Ardını oxu...
Saatlı sakini: "Aidiyyatı orqanlardan xahiş edirəm, bizə vertolyot versinlər, 'samolyot' versinlər, 'poyezd' versinlər bizim camaatı çıxarsınlar burdan su olan yerə"

"Bizi dədəmizin-babamızın torpağından çıxarırlar, özlərinə əkin eləmək istəyirlər"

Daha ətraflı aşağıdakı videoda:
 //abzas.org//

 

Ardını oxu...
Kimə saxta sağlamlıq arayışı lazımdırsa, İlqar Qaracayevi axtarır...” başlıqlı yazının rəngi qurumamış səs-küyü çıxdı.
Bəli, cəmi bir neçə gün öncə yazdığımız araşdırma yazısı öz təsdiqini tapdı. Çünki biz yazını faktlar əsasında hazırlamışdıq. Və yazıda qeyd etmişdik ki, Bakının 12 rayonunda kim hərbdən yayınmaq istəyirsə, kimə saxta sağlamlıq arayışı lazımdırsa, kim saxta əlillik kağızı düzəltmək istəyirsə, İlqar Qaracayevi axtarır. Bu da fakt.
Dünən yayılan “Rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalandı” rəsmi xəbərdən bəlli olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan qurumun rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Baş İdarədə başlanmış cinayət işi üzrə Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Rəsmi məlumata görə, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Həə, buna nə deyirsiniz, cənablar..?
Xırda bir tənqidi material yazan kimi qaçırsınız məhkəməyə. İndi buyurun məhkəmədə cavab verin. Rəsmi məlumatda bizim bir neçə gün öncə qeyd etdiyimiz əməllər öz əksini tapıb. Belə ki, Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynov saxta tibbi rəyi özü hazırlamır ki... Əlbəttə, saxta tibbi rəylər bizim ötən yazıda qeyd etdiyimiz kimi, Sabunçu 3 saylı şəhər Kliniki Xəstəxanasının Travmotologiya şöbəsinin müdiri olan İlgar Qaracayev tərəfindən verilir. “Voyenkom” əlində tibbi arayış olmadan hərbi xidmətə yararsızlıq müddətini necə 3 il uzada bilər ki..?
Deməli, yenə məsələ gəlib çıxır Qaracayevlərin üstünə. Bəli, söhbət təkcə İlqar Qaracayevdən getmir. İlgar Qaracayev qohum-əqrəbasını başına toplayaraq xəstəxananı özəl şirkəti kimi işlədir.
Bəli, İlqar Qaracayevin yaxınları olan Kazım Qaracayev, Heyran Quliyev və başqaları xəstəxananı və Tibbi Mərkəzi, sözün həqiqi mənasında bazara çeviriblər. Əgər mərkəzdə ciddi yoxlama aparılsa, İlqar Qaracayevin və onun qohum-əqrəbasının həbsi qaçılmaz olacaq. Söhbət təkcə saxta tibbi arayışlardan getmir ee... Qaracayevlər təmir və bərpa adı altında yalandan divarlara boya çəkərək yüz minləri mənimsəyiblər.
Bəlli olacaq ki, dövlətin vəsaiti hesabına xəstələrə verilməli olan ərzaq və digər qidalar kimlərin marketlərində satılıb.
Bəlli olacaq ki, dövlətdən hər ay əmək haqqı alan, 70-ə yaxın mühafizəçi, bağban və digər işçilər kağız üzərində maaş alırlar, amma işə gəlmirlər.
Bəlli olacaq ki, 246 min Sabunçu sakininə qulluq etməli olan Tibb Mərkəzi İlqar Qaracayev və onun qohum-əqrəbasına “xidmət” edir.
İndi gördünüzmü, problem “voyenkom”la bitmir. Yəqin ki, növbəti həbs xəbəri İlqar Qaracayevlə bağlı olacaq.
 //gundelik-baku.com//
Ardını oxu...
DİA.AZ: - Susuzluğu Saatlı ilə yanaşı, Neftçala və Salyan sakinləri də öz həyatlarında hiss edirlər. Kür çayının ətrafında yerləşən bu rayonlarda nəinki təsərrüfat hətta içmək üçün də su asan tapılmır.

DİA.AZ-ın məlumatına görə, Salyan rayonu Yolüstü kənd sakini Kərim Ağarızayev deyir ki, Kürə yaxın kəndlərin hansına su nasoslar çatırsa, su problemi o dərəcə deyil, amma elə kəndlər var ki, orda su ciddi problemdir.

O əlavə edir ki, təsərrüfat üçün su isə ümumiyyətlə yoxdur:

“Kürün səviyyəsi son 2-3 gündə çox az da olsa qalxıb, təxminən 10 sm. Bir həftə əvvəl isə çox acınacaqlı idi. Təsərrüfat üçün su böyük problemdir. Taxıllar yanıb gedir, sulaya bilmirlər. Artıq bilinir ki, suyu məmurlar həqiqətən də mənimsəyirlər. Salyanda da məmurlara aid aqroparklar və göllər var. Hətta vətəndaşların adına olan da hansısa məmura aiddir. Vətəndaşın o maliyyəsi hardadır elə şey yaratsın”.

DİA.AZ-ın məlumatına görə, Neftçalanın Sarıqamış kənd sakini Müqəddəs Süleymanov isə deyir ki, aylardır sudan korluq çəkirlər. Nə əkin sahələrini sulamağa, nə də içməyə suları var:

“Mən Kürdən kənarda oluram. Hazırda bir qram da su yoxdur. Sonuncu dəfə noyabr və ya dekabr ayında su vurublar, ondan sonra hələ vurulmayıb. 70-80 ildir ki, içməli suyu da pulnan alırıq. Hər ay içməli suya 30-35 manat pul verirəm. Qurumlar gəlirlər, deyirlər ki, modul tipli bulaq quraşdırılacaq, ancaq oradan da maksimum 40-50 litr su götürə bilərəm. Bununla dolanmaq olar?”.

DİA.AZ xatırladır ki, martın 13-də Saatlı rayon Orta Muğan, Çolpı və Xanlar kənd sakinləri susuzluğa görə etiraz ediblər. Yolu bağlayan sakinlər kəndlərdə nə içməli, nə də suvarma suyunun olmadığını bildiriblər. Polis aksiyanı rezin güllə və gözyaşardıcı qazdan istifadə edərək dağıdıb.

3 nəfər kənd sakininə qarşı ümumilikdə 47 sutka inzibati həbs cəzası seçilib, iki nəfər yaralanıb.

Daxili İşlər Nazirliyi açıqlama verib ki, sakinlər polisə müqavimət göstərdiklərinə görə həbs olunublar. Nazirlik odlu silahdan istifadə edilmədiyini bildirib.
Ardını oxu...
Füzuli rayonunun Qaraxanbəyli kənd sakini Abbasova Bəsti İlkərəm qızı 20 il ailəli olduğu həmkəndlisi Qasımov Qəhrəmanla torpaq əkib-becəriblər. Bəsti xanım “Dəryaz” qəzeti redaksiyasına göndərdiyi video-müraciətində deyir:
“Həyat yoldaşım vəfat edəndən sonra kənd icra nümayəndəsi Polad Məmmədov mənim torpağımı əlimdən alıb qaziyə verib. Mən şəhid bacısıyam, rəhmətlik qardaşım gizir olub, I Qarabağ müharibəsində 12 güllə yarası alraq şəhid olub. İndi Polad Məmmədov məni – şəhid bacısını qazi ilə üz-üzə qoyur. Özü də deyir ki, sənin qardaşın köhnə şəhiddir”.

Qaraxanbəyli kəndinin digər sakini Babayev Mənsur Sulduz oğlu Aprel döyüşçüsü, Vətən müharibəsi iştirakçısı, III qrup Qarabağ əlilidir.
Deyir ki, özü də, həyat yoldaşı da işsizdir. İki azyaşlı uşaqları var. Dəfələrlə işlə bağlı Füzuli Rayon İcra Hakimiyyətinə müraciət edib. Ancaq müraciətinə müsbət cavab verilməyib: “Axırda sözləri bu oldu ki, ”get, əlin hara qəlbidir, ora qoy”. 20 gün dayanmadan Prezidentə, vitse — Prezidentə, Prezident Administrasiyasının yüksək vəzifəli şəxslərinə məktublar yazdım, lakin cavab gəlmədi. Aydın oldu ki, Füzuli rayon poçtundan dövlət başçısına ünvanlanan məktublarım qayıdıb gəlir icra başçısına, o da cırıb tullayır. İcra Hakimiyyətinin Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları ilə iş şöbəsinin müdiri Hafiz və onun köməkçisi İlkin mənə deyirlər ki, müharibədə dərədə gizlənmisən, indi gəlib bizdən iş tələb edirsən. Kənd icra nümayəndəsi Polad Məmmədov gəlib mənə deyir ki, “yuxarı” məktub yazma, yoxsa, sənin üçün çətin olacaq”.

Öyrənmişik ki, qaziyə iş tapılmadığı halda Polad Məmmədov öz qohum-əqrəbalarını işlə təmin edib, adını xadimə kimi rəsmiləşdirdiyi həyat yoldaşı Arzu Məmmədova isə işə çıxmır, müftə maaş alır.

Əməkdaşımız Polad Məmmədovla əlaqə saxlayıb məsələyə münasibətini soruşduqda bildirib ki, qazi Mənsur Bbaayevə 30 hektar yer veriblər ki, əksin. Di gəl, həmin torpaq başqasının adına rəsmiləşdirilib, dövlət tərəfindən əkin üçün ayrılan subsidiya vəsaiti isə mənimsənilir.

Eynən onun kimi Bəsti Abbasovaya da kənddə qeydiyyatda olan, Bakıda yaşayan qazi üçün ayrılmış torpaq sahəsi göstərilib ki, əksin. Amma qanuniləşdirilməyib, subsidiyası “pay-püşk” edilib. Ona görə də əkin əkmək üçün imkanları yoxdur.

Deryaz.az
 
Ardını oxu...
Bağlı qalan sirrlər ədalətsiz HÖKMün verdiyi fəsadlar

Bir müddət əvvəl "Merac" Holding İdarə heyətinin sədrinin müəmmalı həbsi ilə bağlı məqaləmiz dərc edilmişdi. Məsələ ilə bağlı uzun müddətdir araşdırmalarımızdan yeni məlumatlar əldə edə bildik. Belə ki, Merac Holding idarə heyətinin sədrinin həbsinin qaranlıq məqamlarını gün üzünə çıxarmaqdayıq. 9 il əvvəl baş vermiş həbs niyə məhkəmə zalından kənarda müzakirələri belə qadağan edilib.

Amma iki gün bundan öncə "Xacmaz Tv" adlı sosial şəbəkədə edilən paylaşım çox maraqlara səbəb oldu. İllər sonra hamıya naməlum qalmış videolar kimlər tərəfindən yenidən gündəmə gətirilir. Belə ki, bizim dərc etdiyimiz məqalə göründüyü qədər bir çox maraqlı şəxsləri hərəkətə keçiribdir. Həmin cinayət işində bir çox vəzifəli şəxslərin adının keçməsinə baxmayaraq həbs edilən yalnız bir nəfər oldu. Bu günə qədərdə şəxsin ölüsündən dirisindən xəbər yoxdur. Bəs həbs edilmiş şəxsi harda hansı şəraitdə saxlanılması çox maraqlı məqamların ortaya çıxmasına səbəb olcaq.

UluTv.info-un əldə etdiyi ən son məlumata görə, holding sədrinin səhhəti heçdə qənaətbəxş deyil. Onun yaxınlarından məlumatları dəqiqləşdirmək istəməyimizə baxmayaraq, yaxınları vəzifəli şəxslərin onlara verə biləcəyi zərərdən ehtiyat edərək S.Əliyevin və onun cinayət işi ilə bağlı bir kəlimə belə demək istəmirlər. Belə olduğu halda bugün "Xacmaz Tv" kimi bir sosial platformanın 9 il əvvəl baş vermiş cinayət işinin detallarından paylaşım etməsi kimlərin maraqların təmin etdiyi sualını yaratmaqdadır. Bu edilən paylaşım isə məhs məhkəmə sənədlərinin daxilindən çıxarış olduğu məlum məsələdir. Arxivdən bunu çıxarılmasın kimlər təmin edib buda bir sual doğurur. Bu suala isə S.Əliyev və ya həmin yüksək çinli məmurlar cavab vermək iqtidarındadır.Onuda bildirək ki həmin cinayət işində keçmiş Baş Prokuror Eldar Həsənovun qardaşı Ələkbər Həsənovun, Sulatanəli (Ağacan Abıyev köməkçisi olub), Çingiz Abbasov (məmur kirvəsi olaraq özünü tanıtmış şəxs) Təhsil Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin, Fövqaladə Hallar Nazirliyinin məmur və nazirliklərin statuslu nümayəndələri adlarının halanmasına baxmayaraq bu günə qədər susurlar. Çoxlu subut və möhtəbər dəlilərin olmasına baxmayaraq ədalət bərqərar edilmədi.

Buna səbəb isə bu şəxslərə qarşı məhkəmə sədrinə müəmmalı zənglər və tapşırıqların icrası əmri verilir. Bu isə həmin şəxslərin dindirilməsinin qarşısını aldığı kimi cinayət işinində daha bir müəmmalı hökmün verilməsinə gətirib çıxarmasına zəmin yaradıb. Milyonları yeyənlər azadlıqda yalnız sənətlərlə işləyib pula əli dəyməyənlər həbsdə illərin keçirir. Məhkəmə prosesi düzgün aparılmasına maniələr məhs ilk günlərdən başlanır. Hətta əldə etdiyimiz məlumatlarda qeyd edilirki, yuxarıda sadalanan məmur və nazirlik nümayəndələrinə, nümayəndəliyidə Ələkbər Həsənov edir. Həbsə alınan şəxslə durmadan görüşünə getmək onunla saatlarla danışmaq və onların adlarının açıqlanmaması üçün yüksək məbləğlər təklif edilir. Lakin şəxs törrətmədiyi və yemədiyi vəsaitin hesabatını verməkdən qaçmır. Məhkəmə zalında hər şeyi olduğu kimi danışır.
Ardını oxu...
S.Əliyevin danışdıqlarına isə hər zaman olduğu kimi sifarişli işlərdə diqqət edilmir. S.Əliyevin vəkilləri nə qədər vəsadətlər subutlar təqdim etmələrinə baxmayaraq hakim etməli olduğu hazır ona verilmiş hökmü onun üzünə oxuyur. Apellyasiya Məhkəməsində keçirilən iclasda ilkin məhkəmə zamanı S.Əliyevin yazılı və şifahi verdiyi ifadələrinin protokolara əlavə edilmədiyi aydın olur. Bu isə yenədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hansı yüksək çinli məmurdan çəkinərək şəxsin Konustitusiyada göstərilən hüquqlarınından onu məhrum etdiyi aşkar olur. Şəxsə özünə müdafiə Prezumisiyasından istifadəyə şərait yaradılmır. Şəxs ifadələrini yazılı və şifahi verməsinə baxmayaraq "ona əziyyət çəkib özünü yorma onsuzda məhkum ediləcəksən" deyilmir. Aparılan məhkəmə prosesi qanunlarla deyil teatr janrına uyğunlaşdırılır. İttiham edilən şəxsdə qanunun onu dinlədiyini subutlarına hüquqi qiymət veriləcəyin düşünür. Sonda isə fiasko nə qanun nə hüquq heç bir məhkəmə baxışında siz deməyin yox imiş.

Boğulanın son ümüdünün saman çöpündə olmasınıda əlindən alınması hökümdə 10 il azadlıqdan məhrum edilsin kəlməsi olur. İnsan tamamilə çökür. Ruhən mənəvi çökən insan ondan sonra ailəsi ilə belə danışacaq halda olmur. Məhkum həyatını xəstəliklərlə sadəcə mübarizə etməklə keçirir. Əldə etdiyimiz məlumata görə, S.Əliyevin son durumu 9 il əvvəl aldığı travmadan yaranan səhhətin deformasiyası bu gündə onunla yoldaşlıq edir. Məsələ bununlada bitmir. 2014-cü ildə həbs edilən holding sədri 2 il üç ay müddətindən sonra yəni 2016-cı ildə uzun sürən müzakirələrdən və gələn tapşırıqlardan sonra şəxsə 10 il hökm oxunur. Lakin bununla S.Əliyevdən şəxslər əlçəkmir. Həqiqətləri məhkəmə zalında danışdığına görə, Onu cəzasının üstə cəza olaraq mənəviyyatı ilə oynanılması Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini işləmiş Eldəniz Həziyevə sifariş edilir.

O gündən şəxsin hətta insan kimi yatması-durması konustitusion hüquqları tamamilə azadlığı kimi əlindən alınır. Şəxs 10 il azadlıqdan məhrum edilir və Ə.Həsənovun səyləri şəxsin insani dəyərlərdən tamam uzaqlaşdırılmasına gətirib çıxarır. Ə.Həsənovun bu məsələlərdə tək olmadığı, milyonları birgə mənimsədiyi şəxslərində dəstəyi ilə "daydayı" olmayan holding rəhbəri zülmə düçar qalır. Hər gün döyülmə, kars, işgəncə görməsi ilə bağlı əldə etdiyimiz məlumatdan isə S.Əliyevə məxsus mülklərin E.Həziyev tərəfindən zorla mənimsənilməsidə ifadə edilib. Hələ bununla bitmir heçnə Eldəniz Həziyev tərəfindən şəxslə türmə daxilində narkotiklə bağlı ittiham irəli sürülür. Həyatı boyu narkotik vasitələrdən istifadə etməyən anlayışı olmadığı bir maddələrin ittihamı ilə üz-üzə qoyur. Uzun müddət kars şəraitində cəza çəkmək və ittihamın hansı tarixdə məhkəmənin baxışına veriləcəyin gözdədiyi halda S.Əliyevdən məcburi qaydada törətmədiyi əmələ görə yüksək məbləğ ödətdirdikdən sonra yenidən türmə içindək türmədən buraxılaraq zindan həyatına qaytarılır.

Əldə etdiyimiz məlumatlar bununla bitmir...
Araşdırmamız davam etdiyi kimi əldə edilən məlumatların təhlilinində bitməsindən sonra növbəti məqalələrin dərc ediləcəyi günü gözləyin.

Elnurə Tağıyeva
UluTv.info
 
Ardını oxu...
İcbari tibbi sığortanın tətbiqi bölgələrdə tibbi xidmətlərə əlçatanlığı təmin etsə də, bəzi tibb müəssisələrində müayinə aparatlarının işləmədiyi barədə şikayətlər var. Dünən Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-radioloqu Rüxsarə Salmanova Facebook sosial şəbəkə hesabında iş otağında olan rentgen aparatının işləmədiyini, onun təmiri üçün müraciətlərinin bu günədək cavabsız qaldığı barədə paylaşım edib. Onun sözlərinə görə, iki ilə yaxındır skopiya aparatı işləmir və heç kim də problemin həllinə təşəbbüs göstərmir. R.Salmanova iddia edib ki, 44 günlük müharibədən sonra qazilərin müayinəsi üçün bu aparat çox işlədildiyindən xarab olub.
TEREF.AZ bildirir ki, Sputnik Azərbaycan faktı araşdırmaq üçün Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vüsal Məmmədovla əlaqə saxlayıb.
Baş həkim Sputnik Azərbaycan-a bildirib ki, hazırda Bərdə Mərkəzi Xəstəxanası Bərdə rayonu ilə yanaşı bir neçə rayonun sakinlərinə tibbi xidmət göstərir. R.Salmanovanın kabinetində olan rentgen aparatını ümumi xəstəxanada rentgen aparatının işləməməsi kimi təqdim etməsi düzgün deyil. Bərdə rayon Mərkəzi Xəstəxanasında 4 ədəd stasionar rentgen, 2 ədəd portativ rentgen və 1 ədəd C-qol fəaliyyət göstərir.
Baş həkimin sözlərinə görə, R.Salmanovanın otağında olan rentgen aparatının istifadə müddəti başa çatıb. Aparatın balans dəyəri elə həddə düşüb ki, onun təmirinə maliyyə ayırmaq sərfəli deyil. Amma hazırda xəstəxanada 7 rentgen aparatı mövcuddur və sözügedən xarab aparatı təmir etməyə ehtiyac yoxdur. Şikayətçi həkimə rentgen aparatı olan otaqlarda növbəli işləmək təklif olunsa da o, bununla razılaşmayıb, öz otağı üçün ayrıca aparat qoyulmasını tələb edib.
"R.Salmanova istəyir ki, öz otağında ayrıca rentgen olsun və orda xəstələri qəbul etsin. Çünki, o koronavirusun yayıldığı dövrdə otağında xəstələri rentgen müşahidəsindən keçirməklə yanaşı onlara resept də yazıb. Bu isə qanuna görə yolverilməzdir. Biz buna imkan vermədiyimizdən, o, narazı qalıb", - deyə Baş həkim bildirib.
V. Məmmədov bildirib ki, xəstəxanaya quraşdırılan rentgenlərin birinin qiyməti 200 min manatdan bahadır.
"Biz heç iki ay deyil ki, həmin rentgeni alıb xəstələrin istifadəsinə vermişik. İndi təkrar hər həkimin otağına ayrıca rentgen alınmasına nə ehtiyac var? Digər rentgenlərin də dəyişdirilməsi üçün müraciət olunub. Onlar işlək olsa da, gələcəkdə onları da yeniləyəcəyik", - deyə V. Məmmədov bildirib.
Baş həkim bildirib ki, indiyədək heç bir pasiyent rentgendən keçə bilmədiyinə görə şikayət etməyib: "Bərdə Rayon Mərkəzi xəstəxanası 24 saat işləyir. Hətta Tərtər, Ağcabədi, Ağdamdan avtoqəza keçirənlər gecə saatlarında belə gəlsə Xəstəxanada rentgen müayinəsi ilə təmin olunurlar".
V. Məmmədov şikayət edən R. Salmanovanın işə gəlmədiyini də vurğulayıb. Bildirib ki, R.Salmanova xəstəlik vərəqəsi açdıraraq gedib Sumqayıtda hansısa özəl xəstəxanada çalışır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Bərdə RMX-da ümumilikdə 4 stasionar rentgen, 2 portativ rentgen, 1 C-qol rentgen aparatı vətəndaşların xidmətindədir. 2021-ci ildən etibarən tibb müəssisələrində struktur dəyişiklik aparılıb. Aparılan struktur dəyişikliyinə əsasən 2021-ci ilin sonundan etibarən Bərdə Müalicə Diaqnostika Mərkəzi Bərdə Rayon Mərkəzi Xəstəxanasına birləşdirilib və xəstəxananın tabeliyində fəaliyyət göstərir. Aparatlardan 1 C-qol və 1 stasionar rentgen cihazı Bərdə RMX-nın 6-cı korpusunda (yəni keçmiş Bərdə Müalicə Diaqnostika Mərkəzi), digər 2 portativ, 3 stasionar rentgen aparatı isə xəstəxananın binasında yerləşir. Vətəndaşlar sözügedən tibb müəssisəsinə müraciət edərək icbari tibbi sığorta çərçivəsində ixtisaslı həkimin tibbi göstərişinə əsasən rentgen müayinəsindən istifadə edə bilərlər.
TƏBİB-dən o da bildirilib ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında hazırda ümumilikdə 4 stasionar rentgen, 2 portativ rentgen, 1 C-qol rentgen aparatı vətəndaşların xidmətindədir. Vətəndaşların ixtisaslı həkimin tibbi göstərişinə əsasən rentgen müayinəsindən istifadə etməsi üçün avadanlıq çatışmazlığı mövcud deyil. Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim-rentgenoloqu Rüxsarə Salmanovaya da hazırda mövcud olan rentgen kabinetlərdə fəaliyyət göstərməsi təklif olunub.
 
Ardını oxu...
Haqqında bəhs edəcəyimiz Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abasov barəsində yazıya keçməzdən öncə onun keçmişinə bir nəzər salaq. Deməli, Şəmsəddin Abasov 2013-cü ildə Milli Məclisin o zamankı sədri Oqtay Əsədovun qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təsdiq olunub.
Qərarda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 1. Aşağıdakı hakimlər başqa vəzifəyə dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Abasov Şəmsəddin Rizalı oğlu, Oqtay Əsədov Azərbaycan Respublikası Milli Məclisinin Sədri Bakı şəhəri, 2 iyul 2013-cü il. Buradək yazdıqlarımız rəsmi məlumat.
Deməli, hakim Abasov Şəmsəddin HAKİMLİK adı ilə bağlı bir araya sığmayan əməlləri ilə bağlı mediada çox yazılıb. Məsələn, “Xudat Balıq” ASC-nin sabiq direktoru, iş adamı Güləhməd Güləhmədovun ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubda yazır ki, Şəmsəddin Abasov sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaya rəsmi sənədlər qoyur.
Təsəvvür edirsiniz, Açıq Səhmdar Cəmiyyətinin (ASC) ümumi yığıncağının 1 saylı Protokolundan görünür ki, cənab Abasov Şəmsəddin Rizalı oğlu 01 mart 2006-cı il tarixdən bu günə qədər sözügedən Səhmdar Cəmiyyətin Direktorlar Şurasının üzvüdür. “O, bu vəzifəni tutduğuna görə hakim kimi işləyə bilməz. Onun bu fəaliyyəti Azərbaycan Respublikası hakimliyinə ləkədir. Ona görə də, sizdən xahiş edirəm ki, Abasov Şəmsəddin Rizalı oğlu biznes fəaliyəti ilə məşğul olduğundan, onun hakimlik fəaliyyətinə son qoyulsun” –deyə məktubda bildirilir. İş adamı ədliyyə nazirinə belə bir müraciət ünvanlamasının səbəbini isə Şəmsəddin Abasovun ona məxsus təsərrüfatın qeyri-qanuni yollarla başqaları tərəfindən əlindən alınması prosesində birbaşa iştirak etməsi ilə bağlayır.
Belə ki, Güləhməd Güləhmədovun sözlərinə görə, “Xudat Balıq” ASC-nin qanunsuz yollarla ələ keçirilməsində iştirak edən Şəmsəddin Abasov, hazırda Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi kimi səlahiyyətlərindən və əlaqələrindən istifadə edərək, onun şikayətlərinə qanun çərçivəsində baxılmasına mane olur.
Sözün qısası, hakim Şəmsəddin Abasov barəsində belə faktlar kifayət qədərdir.
Onu da qeyd edək ki, araşdırma zamanı bəlli olur ki, hakim Şəmsəddin Abasov İran əsilli iş adamı Əhəd Purun yaxın dostudur.
Sözün qısası, “Xudat Balıq” ASC məsələsində hakim Şəmsəddin Abasov böyük məbləğdə BONUS alır. İndi isə keçək, qeyri-rəsmi söhbətə. Bəli, Gədəbəyin dağ kəndlərindən birinin nümayəndəsi Nüsrət müəllim deyir ki, Şəmsəddin müəllim əvvəllər Soçi, Minsk, Kiyev xatirələrindən danışardı...diskotekalarda rus xanımlarla LAMBADA oynamağından, özünün də mikrofonu ağzına sarı tutub rus mahnıları oxumağından danışardı...Biz də zarafatla deyırdik ki, sənin nəvə oynadan vaxtındır...
Sözün qısası, Şəmsəddin müəllimin rus xanımlarla diskotekada əylənməsi normaldır. Çünki hər bir insanın istirahət hüququ var.
Bunu qəbul edirik. Amma... Əmması odur ki, Şəmsəddin müəllim bir dəfə ağır məclislərin birində bizə dedi ki, KİŞİ OLMARAM ƏGƏR, BU MƏSƏLƏNİ YOLUNA QOYMASAM... Biz cənab hakimə deyirik ki, sənin kişi olub-olmadığını biz deyə bilmərik, yaxınların sənin kişilik məsələni bizdən yaxşı bilir... Amma Şəmsəddin müəllimə deyirik ki, bu yaxınlarda Gədəbəydən Nüsrət müəllim sənin adına açıq məktub göndərmişdir, biz də oxuduq.
Məktubda yazılmışdı: Babasına məktub yazdı İsgəndər, Saqqalına salam posılka göndər. Yanında siqaret, bir də....yemək, Araq da yadından çıxmasın demək... Bu şer çox uzun-uzadı olsada Şəmsəddin müəllim özü ədəbiyyatı gözəl bilir. Amma...
P.S. Deyirəm, Şəmsəddin müəllim biz tərəfdə belə bir söz var, kişi kimi söz veriləndə, kişi kimi yerinə yetirərlər, Tağı müəllim deməli, daha burcudmazlar. //gundelik-baku.com//
Ardını oxu...
“Ünvanıma gələn saxta qəbzlə bağlı “Azərişıq” ASC-yə müraciət etdim. Qəbzləri rəisə və rəis müavininə göstərdim, saxta olduğu təsdiqləndi. Smart tipli sayğaclara bildiriş verilmir, borc bildirişi, ümumiyyətlə, verilməməli idi. Naməlum şəxs bunu necə əldə edib, o da bilinmir. Eyni zamanda yoxladılar ki, borcum yoxdur. Rəis müavini qorxudan əsirdi. Dedim ki, mərdimazarlıq etmək, işinizə qarışmaq niyyətim yoxdur, sadəcə, borcumun olmaması ilə bağlı mənə rəsmi arayış verin. Böyük bir saxtakarlıqda ad-soyadımdan, abunə kodumdan nəyə görə istifadə olunmalıdır? Sabah adımıza yüklü miqdarda borc gələ bilər. Mənə dedilər ki, rəsmi müraciət edin, rəsmi cavab verərik. Müavin ardımca gəldi, dedi ki, nə yazacaqsan? Dedim, şikayət ərizəsi yazacağam, indi rəsmi cavab verin, mən də rahat olum ki, adıma gələn ay 200 manat borc gəlməyəcək. Müavin dedi ki, qərar var, on gün sonra verərik. Axı məsələnin nə yerdə olduğunu bilirsiniz, nəyi araşdırırsınız?”

TEREF.AZ bildirir ki, bu barədə ilahiyyatçı Hacı Təyyar Hüseynli Pravda.az-a ünvanladığı şikayətində bildirib.

“Rəisin müavininə dedim ki, siz çox qanunsuzluqlar etmisiniz. Sonra polisə getdim. Bütün məsələləri yazılı şəkildə təqdim etdim. Bu, hər kəsin başına gələ bilər. Smart kartla pulumu ödəyib, işığımı yandırmışam. Nə əsasla maxinasiya edirsiniz? Sonra elə bilərlər ki, bunlarla bir yerdə yeyintiyə yol vermişəm, kiməm, nəçiyəm... Belə hallar olur, böyük yeyintiləri sıradan işçilərin, digər şəxslərin adına, kartına yönəldirlər, bunu biz bilirik”, - ilahiyyatçı deyib.

Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzi rəisi, polkovnik Xanım Sofiyevayanın əvvəlki vəzifəsində təyin olunan qadın istefa verib.
Xanım Sofiyeva mərkəzin rəisi vəzifəsinə təyinat aldıqdan sonra nazir Kəmaləddin Heydərovun sərəncamı ilə tibb xidməti mayoru Pərvanə Babayeva FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi təyin olunub.
7 ay əvvəl bu vəzifəyə təyin olunan tibb xidməti mayoru Pərvanə Babayeva FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzinin rəisi, polkovnik Xanım Sofiyeva ilə aralarında yaranan narazılıq səbəbindən öz xahişi ilə işdən çıxmalı olub.
Ardını oxu...
Qeyd edək ki, Pərvanə Babayeva 17 il FHN-nin Tibb Xidmətinin Tibb Mərkəzində stomatoloq həkim işləyib. İki il əvvəl Gəncə Regional Mərkəzində də həkim kimi çalışıb. Gəncə Regional Mərkəzindəki vəzifəsindən azad olunaraq, Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, polkovnik Xanım Sofiyevanın rəhbərlik etdiyi Tibbi Mərkəzi struktura görə FHN-nin Tibb Xidmətinin tabeliyindədir. Buna baxmayaraq, Xanım Sofiyeva rəhbəri olduğu qurumu Xidmətə və onun rəisinə tabe etmir.

Məsələn, bu yaxınlarda Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə göndərilən Tibb Mərkəzinin bəzi əməkdaşlarından Tibb Xidməti rəisi, polkovnik Pərviz Vəliyevin ümumiyyətlə xəbəri olmayıb.
Ardını oxu...
Xanım Sofiyeva yaratdığı "iş şəraiti” səbəbindən son bir ildə 30-dan çox həkim və tibb işçisi vəzifəsindən getməli olub.

İddia edilir ki, FHN-də vahid tibb mərkəzi təsdiqləndikdən sonra bu qurumun başına rəhbər gətirilməsi gözlənilən Xanım Sofiyeva ona mane olan bütün işçiləri də vəzifəsindən uzaqlaşdıra bilib. Həmin quruma rəhbər vəzifəsinə namizəd olacağı gözlənilən Tibb Mərkəzinin sabiq rəisi, tibb xidməti polkovniki Kamal Namiq oğlu Əliyev, tibb xidmətinin iqtisadi işlər üzrə rəis müavini, polkovnik Rəfiq Faiq oğlu Mirişli və tibb xidməti mayoru Mirzəyeva Aidə Rəfail qızını da uzaqlaşdırmağı da bacarıb. Hətta iddia edilir ki, FHN-nin Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinova işdən öz xoşu ilə getməyən zabitləri kabinetinə çağıraraq, məcburi əzirə yazdırır.

Onu da bildirək ki, FHN-nin Tibb Xidməti rəisi, polkovnik Pərviz Vəliyev və müavini Salman Məmmədovun təqaüd yaşından 5 il artıq keçməsinə baxmayaraq, xidməti ili artırılmayıb.

Pərviz Vəliyev milyonluq əmlakları olmasına baxmayaraq, FHN-dən kirayə pulu da aldığına görə sayıtımızda gündəmə gəlib.

Qlobal.az

Dünyapress TV

Xəbər lenti