Ramiz Zeynalovun nömrə, vəsiqə və texniki baxış biznesi - İLGİNC FAKTLAR
Vaxtilə işi jurnalistlərlə əlaqə qurmaq olan polis polkovniki Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) rəis müavini və Qeydiyyat-İmtahan İdarəsinin rəisi təyin olunandan sonra ictimaiyyət arasında az görünsə də, sürücülər tərəfindən daha yaxşı tanınmağa başladı. Ona görə yox ki, Kamran Əliyev əlaqə yaratmaq qabiliyyətini BDYPİ-nin işini daha yaxşı qurmağa, sürücülərimizin işini asanlaşdırmağa yönəldib, əksinə, bu qabiliyyətini pul qazanmaq üçün “səmərəli” şəkildə istifadə edir.

Redaksiyamıza daxil olan çoxsaylı şikayətlər də onu göstərir ki, Kamran Əliyev nömrələrin satışından tutmuş, sürücülük vəsiqələrinin verilməsinə qədər bir çox məsələdə sürücülərin soyub soğana döndərib və ən əsası bununla bağlı qanunu ümumiyyətlə kənara tullayıb.

Dövlət nömrə nişanları necə verilməlidir?

Qanuna görə, nömrələr “dyp.gov.az” saytında və Qeydiyyat İmtahan İdarəsinin internet resursunda yerləşdirilməli, qiymətləri göstərilməlidir. O cümlədən, 500-2500 AZN qiymətində olan nömrələr hərrac yolu ilə satılmalıdır. Bu nömrələr və qiymətləri də DYP-nin internet resurslarında yerləşdirilməlidir.

Bəs Kamran Əliyev nə edir?

DYP-nin saytına baxsanız orada yeləşdirilən heç bir nömrəni tapa bilməzsiniz, o cümlədən, hərrac yolu ilə satılmalı olan nömrələrə də rast gəlmək mümkün deyil. Halbuki, bu qanunla tənzimlənir və qanunda satışın necə yerinə yetirilməsi göstərilir.

Kamran Əliyev dövlət nömrə nişanlarını özünün qoyduğu məbləğə istədiyi şəkildə satışını həyata keçirir. Hərrac yolu ilə satılmalı olan nömrələr isə “kimin pulu var, ala bilər” prinsipi ilə satılır. Misal üçün, 500-2500 manat dəyərindəki nömrələri fərdi qaydada 200 min manata satılması kimi hallar var.

Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsi də Kamran Əliyevin yeni “biznes”idir və məqsəd daha çox və baha qiymətə nömrə satmaqla, daha çox qazanmaqdır.

Qanunsuz yolla əldə edilən pullar isə dövlət büdcəsinə yox, birbaşa şəxsi ciblərə axır.

Eyni qanunsuzluq sürücülük vəsiqələrinin verilməsində də yaşanır. Kamran Əliyevin rəis təyin olunmasından sonra sürücülük vəsiqələrinin qiymətinin artdığı, artıq 1000 AZN-dən baha olduğu məlumatları var. Bununla da sürücülük qabiliyyəti zəif olanlar da vəsiqə əldə edə və avtomobil idarə etmək hüququnu ala bilirlər. Nəticədə qəzaların artmasını görürük.

Göründüyü kimi, nə qanunlar, nə dövlət rüsumu, nə yol-nəqliyyat qaydaları, nə də insan həyatı Kamran Əliyev üçün önəmli deyil. Önəmli olan nə qədər pul qazanacağıdır.

Avtomobillərin texniki baxışdan keçirilməsi prosesində isə əsl bazar açılıb. Məlumatlara görə, avtomobilini texniki baxışdan keçirmək istəyən şəxs mütləq 80-90 manat “tas” ödəməlidir. Halbuki, rüsum 30 manat civarındadır. Hətta “tas”ın bir qədər aşağı endirilməsin istəsəniz verilən cavab belə olur: “Rəhbərliyə müraciət edin, onlardan icazə alın”.

Bütün bunlar onu göstərir ki, Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun adından istifadə edir, yaxud da bütün bu qanunsuzluqları Ramiz Zeynalovun tapşırığı ilə həyata keçirir. Təbii ki, buna aydınlıq gətirəcək şəxs Ramiz Zeynalovun özüdür.

Hazırda mövcud olan mənzərə BDYPİ-də qanunsuzluqların baş alıb getdiyi, dövlət rüsumlarından qat-qat artıq pulun alınması, belə demək mümkünsə, “biznes yuvasına” çevrilməsidir. //aktualxeber.az//
 

Bölmənin digər xəbərləri

04 Fevral 2025 Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
04 Fevral 2025 Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
04 Fevral 2025 Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
04 Fevral 2025 MEHRİBAN QARALOVA QARA İŞLƏRİNDƏN QALMIR! VİDEO
04 Fevral 2025 Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
03 Fevral 2025 Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
03 Fevral 2025 Kəlbəcərdə adamları müqaviləsiz işlədib pulunu verməyən Ağa kimdir? - VİDEO
03 Fevral 2025 Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
03 Fevral 2025 Bakının mərkəzində aksiya keçiriləcək : Zaur Mikayılov 165 ailəni ayağa qaldırdı
03 Fevral 2025 "Yarışlara öz pulunuzla gedin!" - Neftçaladakı yeniyetmə boksçular yarışa getməyə pul tapa bilmir
02 Fevral 2025 'Bazarstore' da KÜTLƏVİ İXTİSAR... NARAZILIQ YARATDI
02 Fevral 2025 Sahibkarlarla şirkət arasında qalmaqal: "Heç kimdən qorxusu yoxdur"
02 Fevral 2025 AYNA necə problemə çevrilib.... - AYNA necə problem yaradır...
02 Fevral 2025 Tovuz dövlət sosial iqtisadi kollecində nələr baş verir? - MÜRACİƏT
02 Fevral 2025 “Azərdövlətlayihə”nin direktoru Müsədin Namazovun tender oyunu…..
02 Fevral 2025 Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
02 Fevral 2025 Coşqun Cəbrayılovun çətiri altında digər bir Cəbrayılov... AT OYNADIR... - İLGİNC İDDİALAR
02 Fevral 2025 Baba Rzayevin "özəl" kadrı Yusifov Üzeyir 2 qız övladına niyə sahib çıxmır.. İTTİHAM/FOTO
01 Fevral 2025 “Kristal Abşeron”da “Dövlət içində dövlət qurublar…”-Şikayət
01 Fevral 2025 Deputat Kamaləddin Qafarovun şirkətinin Naxçıvanda 1.7 milyonluq tender oyunu

Dünyapress TV

Xəbər lenti