Ardını oxu...
Ukraynalı qadın Kseniya Liqaçeva. Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü başlayandan sonra o, Ukraynanı tərk etmək məcburiyyətində qaldı və 2 körpə uşağı ilə Bakıya sığındı. Hər şey normal olardı, lakin uşaqları baxçaya düzəldmək istəyəndə, özəl yox ha, dövlət baxçasına, milliyyətcə rus olan bağçanın müdiri onları baxçaya qəbul etməkdən imtina etdi. Üstəlik, o, Kseniyanı Azərbaycan qadınları ilə müqayisə edərək, onu müəyyən mənada təhqir edib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, ümid edirik ki, uşaq bağçasının müdirəsi öz layiqli cəzasını alacaq.
Azadlıq Radiosu
Daha ətraflı videoda:

 
Ardını oxu...
Teref.az olaraq əvvəlki sayımızda Bakının mərkəzində qədim 2 mərtəbəli binada 3-cü mərtəbnin əlavə edilməsi, balkonlar tikilməsi barədə yazmışdıq. Binanın özülü qazılaraq zirzəmidə genişləndirmə işləri aparılıb, səkilər tutularaq "obyekt"lər genişləndirilib. Bütün bunlar:
1-ci binaların konstruksiyasına qanunsuz müdaxilə sayılır və əsasda bu binaların zəlzələlərə dayanıqlığını azaldır.
2-ci videodada gördüyünüz kimi piyada səkiləri olmadığından vətəndaşlar maşın yolu ilə hərəkət edirlər və bu həm sürücülərə, həmdə piyadalara təhlükə yaradır.
3-cü yeni əlavə edilən balkon isə qonşuların evinə gün işığının düşməsini əngəlləyir və əsasda fors major vəziyyətdə (yanğın) yanğınsöndürən maşınların keçidinə mane olacaq.
Bütün bunları əvvəlki yazılarımızda yazmışdıq lakin....
Əvvəlki yazını nəzərinizə çatdırırq::
Teref.az yazır ki, Bakı şəhəri Təbriz Xəlilbəyli küçəsində səkilər zəbt edilərək piyadaların yolu kəsilib. Zəbt edilmiş səkilərdə tikiln obyektlər səlahiyyətli şəxsləri ya maddi cəhətdəın maraqlandırır yada nə sirri xudadırsa onlar bunu görmürlər.
Teref.az olaraq qeyd etmək istəyirik ki, səkilərdən başqa 2 mərtəbəli qədim binanın üstünə daha bir mərtəbə və qanunsuz balkonlar əlavə edilib. Bu da zəlzələ zonası olan Bakı şəhərində qəbuledilməz sayılır.
Hər halda ə Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arixtektira Komitəsi aşağıda təqdim etdiyimiz foto və videogörüntüləri görməməzlikdən gələrək gələcək faciələrin qarşısını indidən alacaq.
Teref.az olaraq bütün bu qanun pozuntularının foto və videogörüntülərini təqdim edirik:

Əlaqədar orqanlar isə nəinki bunun qarşısını alır, hətta tam bir laqeydlik göstərir. Bunları edən isə Emin adlı şəxs artıq orda olan qalan bir iki evidə satın alaraq oranı otelə çevirmək istəyir. İndiyə qədər istədiyini edən bu adam, deyəsən bundan sonrada istədiyini edəcək və qanun onun üçün heç nədir....
Teref.az
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Zəbt edilmiş səkilər, əlavə edilmiş mərtəbə
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Öpüşən balkonlar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakı şəhərindəki bütün bağça müdirələri tibbi testdən keçməlidir...
Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva hara baxır..?
Peyğəmbər əfəndimiz 1400 il əvvəl deyirdi, “ Beşikdən məzara kimi...”...
Bəli, insanın tərbiyəsi, şəxsiyyət kimi formalaşması beşikdən, yəni müasir dillə desək, körpələr evindən, uşaq bağçalarından başlayır...
Bu məsələ bütün sivil, mədəni ölkələrdə mütləq nəzərə alınır. Təəssüf ki, gələcəyin vətəndaşları olan körpələrimizin təlimi-tərbiyyəsi gah Təhsil Nazilriyinə, gah “Baksovet”ə, gah icra başçılarına, gah da yenidən Təhsil Nazirliyinə həvalə edilir. Və hər dəfə də məmurlar uşaqların payını, qidasını satır, milyonlar qazanır....uduzan isə gələcəyimiz olan uşaqlar olur... Vaxtilə baş nazirin müavini Abid Şərifov var idi... Uşaq bağçalarının, məktəblərin bütün qidalarını, ərzağını vermişdi bacısı oğluna... Nə isə...
Qısa tarix üçün qeyd edək ki, 2011-ci ildə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verildi. Və o gündən uşaq evlərinin fəlakəti başladı. İcra başçıları dövlətin uşaqlara ayırdığı qidanı, ərzağı sataraq milyonlar qazandılar. Bu azmış kimi bəzi icra başçıları uşaq bağçalarının müdirələrini, müəllimələrini hədə-qorxu ilə....hər yola saldılar...onu çıxardıb bunu qoymaqla nələr qazanmadılar. Ən dəhşətlisi odur ki, bağçaları nəyəsə döndərdilər... Bu haqda açıq yazmaq istəmirik... Nəhayət 2021-ci ildə məktəbə qədər təhsil müəssisələri, uşaq bağçaları yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarıldı.
Rəsmi məlumata görə, artıq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində bağça yoxdur. Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi də artıq nazirliyin tabeliyindədir. Amma yenə müsbətə doğru nəsə dəyişmədi.... Mirzə Cəlil demişkən, yenə haman göl, haman qurbağa... Yenə bağçalara qəbul rüşvətlədir. Yenə uşaq bağçalarında uşaqların ərzaqla və yataq dəstləri ilə təminatı bərbad gündədir, uşaqların yataq dəstləri çirkab içindədir.
Düzdür, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, 1-ci Vitse Prezident Mehriban Əliyeva uşaq evlərinin təmirinə, bərpasına həmişə qayğı ilə yanaşıb. Amma məmurların tamahı ucbatından uşaqlarımız körpələr evində normal qayğı görmürlər.
Təsəvvür edirsiniz, uşaq bağçalarının ərzaqla təminatına, təmirinə yüz minlərlə dövlət vəsaiti ayrılır, amma faydası yoxdur. Son illərdə nə qədər uşaq bağçaları özəlləşdirildi, təmir adıyla söküldü və yerində binalar, şadlıq evləri və restoranlar tikildi. Bu isə valideynlərin haqlı narazılıqlarına səbəb oldu, bağçalarda təlim-tərbiyə prosesinin fəaliyyətinə birbaşa mənfi təsir etdi. Ümumiyyətlə, bağçalarda uşaqların təlim-tərbiyə işi düzgün təşkil olunmur, qidalanma, gigenik-sanitar qaydalar normaya uyğun olmur. Uşaq evlərinə ayrılan dövlət vəsaitlərinin böyük əksəriyyəti təyinatından kənarlaşdırılır. Uşaq evləri üçün dəftərxana və təsərrüfat malları alınması, kommunal kommunikasiya xətlərinin təmiri, müxtəlif növ kostyumların alınması, avadanlıqların alınması, mebel alınması adı altında milyonlar mənimsənilib.
Bütün bunlar azmış kimi, hazırda, yəni körpələr evi, uşaq bağçaları Təhsil Nazilriyinin tabeçiliyinə veriləndən sonra problemlər azalmaq əvəzinə daha da artmaqda davam edir. Belə ki, bu gün məktəbə qədər təhsil müəssisələrində, uşaq bağçalarında ən ciddi problem “ölü canlar”dır. Bəli, kağız üzərində hər bir uşaq bağçasında xeyli sayda ştat olsa da, çoxu işə çıxmır, maaşı isə bağçaların müdirələri alırlar. Daha dəqiq desək, bir nəfər bir neçə nəfərin yerinə işləyir, hətta bağçanın müəlliməsi, həm də dayəlik, hətta xadiməlik edir. Axı, bağça müəlliməsi körpənin pampersini dəyişməli deyil...bu onun deyil, dayənin, xadimənin işidir. Məqsəd 1 nəfəri 3 adamın yerinə işlətmək və qalanların maaşını mənimsəməkdir.
Təsəvvür edirsiniz, bağçalarda mühafizəçi ştatı var, amma özü yoxdur, həkim ştatı var, amma özü yoxdur. Ancaq hamısının maaşı hər ay müdirələrin cibinə gedir. Bütün bunlar azmış kimi tez-tez oxuyuruq ki, bağça müdirəsi uşağı döydü-filan...
Deməli, bağça müdirələrinin bir çoxunun psixikasl yerində deyil... Ona görə də Bakı şəhərindəki bütün bağça müdirələri tibbi testdən keçməlidirlər...
Sözün qısası, Bakıdakı körpələr evində, uşaq bağçalarında ciddi yoxlamalar aparılsa, həbslər qaçılmaz olacaq. Bütün bunlar öz yerində. Bəs... Bəs Bakı Şəhər Təhsil İdarəsinin müdiri, hörmətli Mehriban xanım Vəliyeva hara baxır..? Deyirlər, Mehriban xanım bağça müdirələrinə deyib ki, indiyədək “ Baksovet”lə necə işləmisiniz eləcə də işləyəcəyik. Görəsən, Mehriban xanım nəyə işarə edir..?
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini darc etməyə hazırıq!
Teref.az

Ardını oxu...
DİA.AZ: - "Son 2 ildə Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkimləri kimi, pasiyentləri də çətin vəziyyətlə üzləşiblər.Kimi normal abu-havanın olmasını istədiyi xəstəxanada həkim,kimi də dərman təminatının tətbiqinin həyata keçirildiyi xəstəxana istəyində olub.Amma çifayda...axrıncı 2 ildə Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşfiq Zeynalovdan orada işləyən həkimlər narazı da qalıb,müxtəlif dövlət orqanlarına şikayət də ediblər". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Mərkəzdə çoxsaylı həkim narazılıqları müxtəlif zamanlarda orada TƏBİB tərəfindən aparılan "yoxlamalar" la yekunlaşıb.Hər dəfə də, Müşfiq Zeynalovun əməllərindən edilən şikayətlər onun İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də olan adamları hesabına ört-basdır edilib.Amma deyəsən son aylar Müşfiq Zeynalovdan şikayətçi olan Nərmin Qəzənfərova baş həkimi əməlli-başlı get-gələ salıb,Nərmin xanımın baş həkimdən etdiyi şikayətlərə Müşfiq Zeynalovun prezident administrasiyasındakı adamı da kömək edə bilmir.

Yəni Respublika Dəri-Zöhrəvi Mərkəzində operator işləmiş və işdən çıxarılaraq xadimə ştatına keçirilən,bununla barışmayıb şikayət edən Nərmin Qəzənfərovanın şoxsaylı şikayətlərinin qarşısını almaq çətinlik yaradıb.Bu dəfə Nərmin Qəzənfərovanın Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili-Ombudsmana etdiyi şikayət öz müsbət nəticəsini verib. Belə başa düşülür ki,Nərmin Qəzənfərovanın operator ştatından kənarlaşdırılması qanunsuz hesab edilir,əmək məcəlləsinin müvafiq tələblərinə zidd olduğu əsaslandırılır və o,işinə bərpa ediləcək.

Məlumata görə, Nərmin Qəzənfərova yenidən Əmək və Əhalinin Müdafiəsi nazirliyi yanında Əmək Müfəttişliyinə,Azərbaycan Respubilkasının Prezidenti İlham Əliyev cənablarına,Birinci vitseprezident Mehriban Əliyevaya,hüquq-mühafizə orqanları rəhbərlərinə, bir sıra deputatlara,ictimaiət nümayəndələrinə üzləşdiyi haqsızlıqla əlaqədar müraciət edib.O, Respublika Dəri-Zöhrəvi Mərkəzinin baş həkimi Müşfiq Zeynalovun özbaşnalıqlarına son qoyulmasını tələb edir,onun əsas himayəçilərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-də mühüm vəzifə daşıyan şəxslər olduğunu,onların da cəzalandırılmasını istəyir.

Qeyd edək ki,saytlarda Müşfiq Zeynalovun dost-tanışa iş yeri təklif etmək üçün köhnə, peşəkar kadrları əsassız yerə işdən çıxarmaq üçün bezdirdiyi,65 yaşı tamam olan bir sıra həkimlərlə əmək müqaviləsinin müddətini uzatmayıb peşəkar həkimləri oradan uzaqlaşdırdığı,mərkəzdə boş otaqlar ola-ola həkimlərin 5-6 nəfər bir otaqda yerləşdiyini,Respublika Dəri-Zöhrəvi Mərkəzində təsərrüfat işləri üzrə əlavə ştatların yaradılmasını,orada ixtisaslı aptek müdirini vəzifəsindən kənarlaşdırıb farmatsiya üzrə işçi kimi saxlayıb,onun da yerinə qeyri-rəsmi bu vəzifəyə Nigar Əliyeva adlı dəri-zöhrəvi həkiminə (kojviniroloq) həvalə olunması yazılıb. Məlumata görə,TƏBİB-in bundan xəbəri olmayıb,icazə verilməsi müəmma olaraq qalır.Həmçinin,aptek müdiri ştatında işləyən şəxs Səhiyyə Nazirliyinin keçirtdiyi sertifikasiya imtahanından keçən şəxs deyil".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Fevralın 15-dən etibarən Azərbaycan ərazisinə daxil olan istənilən mobil telefonların İMEİ kodlarının bəyan edilməsi tələb olunur. Yəni, burada söhbət yalnız mobil telefonun gömrükdə bəyan edilməsindən deyil, onun həm də İMEİ kodunun bəyan edilməsindən gedir. Hansı ki, əvvəllər məhz telefonun özü bəyan edilirdi. 15 fevral tarixindən etibarən, İMEİ kodu DGK bazasında olmayan telefonları RİNN-ə məxsus olan Mobil Cihazların Qeydiyyat Sistemində (portal.rinn.az) qeydiyyatdan keçirmək mümkün deyil. İMEİ kodu bir ay müddətində qeydiyyatdan keçirilməyən telefonlar da təbii ki, mobil operatorlar tərəfidən bloklanacaq və işləməyəcək. Ölkəyə gətirilən mobil telefonların bəyan edilməsi DGK-nın Smart Customs mobil tətbiqi və ya e.customs.gov.az portal vasitəsilə reallaşacaq. Ölkəyə şəxsi məqsəd üşün gətirilən mobil telefonun qiyməti 800 manatdan artıqdırsa, məhz həmin artıq hissəyə təxminən 40%-dək gömrük rüsumu və gömrük xərcləri hesablanacaq. Bütün bu məsələlər NK-nın məşhur 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı və 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası” ilə tənzimlənir. Əlbəttə, bu sərtləşmə, ilk növbədə şəxsi məqsədlər adı altında mobil telefonların biznesini quranlara zərbə vuracaq. Hansı ki, onlar bununla da mobil telefonları gömrük rüsumu ödəyənlərdən daha ucuz sata bilirdilər. Sadə vətəndaşlar isə, şübhəsiz ki, bazarda mobil telefonların qiymətlərinin artımını müşahidə edəcəklər. Vəziyyətdən çıxmaq üçün, İMEİ kodlarının süni yollarla, müxtəlif proqramlardan istifadə etməklə qeydi-qanuni dəyişdirilməsi də məsləhət görülmür. Ən azı ona görə ki, hökumət paralel olaraq da bununla bağlı cərimələri sərtləşdirib. Xatırladaq ki, İMEİ kodlarının daha əvvəllər 5 manat olan qeydiyyat rüsumları 31 iyul 2018-ci ildə 30 dəfəyədək qaldırılıb, təxminən 20-150 manat civarında müəyyən edilmişdi.

Ancaq rüsumlardakı bütün bu bahalaşmanın vətəndaş Ramil Ağakərim oğıu Kərimovun problemi ilə əlaqəsi olmamalıdır. Çünki o, başabəla bahalı telefonu fevralın 15-dən sonra deyil, 5 gün əvvəl alıb. Ramil Kərimov “Dəryaz” qəzeti redaksiyasına müraciət edərək, aldadıldığını, istehlakçı hüquqlarının pozulduğunu bildirib. Onun sözlərinə görə, bu il yanvarın 9-da ailənin yeganə gəlir mənbəyi olan “Yutub” kanalında daha keyfiyyətli videolar çəkib paylaşmaq üçün “Turanbank”dan ailə üzvü Kəmalə Mirbala qızı Kərimovanın adına 3000 manat pul götürüblər, ayın 11-də Bakı metrosunun “28 may” stansiyasının həndəvərində yerləşən “Telefon Univermağı” adlı mağazadan 2900 manata İPHONE 14 pro max 256” markalı telefonu qızıl zəmanətlə alıblar.
Ardını oxu...
Ardını oxu...
Lakin 15 gün ərzində qeydiyyatdan keçirəcəklərini vəd edərək əlavə 150 manat pul aldıqları halda üstündən yarım aydan artıq vaxt keçməsinə baxmayaraq, telefon qeydiyyatdan keçirilməyib. Həmçinin telefonun çəkiliş keyfiyyəti də qənaətbəxş olmayıb.

Mağazanın satıcısı Yaqub “bu gün – sabah açdıracam” deyib müştərini aldadıb. Sonra isə ümumiyyətlə, zəngə cavab verməyib.

Ardını oxu...
Bundan sonra Ramil Kərimov Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsinə (PB) müraciət edib. Növbətçi hissədən Namiq adlı polis əməkdaşından onun ərizəsinin İsa adlı təhqiqatçıda olduğunu öyrənib. Di gəl, təhqiqatçı ilə əlaqə qurmaq və işin gedişindən xəbər tutmaq cəhdləri də nəticə verməyib.

Redaksiya olaraq, sözügedən ərazidə xidmət aparan Ramiz adlı sahə müvəkkili ilə telefon əlaqəsi qurduq. Sahə müvəkkili Ramil Kərimovun ərizəsi ilə bağlı işlərin nə yerdə olduğunu öyrənəciyini vəd etdi, həmmçinin bildirdi ki, adı çəkilən telefon mağazasında istehlakçı hüquqlarının pozulmasına dair başqa şikayətlər də vardır.

Daha sonra Nəsimi RPİ-nin rəisi Mirnemət Mirbabayevə faktla bağlı səsli mesaj göndərib məsələnin araşdırılmasını xahiş etdik. Qarşı tərəfdən mesajımıza cavab gəlmədi. Maraqlıdır ki, bunca şikayətlərin olmasına baxmayaraq, “Telefon Univermağı”nın fırıldaqlarına son qoymaq və vətəndaşların hüquqlarını qorumaq üçün polis tərəfindəın təsirli tədbirlər görülmür. O üzdən polisin bu tip mağazaların sahiblərindən aylıq “haqq” yığması və fəaliyyətlərindəki neqativ hallara göz yumması barədə dolaşan söhbətlər inandırıcı görünür.
Dəryaz
Ardını oxu...
İsa Qəmbərin təyin etdiyi icra başçısı yola salınır və…onu HƏBS gözləyir… Eyvaz Hüseynovla sabiq baş prokuror Eldar Həsənovun gizli əlaqələri…
Haqqında bəhs edəcəyimiz Xocavəndin icra başçısı Hüseynov Eyvaz Mövsüm oğlu barəsində qısa məlumat verək. 15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976 –cı ildə Xocavənd rayon Kuropatkin kənd orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun “Elektron hesablayıcı maşınları” fakültəsini bitirərək, mühəndis–sistemotexnik ixtisasına yiyələnmişdir. Bakı radio zavodunda mühəndis, Xocavənd rayonu Muğanlı kənd “Səməd Vurğun” adına kolxozda Baş mühasib və Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 02.07.1992-ci il tarixdə o zamankı Milli Məclisin sədri, Prezident vəzifəsini icra edən İsa Qəmbərov tərəfindən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Yəni 42 ildir icra başçısıdır.
Sözün düzü, 42 ildə neçə dəfə Prezident dəyişib, Baş nazir dəyişib, hətta yüzillik dəyişib, hətta minillik dəyişib…indi üçüncü minillikdir…amma Eyvaz Hüseynov hələ də kreslosundadır…. Bu Azərbaycan tarxində nadir bir hadisədir. Keçmiş kommunist, sonra cəbhəçi, sonra YAP-çı oldu… Sözün qısası, redaksiyamıza daxil olan məlumata görə, Hesablama Palatası Xocavənd İcra Hakimiyyətində yoxlamalar aparıb və çox ciddi qanun pozuntuları aşkarlayıb. Və onun həbsi qaçılmazdır.
Deyirlər ki, Cəbhə hakimiyyəti dövründə Eyvaz Hüseynov sovetdən qalma çaxır zavodundakı min tonlarla çaxırı Rusiyaya ötürərək hələ o zaman milyonçuya çevrilib. Özünü Qarabağ qazisi elan edən bu adam özündən o qədər razıdır ki…heç kimlə hesablaşmır, özünü hakimimütləq hesab edir. Onun təşkil etdiyi məmur «çete»sinin rayona ayrılan dövlət vəsaitini necə talan etməsi, yerli əhəmiyyətli sosial problemləri həll etmək əvəzinə daha da dərinləşdirməsi barədə mediada o qədər informasiya yayılıb. Bu adam rayondakı təhsil şöbəsini, səhiyyə şöbəsini özünün biznesinə çevirib. Eyvaz Hüseynov xeyli sayda saxta diplomlu şəxsləri təhsildə, səhiyyədə vəzifələrə təyin etdirib.
Hələ bu harasıdır..? İcra başçısı Eyvaz Hüseynov Xocavənd rayonu ərazisindəki, hətta erməni işğalı altında olan ərazilərə də yüz minlərlə subsidiya alaraq mənimsəyib.
Məlumdur ki, Subsidiya – dövlət büdcəsindən muxtar büdcələrə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir. İstehsаl və idхаlа subsidiyаlаr müəssisələrin cаri istehsаl fəаliyyəti ilə əlаqədаr оlаrаq dövlət tərəfindən verilən və qаytаrılmаyаn cаri ödəmələrdir. Belə ki, Xocavəndə ayrılan 1 milyon 560 min manat subsidiya hər 1 hektar üçün 80 AZN olaraq hesablanıb. Eyvaz Hüseynov bütün qohumlarını rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinə və digər idarələrə yerləşdirib. Və dövlətin ayırdığı vəsait abadlıq, yaşıllaşdırma və sair işlərin görülməsi adı altında sənədləşdirilərək mənimsənilir. Eyvaz Hüseynovun ən gəlirli biznesi rayon Mədəniyyət və Turizm şöbəsidir.
Qeyd edək ki, Xocavənd Mədəniyyət və Turizm şöbəsinin balansında 7 mədəniyyət evi, 13 klub, 13 kitabxana və 2 musiqi məktəbi fəaliyyət göstərir. Belə ki, həmin mədəniyyət evlərinin binası, rəhbərliyi olsa da işçilərin əksəriyyəti “ölu can”lardır və onların maaşları da Eyvaz Hüseynovun gəlir mənbəyidir. Eyvaz Hüseynov Xocavənd rayonunun geniş, münbit torpaq sahələrini zəbt edərək özünün və qardaşlarının minlərlə qoyun-quzusu, mal-qarası, əkin sahələri olan təsərrüfatını yarada bilib. Başı bu təsərrüfata qarışan E.Hüseynov bir rayonun icra başçısı olduğunu unudub, özünü təsərrüfat müdiri kimi aparır. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov şəxsən rayondakı dövlət idarələrindən hər ay qeyri-qanuni nə isə tələb edir.
Növbəti yazıda Eyvaz Hüseynovla sabiq baş prokuror Eldar Həsənovun gizli əlaqələrindən bəhs edəcəyik. Bizi izləyin.
gundelik baki.com
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Ardını oxu...Göyçay rayonu Bığır kənd sakini Rəsulov Müşfiq Sabir oğlu “Azəriqaz” əməkdaşının ona qarşı vəzifəsindən sui-sitifadə etdiyini iddia edir.

O, bu barədə müraciətində bildirib.

M.Rəsulovun sözlərinə görə, "Azəriqaz" əməkdaşları fevralın 17-də onun evinə gəliblər:

“17.02.2023-cü il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsinin müdiri Ruslan Bünyatov öz komandası ilə Bığır kəndinə gəlib.

Saat təxminən 10:30 radələrində həyətimin qapısı qeyri-insani qaydada döyüldü. Qapını açdıqda qaz işçilərini gördüm və onlara dedim:

"Xoş gəlmisiniz, amma kişinin qapısını belə vurmazlar, evdə qadın, uşaq var".

Onlardan bir nəfər acıqlı cavab verdi:

"Əsl kişi qapısını döydürməz. Qaç get 200 manat gətir, əks halda qazını kəsəcəm. Görürəm həyətində ağacların var, kəsib yandırıb qışdan çıxarsan".

Biz ona izah etdik ki, qazdan istifadəyə görə olan borcumuzu hər ay hissə-hissə ödəyirik. Buna baxmayaraq R.Bünyatov bizimlə kobud rəftar etdi, alçaldıcı sözlər dedi. O, sanki bu kobud, tərbiyəsiz hərəkətləri ilə bizi cinayət törətməyə məcbur edirdi. Biz səbr nümayiş etdirib bizə qarşı kobudluq edib, təhqirə məruz qoyan R.Bünyatova qarşılıq vermədik. Evimizə gələn qaz xəttini qaynaq vasitəsi ilə kəsdilər və bir neçə dəqiqədən sonra yenidən bərpa etdilər".

Səsləndirilən iddialarla bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etsək də, qurumdan sorğumuza cavab verilmədi.(Yeniavaz.com)

 
Ardını oxu...
Ardını oxu...
Bir neçə gün öncə Biləsuvar rayon İ.İsmayılıov adına Ovçubərə kənd tam orta məktəbində baş verən hadisə – direktorla müəllim arasındakı mübahisənin təfərrüatı məlum olub.

Gununsesi.info xəbər verir ki, məktəbin direktor əvəzi Üzeyir Eyvazovun sözlərinə görə, mübahisəyə səbəb riyaziyyat müəllimi Rasim Əmirovun dərs vaxtı sinif otağını tərk etməsi olub.

“Dərs vaxtı müəllimlər dərsdə olmalıdır. Zəng vurulandan sonra mən sinifləri yoxlayıram və müəllimi içərdə görmədiyim üçün ondan dərs vaxtı niyə sinifdə olmadığını soruşdum. Müəllim bunu səhhəti ilə əlaqələndirdi”, – deyə Ü.Eyvazov qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun muxtar respublikaya rəhbərlik etdiyi dövrdə baş verən qanunsuzluqlar ortaya çıxarılır. “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyən Vasif Talıbov Naxçıvana rəhbərlik etdiyi dövdə heç kimlə hesablaşmaq istəməyib, heç kimi eşitməyib və öz bildiyini edib. Sabiq sədrin işə bu cür yanaşması əksər hallarda ciddi qanun pozuntularına səbəb olub.

Vasif Talıbovun dövründə Naxçıvada yol verilən qanunsuzluqlar, özbaşınalıqlar barədə redaksiyamıza hər gün yeni məlumatlar daxil olur. Bu gün təqdim edəcəyimiz faktlar isə həm acınacaqlıdır, həm də gülməli. Yəqin ki, buna bənzər hadisənin dünyada analoqu olmayıb və heç olmayacaq da. Həmin hadisə Naxçıvan Müəllimlər İnstitutunda baş verib.

TEREF.AZ bildirir ki, TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Kamal Camalov 11 iyun 2018-ci il tarixdə özünü institutun tədris və tərbiyə üzrə prorektoru vəzifəsinə təyin edib. Onun bu institutun prorektoru vəzifəsini icra etməsinə Vasif Talıbov razılıq verib, Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov isə onu kollektivə təqdim edib. Kamal Camalov bu vəzifəyə səlahiyyətli orqanın heç bir qərar, sərəncam və əmri olmadan “təyin edilib”. Rəsmi sənədlə bu vəzifəyə təyin olunmayan Kamal Camalov yeddi aydan çox müddətdə bu vəzifənin əməkhaqqını alıb, Naxçıvan Müəllimlər İnstitutuna qeyri-rəsmi şəkildə rəhbərlik edib.

Ardını oxu...

Məlumatlara görə, əvvəlki rektor dünyasını dəyişdikdən sonra institutun möhürü heç bir akt tərtib edilmədən Kamal Camalova verilib, ali təhsil müəssisəsinə rəhbərlik etmək qeyri-qanuni şəkildə ona həvalə olunub.

Qeyd edək ki, Azərbaycan dövlət ali təhsil müəssisələrinin prorektorlarını Azərbaycan Respublikasının təhsil naziri (indiki elm və təhsil naziri) vəzifəyə təyin və vəzifədən azad edir.

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin” Nümunəvi Nizamnaməsinin 4.15-ci maddəsində yazılıb: “Hər bir ali təhsil müəssisəsinin sayı həmin ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş prorektorları vardır. Prorektorları, ali təhsil müəssisəsinin təqdimatı əsasında tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir. Rektor olmadıqda, ali təhsil müəssisəsinin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən prorektor həyata keçirir”.

Vasif Talıbovun tapşırığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı heçə sayılaraq Naxçıvanın Nazirlər Kabineti qərar qəbul etmiş, muxtar respublikadakı ali məktəblərin prorektorlarının təyin edilməsi səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə verilmişdi.

Ardını oxu...

Maraqlıdır ki, Kamal Camalovu bu vəzifəyə heç Ali Məclisin sədri də təyin etməyib. Əgər belə olsa, ortada sərəncam olar. Kamal Camalovun Naxçıvan Müəllimlər İnstitutunun prorektoru vəzifəsinə təyin edilməsi barədə nə təhsil nazirinin əmri, nə də Ali Məclis sədrinin sərəncamı var. Göründüyü ki, Kamal Camalov aylarla qanunsuz şəkildə instituta rəhbəlik edib, əməkhaqqı alıb, qərarlar verib. Bu, çox ciddi məsuliyyət yaradan qanun pozuntusudur. Onun instituta “rəhbərlik etdiyi” dövrdə qəbul olunan qərarların heç bir hüquqi qüvvəsi yoxdur. Həmin qərarlar ləğv edilməli, qanunsuz şəkildə ödənilən vəsaitlər büdcəyə geri qaytarılmalıdır. Bu qanunsuzluğun törədilməsində iştirak edən yüksək vəzifəli şəxslər də cəzalandırılmalıdır.

Faktı Naxçıvan Müəllimlər İnstitutundan TNS-ə təsdiqləyiblər.

Mənbəmizin bildirdiyinə görə, yaxşı haldır ki, artıq Naxçıvan Müəllimlər İnstitutunda belə neqativ hallar baş vermir. İnstitut mövcud qanunlar əsasında idarə olunur, təhsilin və tədrisin keyfiyyəti yüksəldilir.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin tabeçiliyində olan 2 nömrəli Baza Tibb Kollecinin 68 yaşı ötən ay tamam olan direktoru Dilarə Məmmədəliyeva ilə müqavilə bağlanılması məqbul hesab edilmirdi, müəllim və tələbə kontingenti yenilikçi bir şəxsin tibbi təhsil müəssisəsinə direktor təyin edilməsini istəyirdi.

DİA.AZ-a daxil olan məlumata görə, 2 nömrəli Baza Tibb Kollecinin tələbələri icarəyə verilən idman zalı və stomatoloji kabinetdən yararlanmaq istəyirlər. Onlar üçün önəm kəsb etmir ki, həmin sahələr neçəyə icarəyə verilib, məbləğ rəsmi sənədlərlə uyğunluq təşkil edir, yoxsa-yox. Sadəcə bir sıra tələbə idman zalı və stomatoloji kabinetin onlar üçün faydasının olmasını münasib bilirlər. Eləcə də tələbələr bütün universitetlərdə olduğu kimi, 2 nömrəli Baza Tibb Kollecində də bufetlərdəki bahalıqdan əziyyət çəkirlər. Bu məsələdə də hesab edirlər ki, onlar üçün önəmi yoxdur bufetləri kimlər işlədir. Onlar kofe, çay, bulka və digər ərzaq məhsullarının əlçatan olmasını gözləyirlər. Hətta hesab edirlər ki, bufetin icarəsi nə qədər aşağı olarsa, tələbələr orada az pulla keçinə bilərlər. Bu qədər sadə və başa düşülməli məsələlərin həllində isə orada oxuyanları anlayışla qarşılayan yenilikçi kadrın zəruriliyini vurğulayırlar.

Xatırladaq ki,Maliyyə Nazirliyi bir sıra tibb təhsil müəssisələrini yoxlayır, gözlənilir 2 nömrəli Baza Tibb Kollecinin maliyyə-təsərrüfat fəaliyyəti də yoxlanılsın.

Qeyd edək ki, kollecin təsərrüfat işləri üzrə direktor müavini Elxan Nadirxanovdur.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..
 

Dünyapress TV

Xəbər lenti