Ardını oxu...
İstər birinci istərsədə ikinci Vətən müharibəsində ölkəmizin digər rayon və şəhərlıri kimi Mingəçevirdən olan gənclər də canlarından keçib. Demək olar ki, Mingəçevirlilərin and yerinə çevrilmiş məkandan, Şəhidlər xiyabanının baxımsız olmasından zaman zaman redaksiyamıza şikayətlər daxil olurdu. Şəhər sakinlərinin 24xeber.az-ın əməkdaşına etdikləri şikayət ilə yerində tanış olmaq üçün Şəhidlər xiyabanında olan əməkdaşımız çəkib göndərdiyi video materialdan aydın görünür ki, Şəhidlər xiyabanında yerləşən şəhidlər muzeyi zibilliklər içində qalıbdır. Bu isə öz növbəsində torpaqlarımızın azadlığı uğurunda canından keçən qardaşlarımıza hörmətsizlikdir.

Teref.az olaraq sözü gedən videonu təqdim edirik:

 
Ardını oxu...
Bərdənin Qaradırnaq kəndində, necə deyərlər problem xirtdəyəcəndir. Kəndin içməli su, yol problemləri ilə yanaşı işıq və kommunikasiya xətləri də bir işə yaramır.

Qışın palçığında, yayın tozunda yerimək mümkün olmayan yolların apardığı Qaradırnaq və Hüseynalılar kənd sakinləri bu barədə Bizim.Media-nın yerli bürosuna məlumat verib.

Kəndin telefon və işıq xəttini daşıyan dirəklər artıq özünü saxlamaq iqtidarında deyil. Sakinlər deyir ki, hava küləkli olanda dirək yellənməyə başlayır və elektrik enerjisinin verilişində problem olur. 1970-ci illərdə basdırıldığı deyilən işıq dirəkləri demək olar ki, istismar müddətini başa vurub.

Bundan başqa kəndin içməli su problemi də qabarıq şəkildə özünü göstərir. Belə ki, sakinlər içməli suyu 2 kilometr məsafədən daşıyır. Bildirilir ki, minik maşını olmay sakinlər suyu əllə daşımağa məcbur olur...

Hüseynalılar və Qaradırnaq kəndi bir inzibati ərazi vahidliyindən idarə olunur. Ümumilikdə kənddə üç mindən çox insan yaşayır. Kənd rəsmiləri ilə yaşanan çətinliklərlə bağlı əlaqə saxlamağa çalışdıq.

Zəngimizə cavab verən inzibati ərazi dairəsinin rəsmisi Mobil Naibov kənddə sadalanan problemlərin olduğunu təsdiqləyib, sonra ətraflı məlumat verəcəyini bildirib.

Kəndin içməli su məsələsi ilə bağlı “Azərsu” Səhmdar Cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı Bizim.Media-nın sorğusuna cavab olaraq sözügedən çətinlikdən xəbərdar olduğu bildirilib.

Əlavə olaraq qeyd edib ki, o kəndlərin heç birinə “Azərsu” xidmət göstərmir:

“Orada vətəndaşlar fərdi qaydada qaynama artezyandan isdifadə ediblər. Hazırda qaynanaların da məhsuldarlığı azalıb. Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bu gün “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən işğaldan azad edilmiş ərazilər və Naxçıvan istisna olmaqla mövcud 3300-dən artıq kəndin təxminən 1100-nə xidmət göstərir. Qalan kəndlərdə vətəndaşlar tələbatlarını ya fərdi qaydada ödəyirlər, ya mineral su təsərrüfatı ASC-nin, ya da bələdiyyələrin balansında olan artezyanlardan istifadə edirlər".

Kəndin işıq problemi ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat Xidməti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda Bərdənin Hüseynalılar kəndində qaldırılan məsələ ilə bağlı müəyyən iş aparılır.

Tezliklə oradakı problemlər aradan qaldırılacaq. Amma Qaradırnaq kəndindəki elektrik ötürücülərinin vəziyyəti ilə bağlı tanışlıqdan sonra məlum olub ki, burada ciddi layihələndirmə işinə ehtiyac var.

Hazırda layihələndirilmə işlərinə başlaınılıb. Bu kəndin də işıq problemi 2023-cü ilin iş planı çərçivəsində həll ediləcək.

Kəndin yol problemi və başq infrastruktur məslələri yerli orqanlar tərəfindən qaldırılmadığına görə, demək olar ki, heç bir dövlər qurumunun bundan xəbəri yoxdur demək olar. Ona görə də necə deyərlər, bir az da siz qeyrət edin, ay kənd sakinləri.
Bizim.media
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ötən günlərdə Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı bəzi məlumatlar dərc edərək bildirmişdik ki, icra başçısı ilə bağlı çoxsaylı şikayətlər onun vəzifə karyerasını bitirməkdədir. gələn məlumatlar sırasında Fərəcovun Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina etməsi xüsusi diqqət çəkir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib.

Həmin dövrdə icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib. Sahibkarların saytımıza verdiyi məlumatda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da Fərəcova ötürməklə məşğuldur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Fərəcovun Sumqayıtdakı “tender kralı” Məmmədxanov Hümbət Əlicavan oğludur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə ödənişlərin əsas hissəsi də bu işlərdə düyünə düşüb. Ödənilməyən hissələrin səbəbi isə görülən işlərin maya dəyəri ilə tender qiymətlərindəki uyğunsuzluq hesab olunur. Məsələn, sahibkarlar deyirlər ki, Məmmədxanov və komandası tenderin qalibi olmaq üçün görəcəkləri işin qiymətini aşağı yazırlar. Realda isə bu iş adamlarına iki dəfə baha başa gəlir.

Onu da bildirək ki, Hümbət Məmmədxanov əslən Qubadandır. Uzun illərdir Sumqayıtda yaşayır. Onun Zakir Fərəcovla qohumluq əlaqəsinə malik olduğu barədə deyilənlər ki, real deyil. Ona görə ki, Fərəcovla Məmmədxanov arasında heç bir qohumluq əlaqəsi yoxdur. Hərçənd DTX və ya Baş Prokurorluq Hümbət Məmmədxanovla bağlı araşdırma apararsa, daha ciddi faktları ortaya çıxara bilər. Elə sahibkarlar da sözügedən dövlət qurumlarından adıçəkilən şəxsin fəaliyyətinin araşdırılmasını istəyirlər. Bunun üçün lazım olan sənədləri də təqdim etməyə hazır olduqlarını bildiriblər.

Sahibkarlar problemlə bağlı dövlət qurumlarına şikayət ünlanlayanda Sumqayıtın icra başçısı sahibkarları hədələyərək, onları tutduracağını bildirirdi. Bu o zamanlar idi ki, Fərəcovun qılıncının dalı da, qabağı da kəsirdi. Lakin indi vəziyyət dəyişib.. Siyasi mövqeyinin zəifləməsi Fərəcovu narahat edir və bu səbəbdən Sumqayıtın icra başçısı mümkün qədər sahibkarların könlünü almağa çalışır. Hazırda 46 milyon manatlıq borcu qaytarmaq istəməyə Fərəcov, iş adamlarına daha bir “yumaq” verməyə başlayıb. Bir qədər əvvəl o, iddia etmişdi ki, guya, Sumqayıtda görülən işlər üçün dövlət büdcəsindən pul ayrılmayıb, həmin işlərin də xərcini özü çəkib. Daha sonra isə Fərəcovə “Qarabağda tikinti gedir, bütün pulları örə göndərmişik” bəhanəsini ortaya atıb. Amma Fərəcovun bəhanə və yalanları bununla dfa bitmir. Məsələn, bu yaxınlarda jurnalist Şəfəq Ağacan yazısında qeyd edib ki, “Fərəcov borclu olduğu sahibkarlara şərt qoyub ki, “sizin pullarınız bir şərtlə verilə bilər 30% mənə qalmaqla pulunuz geri veriləcək. Amma notarial qayda pulunuzun tam aldığınız haqqında sənəd imzalayacaqsınız”. Burda deyiblər :”həm suçlu,həmdə güclü!” Təbii ki,hər şeydən əli üzülən bəziləri pullarını almaq üçün buna razı olublar. Amma haqqını tələb edənlər,öz haqqlarını hələ də tələb edirlər”.

Yayılan son məlumatlara görə, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb və həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb. Fərəcovun mülklərini satmasının səbəbləri dəqiqliklə məlum deyil. Hərçənd icra başçısı öz yaxın adamlarına bunu başqa bir şəkildə izah etməyə çalışır. Məsələn, o, yaxın adamlarına deyib ki, guya, “yuxarılara pul lazımdır”. Hərçənd bu inandırıcı görünmür. Gələn xəbərlərdən aydın olan isə odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditləri götürməsinin səbəbi tamam başqadır. İcra başçısı vəzifəsindən gedəcəyini bildiyindən mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən ilin ikinci yarsında xaricə çıxarılan pulun məbləği qüz milyon manata yaxın olub. Həmin pullar isə xaricdə ya banklara yerləşdirilib, ya da mülklər alınıb. Bu mülklərin əsasən Çexiya , Serbiya və Bosniya-Hersoqovinada alındığına dair məlumatlar da mövcuddur. Xəbərlərdən belə başa düşülür ki, Fərəcov işdən çıxarıldıqdan sonra sərvətini təminat altına almaq üçün bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur.
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyindən şikayətlər tükənmir. Mütəxəsislər problemlərinin səbəbkarı olaraq nazirliyin struktur rəhbəri Anar Rzayevi və nazir müavini Rəhman Hümmətovu görürlər. Ötən ilin fevralında paytaxtın Heydər Əliyev prospektində baş vermiş hadisəni cumhuriyyet.az olaraq yada salıb bildirək ki, həmin vaxt Bakıda “R Group” logistika şirkətinə məxsus 4 yük maşını yolu bağlamışdı. Sürücülər yolu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etiraz məqsədilə bağladıqlarını deyirdilər.Yük avtomobillərin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməməsinə görə mallarının xarab olduğunu,hər bir icazə sənədinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən 2500-2600 dollara verildiyini iddia edirdilər.Anar Rzayevin adamları yük maşınlarının hər reysi üçün birdəfəlik vərəqəyə görə rüsumun üstündə 20-30 manat əlavə də tələb edirlərmiş.
Sonuncu dəfə bu səbəbdən “R Group” şirkətinin rəhbərliyi,sürücülər xidmət rəisinin pulyığanları ilə mübahisə edib,ardından isə sürücülərin məlum etiraz aksiyası keçirilmişdir.TIR-ların gecədən səhər saatlarına qədər yolu bağlı saxlaması nəticəsində nəqliyyatın hərəkəti iflic olmuş və böyük tıxac yaranmışdı. Həmin dövrdə Anar Rzayevin özünün də qardaşının adına qeydiyyatdan keçirdiyi beynəlxalq yükdaşıma şirkəti olub.Lakin sürücülərin etiraz aksiyasından sonra Rəhman Hümmətovun davamlı təkidi nəticəsində bu şirkəti bağlayıb. Həmin şirkətə məxsus yük avtomobilləri nazirliyin müxtəlif qurumlarının balansına verilib. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, hazırda da həmin TIR-lardan istifadə olunaraq gəlir əldə edilir,gəlirin çox hissəsi isə Anar Rzayev-Rəhman Hümmətov cütlüyünün ciblərini doldurur. Bundan başqa,Anar Rzayevin Xırdalanda böyük qarajı da var.İllərlə bu qarajı ayı 20-30 min manat civarında olmaqla “Vanderval” adlı şirkətə icarəyə verib.Bu obyekti də əmisi oğlu Şahin idarə edir. Anar Rzayev adının hallanmasını görərək vəziyyətdən çıxmaq üçün Rəhman müəllimə deyib ki,bu etirazın arxasında keçmiş əməkdaşlar dayanır,onu gözdən salmaq istəyirlər.Həmçinin cənab nazirə də daim qeyri-dəqiq informasiyalar ötürüb,yalanlar danışıblar.
Anar Rzayev bacısının qaynını işə düzəldərək bir müddətdən sonra onu irəli çəkməyə başlayıb.Məhz yuxarıda bəhs olunan yükdaşımaya icazə vərəqələri də Anarın Zaur Ramazanov adlı bu qohumunun əlindən gəlib keçirmiş.Bu Zaur bəy əslində ştatda başqa bir vəzifə daşıyır,amma Anar Rzayev onu işindən ayıraraq yuxarıda dediyimiz məsələləri tapşırıb.Sürücülərin boykotundan qorxuya düşərək iki günün içində Zaur Ramazanovu təhkim etdiyi yerdən kənarlaşdırıb gözdən uzağa çəkir. Anar Rzayevin rəisi olduğu xidmətin yerində Yerüstü Nəqliyyat Agentliyi yaradılanda şikayətçi şəxslər struktur islahatı adı ilə heç bir xəbərdalıq edilmədən,qanunla müəyyən edilmiş möhlət gözlənilmədən işdən azad olunurlar.Halbuki ixtisarın da,əmək müqaviləsinə xitam verməyin də qaydası var.Hər şey qanun çərçivəsində,Əmək Məcəlləsinə müvafiq həllini tapmalıdır. Amma görünən odur ki bu nazirlikdə Rəhman Hümmətov öz qanunlarını yazır,Anar Rzayev kimilər də həyata keçirirlər…Hər bir işçi azad olunarkən möhlət müddəti verilməlidi,bunlar isə belə şeylərə əhəmiyyət belə vermirlər.Çünki işin,işçilərin hesabına qaz vurub qazan doldurur,harınlayırlar.Müxtəlif yerlərdə qazanc mənbələri quranda adi zəhmətkeşlər veclərinə olmaz.
Bürokratik əngəllərin,süründürməçiliyin səbəbləri çoxdur.Lakin şikayətə əsasən məsələnin kökündə nazir müavini Rəhman Hümmətovun bəzi “qara iş”ləri durur.Bu “qara iş”ləri “ağartmaq” üçün Rəhman müəllim bəzi adamlara xahiş edibmiş.Amma onlar cənab Hümmətovun sözündən çıxıblar. Şikayətçilər dəfələrlə cənab nazir Rəşad Nəbiyevin qəbuluna düşmək,sözlərini,dərdləfini ona bildirmək istəsələr də həmişə qarşıya sədd çəkiblər,mane olublar.İşçilərlə nazir arasında maneə quranlar var.Çox məsələlər var ki,cənab nazirdən gizlədilir.Çünki bilirlər ki,Rəşad müəllim mütəxəssis olaraq təcrübəli,insan olaraq dürüst,haqqı nahaqqa qurban verməyən insandır.Nazir təyin olunduqdan sonra da çətin bir sahəni necə bacarıqla idarə etdiyi göz qabağındadır. Sadəcə daxildə Rəhman Hümmətov, Anar Rzayev kimilər ümumi işə kölgə salırlar.
Biz də cumhuriyyet.az olaraq bu şikayətin izi ilə öz araşdırmamızı apardıq.Müəyyən məlumatlar əldə etdik.Məlum oldu ki,Rəhman və Anar müəllimlər əsl oliqarx həyatı yaşayırlar.Mülklər,bahalı maşınlar,digər pul mənbələri.Elə bil ki varlanmağa tələsirlər.Deyilənə görə Anar Rzayevin paytaxtda 60 sayda evi,Novxanıda böyük malikanəsi də var.Həyat yoldaşının Sədərək Yusif kimi tanınan dayısı isə “Sədərək” yarmarkasının müdiridir.Bir neçə söz də bu yarmarkanın maliyyə işlərinə baxan Anar bəyin Qəhrəman adlı qaynatasından deyək.Qəhrəman müəllim sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun vaxtında nazirliyinin karyerlərə-karxanalara nəzarət edən şöbəsinə başçılıq edib.Kürəkəni tərzdə yığıb-yığışdırmaqla məşğul olub.İndi də “Sədərək” bazarında yerhaqqı yığmaqla məşğuldur. Anar Rzayevin rəhbəri olduğu agentlikdə ixtisaslı işçiləri uzaqlaşdırıb yerinə tanış-bilişi götürüblər.Sıralarında keçmiş əmək müəllimi də var,nəğmə müəllimi də. Soruşanda da deyirlər ki,müəssisə bağlanıb.Necə bağlanıb ki,bütün maddi-texniki baza yerindədir.Nə haqla cənab Prezidentin sərəncamının mətnini təhrif olunmuş şəkildə camaata çatdırırlar? Mətndə xidmətin və digər uyğun təşkilatların yerində,əsasında Yerüstü Nəqliyyat Agentliyinin yaradıldığı qeyd edilib.421 işçi ştatı olan agentlikdə keçmiş ixtisaslı kadrlara yer tapılmır? Hüquq mühafizə orqanları bu işlərə nəzər yetirməlidir.Bildiyimizə görə onsuzda bəzi faktlar artıq araşdırılır.İnanırıq ki,sonda bütün şübhəli,qaranlıq məqamlar üzə çıxarılıb layiqli qiymətini alacaq.

Şikayətdə deyilənlərlə bağlı qarşı tərəfin də mövqeyini əks etdirməyə hazırıq. //cumhuriyyet.az//
 

Ardını oxu...

Ötən ayın sonlarında işində buraxdığı nöqsanlara görə, AQRAR Universitetinin dekanı Korrupsiya tərəfində həbs olundu". Bu barədə məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Belə ki, bu halın digər universitetdə pik həddə olmağı qaçılmazdır. Dəfələrlə qeyd etmişik ki, Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifovun qızı Əsli Yusifova, Bakı Şəhərində tam ştat işlədiyi halda Texnologiya Universitetində 2 -ci kurs Magistr tələbə kimi fəaliyyətini davam etdirir.

Adı çəkilən tələbə iki il ərzində dərsə gəlmədiyi halda ona imtahan nəticələrini yüksək yazaraq, kobud qanun pozuntusuna yol veriblər.

Əgər belə halın üstündə, yaxud da buna oxşar qanun pozuntusunun üstündə digər universitetin dekanı haqqında çəza tədbiri görülübsə, sual yaranır ki, Texnologiya Universitetinin Kafedra müdiri Fuad Yusifovun qızı, Əsli Yusifova haqqında məğbul qiymətlər yazan rəhbərlik niyə cəzası qalır..?

Diqqətinizə çatdıraq ki, magistr tələbənin hər iki valideyini Texnologiya Universitetinin əməkdaşıdır, atası İctimai elmlər və multikulturalizm kafedrasının müdiri Fuad Yusifov, anası isə İnsan Resursları Mərkəzinin mütəxəssisi Navalə Məlikovadır.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bu işin araşdırılması xahiş olunur..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 
 
Ardını oxu...
Bir müddət öncə Kürdəmir rayon E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbi ilə bağlı yazılar dərc etmişdik. “Kürdəmir təhsilində Rəfail Məmmədov-Ülkər Quliyeva əməlləri: əlbir olub…” və “Kürdəmirdə xanım direktorun nazir otağınadək uzanan yolu…” başlıqlı bu yazımızda sözügedən məktəbdə baş verən özbaşınalıq və təhsil şöbəsinin laqeyidliyindən bəhs etmişdik. Qeyd edək ki, məktəbin direktor əvəzləyicisi Ülkər Quliyeva həmin vəzifəyə təyin olunandan şikayətlər səngimir. Bununla bağlı cumhuriyyet.az olaraq aparddığımız araşdırma zamanı məlum oldu ki, Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində dəhşətli iki fakt yaşanıb. Sözügedən təhsil ocağında ötən ilin may ayında məktəbin 3 şagirdi aşağı sinifdə oxuyan məktəbliyə hücum edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olublar. Zərərçəkənin anası hadisə barədə məktəb direktoruna və polisə məlumat verib. Zorlanma hadisəsində şübhəli bilinən şagirdlər valideynləri ilə birgə Kürdəmir Rayon Polis Şöbəsinə çağırılsalar da məsələ hansısa səbəbdən qapadılıb.
bununla bağlı ölkə mediasında yer alan məlumata görə biabırçı olay Şilyan kənd tam orta məktəbin direktor əvəzi Ülkər Quliyeva tərəfindən ört-basdır edilib. Zərərçəkənin valideyninə övladını zorlayan 3 nəfərin məktəbdən uzaqlaşdırılacağı vədi verildiyi üçün məsələnin hüquq-mühafizə orqanlarında böyüməsinə imkan verilməyib. Mənbə bildirir ki, zorlanma hadisəsi may ayının 13-də məktəb daxilində baş verib. Bu olaydan əvvəl dəfələrlə zərərçəkənin qarşısı kəsilib və ona qarşı qeyri-etik hərəkətlər edilib. Zorlanan məktəblinin atası Dağıstanda çalışdığı üçün həmin vaxt Azərbaycanda olmayb. Ana və nənə isə şikayətçi olmamaları üçün susdurulub, ərizələrinin geri götürülməsi tələb edilib. Mənbə qeyd edib ki, sözügedən məktəbdə başqa bir olay isə bir ay əvvəl – dekabr ayında yaşanıb. Məktəbin 10-cu sinif şagirdi 11-ci sinif şagirdini 8 bıçaq zərbəsi ilə bıçaqlayıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimovun bu olaylara susqunluğu da müəyyən suallar yaradır. Yeri gəlmişkən, cumhuriyyet.az-a daxil olan məlumata görə E.Kərimov təhsil naziri Emin Əmrullayevin nazirlikdə işləyən zamanlarda iş yoldaşı olub və uzun illərdir dostluqları var. Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında yaradılıb.Maraqlısı odur ki,Regional Təhsil İdarəsi yaransa da həmin rayonların keçmiş təhsil şöbəsinin müdirləri işlərini davam etdirir.Xüsusi razılaşma əsasında işlər idarə olunur. Deyilənlərə görə,Rafael Məmmədov tez-tez Elçin Kərimova qiymətli hədiyyələr verir,təmtəraqlı qonaqlıqlar təşkil edir.Bu kimi hallar onların birlikdə işlər gördüklərini düşünməyə zəmin yaradır.Təyinatlara birbaşa Elçin Kərimov nəzarət edir.Elçin Kərimovun otağına gedən yol onun köməkçisi Cavad müəllimdən keçir.Bəzi işləri görmək üçün Cavad müəllimi razı salmaq kifayətdir. Göründüyü kimi bir kənd məktəbi direktoru rayon Təhsil sektorunun müdirini, o regional idarənin rəhbərini, o da təhsil nazirini rahat əldə saxlaya bilir. //cumhuriyyet.az//
 
 
 
Ardını oxu...
Vasif Talıbovun Şirvandakı dostları gecələr yata bilmir...
Müdrik atalar əbəs yerə deməyib ki, ayağını yorğanına görə uzat....
Dilimizdə başqa bir maraqlı deyim də var: Əluzunluq eləmə...yəni hara gəldi başını soxma, əlini uzatma ..
Sözün düzü, Naxçıvanın keçmiş şefi Vasif Talıbov barəsində yazılanlara birmənalı yanaşmıram...
Amma düşünürəm ki, Vasif Talıbov boyundan yuxarı tullanmaq istəyənlərdən biri idi ... Ümumiyyətlə, hər bir insan öz təbii koordinaltlarına, boyuna-buxununa ( məcazi mənada ) uyğun hərəkət etməlidir. Vasif Talıbovun az-çox zəhmətinə, xidmətinə uyğun olaraq zamanında Ulu Öndər, sonra cənab Prezident İlham Əliyev artıqlaması ilə qiymət, dəyər veriblər. Görünür bu adamda başgicəllənmə, özünə vurğunluq, nə bilim daha nəsə yaranıb. Biz yuxarıda əbəs yerə yazmadıq ki, ayağını yorğanına görə, uzat....əluzunluq eləmə... Çoxları elə bilir ki, Vasif Talıbov ancaq və ancaq atını Naxçıvanda köndələn ora-bura çapırmış.... Əsla belə deyil. Vasif Talıbovun “uzantıları” zaman-zaman ortaya çıxacaq.
Biz məmurlar arasında dostluğun, yoldaşlığın əleyhinə deyilik. Və Vasif Talıbovun da dostlarına anlayışla yanaşırıq. Kimlərsə Vasif Talıbovun hesabına milyonlara sahib olub, kimlərsə onun sayəsində mühüm dövlət vəzifələrində oturub, kimlərsə özünə karyera qurub... Hətta bəzən nəinki dost münasibətlərini, hətta qudaların vəzifələrdə olmasını, qohumluq əlaqələrini də xüsusi olaraq vurğulayırlar... Nə edək ki, bəşəriyyət min illərdir ki, belə münasibətlərə üstünlük verir. Peyğəmbər əfəndimiz buyururdu ki, insanlar Allahın qarşısında darağın dişləri kimi bərabərdir. Amma nə etməli ki, bu məsələ vəzifəyə, hakimiyyət məsələsinə aid deyil.
Nə isə əsas mövzudan uzaqlaşmayaq. Bir şəhərin timsalında apardığımız xırda bir araşdırma ümumi mənzərəni ortaya qoyur. Və Vasif Talıbovun, onun oğlanlarının qollarının hara qədər uzandığını göstərir.
Bəli, indi sizə təqdim edəcəyimiz şəxslərin vəzifələrinə və qohumluq, dostluq əlaqələrinə fikir verin.
Birinci Şirvan Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayevdən başlayaq. Bu şəxsin qardaşı Göyçay rayonunun hərbi prokurorudur. Digər vəzifə daşıyan qohumları da var. Bəlkə, bu Abdullayevlər bu vəzifələri ağılları, istedadları hesabına əldə ediblər..? Əsla yox. Vasif Talıbovun əli bu qardaşların arxasında, kürəyində olmasa idi...indi Allah bilir ki, harada milçək qovurdular. Şirvanda hökm sahibi olanlardan biri də Şirvan şəhər prokuroru Kamal Talıbovdur. Kamal Talıbov da qazandığı karyerasına görə, həmişə Vasif Talıbova minnətdar olub. Şirvanda Vasif Talıbovun özünün deyil, oğlu Rza Talıbovun dostlarından biri də Nurbalanın oğlu Vüsaldır. Mirzəyev Nurbala Bəybala oğlu Hacıqabul Rayonu İcra hakimiyyəti Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir. Onun oğlu Mirzəyev Vüsal Nurbala oğu isə əvvəl Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini idi, indi isə Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinin müavinidir. Və Rza Talıbovun yaxın dostudur.
İndi gördünüzmü, bir rayonun timsalında Rza Talıbovun qollarının hara qədər uzandığını göstərdik. Biz kimlərinsə dostıuğuna siyasi və digər rəng qatmaqdan uzağıq. Amma Vasif Talıbovun aqibətindən sonra, deyirlər dostları gecələr yata bilmir, öz aqibətlərini düşünürlər...
gundelik baki.com
Ardını oxu...
Yəni, ictimai əhəmiyyət kəsb edən məsələlərlə heç kim maraqlanmamalı və hər kəs ağzına “su alıb” susmalıdır?

Hər kəsin sağlamlığının qorunmasında tibb işçilərinin peşəkar fəaliyyətləri və mənəvi mövqelərinin varlığı olduqca böyük rol oynayır. Belə bir səbəbdəndir ki, səhiyyə işçilərinə göstərilən ictimai etimad və etik davranış qaydalarının göstəricisi vacib və əhəmiyyətli məsələlərdən biri hesab olunur. Digər tərəfdən, hər bir tibb işçisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində insanlara ehtiramla, vicdanla, humanizm və mərhəmətlilik prinsiplərini rəhbər tutmaqla davam etdirməyə borcludurlar. Bütün bunlara baxmayaraq, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi-54 ünvanında fəaliyyət göstərən Respublika Uşaq Stomatoloji Mərkəzində göstərilən tibbi xidmətin göstəricisi haqda formalaşan ictimai rəy, bugünə kimi heç də qənaətbəxş olmayıb. Çünki, bu səhiyyə müəssisəsinə üz tutanlar, çox vaxt xoşagəlməz problemlərlə üz-üzə qalıblar. Məsələn, bu Mərkəzdə bəzi tibb işçiləri etik davranış qaydalarına riayət etmirlər, həkimlər pasientlərdən təmənna umurlar, bu yöndə tələbləri yerinə yetirilmədikdə məsuliyyətsizlik edirlər, istifadə olunan iynə və dərman preparatlarının keyfiyyəti qənaətbəxş olmur, elə hallar da olur ki, stomatoloqlar nə əlcək taxırlar, nə də ki, xalat geyinirlər. Faktdır ki, Respublika Uşaq Stomatoloji Mərkəzində yaşanan bu cür neqtiv hallar, indiyə kimi bəzi media qurumlarında yetərincə ictimailəşdirilmişdir.

Redaksiya əməkdaşımızın 03 fevral 2023-cü il tarixdə üz-üzə qaldığı olay da, məhz Respublika Uşaq Stomatoloji Mərkəzində yaşanan növbəti biabırçılıqlardan biri olur. Belə ki, bu səhiyyə müəssisəsinin qeydiyyat şöbəsində çalışan və nəinki bura üz tutan xəstələrə, hətta Mərkəzdə çalışan işçilərə də “zor gəlmək”lə xoşhal olan, hətta özünü bu səhiyyə müəssisəsinin aparıcı “Ərəbzəngi”si hesab edən Yeganə Məmmədovanın əməllərini görən hər kəs şoka deyil, sanki “şökə” düşməli olur. Çünki, “göydən gedən” bu xanım nə baş həkimi, nə müavini, nə şöbə müdirini, nə də ki, hansısa həkimi “priznavat” etmək fikirində deyil.

Qeyd edək ki, əməkdaşımız fevralın 03-də öz övladını Respublika Uşaq Stomatoloji Mərkəzinə aparır ki, azyaşlının dişindəki problemi aradan qaldıra bilsin. Yəni, əməkdaşımız ilk əvvəl baş həkimə məxsus iş otağının bağlı olduğunu görür və az sonra qeydiyyat şöbəsinə yaxınlaşır. Həmin vaxt o, bu Mərkəzin qeydiyyat şöbəsində övladına məxsus “kartiçka”nın olduğunu bildirir. Bu şöbədə çalışan Yeganə Məmmədova isə, qeyd olunan “kartiçka”nı tapıb pasientə lazımi köməklik göstərmək əvəzinə, məhz əməkdaşımıza “buynuz göstərir”. Yəni o, “ya yeni “kartiçka” açılmalıdır, ya da ki, şəxsən mənə ödəniş etməlisiniz” deyərək, əməkdaşımızın qarşısında belə bir şərtini irəli sürür.

Həmin vaxt Yeganə Məmmədovanın yanında olan xanım tibb işçiləri, ona müəyyən mənada iradlarını bildirib “Sən media nümayəndəsinə qarşı hörmətsizlik edirsən. Hazırda baş həkim işdə deyil, baş həkimin müavinləri var, şöbə müdirləri var, qoy bu işlə bağlı onlar qərar versinlər” deyirlər. O halda xanım tibb işçilərindən hansısa biri Mirzə həkimin adını çəkir və məsələdən adı çəkilən bu həkimi hali etmək istəyir. Bu məqsədlə xanım tibb işçisi Mirzə həkimin yanına getmək istədikdə, Yeganə Məmmədova xanımın üstünə elə bir ədəbsiz formada qışqırır ki, həmin xanım kor-peşman geri dönməli olur. Belə bir ab-havanın yarandığı vaxt Yeganə Məmmədova “Mirzə həkim demir, lap baş həkim, onun müavini desin, mənim üçün heç bir fərqi, hansısa əhəmiyyəti yoxdur. Ya yenidən “kartiçka” asılmalıdır, ya da ki, şəxsən mənə ödəniş olunmalıdır” deyib, heç cür inadından dönmür. Bu da onu sübut edir ki, özünü Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsinin “Ərəbzəngi”si hesab edən Yeganə Məmmədova, “Ağa nəzərəm, belə gəzərəm” yanaşmasını əsas tutur və rəhbər vəzifə sahiblərinə qarşı da əməlli-başlıca sayğısızlıq göstərir. Yəni, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədova “Bunu qanun tələb edir və qanuna da əməl olunmalıdır” deməklə, sanki “foks” göstərir. Elə ki, əməkdaşımız “Xanım, baş həkim işdə deyil, bəs katibəsi hardadır ki, iş saatlarında rəhbərliyin otağı bağlıdır?” sualına o, “katibə analıq məzuniyyətindədir, qaldı ki, bu işin heç kimə, o cümlədən konkret sənə də heç bir aidiyyatı yoxdur. Özümüz bilərik, baş həkimin iş otağı açıq olmalıdır, yaxud bağlı olmadır” cavabını verir. Yeganə Məmmədovanın bu cür cavabı əməkdaşımızda belə bir fikrin formalaşmasına əsas verir ki, deməli bu xanımın düşüncəsində dövlət səhiyyə müəssisəsində idarəçilik, məhz onların istəklərinə uyğun həyata keçirilməlidir. Yəni, ictimai əhəmiyyət kəsb edən məsələlərlə heç kim maraqlanmamalı və hər kəs ağzına “su alıb” susmalıdır. Yox, bu heç də belə deyil! Çünki, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədovanın da çalışdığı Respublika Uşaq Stomatoloji Mərkəzi, vaxtilə dövlət büdcəsindən ayrılan büdcə vəsaitləri hesabına inşa olunmuş və hər kəsin də istifadəsinə verilmişdir. Deməli, xalqın bir nümayəndəsi olan əməkdaşımız, bu səhiyyə müəssisəsində baş verənlərlə bağlı maraqlanmaq, hər cür qanunsuzluqlara qarşı etiraz etmək hüququna malik olan şəxsdir. O halda ortaya belə bir sual çıxır ki, Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsində çalışan Yeganə Məmmədovaya, görəsən bu cür ötkəm hərəkətlər etməyə kim, yaxud da hansı qanun ixtiyar verib? Məgər, bu xanım qeyri-adi səlahiyyətlərə sahib olan şəxsdir? Bəlkə, özünü “Ərəbzəngi” hesab edən Yeganə Məmmədovanı, Azər Əliyevin rəhbərlik etdiyi bu səhiyyə müəssisəsinin qeydiyyat şöbəsinə bilərəkdən təyin ediblər ki, o, pasiyentlərə qarşı bu cür ötkəm hərəkətlərini etsin, rəhbər şəxslərə qarşı sayğısızlıq göstərsin, vətəndaşlarla münasibətdə etik davranış qaydalarına riayət etməsin, bir sözlə hər cür hoqqalardan çıxsın. Ola bilər, bəlkə də, bu həqiqətən də belədir. Amma, biz o halın varlğına da inanırıq ki, əməkdaşımızın üz-üzə qaldığı olaylarla bağlı yayımladığımız bu yazıdan sonra, rəhbərlik Respublika Uşaq Stomatoloji Mərkəzinin qeydiyyat şöbəsində çalışan Yeganə Məmmədovanın əməllərinə lazımi qiymətini verəcək və bu xanımın ,,Ərəbzəngi»lik etməsinin qarşısı qəti şəkidə alınacaq. Mövzuya qayıdacağıq

Deryaaz.az
Ardını oxu...
Bu gün dünyada, Hüquq Mühafizə Orqanlarının adı gələndə hamının nəzər diqqətini alverdən kənar, kommersiyadan uzaq, yalandan, böhtandan, şərdən, fırıldaqdan daha nəbilim nələrdən uzaq bir qurum nəzərdə tutulur. Adının fərqli olmasından asılı olmayaraq, birinə polis, birinə milis, birinə jandarm desələr də, mahiyyət baxımından həyata keçirdikləri işlər eynidir. Asayişin qorunması.
Bəli, bizdə də polis hər an, hər zaman vətəndaşların qayğısına qalaraq, ayıq-sayıq asayişin qorunmasına xidmət edirlər.
Dərhal mətləbə keşmək istəyirəm. Respublika Dövlət Yol Polisi İdarəsinin nəzdində Siqnal İdarəsi fəaliyyət göstərir. Çox gözəl, onsuzda bütün təşkilatlar fəaliyyətdədirlər. Bü gün, Bakımızda yolların işarələnməsi, hərəkətin yol nişanları ilə təchiz edilməsi vəzifəsi həmin Siqnal İdarəsinin üzərinə bir vəzifə olaraq düşür. Siqnal İdarəsinin yol nişanlarını müəyyən olunmuş ərazilərdə yerləşdirməsi və hərəkətin sağa, sola, düzünə istiqamətlənməsi üçün asfalt döşəməsinin üzərində də yol tənzimləyici işarələri göstərilir. Bir çox hallarda bu işarələrdən düzgün istifadə edə bilməyən sürücülər müəyyən olunmuş cərimələrlə cəzalanırlar. Quraşdırılmış kameralar vasitəsi ilə hərəkətin düzgünlüyünü araşdıranlar isə sürücülərin hərəkəti düzgün planlaşdırmadığını deyərək, 50 manatdan yuxarı cərimə edirlər. Sürücü işıqfora çatmamış 2 metrlikdə həmim işarə asfaltın üzərində işarələnir. Həmin işarənin üzərində isə öndə olan maşın dayanır. İşarə növbəti sürücüyə görünmür. Həmin sürücü istiqamətini dəyişmək istədikdə 50 manatdan yuxarı cərimə olunur. Bu başqa bir yazının mövzusudur.
Bu gün redaksiyamıza Şirvan şəhərindən zəng edən bir qrup vətəndaşlar həyəcan təbili çalaraq, Şirvan şəhərində, Şirvan Siqnal İdarəsinin rəisi Davudov Rövşən Həmidulla oğlu, Azpetrolun yanında, yəni Heydər Əliyev prospektində öz şəxsi mənafeyi üçün gecə saat 3 radələrində işıqforun yerini dəyişdirib. İşıqforun yerinin dəyişdirilməsində məqsəd isə "Al" marketə icarəyə verdiyi obyektin ərazisinin 200 kv-dan artıq böyüdülməsi olub.
Nəzərinizə çatdıraq ki, həmin ərazidə olan obyekt Şirvan Siqnal İdarəsinin rəisi Rövşən Davudova məxsusdur. İşıqforun oradan çıxarılması 200 kv-lıq ərazinin boşaldılması deməkdir. Uzun illik ağacların bu ərazidən məhv edilərək çıxardılması isə yenidən böyük bir obyektin tikintisi üçün zəmin yaradır. Bu ərazidə Rövşən Davidova məxsus "Al" market, kafe, indi isə işıqforun yerində 4 mərtəbəli ticarət mərkəzi tikilməsi nəzərdə tutulub. Bəs görəsən, gecə ilə işıqforun yerini dəyişdirən Rövşən Davudova Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov irad tutubmu? İrad tutmayıbsa da yəqin ki bizim bu yazıdan sonra hərəkətə keçərlər. Deyirik, camaat qardaş Türkiyədə baş verən zəlzələ ilə bağlı qan ağlayır, bunlar da obyekt tikir.
Şirvan sakinləri üzlərini aidiyyatı qurumlara tutaraq xahiş edirlər ki, Azpetroldan çıxan maşınlar həmin işıqforda böyük tıxaclar yaradır və həyat üçün çox təhlükəlidir.
Bəli, Şirvan sakinlərinin dediklərinə inanaraq, onların müraciətlərini dərc etdik, ona rağmən Şirvan Siqnal İdarəsinin rəisi Rövşən Davudovu dəfələrlə axtarsaq da, tapa bilmədik.
Qarşı tərəfin münasibətini dərc edə bilərik.
gundelik baki.com
 
 
 
Ardını oxu...
Sumqayıt Şəhər İcra Hakimiyyətində yoxlamaların başladığı haqqında məlumatlar yayılıb. Məlumatlarda əsasən icra başçısı Zakir Fərəcovun fəaliyyət dövrünün araşdırıldığı qeyd olunub. Bildirilib ki, yoxlamaların nəticəsindən asılı olaraq onunla bağlı müvafiq qərar veriləcək. Sumqayıtda isə artıq Zakir Fərəcovun işdən çıxarılacağı barədə məlumatlar dolaşır. Hətta onun işə çıxmadığı, idarəetmədən faktiki olaraq kənarlaşdırıldığı deyilir.

Bu arada mediada yer alan digər bir iddiaya görə, Sumqayıtdan seçilən və adının çəkilməsini istəməyən deputatın sözlərinə görə, icra başçısından vətəndaş narazılığını əks etdirən şikayətlər onlara da daxil olur. Millət vəkili deyib ki, Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə çoxsaylı şikayətlər daxil olub: “Həmin şikayətlər ətrafında araşdırmalar başlanılıb. Bu şikayətlər təsdiqini taparsa, Zakir Fərəcovu da həbs edilən digər icra başçılarının taleyi gözləyəcək”.

Sumqayıt şəhər rəhbəri Zakir Fərəcov son dövrlər ən çox xoşagəlməz xəbərlərlə medianın diqqət mərkəzinə gəlir. 2015-ci ildə Z.Fərəcov Sumqayıt şəhərinə icra başçısı gələndə çoxları ümid edirdi ki, bundan sonra hər şey yaxşı olacaq, yeni iş yerləri açılacaq, zavodlar, fabriklər işləyəcək, işsizlikdən əziyyət çəkən əhali iş taparaq ailəsini dolandırmağa imkanları olacaq.

Təəssüf ki, bu belə olmadı. Doğrudur, şəhərin girişi və əsas küçələr xeyli abadlaşdırıldı, dəniz kənarında yeni bulvar salındı, plansız da olsa hündürmərtəbəli binaların tikintisi sürətləndi, amma, nəyin hesabına?

Bəli, inanılmaz olsa da, bu bir faktdır ki, son üç ildə Z.Fərəcov bu gənclik şəhərinin inkişafı üçün prezidentin ehtiyat fondundan nə az, nə çox, düz 50 milyon manatdan çox vəsait aldı. Bu azmış kimi, 2-3 qat ondan artıq pul da müdafiəsiz sahibkarlardan zorla alındı. Sumqayıtlılar haqlı olaraq deyirlər ki, bu pula yeni və gözəl bir şəhər də salmaq olardı.

Bir neçə gün öncə isə Sumqayıtda Qarabağ Qaziləri ilə bağlı yaranmış problem haqda məlumat verən tanınmış publisist-yazar, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu Z.Fərəcov haqqında “Sumqayıtın Elmar Vəliyev”i ifadəsini işlətmişdi. Elə eyni mənbə bu günlərdə yazır: “Sumqayıt şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcov 3 dekabr beynəlxalq Əlillər günüdə 15 nəfər Qarabağ əlilinin çörəyini kəsib!

“Sumqayıtın “Elmar Vəliyev”i Zakir Fərəcov 3 dekabr beynəlxalq Əlillər günüdə 15 nəfər Qarabağ əlilinin çörəyini kəsdi! Pul adamın gözünü elə tutub ki, ağsaqqal, qarasaqal da eşitmir! Bu gün özlərinin təklif etdiyi 33 saylı marşrut xəttindən Qarabağ əlillərinin avtobuslarını çıxarıbdır!

”Bütün baş verənlər, Sumqayıta rəhbərlik edən şəxs haqqında geniş məlumat zərurəti yaradır. Doğurdanmı paytaxtın 30 km-də yeni “Elmar Vəliyev” yetişir? Bu yazımızda bu günədək mətbuatda yer alan və rəsmən təkzib olunmayan məlumatlar əsasında Zakir Fərəcov portretini cızmağa çalışacayıq. Beləliklə,

Rəsmi tərcümeyi hal

Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.

1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur. 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.

1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun “Sənaye İqtisadiyyatı” fakültəsin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.

1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.

Zakir Fərəcovu vəzifələrə aparan güc

Rəsmi qeydlərə nəzər yetirəndə Zakir Fərəcovun xoşbəxt anlarının 1999-cu ildən başlamış olduğunu görürük. Sumqayıtın bələdiyyə sədri olan şəxsin 6 il sonar icra başçısı təyin olunmasını təsadüf adlandırmaq sadəlövhlük olar.

Təbii ki, Zakir Fərəcovun Sumqayıt şəhər bələdiyyəsinin sədri olduğu illərdəki fəaliyyəti də buna əsas vermir. Çünki, cumhuriyyet.az olaraq həmin dövrü araşdırdıqda görürük ki, bu şəxs bələdiyyə sədri olarkən Sumqayıtda qanunsuz yolla satdığı torpaqların mübahisəsi hələ də bitməyib.

Bununla yanaşı sədr kimi rüşvəti birbaşa özü qəbul edənlərdən biri olaraq Fərəcovun şəhərdə qohumlarından başqa yaxşılıq etdiyi kimsəyə rast olmaq mümkün hal deyil.

Bələdiyyə sədri olarkən Sumqayıtda insanların problemlərinə biganə qalmaqla diqqət çəkən şəxsin sonradan İcra başçısı kimi mühüm bir vəzifəyə təyin olunmasına bir sıra səbəblər göstərilirdi. Xüsusən də onun bir çox qruplaşmalara bağlı olması fikri daha yayğın idi.

“Ehtiyat fondu” olan icra başçısı

Nəticədə arxasında böyük güc tapan Zakir Fərəcov rəqiblərini qabaqlayaraq ilk addımını atmış oldu. 2005-ci ildə Abşeron icra hakimiyyətinin başçısı təyin olunan bu şəxs rayonda qanundan kənar qərarları və tapşırıqları həyata keçirməkdə çətinlik çəkmədi.

Hətta bəzi şikayətçilərlə kriminal aləmə xas olan dillə danışan Fərəcovun uzaq keçmişindəki adətlər də Abşeronda yada salındı. İcra başçısının torpaqların satışı zamanı kütləvi rüşvət toplama əməliyyatı rayon sakinlərinin etirazına səbəb olsada narazılıq edənlər ən qəddar yolla susduruldu.

Bundan başqa iri və xırda oyektlərin sahiblərini hər ay müxtəlif tədbirlər adı ilə icra hakimiyyətinə çağıran Zakir Fərəcov tələblərini irəli sürürdü.

Bu tələblər obyektlərin ölçüsündən asılı olaraq icra başçısının “ehtiyyat fonduna” və ya şəxsi büdcəsinə müxtəlif məbləğdə pulların ödənilməsindən ibarət idi.

Etiraz edən və ya “yoxdur” deyən obyekt sahibi gəlir yerini bağlamalı, icra başçısının istəyini yerinə yetirənə qədər fəaliyyət göstərməməli idi. Məhz müxtəlif qanunsuz yollarla istəyinə çatan Zakir Fərəcovu çox əsəbləşdirənlər daha ağır cəzaya məruz qalırdılar.

Fərəcovun adı keçən kriminal olaylar

Maraqlıdır ki, bu araşdırma zamanı mediada icra başçısının adı hallanan bir çox kriminal olayların da yer aldığı ortaya çıxdı. Bu sırada Baş prokurorun keçmiş birinci müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimlinin statistikasını müəyyən ixtısarla diqqətinizə çatdırırıq:

Binəqədi məmurları polisdə, Binə bələdiyyə sədri həbsdə: “Havadarları, çoxlu sayda torpaqlar, mülklər bağışladığı iqtidar sahiblərinin dəstəyi ilə Zakir Fərəcovun törətdiyi əməllərin, özbaşınalıqların sayı hesabı yoxdur.

Bir müddət öncə onun Novxanı ilə Sumqayıt arasında törətdiyi qoçuluq da çoxlarının yadından çıxmayıb. Novxanı ilə Sumqayıt ərazisinin dənizkənarı hissəsinin yanındakı çimərlik ərazisini tam ələ keçirmək məqsədi ilə Z.Fərəcov burada “ Sumqayıt “ yazılan guşə yaratmış , bununla da Binəqədi rayon ərazisini faktiki zəbt etmişdir.

Buna imkan vermək istəməyən Binəqədi icra hakimiyyətinin sabiq rəhbərliyi “Sumqayıt” yazılan lövhəni oradan çıxarmış, özünün qanuni ərazisini bərpa etmək istəmişdir. Z.Fərəcovun tapşırığı ilə hadisə yerində olan Binəqədi icra hakimiyyəti başçısının müavini, işçilər zorla maşına basılaraq Sumqayıt şəhər polis idarəsinə aparılmış, bir müddət orada həbs edilmişlər.

Başqa bir misal: Z.Fərəcov Binə bələdiyyə sədri (əslində, bu ərazi Sabunçu rayonunun ərazisidir) Babaxana qarşı iddia irəli sürmüş, pul istəmiş, o da verməmiş, hətta, Z.Fərəcovu təhqir etmişdir. Buna cavab olaraq Z.Fərəcov müxtəlif bəhanələrlə onu şərlərək tutdurmuş və o hal-hazırda da zindandadır.

Daha bir ölüm: Əvvəllər, yəni, sovetlər dönəmində komsomolun birinci katibi olmuş, sonra isə Qobu qoyunçuluq sovxozunun direktoru işləmiş Balağa adlı şəxs də Z.Fərəcovun qəzəbinə tuş gəlmişdir. Tələb edilən pulu vermək istəməyən Balağa şərlənərək həbs edilmiş, uzun müddət cəzaçəkmə müəssisəsində cəza çəkmiş, çıxdıqdan bir az sonra isə dünyasını dəyişmişdir.

Fərəcovla “razborka”ya qalxan məmur: 3 avqust 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a belə bir məlumat daxil olmuşdur ki, dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə sui-qəsd etməyə cəhd, yəni, terror aktı törətmək istəyən Arif Aslanov və Məmmədhəsən Ağayev Azərbaycan Resğublikası Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmişlər.

İstintaq müəyyən etmişdir ki, Arif Aslanov Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin rayonlararası texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləmişdir.

Fəaliyyəti zamanı xidməti işləri ilə əlaqədar Abşeron rayon icra hakimiyyətinin başçısı Z.Fərəcovla aralarında ciddi narazılıqlar yaranmışdır. İstintağın yazdığına əsasən, 2005-ci ilin noyabr ayının sonları- dekabr ayının əvvəllərində Z. Fərəcova sui-qəsd etmək qərarına gələn A.Aslanov tanışı M.Ağayevə bu barədə sifariş etmiş və 60 min ABŞ dolları vəd edərək avans kimi 40 min ABŞ dolları vermişdir. Bir çox hallarda olduğu kimi,bu hadisədə də humanizm prinsipləri arxa plana atılmış, keçmiş milli təhlükəsizlik nazirliyinin rəhbərliyi öz qəddarlığını bütün gücü ilə nümayiş etdirmişdir.

Bu quldur dəstənin rəhbərliyi ilə Z.Fərəcovun əlaqələri ən yüksək səviyyədə olduğundan istintaq tərəfi ona müsbət münasibətini bir daha nümayiş etdirmişdir. Məhz dağıdılmış nazirliyin rəhbəri , hüdudsuz cinayətlər törətmiş, bu gün də məsuliyyətdən kənarda qalmış E.Mahmudovun tapşırığı ilə A.Aslanova heç bir güzəşt edilməmiş, əksinə , əlavə maddələr də yükləməklə ona 11 il 3 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. A.Aslanov çox keçmir ki, xəstəxanada dünyasını dəyişir.

Bayram Şərifov intiharı: Bu gün tam toxunulmaz hesab edilən Z.Fərəcovun saysız hesabsız qanunsuz əməllərindən birini də Bayram Şərifovla bağlıdır. Xırdalan şəhərinin 3 nömrəli Mənzil İstismar İdarəsinin rəisi olmuş Bayram Şərifov torpaq alınması məqsədi ilə vətəndaşlardan 200 min manat pul alaraq aidiyyatı ünvana çatdırır. Müəyyən müddət keçsə də torpaq məsələsi həllini tapmır. Belə olduqda B.Şərifov bir neçə dəfə Z.Fərəcovun qəbulunda olur, məsələnin həll olunmasına cəhd edir.

Sonradan dəfələrlə cəhd etsə də, başçı ilə görüşə nail ola bilmir. Növbəti dəfə də başçı ilə görüşməyinə imkan verilmədikdə , o, əlacsız qalıb İcra hakimiyyətinin inzibati binasi ilə üzbəüz tərəfə keçərək özünə “ Vinçester “dən atəş açır, qarın nahiyyəsindən ağır yaralanır. Tam sağalmasa da, borcluların əlindən baş götürüb Almaniyaya qaçır. Xırdalan parkının içərisində vaxtilə B.Şərifova məxsus olan kafe də artıq sökülmüş, yerində müasir tipli 3 mərtəbəli kafe tikilmişdir ki, bu obyektin də kimə qazanc gətirdiyi aydındır.

Daha bir qətlin tarixçəsi və Elgiz adlı bacıoğlu

8 iyun 2015-ci ildə Azərbaycanda amansız qətl hadisəsi baş verdi. Saray bələdiyyəsinin sədri Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənov qətlə yetirildilər, izi itirmək üçün evi yandırmışdılar. Ölkə mediasında bu dəhşətli qətllə bağlı geniş məlumatlar yer aldıb. Mediada, Saray bələdiyyəsinin sədri və onun həyat yoldaşının qətlindən sonra olayda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adı hallanmağa başladı.

Qatil Fədai Hüseynovu Z.Fərəcovla bağlayan bir çox tellərin varlığı da bu haqda fikirlərin heç də əsassız olmadığını ortaya qoymuş oldu. Həmin olayla bağlı mediada səslənən iddiaları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “Fədai Hüseynov bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işləyib.

Fədail və Vüqar qardaşları Abşeron rayonunda, xüsusən də Saray qəsəbəsində torpaq satışı məsələsində Z.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində işləyən bacısı oğlu Elgiz Fərəcov və qətlə yetirilən bələdiyyə sədri ilə əlbir işləyiblər. Bu həmin Elgiz Fərəcovdur ki, mətbuatda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumatlar yayılmışdı.

Həmin məlumatlarda bildirilirdi ki, onun həbsinə səbəb qeyri-qanuni torpaq satışı təşkil etməsi və bu zaman başqasının etibarından sui-istifadə etməsi olub.

Şikayət əsasında həyata keçirilən əməliyyat təbiri nəticəsində həbs olunan E.Fərəcov dayısı Zakir Fərəcovun müdaxiləsi nəticəsində bir müddət sonra sərbəst buraxıldı. Həbsdən çıxan E.Fərəcov isə əvvəlki əməllərini davam etdirdi, əvvəlcə Abşeronda, indi isə Sumqayıtda torpaq biznesinin əsas fiqurlarından biri kimi fəaliyyətini davam etdirir.

Sumqayıtda yayılan qohumluq şəbəkəsi

Onu da bildirək ki, E.Fərəcov Sumqayıtda səlahiyyət sahibi olan yeganə qohum deyil. Belə ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovla Sumqayıt şəhər icra hakimiyyəti başçısının keçmiş müavini, hazırda Ərazi maliyyə müfəttişliyinin rəisi vəzifəsində çalışan Akif Zeynallı qudadırlar. Onun İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfir işləyən oğlu Əkrəm Zeynallı Sumqayıt şəhər icra hakiminin böyük qızı ilə evlidir.

Zakir Fərəcovu həm də Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyevlə qohumluq telləri birləşdirir. Belə ki, Zakir Fərəcovun ortancıl qızı Cəmil Quliyevin oğlunun həyat yoldaşıdır.

Mərkəzi bazarın və “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədovun nəvəsi və hazırda Bakıi şəhəri Nərimanov rayon əmək müfəttişliyi idarəsinin rəisi işləyən Aqşin Əsədov Sumqayıt şəhəricra hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, əvvəllər Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rəisi işləmiş, hazırda isə millət vəkli olan Nazim Fərəcovun qızı ilə ailə həyatı qurub.

Məmur balalarının davasından “NORF” sularınadək

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıtdakı geniş biznes şəbəkəsi haqda da mediada ilginc məlumatlar yer alıb. Bununla bağlı yazıda deyilir: “İllərdir ki, Zakir Fərəcov Sumqayıtda biznes fəaliyyətilə məşğuldur və obyektlərinin əksəriyyəti də yaxın qohumlarının adınadır. Fərəcovların Sumqayıtdakı biznes imperiyasına daxil olan daha bir müəssisə Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcovun patronluğu ilə çalışan “Ruslan-S MMC” dir. Qeyd edək ki, adıçəkilən MMC Sumqayıt şəhəri 44-cü məhəllədə yerləşir.

Müəssisə əsasən şirəli içkilər istehsalı ilə məşğuldur və həmin məhsullar “NORF” markası altında satışa buraxılır. “NORF” adının açılışı isə məhsulun Fərəcovlara bağlılığını bir daha təsdiqləyir. İddialara görə “NORF” məhz bu sözlərin baş hərflərinin cəmindən yaranıb:

“NAZİM OĞLU RUSLAN FƏRƏCOV”

Bildirək ki, Z.Fərəcovun qardaşıoğlu Ruslan Fərəcovun adı mediada daha bir olayda da hallandırılıb. 2010-cu ilin sentyabrında yayılan xəbəri cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Sentyabrın 11-də axşam saat 22 radələrində Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında kütləvi dava düşüb. Hadisənin şahidlərinin “Yeni Müsavat”a verdiyi məlumata görə, savaş öncə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun oğlu Emin Həsənovla Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı, Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinin müdiri Nazim Fərəcovun oğlu Ruslan Fərəcov arasında başlayıb.

Şahidlərin deməsinə görə, onlar qız üstündə “razborka” ediblər və bir-birilərinə silah çəkiblər. Onların yanındakı adamlar məmur övladlarını tərk-silah etsələr də, bu dəfə onlar avtomobillərində gəzdirdikləri “dubinka” ilə bir-birilərinə hücum çəkiblər. Bundan sonra hər iki tərəfdən olan gənclər davaya qoşulublar və kütləvi vuruşma başlayıb”.

Büdcə pulları və Sumqayıt idarələrinə qoyulan tələb

Ötən müddət ərzində Sumqayıtda abadlıq işlərinin aparılması üçün büdcədən xeyli miqdarda pul ayrılıb. 13 oktyabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 3,7 milyon manat ayrılmışdı. 15 dekabr 2015-ci ildə prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün 5 milyon manat pul ayrılmışdı.

03 mart 2016-cı ildə Prezidentin sərəncamı ilə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə 9 milyon, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat pul ayrılmışdı. Amma…

Sumqayıt gimnaziyası 6 blok, “İstedad” liseyi 6 blok, Texniki və təbiət elmləri üzrə lisey 6, “Təfəkkür” 6 blok öz vəsaiti hesabına təmir etməlidir.Eyni zamanda bağçalar 4 blokları təmirə etməlidir. Bu, Z.Fərəcovun ilk belə göstərişi deyil. Ötən tədris ilində məktəblər 3 min manatdan Sumqayıt bulvarının yenidənqurulması üçün vermişdilər. Ümumiyyətlə, Sumqayıtda binaların bloklarının təmiri iki ildir ki, həkimlərə və müəllimlərə həvalə olunub. Nəticədə şəhər büdcəsindən ayrılan vəsaitlər mənimsənilir.

Z.Fərəcovun Abşeronda və “Gənclər şəhəri”ndə hökmranlığı dövründə əməllərinin yalnız yarısını çatdırdıq. Araşdırmalarımız davam edir və kifayət qədər ciddi faktlar meydana çıxarmışıq ki, növbəti yazıda təqdim edəcəyik. Çünki bir məqaləyə sığışmır. İndi siz sual verin, bu qədər neqativ reputasiyaya malik məmur vəzifədə nə qədər qala bilər? (Cumhuriyyet.net)

AZƏRBAYCANREALLIĞI.COM
 

Dünyapress TV

Xəbər lenti