Ardını oxu...
Azərbaycanda təhsil sistemində korrupsiya hallarının aradan qaldırılması istiqamətində son zamanlar ciddi tədbirlər görülməkdədir.

Təhsil sistemində aparılan struktur və kadr dəyişiklikləri və eyni zamanda hüquqi mühafizə orqanlarının təhsil müəssisələrində apardıqları əməliyyatlar korrupsiya və rüşvət hallarının aradan qalxmasına müəyyən mənada müsbət təsir edir.

Bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Ağdam Musiqi Kollecində keçirdiyi xüsusi əməliyyat bir daha təhsil müəssisələrində olan acınacaqlı vəziyyəti ortaya qoymuş oldu.

Qlobal.az xəbər saytının əldə etdiyi məlumatda iddia edilir ki, korrupsiya və rüşvət hallarının geniş yayıldığı təhsil müəssisələrindən biri də Ağdam Dövlət Sosial-İqtisadi Kollecidir.

Məlumatda son illər dövlətin kollecin təmirinə ayırdığı vəsaitlərin təyinatı üzrə xərclənmədiyi vurğulanır.

Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kolleci həm texniki bazasına, həm də təhsil səviyyəsinə görə respublikada ən geridə qalan kolleclərdəndir.

Saytımıza verilən məlumatda dövlətin kollecin təmirinə ayırdığı vəsaitin satınalma yolu ilə mənimsənildiyi, görüntü olaraq isə bir-iki vedrə emulsiya alınıb divara yaxıldığı iddia edilir.

Ağdam Dövlət Sosial-İqtisadi Kollecindən iddialara mövqe öyrənə bilmədik.

Mövzunu diqqətimizdə saxlayacağıq. /Qlobal.az//
 
Ardını oxu...
"Uşaq bağçaları Elm və Təhsil Nazirliyinə veriləndən sonra valideynlər əvvəlki illərinə şükür edirlər". DİA.AZ bildirir ki, bu ittihamla tanınmış təhsil eksperti Kamran Əsədov çıxış edib.
"Bildiyiniz kimi, Azərbaycanda 1692 DÖVLƏT uşaq bağçası var və bu müəssisələrə 123 min uşaq cəlb oluna bilər" deyə fikrini davam etdirən ekspert daha sonra bildirir:
"Hörmətli Elm və Təhsil Nazirliyi başınız hər şeydən pul yığmağa (RTİ-ləri direktor, direktor müavini təyinatlarına, sınaq imtahanı keçirmək, XI sinifləri rayon məktəblərinə yazdırmaq və s) necə qarışıbsa, DÖVLƏT uşaq bağçasının da pullu olduğunu düşünübsünüz.
Siz özəl sektordan gəldiyiniz üçün elə bilirsiniz ki, bütün xidmətlər pulludur. Arada gözünüzü və əlinizi pul yığıb saymaqdan saxlayın, o gözünüz və əliniz ilə 2 vərəq kitab oxuyub öyrənin ki, DÖVLƏT UŞAQ BAĞÇASI PULSUZDUR!
Dövlət uşaq bağçasında bütün xidmətlər pulsuzdur, heç bir məqsəd üçün pul yığıla bilməz.
Amma göründüyü kimi, Elm və Təhsil Nazirliyi tətilə gedir, tapşırıb ki, pul yığıb verin, biz istirahətdə gedirik.
Elm və Təhsil nazirliyindən xeyir-dua alan Yeni Günəşli qəsəbəsində 262 nömrəli bağçanın əməkdaşı yalnız tabe olduğu quruma bəlli olan qaydalarını elan edir.
Deyəsən Elm və Təhsil Nazirliyi videolarına çox baxdıqları milyarder İlon Maskı qısa müddətdə keçmək istəyirlər. Nə olub, niyə belə tələsirsiniz?
Hörmətli Elm və Təhsil Nazirliyi, pul yığmağı bir az saxlayıb dincəlin.
Təhsil müəssisələrinə bayram istirahət günlərinizdə rahat əylənmək üçün pul yığılmaq tapşırığınızı saxlayın. Hamı sizin kimi işləmədən, oturduğu yerdən pul qazanmır.
O uşaq bağçasında valideyn var ki, övladına yemək verə bilmir, bağçaya göndərir ki, orada yesin.
Elm və Təhsil Nazirliyi, qaldığınız hər saniyə elmə, təhsilə zərərsiniz, zərərlisiniz.
Sayənizdə təhsil sistemində müsbət nə vardısa, hamısı dəyişib, iyrəncliklər baş alıb, sizin tələbiniz ilə pul yığılması əsas məqsədə çevrilib".

Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Mustafa Yıldırımın başına gələnlər hər bir əcnəbi vətəndaşın başına gələ bilər…
"Bakı TV.az” İnternet Televiziyası olaraq 10 gün öncə Türkiyə vətəndaşı olan, “Mustafa Yıldırım” şirkətinin sahibi Mustafa Yıldırımın ofisində Azərbaycan vətəndaşı Zaur Hüseynov tərəfindən qəddarcasına döyülməsi, təhqir olunması barədə zərərçəkənin öz dilindən məqalə yazaraq olayı ictimailəşdirmişik və hadisənin videosunu paylaşmışıq.
Bir neçə gün sonra mövzuya yenidən qayıdaraq millətimizə, dövlətimizə başucalığı gətirməyən bu cinayət əməlinin obyektiv araşdırılması üçün dövlətin mühüm hüquq-mühafizə orqanlarına müraciət ünvanlamışıq. Amma hadisədən və bizim müraciətimizdən xeyli vaxt keçsə də, dövlət qurumları tərəfindən heç bir konkret reaksiya yoxdur. Bizim yeganə məqsədimiz dövlətimizin imicini qorumaq, eyni zamanda Qarabağ müharibəsində bizim yanımızda olan türk qardaşımızın yanında olmaqdır.
Təəssüf ki, 10 gün müddətində Mustafa Yıldırımı çağırıb baş verən olayla bağlı maraqlanan olmayıb. Sanki belə də olmalıdır. Sonra da deyirik ki, xarici mediada-filanda barəmizdə yazırlar. Cənablar, yazacaqlar dəə, gözümüzün qabağında Türkiyə vətəndaşını, iş adamını döyürlər, heç bir dövlət qurumu maraqlanmır, adicə bir izahat almağa dəvət etmirlər. Fərz edək ki, döyülən heç Türkiyə vətəndaşı deyil, Kanada, yaxud İsveç vətəndaşıdır. Onda da eyni hal olacaqdı. Yaydığımız video istintaq üçün konkret materialdır.
Biz hələ tərəflərin telefon danışıqlarını əks etdirəm SƏS yazılarını demirik. Bütün bunlara görə, biz bir media olaraq yenidən, 3-cü dəfə bu mövzuya qayıtmalı olduq. Yəqin ki, məsələyə hüquq-mühafizə orqanları tərəfindən ədalətli mövqe olana kimi bu mövzunu davam etdirməli olacağıq. Xatırlatma üçün qeyd edək ki, Bakıda döyülən 55 yaşlı Türkiyəli iş adamı, “Mustafa Yıldırım” şirkətinin rəhbəri Mustafa Yıldırım BakıTV.az İnternet Televiziyasınin rəhbəri Habil Vəliyevə müraciət edərək hüquqi və media dəstəyi istəmişdi:
“Hörmətli Habil müəllim, Sizdən xahiş edirəm ki, mənim Zaur Hüseynov tərəfindən ofisdə döyülməyim, saldırıya məruz qalmağım, təhdid və təhqir olunmağım ictimailəşdirilsin. Xahiş edirəm, sizə təqdim etdiyim video TV-nizdə işıqlandırılsın və hüquq-mühafizə orqanlarına göndərilsin. Mənim bir Türkiyə vətəndaşı olaraq ictimai vəkilim olmağınızı xahiş edirəm”. Biz də bu müraciətdən sonra xəbərin birtərəfli dərc olunmaması üçün, yəni obyektivlik üçün Zaur Hüseynovla telefon əlaqəsi saxlayaraq məsələyə aydınlıq gətirməsini xahiş edəndə, onun cavabı “Yaxşı eləmişəm döymüşəm” oldu.
Bizimlə söhbətində Zaur Hüseynov zorakılığı necə sübut edəcəyimizi soruşanda, əlimizdə video-görüntü olduğunu dedik. Video məsələsindən təlaş keçirən Zaur Hüseynovun dostu, özünü onun vəkili kimi təqdim edən Elnur Abbaszadə redaksiyamıza telefon açaraq, ikilikdə, üçlükdə görüş keçirməyi, məsələni yoluna qoymağı təklif edirdi, hətta bəzi vəkillərin, media mənsublarının ( Pərviz Həşimli, Bəhruz Bayramov ) adını çəkirdi. Tərəfimizdən istədiyi cavabı ala bilməyən, özünü vəkil kimi təqdim edən Elnur Abbaszadə bizi xüsusi ittiham qaydasında məhkəmə iddiası ilə hədələyirdi.
Bütün bunlar azmış kimi, Zaur Hüseynov döydüyü 55 yaşlı türk iş adamına zəng edərək ona hədə-qorxu gəlir, onu görüşə çağırır, onu təhdid edirdi. Bütün proses boyu apardığımız danışıqların SƏS YAZISI fakt kimi əlimizdədir.
Yəni biz bir media olaraq mümkün olanları etməyə hazırıq ki, türk qardaşımızın hüququ və ən əsası dövlətimizin imici qorunsun.
Bizi izləyin. BakıTV.az İnternet Televiziyası
 

Ardını oxu...
Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılov bu vəzifəyə təyin edilərkən Prezidentə söz vermişdir ki, bu təyinat mənim üçün çox böyük şərəf, eyni zamanda, çox böyük məsuliyyətdir. Bu etimadınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm və Vətənimiz üçün, ölkəmiz üçün canla-başla çalışacağam.Amma cənab sədr deyilən etimadı nəyin ki, doğrulda bildi əksinə ölkədə su böhranı yaradaraq xalq ilə hakimiyyət arasında böyük narazılığa imza atdı.Belə olmasaydı Saatlıda kənd əhalisi “su üsyanına” qalxmazdı.Hazırda anoloji “Su üsyanı” Goranboy rayonun Nizami kəndində də gözlənilir.
Bu haqda Goranboy rayonun Nizami kəndinin bir qurub sakinləri Dünyanınsəsi.Az saytı vasitəsi ilə ölkə başçısına müraciət ünvanlayıblar.
Müraciət sahibləri bildirirlər ki, Aqrar İslahat Komisiyası tərəfindən ailələrimizə verilən pay torpaqlarında 6 aydır ki, taxıl əkməyimizə baxmayaraq sözügedən sahəni bir dəfə də olsun belə suvara bilməmişik.
Ona görə ki, ərazidə olan subartezian quyusu təmir olunduqdan sonra Göygöl Elektrik Şəbəkəsinin rəhbərliyi 63 kvt-luq transformatorun fəaliyyətini dayndırıb. Səbəb olaraq isə Göygöl Elektrik Şəbəkəsinin rəisi Elgün Qafarov fermerlərə bildirir ki, yeni qazılmış quyu üçün texniki şərt alınmalıdır.Həm də bu haqda Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti “Azərişıq” ASC-yə rəsmi məktubla müraciət etməlidir.Problem öz həlini taparsa bundan sonra oraya yeni transformator qoyacağını da bildirib.

Əkin-səpinlə məşğul olan hər kəs yaxşı anlayır ki, yazın gəlişi ilə bağlı taxıl sahəsini lazımı suyu vaxtında verməsən məhsul götürə bilmərsən.
Hazırda sözügedən cəmiyyətlər arasında yazışmalar gedib məsələ həllini tapana kimi kənd sakinlərinin əkin sahələri suzluqdan məhv ediləcəyi gün kimi aydındır.Nəticədə isə ziyanı bu yazıq kəndlilərə dəyəcəkdir.

Hörmətli Cəmiyyət sədrlərinin diqqətinə çatdırmaq istəyirik ki, daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün əlbəttə ki, qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri vardır. Təbii ki, suvarma aparılmadan, bu sahədə işlər düzgün istiqamətdə təşkil olunmadan biz hər hansı bir uğurdan söhbət apara bilmərik.
Redaksiya olaraq onu da qeyd edək ki, bu gün Goranboylu fermerlər “Azərişıq” ASC-nin Qərb Regional Enerjı Təchizat və Satışı İdarəsinin rəisi (RETSİ) Elmar Mahmudovun qəbuluna da gəliblər. İdarədən isə şikayətçilərə bildiriblər ki, hazırda rəis burada yoxdur.
Hər iki tərəfin arqumentlərini nəzərə alaraq qeyd etmək istəyirik ki, Cəmiyyət sədrləri problemi öz aralarında həll edənə kimi subartezian quyusunu müvəqqəti olaraq cəryanla təmin etmək olar.
Redaksiya olaraq inanırıq ki, Zaur Mikayılovdan fərqli olaraq “Azərişıq” ASC-nin rəhbəri Vüqar Əhmədov cənabları Prezidentin etimadını doğruldaraq Nizami kənd sakinlərinin su probleminin həll edilməsi üçün müfafiq addımlar atacaqdır.

Dünyanınsəsi.Az
Ardını oxu...
DİA.AZ: - Bir neçə gün əvvəl Saatlı rayonunda sakinlərin su uğrunda keçirdikləri ajiotajlı aksiyalar demək olar ki, əksər rayonlarımızda təkrarlana bilər. Çünki az qala bütün rayonlarımız bu gün quraqlıq keçirir və rəsmi qurumlar da bütün bunları yalnız müşahidə edir.

DİA.AZ bildirir ki, elə Göygöl rayonunun Qızılca kəndinin sakinləri də eyni problemlə üz-üzə qalıblar.

Sakinlər bildirir ki, rəsmən yağış suyunun ümidinə qalıblar: "Bu qədər təbii sərvətimiz var, amma biz Allaha ümid qalmışıq..."

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Martın 13-də Saatlıda keçirilən susuzluğa qarşı etiraz aksiyasında 20 sutka həbs edilənlərdən biri də Anar Hüseynovdur. DİA.AZ bildirir ki, onun anası Tənzilə Hüseynova yerli məmurları rəsmən ifşa edərək, rayondakı su qıtlığının yaranma səbəblərini də açıqlayır.

“Torpaqlar varlılara satılıb, su ora gedir” deyən narazı vətəndaş daha sonra bildirir:

"Sənə, mənə su yoxdur. Balıq saxlayırlar, ora təmiz su buraxırlar, insanlara üstünü mamır bağlayan su verirlər".

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - "Yazıb sizə bildirirəm ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən işdən çıxarılacağından ciddi şəkildə təşvişə düşüb. Məhz buna görədə Rəşad Əliyev müavini İlham Əhmədovla birlikdə internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi ilə bağlı olan bir çox neqativ məlumatları sildirməklə məşğuldur". Bu barədə DİA.AZ-a ünvanlanan müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra yazır: "Hörmətli, dia.az, bu hələ harasıdr? Rəşad Əliyev Mədəniyyət Nazirliyindəki havadarları sayəsində Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət fikir formalaşdırmaq və bununlada nazir əvəzi Adil Kərimlinin hədəfindən yayınmaq istəyir. Bunun üçün Rəşad Əliyev və müavini internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət xəbərlərin dərc olunmasına start verib. Hətta idarə rəisi işçilərinə tapşırıq verərək, fesbok və instaqram sosial şəbəkələrində Sumqayıt Regional Mədəniyyət İdarəsinin xəbərlərini davamlı paylaşılmasını və bütün işçilərin həmin xəbərləri yaxşı mənada bəyənmələri göstərişini verib.

Bildirim ki, 2022-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrində Ağstafa, İsmayıllı, Şəki, Bərdə, Masallı, Ağdaş, Sumqayıt, Gəncə və Lənkəran Regional Mədəniyyət İdarələrində nöqsanlar aşkar edilmiş və tədbirlər görüşlmüşdür. Mədəniyyət nazirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində hüquq mühafizə orqanlarına göndərilən 11 müraciət və regional idarələrə edilmiş xəbərdarlıqlar “Şiddətli töhmət” siyahısında Sumqayıt Regional Mədəniyyət İdarəsinin adı çıxarıld. Bunun səbəbi isə Rəşad Əliyevin keçmiş nazir Anar Kərimovun komandasındakı himayədarlarının kömək etməsi olub. Məhz sabiq nazirin komandasında olan «himayədarın» köməkliyi ilə Sumqayıt Regional Mədəniyyət İdarəsində aşkarlanan nöqsanlar və bununla bağlı görülmüş tədbirlər gizlədildi, ictimaiətə açıqlanmadı. Ancaq digər Regional idarələrində aşkarlanmış nöqsanlarla bağlı nazirlik hüquq mühavizə orqanlarına müraciət etdi. Qeyd edirəm ki, hazırda Rəşad Əliyevin Mədəniyyət Nazirliyindəki himayədarlarının bir hissəsi hələdə vəzifə başında qalmaqdadırlar. Və bu himayədarlara ümid edən Rəşad Əliyev vəzifəsini qorumaq daha doğrusu nazirlikdə vəzifə sahibinə çevrilmək istəyir. Qeyd edirəm ki, Hesablama Palatası tərəfindən 2023-cü ilin fevral ayında Sumqayıt Regional Mədəniyyət İdarəsində aparılan yoxlama nəticəsində ciddi şəkildə nöqsanlar aşkarlanmış. Məhz Palatanın açıqlayacağı nöqsanlardan sonra vəzifəsini itirmək təhlükəsini görən Rəşad Əliyev himayədarlarının köməkliyi ilə iş yerini dəyişmək istəyir. Ancaq nazir əvəzi Adil Kərimlinin regional idarələrində apardığı islahatların Sumqayıt Regional Mədəniyyət İdarəsinəədə çatacağı gün yaxınlardarı. Və Rəşad Əliyev bunu bildiyi üçün ciddi şəkildə təşvişə düşüb".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Ölkənin ən böyük, yüksək turizm potensiallı rayonlarından olan Lənkərana Naşirlər Assosiasiyasının kitab sərgisinə getmişdik. Hər şey gözəl idi – maraqlı kitablar, təqdimatlar, sərgiyə axın-axın gələn böyüklər, kiçiklər və ətrafda yumşaq bir bahar havası! Amma bu havada adamın burnunu cırmaqlayan xoşagəlməz iydən gizlənmək çətin idi…

Şəkillərə baxmaq kifayətdir ki, o iyi siz də burnunuzda hiss edəsiniz: Lənkəranın mərkəzi küçələrində park, mehmanxana, teatr, restoran, yaşayış evləri və hətta hakim partiya YAP-ın öz qərargahının böyür-başı ilə çirkab suları axır. Bəzi yerlərdə burulub göllənən bu üfunətli mayeyə “su” deyirik, amma onun içində nələrin üzdüyünü təsəvvürünüzə gətirə bilərsiniz. Adamlar burada gəzişir, masa qoyub çay içir, uşaqlar burada oynaşırlar. “Çirkli realizm” janrından belə səhnələr köhnə filmləri xatırladır, ancaq təəssüf ki, kinoya baxmırsan, canlı mənzərəni seyr edirsən. Başqa ölkələrdə muzeylər təmir edən neft və milyonlar səltənətinin xan şəhəri Lənkəranda hətta Xan sarayına (indiki Tarix-diyarşünaslıq muzeyi) girmək üçün üzünü yana tutub, açıq kanalizasiya xəttinin üstündən adlamalısan!

Səbəbini soruşanda eşitdiklərimiz daha təəccüblü idi. Bilirsiniz, burada əksəriyyət əmindir ki, şəhərdə normal kanalizasiya xəttinin olmaması nə maddiyyat, nə də, Allah eləməmiş, pis yerli idarəçilik nəticəsidir. Hamı böyük siyasi səbəb axtarır və tapır.

Nə isə, xan Lənkəranı iydən xilas etmək bizim iqtidarımızda deyildi, sərgidə isə işimizi bitirmişdik. Bir yandan da havanın 20 dərəcəyədək qızacağını deyirdilər, amma mehmanxanadan çıxmazdan əvvəl səhərin sərinliyində, hələ üfunət yayılmamış, bu şəkilləri çəkə bildik.

Press Klub

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına (AHİK) 30 ildir sədrlik edən, bu müddətdə bu təşkilatı ailə qurumuna çevirən, özünü isə “ömürlük sədr” kimi təqdim edən Səttar Möhbalıyevin adını internetin axtarış bölməsinə daxil edəndə maraqlı məqam ortaya çıxdı.

AHİK sədri şəhid və qazi ailələri ilə görüşdü... Bu başlıqla xəbərlər müxtəlif günlərdə, müxtəlif informasiya resurslarına tirajlanıb. Sanki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri əsas işini məhz şəhid ailələri və qazilərin qayğısına həsr edir. Yaranan təəssürat belədir və məsələnin mahiyyətini bilməyənlər üçün müsbət olaraq da görünür. Gerçəklikdə isə Səttar Möhbalıyevin bu görüşlərinin altında böyük sirlər yatır...

Birincisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri bununla müsbət imicini formalaşdırmağa çalışır.

İkincisi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 30 ildir həyata keçirdiyi maxinasiyaları "şəhid ailələri və qazilər" adı altında gizlədir.

Üçüncüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əsas işi olan həmkarlara dəstək məsələsini belə ört-basdır edir.

Dördüncüsü, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən şəhid ailələri və qazilərə göstərilən hörmətsizliyi “Səttar Möhbalıyevdən şəhid ailələri və qazilərə qayğı” adı altında yaratdıqları süni görüntülərlə sığortalamağa çalışır...

Bu siyahını kifayət qədər uzada da bilərik, gerçək isə eynidir. Səttar Möhbalıyevi düşündürən şəhid ailələri və qazilərin problemləri yox, öz vəzifəsi, yəni 30 ildir zəbt etdiyi kürsünü necə qorumaqdır.

Təkcə bir fakt Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin bütün təbliğat kampaniyasını alt-üst etməyə yetərlidir. 2021-ci ilin noyabrında bir qrup şəhid ailəsi və qazinin adından mediada şikayət məktubu yayıldı. Şikayətdə bildirilirdi ki, “Möcüzəli Naftalan” sanatoriyasına dincəlmək üçün gedən şəhid ailələri və qazilərə nə normal xidmət göstərilir, nə normal qidalanma var, nə də istirahət. 10 gün nəzərdə tutulan “putyovka” şəhid ailələri və qazilər üçün istirahət yox, əsl cəhənnəm “bileti”dir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəznində olan bu sanatoriyada nə normal xidmət var, nə də fəaliyyət. Şəhid ailələri və qazilər yumşaq desək, qeyri-insani müansibətlə üzləşirlər.

Belə şikayətlərin yayılmasından sonra hətta Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Möcüzəli Naftalan” sanatoriyasına baxış keçirib və sözün gerçək mənasında dəhşətli mənzərə ilə üzləşmişdi. Həmin zaman AQTA-nın açıqlamasında bildirilirdi ki, “müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib, eyni zamanda qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət və ət məhsulları, süd və süd məhsulları, istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb”.

Bu sanatoriyada günündən asılı olaraq, hər “putyovka”nın qiyməti 700-1500 manat civarındadır.

Bu kimi nöqsanlarla bağlı faktların sayı yetərincədir. Əslində, Səttar Möhbalıyevin “şəhid ailələri və qazilərlər görüşü” də bu kimi faktları ört-basdır etmək, reallıqda hörmət qoymadıqları insanları el gözünə kül üfürmək üçün yada salmaqdır.

Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda dəhşətli mənzərə ortaya çıxır.

Səttar Möhbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük haqlarının üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından ayrılan vəsaiti şəxsi cibinin pulu kimi xərcləməklə məşğuldur. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 50 milyon manatdan çox üzvlük haqqı daxil olur.
Ardını oxu...
Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Gerçəklikdə isə bu, Səttar Möhbalıyeva ödənilən aylıq haqqdır. Çünki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri bütün bu vəsaitləri cibinin pulu kimi xərcləyir, otellər, sanatoriyalar tikir, xaricdə, xüsusilə Türkiyədə biznes qurur və s. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilmir. Bu yaxınlarda vəfat edən Xalq artisti Ramiz Novruz ömrü boyu həmkarlara aylıq haqq ödəmişdi, amma nə sağlığında bunun faydasını gördü, nə də öləndə. Xalq artisti vəfat edəndə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmiləri dəfndə də iştirak etmədi, yas məclisində də.

Səttar Möhbalıyev hesab edir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası onun şəxsi mülkidir və AHİK-in vəsaiti öz mülki kimi də istifadə edir. Səttar Möhbalıyevin “putyovka biznesi” də dillər əzbəridir. “Putyovka”lar 400-500 AZN civarında satılır və həmkarlara aylıq haqq ödəyənlər kənarda qaldığı halda, kim pulunu verirsə, sanatoriyalardan da onlar yararlanır. Hətta, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin normal istirahətinin təşkili ilə bağlı da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası nəzərəçarpacaq iş görmədi. Halbuki, həmkarlara aylıq haqq ödəyənlər arasında şəhid ailələri də var, qazilər də.
Ardını oxu...
Təbii ki, bütün bu maxinasiyalara baxmayaraq, Səttar Möhbalıyevin indiyə qədər vəzifəsində necə qaldığı maraqlıdır. Doğrudur, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri “seçki yolu” ilə olur, amma bəllidir ki, Səttar Möhbalıyev qurumda yaratdığı monopoliya ilə 30 ildir “seçilməyə” davam edir. Onun himayəçilərindən biri, həm də əsas şəriki qudası Əli Həsənov olub. Məlumatlara görə, onların quda olmasına səbəb də bu şəriklik olub. Məsələ necə quda olmaları yox, qudaların Azərbaycana vurduğu zərərdir. Vaxtilə Əli Həsənov mediaya ayrılan dövlət vəsaitini oğurlamaqla özünə xeyli sərvət topladı. Vəzifəsindən uzaqlaşdırılsa da, topladığı sərvət hesabına “şahlar kimi” yaşayır. Səttar Möhbalıyev də eyni yolun yolçusudur. Qudası vəzifədə olanda əlində olan media resursları ilə Səttar Möhbalıyevi müdafiə edir, ona qarşı istənilən məsələyə “total hücum”la cavab verirdi.

Vaxtilə Səttar Möhbalıyeva görə, qazinin özünü yandırması hadisəsində də Əli Həsənov əlindəki media rıçaqları ilə qudasının müdafiəsini təşkil edərək, onu "ipdən almışdı". Bəli, Səttar Möhbalıyev həmin Səttar Möhbalıyevdir, qazinin ölümünə səbəb olan şəxs. İndi şəhid ailələri və qazilərlə foto çəkdirmək xatirinə keçirdiyi görüşlər nə onun keçmişini təmizləyə bilər, nə də maxinasiyalarını. Qudası Əli Həsənov vəzifədən çıxarılsa da, Səttar Möhbalıyev hələ də 30 illik kürsüsündən bərk-bərk yapışıb. Lakin artıq bütün sahələrdə olduğu kimi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında da islahatlara, yeniliyə və maxinasiyaların aradan qaldırılmasına, şəffaflığın təmin edilməsinə ehtiyac var. Artıq sıravi müəllim də sanatoriyada istirahət hüququndan istifadə etmək istəyir, mədəniyyət işçiləri də, digərləri də. Onların haqqını yeyən, sıravi vətəndaşların aylıq əmək haqlarından həmkarlara etdiyi ödənişləri çapıb-talayan Səttar Möhbalıyevin qudası Əli Həsənovun yanında göndərilməsinin zamanı çatıb. Düz 10 il öncə Qarabağ veteranı mərhum Zaur Həsənov məhz Səttar Möhbalıyevin yaratdığı haqsızlığın qurbanı olaraq, dünyadan getmişdi, indi vəzifədən getməyə nə var!


Vaqif Hüseynli
Demokrat.az
Ardını oxu...
Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. İlk qanunsuzluq bu binanın tikilməsi zamanı böyük bir yaşıllıq zolağının məhv edilməsindən başlayıb. Ekoloji cinayətinə göz yumulan tikinti sahibləri bundan sonra qanunları təməl qazıntısına atıb üstünü betonlayıblar.
Sözügedən tikinti qonşuluqda yaşayan vətəndaşları ciddi narahat edir və müvafiq dövlət qurumlarına, surəti cumhuriyyet.az-a göndərilən məktublarda deyilir: “Bir az yaxın məsafədə Səmədbəy Mehmandarovun və Həzi Aslanovun doguldugu ev və həyət görünür. Qədim tariximizin şahidi olanlar indi sag deyillər. Ancaq biz onların varisləri kimi bu həyətdə ömür sürürük. Biz burada bir neçə nəsil yaşamışdıq, qeyri-adi hadisələrin şahisi olmamışdıq, ancaq keşən il olduq. Keçın il yaşadıgımız evin yarım metrliyində hasardan o tərəfdə, bizi aldadaraq , ag vərəqə imza atdırmış və üç mərtəbəli “Medicana Çentr” adı altında 8 mərtəbəli bina tikiblər. Biz öz həyətimizdə duranda binanın balkonları başımız üstündə çətir kimi durur!”
Maraqlıldır ki, vətəndaşların müraciətinə əlaqədar dövlət təşkilatlarının cavabında da tikintinin qanunsuz olduğu etiraf olunur. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar NazirliyiDövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.
Ardını oxu...
Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir. İCRA HAKİMİYYƏTİ və FHN 2021 ci ilin sentyabr və oktyabr aylarında dəfələrlə bunlara tikintinin dayandırılması haqqında qərar verib, amma bunlar ötən 10 ay ərzində 8 mərtəbəli binanı tikiblər və bir gün olsun belə tikintini dayandirmayıblar və hal hazırda orda iş gedir!
Tikinti məcəlləsində, bina tikintisi üçün təstiq edilmiş bütün maddələr konud şəkildə pozulmuşdur! Beləki, tikinti üçün ayrilmış Lənkəran şəhər Füzuli küçəsi 7 ünvanında Hünər Hacızadənin mülküyyətində olan 0.06751 ha torpaq sahəsinin, hamısında tikinti aparılmışdır, hətta 1 kv² metr belə istirahət üçün yer saxlanılmamışdır! Binanın çırkab suları axıtmaqa və kanalizaçiya sistemi ümumiyyətlə yoxdur və harasa axıdılası yerdə yoxdu. Bina tikintisində içməli su və yangın üçün su anbarları və nasos sistemi ayrica tikilməlidir, lakin bu arqumentlər nəzərə alınmamışdır. Ətraf qonşu tikililərdə, pozulmuşdur, çunki bina qanuna uygun tikilmədiyinən ara məsafələr nəzərə alınmayıbdır və hətta bəzi evlər binaya bitişikdir!
Hazırki durum isə bundan ibarətdir ki, işbazlar hansısa yolla binaya çıxarış alıb, amma tikiliyə eksprtiza rəyi verilməyib və Şəhərsalma idarəsi binanın tikilməsinə icazə verməyib. Elə maraqlıdı odur ki, ayrı ayrı qurumlar bir birlərini ziddinə, zidd qərarlar verirlər. Bunlar külli pul verib reisterden məsələni həll etsə də bele, amma şəhərsalma razılaşmır bunlarla, səbəb binada olan qanuna ziddiyyətləri. Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirliyin tabeçiliyində olan Əmlak məsələləri Dövlət Xidmətinin verdiyi çıxarış ciddi şübhələr yaradır və bunu növbəti yazımızda araşdıracayıq. Bunun cavabını kim verecek?
Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimk tikinti aparırlar?! Tikilən binaya Ekspertiza rəyi Vacibdir. Cunki Eksprtiza rəyində binanın tikiıməyi və infrastrukturunun hansı formada olması üçün müdəalar vardir. Amma bu Bınaya eksprtiza rəyi verilməyib! Eksprtiza rəy vermədiyi binanın, Yerli İcra Orqanında çalışan arxitektur hansı səbəbə tikilməsinə göz yuması anlaşılan deyil. Bu insanlar Dövlətdən məgər üstündürlər?

Dünyapress TV

Xəbər lenti