Ardını oxu...
Elnur Rəhimli Göyçay rayon sakinidir. O deyir, Göyçay rayon İcra Hakimiyyətinə kiçik sahibkarlıqla məşğul olmaq istəyilə müraciət edib və nəticədə Heydər Əliyev prospektində köşk tikib, işləmək üçün icazə alıb. Amma...

“29 dekabr günündən rayonun baş memarı Ayaz Səfərəliyev məni məcbur edir ki, köşkü sök, çıx buradan. Səbəb nədir bilmirəm. Məni məcbur edir. Cəmi 16 gün mən orada alver eləmişəm. Işığı da kəsiblər. Məni qoymurlar, məcbur edirlər ki, sök oranı.” – E.Rəhimli deyir.

Göyçay rayonicra başçısının birinci müavini İkram Vəliyev Toplum Tv-yə bildirib ki, vətəndaş sözügedən köşkdə fəaliyyət göstərməsinə icazəni uzağı şifahi verə bilər:

“İcra Hakimiyyəti icazə vermir. İcazə verən təşkilat şəhər nümayəndəsidir, bələdiyyədir. İcra Hakimiyyəti sözlə deyə bilər ki, mənim etirazım yoxdur.”

E.Rəhimli isə bildirir ki, onun bələdiyyə ilə müqaviləsi var və bununla İcra Hakimiyyətinin onun fəaliyyətinə müdaxiləsini qanunsuz hesab edir.

İ.Vəliyev ilə yenidən əlaqə saxladıqda deyib ki, sözügedən müqavilədən xəbərsizdir, amma rəsmi sənəd varsa, vətəndaş sərbəst fəaliyyət göstərə bilər.

E.Rəhimli isə iddia edir ki, müqavilə sənəndlərini İH-nə təhvil versə də, onun sahibkarlıq fəaliyyətinə mane olmağa davam ediblər.

Hüquqşünas Abil Bayamov bu kimi hallarla rastlaşan vətəndaşların məhkəməyə müraciət etməli olduğunu bildirir.

E.Rəhimli tezliklə məhkəmədə Göyçay rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıracağını bildirir.

Toplum TV
 
Ardını oxu...
Yevlax rayon məhkəməsinin hakimləri sırasında 2022-ci ildə Əliyev Kamil Çingiz oğlunun yer almasının prezident fərmanı ilə gerçəkləşdiyini biləndə eyni ad, soyad, ata adlı başqa şəxsin olduğunu güman etdim. Nə qədər bu Kamil Əliyev Çingiz oğlu haqqında bilgi toplamağa çaba göstərsəm də, e-məhkəmə portalından, Ədliyyə Nazirliyindən, Məhkəmə-Hüquq Şurasından heç bir informasiya əldə etmək mümkün olmadı. Bu həmin Ədliyyə Nazirliyinin Xətai icra şöbəsinin icra məmurudursa, bunun saxta məhkəmə qətnaməsi tərtib edib, vətəndaşların toxunulmaz əmlakına yiyələnməsi, sığorta dələduzları ilə birlikdə avtomobillərə yol polisi araçılığı ilə həbs qoydurması faktı ədliyyə nazirinə, məhkəmə hüquq şurasının sədrinə də bəllidir, hazırda onun müavini olan, Prezident Administrasiyasının keçmiş şöbə müdiri Eldar Nuriyevə də! Hələ üstəlik baş prokurorun , yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin, birinci instansiyadan tutmuş ali instansiyaya kimi bütün məhkəmə-hüquq sisteminin bu mütəşəkkil cinayətdən, icra, məhkəmə, sığorta dələduzluğundan xəbəri var! Ona görə də 2022-ci ildən hakim təyin olunan Əliyev Kamil Çingiz oğlunun həmin dələduz , məhkəmənin səlahiyyətlərini mənimsəyib, saxta məhkəmə qətnaməsi ilə icraçılıq edən eyni ad, soyad, ata adlı şəxs olmadığını güman edirdim. Gümanımda yanılmışammış, e-məhkəmə portalında Yevlax rayon məhkəməsinin yeni hakimi Əliyev Kamil Çingiz oğlu haqqındakı bilgi keçmiş icra məmurunun hakim təyin edilməsini doğrulayır.
İndiki hakim, keçmiş icra məmuru Kamil Çingiz oğlu Əliyevin icra dələduzluğu dosyesindən bir fakt: Azərbaycan Respublikasının vətəndaşı Bədəlov Zahid Xanmalı oğlunun “ATA sığorta” şirkətində icbari sığortası olan 90-MG-843 dövlət nömrə nişanlı “Volkswagen” avtomobili 2011-ci ilin 13 noyabrında Yasamal rayonu ərazisində yol qəzasının iştirakçısı olub və yol polisinin 100 manatlıq cəriməsi ilə başa çatıb. Bir ara sonra Xətai icra məmuru Kamil Əliyev olduğunu deyən şəxs Zahid Bədəlova zəng edərək Xətai məhkəməsinin 2012-ci il tarixli icra sənədinə əsasən digər avtomobilin Kasko sığortaçısı “Atəşgah” sığorta şirkətinə 3100 manat borclu olduğunu bildirib və məbləği azalda biləcəyini deyərək, görüşməyi təklif edib. Təbii ki, “borclu” məhkəmədən xəbərsiz olduğunu, 3100 manatlıq ziyan məbləğinin şişirdildiyini, lap olsa da, qanunvericiliyə görə ziyan məbləğinin 5000 manata qədər olan hissəsinin avtomobilini icbari sığorta etdirdiyi “ATA” sığorta şirkətinin ödəməli olduğunu bildirib. Məhkəmənin olayın baş verdiyi Yasamalda yox, Xətaidə keçirilməsini avtomobil yiyəsinin qeydiyyat ünvanı ilə “əsaslandıran” icra məmuru, gələcəyin hakimi məhkəmənin niyə cavabdehdən xəbərsiz keçirilməsinə cavab verə bilməyib.
Dələduzluq faktı ilə üzləşən vətəndaş Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət edib, Prezident Administrasiyası Ali Məhkəməyə, Ali Məhkəmə isə Xətai rayon məhkəməsinə . Xətai rayon məhkəməsi 07.12.2012 tarixli məktubla bildirib :”..Bədəlov Zahid Xanmalı oğlu cavabdeh olmaqla ona qarşı hər hansı mülki iddia ərizəsi 2012-ci ildə Xətai rayon məhkəməsinə daxil olmamışdır.” Xətai məhkəməsinin sədrinin böyük məsləhətçisi Vaqif Xələfbəylinin imzaladığı məktubu Ombudsmana, PA -ya, NK-ya göndərib, icra məmuru Kamil Əliyevin avtomobilinə qoyduğu həbsin götürülməsini tələb edən vətəndaşın müraciətləri aidiyyatı üzrə Ədliyyə Nazirliyinə göndərilib və oradan da olmayan iddia üzrə saxta məhkəmə qətnaməsininin icrasının məcburiliyi bildirilib. PA-nın şöbə müdiri Eldar Nuriyev 28.02.2014 tarixli məktubla vətəndaşın ərizəsini ədliyyə naziri Fikrət Məmmədova baxılması üçün göndərib. 9 il keçib, hələ də nazir PA-nın şöbə müdirinin müraciətinə cavab verməyib. Hazırda ədliyyə nazirinin müavini olan Eldar Nuriyev yəqin 9 il qabaqkı məktubunu özü araşdırar.
PA-dan, NK Aparatından, Ali Məhkəmədən, Ombudsmandan daxil olan müraciətlərə cavab olaraq, icra baş idarəsinin ovaxtkı rəisi Xanlar Zeynalov 11.03.2014 tarixli, icra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev 16.04.2014 tarixli Ədliyyə Nazirliyinin Xətai rayonu icra şöbəsinin rəis müavini Fuad Nəbiyev 03.03.2014 və 05.05.2014 tarixli məktublarla bildiriblər : “Xətai rayon məhkəməsinin 2 (011)-1529 saylı 08.04.2012 tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən “Atəşgah” sığorta şirkətinin hesabına 3076 manat və 20 manat dövlət rüsumu ödənilməlidir. Özbaşınalığa baxın, məhkəməyə 2012-ci ildə iddia ərizəsi daxil olmadığı halda, vətəndaşdan 08 APREL 2012 TARİXLİ QƏTNAMƏ ƏSASINDA BORC TƏLƏB EDİLİR! Bu icra, ədliyyə, məhkəmə dələduzlarının birinin də vecinə deyil və ağıllrarına gəlmir ki, birincisi, Xətai məhkəməsinin rəsmi məktubu ilə 2012-ci ildə məhkəməyə “borclu” barəsində iddia daxil olmaması bildirilib ; ikincisi, bunların birinin də “ağlına gəlməyib” təqvimə baxsınlar ki, 08 aprel 2012-ci il bazar gününə düşür. Bazar günü qətnamə qəbul oluna bilər? Heç demə, Xətai rayon məhkəməsində bazar günü də iş günü imiş! Hakim Raziya Ataşovanın bazar günü -08.04.2012 tarixli qətnamə qəbul etməkdən əmək haqqına nə qədər “paket” alması bu yazının mövzusu deyil , mövzumuz saxtalığı şübhə doğurmayan, özlərinin rəsmi məktubları, qərarları ilə doğrulanan məhkəmə aktları qəbul edən, bu saxta aktlarla əmlaka da, vətəndaşın özünə də həbs qoyan Əliyev Kamil Çingiz oğlunun necə hakim təyin olunmasındandır. Keçmiş icra məmuru onu da bilmir ki, icra məmurunun həbs seçmək hüququ yoxdur! “İcra haqqında” qanunun 50 -ci maddəsinə əsasən, əmlaka həbsi yalnız məhkəmə qoya bilər. İcra məmuru isə nəinki əmlaka, vətəndaşın özünə də həbs seçib! (?) Yaxşı ki, baş prokurorluq anında bu ikiqat həbsin yolverilməz olduğunu hazırkı hakimə və havadarlarına anlada bilib.
Belə məhkəmə hüquq sistemi ilə nə insan hüquqları qorunar, nə dövlət maraqları. Qorunan yalnız dələduzluqla doldurulan ciblər olar. Bu fakt açıq – aşkar Azərbaycanda məhkəmə hakimiyyətinin icra, ədliyyə, məhkəmə məmurlarının inhisarında dələduzluq, rüşvət , korrupsiya meydanına çevrildiyini göstərir. Belə göstərici isə heç kəsə başucalığı gətirməz.
Məğrur Bədəlsoy
P.S. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin bu özbaşınalığa qiyməti ilgincdir. Öncə 09.12.2013 tarixli məktubla məhkəməyə iddia ərizəsinin daxil olmadığı halda, əmlakın üzərinə həbs qoyulmasının aydınlaşdırılmasını istəyən Ombudsman , aldığı cavab haqqından elə ”müdafiə qurub” ki, 30. 12.2013 tarixli məktubla barəsində məhkəməyə iddia daxil olmayan şəxsin bazar günü -08.04.2012 tarixli qətnamə ilə 3096 manat borc ödəməli olduğunu bildirib. (??)
Teref.az olaraq yazıda adları çəkilən bütün qurum və şəxsləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Bir neçə gün əvvəl DİA.AZ olaraq "“Qobu Park-2” yaşayış kompleksində 17-ci binanın uçmaq təhlükəsi var" deyə bir xəbər yaydıq.
Qeyd edək ki, bu barədə Bakupost.az -a yerli sakinlər şikayət etmişdilər.
Sakinlərin dediyinə görə, "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi bina artıq əyilib.
"Məsələdən "Kristal Abşeron" şirkətinin rəhbərliyinin də xəbəri var. Əraziyə traktor gətiriblər. Divarlarda deşik açırlar ki, bərkitmə işi aparsınlar. Amma bunu savadsızcasına edirlər. Əyilən binanı bu üsulla saxlamaq, bərkitmək mümkün deyil. O bina mütləq sökülməlidir", - deyə sakinlərdən biri bildirib.

Qeyd edək ki, bu hadisənin üstündən bir həftəlik vaxt keçib və bu müddət ərzində "kristal Abşeron" şirkəti az qala hər gün yayılan məlumatı təkzib edir. Tamam, hansısa şirkətin baş vermiş olaya belə bir həssaslıq nümayiş etdirməsi gözəl nümunədir. Yəni ortada BİR MƏSULİYYƏT VAR...

Ekə anlamalı idi. Amma anlaşılanı odur ki, yanlış anlamışıq. Ortada hansısa MƏSULİYYƏT HİSSİ yoxdur. Sadəcə olaraq MƏSULİYYƏÖTDƏN YAYINMA NİYYƏTİ VAR...

Yəni Allah eləməmiş sabah, hansısa faciə baş verərsə, şirkət boynundan ata bilsin...

Şirkətin izahatına gəlincə isə sadəcə olaraq "Kristal Abşçeron" adından yayılmış son açıqlamanın sonuncu abzasını təqdim edirik:

"Binanın inşaasında Rusiya istehsalı olan A500 markalı armaturlardan və M400 markalı betondan istifadə edilib. Binanın memarlığında da hər hansı bir dəyişiklik yoxdur. Son olaraq məlumat vermək istəyirik ki, bina tam təhlükəsizdir və sakinlərin istifadəsinə tam yararlıdır. Vətəndaşları yayılan dezinformasiyalara inanmamağa çağırırıq".

"Kristal Abşeron" adından deyirlər ki, ŞAİYƏLƏRƏ İNANMAYIN...

Adamlar, yayılan informasiya şaiyə yox... VƏTƏNDAŞ ŞİKAYƏTİ İDİ... Yəni orda yaşayanlarıln şikayəti... özləri də videosübut çəkib atmışdılar. Bu da həmin video:



Belə görünür, şaiyə qaynaqları daha etibarlı mənbədir... "Kristal Abşeron"a nəzərən...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Latafat Malikova Kürdəmir şəhər təhsilində baş verən özbaşınalıqlardan yazır. Lətafət xanım
paylaşdığı statusda yazır:
"Kürdəmir şəhər 1 saylı tam orta məktəbdə şagirdlərdən məcburi qayda 6 manat pul yığılıb.Şagirdləri özəl kurslara məcburi imtahana göndərilir.
Adın cəkilməməsinin istəməyən şagirdlər təəccüblənir ki , biz bilmirik neçənci gün və hansı saatda hansı kursa imtahana getməliyik.
ELM və Təhsil Nazirliyi, Kürdəmir rayon təhsil idarəsinin bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik.
Şagirdlərin hər hansı kursda imtahan verilməsi məcburidirmi?"
Teref.az olaraq bizdə Elm və Təhsil Nazirliyindən Kürdəmir rayon təhsil idarəsinin bu özbaşınalığına aydınlıq gətirəcəyinə ümid edirik!!
Teref.az
Ardını oxu...
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu mənim texnikalarıma qanunsuz olaraq əl qoyub və geri qaytarmaq istəmir.

Ovqat.com-a bu barədə “Aztrans Car” MMC-nin təsisçisi Rabil Şahmarov məlumat verib.

İş adamının iddiasına görə, 02 mart 2020-ci ildə “A-Construction LTD” MMC şirkəti ilə icarə müqaviləsi bağlayıb, özlərinə məxsus bəzi texnikaları onların istifadəsinə verib. Bağlanan müqaviləyə əsasən, “A-Construction LTD” MMC şirkətinin Naxçıvandakı N saylı hərbi hissədə işləri tamamlandıqdan sonra texnikalar geri qaytarılmalı idi. İşlər 2022-ci ilin sentyabr ayında bitib. Daha doğrusu, eşitdiyimizə görə, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə dayandırılıb. Görünür, Nazirlər Kabineti bu obyektdə hansısa qanunsuzluqlardan şübhələnib və bu şübhələri araşdırmaq qərarına gəlib. Beləcə, Əlahiddə Ordunun tikinti işləri müvəqqəti təxirə salınıb.

Maraqlıdır ki, Nazirlər Kabinetinin bu qərarından sonra icraçı şirkət özünəməxsus bütün texnikaları həmin obyektdən çıxarıb. Əlahiddə Ümumqoşun Ordusunun rəhbərliyi yalnız icarəyəverən şirkətin texnikalarının çıxarılmasına icazə vermir. Səbəbini isə icraçı şirkətin hansısa öhdəlik borcunu yerinə yetirməməsi ilə əlaqələndirir. Halbuki, texnikanın sahibi olan şirkətin Əlahiddə Ümumqoşun Ordusu ilə hər hansı müqaviləsi yoxdur və həmin obyektdə hər hansı iş aparmayıb. Şirkət sadəcə texnikalarını bir başqa şirkətə icarəyə verib və məntiqlə işin tamamlanıb-tamamlanmaması onun məsuliyyətinə daxil deyil.

İş adamının bizə təqdim etdiyi sənədlər də bu iddiaları təsdiqləyir. İcraçı şirkətlə icarəyəverən arasında hətta texnikaların təhvil-təsliminə dair akt da imzalanıb. Bu sənəddən belə aydın olur ki, texnikalar rəsmi şəkildə öz sahibinə qaytarılıb. Reallıqda isə həmin texnikalar Əlahiddə ordunun N saylı hissəsində “ağzı günə”, sahibini gözləyir.

Rabil Şahmarov Əlahiddə Ümumqoşun Ordusunun heç bir qanunla və məntiqlə izahı mümkün olmayan bu “atamanlığını” ordunun qərargan rəisi general-mayor Fazil Ağalarovun icraçı şirkətin sahibi ilə qaranlıq əlaqələri ilə izah edir. Onun fikrincə, icraçı şirkətin sahibi ilə Fazil Ağalarov yaxın dostdurlar. Fazil paşa da məhz bu səbəbdən “Aztrans Car” MMC-in texnikalarına öz dostunun nəfinə əl qoymağa çalışır. Hətta iddialara inansaq, A-“Construction LTD” MMC şirkətinin həqiqi sahibi əslində Fazil Ağalarovun özüdür. Fazil paşa bir növ başqasının texnikasını mənimsəyib öz təsərrüfatına qatmaq istəyir.

Doğrusu, iş adamının iddialarına inanmadıq. Axı, icrədar ilə icarəyəverən şirkət arasında hansısa bir problem varsa, bunun Əlahiddə Ümumqoşun Ordusuna nə dəxli var? Ordu niyə özünə nüfuz gətirməyən belə xırda məsələlərə müdaxilə etməlidir? Bunun üçün Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanlar var və iş adamları arasında çıxan mübahisələrə ancaq bu orqanlar aydınlıq gətirə bilər. Ölkəmiz ibtidai icma quruluşundan quldarlığa keçid mərhələsində deyil ki, bugünkü ordunu təmsil edən ovçular istədiyi mülkü ələ keçirib öz təsərrüfatlarını genişləndirə bilə.

Qısası, generala böhtan atıldığını fikirləşib faktı dəqiqləşdirmək üçün Əlahiddə Ümumqoşun Ordusunun qərargah rəisi Fazil Ağalarovun özünə zəng etdik. Fazil paşa adımızı eşidən kimi, səsinin tonunu dəyişdirdi. Bizə xatırlatdı ki, o, mətbuat katibi deyil və belə suallara cavab vermir. Biz də onunla razılaşdıq və müfaviq qurumun mətbuat xidmətinin telefonunu axtarmağa başladıq. Qısa müddətdən sonra Fazil paşanın Nizami adlı köməkçisi bizə zəng etdi. Maraqlandığımız mövzunun hərbi sirr olduğunu (?!) bildirdi və belə mövzuları işıqlandırmamağı məsləhət gördü. Doğrusu, hansısa şirkətin texnikasının mənimsənilməsi faktının hərbi sirrə nə dəxli olduğunu anlamasaq da, üstünü vurmadıq. Bu vurdumduymaqlıq, təbii ki, bizim Ordumuza və onun generalitetinə olan sayğımızdan irəli gəlirdi. Biz də bu cür qanunsuz fəaliyyətlərin ictimailəşdirilməsinin Ordumuzun nüfuzuna xələl gətirdiyini düşündüyümüzdən əslində bu yazını qələmə almaq istəmirdik. Məqsədimiz bir şikayətçinin probleminin həll olunması, anlaşılmazlıqların “sülh şəraitində” çözülməsi idi. Və bir də təbii ki, ordu generalının belə cılız məsələlərdə adının hallanmasının qarşısını almaq, iş adamına verilmiş yanlış informasiyanı üzə çıxarmaq idi.

“Yaxşı, tutalım, mən “hərbi sirr” olduğunu nəzərə alıb bu barədə heç nə yazmadım. Bəs, iş adamının pozulmuş hüquqları, mənimsənilmiş texnikaları necə olacaq?”, sualımıza qarşı tərəfdən konstruktiv təklif gəldi: “Heydər bəy, siz Naxçıvanı düşünən adamsınız. Sizə şikayət edən şirkətin bizim qarşımızda öhdəlik borcu var. Bizimlə iş adamının arasında vasitəçi olun, şirkət öz öhdəliyini yerinə yetirsin”.

Sözün düzü, bu cür məsələlərdə vasitəçilik etmək mənim boyumu aşsa da, Ordu generallarımızın nüfuzu və Naxçıvanın müdafiəsi naminə təkliflə razılaşdım. Əlahiddə Ordu rəhbərliyinin bu təklifini iş adamına çatdırdım. Daha sonra isə eşitdim ki, Fazil paşanın bir başqa köməkçisi iş adamına zəng edib məsələni mətbuata daşıdığına görə ona iradını bildirib. Deyib ki, “ağzından horra tökülən” jurnalistə niyə müraciət edibsən? Zəhmət çək, Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəflinin hüzurlarına buyur, problemini ona çatdır.

Açığını deyim, Ordu generalına bu qədər sayğıma rəğmən, Fazil paşanın sözçüsünün barəmdə işlətdiyi kəlmələri eşidəndə ürəyim bulansa da, ona haqq verdim. İnsafən, haqsız deyildi. Prezident, Fuad Nəcəflini boş yerə oraya göndərməyib ki. Hər halda Fuad müəllimin Azər Zeynalovu yanına alıb “xan”dan qalan korrupsioner komandanın üzvləri ilə tanış olmaqdan daha ümdə vəzifələri var. Amma nə yazıq ki, Azər Zeynalov kimi adamlar onun ətrafında keçilməz sədlər quraraq həqiqətləri görmək imkanı vermirlər. Biz də alternativ həqiqləri Fuad müəllimə çatdırmaq üçün əlimizi mürəkkəbə bulaşdırıb bu kiçik giriş yazısını qələmə aldıq. İnşallah, mövzu ilə əlaqədar Naxçıvandan gələn xəbərləri təqib edəcək və təfsilatı ilə oxucularımıza çatdıracağıq.

Heydər Oğuz,
Oqvat.com
 
Ardını oxu...
Rüşvətlə qovulan Elşən Tağıyevə necə vəzifə verdilər..?
Xeyli müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini, sonra rəisi olmuş, hazırda nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri olan Fuad Heydərov barəsində az qala 1 saata yaxın internetdə axtarış aparsaq da bu adamın kimliyi barədə bir cümələyə də rast gəlmədik.
Axı, bu adam mühüm dövlət qurumu olan Dövlət Əmək Müfəttişliyinin rəisi olub, yəni sıradan biri deyil. Bu adam neçənci ildə anadan olub, hansı ali məktəbi bitirib, ixtisası nədir, hərbi qulluqda olubmu və s..?
Birdən oxuyuruq ki, təzə nazir Sahil Babayev işdən azad olunan Müfəttişliyin rəisi Elman Cəfərovun yerinə onun müavini Fuad Heydərovu təyin edib. Vəssəlam. Fuad Heydərov barəsində bu qədər. Vallahi, bizi qınamayın ee...elə bil bu adamlar göydən zənbillə mühüm dövlət vəzifələrinə təyin olunurlar.
Bir daha qeyd etmək istəyirik ki, Dövlət Əmək Müfəttişliyi çox mühüm dövlət qurumudur. Azərbaycanda yüz minlərlə, bəlkə də milyondan çox işləyən vətəndaşlar var. Bunların əmək müqaviləsindən tutmuş məzuniyyətinə qədər, iş başında aldığı xəsarətdən tutmuş müalicəsinə qədər məsələlərə Müfəttişlik baxır.
Müfəttişlik barəsində qısaca məlumat verək ki, məsələ oxucuya aydın olsun. Müfəttişlik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dövlət, özəl, sahibkarlıq, fiziki şəxslər, hüquqi şəxslər və s fəaliyyət sahələrində Azərbaycan dövlətinin Əmək Məcəlləsinin düzgün həyata keçirilməsinə nəzarət edir. Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində, о cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir. Və...üstəlik əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün dövlət orqanları qarşısında məsələ qaldırır. Yəni gördünüz ki, bu qurumun əlində işçilərin hüquqlarını qorumaq üçün kifayət qədər səlahiyyət var. Amma....
Əmması odur ki, az qala hər gün oxuyuruq ki, filan MTK-nın apardığı tikintidə fəhlə binadan yıxılaraq öldü. Görəsən, Fuad Heydərov bir dəfə maraqlanıbmı ki, həmin fəhlənin əmək müqaviləsi varmı..? Əlbəttə, yoxdur. Görəsən həmin MTK-da əməyin təhlükəsizliyinin qorunması ilə bağlı Fuad Heydərov bircə dəfə məsələ qaldırıbmı..? Əlbəttə, yox.
Görəsən, həmin MTK-larda fəhlələrə qanuni məzuniyyət verilirmi..? Fəhlələr iş saatından artıq işlədilirmi ? Bəzən hətta dövlət qurumları ixtisar adı altında işçiləri işdən uzaqlaşdırır. 1-ci və 2-ci qrup əlillərin iş vaxtı qısa olmalı, əmək məzuniyyətləri 42 gündən az olmamalıdır.
Görəsən, 2018-ci ildə rüşvət ittihamı ilə işdən çıxarılan Elşən Tağıyevi qurumda necə işə götürüblər..?
Belə ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Elşən Tağıyevin "As İnşaat-N” MMC tikinti şirkətindən rüşvət aldığına görə, işdən qovulmuşdu. Belə bir adama Fuad Heydərov necə yenidən vəzifə verib?
Sözün qısası, Fuad Heydərov vaxtilə Müfəttişliyi rüşvət və korrupsiya yuvasına çevirmişdi. Və... nazir Sahil Babayev onu vəzifəsindən azad edərək nazirliyin Aparatının Əmək siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin edib. Onun yerinə kimi təyin edib..?
Bu başqa bir yazının mövzusudur. Ancaq biz deyirk ki, bu kadr siyasətinin adı buğdan götürüb saqqala qoymaqdır, ay Sahil Babayev. Cənab nazir, bəs deyirdin sosial sahədə inqilabi dəyişikliklər edirəm...
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
 
 

 
Artıq bir müddətdir ki, sosial şəbəkələr arasında “Tik-tok”a maraq kəskin artıb. “Tik-tok” Azərbaycan seqmentində demək olar ki, insanların böyük maraqla istifadə etdiyi sosial məkana çevrilib. Ölkəmizdə mövcud olan söz və internet azadlığı sosial mediada insanların öz fikirlərini bölüşməsinə geniş imkanlar yaradı. Hər cür insana ev sahibliyi edən “Tik-tok” sosial şəbəkəsi yerli məmurlarımıza da imkan tanımaqdadır.

 
Xəbəral.az bildirir ki, “Tik-tok”-da gecəsini gündüzünə qatan yerli məmurlardan biri də 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğlu Nicat Paşayevdir .

Nicat Paşayev məmur olaraq “Tik-tok” sosial şəbəkəsində qarşı tərəfləri təhqir etməklə və acaib göbəy rəqsləri ilə yadda qlıb. Eyni zamanda sosial şəbəkələr mədəni maarifçilik təbliğatında kasat olan bu gənc özünübəyənmiş məmur əcaib ağız, göz hərəkətləri ilə özünü idarə edə bilmir və hər kəsə meydan oxuyur.

Nicat Paşayevlə bağlı araşdırma aparan əməkdaşlarımız ilginc məlumatlar əldə edib.

Belə ki, Nicat Paşayev “Azəravtoyol”-un sədri Saleh Məmmədovun yaxın dostu 10 saylı Yol İstismar MMC-nin direktoru Mübariz Paşayevin oğludur.

Mübariz Paşayevlə bağlı məlumatlar isə belədir:

Mübariz Paşayev dediyimiz kimi, “Azəravtoyol”-un sədri Saleh Məmmədovun yaxın dostudur. Bu “müqəddəs” dostluğundan istifadə edən M. Paşeyev illərdir 10 saylı Yol İstismar idarəsin öz şəxsi malı kimi istifadə edir. M. Paşayev həmçinin öz yaxın qohumlarını 0 saylı Yol İstismar idarəsində ən gəlrli vəzifələrdə yerləşdirib.

Direktorun bu yaxın qohumları idarədə ümumi qazanca şərik olaraq çalışdığı deyilir. Hansı ki, bu adamların çoxu heç idarənin qapısını belə tanımır.

Əsas gəlirli shələrdə Mübariz Paşayevin oğlu Nicat Paşayev, qardaşı və qardaşı oğlu Zaur Paşayev eləcə də baş iqtisadçı olan qohumu Elmdarı misal çəkmək olar.

Xəbəral.az “Tik-tok”-da əcaib göbək rəqsi oynayan gənc məmur Nicat Paşayevin videosunu təqdim edir: //GUNinfo.az//

 

XalqXeber.Az
Ardını oxu...
Saatlı rayonunun Əhmədbəyli kənd sakinləri Novruzəli Əliyev və Şahin Əsgərov iddia edir ki,kənd inzibati ərazi dairəsinin sədri Samiq Teymur oğlu Şahmarovun qanunsuz əməllərlə məşğuldur və dövlətin ayırdığı küllü miqdarda subsidiyaları mənimsəyir, yüz hektardan çox torpağı dövlət məmuru olduğu halda öz adına sənədləşdirib.
Samiq Şahmarov isə "Kanal32"yə açıqlamasında onların səsləndirdikləri fikirlər əsassız hesab edib və ona yönəlik qərəz kimi qiymətləndirib.

Daha ətraflı aşağıdakı videoda:

 

Dünyapress TV

Xəbər lenti