Qocayev Samux rayonunun yalnız gəlirli sahələrinə (torpaq, təsərrüfat və sair) rəhbərlik edir....
Azərbaycan Respublikasının Samux rayonu.
1992-ci ildə yaradılıb. Cəmi 31 yaşı var. Amma, bu rayon gənc yaşında nələr yaşayır onu bir Allah bilir, bir də sakinləri.

31 yaşlı rayona 21 ildir Alı Qocayev rəhbərlik edir.

Amma, yerli sakinlərin narazılıqlarında belə anlaşılır ki, Qocayev rayonun yalnız gəlirli sahələrinə (torpaq, təsərrüfat və sair) rəhbərlik edir. Problemlərə isə rəhbərlik edən bir kimsə yoxdur.

Məhz elə buna görədir ki, gah rayonun özündən, gah Sərkar qəsəbəsindən, gah Nəbiağalı, gah da Qarayeri qəsəbəsindən "çeşid-çeşid" narazılıqlar gəlməkdə davam edir.

Əslində biz Sərkar sakini Anar Mammadovun pay torpaq iddiası, İcra başçısının və yerli bələdiyyə sədri Şəmistan Yusifovun onu döydürdüyü iddiası, Nəbiağalının yol problemi, meşə zolaqlarının məhv edilib, pay torpaq sahəsi kimi satılması , kəndin içində sözün əsl mənasında böyük bir zibilliyin olması və sair barəsində qarşı tərəflərin bəzilərinin mövqeyini dinləmək şərtilə bir neçə dəfə məlumatlar yayımlamışıq.

Təbii ki, qarşı tərəfin də verdiyi cavab heç bir səlahiyyətə sahib olmayan vətəndaşı günahkar çıxarmaq olub. Necə deyərlər, onların dediklərini cavab yox, "qeybət" adlandırmaq daha doğru olar.

Əlqərəz...

Bu dəfə isə Qarayeri qəsəbə sakini Əjdər Məmmədov "DogruXeber.az"a müraciət edərək, qəsəbə yollarının bərbad halda olmasından gileylənib.

Əjdər Məmmədov bildirir ki, "İllərdir qəsəbənin yolları bərbad vəziyyətdədir. Azca yağış yağanda küçələrdə hərəkət iflic olur. Avtomobil üçün zatən yollar keçilməz vəziyyətdədir. Çünki, yollardakı çala-çuxurla avtomobilin hərəkəti mümkünsüzdür, azca yağış olan kimi də palçıq "dizə çıxır" piyada hərəkəti də iflic olur. Uşaqlarımız məktəbə getməkdə çətinlik çəkirlər. Dəfələrlə bu barədə yerli bələdiyyəyə, rayon icra hakimiyyətinə müraciət etmişik, amma görünür Qarayeri sakinlərinin problemi onları narahat etmir ki, illərdir zərrə qədər reaksiya verilmir ".

Belə olan halda adamı maraq götürür.

Əvvəla təkrar xatırladaq ki, qeyri-rəsmi də olsa da yerlərdə fəaliyyət göstərən bütün idarə və təşkilatlar yerli icra hakimiyyətinin el dilində desək "ağzına baxır". İcra başçısının ağzından çıxan əmri dərhal yerinə yetirmək üçün səfərbər olurlar. Bəs bu saçını İcra başçısı kürsüsündə ağardan 75 yaşlı Qocayev xidmət etməli olduğu halda ağalıq etdiyi rayonun problemlərinə niyə biganə yanaşır?
Hər halda səbəb təcrübəsizlik deyil.

Halbuki, bir kəlməsi bəs edər ki, ən azından həmin yollara xırda çay daşları döşənsin.

Gözləyək görək, bəlkə bundan sonra rayon rəhbərliyindən hər hansı bir hərəkət ola.
Əgər olarsa, biz obyektiv olaraq, görülən işləri də yayımlayacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
18 İyun 2025 "Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?

Dünyapress TV

Xəbər lenti