəsait, Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə podratçı təşkilata artıq ödənilmiş 10 min 700,0 manat və Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə podratçı təşkilata artıq ödənilmiş 15 min 787,57 manat vəsait dövlət büdcəsinə qaytarılsa da, Palata Gənclər və İdman Nazirliyinin rəhbərliyinə tövsiyə malların (işlərin və xidmətlərin) satınalınması, eləcə də dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar fondlarından, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması ilə əlaqədar törədilmiş bəzi hüquqpozmalara görə müvafiq olaraq cinayət və inzibati məsuliyyətin müəyyən edilməsini tövsiyə edib. Lakin nazirlikdən hüquq-mühafizə orqanlarına hər hansı müraciət göndərilməyib.

2021-ci ilin aprelində A.Rəhimov vəfat edəndən dərhal sonra L.Məmmədov nazirlikdəki vəzifəsindən uzaqlaşdırılsa da, qısa müddətdən sonra Minatəmizləmə Agentliyinə aparat rəhbəri vəzifəsinə təyinat alıb. Mənbəmiz iddia edir ki, bu transferin səbəbi torpaqlarımızın işğaldan azad edilməsindən sonra illərlə davam edəcəyi gözlənilən aktiv minatəmizləmə prosesinin əsas aparıcı qüvvəsinin isə Minatəmizləmə Agentliyi olmasıdır. "Quruma həm büdcədən, həm də xarici yardımlar hesabına böyük məbləğdə pullar ayrılır və bu həcm getdikcə artacaq. L.Məmmədov burada rahat "işləyə” bilərdi”. Lakin bu dəfə o bacarmadı. Hesablama Palatasının auditorları L.Məmmədovu təzə vəzifəsinin başında daha tez "salamladılar”.

L.Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, bütün qeyd edilənlərlə bağlı aidiyyatı qurumlar araşdırma aparıblar və qərar verilib: "Əgər qərar mənim əleyhimə olsaydı, bugünkü gündə vəzifədə olmazdım. İndi də Qarabağda bir MMC-də nəzarətçi işləyəcəm".

P.S. Agentlikdə palatanın apardığı yoxlamalar, ortaya çıxan nöqsanlar, L.Məmmədovun ordan uzaqlaşması və sonrakı "karyerası” haqda növbəti yazımızda...

Mənbə: AFN.az
Ardını oxu...
Son illər körpələr evi-uşaq baxçalarında aparılan islahatlara baxmayaraq hələki problemlər qalmaqda davam edir.

"Azərbaycan Reallığı" xəbər verir ki, problemli baxçalardan biri də Binəqədi rayonunda yerləşən 266 saylı körpələr evi-uşaq baxçasıdır. Fəridə Yunusovanın rəhbərlik etdiyi baxçanın ştat cədvəlində 53 adamın çalışdığı deyilsə də, əslində işə 15-20 adam gəlir.

Məlumata görə Fəridə Yunusova uşaq baxçasını şəxsi obyektinə çevirməklə adı olub özü olmayan işçilərin əmək haqqlarından hər ay xeyli miqdarda vəsait əldə edir. Bundan başqa hər ay baxçaya gələn uşaqların valideynlərindən 80-150 manat arasında pul alındığı bildirilir.

Qeyd edək ki, Fəridə Yunusova Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sabiq rəis əvəzi Eldar Yunusovun qızıdır. 266 saylı körpələr evi-uşaq baxçasına müdiri vəzifəsinə də məha atası Eldar Yunusovun dövründə təyin edilib.

Fəridə Yunusova 2017-ci ildən 266 saylı körpələr evi-uşaq baxçasına rəhbərlik edir. Xanım Yunusovanın rəhbərlik etdiyi uşaq baxçası ilə bağlı yayılan məlumatlarda bildirilir ki, 266 saylı körpələr evi-uşaq baxçasının ştat cədvəlində 53 adamın çalışdığı deyilsə də, əslində işə 15-20 adam gəlir.

Atasına arxalanan Fəridə Yunusova uşaq baxçasını şəxsi obyektinə çevirərək adı olub özü olmayan işçilərin əmək haqqlarından hər ay xeyli miqdarda vəsait əldə edir.
 
Ardını oxu...
Kapitalizmin vəhşi qanunları ilə yaşayan Azərbaycanda son zamanlar nüfuzlu bankirlər, yerli oliqarxlar öz havadarlarına arxalanaraq xeyli harınlamışlar.Azərbaycan Sahibkarlar konfederasiyasının sədri Musayev Məmməd Qurban oğlu uzun illər Azərbaycanda fəaliyyət göstərən, keyfiyyətli tibbi xidməti ilə tanınan “Türk-Amerikan” klinikasını almış, əvvəlki direktoru qovmuş, klinikanı tamamilə dağıtmağa başlamışdır.Klinikaya öz qızını direktor təyin etmiş, işçilərin bir çoxunu, şəxsən mənim özümü qeyri-qanuni olaraq işdən azad etmişdir.Mən həmin klinikada həkim-psixiatr vəzifəsində işləyirdim.Özü qanunsuz əməllərlə məşğul olan , əvvəllər haqqında bir-neçə dəfə cinayət işi qaldırılmış , “Şapka Məmməd” adı ilə məşhur olan bu adam işçilərdən qanun tələb etməyə başlamışdır.Mənim həkimlik sertifikatımın vaxtının keçdiyini bəhanə edərək , məni işdən azad etmişdir. Halbuki , mən həmin klinikaya işə götürüləndə də , mənim Azərbaycan sertifikatımın vaxtı keçmiş idi, lakin mən həmin klinikaya işə girəndə Rusiya Federasiyasında aldığım sertifikatları təqdim etmişdim. Yeri gəlmişkən, qeyd edim ki, mən psixiatriya üzrə Rusiyada fundamental hazırlıq keçmiş həkim-psixiatram, 15 ilə qədər müddətdə Rusiyada məcburi müalicə psixiatrik xəstəxanalarında ağır xəstələrlə işləmişəm, lakin hal-hazırda Azərbaycanda heç kimə lazım deyiləm. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində rüşvətsiz sertifikat almaq mümkün deyildir, bunu Məmmədin qızı, ixtisasca həkim olan, hal-hazırda klinikaya rəhbərlik edən Xuraman da demişdir, mən işdən çıxmaq üçün ərizə yazmaq istəmirdim, lakin klinikanın mühasibi və kadr işləri üzrə əməkdaşı Seyrə mənə bildirdi ki, məni onsuz da fiziki olaraq klinikaya buraxmayacaqlar, və mən ərizə yazmaqdan imtina etsəm , bu “Məmmədin xoşuna gəlməyəcək, Məmməd adi adam deyil, ətrafında Killerlər dəstəsi saxlayır, səni də məhv edər”.Bu hədə-qorxulardan və klinikada yaranmış vəziyyətdən belə aydın olurdu ki, orada işləmək mümkün olmayacaq.Məmməd və Xuraman həkimlərin maaş kartlarını özlərində saxlayıb, həmin kartlarla nə dələduzluqlar etdikləri məlum deyil.İşçinin maaş kartı özündə olmalıdır.Bunlar isə kartları alıb özlərində saxlayırdılar.Klinikada həkimlərin qəbulu üçün otaq çatmadığı bir vaxtda Xuraman böyük bir otağı təmir etdirib, özünə əyləncə otağı düzəltmişdir.Mənim işdən çıxarkən qanunla almalı olduğum çıxarış vəsaitini mənə verməyiblər.Bəs bu pulu mənə kim verməlidir? Klinikada sığorta ilə gələn xəstələrə xidmət göstərilmir, “Pulsuz, xeyirsiz xəstələrdir” deyib başdansovdu yanaşılır. Klinikada həkim-terapevtin otağı axşam saat 20.00-dan sonra intim əlaqələr üçün görüş otağı kimi istifadə olunur. Mən Xuramandan çıxarış vəsaiti tələb etdikdə, o, mənim ağzımı yummaq üçün yalandan mənə söz verdi ki, mənə sertifikat almaqda kömək göstərəcək, başqa klinikaya işə düzəldəcək, lakin mən kifayət qədər həyat təcrübəsi olan bir insan kimi bu sözlərin hamısının yalan olduğunu bilirdim.”Mən Səhiyyə Nazirliyinə 7000 man pul verib , sənə sertifikat alacağam, pulsuz mümkün deyil”-bu Xuramanın sözləridir.Bir qədər sonra mənə işçilərin birisi vasitəsilə çatdırdı ki, “sertifikat üçün Səhiyyə nazirliyi 17000 man pul istəyir, mən onu verə bilməyəcəm, çox baha oldu””-bu Xuramanın sözləridir.
Azərbaycanda Səhiyyə Nazirliyi bütün səhiyyə sistemini tam nəzarətsiz buraxmışdır.Özəl klinikalar indi də bankirlər tərəfindən alınıb-satılır, Səhyyə sistemində rüşvət tüğyan edir, həkim sertifikatları pulla satılır.Həkimlərin və xəstələrin taleyini heç kəs fikirləşmir.Səhiyyə “Şapka Məmməd” kimi insanların ümidinə qalmışdır.
Həkim-psixiatr Abdulla Şıxlinski.
Teref.az
Ardını oxu...
İnsanlarmı dəyişib, zamanəmi dəyişib, yoxsa həqiqətən pul bir çox səlahiyyət sahiblərini insanlıqdan çıxarıb... bəlli deyil.

Bütün dünyanın insan alverinə qarşı mübarizə apardığı və hələ də tam nəticə əldə edə bilmədiyi bir zamanda bəzi dövlət qurumlarında çalışan bəzi məmurlar bunu fərqli formada, özü də ssxta hazırlanmış "qanuni" sənədlər əsasında həyata keçirirlər.

Məsələn, xatırlayırsınızsa, təqribən iki il əvvəl Beyləqan rayonundan bir qrup vətəndaş "DogruXeber.az" redaksiyasına məktubla müraciət etmişdi. Həmin məktubda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Əlsafa Məmmədovun ikinci vətən müharibəsi zamanı müəyyən məbləğ qarşılığında sağlam şəxsləri səfərbərlikdən (ümumiyyətlə hərbi xidmətdən) yayındırmasına, pul verməyən şəxsləri isə tam sağlam olmasa belə hərbi xidmətə göndərməsinə narazılıq bildirilirdi.

Biz bu barədə dəfələrlə məlumatlar yayımladıq və aidiyyatı qurumlara müraciətlər göndərdik. Xidmətin rəhbəri olan Arzu Rəhimovla qohumluğu ilə fəxr etdiyi deyilən Əlsafa Məmmədovun məlumatları dayandırmaq üçün gah hədə-qorxu gəlməyinə, gah minnətçilər göndərməsinə baxmayaraq, biz onun əməllərini ifşa etdik.

Arzu Rəhimov da baxdı ki, "vəziyyət gərgindir" "qohumu deşifrə olunub", Əlsafa Məmmədovu tutduğu vəzifədən azad etdi. Amma, sonra da işsiz qalmasına qıymayıb, onu Sabirabad rayonuna eyni vəzifəyə təyin etdi.

Amma, onu da qeyd edək ki, bu məlumatlar bizdə dərc edildiyi zamanlar sosial şəbəkələrdə məlumatların şərh bölməsində vətəndaşlar, "hər yerdə belədir" sözlərini yazırdılar. Cəlilabad rayon sakinləri tərəfindən "DogruXeber.az" redaksiyasına daxil olan aşağıda qeyd edəcəyimiz məlumatlar, vətəndaşların "hər yerdə belədir " ifadəsinin həqiqət olduğuna əminliyi artırır.

Belə ki, yerli sakinlərin sözlərinə görə SHXÇDX-nin Cəlilabad rayon şöbəsi 6-8 min manat arasında dəyişən məbləğ qarşılığında əsgərlik yaşı çatmış şəxsləri saxta "hərbiyə yararsız" sənədilə hərbidən yayındırır. Bundan əlavə, bildirilir ki, burada Azərbaycanda yaşamadığı halda 500 (beş yüz) manat ödənişlə komissiyadan keçmək də mümkündür ki, bu da həyata keçirilir. Özü də sakinlərin iddiasına görə bu proses illərdir ki, davam edir.
Onların sözlərinə görə "pul yığmaq işinə Mahir Əkbərov baxır".

Mahir Əkbərov kimdir?

Bizə verilən məlumata görə, SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Vüsal Həsənovun "sağ əli" olduğu deyilən bu şəxs - yəni, Mahir Əkbərov səfərbərlik bölməsinin (el arasında çağırış bölməsi deyirlər) zabitdir.

Ardını oxu...
Mahir Əkbərov

Ardını oxu...
Vüsal Həsənov

Görünür, ixtisasca tarix müəllimi olan, tikinti sektorunda fəhləlikdən prorablığa qədər yüksələn Mahir Əkbərov ya fərasəti, ya da hər hansı bir "himayədarı" sayəsində Hərbi komissarlıqda da özünəməxsus yer tutmağı bacarıb ki, xidmətin Cəlilabad rayon şöbəsi üzrə işçi heyyətinin çox hissəsi yeniləri ilə əvəz olunsa da, o öz postunu əlində saxlayıb.

Yeri gəlmişkən, bütün bu məlumatlarla bağlı Mahir Əkbərovun da mövqeyini öyrənmək məqsədilə ona zəng etdik. Daxil olan məlumatları diqqətinə çatdırdıqda, Mahir Əkbərov çox aqressiv şəkildə və "dili topuq vura-vura", - "Qardaş, boş söhbətdir, mən vobşe bu barədə sizinlə danışmalı deyiləm. Yoxe siz mənə telefonda niyə zəng etmisiniz?" - deyə, gah cavab, gah sual verdi.

Sual verdik, - "Bəs harda zəng edək? "

Cavabında Dövlət qurumunun səlahiyyətli əməkdaşı Mahir Əkbərov telefonu söndürdü.

Eynilə Beyləqan rayonundakı Əlsafa Məmmədovun etdiyi kimi. O da deyirdi, "rəhbərliklə əlaqə saxlayın". Yəni, "rəhbərliyin də xəbəri var".

Görünür bu kimi hallar təkcə biza yeni xəbər kimi görünür. Mahir Əkbərovun da "telefonda niyə zəng etmisiniz" deməsindən belə çıxır ki, "özbaşına iş görməyib". Halbuki, biz sadəcə onun münasibətini öyrənmək istəyirdik. Təkzib də edə bilərdi və "DogruXeber.az" olaraq hər zamankı kimi onun da mövqeyini olduğu kimi dərc edə bilərdik. Elə indi də olduğu kimi dərc etdik.

Yeri gəlmişkən, məlumatlar barəsində tərəfimizdən Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimova və Cəlilabad rayon prokurorluğuna rəsmi müraciətlər göndərilib.

Mövzuya qayıdacağıq və növbəti yayımlarımızda SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin ənənəvi olaraq, "yastıpəncəlik'" diaqnozu verdiyi "hərbiyə yararsız' şəxslərin bir neçəsinin adlarını təqdim edəcəyik.

Bizi izləyin!

DogruXeber.az
Jalə Asiman
Ardını oxu...
Hüquq və İnsan Haqları İnstitutu"nun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə özü kobud şəkildə əməkdaşlarının hüququnu pozur. İnstitun görkəmli alimləri işdən uzaqıaşdırılır adi dissertantlar şöbə müdiri təyin olunur. Bu özbaşnılığa və hüquq pozuntusuna məruz qalmış alim Şəlalə Həsənova müraciət edərək qeyd edib.

"Azərbaycan Reallığı" sözü gedən şikayəti olduğu şəkildə təqdim edir.

Mən Şəlalə Şakir qızı Həsənova 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 2005-ci ildə «Azərbaycan Respublikasının yeni cinayət məcəlləsi üzrə yetkinlik yaşına çatmayanların məsuliyyətdən azad edilməsinin problem məsələləri» adlı hüquq üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş, 04 iyul 2006-cı ildə hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsini təsdiq edən diplom almışam. 03 iyul 2013-cü il tarixdə mənə dosent elmi adı verilmişdir.

2005-ci ildən 12.06.2008-ci il tarixinə kimi AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda «Cinayət hüququ və cinayət prosesi» şöbəsində böyük elmi işçi və 17 yanvar 2020-ci ildən 31 dekabr 2022-ci ilədək AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləmişəm.

«İqtisadi fəaliyyət sahəsində olan cinayətlərlə mübarizənin cinayət hüquqi və kriminoloji problemləri (nəzəriyyə və praktika)» mövzusunda doktorluq dissertasiyam 05 aprel 2007-ci il tarixdə İnstitutun Elmi Şurasında təsdiq edilmişdir. Hazırda həmin mövzu üzrə tədqiqatlarımı davam etdirirəm.

Beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda iştirak edirəm, elmi məqalələrim xaricdə və ölkə daxilində bir sıra nüfuzlu jurnallarda dərc edilir. 54 elmi məqalənin və iki monoqrafiyanın müəllifiyəm.

Naxçıvan, Qərb, Qafqaz və Azərbaycan Dövlət Pedaqoji Universitetlərində 20 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olmuşam. Azərbaycan Jurnalıstlər Birliyinin üzvüyəm.

Qafqaz Universitetinin Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər və Politologiya fakültələrində bakalavr və magistr pillələri üzrə buraxılış işi müdafiələrinin sədri olmuşam.

AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun nəzdində yaradılmış birdəfəlik Dissertasiya Şurasının elmi katibi, daha sonra isə həmin İnstitutda 22 iyun 2009-cu il tarixli 152 saylı əmrə əsasən fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, həmçinin «Gənc alimlər» şurasının sədr müavini olmuşam. Hazırda hüquq üzrə fəlsəfə doktoru hazırlığı üzrə bir dissertanta elmi rəhbərliyi həyata keçirirəm.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar İdarəsi Tədris Mərkəzində keçirilən ixtisasartırma kurslarında dəfələrlə təlim keçirmişəm.

18 mart 2009-cu il tarixində keçirilən referendumda «Zəka» təşviqat qrupunun vəkili olaraq təbliğat işləri ilə məşğul olmuşam.

14.08.2015-ildən Rusiya Federasiyasının Kriminalistlər və Kriminoloqlar İttifaqının üzvü olmuşam.

05 yanvar 2023-cü ildən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tabeliyində Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin “Hüquqi tədqiqat” şöbəsində hüquq tədqiqatçısı vəzifəsində çalışırdım.

Cari ilin yanvar ayında “Hüquqi tədqiqat” şöbəsinin əməkdaşı Fərid Ələkbərov şöbədə təlim keçirirdi. Təlimdə İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov da iştirak edirdi. İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin əməkdaşı İsmayıl Musayev bizim təlimdə iştirak edirdi. Dəfələrlə təkidlə ingilis dilini yaxşı bilməyən əməkdaşlara tapşırıq verilməsin, onlar “HUDOC” platformasında işləyə bilməzlər deyirdi və onu Qələndər İsbəndiyarov da dəstəkləyirdi. Onun təkidi məni özümdən çıxardı.

“Ay oğlum mən alim olanda siz bağcaya gedirdiniz. Mənim də sizin yaşlarda oğlum var. (İsmayil Musayevin iddia etdiyi kimi onu təhqir etdiyimi hesab etmirəm. Çünki mənim 22 yaşında oğlum var). Mənim nəyi bilib, nəyi bilmədiyimi siz hardan bilə bilərsiniz” deyərək etiraz etdim. Etirazlarıma ingilis dilini mükəmməl bilmədiyi üçün institutun keçmiş əməkdaşı Sevinc Hüseynova da qoşuldu. Təlimin gedişində Günay Əliyeva və h.e.d. Səidə Həsənzadə mənə baxaraq, dəfələrlə qeybət edib gülürdülər.

Günay Əliyevaya nəyə güldüklərini soruşanda böyük səs-küylə üzərimə gəldi və hər ikimiz töhmət aldıq. Təəssüflər olsun ki, bu hadisənin əsas səbəbkarları olan İsmayıl Musayev və Qələndər İsbəndiyarov barədə heç bir tədbir görülmədi.

Carı ilin mart ayında institutun keçmiş əməkdaşı Sevinc Hüseynova, Qələndər İsbəndiyarov və Fərid Ələkbərov arasında mübahisə oldu. Sevinc Hüseynova həmin ərəfədə mənə yaxınlaşaraq Qələndər İsbəndiyarovun mənim barəmdə və Səidə Həsənzadəyə yaxınlaşaraq yoldaşı barədə nalayiq ifadələr işlətdiyini söylədi.

İnstitutun kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyev məni yanına çağıraraq “töhmətin var, çalış bu məsələlərdən üzaq dur” dedi. Mən İsaməddin Xamoyevin “uzaq dur” dediyinə görə haqqımda nalayiq ifadələr işlədən Qələndər İsbəndiyarov haqqında izahat yazmadım. Qələndər İsbəndiyarov müqavilələr bağlanılan zaman dəfələrlə İnstitutun İdarə Heyətinin sədrinə zəng edib müddətsiz müqavilə bağlanması üçün təhdidlər edirdi.

İnstitutun İdarə Heyətinin sədrini və sənədlərlə iş şöbəsinin rəisi Klavdiya Qəmbərovanı nalayiq ifadələrlə təhqir edirdi. Məhz bunun nəticəsində institutda işləyən alimlik dərəcəsi olan işçilərlə deyil, yalnız Qələndər İsbəndiyarovla müddətsiz müqavilə bağlanıldı.

Aprel ayının 5-i sınaq müddəti başa çatdı. İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə iclasda 5 nəfərlə sınaq müddəti ilə bağlı təkbətək görüş keçiriləcəyini söylədi.

Buna baxmayaraq töhmət alanlardan heç biri ilə təklikdə görüş keçirilmədi. İnstitutun İdarə Heyəti sədrinin köməkçisi Cəmilə Əbusətova şöbəyə zəng edərək mənə könfrans zalına qalxmağımı söylədi. Konfrans zalında məni kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyev gözləyirdi.

İsaməddin Xamoyev mənə “mən bu məsələni Klavdiya Qəmbərova və Samirə Qaramollayevanın yanında danışa bilərdim. İstəmədim kimsə bilsin. Siz də çıxanda şöbədə məlumat verməyin.

Şəlalə xanım Sevinc söhbətində adınız hallanır, bu məsələni necə edək, necə düşünürsüz” söylədi. “Rəhbərlik bu qənaətə gəlib, siz yazırsız, rəhbərlik yazsa istənilən halda maddə ilə əsaslandıra bilər”. Mən böyük bir təəccüblə o məsələləyə qarışmadığımı, izahat yazmadığımı, İdarə Heyətinin sədri ilə görüşmək istədiyimi söylədim. İnstitut rəhbəri ilə görüşdüm.

Ona əmrimiz veriləndən institutun nüfuzunu yüksəltmək üçün iki hüquq elmlər doktoru Kamran Behbudov və Fərhad Mehdiyevi dəvət edərək yüksək səviyyədə beş təlim təşkil etdiyimi söylədim. (Mənə görə təlimlər tamamilə təmənnasız keçirilirdi).

Gördüyüm bütün işlərin (Keçirdiyim təqdimatın, hazırladığım hüquqi rəylərin, Avropa Insan Hüquqları Məhkəməsinin qərarları üzrə məlumatların) hamı tərəfindən bəyənildiyini söylədim. İnstitutun rəhbəri tək kəlmə belə kəsmədi. Xidməti otağından çixanda “Ramazan ayıdı, oruc tutmuşam. Haqsızlıq etməyin, övladlarınızın qarşısına çıxa bilər” dedim.

Şöbəyə düşərək şok vəziyyətində başıma gələnləri danışdım. İşdən çıxıb evə gedəndə Samirə Qaramollayeva (05 aprel 2023, saat 17:14, telefonun tarixcəsində öz əksini tapır) mənə zəng etdi.

“İsaməddin müəllim zəng edir niyə cavab vermirsiz” söylədi. Mən başıma gələnləri yolda yoldaşıma danışdığımı, zəngini eşitmədiyimi söylədim. “Sizinlə danışmaq istəyir. Məndən sonra zəng edəcək cavab verin” söylədi. Zəng etdi, cavab verdim. Bu dəfə də mənə “10 gün, 1 ay, 2 ay, iş tapana kimi möhlət istəyə bilərdiz, Səhər gəlin danışaq” (05 aprel 2023, saat 17:15, telefonun tarixcəsində öz əksini tapır) söylədi.

Səhər gəlib görüşəndə “möhlət istəmədiyimi, həyat yoldaşımla əşyalarımı götürməyə gəldiyimizi” söylədim. Dəfələrlə sakitləşim, qalıb işləyim deyə israr etdi. Qarşıda attestasiya olacağını söylədi.

12 aprel 2023-cü il tarixində güya Fərid Ələkbərov mənim haqqımda şikayət edib. Nə üçünsə bu şikayəti mənə 14 aprel 2023-cü il tarixdə təqdim etdilər və bu məsələnin araşdırılacağını, adları çəkilən bütün şöbə əməkdaşlarının izahatlarının alınacağının gələn həftə baş tutacağını söylədilər. 17 aprel 2023-ci il tarixində kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyevə yaxınlaşaraq bu şikayətin qərəzli olduğunu, ikinci töhmət üçün hazırlandığını yəqin etdiyimi və əmrimin verilib, əmək kitabçama söylədiyi naməlum maddənin yazılmasını istədim.

Məni əməkdaşların yanında “qanmaz” adlandırıb təhqir etdi. İşdən azad olunmaq haqqında söhbətin olmadığını söylədi. Təsadüfən növbəti gedişimdə İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova gəldi. İsaməddin Xamoyev işdən azad olunmağım barədə şöhbətin böhtan olduğunu söylədi. (Az öncə söylədiyim kimi telefon danışıqları, İdarə Heyətinin sədri ilə görüşüm sübutdur)

Bu şikayətin qurma olduğunu, öz xahişimlə işdən çıxmadığım üçün əvvəlcədən planlaşdırıldığını düşünürəm. Çünki bir neçə ay öncə Fərid Ələkbərov institutun keçmiş rəhbəri Aytən İnqlab qızı Mustafazadə haqqında “mənə desəydi mən Esmira Orucovanın Əmək Məcəlləsinin bir sıra maddələri ilə qovulmasına kömək edərdim” demişdi. Dediyi məzmunda şikayət mənim üçün hazırlanıb.

Mənim üçün növbəti töhmətin hazırlanacağını yəqin edib Azərbaycan Respublikasının Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə müraciət edib (Bilet №A-0134) məlumat verdim. Mənə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimovla görüşün altı ay ərzində ola biləcəyini, ilkin qayda olaraq Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyevə və Gündüz Kərimova məktubla müraciət etməli olduğumu söylədilər.

Baş verən haqsızlıqlarla bağlı güclü stres keçirdim. Qeydiyyatda olduğum Sumqayıt şəhər, 8-ci miktorayonda yerləşən Poliklinikaya müraciət etdim, hipertonik kriz diaqnozu ilə üç gün müalicə olundum. Vəziyyətim nisbətən normallaşdıqdan sonra bülletenlə işə qayıtdım.

Mərkəz digər bir binaya köçdükdən sonra, mənə rəhbərliyin qərarı ilə otağımı dəyişməyi söylədilər və məni İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədovun otağına köçürdülər. Araz Abdullasoy çalışdığım “Hüquqi tədqiqat” şöbəsinə müdir təyin olunub, şöbənin ilk iclasını keçirən zaman bu günə qədər şöbədə xoşagəlməz nə baş veribsə keçmişdə qalmasını xahiş etdi.

Fərid Ələkbərov adımı çəkmədən “o adamla axıra kimi varam. Mübarızəmi davam etdirəcəyəm” söylədi. İsaməddin Xamoyevə yaxınlaşaraq iş ahəngi pozulmasın deyə günahim olmasa da öz istəyimlə Fərid Ələkbərova şifahi üzrxahlıq etməyə razı olduğumu söylədim.

16.05.2023-cü il tarixdə İsaməddin Xamoyev iş otağıma yaxınlaşaraq məni Fərid Ələkbərovun otağına dəvət etdi və Fərid Ələkbərova üzrxahlıq etmək istədiyimi söylədi.

Fərid Ələkbərov üzrxahlıq qəbul etmədiyini və mübarizəsini dava etdirmək istədiyini söylədi. Fərid Ələkbərovun bu haqsızlıqlarına son qoyulsun deyə institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ilə görüşmək istədim, köməkçisi Cəmilə Əbusətova hər zamankı kimi hazırda məni qəbul edə bilməyəcəyini söylədi. İsrarla içəri daxil oldum.

Qarğış etmədiyim halda Məhəmməd Quluzadə ayağa qalxaraq “uşaqlarıma qarğış etmisən deyərək” əl-qol hərəkətləri ilə məni otaqdan qovdu. Məni hər gün stres vəziyyətinə salmaları və alçaltmalarına dözməyərək Məhəmməd Quluzadəyə Prezident Aparatına şikayyət edəcəyimi söylədim. Cavabında “Get hara istəyirsən de” söylədi.

Məlum hadisələrdən sonra institutda dəfələrlə haqsızlığa uğramışam. Avropa Insan Hüquqları Məhkəməsinin otuz iki qərarı üzrə kompleks məlumatları hazırlamağıma baxmayaraq təlimə dəvət almadım. Institutda keçirilən təlimə bu qərarlarla bağlı heç bir tapşırıq icra etməyən bakalavr təhsilli hüquq redaktoru Günay Əliyeva, bu qərarlarla bağlı heç bir iş təqdim olunmayan Səidə Həsənzadə dəvət alıb iştirak etdilər.

Dəfələrlə məqalələrim dərc olunsa da institutun internet saytında paylaşılmasına rəhbərlik icazə vermədi. Nə üçün yuxarıda qeyd etdiyim əməkdaşlar dəfələrlə təhdid, təhqir etdikləri halda (rəhbərliyin məlumatı var, nə üçün bəs onlarla qarşı tədbir görülmür sualını verdiyimdə, görüləcək cavabı verilsədə, heç bir tədbir görülmür) təlimlərdə iştirak edir, məqalələri dərc olunur.

Fərid Ələkbərov ixtisasca hüquqşünas deyil. Necə olur ki, Hüquq və İnsan Haqları Institutunda Hüquqi Tədqiqat şöbəsində Hüquq tədqiqatçısı vəzifəsində çalışır.

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikası Prezidentinin 19 may 2022-ci il 1685 saylı fərmanına əsasən “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin tabeliyində olan “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir. Belə olan halda AMEA Hüquq və İnsan Haqları İnstitutunda müddətsiz əmək müqaviləsi ilə işləyən alimlik dərəcəsi olan əməkdaşlar hansı əsasla sınaq müddəti ilə işə götürülür.

Bundan əlavə Məhəmməd Quluzadə hansı maraqlara görəsə görkəmli alimləri səbəbsiz işdən çıxarır,dissertantları şöbə müdiri təyin edir.Məsələn dissertant Araz Abdullasoyu çalışdığım Hüquqi tədqiqat şöbəsinə müdir təyin etmişdi.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi”nin tabeliyində olan “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin olunandan əməkdaşların böyük əksəriyyəti məcbur edilib öz xahişi ilə işdən azad olunub. Onların bir qismi qanunsuz, əsassız olaraq, müddətsiz müqavilə bağlamalı olduğu halda işdən azad edilir. Digər qismi isə stresli iş rejimindən bezərək işdən gedirlər.

İnstitutun əməkdaşlarından Elvira Kazımova, Aygün Əliyeva rəhbərliyin təziqi altında öz xahişi ilə işdən azad edilmələri barədə ərizə yazmağa məcbur edilənlərdəndirlər. Elvira Kazımovanın şikayəti əsasında məkhəməsi 18.05.2023-cu il tarixində keçiriləcəkdir. Hər bir halda hamıya öz xahişi ilə getməsi barədə ərizə yazdırılır.

Yaxşı, stressiz iş yerindən, düzgün idarə edilən təşkilatdan dörd ay ərzində əməkdaşlar nə üçün getməlidir?

İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədovun, İdarə Heyətinin sədr müavini Natavan Rüstəmovanın, kadrlar şöbəsinin rəisi İsaməddin Xamoyevin heç birinin idarəçilik qabiliyyəti yoxdur. Bu insanlar yalnız izahat və töhmət işi ilə məşğuldurlar. Mən pis işçiyəmsə 18 il elmi və pedoqoji fəaliyyətim döründə nə üçün hətta şifahi xəbərdarlıq belə almamışam?

Şəhid və qazi ailələrinə, təhsil haqqını ödəyə bilməyən tələbələrə imkanım daxilində köməklik edirəm.

Rəhbərliyin davamlı təzyiqlərinə məruz qaldığım üçün, eyni zamanda qanuna zidd olaraq işdən azad olunmağım barədə əmr verilməmiş mənim institutun binasına buraxılmamağım barədə götəriş verildiyinə görə və əmək kitabçama hər hansı bir əsassız maddə ilə ləkə düşməsin deyə məcbur qalıb 17.05.2023-cü il tarixində mən də məcburən işdən azad olunmağım barədə başqa məcbur qalanlar kimi öz xahişimlə ərizə yazdım.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq
 
Ardını oxu...
Kardiologiya inistutu ilə bağlı Səhiyyə naziri Teymur Musayevi susduran "səbəblər”, yaxud da rənglər...

Səhiyyə sistemində nazirlər dəyişsə də, təbiblər yenilənsə də,islahatlar aparılsa da, yer yerindən oynasa da toxunulmaz olan, nə vəzifəsi, nə də ki, fəaliyyəti dəyişməyən, zamana və nazirlərə meydan oxuyan kadrlar hələ də qalır. Sabirin "millət necə tarac olur-olsun nə işim var” prinsipi ilə ancaq öz şəxsi maraqlarını, ambisiyalarını təmin edən belələrinə qarşı sanki sanki ölkə qanunları da keçərsizdir.

MiliYol xəbər verir ki, belə toxunulmaz şəxslərdən biri də bütün nazirlərin ürəyini ram edə bilən C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovadır. Keçmiş səhiyyə naziri O.Şirəliyevlə qohumluq əlaqələrinə güvənərək böyük bir elm-səhiyyə ocağını məhvə sürükləyən G.Dadaşova bu gün də eyni ampuladadır. Görünür toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi nazirlərin yerini dəyişəndə də G.Dadaşova üçünn fərq eləmir.

Xatırlatmaq yerinə düşər ki, ölkənin bir nömrəli kardioloqu adını alan G.Dadaşova bu vəzifəyə keçmiş nazir O. Şirəliyevlə olan qudalığın "şirinliyi” olaraq təyinat almışdı. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyev oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu qudası da "Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə keçmiş nazir özü istəməsə də "Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalmış və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu açılmışdı.

Verilən məlumatlara görə Kardeologiya institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra narazılıqlar kütlıvi artmış qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Nəticədə Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub.

İcbari tibbi sığortanın tətbiqindən sonra vəziyyətin dəyişəcəyinə ümid bəsləyənlər isə yenə də yanılıblar. Belə ki, pulsuz səhiyyə xidmətləri göstərilməli olan Kardiologiya institutunda qiymətlər bir az da bahalaşıb.

Nahaqdan deyil ki, Səhiyyə nazirliyində hələ də onu ciddi şəkildə müdafiə edən qüvvələr var. Məhz bu arxayınçılıq G.Dadaşovaya bu qədər özgüvən,əminlik verir. Əks təqdirdə bir elm-səhiyyə ocağını bu qədər amansızcasına məhv etmək olmazdı.

Görünür Səhiyyə naziri Teymur Musayevi də susduran "səbəblər”, yaxud da "rənglər” mövcuddur. Ölkə səhiyyəsində inqilabi islahatlar aparmalı olan nazirliyin və onun yeni təyinat alan, böyük etimad göstərilən rəhbərinin Kardiologiya institutunda baş verənlərə seyriçi qalması, heç bir reaksiya verməməsi haqlı suallar doğurur.

Son mılumatlarda bildirilir ki səhiyyə nazirliyin inistutda keçidiyi monitorniqin nəticələri mənfidir lakin direktorun nazirliklə anlaşdığı da bildirilir. Qos-qoca institut G.Dadaşova və bir neçə nəfər qohumunun qazanc mənbəyinə çevrilib, sadə insanlar üçün tibbi xidmətlər əlçatmaz həddə qaldırılıb, savadlı kadrlar müxtəlif yollarla işdən uzaqlaşdırılır, dərman mafiyası at oynadır, saxta ürək əməliyyatları və arayışların verilməsi üçün bazar açılıb, amma Səhiyyə nazirliyi hələ də qımıldanmır.

Bu birbaşa dövlət başçısının, şəxsən birinci vitse prezident Mehriban xanımın səhiyyə sahəsində apardıqları islahatlara qarşı sabotajdır. Cənab prezidentin yürütdüyü siyasətə qarşı belə sayğısızlıq, görülən işlərə badalaq vurmaq kimlərin maraqlarına xidmət edir, kimlərin sifarişidir?

Hər halda baş verənlərə başqa ad vermək mümkün deyil. Bütün bu eybəcərlikləri heç nəylə, heç rənglə ört-basdır etmək mümkün deyil. Hətta "Sobsan” boyaları belə bu dəfə acizdir...

Qlobal.az

Tamara Nurəliyevanın TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən heç bir il keçməyib. O, bu vəzifəyə ötən ilin avqustunda təyin olunub. Sentyabr ayında isə TƏBİB Müşahidə Şurasının qərarı ilə Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

Əvvəlki direktor Məcid Əliyevdən sonra elektron media resurslarında Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı yayılan məlumatlar onu göstərir ki, sözügedən səhiyyə ocağında heç bir yenilik baş verməyib, rüşvətxorluq elə əvvəlki qaydada da tüğyan edir. Yəni yeni direktor Tamara Nurəliyeva da əvvəlki direktor Məcid Əliyev kimi Vüqar Qurbanova arxalanıb istədiklərini edir.

Elə rayon sakinlərinin mətbuata etdikləri şikayətdə də bundan bəhs edilir. Sitat: Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş direktor Tamara Nurəliyeva və kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadın əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər. Mənbə bildirir ki, Gülnarə hətta elə azğınlaşıb ki, qohumlarından belə 5-6 min manat civarında rüşvət alaraq güya onları xəstəxanada işlə təmin edəcəkdir. Zaqatalanın Car və Kebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Kadrlar şöbəsinin müdiri Gülnarə bölgəyə virus kimi kök salaraq hər yerə yayılmışdır. Hətta qızını belə Balakən rayon Mərkəzi Xəstəxanasına min hoqqa çıxardaraq işə düzəltmişdir ki, o da orada rüşvət burulğanı yaratsın. Atalar məsəli var – “ana gəzən ağacı, qızı budaq-budaq gəzər”. Şikayətdə bildirilir ki, xəstəxananın “şillə vuran”ı var, Emin adlı şəxsin hətta ləqbi də varmış (ləqəbi balkon). Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara video kameraları quraşdırıb. Tamara Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxslə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında bir başa əsas rollardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir.

Bu şikayət Tamara Nurəliyevanın Zaqatala rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsindən qısa vaxt sonra yayılanlardan biridir. Eyni şikayətlər bir il bundan əvvəl də olunmuşdu. Rayon xəstəxananın direktoru dəyişsə də şikayətlərin motivi dəyişməyib. Dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətdə sözügedən səhiyyə ocağında rüşvətxorluğun baş alıb getdiyi bildirilirdi. Bunun da başında elə onda da, indi də kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın dayandığını yazırlar.

Bəs kimdi Gülnarə Ömərova?

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovu ya yaxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanovun hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər verdiyini bildirirlər. Bu isti münasibətlərin nəticəsi olaraq hazırda Gülnarə Ömərova Zaqatalada oturub ətraf rayonlarda da səhiyyə ocaqlarına rüşvət müqabilində tibbi işçiləri təyin etdirir. Hətta xəstəxananın yeni direktoru Tamara Nurəliyevanın da kadrlar şöbəsinin müdiri Gülnarə Ömərovanın əli ilə təyinat aldığı söylənilir. Bir sözlə, Gülnarə Ömərova TƏBİB-in icraçı direktoru tərəfindən ona verilmiş qeyri rəsmi səlahiyyətlərdən geninə-boluna istifadə edir. Hətta təkcə Zaqatala rayon Mərkəzi Xəstəxanasının kadrlar şöbəsinə müdirlik etmədiyini, onun həm də bəzi xanım kadrlara rəhbərlik etdiyi söylənilir.

Bəs görəsən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun Zaqatalanın Mərkəzi Xəstəxanasında baş verən rüşvət və korrupsiya halları qalsın bir yana, bir sıra xoşagəlməz hallardan, bölgədə yayılan video sujetlərdən xəbəri varmı? Qohum kimi, dost kimi etimad etdiyi Gülnarə Ömərovanın əməllərinin icraçı direktorun vüqarına xələl gətirmədiyindən də həmçinin.

 

 

Ardını oxu...
    

Haqqında bəhs edəcəyimiz dövlət qurumu barəsində qısaca məlumat verək. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA - Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən Mina Təmizləmə Agentliyi və İcra Orqanı.
Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). Ərazilərimiz işğaldan azad olunandan sonra hətta ANAMA-nın regional idarələri (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd (Ağoğlan), Ağdam, Şuşa, Tərtər, Kəlbəcər, Laçın) yaranmağa başlayıb. Hər idarənin özünün xeyli işçisi, mütəxəssisləri olacaq. Hətta bir müddət əvvəl qurum xeyli sayda həkim-terapevti, həkim-anestezioloq-reanimatoloqu, həkim-travmatoloq-ortoped və s üçün iş elanı vermişdi.
Sözümüzün canı odur ki, ANAMA vacib dövlət quurmlarından biridir. Amma təəssüf ki, qurumda neqativ hallar baş verir. Məsəslən, bir neçə ay öncə Hesablama Palatası qurumda keçirdiyi auditin nəticəsini açıqlamışdı. Açıqlamadan bəlli olur ki, qurum öz üzərinə düşüən vəzifəni yerinə yetirə bilmir, xeyli mənimsəmələr var, hətta konkret olaraq söhbət 3 milyon 297 min manat dövlət vəsaitindən gedir. Qurum aldığı malların qiymətlərini xeyli şişirdir. 504 min manat dövlət büdcəsinə vergi ödənilməyib, 29 milyon manat məbləğində ödənişlərin gəlirdən çıxılan xərclərin tərkibinə daxil edilməsinə yol verilib və daha nələr.
Bütün bunlardan əlavə son bir neçə ayda xeyli sayda vətəndaşımızın minaya düşərək həlak olması da qurumun fəaliyyətindəki ciddi problemdir. Hər gün oxuyuruq ki, filan bölgədə sakinlər, yaxud hərbçilər minaya düşüb. Görəsən ANAMA nə üçün üzərinə düşən işin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Çünki…
Birinci başa düşmək lazımdır ki, ANAMA haradasa hərbiləşmiş, hərbi təyinatlı qurumdur. Amma ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan köhnə dostlarını, tanışlarını gətirib ANAMA-ya doldurub. Bu adam anlamır ki, ekologiya hara mina təmizləmək hara..?
Burada daha çox hərbçilər çalışmalıdır. Məsələ orasındadır ki, ANAMA-nın sədri özü də bu sahə üzrə mütəxəssis deyil. Bəli, “minatəmizləyənlərin böyüyü” Vüqar Süleymanov tarix müəllimidir. Əgər şübhəniz varsa, buyurun tanış oldun. Vüqar Süleymanov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində tarix müəllimi olub. Sonradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri olub. 2021-ci ilin fevral ayından isə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. İndi özünüz fikirləşin. Əlavə şərhə ehtiyac varmı..?
Deməli, belə davam edərsə, hələ çoxumuz minaya düşəcəyik.
P.S. Ekologiyadan mina təmizləməyə gedən Sevda xanımın iş prinsipi haqqında növbəti sayımızda....
 //gundelik-baku.com//

Dünyapress TV

Xəbər lenti