Ardını oxu...
 
 

 
Məlumat üçün qeyd edək ki, bir müddət öncə Şəmkir sakini Xasməmmədov Əziz Əjdər oğlu himayəsində 2 azyaşlı övladı gözləri qarşısında acından öldüyü haqda “Dünyanınsəsi.Az” saytında onların müraciətini dərc etmişdik.Bununla əlaqədar olaraq Şəmkir rayon icra hakimiyyətinin Elgün adlı əməkdaşı məsələ ilə bağlı açıqlama verib.

 

Həmin açıqlamanı təqdim edirik:

“Məlumat üçün bildirirəm ki, Xasməmmədova Samirə Müzəffər qızının həyat yoldaşının qardaşı Xasməmmədov Fazil Əjdər oğlu Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur, digər qardaşı Xasməmmədov Tağı Əjdər oğlu isə həqiqi hərbi xidmətdə olarkən kəskin ürək-damar və tənəffüs çatışmazlığı nəticəsində vəfat etmişdir. Xasməmmədova Samirə Müzəffər qızının müraciəti əsasında 2022-ci il tarixində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına və Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəsmi məktub göndərilmişdir. Həmçinin, o, istəyinə uyğun olaraq Şəmkir RİH təeəfindən Gənclər Evi sosial xidmət müəssisəsində 6 aylıq komputer kursuna qəbul olunmuşdur. Onu da qeyd edim ki, Samirə Xasməmmədovaya bir neçə iş də təklif olunmuş, iş saatına görə qəbul etməmişdir. Belə ki, Samirə Xasməmmədova ona təklif olunan işlərin saat 17:00-da bitməsini tələb edir. Hətta tələbinə uyğun da iş tapılıb dəvət göndərilmişdir. Həmin vaxt Samirə Xasməmmədova Qazax rayonunda yaxın qohumunun yas mərasimində olduğunu bildirərək, iş təklif edən özəl müəssisənin onu gözləməsini tələb etmişdir. Lakin uzun müddət Şəmkirdə olmadığından müəssisə rəhbəri başqa adam götürmüşdür. Onu da qeyd edim ki, bu gün Şəmkir rayonu Şəhid ailələri, qazilər, müharibə iştirakçılarının işlə təmin olunması istiqamətində ən çox tədbirlər görən rayonlardan biridir. Belə ki, son bir ildə rayonun idarə, müəssisə və təşkilatlarında, xüsusilə də təhsil (150-dən çox) və səhiyyə (41 nəfər) şəhid ailəsi, qazi, müharibə iştirakçısı işlə təmin olunmuşdur.”

Samirə Xasməmmədova isə Şəmkir rayon İH-nin Elgün adlı əməkdaşının bizə göndərmiş olan açıqlamanın tamami ilə yalan və əsassız olduğunu bildirir.

Həmin səs yazısını təqdim edirik:

Dünyanınsəsi.Az

 

XalqXeber.Az
Ardını oxu...
Tələbə Xanım Camalova 2022-ci il 18 iyulda xaricdə təhsillə bağlı sənədləşmə işlərinin görülməsi üçün “Pilgrim Education” (Career Guide MMC) şirkəti ilə xidməti müqavilə imzalayıb. Müqaviləyə əsasən, şirkətin birinci vəzifəsi Camalovanın sənədlərini toplayıb, Macarıstan təqaüdünə müraciət etmək olub.

Tələbənin hüquqlarının müdafiəsi işini həyata keçirən Əmək Hüquqlarının Müdafiəsi İnstitutunun həmtəsisçisi Fərid Rüstəmzadə Abzas Media-ya deyir ki, sonradan işlər müqaviləyə uyğun getməyib, şirkət isə buna görə Təhsil Nazirliyini günahlandırıb. Bildirib ki, nazirliyin elektron sistemi işləmir. Ancaq nazirlik bunu təkzib edib və sonradan məlumat olub ki, əsas məsuliyyət şirkətdədir.

“Daha sonra oradan əlaqə saxladılar və bildirdilər ki, məsələ həll olunacaq, xanımın ödənişi geri qaytarılacaq, heç bir narahatlıq yoxdur. Xanım səhər şirkətə gedib, şirkətdə bir üzr məktubu veriblər ki, bunu paylaş, ödəniş qaytarılacaq. İki saat təzyiq ediblər ki, paylaşsın və məhkəməyə verməklə hədələyiblər. O isə bundan imtina edib” – deyə Fərid Rüstəmzadə bildirib.

Rüstəmzadə deyir ki, özünü şirkətin rəhbəri kimi təqdim edən Aişə Aslanova və digər əməkdaşlar tələbəni təhdid edib, qorxudublar.

“Pilgrim Education” şirkətinin nümayəndəsi Elmin İbadov Abzas Media-ya bildirib ki, hazırda şirkətdə işlər çoxdur və cavab verə bilmirlər:

"Məhkəməyə müraciət olunub və işin gedişilə bağlı açıqlama veriləcək"- E.İbadov bildirib.

Şirkətin martın 11-də yaydığı ümumi açıqlamada isə iddialar təkzib edilib və məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilib.
 //abzas.org//

Ardını oxu...
Bir müddət əvvəl Etibar Hüseynov Gədəbəy rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi. Əvvəlki baş həkim Firdovsi Sarıyev isə xəstəxanaya direktor vəzifəsinə təyin edildi.
Bildirim ki, E.Hüseynov 20 ildən çox hərbidə həkim kimi çalışıb. Kapitan rütbəsi ilə ehtiyata buraxılıb. 20 ilə kapitan olmaq da hər zabitin işi deyil.
TƏBİB-in, İcbari Tibbi Sığortanın və qismən də Səhiyyə Nazirliyinin birgə yaratdığı qanuna əsasən xəstəxanalarda idarəetmə baş həkim aiddir. Lakin baş həkimə nəzarət direktorun səlahiyyətinə daxildir. Məsələn, baş həkim kimisə işdən azad etmək üçün direktora təqdimat verir. Yekun qərarı direktor verir. Direktor isə baş həkimin işinə tam müdaxilə edə bilmir. Bir sözlə qarışıq bir daxili nizamnamə yaradılıb.
Uzun müddət hərbi sistemdə çalışan Etibar Hüseynov Gədəbəy rayon Mərkəzi Xəstəxanasında hərbi qanunlar formalaşdırmağa çalışır. Əhaliyə və xəstəxana əməkdaşlarına divan tutur. Hərbi komandir əsgəri ayaqüstə saxladığı kimi E.Hüseynov da işçiləri və vətəndaşları ayaqüstə saxlayır. Hətta, bundan həzz alaraq ayağını ayağının üstünə qoyaraq damağına da bir siqaret qoyur. Dövlətin Etibar həkimə verdiyi xidməti otaqda çayxana abu-havası yaradır. Vətəndaş da siqaretin qurtarmasını gözləyir ki, bəlkə işi düzələ.
Xüsusilə qeyd edim ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanasında 60-dan çox həkim çatışmazlığı var. Universitet bitirən həkimlər relyefinə, şəraitinə, mərkəzdən uzaq olduğuna görə Gədəbəydə işləmək istəmirlər. Fürsət tapan qaçır. 60-dan çox həkim çatışmayan xəstəxanada eyni işləri 40 həkim görür. TibbinTəcili Yardıma növbəyə çıxan, Hərbi Həkim Komissiyasında xidmət edən, Tibbi Sosial Ekspertiza Komissiyasının üzvləri, sahə həkimləri, kəndlərin baş həkimləri, gündəlik insanlara xidmət göstərən eyni adamlardır. Yəni, həkim çatışmazlığından bir neçə vəzifəni bir həkimə tapşırıblar. Belə olan halda həkimlərin əksəriyyətinə məvacib "oklad"(maaş) yarım yazıılır. Yəni, həkimin maaşı 400 manatdırsa, əlavə xidmətlərə cəlb olunduğuna görə, aldığı maaşın yarısı qədər də əlavə verilir. 400+200 fomatında.
Yeni baş həkim E.Hüseynov yarım "oklad"ın kəsilməsi üçün direktora təqdimat yazır. Xəstəxananın direktoru Firdovsi Sarıyev də təqdimatı müsbət qiymətləndirirək bütün yarım "oklad" alanları kəsir. Baş həkim də daxil. Bu zaman həngamə başlayır. Etibar Hüseynov özünün yarım "oklad"ının kəsilməsinə göz yummur. Direktordan bərpasını tələb edir və bacarır da. Yekunda yarım "oklad"ı kəsilən həkimlər və baş həkimin yarım "oklad"ı bərpa edilir.
Sual yaranır ki, damağında siqaret otaqda pöhrələnən baş həkim yarım "oklad" almalıdır, amma sahələrdə, kəndlərdə, 3-4 vəzifə tapşırılan həkimlər yarım "oklad" almamalıdır. Niyə də niyə?
Bu azmış kimi Etibar həkim öz adamlarına nömrəli pul verərək həkimlərin qəbuluna göndərir. Hansı həkim alarsa, torbası hazırdı. Sanki əsgərlikdə "dedovşinalar" yeni gələn "maladoyların" pulunu almaq üçün taktika işlədir.
Eyni zamanda bülleten və göndəriş(naprableniya) məsələsində xəstələrə büokratik əngəl yaradır.
Həftənin hər 5-ci günü xəstəxananın iclasında həkimlərlə qırğına çıxır.
Qeyd etdiklərim olanların bir qismidir. Baş həkimin hoqqalarına tap gətirməyən 10-a yaxın həkim qonşu rayonlarda iş axtarırlar. 60-dan çox həkimi çatışmayan və cəmi 40 həkimi olanda Gədəbəy rayon Mərkəzi Xəstəxanasında yaxınlarda baş həkim Etibar Hüseynov, direktor Firdovsi Sarıyev, bir də qapıdakı mühafizəçi qalacaq.
Görünür, Etibar həkim xəstəxanada ya hərbi rejim yaratmaq istəyir, ya da verdiyini(ola bilər vəd verdiyini) çıxartmağa çalışır.
Xüsusilə bildirim ki, kimsə düşünər və deyə bilər ki, Etibar Hüseyov hərbidə vicdanla xidmət edib. O adama E.Hüseynov adı keçən məhkəmə sənədi göstərə bilərəm və sübut edərəm ki, vicdanlı xidmət belə olmur.
 //sarkazm.az//

Ardını oxu...
DİA.AZ: - Adı bir çox qalmaqallarda hallanan və özünün ənrəbadi rəhbər heyəti ilə dəfələrlə yerli KİV-də müxtəlif formada tənqid hədəfinə çevrilən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) daha bir qanun pozuntusu aşkara çıxıb.

DİA.AZ bildirir ki, bu barədə yerli KİV-də informasiya yayılıb və məlum olur ki, qalmaqallı ADAU-nun həm də dövlətə külli miqdarda vergi borcu va imiş...

Ardını oxu...

DİA.AZ xəbər verir ki, sözügedən ali təhsil ocağının dövlətə 100 min manata yaxın borcu var (82005.52 AZN).

Qeyd edək ki, universitetin rektoru Zəfər Qəzənfər oğlu Qurbanovr.

Hər halda, ADAU ərhbərliyinin vergi borcunu ödəməməsi faktı digər mətləblərdən də xəbər verməkdədir. Burada söhbət qanuna tabe olmamaq məsələsindən gedir. Yəni nümunəvi olanlar elə bütün sahələrdə bu xarakterlərini göstərirlər. ADAU barəsində isə maləsəf, belə deyə bilmirik...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Azərbaycanda mühüm dövlət vəzifələrində çalışan və dövlətin milyonlarını mənimsəyən 3 qardaş haqqında yazıya bir az uzaqdan başlayaq.
Söhbət 2017-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsində çalışan Qoşqar Təhməzlidən, Mənzil İnşaatı Dövlət Agentliyi MİDA MMC-nin direktoru Fərhad Təhməzovdan və vaxtilə PA-da Akif Muradverdiyevlə birgə çalışan, Əli İnsanovla birgə dövlət çevrilişində ittiham edilən və işdən qovulan Ataş Təhməzovdan gedir. Qardaşların biri Qoşqar Təhməzli öz tərcümeyi-halında guya 1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etməsini, hətta “Müharibə veteranı” statusuna layiq görülməsini qeyd edir.
Ümumiyyətlə, Qoşqar Təhməzlini tanıyanlar bilir ki, bu adamın bütün həyatı nə ilə bağlıdır. Bu adamdan sopruşan lazımdır ki, sən nə vaxt və hansı cəbhədə döyüşmüsən..? Bəlkə Ayaz Mütəllibovun cəbhəsində, bəlkə Novxanıdakı evində yeməklərinizi bişirən Leylanın qayınatası Hilal kişinin evində. Nə isə, bu başqa bir yazının mövzusudur.
İndi keçək daha vacib məsələyə. ATU-nu bitirəndən sonra Qoşqar Təhməzli uzun müddət el arasında “Siçan-pişik” ( Sannitar Epidemologiya ) idarəsində çalışıb və obyekt sahiblərindən şirinlik alaraq vaxtını keçirib. Onda ortaya sual çıxır. Bu cür şirinliklərlə Qoşqar Təhməzli necə milyonlara sahib ola bilərdi, necə böyük bir tibbi mərkəzin, yəni “Nəbz” Tibb mərkəzinin baş direktoru, sonra “Medeks” MMC-də baş direktor ola bilərdi..?
Axı, əlahəzrət məntiq deyir ki, balaca şirinliklə nəinki milyonçu olmaq, klinika sahibi olmaq, heç adi avtomobil də almaq mümkün deyil. Bəli, birazca qurdalasaq xoruzun quyruğu görünəcək. Belə ki, Qoşqar Təhməzlinin qardaşı, yəni Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna uzun illər rəhbərlik etmiş Fərhad Təhməzov dövlətdən götürdüyü milyonları qardaşları vasitəsilə biznesə yönəltmişdi. Belə ki, qaçqın və məcburli köçkünlər üçün tikilən binalar, şəhərciklər hamısı Fərhad Təhməzovun nəzarətində idi. Fərhad Təhməzov dövlətin ayırdığı 100 milyonları mənimsəmişdi. Bu pulları harasa yönəltmək lazım idi.
Bax, onda həmin pullar Qoşqar Təhməzlinin vasitəsilə tibbi klinikaların açılmasına, xaricdən bahalı tibbi avadanlıqların ölkəyə gətirilməsinə yönəldi. Qoşqar Təhməzli hətta başqa iri məmurlar üçün də klinikaların açılmasına kömək edirdi.
Beləcə ölkəni özəl klinikalar bürüdü. Yəni bu qardaşların yüz milyonluq biznesinin kökündə qaçqın və məcburi köçkünlərə ayırlan dövlət vəsaiti dayanır. Azərbaycanın son 30 ilində ən böyük korrupsiya əməlləri məhz Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunda olub, onu da Fərhad Təhməzov mənimsəyib. İndi bildinizmi, adına el arasında “siçan-pişik” idarəsi deyilən bir idarədə çalışan Qoşqar Təhməzlinin biznesinin kökündə nə dayanır.
Məsələ təkcə Qoşqar Təhməzli ilə bitmir. Fərhad Təhməzovun dövlətdən götürdüyü milyonların bir hissəsini isə digər qardaşı Ataş Təhməzov tikinti biznesinə yönəltdi. Bu gün 28 may metrosuna, köhnə Çay fabrikinə yaxın ərazidə Ataş Təhməzovun böyük bir ofisi fəaliyyət göstərir və milyonluq layihələrə imza atır. Bəli, bu qardaşların milyonluq bizneslərinin kökündə dövlətdən mənimsənilən milyonlar dayanır. İndi isə Qoşqar Təhməzlinin digər əməllərindən bəhs edək.
Məlumdur ki, uzun illər ölkədə LEŞ MAFİYASI var idi. Vətəndaşlara ölmüş heyvan cəmdəyi, leş satırdılar. Digər tərəfdən, ticarət obyektlərində, kafelərdə, ictimai-iaşə obyeklərində keyfiyyətsiz, vaxtı keçmiş qida məhsulları satılırdı. Bu isə millətin sağlamlığını, hətta genefondunu məhv etməkdən başqa bir iş deyildir. Bu məsələdə isə Baytarlıq Dövlət Xidməti, Fitosanitariya Xidməti və digər qurumlar lazımi tədbir görə bilmirdilər.
Buna görə də cənab Prezident yeni bir qurumun, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə bağlı qərar verdi. Və qurumun sədri də Qoşqar Təhməzli oldu. Bəs ötən 7 ildə Qoşqar Təhməzli nə iş görə bildi..?
Onu qeyd edə bilərik ki, Qoşqar Təhməzli illər uzunu toplanmış avadanlıqları, laboratoriyaları demək olar ki, məhv elədi. İnanmayanlar buyursunlar böyük bazarlara baş çəksinlər və görsünlər ki, həmin laboratoriyalardan əsər-əlamət qalıbmı..?
Yəni ət məhsulları bazarlarda yoxlanılmadan satılır və pullar Qoşqar Təhməzlinin adamlarının ciblərinə gedir.
Siz təsəvvür edirsinizmi, laboratoriyadan keçməyən ət, süd, pendir və digər heyvandarlıq məhsulları insanlar üçün karonavirusdan da təhlükəlidir. Amma bu təhlükə əhalimiz üçündür, Qoşqar Təhməzli üçün heç bir təhlükə yoxdur. Çünki Qoşqar Təhməzlinin Novxanıdakı və şəhərdəki milyonluq mülklərində onlarla mühafizəçi, aşpazlar çalışır. Onlar Qoşqar Təhməzlinin həm canının, həm də sağlamlığının qeydinə qalırlar, millət isə vaxtı keçmiş qidalardan zəhərlənir.
İndi gördünüzmü, Qoşqar müəllim QİDA agentliyini nəyə döndərib..?
Bu adamdan soruşan yoxdur ki, 10-dan artıq aşbazı, “telexranitel”ləri hansı pulla saxlayırsan..?
İndi isə qayıdaq vaxtilə Məcburi Köçkünlərin Sosial İnkişafı Fonduna rəhbərlik edərkən dövlətin 100 milyonlarını mənimsəyən Fərhad Təhməzovun MİDA-da elədiyi maxinasiyalara. Hamıya məlumdur ki, MİDA-nın aztəminatlı ailələr üçün dövlətin hesabına tikdiyi evlər hərracda foks-mokus qaydasında satılır. Bu hələ harasıdır..?
Niyə Fərhad Təhməzovdan soruşan yoxdur ki, Litva vətəndaşı Povilas Pociusanın milyonlarını MİDA adı altında necə mənimsədiniz..?
İndi bu 3 qardaşın törətdikləri ilə tanış olursunuzmu...
Bu qardaşların keçmişi barədə danışmağı adam ayıb hesab edir. Amma... Təhməzovların qohumlarından olan Bəxtiyar zamanında cənab Prezidentimizi aldadaraq, Binəqədidə təmir zamanı 5 milyonu necə mənimsədiyini biz bilirik...
Biz əbəs yerə qardaşların keçmişini yada salmadıq... Biz hər şeyi bilirik. Allah ölənlərə rəhmət eləsin. Biz demirik ki, Sudavər xalanın qızı kiminsə şəhərdəki evində 5 nəfərlik aşbaz korpusuna rəhbərlik edir. Biz demirik ki, rəhmətlik Hilal kişinin gəlini Leyla xanım Novxanıdakı bağ evinizdə 11 nəfərlik aşbaz korpusuna rəhbərlik edir. Biz demirik ki, öz qohumlarınızı yataqxanadan götürüb apardınız ev verdiniz, başqaları qaldı orada. Biz istər Aftandil kişini, istər Spartak kişini, istər İlahi kişini çox yaxşı tanıyırdıq. Keçmiş bizim gözümüzün qarşısında lent kimi keçir. Amma cənab Prezidentimizin göstərdiyi etimaddan sui istifadə edən şəxslərə qarşı həmişə barışmaz olmuşuq. Allah Şəfayət Mehdiyevə rəhmət eləsin. Tofiq Mehdiyev də Zəngilanın katibi olmuşdur.
P.S. Növbəti sayımızda 30 min qoyun sürüsü və İslam yazısı dərc olunacaq. 
//gundelik-baku.com//
Ardını oxu...
Bakı Nəqliyyat Agentliyi texniki dəstək xidməti ilə bağlı tenderin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, qalib "Smartech System" MMC seçilib.

Tenderin dəyəri 2 166 480 manatdır.

Bağlanılacaq müqaviləyə əsasən “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün “Sərnişindaşımaları həyata keçirən avtobuslarda quraşdırılmış İKT avadanlıqlarının, köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 gün*24 saat iş rejimində fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətlərinin satınalınması” nəzərdə tutulur.

Xatırladaq ki, "Smartech System" MMC eyniadlı tender üzrə BNA-dan 2021-ci ildə 3 249 720 manatlıq sifariş alıb (24.08.2021)

Amma bu da BNA şefi Vüsal Kərimlinin "Smartech System" MMC-yə son "məhəbbət izharı" deyil və buna qədər də - 2020-ci ilin avqustunda BNA-dan eyni şirkətə milyonlar peşkəş edilib. Bunun isə başqa adı yoxdur, hər halda...

2020-ci ilin avqust ayında açıqlanan məlumatda qeyd olunurdu ki, Bakı Nəqliyyat Agentliyi “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün 12 (on iki) aylıq texniki dəstək xidməti üzrə elan etdiyi tenderin qalibi məlum olub.

Tenderin qalibi “Smartech System” MMC olmuşdu və BNA texniki dəstək xidmətinin göstərilməsi üçün “Smartech System” MMC ilə 2 milyon 166 min 480 manatlıq müqavilə bağlamışdı.

DİA.AZ bildirir ki, hər halda bu faktlar gərəkən qurumlar tərəfindən araşdırma mövzusu ola bilər. Ən azından hüquqi qiymətin verilməsi baxımından... Normalda isə prosesə DÖVLƏT MÜDAXİLƏSİ zərurəti mövcuddur.

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
 
Ardını oxu...
Azərbaycanın builki “Avroviziya” mahnısı təqdim olunub.
Mahnı “Avroviziya”nın rəsmi “Youtube” səhifəsində yayımlanıb.

Xatırladaq ki, “Avroviziya-2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. “Avroviziya-2023” Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı TuralTuranX dueti təmsil edəcək.

Xəbər lenti