Ardını oxu...
Hərbçi generaldan çox, ferma müdirinə oxşayan Xəqani Cəbrayılovla bağlı yazmaq istəyərkən, yadıma Milli Qəhrəman, şəhid polkovnik Şirin Mirzəyev düşdü. Niyəsini izah edim. Şirin Mirzəyev 1988-ci ildə Moskvada Hərbi Siyasi Akademiyada təhsil alaraq, Daxili Qoşunlar alayında 15 illik xidmət yolu keçmişdir. 1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Və ordu quruculuğunda böyük xidməti oldu, 1992-ci ildə şəhid oldu. Allah rəhmət eləsin.
Fikir verdinizmi, Şirin Mirzəyev Moskvada o boyda karyerasını ataraq Azərbaycana gəldi. Sonradan çoxları SİFARİŞLƏ Azərbaycana gəldilər.
Bəli, məhz sufarişlə, Nəcməddin Sadıkovun dəvətilə. Bunları Azərbaycana göndərmişdilər. Şahin Mirzəyev kimilər isə vətən sevgisi ilə özləri gəlmişdilər.
Fikir verdinizmi, vətən eşqi ilə gələnlərin çoxu şəhid oldu, bəziləri öldürüldü. Amma Nəcməddin Sadıkov, Xəqani Cəbrayılov kimi sifarişlə gələnlər nəinki şəhid olmadı, heç burunları qanamadı, hətta milyonçuya çevrildilər, general oldular. Fərqi hiss etdinizmi..?
Bir gün gizli arxivlər açılacaq, hər şey bəlli olacaq. Bəli, Xəqani Cəbrayılov kimilər hətta MARŞAL olsalar da mahiyyətcə ferma müdirindən o tərəfə keçə bilməzlər. Bunların mahiyyəti donuz saxlamaq, toyuq-cücə fermasına sahib olmaq, mal-qara otarmaqdır. Kimin şübhəsi varsa, bir az diqqətli olsun.
Deməli, Ulu Öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıdanda güc nazirlərini qaldırıb sorğu-sual edirdi. Növbə Milli Təhlükəsizlik Naziri general Fəxrəddin Təhməzova çatanda cənab nazirin dili-dodağı dolaşdı, özünü itirdi...
Cənab Heydər Əliyev sərt şəkildə ona "Otur aşağı..səndən general olmaz.." dedi.
İkinci bir tarixçəni yada salım. İllər öncə Sovet İttifaqi Qəhrəmanı, general-mayor Həzi Aslanov haqqında bir rus generalının dediklərini heç vaxt unutmuram. Qoca rus generalı deyirdi ki, Hərbi Akademiyada oxuyarkən Həzi Aslanovun RAPORT zamanı eşitdiyim əzəmətli səsini 50 ildir unuda bilmirəm. Dastanlarımızda əbəs yerə demirlər ki, Koroğlu nərə çəkdi. Bəli, qəhrəmanların, generalların, sərkərdələrin səsi də əzəmətli olmalıdır.
Bir müdrik dostumuz da deyirdi ki, qaranlıqda 2 hərbçi gəlsə hansının general, hansının sıravi olduğunu deyə bilərəm, çünki generalın qaməti, yerişi qaranlıqda da aydın görünür. Bir dənə də müqayisə aparaq. Biri var rəhmətlik Müslüm Maqomayevin ƏSL KİŞİ-BARİTON səsi, biri də var “Qardaşımın toyunda sındıra-sındıra süzərdim” oxuyanların...
Yəqin fərqi hiss etdiniz. Bunları nə üçün yazıram. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları bir qrup yüksək çinli hərbçiləri, generalları qəbul edərkən ürəyimcə olmayan bir məqam oldu. Hərbçilər növbə ilə ad və soyadlarını deyərək cənab Ali Baş Komandanı salamlayır və keçirdilər. Növbə general-mayor Xəqani Cəbrayılova çatanda...
Bəli, general nazik-cır səsi ilə salam verdi və ən dəhşətlisi odur ki, adını və soyadını səhv salaraq Xəqani Cəbrayilov əvəzinə... Cəbrayıl Xəqaniyev deyərək aləmi qarışdırdı.
Sözün düzü, generalın bu salamı, duruşu, səsi məni çox məyus etdi. Rəsmi tədbirdə özünü itirən, çaş-baş qalan, ad ilə soyadını qarışdıran ( yaxşı ki atasının adını demədi ) generalın döyüş meydanında, tankların, raketlərin nəriltisi altında özünü necə aparacağı gözümün önünə gəldi. Bir də el-obada ağsaqqalar deyərdi ki, filanakəsin səsi axta öküzün səsinə oxşayır, elə bil mələyir. Doğrudan da, kəlin, buğanın səsi ilə, axta öküzün mələməsi heç uyğun gəlmir. Həm də buğadan fərqli olaraq öküz yük daşımaq üçündür. (bu sözlərin Xəqani Cəbrayılova aidiyyatı yoxdur, biz adi bir el misalı çəkdik)
Bax, həqiqi, əsl generalla, (s)axta general Xəqani Cəbrayılovun fərqi o qədərdir.
Nə isə indi əsas mövzuya keçmək olar. Bəli, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə ordumuzda ciddi hazırlıq-təmizləmə əməliyyatı aparıldı. Və Xəqani Cəbrayılov kimi bəzi generallar ehtiyata buraxıldı. Çünki Nəcməddin Sadıkovun “sağ əli” olan Xəqani Cəbrayılov Azərbaycan ordusuna biznes gəlir mənbəyi kimi baxırdı.
İndi gəlin Azərbaycan ordusunun hesabına Xəqani Cəbrayılovun əldə etdiyi biznesə nəzər salaq: Sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir: - Sumqayıt şəhərində restoran, kafe və marketləri; - Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoranı; -Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması; - Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi; - Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı. Bu adamın təkcə 5000 baş mal-qarası və 10000 baş qoyun-quzusu var.
Hələ xaricdəki biznesini, yaxud Şəhrizad xanımın əli ilə MAXE düzəltdiyi şəxslərdən yığdığı pulları demirik. Yaxın zamanda bu boyda sərvətin sahibindən soruşacaqlar ki, bunları necə, hansı yolla əldə etmisən ? Hansı maaşla bunları qazanmısan..?
Bəli, hələ (s)axta generalın ləkələdiyi vətənpərvər hərbçi-snayper qızlardan danışmırıq…. Əgər, lazım olsa, Flora xanım da danışacaq. Suallar çoxdur, bir deyil, iki deyil.
Yəqin ki, yaxın zamanlarda bu suallara cənab Cəbrayılov cavab verəcək. Biz isə bir media olaraq dövlətimizə dəstək üçün Xəqani Cəbrayılovun bütün obyektlərini, mal-mülkünü çəkib cəmiyyətə göstərəcəyik. Bunu təhdid üçün deyil, haqq-ədalətin yerini tapması üçün edəcəyik. Necə ola bilər ki, canını vətən yolunda qoyanlar özünə iş tapa bilmir, Xəqani kimi generallar isə milyonçuya çevilib. Və əminik ki, Xəqani Cəbrayılov və onun kimi bəzi generallar yaxın zamanda həbs olunacaq və əmlakları dövlətin xeyrinə müsadirə olunacaqdır.
 //gundelik-baku.com//
Ardını oxu...
Bugünlərdə "Hürriyyət"in redaksiyasına müraciət edən Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təsərrüfat müdiri-komendantı vəzifəsində çalışmış Hikmət Əliheydər oğlu Şükürov ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov tərəfindən qanunsuz olaraq işdən azad edildiyini iddia edib.

"Sabiq səfir Daşqın Şikarovun qohumu olduğu üçün işə qəbul edilən maliyyə üzrə attaşe Üfüq Tərlanov qanun və təlimatlara əməl etmədiyindən mənə normal işləməyə imkan vermirdi"

2019-cu ilin may ayında ezamiyyətə göndərildiyini deyən Hikmət Şükürovun sözlərinə görə, o, 2 ay pulsuz çalışıb, yəni bu müddət ərzində ona əməkhaqqı verilməyib: "Mən 1998-ci ildən Xarici İşlər Nazirliyində ştatdankənar işçi kimi çalışırdım. Bu müddət ərzində Pakistan İslam Respublikası, Azərbaycanın YUNESKO-dakı Nümayəndəliyi və Azərbaycanın Fransadakı Səfirliyində uzunmüddətli ezamiyyətdə olmuşam. Lakin 15.05.2019-cu il tarixdə Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinə ezam olunmuşam. 15.07.2019-cu il tarixdən etibarən isə əmrlə səfirlikdə təsərrüfat müdiri-komendant vəzifəsinə işə qəbul edilmişəm. Beləcə, 2 ay pulsuz, əmək haqqı ödənmədən çalışmışam. İşlədiyim müddətdə sabiq səfir Daşqın Şikarovun qohumu olduğu üçün işə qəbul edilən maliyyə üzrə attaşe Üfüq Tərlanov qanun və təlimatlara əməl etmədiyindən mənə normal işləməyə imkan vermirdi. Əlində maliyyə resursları olduğundan kollektivi mənə qarşı qaldırıb. Məsələn, əməkdaşların uzunmüddətli məzuniyyətə gedib-gələrkən şəxsi əşyalarının daşınmasını istədiyi adamdan kq-ın 9 avrodan qəbul edir və ya diplomatlara ayrılmış təmsilçilik vəsaitinin silinməsi üçün saxta qaimələri qəbul edir".

"Dəfələrlə tələb etməyimə baxmayaraq, Üfüq Tərlanov mənə səfirliyə ayrılmış büdcədəki təsərrüfat müdirinə aid işlərin smetasını göstərməmiş və məni özündən asılı vəziyyətə salmışdır"

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin maliyyə məsələləri üzrə attaşesi Üfüq Tərlanovun qanun və təlimatlara əməl etməməsinə dair faktları açıqlayan Hikmət Şükürov bildirib ki, adıçəkilən şəxs təsərrüfat müdirindən xəbərsiz müşavir Ruslan Abdullayevlə əlbir olaraq səfirlikdə döşəmələrdəki laminat lövhələrin və plafonların dəyişdirilməsini həyata keçirib: "Bundan başqa, o, yəni Üfüq Tərlanov pandemiya ilə əlaqədar konsulluğa tikilən qəbul otağının tikintisində iştirakıma izn verməyib. Sübut olaraq nə tender keçirilən aktda, nə də təhvil-təslim aktında imzam olmadığını və daxili izləmə kameralarında tikinti vaxtı əsasən kimin nəzarət etdiyini göstərə bilərəm. Təsərrüfat müdirindən xəbərsiz müşavir Ruslan Abdullayevlə əlbir olaraq səfirlikdə döşəmələrdəki laminat lövhələrin və plafonların dəyişdirilməsini həyata keçirib. Sübut kimi mənə heç bir sənəd göstərmədiklərini və imzalatdırmadıqlarını qeyd edə bilərəm. Bundan başqa, hər ay əsas və azqiymətli invertarların cədvəlini mənə təqdim edib imzalatdırmalı olduğu halda Üfüq Tərlanov buna əməl etməyib. Sabiq səfir Xəzər İbrahim uzunmüddətli ezamiyyətini başa vurub gedərkən ona təhvil-təslim aktını tərtib etməyi tapşırsa da o, bunu etməyib. Ancaq o zaman mənim cənab səfir Xəzər İbrahimdən iqamətgahdakı invertarları təhvil verməsini tələb etdiyimdən Üfüq Tərlanov yalnız əsas vəsaitin qeydiyyat cədvəlini təqdim edib. Onun əsasında iqamətgahda olan, yalnız İPHONE-12 mobil telefonundan başqa bütün əsas vəsait invertarlarını təhvil almışam. Həmin telefonu sonradan poçtla səfirliyə göndərmişdir. Amma azqiymətli invertarları təhvil ala bilməmişəm. Onu da bildirim ki, sabiq səfirin işlədiyi dövrdə heç bir xidməti qeyd yazmağa imkan verməmiş və ancaq hesabat vaxtı imza səhifəsini göstərib imzalatdırıb. Dəfələrlə tələb etməyimə baxmayaraq, Üfüq Tərlanov mənə səfirliyə ayrılmış büdcədəki təsərrüfat müdirinə aid işlərin smetasını göstərməmiş və məni özündən asılı vəziyyətə salmışdır".

"2022-ci ilin fevral ayının 2-də Üfüq Tərlanov mənə səfirliyin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinin silinməsi üçün mərkəzə göndəriləcək aktı imzalatdırdı"
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Hikmət Şükürov qeyd edib ki, bu vaxtadək lazımı orqanlara şikayət etməməsinin səbəbi əlində heç bir sənədin olmaması ilə bağlıdır: "Lakin 2022-ci ilin fevral ayının 2-də Üfüq Tərlanov mənə səfirliyin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinin silinməsi üçün mərkəzə göndəriləcək aktı imzalatdırdı. Həmin gün mənə təhkim olunmuş 06 CD 5378 nömrə nişanlı avtomobili servisdən götürərkən servis sahibi, Türkiyə vətəndaşı Hasan Aksoy Üfüq Tərlanova çatdırmağa sənəd verdi. Baxdıqda sənədin 06 CD 3444 və 06 CD 3278 nömrə nişanlı avtomobillərinə hazırlanmış saxta təmir qiymətləndirməsi qaiməsi olduğunu gördüm. Halbuki, həmin avtomobillər saz vəziyyətdə idi. Kamera görüntüləri də bunu təsdiq edə bilər. Bundan başqa, təmir zamanı səfirlikdə su borusunun sayğacdan kənar qoşulduğunu aşkarlamışam və xidməti qeydlə müraciət etmişəm, lakin hələlik heç bir nəticəsi yoxdur. Onu da əlavə edim ki, 11.02.2022-ci il tarixdə saat 14:40, 14:50 radələrində Üfüq Tərlanov onun qanunsuz əməlləri haqda səfirlik qrupunda mesaj yazdığım üçün otağıma hücum edib. O, müqavimət göstərdiyimi görüb otaqdan bayıra çıxıb, otağı üzərindəki açarla bağlayıb, məni hədələyib və sonra açarı atıb gedib. Bunu otağımın qarşısında olan kamera görüntüləri ilə sübut edə bilərəm. Onu da nəzərinizə çatdırım ki, Üfüq Tərlanovun rotasiyaya əsasən 4 illik müddəti 2022-ci ilin fevral ayında bitib və o, 2021-ci ilin yanvarında məzuniyyətə gedərkən övladlarının Ankaradakı NATO məktəbindən sənədlərini onun xahişi ilə mən almışam. Sonradan necə oldusa övladlarını yenidən məktəbə yazdırdı. O, məndən sonra işə qəbul olunmasına baxmayaraq, Xarici İşlər Nazirliyinin ştatına alınıb. Ona səfirlikdə 4 ildən artıq işləməyə icazə verildiyi halda, mənə 3 il işləməyə imkan vermədilər".

Azərbaycanın Türkiyə Səfirliyinin invertarların qeydiyyat cədvəlində aşkarlanan qanun pozuntuları...

Şikayətçinin sözlərinə görə, 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar ayı üzrə əsas və azqiymətli invertarların qeydiyyat cədvəlini araşdıran zaman bir sıra qanun pozuntuları aşkarlayıb: "Belə ki, səfirliyin qarajında invertar siyahısında qeydiyyatda olmayan 06 CD 3362 nömrə nişanlı avtomobil olduğunu aşkar etdim. Bundan başqa, 2011-ci ilin iyun ayında alınmış 200 avro qiymətində olan "Şərq şəhəri" adlı rəsm əsəri, 350 avro qiymətində olan "Oxatan" adlı rəsm əsəri, 250 avro qiymətində olan "İstanbul gümbəzləri" adlı rəsm əsəri, 2015-ci ilin yanvar ayında alınmış 400 avro qiyməti olan "Makedoniya" adlı rəsm əsəri, 27.02.2018-ci il tarixdə alınmış 129,32 avro qiymətində Çay dəsti, 12.07.2018-ci il tarixdə alınmış 116 avro qiymətində H.Əliyevin 95 illik yubileyinə həsr edilmiş kitab mövcud deyildi. 2013-cü ilin may ayında alınmış 51345,98 avro qiymətində olan X-RAY test cihazı mpvcud olsa da, qiyməti məndə şübhə doğurur. Hələ bu, harasıdır. 2015-ci ilin noyabr ayında alınmış azqiymətli inventarların qeydiyyat cədvəlindəki ümumi dəyəri 1961,81 avro olan 400 ədəd "Sözdə böyük Ermənistan.Faktlar və sübutlar" kitabı, həmin vaxt alınmış ümumi dəyəri 615,38 avro olan 200 ədəd "Dağlıq Qarabağ" kitabı və dəyəri 738,46avro olan 200 ədəd "İrəvan şəhəri" kitabı mövcud deyildi. 12.03.2021-ci il tarixdə səfirlikdəki döşəmələrin laminat lövhələrlə dəyişilərkən alınmış ümumi dəyəri 1311,13 avro olan 27 ədəd otaq lampalarının qiyməti şübhəli görünür".

"Qeyd etdiyim artıq inventarlar SOCAR şirkətinin Ankara nümayəndəliyinin pandemiya ilə əlaqədar Türkiyədəki Azərbaycan vətəndaşı olan tələbələrə ərzaq yardımı göstərilməsi üçün səfirliyə ayrılmış vəsait hesabına alınıb"

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təsərrüfat müdiri-komendantı vəzifəsində çalışmış Hikmət Şükürov bildirib ki, inventar cədvəlində qeydiyyatda olmayan səfərliyin qarakına yığılmış yeni alınmış 6 ədəd "Altus" markalı soyuducu, 3 ədəd "Altus" markalı paltaryuyan, 1 ədəd "Singer" markalı paltartikən maşın və 1 ədəd meyvə şirəsi maşını da aşkar edib: "Həmçinin, səfirliyin 27 nömrəli otağında yığılmış və yeni alınmış, lakin inventar cədvəlində qeydiyyatda olmayan6 ədəd "Baymak" markalı kondisioner, 2 ədəd "Fuji Plus" markalı kondisioner, 2 ədəd "Altus" markalı kondisioner aşkar etdim. Səfirliyin əvvəllər ibadət otağı, hazırda isə hədiyyə anbarı kimi istifadə olunan otağında çoxlu şərab və digər spirtli içkilər aşkar etdim. Eşitdiyimə görə, qeyd etdiyim artıq inventarlar SOCAR şirkətinin Ankara nümayəndəliyinin pandemiya ilə əlaqədar Türkiyədəki Azərbaycan vətəndaşı olan tələbələrə ərzaq yardımı göstərilməsi üçün səfirliyə ayrılmış vəsait hesabına alınıb".

Hikmət Şükürov sonda əlavə edib ki, bütün bu qeyd olunan qanunsuzluqlarla bağlı Xarici İşlər Nazirliyinə yazılı şikayətlə müraciət etdikdən sonra Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov kollektivdən böhtan xarakterli izahatlar alaraq, heç bir məhkəmə qərarı olmadan onun cinayət işləri ilə məşğul olduğunu elan edib: "Səfir bunu əsas gətirərək, 04.02.2022-ci il tarixdən işə buraxılmamam haqda saxta əmr verib. Hazırda bu əmrə əsasən mühafizə dəstəsinin əməkdaşları məni işə buraxmırlar. Odur ki, mən də sizin vasitənizlə müvafiq qurumlara müraciət edir, onlardan məsələnin araşdırılmasını, mənə qarşı edilən qərəzli hərəkətlərə son verilməsinə köməklik göstərmələrini xahiş edirəm".

Hurriyyet.az

 
 
 
Ardını oxu...
Azərbaycan əmək qanunvericiliyini (ARƏM maddə 72) pozduğu üçün Coşqun Mayılov cəzalanmalıdır.(ARƏM maddə 310)
Azneft İB 1 sayli ixtisaslasdirmish neft-mədən xususi texnika idarəsinin rəisi Coşqun Mayılov işçisi 3-cü qrup əlil, şəkərli diabet xəstəsi Manafov Ramizi Əmək Məcəlləsinin 70 ç bəndinə əsasən 12.01.2023-cü il tarixindən işdən azad etmişdi. Səbəb isə xəstəlik vərəqəsinin "saxta" olması idi . Daima işəgötürənin yanında olan , xəstəlik zamanı onun evdə olub olmamasını yoxlamaq məqsədilə, əlil xəstənin qapısında pusquya duran Həmkarlar təşkilatı da işçinin işdən azad olunmasına razılıq vermişdi .
İşçinin oğlu yazdı:
Atam Manafov Ramiz Agaverdi oglu Azneft İB 1 sayli ixtisaslasdirmish neft-meden xususi texnika idaresi 1 sayli XTS idaresinde ishden azad edilmishdir. Ishden azad edilme sebebi Zire Mualice diaqnostika Merkezinin 0065607 nomreli EQOV-nin legv edilmesi olmushdur, Sehiyye Nazirliyi terefinden verilmish gosterishle xestelik veregesinin yeni legv olunmush akti legv edilmishdir. (legv olunmush aktin legv edilmesi baresinde scan muraciete elave edilir). Bu sebebden atam Ramiz Manafovun 1 sayli XTS idaresinde ishden azad edilmiseni esassiz edir. Qeyd etdiklerime gore 3-cu qrup elil atamin ishden azad edilmesinin qerarini legv ederek, atamin ishe berpa edesiniz ve hemcinin ishe cixacagi gunu onceden bize melumat veresiniz.
Hornetle,
Rasim Manafov Ramiz oglu
Elage 050 347 66 22
Unvan Baki sheheri Xezer ray Zire qes Nataven ev 18
Məktub və əlavələr Manafov Rasim tərəfindən 100-dək məsul şəxslərə göndərilmişdir.
Mirvari Qəhrəmanlı
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, hündürmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb.
“Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdiyi üçün bu cür qərarların verilməsi normal haldır. Həmçinin, binaların tikintisi zamanı elə mexanizm qurulmalıdır ki, Yaponiyada olduğu kimi dağıdıcı zəlzələlərə dözümlü olsun. Bütün bu kimi məsələlərə ciddi nəzarət olunmalıdır”, — deyə Vahid Əhmədov bildirib.
Deputat onu da vurğulayıb ki, artıq Bakının Baş planı təsdiq olunmalıdır: “Bu, ona görə lazımdır ki, kim harada gəldi bina tikməsin. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyev bununla bağlı göstəriş vermişdi. Hətta o zaman mövzu ilə bağlı təqdimat da oldu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təcili şəkildə Baş planı təsdiq etməlidir. Burada yalnız ev tikintisindən deyil, park və küçə layihələrinin hazırlanmasından söhbət gedir. Azərbaycanda binaların zəlzələyə dözümlü olması ilə bağlı nəzarət mexanizminə Fövqaladə Hallar Nazirliyinin (FHN) xüsusi idarələri baxır. Bu işlə məşğul olanlar kifayət qədər təcrübəli insanlardır. Binaların tikintisində mexanizmi elə qurmaq lazımdır ki, heç kim lahiyədən kənara çıxmasın. Aldığım məlumata görə, Azərbaycanda bu istiqamətdə işlər aparıılır”.
Qeyd edək ki, Türkiyədə 45 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Azərbaycanda hündürmərtəbəli binaların tikintisinin dayandırılması barədə bir çox təkliflər irəli sürülüb.
Vahid Əhmədov və onun kimi insanpərvər millət vəkilləri danışmaqda olsunlar, Bakıda hündürmərtəbəli binalar tikilməkdədir. Paytaxtın Nəsimi rayonunda, Moskva küçəsində könhə uşaq bağçasının yerində yeni bağçanın layihəsi adı ilə tikilmiş, yaxın ətrafdakı yaşıl ağacların kəsilməsi ilə müşayiət olunan hündürmərtəbəli binanın tikintisində əməyin təhlükəsizliyi qaydaları, əmək qanunvericiliyinin tələbləri pozulur, işə qeyri-leqal işçi qüvvəsi cəlb olunur.
Redaksiya olaraq, öz növbəmizdə aidiyyəti orqanların diqqətini bu məsələyə cəlb etməyə çalışacağıq.
Deryaz.az

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Şəriklərinin “başını yeyən” Münasib Qurbanovun tikdirdiyi binalar təhlükə vəd edir
Bakı şəhərində Səməd Vurğun, Sabit Rəhman, Mərdanov qardaşları və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində inşa olunan yaşayış kompleksini təşkil edəcək binaların tikintisində təhlükəsizlik qaydaları aşkar şəkildə pozulur. Tikintinin sifarişçisi “Teymuroğlu” MTK, podratçısı isə “İSB Group” MMC-dir. Binalar 16-17 mərtəbəlik “göydələn”lərdir. İnşaat materiallarını yuxarı mərtəbələrə qaldıran qülləli kranın caynağındakı yük qırılarsa, küçədəki insanların və avtomobillərin üstünə düşə bilər. Yəni, tikinti sahəsi təcrid olunmayıb. Biz də, Dəryaz qəzeti redaksiyası olaraq ərazidə müşahidə və çəkiliş apardığımız vaxt qeydə aldılq ki, heç fəhlələrin özlərinin də başlarında dəbilqə olmur. Təhlükəli ərazidən gediş gəlişin məsuliyyətini piyadaların üzərinə atmaq olmaz. Çünki bəzi binalar hələ sökülməmiş qalan fərdi həyət evlərinin bir neçə metrliyində ucaldılır. Həmin evlərin sakinləri nə qədər ki, yaşayırlar, küçəyə çıxmaq, öz evlərinə gedib-gəlmək məcburiyyətindədirlər.
Sifarişçi “Teymuroğlu” MTK-nın rəhbəri Qurbanov Münasib Teymur oğlu 13 noyabr 1957-ci ildə Tovuz rayonunda anadan olub. İlk əmək fəaliyyətinə B.Sərdarov adına Maşınqayırma zavodunun metaltökmə sexində ikinci dərəcəli fəhlə kimi başlayıb. 1979-cu ildə Azəryol Tikinti Nazirliyinin Layihə-Axtarış bürosunun arxitektura və mülki tikinti şöbəsində işə başlayıb, 1981-ci ildə mühəndis, sonradan böyük mühəndis kimi fəaliyyət göstərib. 1983-cü ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib, mühəndis ixtisasına yiyələnib. 1987-ci ildə «Azəryollayihə» İnstitutunda direktor müavini vəzifəsinə təyin edilib. 1993-cü ildə «Azəravtoyol» Şirkətinin 7 saylı Mexinikləşdirmə və Nəqliyyat İdarəsinin rəisi olub. 1994-cü ildə köçürmə yolu ilə həmin şirkətin «Azəryol Mexinikləşdirmə» trestinə müdir təyin edilib. 1995-ci ildə «Çıraq» Sahələrarası Təsərrüfat Assosiasiyasının birinci vitse-prezidenti olub. Bir müddət sonra həmin assosiasiyanın prezidenti vəzifəsini icra edib. 1997-ci ildən «Onur-Style» MMC-nin direktorudur. İqtisad elmləri doktorudur. Həmin ildən Bakı şəhərində yüksək mərtəbəli binaların tikinti işini aparır. «AVM-F» MMC-nin direktoru kimi fəaliyyətini davam etdirir. 2013-cü ildə öz işində yeni sürət mexanizmi qurub və nəticədə, «Bəşir-inşaat» MMC-ni yaradıb, həmin MMC-nin direktoru olub. 2016-cı ildə «Onur-Style» MMC-yə direktor təyin edilib.
Münasib Qurbanovun rəhbərlik etdiyi MTK təkcə Bakı şəhərində deyil, eləcə də Rusiyanın Krasnoyarsk və Tümen vilayətlərində yüksəkmərtəbəli binaların tikinti işini həyata keçirir.
Münasib Qurbanovun gənc yaşlarından uğurlara imza atmasında, ali təhsilini başa vurmamış mühəndis vəzifəsində işləməsində atası rəhmətlik Teymur Qurbanovun Böyük Vətən müharibəsi veteranı kimi imtiyazlarının böyük rol oynadığı deyilir.
Söz vaxtına çəkər. Keçən il bu vaxt – mart ayının 5-də Bakıda bir mənzili iki nəfərə 400 min manata satmaqda ittiham edilən “Troya LTD” MMC-nin direktoru və “Teymuroğlu” MTK-nın həmtəsisçisi Elşad Tağıyev məhkəmə zalında həbs edildi və sonrtadan 4 il müddətinə azadlıqdan məhrum edildi. Necə oldusa, Münasib Qurbanov bu məsələdə məsuliyyətdən kənarda qalmağı bacardı. Şərikindən qurtulan Münasib Qurbanov Sumqayıt Telekommunikasiya Qovşağının keçmiş rəisi, məlum “Rabitə işi”ndən sonra “sudan quru çıxan”, özünə nəhayətsiz kapital toplamış Akif Əsgərovu işə cəlb edə bildi. Dolaşan söhbətlərə görə, şəriklər bir-birinə o qədər də etibar etmirlər və tikinti işlərindən başı o qədər də çıxmayan qeyri-ixtisaslı Akif Əsgərov şübhələrində haqsız deyil.
Görülən tikinti işlərinə cəlb olunmuş işçilərlə əmək müqaviləsi bağlanılmadığı da deyilir. Hərçənd, bu məsələlərin məsuliyyəti podratçı şirkətlərin üzərində olsa da, onları da Münasib bəyin özü seçdiyi nəzərə alınmalıdır.

Mövzuya qayıdacağıq
Deryaz.az

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Türkiyənin zəlzələ baş verən bölgələrində söküləcək və dağıntıları aradan qaldırılmalı 50 min bina mövcuddur.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
O qeyd edib ki, digər tərəfdən də iki ay ərzində 244 min mənzil və 75 min kənd evinin inşasının başlanılması nəzərdə tutulub.

Onun sözlərinə görə, 22 min mənzilin inşasına artıq start verilib.

"Ümumilikdə 488 min olmaqla, 405 min mənzil və 83 min kənd evinin inşası planlaşdırılıb", - deyə Ərdoğan bildirib.
Ardını oxu...
Bu restoranın Faiq Hüseynova məxsus olduğu bildirilir…
Haqqında bəs edəcəyimiz “Şamlıq” restoranı barəsində qısa məlumat verək.
“Şamlıq” restoranı, ailəvi istirahət mərkəzi Sumqayıt şosesi, Bakı- Şamaxı yolundakı Ekologiya Postunun arxasıda yerləşir. Bu restoranın adı ilk dəfə, hazırda həbsdə olan blogger Ata Abdullayevin bir video çəkilişi ilə gündəmə gəldi və tanındı. O zaman Ata Abdullayev “Şamlıq” restoranında karantin qaydalarının pozulmasını gündəmə gətirdi.
Təsəvvür edirsiniz, karantin dövründə Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra bu videoçəkilş cəmiyyətdə böyük rezonans doğurdu. Hamı düşündü ki, bu restoranın sahibi kimdir ki, dövlət səviyyəsində elan olunan karantin rejimində burada əyləncə mərasimləri, toy keçirilir. Blogger Ata Abdullayevin yaydığı videodan görünürdü ki, karantin dövründə “Şamlıq” restoranında toy mərasimi təşkil olunub. Ata Abdullayev çəkiliş apararkən bir neçə dəfə restoranın “Azərsu”nun o zamankı sədri Qorxmaz Hüseynova məxsus olduğunu bildirib. Bu Ata Abdullayevin işi idi. Biz Qorxmaz Hüseynova həmişə hörmətlə yanaşmışıq, indi də hörmətlə yanaşırq.
Videonun sosial şəbəkələrdə və internet mediada tirajlanmasına baxmayaraq, “Azərsu” ASC-dən heç bir reaksiya gəlmədi. Atalar demişkən, susmaq razılıq əlamətidir. Həm də o zaman çəkilişdən xəbər tutan və hadisə yerinə gələn Abşeron Rayon Polis Şöbəsi heç bir rəsmi açıqlama vermədi. Hamı bilirdi ki, karantin rejimi dövründə kimsə belə bir tədbirə cəsarət etməzdi.
Sözün qısası, ölkə mediasında “Şamlıq” restoranı ilə bağlı xeyli məlumat yayılsa da, qarşı tərəfdən heç bir təkzib-filan söhbəti olmadı. Sonra mediada yayılan xəbərlərdə iddia olundu ki, “Şamlıq” restoranı “Azərsu”nun o zamankı sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynova məxsusdur. Və Faiq Hüseynovun obyektləri arasında təkcə “Şamlıq” restoranı deyil, Xətai rayonu ərazisində xeyli mülkləri var və dövlət qurumlarına icarəyə verib. Onu da qeyd edək ki, mediada o zaman yayılan məlumatlardan bəlli olurdu ki, Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynov SOCAR-da Neft qazma trestinin rəis müavinidir və onun böyük biznes imperiyası var.
Məlumata görə, Faiq Hüseynovun əmlaklarının siyahısında “Linkoyl” yanacaqdoldurma məntəqələri başda gəlir. Bu yanacaqdoldurma məntəqələrinin adı “Lukoyl”lə oxşar olsa da, fərqli firmadır və şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərir. Müstəqil ekspertlərin qiymətləndirmələrinə görə, “Linkoyl” yanacaqdoldurma məntəqələrində yanacaq kifayət qədər keyfiyyətsizdir. Faiq Hüseynovun biznes səltənətində ikinci yeri isə hamamlar tutur. Bu adam üçün hamam hər şey deməkdir. Bakıda “Bəy”, “Atilla” və daha 7 hamamın ona məxsus olduğu bildirilir. Faiq Hüseynovun Xətai rayonunda restoranları, obyektləri yüksək məbləğə arendadır. Həmin obyektlər onun bacısı oğlu Habil tərəfindən idarə edilir.
Məlumata görə, Faiq Hüseynovun biznes imperiyası bununla məhdudlaşmır, onun kərpic zavodları, Şabranın Kirvan kəndində isə villaları var. Hətta deyilənə görə, villanın birində zoopark yaradıb. Dünyada olmayan quşlar Faiq Hüseynovun malikanəsində saxlanır.
Eyni zamanda Faiq Hüseynovun Bakının “Montin” ərazisindəki evində təkcə kosmetik villasının dəyəri 10 milyondan bahadır. Bildirilir ki, Faiq Hüseynovun Pirallahıda çörək zavodu da var, həmçinin plastik boru buraxan zavod – “Azərtexnolayn” da ona məxsusdur.
Sözün qısası, kimə məxsus olduğundan asılı olmayaraq Ekologiya postunun həndəvərində yerləşən və ən əsası HƏRƏKƏTİN İSTİQAMƏTİNİN AYDIN GÖRÜNMƏSİNƏ MANE OLAN bu obyektlər sökülməlidir.
P.S. Mediada nəyin yazılmasından asılı olmayaraq, bizim öz yolumuz var. Yaxın saylarımızda yazıda adları çəkilən şəxslərin hər birindən ayrı-ayrılıqda münasibət öyrəniləcək, hansı obyektin kimə məxsus olması ictimaiyyətə bildiriləcəkdir.
Amma, elə bu dəqiqədən etibarən yazıda adları keçən hər kəsə cavab haqqı tanıyırıq.
gundelik baki.com
 
Ardını oxu...
Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
TEREF.AZ-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqələrinin qalibi "Rövşən Oğuz Qrup" MMC (VÖEN-1700993511) olub.
İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üçün "Rövşən Oğuz Qrup" MMC-yə 28 milyon 663 min 30 manat 92 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, İcra hakimiyyəti ilə "Rövşən Oğuz Qrup" MMC arasında ilk tender müaviləsi 9 aprel 2020-ci il tarixində imzalanıb. Həmin müqaviləyə görə İcra Hakimiyyəti Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi üçün 16 milyon 900 min, İdman Sarayının tikintisi üçün isə 4 milyon 600 min manat ayırıb.
Daha sonra müxtəlif vaxtlarda Dram Teatrı və İdman Sarayının tikintisilə bağlı bir neçə tender keçirilib və hər dəfə "Rövşən Oğuz Qrup" MMC qalib olub.
İcra Hakimiyyəti İdman Sarayının tikintisinin davam etdirilməsi üçün 06.10.2020-ci il tarixində 1 milyon 800 min, 19.03.2021-ci il tarixində 9 milyon 400 min, 12.08.2021-ci il tarixində 5 milyon, 17.12.2021-ci il tarixində 181 min 600, 09.03.2022-ci il tarixində 15 milyon, 26.09.2022-ci il tarixində isə 10 milyon manat ayırıb.
Rəqəmlərdən də göründyü kimi, İcra Hakimiyyəti bu günə kimi İdman Sarayının tikintisi üçün "Rövşən Oğuz Qrup" MMC-yə ümumilikdə 74 milyon manata yaxın vəsait ayırıb.
Onu da bildirək ki, "Rövşən Oğuz Qrup” MMC 29.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 manat olan MMC-nin hüquqi ünvanı “Əhməd Rəcəbli 1, ev 8”də - "Adore Plaza"nın 3-cü mərtəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur.
 
Ardını oxu...
Teref.az yazır ki, redaksiyamıza müraciət edən vətəndaş İlqar Mənaf oğlu Məmmdov deyir ki, məhkəmə qərarı əlində ola ola Nizami rayon icra şöbəsi qərarı icra etmir. Şikayətçi məktubunda daha sonra yazır:

Mən 2016 cı ilin Mart ayında Mehdiyev Əli Adil oğlu adlı şəxslə aramızda razılaşaraq onun BMW markalı avtomobilini satın almışam.

Alqı satqı Xətai rayon notariusunda aparılıb və mən BDYPİ nə gedib həmin avtomobili öz adıma sənədləşdirmək istəyəndə mənə orda bildiriblər ki, mülkiyyətçinin bank borclarına görə avtomobilin üzərinə həbs qoyulub və alqı satqısı mümkün deyil. Mən mülkiyyətçi ilə əlaqə saxladığımda mənə söz verdi ki, yaxın vaxtda o problemi özü həll edib hər şeyi yoluna qoyacaq.

Lakin müəyyən bir müddət sonra onun məni aldatdığını anlayınca, Xətai rayon polisinə müraciət etmişəm və polis şöbəsi 7 dəfə işi geri qaytarıb ki, cinayət tərkibi yoxdur, mülki qaydada məhkəməyə müraciət etməlisən.

Mən bu mövzu ilə bağlı Bakı şəhər prokuroru cənab İlqar Abbasovun və Xətai rayon polis idarəsi rəis muavinin də şəxsən qəbulunda olmuşam. Onlar da məni birmənalı olaraq mülki məhkəməyə yönləndiriblər. Cinayət işi açılmayınca , məcbur qalıb mülki qaydada məhkəməyə müraciət etmişəm, Nizami rayon məhkəməsində işə baxılıb və mənim xeyrimə qətnamə çıxarılıb ki, mənim ödədiyim 12 min ABŞ dolları Mehdiyev Əli Adil oğlundan alınıb mənə ödənilməlidir.

Qarşı tərəfin Apellyasiya və Ali Məhkəmə şikayətləri təmin edilməyib və Bakı Apellyasiya məhkəməsi ödənilən dövlət rüsumunun da qarşı tərəfin ödəməli olduğunu işə əlavə edərək yeni bir qətnamə çıxarıb. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2018 -ci il tarixli 2(103)-13089 sayılı Qətnaməsinə əsasən Mehdiyev Əli Adil oğlundan 12 000 (on iki min) ABŞ dolları​ (ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) habelə dövlət rüsumunun əvəzi qisminde 30.40 (otuz manat qırx qepik) manat alınaraq mənə ödənilməlidir. Lakin, illərdir Nizami rayon icra şöbəsi qəsdən qarşı tərəfin mənafeyini güdür və bu günə qədər məhkəmə qətnaməsini icra etməyib. İcra şöbəsindən əldə etdiyim çıxarışlardan məlum olur ki, icra məmuru icra sənədini aldığı gündən 2 ay sonra icra tədbirlərinə başlayıb, bir çox zəruri hərəkətləri isə bu günə qədər hələ də həyata keçirməyib, bir qismini də qəsdən gec həyata keçirərək borclu şəxsə yayınma fürsəti yaradıb və işi icra etmədən istintaqa göndərib. 02 Mart 2022 ci il tarixli, 212950325 sayılı İstintaq qərarı ilə sübuta yetirilib ki, borclu şəxs bu 5 il ərzində qətnamənin icrasından qərəzli şəkildə yayınıb. İcra məmuru borclunun mülkündə olan Volkswagen və Şevrolet marka 2 minik avtomobilinə vaxtında həbs tədbiri qoydurmadığı üçün 2019 cu ildə iş icrada ola – ola borclu şəxs həmin avtomobilləri öz adından çıxarıb yaxın qohumlarının adına keçirib, icra şöbəsi isə buna göz yumub. İcra şöbəsi borclunun ölkədən getmə hüququnu məhdudlaşdıran tədbiri vaxtında deyil, icra sənədini aldıqdan 3 il sonra qoydurub və elektron sistemdən görünür ki, borclu şəxs 2020 ci ildə dəfələrlə xarici ölkələrə giriş – çıxış edib. Borclu şəxs Keşlə qəsəbəsindəki həyət evini 2020 ci ildə 55 min manata satıb gəlir əldə etdiyi vaxt icra şöbəsini dəfələrlə xəbərdar etməyimə baxmayaraq, heç bir tədbir görmədi, borcludan borcun ödənməsini tələb etmədi.

İcra Haqqında Qanunun 43.1.3. maddəsində “tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi” və 54 cü maddəsində “Bir neçə icra sənədi üzrə icraatın xüsusiyyətləri” yazılsa da borclu şəxsin üçüncü şəxsdə olan və istintaq qərarında qeyd edilən, elektron portalda da görünən, Yasamal rayon İcra şöbəsinin icraatında olan 14 min 500 azn alacağı pul vəsaiti ilə bağlı icra şöbəsi heç bir icra tədbiri görmür, icra sənədlərinin birləşdirilməsi xahişimi də rədd edir. İcra məmurunun dəyişdirilməsi ilə bağlı xahişimi icra şöbəsinin rəisi dəfələrlə yazılı şəkildə rədd edib. İcra məmurları haqqında Qanunun 8 ci maddəsində “İcra məmuru icra ilə əlaqədar zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək” hüququ olduğu yazılsa da bu 5 il ərzində mənim çoxsaylı yazılı müraciətlərimə baxmayaraq borclunun yaşadığı mənzilə baxış keçirilmir, borclunun yaşamadığı qeydiyyat ünvanı ilə bağlı akt tərtib edib, məsələni bağlayıblar.

Halbuki, İcra Haqqında Qanunun 10.3 maddəsində aydın yazılıb ki, borclunun köhnə ünvanı haqda akt tərtib edildikdən dərhal sonra tələb borclunun yeni yaşayış yerinə yönləndirilməlidir. (borclu şəxs öz yeni yaşayış yerini yazılı şəkildə icra şöbəsinə bildirib.) Ailə məcəlləsinin 32 maddəsində ər və arvadın birgə nigah dövrü qazandıqları bütün əmlak və gəlirlərin və həmçinin bu dövürdə yaranan borcun ortaq olduğu yazılsa da icra məmuru borçlunun arvadının “birgə nigah dövrü” əmlak sorğusunu keçirmir. Borca görə üzərinə həbs qoyulmuş borcluya məxsus BMW marka avtomobilin üzərindən 2022 ci ildə məndən xəbərsiz həbsin götürülməsinə, borclu tərəfindən satılmasına və borcun ödənməməsinə icra şöbəsi şərait yaradıb. Halbuki İcra haqqında Qanunun 82 ci maddəsinə əsasən İcra məmuru bu hərəkətlərinə görə məsuliyyət daşıyır. İcra şöbəsi borclunun məşğulluq mərkəzinə yönləndirilməsi ilə bağlı icra tədbiri görməkdən boyun qaçırır. Borclunun faktiki yaşayış yeri məlum olduğu halda İcra şöbəsi onun haqqında 1 dəfə də olsa “məcburi gətirilmə tədbiri” görməyib, inzibati həbs tədbiri həyata keçirməyib, onun haqqında “yeri məlum olmayan şəxs” kimi dəfələrlə axtarış verərək işin icrasını uzatmaq məqsədi güdüb. Halbuki müxtəlif vaxtlarda polis borclunu eyni ünvandan götürüb icra şöbəsinə təhvil verib və polis axtarışı ilə İcra şöbəsinə gətirilən şəxs barəsində icra məmuru heç bir tədbir görmədən onunla məndən xəbərsiz gizli danışıqlara gedərək, onu sərbəst buraxıb.

Mənim yuxarı orqanlara şikayətlərimi susdurmaq məqsədilə borclu haqqında təkrardan axtarış verib. Bu 5 il ərzində İcra şöbəsi bu cür qərəzli hərəkətləri və hərəkətsizlikləri ilə ancaq borclunun maraqlarına xidmət edib, məhkəmə qətnaməsinin icrasını mümkünsüz hala gətirməyə çalışıb. Bu məsələ ilə bağlı Ombudsman aparatına, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, cənab Prezidentə, Birinci Xanıma dəfələrlə yazılı müraciətlərim olub və heç bir nəticə verməyib, müraciətlərimin çoxuna “məsələni araşdırırıq, aldığımız məlumata görə icra tədbirləri davam edir” kimi şablon cavablar gəlir.

Ədliyyə nazirliyi üzrə isə kuratora etdiyim şikayətlər heç nəticə vermədiyi üçün, sistematik olaraq aşağıdan yuxarı, icra baş idarəsi rəis müavinlərinin qəbulundan sonra İcra baş idarəsinin rəisi cənab İlqar Cəfərovun şəxsən özünün qəbulunda 5 dəfə və cənab Nazir Fikrət Məmmədovun qəbulunda isə 2 dəfə olmuşam, fəqət yenə də heç bir nəticə olmayıb və icra şöbəsi işi icra etmədən istintaqa ötürüb.

02 Mart 2022 ci il tarixli, 212950325 sayılı İstintaq Qərarı ilə sübuta yetirilib ki, məhkəmə qətnaməsi qərəzli şəkildə icra olunmayıb və cavabdeh barəsində CM nin 306.1 maddəsi ilə cinayət işi açılıb və Nizami Rayon Məhkəməsinin 1(007)-170/2022 saylı, 08 iyun 2022-ci il tarixli hökmü ilə ona 3 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Mənim apellyasiya və Ali Məhkəmə şikayətlərim təmin edilməyib və bu günə qədər pulumu ala bilməmişəm.

Ən sonda isə cənab prezidentin Hüquq Mühafizə işləri üzrə köməkçisi hörmətli Fuad Ələsgərovun özünün şəxsən qəbulunda olmuşam.

Lakin bu günə kimi heç bir nəticə əldə olunmayıb və yenidən qəbula düşməyə cəhd edirəm.

Hal hazırda isə Nizami rayon icra şöbəsinin rəisi Rəşad Hacıyev deyir ki, biz görülməli olan bütün icra tədbirlərini görmüşük, bundan sonra icra şöbəsinin görəcəyi heç bir tədbir yoxdur. Sənin pulun batdı. Azərbaycan Respublikasının Konstitusiyasına görə Məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir.

Hörmətli redaksiya!

Xahiş edirəm ki, 5 ildir süründürməçiliyə yol verilərək icra edilməyən məhkəmə qərarının icra olunmasında mənə köməklik göstərəsiniz.
İlqar Mənaf oğlu Məmmdov
Teref.az
 
 
 
Ardını oxu...
Ağstafa sakini icra başçısından Prezidentə şikayət etdi – Şəhərin mərkəzi bazarında yolu bağıayıb obyekt tikdirir.

Ağstafa şəhər sakini Elçin Əlisgəndərov Rayon İcra Hakimiyyətinin başçısının rayonda abadlıq-quruculuq işləri adı altında yerli infrastruktura xələl gətirən yeni tucarət obyektlərinin tikintisinə rəvac verməsindən şikayətlidir. Dəryaz qəzetinin redaksiyasına müraciət edən Elçin Əlisgəndərov Prezident İlham Əliyevə ünvanladığı şikayət məktubunu acıq dərc edilərək ictimailəşdirilməsini xahiş etmişdir:

“Cənab Prezident, Sizə məktubu təkcə öz adımdan deyil, bir kücənin sakinləri adından yazıram və bu məktub vasitəsilə bir sıra iaşə obyektləri və dövlət müəssisələrinin harayını çatdırıram.

Yazıb bildirmək istəyirəm ki, Sizin Ali Baş Komandan olaraq fədakarcasına yuxusuz gecələriniz və siyasətiniz nəticəsində 44 gündə sarsılmaz ordumuza rəhbərliyinizlə işğal altındakı inləyən torpaqlarımız düşmən tapdağından azad edildi. Bu, Sizin necə əzmkar siyasətci olduğunuzun, güclü ordu qurmağınızın bariz nümunəsidir.

Bəllidir, torpaq azad ediriksə, torpağı öz qanı bilib azadlığımız ücün canından kecən şəhidlərimiz də olacaqdı. Oldu da. Onlar da torpağın bir parcasına cevrildilər, baş tacımızdırlar. Rayonlarda vətəndaşları ən cox narahat edən məsələlərdən biri də Sizin rayonlara təyin etdiyiniz icra başcılarının “abadlıq işləri”dir. Maraqlıdır, əgər icra başcısı hər hansı kücədə və ərazidə abadlıq işi görürsə, o ərazidə “nişangahın”a gələn bir iaşə obyekti olur ki, onu da bələdiyyənin əli ilə satmaq və ya icarəyə vermək ücün ücün abadlıq işlərini qabardır. Ağstafa rayonunun Mərkəzi Bazarının sol tərəfində illərdir salınmış yol və sağ və sol tərəfində olan ticarət dükanları da illərdir faliyyət göstərir. Lakin birdən — birə rayon rəhbərinin yadına düşür ki, sən demə, həmin ərazidən kecən yolun elə ortasında bir obyekt yeri qurmaq olar. Tez — bazar qolbəyilərə göstəriş verilir ki, yol avtomobil ücün tamamən bağlansın, ancaq piyada yolu olsun, adı da “ticarət yolu” olsun və nəticədə həmin ərazidə bir neçə yeni ticarət obyekti də inşa edilsin. Düzü, ilk əvvəl bünövrə qazılanda hamının fikrini azdırmaq üçün həmin yerdə fəvvarəli hovuz inşa olunacağı deyilsə də, çox keçmədən əsl niyyət bəlli oldu. Nə yazıq ki, bu işi hər kəs görməzdən gəldi. Hərçənd, yaxın obyekt sahibləri narazılıq etsələr də, hərəsi bir üsulla sakitləşdirildi. Onu da qeyd edim ki, sözügedən ərazidən magistral su və kanalizasiya xətləri keçir, amma “kimdir tələb edən, kimdir sayan” deyib xeyir — dua ilə işə start verildi.

Cənab Prezident, Sizin köməyinizə ağstafalıların ehtiyacı var. Yol bağlamaq bu qədərmi asandır, anlamıram?!

Sizdən xahişim regiona səfəriniz zamanı 100 metrə yaxın uzunluğu olan bu kücəni ziyarətiniz planına daxil etməniz olacaq. Bu, tək mənim yox, demək olar ki, bütün agstafalıların xahişidir. Ərazidə obyekt inşa edilib yekunlaşana qədər bütün aidiyyəti qurumlara müraciət ünvanlayıram, amma müharibədə dəmir iradə nümayiş etdirdiyiniz kimi, bu kimi məsələlərdədə Sizə arxalanırıq.

Hörmətlə, Elçin Əlisgəndərov”.

Mövzunu davam etdirəcəyik.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti