Neftçilər metrosu yaxınlığında, 61 saylı məktəbin yanında köhnə yaşayış binasını söküb yerində yenidən bina tikmək istəyirlər. DİA.AZ bildirir ki, ancaq, inşaat ərazisində çoxlu ağaclar var. Ağacların bəziləri artıq kəsilib, yerdə qalanların taleyi nə olacaq, qeyri-müəyyəndir. Qeyd edək ki, söküntü işləri "Giyaslı Group" tərəfindən həyata keçirilir.
İzləyicimizin verdiyi məlumat əsasında dünən əraziyə baxış keçirdik. DİA.AZ bildirir ki, artıq 10-na yaxın ağac artıq kəsilib. Hələ də sökülən binanın ətrafında onlarla ağac var.
Onu da qeyd edək ki, dia.az-a əraizdən fotolar da təqdim olunub: Hər halda, gərəkən qurumların bu olaya reaksiya verməsi vacibdir. Çünki hədəfdə NƏFƏSLİYİMİZDİR...
Məsələ diqqətimizdədir. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Apellyasiya Məhkəməsi Anar Sultanovun cəzasını 3 il şərti işə endirdi… Anar Sultanova məhdudiyyət, STOP qoyulsa da səsi Dubaydan, Moskvadan gəlirdi…. Anar Sultanovun “Etibar-İnşaat” MMC-si sakinlərə işgəncə verir… "Beynəlxalq Bank"da baş verən ağır cinayət əməlləri, yoxa çıxan, daha doğrusu, xaricdəki ofşor zonalara ötürülən milyardlarla vəsait barədə ölkə mediasında kifayət qədər yazılıb. O da məlumdur ki, baş verən cinayət əməllərinə görə, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialının müdiri işləmiş İlqar Abduallayev, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, sonra AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar. Yəni bu adi cinayət əməli deyildi, böyük bir cinayətkar şəbəkə idi. Sonda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hacıyev 15 il, Y.Ələkbərov 8 il 6 ay, K.Orucov 7 il 6 ay, M.Cahangirov 7 il 6 ay, A.Cavadov 10 il 11 ay, Anar Sultanov 7 il 6 ay və İ.Abdullayev 6il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan Anar Sultanov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Və məhkəmə Anar Sultanova Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona 3 il şərti cəza verib. Təsəvvür edirsiniz, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay cəza alan Anar Sultanova Bakı Apellyasiya Məhkəməsi 3 il şərti cəza verdi. Bəlkə də məhkəmə tarixində belə bir hal olmayıb. Nə isə, 3 il şərti cəza ilə canını qurtaran Anar Sultanov elə bilirsiniz islah olundu..? Əksinə Anar Sultanovun barəsində 3 il şərti cəza, ölkədən çıxmamaqla bağlı STOP qoyulsa da, o, istədiyi vaxt ölkəni tərk edir, səsi-sorağı gah Dubaydan, gah Moskvadan gəlirdi. Hələ bu harasıdır..? Bu gün Anar Sultanov Bakı şəhərində böyük bir tikinti biznesi ilə məşğul olur. Bəli, “Etibar- İnşaat” MMC-nin bütün səlahiyyətləri Anar Sultanova məxsusdur. Əslində bu buznesin arxasında mühüm vəzifəli şəxs dayanır, biz etika və dostların xatirinə onun adını çəkimirik. Amma ümid edirik ki, həmin şəxs də bizim işlərimizə müdaxilə etməyəcək. Ümumiyyətlə, “Etibar -İnşaat” MMC-nin ətrafında xeyli sayda tanınmış şəxslər cəmləşib. Onlardan biri də hazırda millət vəkili olan, əsgəri xidmət etməyən, Mahir Abbaszadədir. Bəli, Mahid Abbaszadə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, dövlətin məcburi köçkünlər üçün ayırdığı milyonları mənimsəyərək, bu gün həmin pulları “Etibar-İnşaat” MMC-yə yatırıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Anar Sultanov vaxtilə Beynəlxalq Bankdan 15 milyon kredit götürüb. Sözün qısası, bu cinayətkar şəbəkə hazırda Bakının Yasamal rayonunda 16 mərtəbəli, 4 bloklu bina inşa edirlər. Anarın və qardaşının “Qaradok” deyilən məhşur kafesi və digər obyektləri də ona və qardaşı Cəmilə məxsusdur. Bu yazını yazmaqda məqsədimiz odur ki, deyəsən qardaş Türkiyədə baş verənlər, on minlərlə insanın həlak olması, binaların heç bir normativə cavab verməməsi, həbs olunan inşaat şirkətlərinin rəhbərləri və s bizə dərs olmayıb. Axı, cinayətkar bank işçisi olan Anar Sultanov kimdir kİ, inşaat işlərindən heç bir anlayışı olmadan, Bakıda binalar tikir. Sabah bir təbii fəlakət baş verərsə, Anar kimilərin tikdiyi binaları hansı aqibət gözləyir..? Bütün bunlar azmış kimi, Anar Sultanov tikinti gedən ərazidəki sakinlərin hüquqlarını pozur, onların şərtləri ilə razılaşmayan mənzil sahiblərini az qala intihar həddinə çatdırıb. Və hazırda narazı sakinlər Anar Sultanovu və şirkəti məhkəməyə veriblər. Araşdırmamız davam edir. Növbəti yazımızda "Beynəlxalq bankdan oğurlanaraq alınan obyektlər" yazısı dərc olunacaq. Bizi izləyin.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov 3-4 dəqiqəsindən keçib məktəbə baş çəkə bilməzmi..?
Ölkədə təhsilin vəziyyəti ilə bağlı az qala hər gün ölkə mediası yazır. Təhsilin
səviyyəsinin aşağı olması, şagirdin müəllim tərəfindən döyülməsi, şagirdlər arasında zərərli vərdişlərin artması və digər neqativ hallar az qala adi hala çevrilib. Bu məsələdə Qaradağ rayon məktəbləri də geridə qalmır. Təkcə bircə faktı qeyd edək ki, Qaradağ rayonunda yüzlərlə şagirdin oxuduğu elə tam orta məktəblər var ki, bircə məzun da ali məktəbə daxil ola bilmir. Belə olan halda dövlətin illər boyu sərf elədiyi külli miqdarda vəsait göyə sovrulur.
Biz demirik ki, məzunların hamısı ali təhsilli olmalıdır. Ancaq heç olmasa 1-2 məzun ali məktəbə daxil ola bilmirsə, bu çox mənfi göstəricidir.
Sözün qısası, Qaradağ rayonunda təhsilin səviyyəsi ürək açan deyil. Amma bizim konkret bu yazının mövzusu təhsilin səviyyəsi ilə bağlı deyil, şagirdlərin təhlükəsizliyi ilə bağlı məsələdir. Bizim özümüzün canlı müşahidə etdiyimiz və üstəlik video-reportaj hazırladığımız vəziyyətdə, hər an məktəbin şagirdlərini ölüm halı gözləyir.
Belə ki, haqqında bəhs edəcəyimiz 2 saylı tam orta məktəb Qaradağ rayonu ərazisində yerləşir və....
Təsəvvür edin ki, yüzlərlə şagirdin təhsil aldığı tam orta məktəb adi yolun deyil e, trassın düz kənarında yerləşir. Daha doğrusu, trassın kənarında deyil, az qala trassın “ağzının içində”, daha doğru desək, fəlakətin bir addımlığında yerləşir.
Görəsən, hansı ağıl sahibi olan kəslər məktəbi bu qədər trassa yaxın inşa edib. Axı, məktəbin şagirdləri arasında xeyli azyaşlı var ki, hər an avtomobil qəzası ilə üz-üzə gələ bilər.
Söhbət təkcə azyaşlıdan getmir ee, axı bura orta məktəbdir. Buranın gündüzü, axşamı var. Çox vaxt 2-ci növbənin şagirdləri dərsdən çıxanda, yəni axşam saat 7-dən sonra göz gözü görmür, axşam düşür. Belə olan halda kim bu uşaqların təhlükəsizliyinə qarantiya-təminat verə bilər..?
Əgər iraq olsun sürücü şagirdi avtomobillə vurub öldürəcəksə, bədbəxt sürücünün nə günahı..? Yaxud ölən azyaşlının nə günahı..? Bütün bunlar azmış kimi, 2 mart tarixində, saat 13-15 radələrində apardığımız çəkiliş zamanı görürdük ki, şagirdlərin biri "BİZON" içir, o biri "REDBUL" içir, bir başqası...
Bir sözlə, uzaqdan və yaxından olsa da hiss olunurdu ki, məktəbdə normal mənəvi atmosfer yoxdur. Və üstəlik trassın yanında...
İndi vəziyyəti özünüz təsəvvür edin. Axı, biz ömür boyu görmüşük ki, məktəblərin, uşaq bağçalarının yerləşdiyi yol kənarlarında təhlükəsizlik üçün piyada zolaqları olurdu. Nəinki uşaqların, hətta yaşlıların da təhlükəsizliyi üçün “zebra” deyilən keçid zolaqları var idi. Amma müşahidə etdiyimiz ərazidə buna rast gəlmədik.
Sonda onu da qeyd edək ki, iraq olsun qəza, ölüm halı baş verərsə, kimisə həbs etməklə heç nə geri qayıtmaz. Bunun qarşısı zamanında alınmalıdır. Və bizim məqsədimiz günahkar axtarışı deyil, problemin qarşısını vaxtında almaq məsələsidir. Bu mənada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, cənab Süleyman Mikayılova üzümüzü tutaraq deyirik ki, dövlət qurumları günahı bir-birinin üzərinə ata bilər, amma Qaradağda Prezidentin nümayəndəsi sizsiniz. Nə olar 3-4 dəqiqənizdən keçib, haqqında bəhs etdiyimiz əraziyə baş çəkəsəniz. Bu həm xalqımızın, həm Prezidentimizin, həm də Allahımızın qarşısında olan öhdəçilikləri yerinə yetirmək deməkdir.
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə ötən ilin fevralında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunan ortoped-travmatoloq Elviz Qasımov dekabr ayında akademik Mirqasımov adına 1 saylı Respublika Klinik Xəstəxanasına direktor vəzifəsinə irəli çəkilib. E.Qasımov daha əvvəl Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman həkimliyi və fizioterapiya şöbəsinin müdiri, Bakı Sağlamlıq Mərkəzində isə Ortopediya və travmatologiya şöbəsində həkim kimi fəaliyyət göstərib.
Təəccüblü və eyni zamanda acınacaqlı hal burasıdır ki, Elviz Qasımov özü ilə xəstəxanaya əcaib-qəraib qaydalar gətirmişdir və bu qaydalar xəstəxanada onun gəlişinə qədər mövcud olan neqativ halları aradan qaldırmağa yox, tibbi xidmətdən istifadə edən vətəndaşları narazı salmağa hesablanıb.Mediatv.az-a verilən məlumata görə direktorun tətbiq etdiyi yeni “kreativ” qaydaya əsasən, xəstələrə baş çəkməyə gələn xəstə yaxınlarının onlarla görüşməsi yalnız 12 manat pul ödədikdən sonra mümkündür. Ödəniş tələbinə “xəstənin yanında gecələmək” adı qoyulub. Beləliklə, baş çəkdiyin xəstə qohumunun yanında gecələməyə, qulluq göstərməyə ehtiyac olmasa belə, əgər xəstənlə görüşmək isdəyirsənsə həmin pulu ödəməlisən. Hər gün görüşmək istəsən, hər gün 12 manat verməlisən. Ödənişi edib əvəzində aldığın qəbzi göstərmədinsə, mühafizə polisi səni xəstənin yanına buraxmayacaq. Xəstələr və yaxınları isə haqlı olaraq narazılıq edirlər. Vətəndaşlar bildirirlər ki, xəstənin yaxın adamları ilə görüşü ona mənəvi dəstək verir və əhvalının yaxşılaşmasına, nəticə etibarilə tez sağalmasına təsir edir: “Bu amil nəzərə alınaraq, bütün tibb müəssisələrinin rəhbərliyi tərəfindən günün bəlli saatlarında görüş üçün konkret vaxt təyin edilir, burada da həmişə belə olub. Yalnız vəziyyəti çox ağır olan xəstələr narahat edilməsinlər deyə, eləcə də koronavirus pandemiyasının tüğyan etdiyi dönəmdə görüşə icazə verilmirdi ki, bu da başa düşüləndi. Təzə direktor Elviz Qasımov isə görüş üçün “racon” kəsib. Halbuki, palatalarda xəstənin yanında 12 manata kirayəyə götürüb gecələməyə də çarpayı, oturmağa kətil çatışmır, heç bir şərait yoxdur. Məsələ ilə bağlı TƏBİB-in “qaynar xətti” ilə əlaqə saxladıq .Bildirdilər ki, xəstə ilə yaxınlarının görüşünə TƏBİB tərəfindən heç bir qadağa qoyulmayıb. //Mediatv.az//
Göygöl rayonu Xəqani kəndi məişət tullantıları içində itib-batır.
DİA.AZ bildirir ki, sakinlər yerli icra qurumlarının hərəkətsizliyindən giley edirlər. Onların sözlərinə görə, eyni vəziyyət 10 ildən artıqdır ki davam edir. Aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də, onlar müraciətləri cavabsız qalıb.
Daha ətraflı aşağıdakı videoda:
Məsələ ilə bağlı teref.az olaraq bütün aidiyyatı qurum və şəxslərin də mövqeyii işıqlandırmağa hazırıq..
Deməli, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev cənabları keçirdiyi müşavirələrin birində ağacların qırılmasına, yaşıllıqların məhv edilməsinə çox kəskin və sərt münasibət bildirmişdir: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Vaxtilə Bakıda ağaclar yox idi. Rus yazıçısı Maksim Qorkinin sözlərini yada salın, Bakıda 2-3 ağac gördüm. Bakıxanov, Badamdart qəsəbələrində, Xalqlar dostluğu parkında nə boyda əziyyətin hesabına yaşıllıqlar saldıq, becərdik. Bunu xalq üçün, millət üçün, Bakının iqlimi üçün edirdik. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..” Bəli, Ulu Öndər ağacları kəsib yerində baqqal dükanı, xüsusi mülklər, nə bilim restoranlar, şadlıq evləri tikənlər üçün konkret cəza tələb edirdi: Həmin şəxslər haqq-ədalət məhkəməsi qarşısında cavab verməli və…. Həmin obyektləri dağıtmaq, uçurtmaq lazımdır… Uçurdulub, dağıdılmalı obyektlərdən biri də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan 19 ünvanda yerləşən “Bulaq” restoranı, Bulaq Palace-dir. Niyə və nə üçün..? Onu qeyd edək ki, restoranın sahibi əslən Ağcabədidən olan Quliyev Eldar Müseyib oğludur. Sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi natamam sənədlər əsasında Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün "Bulaq" restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib. Mediada yayılan rəsmi xəbərlərdən o da bəlli olur ki, 2017-ci ildə "Bulaq" restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının köküstə qurumuş vəziyyətdə olduğu və 2 ədəd ağacın isə kəsilmiş kötükləri aşkar olunub. Nəticədə təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib. Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl-natrium xlorid duzu tökülərək məhv edildiyi müəyyən olunub. Həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun gələcəkdə yenidənqurma işləri aparmaqla iaşə obyektinin gəlirliliyini artırmaq, əlavə köşklər tikmək, mövcud olan sahəni genişləndirmək və bununla da ərazidəki yaşıllıqların qəsdən məhv etməsi müəyyən olunub. Və Eldar Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, 57 min manat cərimə olunub. Bəs sonra nə olub..? Sanki qurbağa gölünə daş düşüb. Və bu barədə ölkə mediasında bircə cümlə də yoxdur. Redaksiyamıza daxil olan məlumata görə, Eldar Quliyev bir neçə aydan sonra azadlığa çıxıb və köhnə əməllərini davam etdirməyə başlayıb. Birincisi, bizim məlumatımıza görə, həmin ərazidə 67 ədəd deyil, yüzlərlə şam ağacı məhv edilib. Bəs nə üçün Eldar Quliyev 57 min cərimə və 3-4 aylıq həbslə canını qurtara bilib..? Hətta məlumata görə, “KLİÇKASI” bizə bəlli olan Eldar Quliyev Ekologiya nazirliyinin əməkdaşlarını söyərək ərazidən qovub. Bütün bunların qarşılığında Eldar Quliyev nə layiq olduğu cəzanı alıb, nə də qanunsuz obyekt sökülməyib. Bəs, Ulu Öndərin tələbləri necə oldu, cənablar..? Gəlin, görək, bu odda yanmaz, suda batmaz, “bessmertniy Kaşey” Eldar Quliyev kimdir, nəçidir..? Bu adam hansı maliyyə imkanları ilə buna nail ola bilir..? Məlumat üçün onu qeyd edək ki, Eldar Quliyev əvvəllər dostu Fikrətlə “zapçast” alveri ilə məşğul olub, Sonra nəsə baş verib və Eldar Quliyev Hindarxında nəsə gizli xəzinə tapıb, az vaxtda milyonçuya çevrilib. Nə xəzinəsi olduğu barədə növbəti yazıda. Beləcə böyük, həm də çirkli pullara sahib olan Eldar Quliyev Biləcəridə böyük restoran və PALACE sahibi olub. Və 100-dən artıq ağac kəsməsinə baxmayaraq məsələni Hindarxının hesabına həll edib. Bu adam o qədər həddini aşıb ki, hətta 2020-ci ildə ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına baxmayaraq restoranı açıq şəkildə işlədirmiş, heç hüquq-mühafizə orqanlarını da saymırmış, deyirmiş pullarını verəcəm. Bəli, 80-cı illərdə Şuşada Topxana meşəsində ermənilər bir armud ağacını kəsdiyi üçün yüz minlərlə insan ayağa qalxaraq etiraz edirdi. Amma günün günorta vaxtı, hökümətin gözü qarşısında Eldar Quliyev yüzdən artıq şam ağacını kəsir, ona söz deyən olmur. Bir də ağacların dibinə natrium-xlor tökən adam insanları da zəhərləyə bilər. Ümid edirik ki, məsələ yaxın zamanda yenidən və daha obyektiv araşdırılacaq, Ulu Öndərin buyurduğu kimi Eldar Quliyev qanun qarşısında cavab verəcək və “Bulaq” restoranı söküləcək. //gundelik-baku.com//
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi lisenziyaların alınması ilə bağlı tenderə yekun vurub.
DİA.AZ xəbər verir ki qalib “B2B Group” MMC (VÖEN: 1005873041) şirkəti olub.
Şirkətlə 1 186 977 manat məbləğində müqavilə imzalanıb.
Həmin müqavilədə “Elektron poçt sisteminin qurulması üçün lisenziyanın və Nazirliyin Aparatında strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyində olan qurumlarda istifadəçi İT avadanlıqlarında proaktiv informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə XDR lisenziyasının satın alınması nəzərdə tutulur.
DİA.AZ bildirir ki, "B2B GROUP" MMC ilə bağlı yerli KİV-də yetərincə maraqlı informasiyalar dolaşmaqdadır ki, bu vaxta qədər heç bir formada təkzib edilməyib.
Onu da xatırladaq ki, "B2B GROUP" MMC təkcə ƏƏSMN-nin yox, daha bir neçə dövlət qurumunun da əsas tender partnyoru kimi diqqətə gəlməkdədədir və büdcənin kifayət qədər böyük pulları bu MMC-yə ötürülür. Elə bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün texnoloji avadanlıqların satın alınması üzrə tenderin qalibini elan edərkən sözügedən MMC-yə 869 884 manatlıq vəsaiti həvalə etmişdi.
İndi isə gələk KİV-də səslənən iddialara...
"B2B GROUP" MMC 2019-cu ilin aprel ayının 19-da təsis edilib.
On manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 26, mənzil 89 ünvanıdır.
Şirkətin qanuni təmsilçisi Sumqayıt şəhər sakini Bəşirov Ramal Bəşir oğludur.
DİA.AZ-ın yerli KİV-də araşdırması zamanı məlum olub ki, 2019-cu ildə yaradılan "B2B GROUP" MMC-nin himayədarı böyük əlaqə və informasiyalara malik şəxsdir. Bu şirkətin əsl sahibinin isə 2015-ci ildə prezident İlham Əliyev tərəfindən ləğv edilən milli təhlükəsizlik nazirinin birinci müavini general Elçin Əliyev olduğu iddia edilir.
İddialara görə, "B2B GROUP" MMC-nin yüz min manatlarla məbləği olan dövlət satınalmalarında qalib elan edilməsinin səbəbi Eldar Mahmudovun ən yaxın kadrlarından hesab edilən Elçin Əliyevin güclü əlaqələri olmasıdır.
İndi isə imkan yaranır ki, ƏƏSMN-nin tender dostunun kimliyi ətrafında müəyyən şübhələrin yarandığını iddia edək...
İddian olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Lökbatan qəsəbəsindəki İ.Nəbiyev küçəsində yaşayan bir məhəllə sakinlərinin narazılıqları, həyətlərinin başqaları tərəfindən zəbt olunduğundan, digər qonşuların rahatlığı pozulmasından, xeyli müddət əvvəl yazmışdıq. Xatırlatmaq istərdik ki, redaksiyamıza verilən məlumatlarda sözügedən küçədəki 1,21 və 45 saylı binaların həyətləri bir neçə sakin tərəfindən qanunsuz olaraq tamamilə zəbt edildiyi bildirilirdi. Qaradağ rayon İcra Hakimiyyətinin rəsmilərinin isə bu binaların qarşısında yaradılmış xaos vəziyyəti görməzdən gəldiyini qeyd edilirdi. Binaların həyətində uşaqların oynaması, yaşlı sakinlərin dincəlməsi üçün demək olar ki, yer qalmadığı, həyətdəki yanğınğınsondürmə quyusunun üstündə belə tikinti işləri aparılması, ərazinin bəzi şəxslər tərəfindən qaraj kimi istifadə edildiyi də məlumatlar içində idi. Çoxsaylı şikayətlərdən sonra həmin bu bəzi şəxslər həyətin abadlaşdırılması üçün gələn rəsmi şəxsləri də ələ aldıqları bildirilirdi.
Lökbatan qəsəbəsindəki M.Həsənov küçəsində baş verənlərlə bağlı redaksiyamıza dünən verilən məlumatda isə bildirilir ki, Qaradağ rayon səlahiyyətlilərinin sanki dünyada baş verənlərdən xəbəri yoxdu. Belə ki, Türkiyədə baş verən zələlədən sonra M.Həsənov küçəsində 2A ünvanındakı yaşayış binasında rekonstruksiya işləri aparılır. Binada təmir işləri aparılmır, təməli möhkəmləndirilmir. Əksinə birinci mərtəbədəki iki mənzili rekonstruksiya edərək mağaza açıblar. Birinci mərtəbədə orta divarlar dağıdılıb, pəncərələri sökülüb, yerində qapı açıblar. Bir müddət əvvəl dövlətin xərc çəkib təmir etdiyi yol kənarı dağıdılıb, birbaşa səkiyə yol açılıb. Hazırda biri aptek kimi fəaliyyət göstərməkdədi. Digərində isə tamamlanma işləri aparılır. Bütün bunların Türkiyədə baş vermiş zəlzələdən sonra aparılması isə sakinləri təşvişə salıb.
Qeyd edək ki, Türkiyədə baş vermiş, minlərlə insanın ölümünə səbəb olmuş dağıdıcı zəlzələdən sonra Azərbaycanda da, xüsusəndə Bakı şəhərindəki hündürmərtəbəli yaşayış binalarının zəlzələyə davamlı olub, olmaması günümüzün ən aktual mövzusuna çevrilib. Maraqlıdır, görəsən Qaradağ rayonun səlahiyətliləri bütün bunları görmürmü? Yaşayış binasının birinci mərtəbəsinin rekonstruksiya olunmasına kim icazə verib?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Lökbatandakı sözügedən küçədə bu rekonstruksiya işlərinin aparılmasından xəbəri varmı? Axı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti, əsaslı təmir, yenidənqurma, bərpa, abadlıq, yaşıllaşdırma məsələlərini tənzimləyən tikinti qaydaları və başqa sənədlərin layihələndirmə və tikinti normalarının təkmilləşdirilməsi üzrə təkliflər tərtib edir. Bəs görəsən Lökbatan qəsəbəsi M.Həsənov küçəsi, 2A ünvanındakı yaşayış binasında aparılan rekonstruksiya işləri tikinti normalarına uyğun gəlirmi? Yoxsa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi harda, nə vaxt dağılar, dağılsın prinsipi ilə işləyir. Onlar bu yaşayış binasını təhlükəli duruma salmaqdan heçmi qorxmurlar? //Aktualinfo.org//
Penitersiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 1-ci qrup əlil məhkum Səmədov Əli Azər oğlunun ailə üzvləri vasitəsilə ölkə rəhbərliyinə və aidiyyəti orqanlara ünvanlanan bir nüsxəsidə Teref.az saytına göndərilın müraciətdə deyilir:
Yazaraq bildirmək istəyirəm ki, Penitersiar Xidmətin Müalicə Müəssisəsində özbaşınalıq davam edir. Dövlətin qoyduğu qayda-qanunlara riayət etməyən müəssisə rəisi Mayıl Məmmədov xəstə məhkumlar üzərində hegemonluq etməkdədir. Adi bir anlaşılmazlıq səbəbilə, yaxud məhkumlar öz haqq və hüquqlarını tələb etmək istədikdə, onların şərəf və ləyaqəti alçaldılır, işgəncələrə məruz qalırlar. Bundan əlavə, müəssisə daxili gizli şəkildə narkotik vasitələrin ticarəti həyata keçirilir. Mayıl Məmmədovun bütün qanunsuzluqlarına Əməliyyat şöbəsinin rəisi Azər Əliyev, həmçinin Rejim şöbəsinin rəisi Rəhim Babayev köməklik göstərir. Həyətdə inşa edilmiş otaqlar var, hansıki rəis Mayıl Məmmədov bu yerləri çox bahalı qiymətlərə imkanlı məhkumlara satır. Müalicə Müəssisəsinin binasında olan təmirli və normal şəraitlə təmin olunmuş otaqları isə rüşvət qarşılığında xəstə məhkumlara verirlər. Lakin mən Mayıl Məmmədova və ya onun rüşvətxor komandasına rüşvət vermədiyinə görə, onlar məni burada soyuq otağa saldılar. Halbuki mən 1-ci qrup əliləm. Səhətimdə ağırlaşmalar olduğu üçün Cəzaçəkmə Müəssisələrindən təcili şəkildə buraya etab edilmişəm. Mayıl Məmmədov digər xəstə məhkumlara etdiyi kimi, mənim də haqqımı qəsb elədi. Artıq bir neçə gündür ki, Müalicə Müəssisəsindəyəm. Baxımsızlıq ücbatından vəziyyətim daha da pisləşib. Mən mətbuat vasitəsilə üzümü cənab Prezidentə, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə tutaraq xahiş edirəm, Penitersiar Xidmətin Müalicə Müəssisəsində geniş və növbədənkənar obyektiv yoxlamalar aparılsın. Bununla yanaşı, hüquq mühafizə orqanları mənim təhlükəsizliyimi təmin etsinlər. Ümid edirəm ki, burada xəstə və çarəsiz məhkumlara edilən haqsızlıqlara son qoyulacaq, Mayıl Məmmədov və onun hegomon heyəti layiqli cəzasını alacaqdır. Teref.az olaraq şikayət məktubunda qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dörc etməyə hazırıq! Teref.az